Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1505/2026 01.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh Abdulla oğluna qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr, mənzildən çıxarılma, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Hazırkı iş üzrə tərəflər gəlin-qayındır.
2. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı X7 azyaşlı övladları ilə birlikdə Sumqayıt Bağlar, ***/Q saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2021-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır.
4. Sumqayıt ŞPI-nin IŞ-nin baş müstəntiqi, R X2 tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarla, İddiaçı Sumqayıt Bağları ***/Q saylı fərdi yaşayış evinin tanımadığı şəxslər tərəfindən qeyri-qanuni zəbt olunması ilə bağlı müraciətinə dair toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir.
5. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı əşyaların evdən çıxarılması tələbinə dair iddiası təmin edilməmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunması, cavabdeh X1 ailə üzvüləri ilə birlikdə ona məxsus Sumqayıt Bağlar, ***/Q saylı fərdi yaşayış evindən məcburi şəkildə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Daha sonra iddiaçı ##.##.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunması, cavabdeh Cavabdeh ailə üzvüləri ilə birlikdə ona məxsus Sumqayıt Bağlar, ***/Q saylı fərdi yaşayış evindən məcburi şəkildə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Iddia tələbi onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2020-ci il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilmiş, azyaşlı uşaqları ilə birlikdə Sumqayıt şəhəri, Bağlar, ***/Q saylı fərdi yaşayış evinə köçürülməyi qət edilmişdir. ##.##.2021-ci il tarixdə icra vərəqəsi icra edilməsi üçün Sumqayıt Icra Idarəsinə göndərilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra edilmiş və azyaşlı uşaqları ilə birlikdə Sumqayıt şəhəri, Bağlar, ***/Q saylı fərdi yaşayış evinə köçürülmüş və burada yaşamışdır. ##.##.2024-cü il tarixdə atasıgilə qonaq getmiş, geriyə qayıdan zaman darvazanı açmaq istəmiş, lakin açılmadığını, arxadan bağlı olduğunu görmüşdür. Qapını bir az döydükdən sonra bir nəfər tanımadığı şəxs qapını açmış, ondan kim olduğunu soruşduqda evin yeni sahibi olduğunu bildirmiş və evi Yusif adlı şəxdən aldığını, bu gün köçüb yaşadığını bildirmişdir. Yusiflə əlaqə saxlayan zaman o, evin onun tərəfindən cavabdehə satıldığını bildirmişdir. Yusifdən birgə nikah dövründə inşa etdikləri evin nə üçün xəbəri olmadan satılmasını soruşduqda isə ona pis cavab vermişdir. Ona görə də Sumqayıt PI-nə rəsmi şikayət vermiş və araşdırma aparılmışdır. Sumqayıt şəhər PI-nin IŞ-nin baş müstəntiqi X2 tərəfindən ##.##.2024-cü il tarixdə “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuşdur. Cavabdeh tərəfindən onun evə olan hüquqları pozulmuşdur. Qanuni əsas olmadan və razılığı alınmadan evə daxil olunmuşdur. Bu qanunsuz hərəkətləri nəticəsində onun mənzil hüquqları pozulmuşdur.
9. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçı İddiaçı nümayəndəsi nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdeh orada yaşaya bilməz. Evin kommunal təchizatı yoxdur. Evi cavabdeh tikməmişdir. Iddiaçının evini inşa edən ustalara pul bəxşişi vermişdir. Qızı hazır evə gəlin köçmüşdür. Hazırda cavabdeh orada ailəsi ilə yaşayır deyə, iddiaçı mənzildə köçüb yaşamaq istəmir.
10. Məhkəmə iclaslarında iştirak etmiş cavabdeh Cavabdeh izahatında bildirmişdir ki, həmin mənzildə iki övladı ilə 2022-ci ilin aprel ayından etibarən evin qaz, işıq, su və digər xidmətlərlə təmin etməklə qalır. Iddiaçı həmin evdə yaşamır, o, qardaşının həyat yoldaşıdır. Icazəsi ilə qardaşı evlənəndən sonra ailəsi ilə 2015-2019-cu illərdə orada yaşamışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs isə hazırda anasının yanında qalır.
11. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Vəfa Şirəliyeva).
12. Məhkəmə ilk öncə qeyd etmişdir ki, iddiaçının cavabdehin çıxarılmasını tələb etdiyi əmlak - Sumqayıt Bağlar, ***/Q saylı fərdi yaşayış evi özbaşına tikili olmaqla, hüquqmüəyyənedici sənədləri yoxdur, dövlət qeydiyyatına alınmamışdır.
13. Məhkəmə daha sonra qeyd etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı X7 azyaşlı övladları ilə birlikdə Sumqayıt Bağlar, ***/Q saylı fərdi yaşayış evinə köçürülməsi qərara alınmış və qətnamə qanuni qüvvəsini almışdır.
14. Hazırda isə iddiaçı məhkəmə qətnaməsi əsasında həmin evə köçürüldüyünü əsas göstərərək Cavabdeh həmin evdən çıxarılmasını məhkəmədən xahiş edir.
15. Məhkəmə ilk növbədə iddiaçının köçürülməsini istədiyi fərdi yaşayış evinin hüquqi statusuna qiymət verərək qeyd etmişdir ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi o şəxsə deyilir ki, o əmlak üzərində istifadə və sahiblik hüquqi ilə yanaşı həmin əmlak barəsində sərəncam vermək hüququna da malikdir.
16. Mübahisə predmeti daşınmaz əmlak olduğu üçün, qanunvericiliyin tələbinə əsasən həmin əmlak üzərində sərəncam vermək hüququnun həyata keçirilməsi üçün onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələb olunur.
17. Hazırkı halda isə iddiaçının mübahisələndirdiyi ev hüquqi statusuna görə özbaşına tikilidir və həmin evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyetrində qeydiyyatdan keçməmişdir.
18. Bundan başqa, Sumqayıt Şəhər Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsi ilə isə X7 azyaşlı övladları ilə birlikdə mübahisəli evə köçürülməsi qət edilmişdir. Belə olan halda, onun həmin evdən istifadə etmək hüquqlarının olması mübahisəsizdir. Lakin iddiaçının həmin əmlakdan başqa şəxslərin istifadəsini qadağan (hazırki tələb üzrə cavabdehin ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılması onların həmin evdən istifadəsinə son qoyulmasına yönəlmişdir) etməsini tələb etmək üçün, həmin əmlaka ixtiyarı olmalıdır. Bu ixtiyar isə onun yalnız həmin əmlaka sərəncam vermək hüquqi ilə realizə oluna bilər. Lakin iddiaçının mübahisəli ev üzərində sərəncam vermək hüququ olmadığı üçün, yəni iddiaçı mübahisəli ev üzərində ixtiyar sahibi olmadığı üçün, məhkəmə hesab etmişdir ki, onun hazırkı tələblə çıxış etməyə subyektiv hüququ yoxdur.
19. Eyni zamanda, sözügedən məhkəmə qətnaməsi əsasında mübahisə predmeti olan tikilinin iddiaçının keçmiş ərinin anası tərəfindən inşa edildiyi müəyyən edilmişdir. Məhkəmə qətnaməsinin preyudisial əhəmiyyətə malik olduğunu nəzərə alaraq məhkəmə qeyd etmişdir ki, həmin tikilinin hətta iddiaçının keçmiş əri ilə birgə səyi, birgə vəsaiti, əməyi hesabına da inşa edildiyi müəyyən olunmur. Iddiaçının həmin mənzilə köçürülməsinin əsasını isə onun həmin mənzil üzərində hər hansı bir sərəncam hüququnun olması deyil, keçmiş ərinin ailə üzvü olaraq həmin mənzildə yaşamaq hüququ təşkil etmişdir.
20. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik deyildir.
21. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 146.1, 146.2, 152.1, 152.5, 157.2, 180-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni dəlillərlə əsaslandırılmışdır.
24. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər: Fuad Məmmədov-sədrlik edən və məruzəçi, Almaz Süleymanova və Ramin Xəlilov).
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)****/**** nömrəli qətnaməsi ilə iddiaçı X7 azyaşlı övladları ilə birlikdə Sumqayıt Bağlar, ***/Q saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
27. Qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli həmin qətnaməsində qeyd edilmişdir ki, iş materiallarında olan kommunal xərclərin ödənilməsi barədə qəbz və məlumatlardan görünür ki, evin sahibi məhz Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmuşdur.
28. Hazırkı iş üzrə cavabdeh Cavabdeh isə həmin mülki işlər üzrə tərəf və ya üçüncü şəxs qismində iştirak etməmişdir. Lakin adı çəkilən qətnamədə evin faktiki sahibi kimi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs göstərildiyindən, o, hazırkı iş üzrə məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
29. Məhkəmə iclasında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs bildirmişdir ki, mübahisəli ev qardaşına məxsusdur, onun evi deyildir. Qardaşı hərbi qulluqçu olduğundan evlə bağlı bütün kommunal xidmətlərlə bağlı sənədlər əvvəllər onun adına olmuşdur. Əgər ev ona məxsus olsa idi belə qardaşının həmin evdə qalmasına etirazı olmazdı. Iddiaçı onu evdən çıxara bilməz. Iddiaçı 6 ildir ki orada yaşamır. Əgər ev iddiaçınındırsa nəyə görə bütün əmlaklarını evdən aparıb və bir dolabı qalıb.
30. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı ilə müəyyən edilmişdir ki, iddiaçı mübahisəli evə gəlin gəlmişdir. 2020-ci ildə boşandıqdan sonra evdə bütün kommunal xidmətlər dayandırıldığından qardaşına məxsus olan Saray qəsəbəsində yerləşən Saray MTKda yaşayır.
31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evi tərəflərdən hərhansı birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iddiaçının cavadeh tərəfi yaşayış yerindən məhrum etmək səlahiyyəti yoxdur və onların hüquqlarına bu cür müdaxilə qanunsuzdur. Iddiaçı mübahisəli fərdi yaşayış evinə cavabdehdən üstün hüquqa malik deyildir.
32. Digər tərəfdən, cavabdeh yuxarıda adı çəkilən qətnamədə evin faktiki sahibi kimi göstərilmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qardaşıdır, o, cavabdehin və onun ailə üzvlərinin həmin evdə yaşamasına etiraz etmir.
33. Beləliklə məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisələndirən ev hüquqi statusuna görə özbaşına tikili olduğundan, həmçinin iddiaçının mübahisəli ev üzərində sərəncam vermək hüququ olmadığından, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.
34. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 146.1, 146.2, 178, 178.1, 178.2, 180, 180.1, 180.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. Iddiaçı (vəkil X3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
36. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, işə baxan məhkəmə prosessual hüquq normalarının tələblərini kobud surətdə pozmuş, işə onun iştirakı olmadan baxaraq qətnamə qəbul etmişdir. Məhkəmə mövcud mübahisəli məsələsini həll edilərkən formal mülahizələrdən çıxış edərək, tələb ilə bağlı işin əhəmiyyətli hallarını araşdırmamışdır.
37. Kassator şikayətini Mülki Məcəllənin 146.1, 146.2, 152.1, 152.5-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 9.3, 14.1, 77, 81, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
39. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
40. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
41. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
42. Maddə 178.2. mYeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.
43. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
44. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
55. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirdiyi ev hüquqi statusuna görə özbaşına tikilidir və həmin evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyetrində qeydiyyatdan keçməmişdir. Hazırkı halda da iddiaçı cavabdehin həmin fərdi yaşayış evindən çıxarılmasını tələb etməsi üçün üstün hüquqa malik deyil. Onlar bərabər hüquqlara malik olmaqla, eyni qaydada fərdi yaşayış evindən istifadə etmək imkanlarına malikdirlər.
56. Işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
59. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.