Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1531/2026 19.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti vermə hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Abbas Əhməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ### 2026-cı il tarixli, *(*-*)-***/**** saylı qərardadından cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinin ləğvi ilə əlaqədar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin vermiş olduğu ##.##.2025-ci il tarixli *-**-**/*-*-**F/**** nömrəli əmrinin və bu əmri əsas alaraq verilmiş cavabdeh1 direktorunun imzaladığı ## ######## 2025-ci il tarixli OU**********/e nömrəli onunla məktəb arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi və işdən azad olunduğu dövr üçün işləmədiyi müddətə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddia tələbi belə əsaslandırılmışdır ki, o, Bakı şəhəri *** nömrəli tam orta ümumtəhsil məktəbində 2004-cü ildən ingilis dili müəllimi işləyib. ## ######## 2025-ci il tarixdə məktəb direktoru tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Əsas səbəb sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak etməməsi göstərilib. O, test mərhələsindən uğurla keçmiş, müsahibədə iştirak edə bilməməsinin səbəbi şəxsi kabinetində məlumatın texniki problem ucbatından gec görünməsi olmuşdur. Həmçinin, ##.##.1965-ci il təvəllüdlü olduğundan sertifikatlaşdırmada iştirak onun üçün könüllü olub, lakin müraciət etməmişdir. O özü uzun illər nümunəvi fəaliyyət göstərmiş, intizam məsuliyyətinə cəlb edilməmişdir. Buna görə də əmək müqaviləsinin peşəkarlıq səviyyəsinin kifayət etməməsi səbəbilə ləğv edilməsini əsassız hesab edir.
3. Daha sonra iddiaçının nümayəndəsi və vəkili nümayəndə3 iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ##.##.2025-ci il tarixli, *-**-***-*- **F**** nömrəli əmrinin və bu əmrə əsasən Bakı şəhəri, Yasamal rayonu, *** nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, OU**********/e nömrəli əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, iddiaçı 2004-cü ildən Bakı şəhəri *** nömrəli məktəbdə ingilis dili müəllimi vəzifəsində çalışıb. O, 21 ildən artıq stajı ərzində heç bir intizam məsuliyyətinə cəlb edilməyib. Işgüzar keyfiyyətləri və pedaqoji fəaliyyəti ilə bağlı ona münasibətdə hər hansı mənfi rəy formalaşmayıb. Bu, iddiaçının peşə hazırlığının kifayət qədər olduğunu göstərən əsas sübutdur. ##.##.2025-ci il tarixli sertifikatlaşdırmanın test mərhələsində iddiaçı keçid balından yüksək, 34 bal nəticə göstərərək uğurla keçib. Lakin sertifikatlaşdırmanın müsahibə mərhələsi barədə məlumat şəxsi kabinetə yalnız 3 gün əvvəl yerləşdirilib. Bu, sertifikatlaşdırma qaydalarının tələbinə ziddir, çünki məlumat ən azı 1 ay əvvəl verilməlidir. Texniki səbəblərdən iddiaçı vaxtında məlumatı görə bilməyib. Nəticədə müsahibədə iştirak etmək imkanı olmayıb. Bu səbəbdən səlahiyyətli orqanın etibarlı qiymətləndirmə prosesi baş tutmayıb. Iddiaçının “sertifikasiyadan keçməmiş” hesab edilməsi hüquqa uyğun deyil. O, ##.##.1965-ci il təvəllüdlüdür və sertifikatlaşdırmada iştirak könüllü xarakter daşıyır. Qanunvericiliyə görə, belə şəxslərin iştirak etməməsi onların peşə yararlılığını şübhə altına ala bilməz. Bu səbəbdən əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən qanunsuzdur. Səlahiyyətli orqanın iddiaçının peşəkarlığını qiymətləndirən obyektiv qərarı mövcud deyil. Sertifikatlaşdırma prosesi qanuna uyğun aparılmayıb. Ali Məhkəmənin mövqeyinə görə, 60 yaş və yuxarı müəllimlərin sertifikatlaşdırmada iştirak etməməsi əmək müqaviləsinin xitamı üçün əsas sayıla bilməz. Bu mövqe eyni hüquqi münasibətlər üzrə sabit məhkəmə təcrübəsi kimi qəbul olunub. Agentliyin ##.##.2025-ci il və məktəb direktorunun ##.##.2025-ci il tarixli əmrləri qanunsuzdur. Iddiaçı işinə bərpa olunmalı və işdən azad edildiyi gündən faktiki bərpa olunacağı günədək olan dövr üçün əmək haqqı ödənilməlidir.
4. Daha sonra iddiaçının nümayəndəsi və vəkili nümayəndə3 iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər *** nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, OU*********/e nömrəli əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh1 ##.##.2025-ci il tarixli, OU*********/e nömrəli “əmək müqaviləsinin ləğv edilməsi barədə” əmrin ləğv edilməsi, iddiaçı İddiaçı əvvəlki vəzifəsinə, yəni cavabdeh1 ingilis dili müəllimi vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqının hesablanaraq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir (Hakim-Oruclu Aydan).
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Qətnamədən cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək icraata qəbul edilmişdir.
8. Daha sonra Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ### 2026-cı il tarixli, *(*-*)-***/**** saylı qərardadı ilə Apellyasiyanın mümkünlüyü barədə ##.##.2026-cı il tarixli, *(*- *)-***/**** nömrəli qərardadın ləğv edilməsi, mülki işin apellyasiya baxışından çıxarılması və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, # ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh2 tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın qeyri-mümkün sayılmaqla, işin birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır (Hakimlər Cəfərov Ilham Məmməd oğlunun sədrliyi və məruzəsilə, Rüstəmli Məhəmməd Əli oğlu və Axundova Günay Təyar qızından ibarət tərkibdə).
9. Apellyasiya instansiyası məhkəməsi əsaslandırılmış mövqeyi ilə bağlı qeyd etmişdir ki, Agentlik tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar mövcud deyil. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı İddiaçı ilkin olaraq cavabdehlər Bakı şəhəri *** nömrəli tam orta ümumtəhsil məktəbi və cavabdeh2 qarşı əmək müqaviləsinin ləğvi barədə əmrlərin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçının nümayəndəsi tərəfindən iddia tələbinin həcmi azaldılmış və yalnız Bakı şəhəri *** nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru tərəfindən verilmiş ##.##.2025-ci il tarixli əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbləri irəli sürülmüşdür.
10. Beləliklə, iddianın son predmetindən görünür ki, cavabdeh2 qarşı hər hansı müstəqil tələb saxlanılmamışdır.
11. Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində hər bir cavabdehə qarşı yönələn tələb konkret şəkildə göstərilməlidir. Iddia tələbinin azaldılmasından sonra isə qeyd olunan dövlət agentliyinə qarşı hər hansı tələb mövcud olmamışdır.
12. Bununla yanaşı, MPM-in 357.1-ci maddəsinə görə yalnız hüquq və vəzifələrinə toxunan məhkəmə aktlarından tərəflər apellyasiya şikayəti verə bilərlər. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin son vəziyyəti nəzərə alınmaqla cavabdeh2 hüquq və vəzifələrinə birbaşa təsir etmədiyindən, həmin cavabdehin apellyasiya şikayəti vermək hüququ mövcud olmamışdır.
13. Kollegiya qərardadını əsaslandırarkən Mülki Prossesual Məcəlləsinin 149.2.3 və 357.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
14. Qərardaddan cavabdeh2 (vəkil Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.
15. Şikayət onunla əsaslandırılmışdır ki, sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının qiymətləndirilməsi məqsədilə həyata keçirilən, nəticələri əmək münasibətlərinə birbaşa təsir göstərən mühüm hüquqi prosedurdur. Qanunvericiliyə əsasən sertifikatlaşdırmanın təşkili, nəticələrinin rəsmiləşdirilməsi və sertifikatlaşdırmadan keçən və keçməyən şəxslərin siyahılarının hazırlanaraq aidiyyəti qurumlara göndərilməsi Agentliyin səlahiyyətlərinə daxildir. Sertifikatlaşdırma Qaydasının tələblərinə uyğun olaraq təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqavilələri Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməlidir. Agentliyin ##.##.2025-ci il tarixli əmri ilə sertifikatlaşdırmadan keçməyən şəxslərlə bağlanmış əmək müqavilələrinə xitam verilməsi tapşırılmış, həmin tapşırığın icrası olaraq məktəb direktoru tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Buna görə də direktorun əmri Agentliyin göstərişinin icrası nəticəsində qəbul edilmiş qərar olub, onun hüquqi əsası birbaşa Agentliyin əmrinə söykənir. Agentlik hesab edir ki, mübahisənin predmeti yalnız məktəb direktorunun əmri ilə deyil, həm də Agentliyin fəaliyyəti və qəbul etdiyi qərarla bağlı olduğundan, Agentlik iş üzrə müvafiq cavabdeh qismində iştirak etməlidir. Şikayətdə qeyd olunur ki, təhsil işçilərinin sertifikatlaşdırılması fərdi qaydada işəgötürən tərəfindən deyil, mərkəzləşdirilmiş qaydada dövlət tərəfindən həyata keçirilən vahid prosedurdur. Buna görə də əmək müqaviləsinə xitam verilməsinin əsasını təşkil edən sertifikatlaşdırmadan keçməmə faktı birbaşa Agentliyin təşkil etdiyi prosesin nəticəsidir. Direktor isə bu halda müstəqil qərar qəbul edən subyekt deyil, yalnız mərkəzləşdirilmiş inzibati qərarın icraçısı kimi çıxış etmişdir. Agentlik hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin hüquqi əsasını təşkil edən normativ tənzimləməni tam nəzərə almamışdır. Bu səbəbdən Agentliyin iş üzrə cavabdeh qismində cəlb olunması və mübahisəyə onun iştirakı ilə baxılması zəruridir. Iddia ərizəsində Agentliyə qarşı ayrıca tələb irəli sürülməməsi isə onun prosesdə iştirakını istisna etmir, çünki mübahisənin hüquqi əsası və nəticələri birbaşa Agentliyin fəaliyyəti ilə bağlıdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
17. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
18. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
19. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
20. 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə.
21. Maddə 414.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına, yaxud Kommersiya kollegiyasına işlə birlikdə daxil olmuş qətnamələrdən verilmiş kassasiya şikayətinə onun daxil olduğu gündən 3 ay müddətində, bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda qərardaddan verilmiş kassasiya şikayətinə isə 1 ay müddətində yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə işdə iştirak edən şəxslərə məlumat verilir.
22. Maddə 415.1. Kassasiya instansiyası məhkəməsi işin baxılmasını elə müddətə təyin etməlidir ki, işdə iştirak edən şəxslərin verilmiş şikayətə dair yazılı etiraz verməyə imkanları olsun.
23. Maddə 415.2. Işdə iştirak edən şəxslər, onların nümayəndələri və vəkilləri işə şifahi və ya yazılı qaydada baxılması, işə məhkəmə iclasında baxıldığı halda iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər.
24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
29. Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsinin qətnaməsi apellyatorun (hazırda kassatorun) hüquq və vəzifələrinə birbaşa təsir etmədiyindən onun apellyasiya şikayəti vermək hüququ olmamışdır.
30. Lakin, nəzərə alınmalıdır ki, kassasiya şikayəti vermək hüququnu təsbit edən Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinin dispozisiya şərtlərindən fərqli olaraq (həmin maddədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququ yalnız tələbləri təmin olunmayan şəxsə verilmişdir), apellyasiya şikayəti vermək hüququnu müəyyən edən Məcəlləsinin 357.1-ci maddəsində tərəflərə və üçüncü şəxslərə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək hüququ məhkəmə aktında ifadə olunmuş nəticədən asılı olmayaraq verilmişdir.
31. Göründüyü kimi, qanunverici məqsədli olaraq, apellyasiya və kassasiya vermək hüququnu müəyyən edən normaları fərqli tənzimləmişdir.
32. Həmçinin, apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, apelyatorun heç bir halda məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermək hüququ mövcud deyildir. Lakin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin məhkəmə aktından şikayət vermək hüququ bilavasitə Mülki Prosessual Məcəllənin 47.2 və 57.2-ci maddələri ilə təsbit olunmuşdur.
33. Həmçinin, qeyd olunmalıdır ki, mülki prosessual qanunvericiliyinə əsasən işdə iştirak edən şəxslərdən fərqli olaraq, Mülki Prosessual Məcəllənin 357.2 və 364.2-ci maddələrinə əsasən işdə iştirak etməyən şəxslər tərəfindən apellyasiya şikayəti verildikdə, birinci instansiya məhkəməsi qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını yoxlamalıdır.
34. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının qarşılıqlı təhlili belə nəticəyə gəlməyə əsas verir ki, apellyasiya şikayəti vermək üçün şəxsin işdə iştirak etməsi (iddiaçı, cavabdeh və ya üçüncü şəxs qismində) kifayət edir və əlavə olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin onun hüquq və vəzifələrinin toxunması, tələblərinin olubolmaması və həmin tələblərinin təmin edilməsi şərtindən asılı etmir.
35. Digər tərəfdən qeyd olunmalıdır ki, iddiaçının mübahisələndirdiyi işəgötürənin əmrinin qəbulu üçün əsas kimi cavabdeh2 # ######## 2025-ci il tarixli əmri göstərilmişdir. Belə olan halda, işəgötürənin əmrinin ləğv edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsinin üçüncü şəxsin hüquq və vəzifələrinə toxunmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi özü özlüyündə əsaslı hesab oluna bilməz.
36. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda, məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu da ehtiva edir.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında izah etmişdir ki, Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan məhkəmə müdafiəsi təminatı ilə bağlı rəhbər müddəa yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini ehtiva edir. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Bu hüquq demokratik cəmiyyətdə mövcud olmaqla dövlətin konstitusiyası və qanunlarında öz əksini tapır. Sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 359-cu maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə, 26-cı maddəsinə, 60-cı maddəsinin İ hissəsinə və 71-ci maddəsinin İ və II hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2003- cü il 25 fevral və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il ## ### tarixli Qərarları).
38. Mülki Prosessual Məcəllədə məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və s. amillər nəzərdə tutulmuşdur. Lakin, birinci instansiya məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxsin apellyasiya şikayətinin mümkünlüyü müəyyən edilərkən, qətnamənin onun hüquq və maraqlarına toxunmasının müəyyən olunması qanunla təsbit olunmamışdır.
39. Belə olan təqdirdə, apellyasiya instansiyası məhkəməsi, yuxarıda qeyd olunan əsasa görə apellyasiya şikayətinə mahiyyəti üzrə baxmaqdan imtina etməklə, qanunla müəyyən olunmayan əsasla apellyatorun məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmışdır.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
qərara aldı:
Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardadı ləğv edilsin və iş materialları üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin apellyasiya şikayətinin mümkünlüyünə yenidən baxılması üçün iş apellyasiya instansiyası məhkəməsi göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.