Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3815/2025 27.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 sentyabr 2025-ci il tarixli, 2(103)-4109/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aş ağıdakıları müəyyən etmişlər:
2. Bakı şəhəri V rayonu B qəsəbəsi F küçəsi ev – (Yeni qaydalarla: AZ 0000, Bakı şəhəri V rayonu B qəsəbəsi AA küçəsi 19) İddiaçı xüsusi mülkiyyətindədir.
3. Bakı şəhəri VRayon Məhkəməsinin 2(008)-5921/2023 nömrəli xx.xx.2023- cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh Bakı şəhəri V rayonu B qəsəbəsi F küçəsi 55 saylı evə istifadə hüququnun müəyyən olunması tələbinə dair iddiası rədd edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1754/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri VRayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-5921/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2918/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1754 /2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı övladları - xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2010-cu il təvəllüdlü X11 əşyaları ilə birlikdə mülkiyyətində olan ünvan 1 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinadla tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvandakı ümumi sahəsi 48.5 kv.m.-dən ibarət olan yaşayış sahəsi onun mülkiyyətindədir. Bu barədə xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində 664 nömrə ilə reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyat aparılmışdır. Cavabdeh onun mülkiyyətində olan yaşayış sahəsində onun qardaşının keçmiş həyat yoldaşı kimi iki uşağı ilə birlikdə yaşayır. Onunla qardaşının arasında əvvəl 2006-cı ildə faktiki nikah olmuş, xx.xx.2015-ci il tarixdə isə nikahlarını rəsmiləşdirərək ailəsinin mülkiyyətində olmuş yaşayış sahəsində müvəqqəti yaşamaq üçün razılaşaraq məskunlaşmışlar. Həmin zaman qardaşı ilə ailə üzvləri arasında onların həmin yaşayış sahəsində müvəqqəti yerləşmələrinə razılıq verilməsi və qısa müddət ərzində özlərinə digər yaşayış sahəsi tapmaqla oradan köçüb getmələri şərtləndirilmişdir. Cavabdehlə həyat yoldaşı arasında mehriban və davamlı ailə münasibətləri olmadığından onun həyat yoldaşı X2 Rusiya Federasiyasına getmişdir və hazırda da Rusiya Federasiyasında yaş amaqda davam edir. Cavabdeh isə Xalidin Rusiyaya gedəndən sonra bir neçə dəfə Azərbaycana qayıtması ilə əlaqədar xx.xx.2007-ci ildə X5, xx.xx.2010-cu ildə isə X7 dünyaya gətirmişdir. Cavabdehlə X1 arasındakı formal olaraq qeydə alınmış nikah sonralar məhkəmə qaydasında pozulduğundan cavabdeh həmin yaşayış sahəsinə heç bir hüququ olmamasına baxmayaraq oradan köçüb getmək barədə tələblərinə əməl etməmiş, müxtəlif orqanlara müraciət etməklə həmin yaşayış sahəsində qeydiyyata alınmağa səy göstərərək mütəmadi olaraq onları incitmişdir. Sonuncu dəfə cavabdeh Bakı şəhəri VRayon Məhkəməsinə müraciət edərək yaşayış sahəsindən istifadə hüququnun tanınması barədə iddia qaldırmış və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli 2(008)-5921/2023 saylı qətnaməsi ilə iddiası rədd olunmuş, bundan sonra həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti versə də, məhkəmə kollegiyası tərəfindən qanuna müvafiq formada araşdırma nəticəsində Bakı şəhəri VRayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Hazırda cavabdehin istifadə etdiyi yaşayış sahəsi onun mülkiyyətindədir və cavabdehin həmin yaşayış sahəsində yaşamaqda davam etməsi, onun tələbi ilə mülkiyyətində olan sahəni boşaltmaqdan imtina etməsi qanunla mülkiyyətçiyə aid olan hüquqların pozulması kimi qiymətləndirilməlidir.
8. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməmiş və izahatında bildirmişdir ki, o, həmin evə gəlin gəlmiş, ev əvvəllər keçmiş ərinin nənəsinin mülkiyyətində olmuşdur. Onlar vərəsəlik işi açdırmışlar ki, onun haqları pozulsun. O, evi n təmirinə əziyyət və xərc çəkmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
9. Bakı şəhəri VRayon Məhkəməsinin (hakim Şəbnur Qədirova) 2(008)-4593/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, İddiaçı Bakı şəhəri, V rayonu, B qəsəbəsi, F küçəsi, ev – (Yeni qaydalarla: AZ 0000, Bakı şəhəri V rayonu B qəsəbəsi AA küçəsi 19) fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarından tam şəkildə istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların tam həyata keçirilməsinə Cavabdeh fərdi yaşayış evindən çıxmaması maneçilik törədir.
11. Məhkəmə hesab etmişdir ki, qeyd edilən halda tərəflər arasında yaranmış mübahisəli hüquq münasib ətlərinin qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsi tətbiq olunmalıdır.
12. Məhkəmə bildirmişdir ki, Cavabdeh adına isə iddiaçıya məxsus olan fərdi yaşayış evinə dair mülkiyyət hüququnun belə qeydiyyatı mövcud deyildir. Bundan başqa, məhkəmə araşdırması zamanı cavabdehin mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun olması da müəyyən edilməmişdir. Belə ki, cavabdehin mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun olmaması Bakı şəhəri VRayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(008)-5921/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 1
4. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdr ki, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh, iddiaçıya məxsus evdə deyil, həmin ünvanda inşa edilmiş digər fərdi yaşayış evində yaşayır. Lakin işə baxmış birinci instansiya məhkəməsi bunu nəzərə almamışdır. Bundan başqa birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, yanında 2 azyaşlı uşaq olan (onlardan biri talassemiya xəstəliyindən əziyyət çəkir) cavabdehin başqa yaşayış sahəsi yoxdur.
16. Bakı Apellyasiy a Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Məmməd Məmmədov – sədrlik edən və məruzəçi, Fuad Talışinski və Azad İmanov) 16 sentyabr 2025-ci il tarixli, 2(103)-4109/2025 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri VRayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 oktyabr 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, hazırkı iş üzrə tərəflər həmin mülki iş üzrə tərəf olduğundan qeyd edilən qərarlar ilə müəyyən edilmiş hallar onlar üçün preyudisial xarakter daşıyır. Bu baxımdan müəyyən edilir ki, hazırkı mülki iş üzrə cavabdehin iddiaçıya məxsus evdə yaşamasının hüquqi əsası yoxdur, cavabdehin həmin evdən çıxarılması ilə bağlı iddia tələbi əsaslıdır.
18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işə baxmış birinci instansiya məhkəməsinin əsaslılığı müzakirə edilən bu tələbi təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızdır.
19. Bundan başqa apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, cavabdeh, qətnamədən verdiyi apellyasiya şikayətində qeyd edir ki, o, iddiaçıya məxsus evdə deyil, həmin ünvanda inşa edilmiş digər fərdi yaşayış evində yaşayır. Lakin işə baxmış birinci instansiyası məhkəməsi bunu nəzərə almamışdır.
20. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, cavabdehin birinci instansiyası məhkəməsinə verdiyi izahatından və iddia tələbinə qarşı verdiyi yazılı etirazdan (iş v. 99100) görünür ki, cavabdeh bu kimi halı birinci instansiya məhkəməsinə bildirməmişdir. Əksinə cavabdehin verdiyi izahatdan və iddia tələbinə q arşı verdiyi yazılı etirazdan görünür ki, o, iddiaçıya məxsus evdə deyil, digər evdə yaşaması əsası ilə deyil, iddia tələbinin əsassız olması (mübahisəli evə dair iddiaçının adına sənədlərin olmaması) əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yuxarıda qeyd edilən məhkəmə aktlarından da görünür ki, hazırkı iş üzrə cavabdeh iddiaçı olaraq əvvəllər irəli sürdüyü “yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbi barədə” iddia tələbində də, qeyd etmişdir ki, o, hazırkı mülki iş üzrə mübahisə predmetini təşkil edən evdə yaşamışdır.
22. Bu baxımdan qəbul edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır.
23. Apellyasiya şikayətində həmçinin qeyd edilir ki, işə baxmış birinci instansiyası məhkəməsi nəzərə almamışdır ki, yanında 2 azyaşlı uşaq olan (onlardan biri talassemiya xəstəliyindən əziyyət çəkir) cavabdehin başqa yaşayış sahəsi yoxdur.
24. Məhkəmə apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab edərək, qeyd etmişdir ki, belə ki, bu kimi halların mövcud olmasının iddianın rədd edilməsi üçün əsas olması qanunverici tərəfindən müəyyən edilməmişdir.
25. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayətini onunla əsa slandırmışdır ki,Cavabdeh iddiaçıya məxsus evdə deyil, həmin ünvanda inşa edilmiş digər sənədsiz fərdi yaşayış evində yaşamasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edərkən işə obyektiv,hərtərəfli və tam baxmadan apellyasiya şikayətini təmin etməmişdir.
28. Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən, Cavabdeh məhkəmədən İddiaçı məxsus **********40-10301 reyestr nömrəli,xx.xx.2023-cü il tarixli çıxarışda qeyd edilən 48,5 kv.m. yaşayış sahəsinin koordinatlarının müəyyən edilməsi ilə bağlı müvafiq ekspertizanın təyin edilməsini xahiş etsə də, məhkəmə təmin etməmiş, Bakı Apellyasiya Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən Cavabdeh istifadəsində olan həmin ünvanda yerləşən sənətsiz fərdi yaşayış evinin İddiaçı məxsus 48,5 kv.m. yaşayış sahəsi ilə heç b ir əlaqəsinin olmamasını nəzərə almadan, mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədən, ədalətli araşdırma aparmadan qərar qəbul etmişdir.
29. Azərbaycan Respublikası MM-nin 6.1.1-ci maddəsində, mülki hüquq subyektlərinin bərabərliyi mülki qanunvericiliyin prinsipinə aid edilmişdir. Lakin apellyasiya məhkəməsi tərəfindən bu prinsip pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. İddiaçı məhkəmə kollegiyasına etiraz ünvanlayaraq, şikayətin əsassız olduğu üçün təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
31. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədə n törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 82.3.Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
35. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kass asiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənziml əyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçının tələbi mülkiyyətin müdafiəsi çərçivəsində əsaslıdır. Belə ki, cavabdehin iddiaçının mülkiyyətində olan evə istifadə hüququnun olmaması qüvvədə olan məhkəmə aktı ilə təsbit olunmuşdur.
42. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin eyni zamanda kassasiya şikayətində göstərdiyi dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
43. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə l azımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
45. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 sentyabr 2025-ci il tarixli, 2(103)-4109/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.