Məhkəmə qərarları › İş №2(1-8)-230/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-230/2026

03.03.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-230/2026 03.03.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): mənzildən çıxarılma, özbaşına tutulmuş torpaqların boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2025-ci il tarixli 2(104)-1566/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 3 mart 2026- cı il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Gədəbəy rayonu, Söyüdlü kəndi, X29 küçəsi, giriş 17 ünvanda yerləşən 137,7 kv metr fərdi yaşayış evi (bundan sonra mübahisəli fərdi yaşayış evi) və 0,20 ha torpaq sahəsi İddiaçı adına xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

2. Cavabdeh ilə iddiaçının X4 xx.xx.1995-ci il tarixdən və xx.xx.2025-ci il tarixədək rəsmi nikah münasibətində olmuşlar.

3. Cavabdeh hazırda mübahisəli fərdi yaşayış evində yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun mülkiyyətində olan mübahisəli fərdi yaşayış evindən v ə həyətyanı torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mübahisəli fərdi yaşayış evi yerləşdiyi həyətyanı sahə ilə birlikdə ona məxsusdur, onun mülkiyyətindədir. DİN-in Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli ******* nömrəli arayışından göründüyü kimi həmin evdə ondan və X2ndan başqa qeydiyyatda olan yoxdur. Qardaşı X3 rayonu, Söyüdlü kəndində doğulub, boya-başa çatsa da, 1990-cı ildə orta məktəbi bitirəndən sonra SSRİ-nin hərbi xidmətinə çağrılmış və hərbi xidməti Rusiyada olmuşdur. Hərbi xidmətdən sonra Rusiyada qalmış bu günədək də Rusiyada yaşayır. Rusiya Federasiyası Dax ili İşlər Nazirliyi Leninqrad vilayəti Sankt-Peterburq şəhər Polis İdarəsi tərəfindən verilən 40 23 485363 nömrəli Rusiya Federasiyasının pasportundan göründüyü kimi X4 Rusiya Federasiyasının vətəndaşıdır. Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayır. X4 Cavabdeh ilə necə tanış olub, birbirlərini necə istəmələri barədə nə onun, nə də anasının məlumatı olmamışdır. Vahid Həsənov 1994-cü ildə Rusiyadan gəlmiş və Cavabdeh qaçırdıb Rusiyaya aparmış və evlilikləri belə başlamışdır. X1 məxsus Rusiya vətəndaşının pasportunun ailə vəziyyətinə dair qeydiyyatından görünür ki, xx.xx.1995-ci ildə Rusiya Federasiyası Krasnoyarsk diyarı Norilsk şəhərində nikaha daxil olublar. Bir müddət Norilskdə, sonra da köçüb SanktPeterburq şəhərində yaşayıblar. X2 da onlarla birlikdə Rusiyada yaşamışdır. Kənddə iş yerinin olmaması səbəbindən o müəvəqqəti Bakıda kirayədə yaşayır. Üç övladı var. Gədəbəyin Söyüdlü kəndində yerləşən bu evindən başqa evi yoxdur. 2023-cü ilin 2-ci yarısında cavabdeh Rusiyadan gəlmişdir. Bakıda evinin olmasına baxmayaraq müvəqqəti kənddə yaşamaq istədiyini bildirmiş, o da etiraz etməmiş, evin açarlarını vermişdir. 2024cü ildə anası da gəlmişdir. 2024-cü ilin 2-ci yarısında X24 da gəlmişdir ki, həyat yoldaşı Cavabdeh aparsın. Aidə getməmiş, əri ilə getmədiyinə görə aralarında xoşagəlməz narazılıqları yaşanmış, Vahid də boşayacağını deyib qayıtmışdır. Vahid gedəndən sonra Cavabdeh anası ilə sərt davranmağa başlamış və anasını evdən çıxmağa vadar edib, evdən çıxartmışdır. Artıq iki ildir ki, Gəncədə kirayədə yaşayır. Cavabdehin Bakıda valideynlərindən ona qalan evi və Rusiyada əri ilə 30 il yaşadıqları evləri var. Cavabdeh gedib öz evlərindən birində yaşaya bilər.

6. Cavabdeh iddiaya qarşı etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, İddiaçı baldızıdır. İddiaçı ona qarşı “evdən çıxarılma tələbinə dair” iddia qaldırmışdır. İddiaçının iddiasını qəbul etmir. Belə ki, o, iddiaçının X4 ilə 1994-cü ildə rəsmi nikah qeydə aldırmaqla ailə qurmuşdur. Ailə quran zaman el adəti ilə toyları olmuşur. O, hazırda İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınmış fərdi yaşayış evinə gəlin köçmüşdür. O, həmin evə gəlin köçəndə qayınatası X8 idi. Vaqif Həsənov heç bir qeyd-şərt göstərmədən onu ailəyə qəbul etmişdir. Həmin vaxtdan o, həmin evdə yaşayır. Ona və uşaqlarına aid əşyalar bu gün həmin evdədir. Ərinin işi ilə bağlı olaraq, arada-sırada Rusiya Federasiyasına gedib-gəlmişlər. 2018-ci ildən fasiləsiz olaraq bu evdə yaşayır. Başqa yerdə yaşamağa evi yoxdur. İddiaçı özü də Rusiya vətəndaşıdır. Rusiyada yaşayır. Qayınatası Vahidin vəfatından sonra hazırda mübahisə predmeti olan fərdi yaşayış evi İddiaçı adına keçmişdir. İddiaçı ərizəsində göstərir ki, guya o iddiaçıdan 2024-cü ildə müvəqqəti bu evdə yaşamaq üçün icazə almışdır. Əslində isə belə deyildir. O, bu evə həmişə öz evi kimi gəlib-getmişdir. Qeyd etdiyi kimi 2018-ci ildən isə fasiləsiz olaraq həmin evdə yaşayır. Bu barədə müvafiq sübutları vardır. O, uzun müddət bu evdə yaşadığı üçün artıq istifadə hüququ əldə etmişdir. Həmin fərdi yaşayış evinə faktiki sahiblik edir. O, mübahisə predmeti olan mənzildə 31 ildir ki, mübahisəsiz olaraq yaşayır. Həmin əmlakdan öz əmlakı kimi istifadə edir. Ko munal xidmət haqlarını o ödəyir. Hesab edir ki, iddiaçı iddia tələbində haqlı deyildir.

7. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(042)-470/2025 nömrəli qətnaməsi ilə (hakim Z.Rəsulov) iddia tələbi rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan fərdi yaşayış evi və torpaq sahəsi İddiaçı və X4nun ata mülkü olmuş, daha sonra fərdi yaşayış evi və torpaq sahəsi xx.xx.2024-cü il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

9. Cavabdeh 1994-cü il tarixdə X17 ilə ailə qurararaq hazırkı mübahisəli fərdi yaşayış evinə köçdüyünü iddia edir. Həmçinin Cavabdeh hazırda Gədəbəy rayonu, Söyüdlü kəndində qeydiyyatda olmaqla mübahisə predmeti olan, İddiaçı məxsus fərdi ya şayış evindən yaşayır.

10. Məhkəmə hesab etmişdir ki, işin qeyd olunan halları İddiaçı məxsus olan fərdi yaşayış evinə Cavabdeh ailə münasibətlərindən irəli gələn istifadə hüququnun yaranması üçün əsasların olması ehtimallarını yaradır. Belə bir halda, Cavabdeh qeyd edilən fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması sonuncunun qanunla müəyyən edilmiş hüquqlarının pozulmasına gətirib çıxara bilər.

11. Məhkəmə qeyd etmişdir ki, ilk öncə Cavabdeh qeyd edilən fərdi yaşayış evindən və torpaq sahəsindən istifadə hüququnun olub-olmaması məsələsi aydınlaşdırılmalı, daha sonra qanunvericliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət edilməlidir.

12. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1, 152.1, 152.5, 228.2 və 228.5-ci, 2009-cu il tarixədək q üvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 123-cü, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin onun mülkiyyətində olan evində qalması qanunsuz və əsassızdır. Cavabdehin onu aldadıb yay aylarında sərində olmaq adı ilə evə girib çıxmaması evin onun daimi yaşayış yeri olması anlamını yaratmır və yarada bilməz. Gədəbəy rayonu İHB-nın Söyüdlü kənd İƏD üzrə nümayəndəliyinin verdiyi arayışlar cavabdehin arayış verilən va xtı qanunsuz yaşamasını müəyyən edir. Məhkəmə isə bu halları araşdırmayıb səhv qiymətləndirmiş, yaxud da bu cür qiymətləndirmədə maraqlı olmuşdur. Cavabdehin həyat yoldaşı olmuş qardaşı X3 rayonu Söyüdlü kəndində doğulub boya-başa çatmış, 1990-cı ildə orta məktəbi bitirəndən sonra SSRİ-nin hərbi xidmətinə çağırılmış və hərbi xidməti Rusiyada olmuşdur. Hərbi xidmətdən sonra Rusiyada qalmış, hal-hazıradək də Rusiya vətəndaşı olaraq Rusiyada yaşayır. Onun Rusiya Federasiyasının vətəndaşı olmasını RF DİN Leninqrad vilayəti Sankt-Peterburq şəhər Polis İdarəsi tərəfindən verilmiş, surəti işdə olan 40 23 485363 nömrəli RF-nın pasportu da sübut edir. Vahid Həsənov hal-hazırda da Rusiya Federasiyasının vətəndaşı olaraq Sankt-Peterburq şəhərində yaşayır. Cavabdehin həyat yoldaşı olmuş Vahid Həsəno vun hələ cavabdehlə evlənənə qədər Rusiya vətəndaşı olaraq Rusiyada yaşamasını və cavabdehin də Vahid Həsənovla evlənib onun mülkiyyətində olan mübahisəli evə yox, X16 yaşadığı yaşayış yerinə köçüb Rusiyada yaşamasını sübut edən və işdə olan daha iki sübut “Torpağın mülkiyyətə verilməsinə dair” JN-868D saylı Şəhadətnamə və pay torpaqlarına aid “Torpağa Mülkiyyət hüququna dair” JN-236 saylı Dövlət Aktı da sübut edir. Belə ki, həm Şəhadətnamədə, həm də Dövlət Aktında ailə başçısının və onun ailə üzvlərinin adları (siyahısı) yazılan qrafa var. Hər iki hüquqi sənədin ailə başçısı və ailə üzvlərinə aid qrafalardan görünür ki, X11 ailə üzvlərinin sırasında nə iş üzrə cavabdehin həyat yoldaşı olan Vahid Həsənovun, nə də cavabdehin adı yoxdur. Əgər cavabdehin həyat yoldaşı (əri) Vahid Həsənov və c avabdeh atasının ailə üzvü olaraq “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 1996-cı ilədək mübahisəli evdə yaşamış olsaydılar hər ikisinin adları həm Şəhadətnamədə, həm də Dövlət Aktında olardı. Bu hal da sübut edir ki, cavabdeh mübahisəli evə gəlin köçməyib və evdə də yaşamayıb. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər sovxoz və kolxozların torpaqlarından pay almaq hüququ olan subyektlərdir. Hüquq normasından göründüyü kimi cavabdehin əri olmuş Vahid Həsənov “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi xx.xx.1996-cı ilədək mübahisəli evdə yaşamış olsaydı o na da mütləq olaraq pay torpağı verilərdi və adı həm Şəhadətnaməyə, həm də Dövlət Aktına yazılardı. Əgər bu Qanun qüvvəyə mindiyi tarixədək qardaşı ilə cavabdeh evdə yaşamış olsaydılar atası da, qardaşı da, elə cavabdehin özü də fürsəti əldən verməyib əlavə pay torpaqları tələb edərdilər. Bu hal da cavabdehin mübahisəli evə gəlin köçmədiyinin və evdə köklü-dibli yaşamadığının bariz sübutudur. Sübutlar işin içində olmasına baxmayaraq, məhkəmə bu halı nə araşdırmış, nə də qiymətləndirmişdir. Cavabdeh Bakıda doğulub, Bakıda da böyüyüb boya-başa çatan bir qızdır. Qardaşı ilə necə tanış olduqları onlara məlum olmayıb. X24 1994-cü ildə Rusiyadan gəlib cavabdehi qaçırdıb Rusiyaya da aparıb. Nikahlarının Rusiyada qeydə alınması (işdə sübut var) da bu halı sübut edir. Bu hal da sübut olunduğu halda, məhkəmə düzgün qiymətləndirməmişdir. Anası bir neçə ildən bir ürəyi istəyəndə məzuniyyətə çıxıb qardaşının yanına gedib gəzib, istirahət edib qayıdardı. 2023-cü ilin ortalarına yaxın yenə getmişdi. Anası orada olanda cavabdeh Azərbaycana gəldi. Bakıda evinin olmasına baxmayaraq, onun yanına gəlib yay aylarında kənddə yaşamaq istədiyini bildirdi. O da etiraz etməyib evin açarlarını vermişdir. Bir müddətdən sonra anası gəldi. Anasından sonra əri Vahid Həsənov da gəldi ki, həyat yoldaşı Cavabdeh aparsın. Aidə getmədi. Bu səbəbdən əri ilə aralarında narazılıqlar yaşandı. Vahid də boşayacağı ilə hədələyib Rusiyaya qayıtdı. Vahid Rusiyaya qayıdandan sonra cavabdeh anamla sərt rəftar eləməyə başladı və anası evdən çıxmaq məcburiyyətində qaldı. İddia ərizəsinin 1-ci səhifəsinin 4-cü abzasının so nuncu cümləsində “anam X9 da onlarla birlikdə Rusiyada yaşayıblar” ifadəsi gedib. Bu ifadə ya ərizəni tərtib edənin, ya da kompyuterdə yazanın yanlışıdır. Ya onun məlumatları (izahatı) səhv başa düşülüb, ya da ola bilər mexaniki səhvlik olub. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) Gədəbəy rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin xx.xx.2025 tarixli 18-1-38/3-272/2025 saylı Arayışından görünür ki, X2 1998-ci il tarixindən 2018-ci il tarixinədək Gədəbəy rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin cərrahiyyə şöbəsində kiçik tibb bacısı vəzifəsində işləmişdir. Gədəbəy RİH başçısı Söyüdlü kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2013 tarixli 766 saylı arayışından görünür ki, mərhum atası X18 vəfat etdikdən sonra onun təsərrüfatında həyat yoldaşı olan X2 qalmışdır. Göründüyü ki mi, hər iki sənədlə (sübutlarla) sübut olunur ki, anası heç də Rusiyada qardaşıgillə birlikdə yox, atası dünyasını dəyişənə kimi atası ilə birlikdə, atası dünyasını dəyişəndən sonra tək mübahisəli evdə yaşamışdır. Göründüyü kimi, cavabdehin mübahisəli evdə heç vaxt yaşamaması bu sübutlarla da sübut olunur. Məhkəmə isə bu halı da nə araşdırmış, nə də qiymətləndirmişdir. Məhkəmə qətnamədə Gədəbəy RİHB-nın Söyüdlü kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2025 tarixli 102 saylı arayışına istinad edib uzun illər evdə yaşayan kimi göstərməyə çalışıb. Arayış 2021-2025-ci illəri əhatə edən təsərrüfatbaşına kitabına istinad edilərək verilib (yazılıb). X20 verilən xx.xx.2013 tarixli 766 saylı Arayışdan da görünür ki, həmin tarixlərdə X14 evdə yaşamayıb. Həqiqətən də o, Rusiyada yaşayıb. 2023-cü ilin m ay ayında Azərbaycana Gədəbəyə gəlmiş, 2024-cü ilin yay aylarında uşağı dünyaya gəlmiş, oktyabr ayında isə boşanmışdır (əslində isə anası boşatmışdır). Cavabdeh məhkəmə proseslərində tez-tez yaşamağa yerinin olmadığını deyirdi. Ancaq ünvan 2 ünvanında yerləşən mənzil cavabdehin anası Salmanova Sultanəyə məxsus olmuş, 2021-ci ildə vəfatından öncə cavabdehə bağışlamışdır. Ola bilər DƏDR-də cavabdehin adına qeydiyyata alınmasın. Ancaq bağışlanma müqaviləsi barədə məlumat notariat informasiya sistemində mütləq olmalıdır. Bu halı "xxxx" ASC-nin xx.xx.2025 tarixli bildiriş – xəbərdarlığı da sübut edir. Məhkəmə Konstitusiyanın maddələrinin müddəalarını düzgün tətbiq etsə də düzgün nəticəyə gəlməmişdir. Belə ki, faktiki olaraq onun mülkiyyətinə toxunularaq zəbt olunub. Bu toxunulma və pozulma dövl ətin adından çıxarılan məhkəmə qətnaməsi ilə müdafiə olunmamış, əksinə dövlətin adından da pozulmuşdur. Həmçinin mülkiyyət hüququ qanunla qorunmamış və mülkiyyətində olan əmlakına sahib olmaq, istifadə etmək və sərəncam vermək hüququ cavabdeh tərəfindən pozulmuş, dövlətin adından qərar verən məhkəmə də öz qətnaməsi ilə onun əmlakına sahib olmaq, istifadə etmək və sərəncam hüququnu təmin etmək əvəzinə hüquqlarını pozduğuna görə cavabdehə bir növ bəraət vermişdir.

15. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, X24un keçmiş həyat yoldaşı olan Cavabdeh 1994-cü ildə hazırda onun mülkiyyətində olan və fərdi yaşayış evində qısa müddət yaşadıqdan sonra Rusiya Federasiyasına getmiş, nikahlarını da orada rəsmiləşdirmişlər. Bundan sonra onlar ara-sıra Azərbaycana gəlibgetsələr də, daimi yaşayış yerləri Rusiya Federasiyası olmuşdur. Qardaşı hazırda da Rusiyada yaşamaqda davam edir. Cavabdeh Rusiyadan 2023-cü ilin yayında gəlmiş, onun razılığı ilə mübahisəli fərdi evində yaşamağa başlamış, hazırda isə evdən çıxmaqdan imtina etmişdir. Halbuki onun özünün Bakı şəhərində daimi yaşayış yeri vardır.

16. Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək bildirmişdir ki, yoldaşı Rusiya Federasiyasının vətəndaşı olsa da, onun xarici vətəndaşlığı mövcud deyildir. 1994-cü ilin avqust ayında yoldaşı onu qaçıraraq mübahisəli evə gəlin gətirmişdir. 1995-ci ilin fevral ayında yoldaşı, bir müddət sonra isə onun özü Rusiya Federasiyasının Norilsk şəhərinə getmiş, orada işə düz ələrək işləməyə başlamış, Rusiya Federasiyasının Norilsk şəhərində 5 il yaşadıqdan sonra Azərbaycana qayıtmış və 2000-ci il tarixdə oğlu Həsənov İlkin anadan olmuşdur. 2005-ci ildə Rusiya Federasiyasına getdikdən sonra oğlu oradakı məktəbdə təhsil aldığına görə təxminən 5 il orada yaşamış, amma müxtəlif vaxtlarda Azərbaycana gedib gəlmişdir. 2010-cu ildə Rusiya Federasiyasına getdiyi zaman 9 il fasiləsiz olaraq orada yaşamışdır. Qaynatası 2013-cü ildə vəfat etdikdən sonra mübahisəli ev vərəsəliklə qaynanasına keçmişdir. 1995-ci ildə Rusiya Federasiyasına getməkdə məqsədi yoldaşı ilə birlikdə ailə kimi orada yaşamaq olmuşdur.

17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1566/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Şamil Rzaquliyev (sədrlik edən və m əruzəçi), Rüfət Məcidov və Günay Cavadova) apellyasiya şikayəti təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(042)-470/2025 nömrəli qətnaməsi ləğv edilmiş və yeni qətnamə çıxarılmaqla iddia təmin edilmişdir.

18. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli fərdi yaşayış evi iddiaçının atası X13 məxsus olmuş, iddiaçının X24 1994-cü ilin avqust ayında cavabdehi ailə qurmaq məqsədi ilə qaçıraraq atasının razılığı ilə həmin evə gəlin gətirmiş, cavabdeh 1995-ci ilin ortalarınadək həmin evdə yaşayıb ümumi təsərrüfatı birgə idarə etməklə istifadə hüquq əldə etmiş, lakin 1995-ci ilin ortalarında başqa daimi yaşayış yerinə - əri X10 yaşadığı Rusiya Federasiyasına daimi yaşayış üçün köçdüyünə görə həmin evdə yaşayış sahəsindən istifadə hüququnu i tirmişdir. Ona görə ki, cavabdeh Rusiya Federasiyasına müvəqqəti yox, orada daimi yaşayan ərinin yanına köçmüş, uzun illər orada yaşamış, 2023-cü ildə Azərbaycana qayıdanda isə artıq mübahisəli fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi həyatda olmamışdır, cavabdeh mirası qəbul etmiş iddiaçının ailə üzvü olmamaqla, onun həmin evdə yaşamasına da razı deyildir.

19. Digər tərəfdən elektron məhkəmə informasiya sistemindəki məlumatdan görünür ki, Cavabdeh anası X7 vəfat etməsi ilə qalmış Bakı şəhəri Zığ yolu 5A saylı evin 1 nömrəli mənzilindən ibarət mirası xx.xx.2021-ci il tarixdə qəbul etmişdir.

20. İş materialları ilə Cavabdeh iddiaçının qardaşı ilə 1994-cü ildə evləndikdən qısa müddət sonra köçərək 2023-cü ilədək Rusiya Federasiyasında yaşaması, hətta orada işləməsi, mübahisəli fərdi yaşayı ş evində daimi yaşamaması müəyyən edildiyindən və bu hal Dövlət Sərhəd Xidmətindən alınmış Cavabdeh dövlət sərhədindən hərəkətləri barədə məlumat ilə və öz izahatları ilə öz təsdiqini tapdığından və o, İddiaçı ailə üzvü olmadığından və sonuncunun iddiaçıya məxsus evdə yaşamaqda davam etməklə mülkiyyət hüququ pozulduğundan birinci instansiya məhkəməsi iddianı rədd etməkdə düzgün nəticəyə gəlməmişdir.

21. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.4, 152.1, 152.5, 157.2 və 157.4-cü, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53, 60 və 123-cü, xx.xx.2009-cu il tarixdən sonra qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1 və 30.2, 30.4, 30.5-ci maddələrinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında qeyd olunan hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci iltarixli 2(104)-1566/2025 saylı qətnaməsinin ləğv edilməsi və işin təkrar apellyasiya baxışına göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o mübahisəli fərdi yaşayış evinə 1994-cü ildə gəlin köçmüş və öz evi kimi gəlib-getmiş, 1995-ci ilin sentyabr ayına kimi həmin evdə fasi ləsiz yaşamışdır. Həmin vaxt əri də Gədəbəydə mübahisəli fərdi yaşayış evində yaşamış, uşaqları həmin evdə doğulmuş və orta məktəbdə təhsil almışlar. Həyat yoldaşı Azərbaycan Respublikasının vətəndaşı olmuş və 2010-cu ildə yeni nəsil şəxsiyyət vəsiqəsi əldə etmişdir. O evin yerləşdiyi həyətyanı torpaq sahəsində kartof məhsulu əkmiş, əri isə fərdi əməklə məşğul olmaqla yanaşı Bakı şəhərində işləmişdir. Mübahisə predmeti olan fərdi yaşayış evində şəxsi vəsaitləri hesabına əsaslı təmir işləri aparmışlar. Ustalara özü qulluq etmişdir. Bəzən həyat yoldaşı Gədəbəy rayonuna gəlmiş, gah da o, Rusiya Federasiyasına getmişdir. Mübahisə predmeti olan fərdi yaşayış evində yaşamaq üçün heç vaxt, heç kimdən icazə almamışdır. Öz evi kimi həmin evdə həm o, həm uşaqları, həm də həyat yoldaşı yaşamışdır. Oğ lunun kiçik toyu həmin evin həyətində olmuşdur. İddiaçı uzun müddət bundan əvvəl ailə qurmuş və təsərrüfatdan ayrılmışdır. O və qayınanası da müəyyən vaxtlarda Rusiya Federasiyasında yaşamışdır. Onun əri ilə münasibətləri pozulduğundan mərhum qayınatasından qalmış miras ev qayınanası tərəfindən iddiaçı baldızının adına keçirilmişdir. Halbuki, evə o və əri kifayət qədər vəsait xərcləmişdir. Mübahisə predmeti olan evin hər qarışında onun əməyi vardır. Bunu təsdiq edən kifayət qədər sübutlar vardır.

24. Onun mübahisəli fərdi yaşayış evindən istifadə hüququ yaranmışdır. O həmin evdə otuz bir ildir ki, mübahisəsiz yaşayır. Həmin əmlakdan öz əmlakı kimi istifadə edir. Kommunal xidmət haqlarını özü ödəyir. Mübahisə predmeti olan evdə ondan başqa digər ailə üzvüləri - oğlu, qızı, nəvəsi ilə birlik də yaşayır. Mübahisə predmeti olan fərdi yaşayış evində əsaslı təmir işləri aparmış, özü işləmişdir. Evin yerləşdiyi həyətyanı torpaq sahəsini əkib-becərmiş, ev heyvanları və ev quşları saxlamışdır. İddiaçı əgər onun həmin evdə yaşamasını istəmirdisə, ən azından ona kompensassiya təklif edə bilərdi. b)

25. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

26. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 6.1.4. Mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.

28. Maddə 152.1. Mükiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahi b olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

30. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

31. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhru m etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

32. Maddə

53. Şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynlə ri hesab olunur.

33. Maddə

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

34. Maddə

123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. xx.xx.2009-cu il tarixdən sonra qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

35. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçür üldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

36. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

37. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən is tifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

38. Maddə 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququn a mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarı 39. 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə ya lnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır.

44. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

45. Maddə

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bi lər ki, iddiaçı həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş p rosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

49. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

53. Cavabdeh kassasiya şikayətinin dəlilləri iddiaya etirazın əsasları ilə və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

54. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müx təlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

55. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

56. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2025-ci il tarixli 2(104)-1 566/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar