Məhkəmə qərarları › İş №2(1-8)-171/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-171/2026

23.02.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-171/2026 23.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin tam boşaldılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4567/2025 nömrəli, 13 oktyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 23 fevral 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2946-cı məhəllə, ev 58, 127 nömrəli mənzil (Yeni qaydalarla: AZ1123, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi. 298, M17, m1) İddiaçı mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2946-cı məhəllə, ev 58, mənzil 127 (Yeni qaydalarla ünvan 1 ünvanında yerləşən Cavabdeh və həmin mənzildə yaşayan digər şəxslərin çıxarılması, həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişd ir.

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışlar ki, mənzili əsaslı təmir etdirmişdir. Təxminən 15 gün əvvəl ona məlum olmuşdur ki, cavabdeh ailəsi ilə birlikdə onun heç bir məlumatı və razılığı olmadan ona məxsus mənzilə köçmüş və hal-hazırda həmin mənzildə yaşayır. O mənzilini cavabdehə satmamış, kirayəyə verməmiş, bağışlamamış, ümumiyyətlə həmin mənzilə dair ona hər hansı bir hüquq verməmişdir. Cavabdehin onun mənzilində yaşadığını bildikdən sonra dəfələrlə Cavabdeh mənzilində qanunsuz yaşadığını bildirmiş, mənzili boşaldaraq təhvil verməsini tələb etmiş, lakin cavabdeh onun tələblərini yerinə yetirməyərək mənzili boşaltmamış, hal-hazırda da yaşamaqda davam edir.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir k i, o, həmin binanın 17-ci mərtəbədə 3 otaqlı mənzil əldə etmiş, geniş ailəsi olduğu və hazırkı mübahisəli mənzil 4 otaqdan ibarət olduğu üçün o öz mənzilini vermiş və əlavə olaraq 50000 manat pul verərək 4 otaqlı mənzili əldə etmiş, 4 otaqlının təmirinin tamamlanması üçün 50000 manat Siraca vermiş, öz evini 300000 manat satmış, öz evinin təmiri yarımçıq qalmışdır. Mənzili ona Sirac adlı şəxs satmışdır, Sirac iddiaçının şərikidir. O Siracla danışan zaman iddiaçı Ülfət də orada olmuş, həmin söhbətdə cavabdehin dostu da iştirak etmiş, ev alınan zaman 3 otaqlı onun adına qeydiyyatda olmuşdur. Əsas işi Sirac görmüşdür, o evin kimin adına qeydiyyatda olması ilə bağlı maraqlanmamışdır. O evin onun adına keçirilməsi prosesinin hər dəfə müxtəlif bəhanələrlə yubadıldığını daha sonra isə evin banka q oyularaq pul götürüldüyünü, bu səbəbdən də rəsmiləşdirməni həyata keçirə bilmədiklərini bildirmişdir. Daha sonra məlum olmuşdur ki, həqiqətən ev banka qoyulub pul çəkilmişdir. O bunu 5 ay bundan əvvəl 2024-cü ilin dekabr ayında Sirac tutulanda evin banka qoyularaq pul götürüldüyünü bilmişdir. Cavabdeh 2023-cü ilin yaz ayında həmin mübahisəli mənzilə köçdüyünü, etibarnaməni Siracın qaynına verdiyini, baş etibarnaməni verdikdən sonra mübahisəli mənzilə köçdüyünü qeyd etmişdir. Etibarnaməni Siracın qaynına vermişdir, çünki Siracgilin sənəd işlərini həmin şəxs həll edirmiş. Hazırda o ailəlidir iki azyaşlı övladı, anası, atası, nənəsi ilə birlikdə həmin mənzildə yaşayır və evdəkilərə o baxır, onu həmin mənzilə Sirac köçürmüşdür. O Siracla İddiaçı birlikdə işlədiklərini, birinci mənzili də onlar dan aldığını bildirmişdir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1451/2025 nömrəli, 24 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim Samirə Eyvazova) iddia tələbinin qismən təmin edilərək Cavabdeh İddiaçı məxsus, onun xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2946-cı məhəllə, ev 58, 127 saylı mənzildən (Yeni qaydalarla: AZ 1123, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd, Hadi küçəsi 298, M17, m 1) çıxarılması və mənzilin tam boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) öz izahatında qeyd etmişdir ki, Sirac adlı şəxs barəsində cinayət təqibi başlanılmışdır və onların hazırkı İddiaçı ilə bağlı Azərbaycan Respublikası Baş prokurorluğunda və Bakı ş əhəri Xətai rayon prokurorluğunda şikayət ərizəsi mövcuddur. Lakin mülki iş üzrə dörd hazırlıq iclası və iki baxış iclası keçirilməsinə baxmayaraq cavabdehin nümayəndəsi (vəkili) tərəfindən qeyd edilənləri sübut edən heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi (vəkili) öz izahatında Cavabdeh Siracın qaynına mənzilinin satılması üçün etibarnamə verdiyini, həmçinin mübahisəli mənzilin alınması üçün üstünə də 50000 pul verdiyini qeyd etsə də, bunu təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir.

7. Məhkəmə iddia tələbini “həmin mənzildə yaşayan digər şəxslərin İddiaçı məxsus, onun xüsusi mülkiyyətində olan, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2946-cı məhəllə, ev 58, mənzil 127-(yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Məhəmməd, Hadi küçəsi 298, M17, m 1) dən çıxarılması” hissəsində cavabdehlərin dairəsi konkret göstərilmədiyindən qeyri-dəqiq hesab etmiş və bu səbəbdən iddia tələbini “həmin mənzildə yaşayan digər şəxslər” hissəsində təmin etməmişdir. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia müştərək qaydada bir neçə cavabdehə qarşı qaldırıldıqda cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Cavabdehlərin dairəsini, onlarla bağlı dəqiq məlumatları məhkəməyə təqdim etmək bir başa iddiaçının hüququ və vəzifəsidir. Lakin iddiaçı məhkəmə araşdırması zamanı bu məsələyə dəqiqlik gətirmədiyindən məhkəmə iddia tələbini digər şəxslərə münasibətdə əsaslı hesab etməmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139. 3, 140, 152.1, 152.5, 157.1, 157.2 və 157.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3 və 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli və Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıx arılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, mənzil Ülfətin özü və onun şəriki Sirac tərəfindən onun qanuni istifadəsinə verilmişdir. Mənzil həmin vaxtdan onun fasiləsiz sahibliyindədir. Mənzildə tərəfindən təmir işləri də aparılmışdır. Həmin müddət ərzində iddiaçı dəfələrlə mənzilə gəlmiş və mənzildə gedən təmir işlərini görmüş və bu işlərə heç bir vaxt etiraz etməmişdir. Mülki Məcəllənin 163-cü maddəsinə uyğun olaraq həmin mənzil onun faktiki sahibliyinə verilmişdir. Mənzil demək olar ki, mülkiyyətçinin iradəsinə uyğun olaraq onun sahibliyindədir. Sirac və Ülfət mənzili onun sahibliyinə versələr də mənzili onun adına hələ də rəsmiləşdirməmişlər. Həmin mənzil üzərində mülkiyyət hüquqlarının tanınmasını tələb edə bilər. Mülki Məcəllənin 568-ci maddəsində a lqı-satqı müqaviləsinin anlayışı verilmişdir. Həmin maddəyə uyğun olaraq satıcı vəzifəsini yerinə yetirmişdir. Əşya satıcılar tərəfindən onun sahibliyinə verilmişdir. Həmin mənzildə ailəsi ilə birlikdə uzun müddətdir ki yaşadığından İddiaçı onun mənzildən çıxarılmasına dair iddiası təmin edilə bilməz.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4567/2025 nömrəli mülki iş üzrə 13 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Namiq Cəfərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehin çıxarılmasını istədiyi mənzilin mülkiyyətçisidir və mülkiy yət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İV hissəsinə, Mülki Məcəllənin 5.1 və 152.1-ci maddələrinə əsasən, iddiaçı həmin mənzilin mülkiyyətçisi olduğundan cavabdehə qarşı hazırkı tələbi irəli sürməkdə haqlı olmuşdur.

13. Apellyasiya şikayətinin dəlilləri isə iddiaçı ilə iş birliyi olduğu iddia olunan Sirac adlı şəxsin mübahisə predmeti olan mənzili cavabdehə “satması” ilə bağlı olmuşdur. Ancaq bu dəlillər həqiqi olsa belə, yenə də iddianın rədd edilməsi üçün əsas ola bilməzdi. Çünki daşınmaz əmlakın, o cümlədən mübahisə predmeti olan mənzilin alqı-satqsı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməlidir. Ancaq belə bir halın baş verməsi hansısa sübutla təsdiq olunmur. Yəni, iddiaçı tərəfindən mülk iyyətində olan mənzil hansısa şəxsə, o cümlədən cavabdehə satılmayıb. Bu cür vəziyyətdə məhkəmə tərkibinin cavabdehin mənafeyinə uyğun nə isə edə biləcəyi də mümkün sayılmır. Yəni, sözügedən mənzilin hazırda mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmasının qanuniliyinin yoxlanılması hazırki işin və apellyasiya icraatının predmeti olmasa da bu bir fakt olaraq qalır. Ona görə də, qətnamənin mübahisələndirilən hissədə yoxlanılması məhz hazırkı mövcud vəziyyətə uyğun həyata keçirilir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

15. Kassasiya şikayəti Azərbaycan Respublika sının Konstitusiyasının 60, 71 və 127-ci, Mülki Məcəllənin 139.1, 152.1, 152.5, 157.1, 157.2, 157.4, 160, 163, 336 və 567ci, MPM-nin 14 və 77-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsində işə aid edilən və təsdiq olunan faktlar əks etdirilməmiş, nəticədə qətnamədə göstərilən hallar işin materialları ilə üst-üstə düşmür. Məhkəmə iş üzrə bütün halları araşdırmadan, zəruri sübutlara düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. b)

16. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

17. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

18. Maddə

29. Hər kəsin mülkiyyət hüq uqu vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

20. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

21. Maddə 152.3.İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

22. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

23. Maddə 152.5.Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələ b edə bilər.

25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

26. Maddə 178.1.Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

27. Maddə 203.1.Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

28. Maddə 34.1. Şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq norm alarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayət ində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış v ə (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini n ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

41. Cavabdeh kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

42. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırı lmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansi yası məhkəməsi yeni sübut qəbul etmir.

43. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tər əfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2025-ci il tarixli 2(103)-4567/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar