Məhkəmə qərarları › İş №2(1-8)-1538/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1538/2026

01.07.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1538/2026 01.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Əmək münasibətlərindən irəli gələn mübahisələr; əmək müqaviləsinin müddətinin qurtarması ilə işə xitam verilməsinin əsasları Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd A bbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi, Işin halları:

1. Iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ##.##.2019-cu il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əsasən işçi İddiaçı Cavabdeh MMC-də təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təyin olunmuş və müqavilə ## ###### 2019-cu il tarixinədək bağlanmışdır.

2. Daha sonra tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli əlavə razılaşmaya əsasən əmək müqaviləsi 1 ay müddətinə bağlanmışdır.

3. ##.##.2024-cü il tarixdə iddiaçı İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmiş, ##.##.2024-cü il tarixdə müddətli əmək müqaviləsi əsasında Cavabdeh MMCnin Qaradağ rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə 1 ay müddətinə təyin edilmişdir.

4. Daha sonra ##.##.2025-ci il tarixdə isə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək, cavabdehin *-***(*-*-****)** nömrəli, ##.##.2025-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının öz işinə bərpa edilməsi və məcburi iş buraxmaya görə məbləğin hesablanaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin ##.##.2025-ci il tarixli, *-***(*- *-****)** nömrəli əmri ilə vətəndaş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilmişdir. Işəgötürən əmək müqaviləsinin ##.##.2024-cü ildə bağlandığını əsas gətirərək həmin müqavilənin müddətinin bitdiyi üçün xitam əmrinin qanunvericiliyin tələblərinə uyğun olduğunu əsaslandırmağa çalışsa da, etdiyi qanunsuz əməllər göz önündədir və kobud qanun pozuntusudur. Belə ki, iddiaçı ilə ilkin olaraq ##.##.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən o, Qaradağ rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə qəbul edilmişdir. Həmin əmək müqaviləsi əsasında iddiaçı ##.##.2024-cü il tarixədək, yəni əmək müqaviləsinin müddətsiz olmasına təxminən 20 gün qalmışadək həmin vəzifədə fasiləsiz olaraq işləmişdir. ##.##.2024-cü il tarixdə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndi, yəni müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə xitam verilmişdir. Lakin həmin günün səhəri, yəni ##.##.2024-cü il tarixdə İddiaçı Cavabdeh MMC tərəfindən eyni vəzifəyə, yəni Qaradağ rayonu ərzisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə qəbul edilmiş və yenidən onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Artıq elə burdan məlumdur ki, ##.##.2024-cü il tarixli əmr əvvəlki əmək müqaviləsinin müddətsiz olmasının qarşını alımaq üçün atılan qanunsuz əməlləri pərdələmək məqsədi daşımışdır. Çünki, cəmi bir gün sonra eyni vəzifəyə qəbul ediləcəyi halda, 4 il 11 ay 10 gün fasiləsiz davam edən əmək müqaviləsinə xitam verilməsində başqa bir məqsəd ola bilməzdi. Eyni müəssisədə eyni vəzifədən bir günlük fərqlə azad olunma və yenidən işə qəbulolunma isə məqsədli şəkildə həyata keçirildiyi üçün fasiləsiz müddətin dayanması hesab oluna bilməz. Belə ki, bir gün sonra eyni vəzifəyə yenidən təyin olunacağı halda müddətli əmək müqaviləsinə xitam verilməsi üçün heç bir əsas olmamışdır. Çünki, onsuz da Cavabdeh MMC əməkdaşlarla əmək müqaviləsini 1 ay müddətinə bağlayır. 4 il 11 ay 10 gün ərzində tərəflər arasında bağlanmış müqavilənin uzadılması üçün heç vaxt müqaviləyə xitam verilməsi və yenidən bağlanması halı olmamışdır. Yalnız 5 ilin tamam olmasına 20 gün qalmış bu addımın atılması işçiyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndi ilə verilmiş hüquqların kobud şəkildə pozuntusudur. Əmək Məcəlləsinin tələbindən də göründüyü kimi, bir gün sonra eyni vəzifəyə işə götürüləcəyi halda müqaviləyə xitam verilməsinə heç bir zərurət olmamışdır və müqaviləyə xitam verilməyəcəyi təqdirdə əmək müqaviləsi daha 1 ay müddətinə uzadılmış hesab olunacaqdır ki, bununla da 5 il fasiləsiz müddət tamamlanaraq əmək müqaviləsi müddətsiz olacaqdır. Lakin işəgötürən qanunvericiliyin ona verdiyi “hüquq”dan sui-istifadə edərək işçinin qanunla qorunan hüquqlarını kobud şəkildə pozmuşdur. Qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh MMC-nin ##.##.2025-ci il tarixli, *-***(*-*-****)** nömrəli əmri ləğv edilməli, iddiaçı öz əvvəlki işinə bərpa edilməli, məcburi işburaxmaya görə məbləğ hesablanaraq iddiaçıya ödənilməlidir.

7. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti iddiaya etirazını məhkəməyə təqdim edərək, iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il ## ####### tarixli *** nömrəli Sərəncamı ilə 2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası təsdiq edilmişdir. “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prenzidentinin Sərəncamı sosial cəhətdən həssas əhali qruplarının əmək bazarında iştirakının artırılmasına yönəldiyindən “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” məşğulluğun inkişafına dair işçi qüvvəsinin bacarıqlarının yüksəldilməsi, əmək məhsuldarlığının artırılması, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi təmin edilir. Sözügedən sərəncamın 4.4.5-ci maddəsinə əsasən işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunun çevik və səmərəli təşkili məqsədilə əmək birjalarının və haqqı ödənilən ictimai işlərin təşkili mexanizminin yeniləşdirilməsi əsas prioritetlərdən biridir. Bu dövlət proqramı 2019- 2030-cu illəri əhatə etdiyindən, həmçinin sosial layihə olduğundan müvəqqəti xarakter daşıyır. Bu proqramdan irəli gələn məsələrin həll edilməsi və ən əsas da proqramdan hər bir vətəndaşın yaralanması əsas prioritetlərdən biridir. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən 2019-cu ilin əvvəlindən ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan “Işsizin DOSTu” proqramına başlanılmışdır. Həmin proqram Cavabdeh MMC tərəfindən icra olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2002-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiqlənmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 1.2-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.6-cı bəndinə əsasən isə ictimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “e” bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Yuxarıda qeyd olunan Qanunların tələbləri nəzərə alınaraq tərəflərin qarşılıqlı razılığı ilə iddiaçı İddiaçı ilə Cavabdeh MMC arasında ##.##.2024-cü il tarixində əmək müqaviləsi bağlanılaraq Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) 1-ci bəndinə əsasən əmək müqaviləsinə xitam veriləcəyinə dair “Xidmət üçün müraciətlə bağlı” bildiriş ##.##.2025-ci il tarixində Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemi vasitəsilə İddiaçı göndərilmiş, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə uyğun olaraq İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixində xitam verilmiş və son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) ödənilmişdir. Qeyd edilən əmək müqaviləsi ölkə miqyasında icra olunan, əhalinin sosial rifahının yüksəldilməsi və dayanıqlı məşğulluğunun təmin edilməsini nəzərdə tutan müddətli layihənin həyata keçirilməsindən irəli gəlmiş, vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək və bir çox vətəndaşın həmin layihədən yaralanması layihənin əsas prioritetlərindən hesab edilmişdir. Sözügedən əmək müqaviləsi müddətli əmək müqaviləsi olmuşdur. Qanunvericiliyin tələbinə əsasən bu hal, yəni şəxsin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi əmək müqaviləsinin müddətli bağlanılmasına yol verilən hallar siyahısına daxil edilmişdir. Əmək müqaviləsi 1 ay müddətə nəzərdə tutulmuş, 1 aylıq müddət başa çatdıqdan sonra tərəflər əmək müqaviləsinə xitam verilməsini tələb etmədikləri halda müqavilənin eyni şərtlərlə il sonunadək uzadılması şərti qeyd edilmişdir. Tərəflər arasında bağlanılmış müqavilənin qeyd edilən bəndindən açıq-aydın görünür ki, müqavilə üzrə müəyyən edilmiş 1 (bir) aylıq müddət başa çatdıqda onun uzadılması eyni şərtlərlə, yəni 1 (bir) ay müddətinə uzadıla bilər. Hazırki mübahisə üzrə cavabdeh MMC olsa da, həmin MMC-nin fəaliyyət sosial yönümlü olmaqla dövlət layihəsidir (MMC-nin idarəretməsi dövlətə məxsusdur) və işçilərin təminatı vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi məqsədilə məhz dövlət tərəfindən həyata keçirilir. Belə olan halda, məhkəmə hazırki hüquq münasibətlərinə formal olaraq deyil, mahiyyəti üzrə baxmaqla qiymətləndirməyi zəruri hesab etməlidir. Dövlətin müvafiq sosial layihəsi üzrə işçi uzun müddət işləmiş və məşğulluğunu, maddi təminatını qarşılamışdır, lakin müvafiq sosial layihədən təkcə eyni vətəndaşlar deyil, müxtəlif digər vətəndaşlar da faydalanmalı, dövlət məhdudiyyətsiz formada qeyri-müəyyən müddətə əmək münasibətlərini davam etdirməkdə yüklənməməlidir. Nəzərə alınmalıdır ki, sözügedən sosial layihələr müvafiq dövrə tətbiq edilməklə məhdud (müvəqqəti) xarakterlidir və vətəndaşları işləməyə, əməyə təşviq edir, maddi təminatlarına dəstək verir. Dövləti daimi əsaslarla əmək müqaviləsi bağlamaqla mükəlləf etmək həmin layihənin sosial mahiyyətinə və işçilərin pozulmuş əmək hüquqlarının müdafiəsinin fəlsəfəsinə uyğun gəlmir. Nəzərə alınmalıdır ki, müddətli, xüsusən 1, 2, 3 aylıq qısa müddətli əmək müqavilələrinə məhkəmələrin yanaşması təcrübi olaraq fərqlidir və bu münasibətlərdən işçilərin müdafiəsinin maksimal təminatı qorunur. Yəni, məlumdur ki, heç kim 1-2-3 aylıq müqavilə bağlamaqda maraqlı deyil, hər kəs istəyər ki, (istisnalar xaric) əmək müqavilələri təminatlı, daimi və uzun müddətli olsun. Bununla da, işəgötürənlərin işçilər üzərindəki hüquqlarından sui-istifadə etmək imkanları qanunla və məhkəmə vasitəsilə məhdudlaşdırılır, lakin hazırki mübahisədə yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, bir tərəfdə (işəgötürən) dövlət və dövlətin sosial layihəsi dayanır. Dövlətin sosial siyasətinə uyğun olaraq büdcəsinin sosial yönümlə xərcləri müvafiq məbləğlərlə məhdudlaşır, xərclərin həddləri büdcə imkanları həddində dəyərləndirilir. Hazırda həmin layihənin getdikcə məhdudlaşdırılması, analoji digər layihələrin tətbiq edilməsi, özünü məşğulluğun təmin edilməsi müvafiq dövlət orqanları tərəfindən planlaşdırılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73.1-ci maddəsində qeyd olunur ki, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Bu maddəyə əsasən müddətli əmək müqaviləsinin uzadılmasının tərəflərin iradə ifadə etməsindən əlavə cəmi bir yolu vardır. Yəni işçi heç bir etiraz olmadan müddətli əmək müqaviləsi müddəti bitməsindən sonra da əvvəl olduğu kimi maneəsiz işləməlidir və işəgötürən bu hala etiraz etməməlidir. Bu halda müqavilə uzadıla bilər. Qanunverici müqavilənin uzadılmasının digər halını müəyyən etməmişdir. Yuxarıda göstərilən hal müqavilə azadlığı hüququ və tərəflərin bərabərliyi prinsipi baxımından da yolverilməzdir. Belə ki, iddia təmin edildiyi halda məhkəmə işəgötürənin üzərinə öhdəlik qoyur ki, işçi ilə yenidən müqavilə bağlasın. Halbuki müqavilə azadlığı hüququ və tərəflərin bərabərliyi prinsipi bazar iqtisadiyyatının ən ümdə prinsiplərindən biridir. Həmçinin iddiaçı İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq işə bərpa olunmaq üçün məhkəməyə iddia qaldırmaq müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, yuxarıda qeyd edilmiş qanunvericiliyin tələblərinə əsasən İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və əməkhaqqı” tələbinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

9. Həmçinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti tətbiq edərək iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və əməkhaqqı” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Iddia müddətinin tətbiq edilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında ##.##.2024-cü il tarixində əmək müqaviləsi bağlanılaraq Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmişdir. Iddiaçı İddiaçı mediasiya tətbiqi barədə təklifi Cavabdeh MMC-nə göndərdiyi tarixdə qüvvədə olan “Mediasiya haqqında” Qanunun 21.7-ci maddəsinə əsasən bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, bu Qanunun 21.6cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə mediasiya prosesinə bu Qanunun 32.1.4-cü maddəsinə əsasən, həmin təklif 10 gün ərzində hər hansı formada rədd edildikdə isə mediasiya prosesinə bu Qanunun 32.1.3-cü maddəsinə əsasən avtomatik xitam verilir. Hesab edirlər ki, iddiaçı İddiaçı iddia müddətini buraxmış, həmçinin iddia tələbi əsassız və qanunsuzdur. Iddiaçı İddiaçı mübahisənin məhkəməyədək həll edilməsi üçün ilk öncə mediasiya prosesinin tətbiqi barədə ##.##.2025-ci il tarixli təkliflə Cavabdeh MMC-yə müraciət etmiş, təklif Cavabdeh MMC tərəfindən ##.##.2025-ci il tarixində cavablandırılmış, o isə ##.##.2025-ci il tarixində Mediasiya Təşkilatına müraciət etmiş, ##.##.2025-ci il tarixində “xxxx" MMC-nümayəndəsinin və iddiaçının iştirakı ilə mediasiya sessiyası keçirilmiş və mediator tərəfindən tərəflərə müvafiq arayış təqdim edilmişdir. Daha sonra iddiaçı İddiaçı isə iddia müddətini gözləmədən ##.##.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir. Əlavə olaraq bildirirlər ki, mübahisənin mürəkkəbliyi və ya digər səbəblərlə mediasiya prosesinin müddəti uzadılmamışdır. Göründüyü kimi iddiaçı İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürdükdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Iddiaçının tələbi fərdi əmək mübahisəsinin həlli ilə bağlı olduğu üçün qeyd edilən tələbə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş bir aylıq iddia müddəti şamil edilməlidir. Bununla yanaşı, əmək mübahisələrindən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir və bu zaman Əmək Məcəlləsi ilə yanaşı, Mülki Məcələsinin müddəaları da nəzərə alınmalıdır. Hesab edirlər ki, yuxarıda qeyd edilən Qanunların tələblərinə əsasən iddiaçı İddiaçı iddia müddətini ötürdüyündən ilkin əmək müqaviləsi üzrə iddia tələbləri iddia müddəti tətbiq edilməklə rədd edilməlidir.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin ## ##### 2025-ci il tarixli, 3-17- */*-*-****/**** nömrəli əmrinin ləğv edilməsi, iddiaçı İddiaçı əvvəlki vəzifəsinə, yəni Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Qaradağ rayonu ərizəsində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə bərpa edilməsi, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqının hesablanaraq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir (hakim Aydan Oruclu).

12. Birinci instansiya məhkəməsi mübahisəyə dair hüquqi mövqeyi baxımından ilk növbədə işin halları ilə bağlı müəyyən etmişdir ki, iddiaçının əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü iş müvəqqəti, mövsümü deyil, daimi xarakterə malik olmuş, bir sözlə iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan har hansı hallar müəyyən edilməmişdir. Halbuki, qeyd olunan maddələrin tələblərinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan işəgötürənə bəlli olduğu halda işçi ilə müddətli əmək müqaviləsi bağlanıla bilməz və əmək müqaviləsi o, halda müəyyən müddətə bağlanıla bilər ki, Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar olmuş olsun. Hazırkı halda isə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olması mülki iş materialları ilə istisna edilmir və bu hal əvvəldən işəgötürənə bəlli olub. Lakin, bütün bunlara baxmayaraq işəgötürən Cavabdeh MMC iddiaçı ilə müddətli əmək müqaviləsi bağlamış, ##.##.2025-ci il tarixədək dəfələrlə əmək müqaviləsinin müddətini artırmış, sonuncu dəfə isə əmək müqaviləsinin müddətinin qurtarmasını əsas tutub onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir.

13. Məhkəmə qeyd etmişdir ki, göründüyü kimi, iddiaçı ##.##.2019-cu tarixdən müddətli əmək müqaviləsi ilə işə qəbul olunmuş, 5 ili tamam olacağından və qanunvericiliyin tələbinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab ediləcəyindən (AR ƏM 45-ci maddəsinin 5-ci hissəsi) işəgötürən tərəfindən ##.##.2024-cü il tarixdə iddiaçı İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmiş və növbəti iş günü ##.##.2024-cü il tarixdə onunla yenidən müddətli əmək müqaviləsi bağlanmış və ##.##.2025-ci il tarixədək dəfələrlə əmək müqaviləsinin müddəti hər dəfə 1 ay olmaqla uzadılmışdır.

14. Məhkəmə hesab etmişdir ki, əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab ediləcəyindən işəgötürənin işçinin əmək müqaviləsinə xitam verib, növbəti iş günü yenidən işçi ilə 1 ay müddətinə əmək müqaviləsinin bağlanması, sonrakı tarixlərdə hər dəfə 1 ay müddətinə uzadılması işçinin əmək hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.

15. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə qeyd isə etmişdir ki, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı İddiaçı tərəfindən ##.##.2025-ci il tarixdə cavabdeh Cavabdeh MMC-yə mediasiya təklifi göndərilmiş, ##.##.2025ci il tarixdə tərəflər mediasiya prosesini davam etdirməyə razılıq vermədiyindən mediasiya prosesinə xitam verilmiş, ##.##.2024-cü il tarixdə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

16. Məhkəmə sonda qeyd etmişdir ki, Qanunvericiliyin tələbinə görə, mediasiya prosesi təklifin göndərildiyi andan başlanmış sayılır, mediasiya arayışın təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir və mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Göründüyü kimi, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən qanunvericiliklə müəyyən edilmiş 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməklə iddia müddətini ötürməmişdir.

17. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 45, 47, 68, 69, 73, 83, 292 və 296-cı; Mülki Məcəllənin 372 və 375-ci; Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2023-cü il Qərarına, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ- IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli Qərarına istinadən əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

18. Qətnamədən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı özü də əvvəlcədən onunla müddətli əmək müqaviləsi bağlanılmasına razı olmuş və həmin dövrlərdə bu halı heç vaxt mübahisələndirməmişdir. Yalnız onunla bağlanmış əmək müqaviləsi ləğv edildikdən sonra müqavilə üzrə maddi hüquq normalarının pozulmasına istinad edərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Iddiaçı ilə bağlanılmış əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılığı əsasında bağlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2002-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiqlənmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları” nın 1.2 bəndinə əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.6-cı bəndinə əsasən isə ictimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Qeyd edilən planda işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə haqqı ödənilən ictimai işlərin əhatə dairəsinin genişləndirilməsi, təşkili mexanizminin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması tədbirlərinin icra göstəricilərində - mexanizmlərdə dəyişiklik, yaradılmış DOST Iş mərkəzləri vasitəsilə hər il orta hesabla 30000 nəfərin haqqı ödənilən ictimai işlərə cəlb olunması qeyd edilmişdir. Həmçinin tədbirin icra müddəti 2021-2025- ci illərini əhatə edildiyi göstərilmişdir. Sərəncamdan da göründüyü kimi Cavabdeh MMC sosial layihə olduğundan müvəqqəti xarakter daşıyır. Məlumat üçün bildirir ki, hazırki mübahisə üzrə işəgötürən MMC olsa da, həmin MMC-nin fəaliyyət sosial yönümlü olmaqla dövlət layihəsidir (MMC-nin idarəretməsi dövlətə məxsusdur) və işçilərin təminatı vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi məqsədilə məhz dövlət tərəfindən həyata keçirilir. Belə olan halda məhkəmə hazırki hüquq münasibətlərinə formal olaraq deyil, mahiyyəti üzrə baxmaqla qiymətləndirməyi zəruri hesab etməlidir. Dövlətin müvafiq sosial layihəsi üzrə işçi uzun müddət işləmiş və məşğulluğunu, maddi təminatını qarşılamışdır, lakin müvafiq sosial layihədən təkcə eyni vətəndaşlar deyil, müxtəlif digər vətəndaşlar da faydalanmalı, dövlət məhdudiyyətsiz formada qeyri-müəyyən müddətə əmək münasibətlərini davam etdirməkdə yüklənməməlidir. Nəzərə alınmalıdır ki, sözügedən sosial layihələr müvafiq dövrə tətbiq edilməklə məhdud (müvəqqəti) xarakterlidir və vətəndaşları işləməyə, əməyə təşviq edir, maddi təminatlarına dəstək verir. Dövləti daimi əsaslarla əmək müqaviləsi bağlamaqla mükəlləf etmək həmin layihənin sosial mahiyyətinə və işçilərin pozulmuş əmək hüquqlarının müdafiəsinin fəlsəfəsinə uyğun gəlmir. Nəzərə alınmalıdır ki, müddətli, xüsusən 1, 2, 3 aylıq qısa müddətli əmək müqavilələrinə məhkəmələrin yanaşması təcrübi olaraq fərqlidir və bu münasibətlərdən işçilərin müdafiəsinin maksimal təminatı qorunur. Yəni, məlumdur ki, heç kim 1-2-3 aylıq müqavilə bağlamaqda maraqlı deyil, hər kəs istəyər ki, (istisnalar xaric) əmək müqavilələri təminatlı, daimi və uzun müddətli olsun. Bununla da, işəgötürənlərin işçilər üzərindəki hüquqlarından sui-istifadə etmək imkanları qanunla və məhkəmə vasitəsilə məhdudlaşdırılır. Lakin hazırki mübahisədə yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, bir tərəfdə (işəgötürən) dövlət və dövlətin sosial layihəsi dayanır. Dövlətin sosial siyasətinə uyğun olaraq büdcəsinin sosial yönümlə xərcləri müvafiq məbləğlərlə məhdudlaşır, xərclərin həddləri büdcə imkanları həddində dəyərləndirilir. Hazırda həmin layihənin getdikcə məhdudlaşdırılması, analoji digər layihələrin tətbiq edilməsi, özünü məşğulluğun təmin edilməsi müvafiq dövlət orqanları tərəfindən planlaşdırılır. “Mediasiya haqqında” Qanunun 21.7-ci maddəsi ##.##.2025-ci il tarixində ləğv edilməyinə baxmayaraq iddiaçı birbaşa Mediasiya Təşikalatına uzun müddət sonra müraciət etmişdir. Iddiaçı İddiaçı mübahisənin məhkəməyədək həll edilməsi üçün ilk öncə mediasiya prosesinin tətbiqi barədə ##.##.2025-ci il tarixli təkliflə Cavabdeh MMC-yə müraciət etmiş, təklif Cavabdeh MMC tərəfindən ##.##.2025-ci il tarixində cavablandırılmış, o isə ##.##.2025-ci il tarixində Mediasiya Təşkilatına müraciət etmiş, ##.##.2025-ci il tarixində Cavabdeh MMC-nümayəndəsinin və iddiaçının iştirakı ilə mediasiya sessiyası keçirilmiş və mediator tərəfindən tərəflərə müvafiq arayış təqdim edilmişdir. Daha sonra iddiaçı İddiaçı isə iddia müddətini gözləmədən ##.##.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Qanunun 21.7-ci maddəsinə əsasən bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə mediasiya prosesinə bu Qanunun 32.1.4-cü maddəsinə əsasən, həmin təklif 10 gün ərzində hər hansı formada rədd edildikdə isə mediasiya prosesinə bu Qanunun 32.1.3-cü maddəsinə əsasən avtomatik xitam verilir. Yuxarıda qeyd edilən maddə ##.##.2025-ci il tarixində ləğv edilmişdir. Göründüyü kimi iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “e” bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Iddiaçı İddiaçı ilə Cavabdeh MMC arasında əmək müqavilələri bağlanılaraq Qaradağ rayon MənzilKommunal Təsərrüfat Birliyinə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmişdir. Göründüyü kimi iddiaçının əmək funksiyaları daimi deyil də, müvəqqəti xarakter daşıyır və həmin müqavilələr müddətli ola bilər. Məhkəmə isə Cavabdeh MMC-nin fəaliyyətinin müvəqqəti xarakter daşıdığını nəzərə almamışdır.

20. Məhkmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi nümayəndə3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında qeyd etmişdir ki, qətnamədə iddiaçının gördüyü işlərin daimi xarakter daşıması qeyd edilmişdir. O, sosial işçi olub, təmizlik fəaliyyəti ilə məşğul olub. Bu fəaliyyət “Haqqı ödənilən ictimai işlərin təşkili” Qaydalarına əsasən haqqı ödənilən ictimai iş kimi qəbul edilir. Əmək Məcəlləsinə əsasən həmin işçilərlə müddətli əmək müqaviləsi bağlanılır. Onun əmək fəaliyyəti müvəqqəti xarakter daşıyır. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin idarəetməsi dövlətə məxsusdur, dövlət tərəfindən maliyyələşdirilirlər. Sosial layihə, məşğulluq strategiyası əsasında fəaliyyət göstərir. Bir sosial layihə olaraq bütün işçiləri ilə müddətsiz əmək müqaviləsi bağlaya bilməzdilər. Layihə 2030-cu ilədək davam edəcək. Iddia müddəti ilə bağlı demək istəyir ki, iddiaçı mübahisənin məhkəməyədək həll edilməsi üçün ilk öncə mediasiya prosesinin tətbiqi barədə ##.##.2025-ci il tarixdə təkliflə müraciət etmişdir. Iddiaçı onların cavab verməyi üçün 10 gün müddəti gözləməli idi. ##.##.2025-ci il tarixində Qanunda dəyişiklik olub. Həmin dəyişiklikdən sonra mediasiyaya müraciət edə bilərdi. Qətnamə əsassızdır, çünkü cavabdehin fəaliyyəti nəzərə alınmamışdır.

21. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edərək, izahatında qeyd etmişdir ki, ilk öncə bildirmək istəyir ki, əmr ##.##.2025-ci ildə verilib, təklif ##.##.2025-ci ildə göndərilib. Onların mediasiya təklifinə cavab ##.##.2025-ci il tarixdə verilib. Qanunda dəyişiklik onlar təklifi göndərdikdən sonra edilib. Onlar (cavabdeh) iddiaçının mediasiya təklifinə cavab verdiyi üçün burada müddət ötə bilməz. ##.##.2025-ci il tarixdə cavab verilib, ##.##.2025-ci il tarixdə mediasiya təşkilatına müraciət etmişlər. ##.##.2025-ci ildə mediasiya sessiyası keçirilib, ##.##.2025-ci il tarixdə isə məhkəməyə müraciət etmişlər. Təxminən 27 gün ərizdə onlar iddiasını vermişdir, ona görə də iddia müddətinin ötməsi ilə bağlı mülahizələr tamamilə əsassızdır. Birinci instansiya məhkəməsi də həmin məsələ ilə bağlı düzgün nəticəyə gəlib. Digər bir məsələ isə müqavilə ilə əlaqəlidir. Iddiaçının əmək müqaviləsinə 5 ilin tamam olmasına 20 gün qalmış xitam verilib. Səhəri gün 1 il 6 ay müddətinə yenidən onunla müqavilə bağlanılıb. Göründüyü kimi bu iş daimi xarakter daşıyıb. Layihənin bitməsi qeyd edilir, belə olan halda şəxsi işdən ixtisarla çıxara, bunun üçün kompensasiya ödəyə bilərdilər, bunu etməyiblər. Eyni zamanda layihənin dayandırılması ilə bağlı sənədləri də məhkəməyə təqdim edə bilməyiblər. Qətnamənin qəbul edilməsinə əsas olmuş hallardan biri də məhz o idi. Cavabdehin nümayəndəsinin bildirdiyinə görə bu layihə 2030-cu ilədək davam edəcək, bu da bir daha onu göstərir ki, əmək müqaviləsinə əsassız, ədalətsiz və qanunsuz olaraq xitam verilmişdir.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə).

23. Birinci instansiya məhkəməsinin mübahisə ilə bağlı hüquqi mövqeyi və əsaslandırması ilə tam olaraq razılaşan məhkəmə kollegiyası öz mövqeyinə, həmçinin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, əmr ##.##.2025-ci ildə verilib, mediasiya təklifi ##.##.2025-ci ildə göndərilib. Mediasiya təklifinə cavab ##.##.2025ci il tarixdə verilib. ##.##.2025-ci il tarixdə mediasiya təşkilatına müraciət edilib. ##.##.2025-ci il tarixdə tərəflər mediasiya prosesini davam etdirməyə razılıq vermədiyindən mediasiya prosesinə xitam verilmiş, ##.##.2025-ci il tarixdə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

24. Kollegiya həmçinin qeyd etmişdir ki, qanunvericiliyin istinad olunan normalarına əsasən mediasiya prosesi təklifin göndərildiyi andan başlanmış sayılır, mediasiya arayışın təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir və mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Belə olan halda ##.##.2025 – ##.##.2025-ci il tarixədək 18 gün keçmiş, sonra ##.##.2025-ci il tarixdə mediasiya təklifi göndərilməklə müddət dayanmış, ##.##.2025-ci il tarixdə mediasiya prosesinə xitam verildiyindən müddətin axımı bərpa olunmuş və 1 aylıq müddət ötürülmədən ##.##.2025-ci il tarixədə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

25. “Mediasiya haqqında” Qanunun 21.7-ci maddəsinin ##.##.2025-ci il tarixdə ləğv edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilini əsassız hesab edən kollegiya qeyd etmişdir ki, iddiaçı mediasiya təklifini ##.##.2025-ci il tarixdə, yəni qeyd olunan maddə ləğv edilməmişdən əvvəl göndərmişdir.

26. Iddianın əsaslı olması ilə bağlı kollegiya qeyd etmişdir ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli Qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır. Konstitusiya Məhkəməsinin Plenumu bir daha nəzərə çatdırmağı vacib hesab edir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Odur ki, Əmək Məcəlləsinin 47- ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən suiistifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər.

27. Kollegiya hesab etmişdir ki, iddiaçının 2019-cu ildən əmək müqaviləsi ilə eyni müəssisədə, eyni xarakterdə iş gördüyü halda, məhz ##.##.2024-cü il tarixdə “öz xahişi ilə” əmək müqaviləsinə xitam verilməsi və növbəti iş günü, cəmi 3 ay müddətinə yeni əmək müqaviləsi bağlanması, müddətin bir neçə dəfə uzadılması və sonuncu dəfə, yəni ##.##.2025-ci il tarixdə isə müddətin qurtarması əsas götürülərək onunla əmək müqaviləsinə xitam verməsi Əmək Məcəlləsinin 47-ci maddəsi ilə uyğunluq təşkil etmir.

28. Kollegiya sonda qeyd etmişdir ki, Apellyasiya şikayətinin dəlili odur ki, iddiaçının gördüyü işin xarakteri müvəqqəti olmuşdur. Əmək Məcəlləsinin 45.5.-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Nəzərə alınmalıdır ki, iddiaçı ilə müddətli əmək müqaviləsi bağlansa da iddiaçı 5 ildən artıq müddətə eyni vəzəfədə işləmişdir. O cümlədən, qeyd olunmalıdır ki, cavabdehin istinad etdiyi Məşğulluq Startegiyası 2019-2030-cu illər üçün nəzərdə tutulmuşdursa hələ həmin müddət də başa çatmamışdır.

29. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasını 25 və 35-ci; Əmək Məcəlləsinin 45, 47, 68, 296 və 300-cü; Mülki Prossesual Məcəlləsinin 14.2, 76, 77.1, 88, 89, 217, 218, 372, 384 və 385-ci maddələri ilə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

30. Cavabdeh (vəkil-nümayəndə3) qətnamədən kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2026-cı il, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. Mahiyyət etibarı ilə iddia ərizəsinə etirazın və eləcədə apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda əsaslandırılan kassasiya şikayətində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “e” bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Iddiaçı İddiaçı ilə Cavabdeh MMC arasında əmək müqavilələri bağlanılaraq Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmişdir. Göründüyü kimi iddiaçının əmək funksiyaları daimi deyil də, müvəqqəti xarakter daşıyır və həmin müqavilələr müddətli ola bilər. Iddiaçının yerinə yetirdiyi əmək funksiyası daimi struktur vahidi üzrə sabit ştat vahidi deyil, ictimai iş proqramı çərçivəsində formalaşdırılmış və proqramın davam etməsindən asılı olan müvəqqəti əmək yeridir. Bu səbəbdən həmin münasibətlərə müddətli əmək müqaviləsinin tətbiqi qanunvericiliyin məqsədinə tam uyğundur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsini işəgötürənin hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 9.3-ci maddəsinə qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. “Mediasiya haqqında” Qanunun 21.7ci maddəsi ##.##.2025-ci il tarixində ləğv edilməyinə baxmayaraq iddiaçı birbaşa Mediasiya Təşikalatına uzun müddət sonra müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2002-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiqlənmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 1.2 bəndinə əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.6-cı bəndinə əsasən isə ictimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlırazılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Iddiaçı ilə bağlanılmış əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlırazılığı əsasında bağlanılmışdır. Qeyd edilən planda işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə haqqı ödənilən ictimai işlərin əhatə dairəsinin genişləndirilməsi, təşkili mexanizminin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması tədbirlərinin icra göstəricilərində - mexanizmlərdə dəyişiklik, yaradılmış DOST Iş mərkəzləri vasitəsilə haqqı ödənilən ictimai işlərə cəlb olunması nəzərdə tutulmuşdur. Sərəncamdan da göründüyü kimi Cavabdeh MMC sosial layihə olduğundan müvəqqəti xarakter daşıyır. Məlumat üçün bildiririk ki, hazırki mübahisə üzrə işəgötürən MMC olsa da, həmin MMC-nin fəaliyyət sosial yönümlü olmaqla dövlət layihəsidir (MMC-nin idarəretməsi dövlətə məxsusdur) və işçilərin təminatı vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi məqsədilə məhz dövlət tərəfindən həyata keçirilir. Belə olan halda məhkəmə hazırkı hüquq münasibətlərinə formal olaraq deyil, mahiyyəti üzrə baxmaqla qiymətləndirməyi zəruri hesab etməlidir. Dövlətin müvafiq sosial layihəsi üzrə işçi uzun müddət işləmiş və məşğulluğunu, maddi təminatını qarşılamışdır, lakin müvafiq sosial layihədən təkcə eyni vətəndaşlar deyil, müxtəlif digər vətəndaşlar da faydalanmalı, dövlət məhdudiyyətsiz formada qeyri-müəyyən müddətə əmək münasibətlərini davam etdirməkdə yüklənməməlidir. Nəzərə alınmalıdır ki, sözügedən sosial layihələr müvafiq dövrə tətbiq edilməklə məhdud (müvəqqəti) xarakterlidir və vətəndaşları işləməyə, əməyə təşviq edir, maddi təminatlarına dəstək verir. Dövləti daimi əsaslarla əmək müqaviləsi bağlamaqla mükəlləf etmək həmin layihənin sosial mahiyyətinə və işçilərin pozulmuş əmək hüquqlarının müdafiəsinin fəlsəfəsinə uyğun gəlmir. Nəzərə alınmalıdır ki, müddətli, xüsusən 1, 2, 3 aylıq qısa müddətli əmək müqavilələrinə məhkəmələrin yanaşması təcrübi olaraq fərqlidir və bu münasibətlərdən işçilərin müdafiəsinin maksimal təminatı qorunur. Yəni, məlumdur ki, heç kim 1-2-3 aylıq müqavilə bağlamaqda maraqlı deyil, hər kəs istəyər ki, (istisnalar xaric) əmək müqavilələri təminatlı, daimi və uzun müddətli olsun. Bununla da, işəgötürənlərin işçilər üzərindəki hüquqlarından sui-istifadə etmək imkanları qanunla və məhkəmə vasitəsilə məhdudlaşdırılır, lakin hazırki mübahisədə yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, bir tərəfdə (işəgötürən) dövlət və dövlətin sosial layihəsi dayanır. Dövlətin sosial siyasətinə uyğun olaraq büdcəsinin sosial yönümlə xərcləri müvafiq məbləğlərlə məhdudlaşır, xərclərin həddləri büdcə imkanları həddində dəyərləndirilir. Hazırda həmin layihənin getdikcə məhdudlaşdırılması, analoji digər layihələrin tətbiq edilməsi, özünü məşğulluğun təmin edilməsi müvafiq dövlət orqanları tərəfindən planlaşdırılır. Məhkəmənin yanaşması faktiki olaraq sosial layihə üzrə bütün iştirakçıların daimi işçi statusu tələb etməsi üçün presedent yarada bilər ki, bu da dövlət məşğulluq proqramlarının icrasını mümkünsüz edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Iddiaçı İddiaçı mübahisənin məhkəməyədək həll edilməsi üçün ilk öncə mediasiya prosesinin tətbiqi barədə ##.##.2025-ci il tarixli təkliflə Cavabdeh MMC-yə müraciət etmiş, təklif Cavabdeh MMC tərəfindən ##.##.2025-ci il tarixində cavablandırılmış, o isə ##.##.2025-ci il tarixində Mediasiya Təşkilatına müraciət etmiş, ##.##.2025-ci il tarixində Cavabdeh MMC nümayəndəsinin və iddiaçının iştirakı ilə mediasiya sessiyası keçirilmiş və mediator tərəfindən tərəflərə müvafiq arayış təqdim edilmişdir. Daha sonra iddiaçı İddiaçı isə iddia müddətini gözləmədən ##.##.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Qanunun 21.7-ci maddəsinə əsasən bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, bu Qanunun 21.6cımaddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə mediasiya prosesinə bu Qanunun 32.1.4-cü maddəsinə əsasən, həmin təklif 10 gün ərzində hər hansı formada rədd edildikdə isə mediasiya prosesinə bu Qanunun 32.1.3-cü maddəsinə əsasən avtomatik xitam verilir. Yuxarıda qeyd edilən maddə ##.##.2025-ci il tarixində ləğv edilmişdir. Göründüyü kimi iddia müddəti ötürülmüşdür. Iddiaçının mediasiya və məhkəməyə müraciət müddətləri ilə bağlı qanunvericilik dəyişikliklərini bilməməsi və ya yanlış anlaması prosessual müddətlərin bərpası üçün müstəqil əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 1 və 5-ci hissələrinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığımüddətə bağlanılır. Iddiaçı özü də əvvəlcədən onunla müddətli əmək müqaviləsi bağlanılmasına razı olmuş və həmin dövrlərdə bu halı heç vaxt mübahisələndirməmişdir. Yalnız onunla bağlanmış əmək müqaviləsi ləğv edildikdən sonra müqavilə üzrə maddi hüquq normalarının pozulmasına istinad edərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Iddiaçı uzun müddət ərzində bağlanmış müddətli əmək müqavilələrinin hüquqi mahiyyətini qəbul etmiş, həmin müqavilələr üzrə əmək funksiyasını icra etmiş, əməkhaqqı almış və müqavilə müddətləri ərzində hər hansı etiraz irəli sürməmişdir. Müqavilə şərtlərindən uzun müddət faydalandıqdan sonra yalnız müqaviləyə xitam verildikdən sonra eyni şərtlərin etibarsızlığını mübahisələndirməsi hüquqi müəyyənlik və vicdanlı davranış prinsipləri ilə uzlaşmır. Məhkəmə isə tərəflərin iradəsini, müqavilənin məzmununu və qanunun birbaşa normasını nəzərə almadan, müddətli müqaviləni faktiki olaraq müddətsiz müqavilə kimi qiymətləndirmişdir. Bu yanaşma Əmək Məcəlləsinin 45-ci maddəsinin açıq məzmununa ziddir.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır.

Kassasiya baxışının hədləri:

33. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

34. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin:

35. Maddə 45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

36. Maddə 47, “f” bəndi. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

37. Maddə 68, 2-ci hissə. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi müəyyən edilmişdir. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

38. Maddə 73.1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.

39. Maddə 76.1. Işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

40. Maddə 82. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir.

41. 172, 5-ci hissə. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.

42. Maddə 300, 1-ci hissə. Işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

45. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları

56. ilə müəyyən edilir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

49. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

51. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

54. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər olmuş və apellyasiya məhkəməsi tərəfindən kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini yoxlayır.

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

58. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar