Məhkəmə qərarları › İş №2(1-8)-154/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-154/2026

18.02.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-154/2026 18.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: prosessual məsələlər, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə, qətnamənin elektron kabinetə yerləşdirilməsi, prosessual müddətin ötürülməsi, müddətin bərpası barədə ərizə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavab deh4 və Cavabdeh2 qarşı mənzildən çıxarılma və əmlakın boşaldılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4039/2025 nömrəli, 16 dekabr 2025-ci il tarixli qərardadından Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə 2026-cı il 18 fevral tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsi, ev 4, 99 nömrəli mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasın ı xahiş etmişdir

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2(008) 3387/2024 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsi, ev 4, 99 nömrəli mənzildən çıxarılması, mənzilin boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. Cavabdeh5 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyul 2025-ci il tarixli 2(103)-4039/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2(008) 3387/2024 nömrəli qətnaməsi (iş üzrə icraata X2 aid hissədə xitam verilməsi nəzərə alınmaqla) dəyişdirilmədən saxlanılması qət edilmişdir.

5. Qətnamə 08 avqust 2025-ci il tarixində işdə iştirak edən şəxslərin, o cümlədən Cavabdeh3 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə rəsmi qaydada verilmişdir. 6. 05 oktyabr 2025-ci il tarixində Cavabdeh5 (nümayəndəsi və vəkili Vəkil1) qətnamədən kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyul 2025-ci il tarixli, 2(103)-4039/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti mülki iş materialları ilə birlikdə baxılması üçün Azərbayc an Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.

7. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh3 (nümayəndəsi və vəkili Vəkil2) kassasiya şikayəti verərək, kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 2(103)-4039/2025 nömrəli qətnaməsini ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Eyni zamanda, Cavabdeh3 (nümayəndəsi və vəkili Vəkil2) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyul 2025-ci il tarixli, 2(103)-4039/2025 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə məhkəməyə ərizə verərək, buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.

9. Müddətin bərpası barədə ərizənin dəlillərinə görə, Bakı Apellyasiya Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 2(103)-4039/2025 nömrəli qətnaməsi Cavabdeh3 təqdim edilməmişdir. Belə ki, qətnamə Cavabdeh3 qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilməmişdir. Təxminən 10 gün öncə qətnaməni əldə etmişdir. Kassasiya şikayətinin verilməsi müddəti ötürüldüyündən buraxılmış prosessual müddətin üzrlü hesab edilərək, bərpa еdilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Fərrux Qasımovsədrlik edən və məruzəçi, Günay Axundova və Emin Mehdiyev) 2(103)-4039/2025 nömrəli, 16 dekabr 2025-ci il tarixli qərardadı ilə Cavabdeh3 (nümayəndəsi və vəkili Vəkil2) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyul 20 25-ci il tarixli, 2(103)-4039/2025 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsi və müddətin bərpasından imtina edilməsi, kassasiya şikayətinin Cavabdeh3 qaytarılması qərara alınmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh3 ərizədə qeyd olunan dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, kassasiya şikayətinin verilməsi üçün müddət 08 oktyabr 2025-ci il tarixində başa çatmış, sonuncunun hazırkı kassasiya şikayəti isə qanunvericiliklə müəyyən edilmiş 2 aylıq müddət ötürülməklə verilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh3 qeyd etdiyi hallar müddətin buraxılmasının üzrlü səbəbi kimi qiymətləndirilə bilməz. Buraxılmış prosessual müddətin bərpas ı üçün elə üzrlü səbəblər mövcud olmalıdır ki, bunun nəticəsində tərəf prosessual hərəkətləri etmək imkanından məhrum olsun. Hazırkı vəsatətdə isə cavabdehin göstərdiyi hallar yuxarıda qeyd olunan “üzrlü səbəblər” dairəsinə aid edilə bilməz.

13. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, qanunla nəzərdə tutulan prosessual müddətin bərpası üçün Cavabdeh3 irəli sürdüyü dəlillər əsassız olduğu ərizə təmin oluna bilməz.

14. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3, 10-1.5, 128.1, 128.3, 129.1, 130.1, 130.3, 133.1, 133.2, 133.3, 135.5, 135.6, 402.2, 402.2.3, 405, 405.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh3 (Vəkil2) kassas iya şikayəti verərək qərardadın ləğv edilməsi və şikayətə baxılması üçün mülki işin Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qətnamənin elektron qaydada yerləşdirilməsi baş tutsa belə qətnamə kağız daşıyıcıda mülki iş üzrə tərəflərə qətnamənin surətini təqdim etməli idi. X3 qətnaməni kağız daşıyıcıda əldə etdiyi gündən 2 ay müddətinə kassasiya şikayəti vermişdir. Belə olan halda müddət bərpa edilməsinə dair ərizə təmin edilərək, kassasiya şikayəti mülki iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməli idi.Həmçinin qərardadda məhkəmənin istinad etdiyi dəlillər düzgün deyildir. Məhkəmə yalnız öz fərziyyələrinə, əsaslanmaqla qərardad qəbul etmişdir. Məhkəmə öz qərardadını hüquqi cəhətdən düzgün əsaslandırmamış, o cümlədən Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ bəndinin tələblərinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilməsi baxımından öz qərardadını əsaslandırmamışdır. Nəticədə konstitusiyanın müddəaları ilə ziddiyyət təşkil edən əsassız qərardad cavabdehin hüquqlarının pozulmasına səbəb olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

18. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şi kayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

19. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.

20. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

21. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

22. Maddə 129.1. İl lərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.

23. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

24. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur

25. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

26. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçün cü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

27. Maddə 402.2.2. Kassasiya şikayətinin qaytarılması, 402.2.3-cü maddəsinin tələbinə görə isə kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardadlardan kassasiya şikayəti verilə bilər.

28. Maddə

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər:

29. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 408.1 və 408.1.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

32. Maddə 408.1.3.Kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

33. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. 34. 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə veri lmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin MİMK-nin 16 avqust 2006-cı il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarı

38. Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli Qərarı

39. «İmperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-in 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.». Kassasiya baxışının hədlər i

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadı Cavabdeh3 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

42. Məhkəmə kollegi yası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Apellyasiya instansiyasının müəyyən etdiyi işin hallarından görünür ki, barəsində şikayət verilən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 iyul 2025-ci il tarixli qətnaməsi 08 avqust 2025-ci il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. K 44. assasiya şikayəti ilk dəfə xx.xx.2025-ci il tarixdə verilmiş, bununla da, cavabdeh kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq p rosessual müddət bitdikdən sonra kassasiya şikayətini elektron kabinetə yerləşdirməklə göstərilən müddəti ötürmüşdür.

45. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, prosessual müddətin üzrlü səbəbdən ötürülməsi barədə cavabdehin dəlilləri əsassızdır.

46. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

47. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.

48. Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinə görə də “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

49. Nəzərə alınsa ki, MPM-in 135.5-ci maddəsinə görə həmin Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir və MPM-in 10-1.8 və 135.6-cı maddələrinə görə də elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara b ərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir və məhkəmə sənədləri elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır, belə olan halda, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.

50. Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında hüquqi mövqe ondan ibarət olub ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır.

51. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini Mülki Prosessual Məcəllənin 10-1.3, 10-1.5, 10-1.8, 135.5 və 135.6-cı maddələrinin tələbləri baxımından əsassız sayır. Belə ki, həmin normal ara görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olması və digər tələblər imperativ qaydada müəyyən edilmişdir.

52. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsasızdır, buna görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara a ldı: Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4039/2025 nömrəli, 16 dekabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar