Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3938/2025 10.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, əmlakın qanunsuz sahiblikdən alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası barədə mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 sentyabr 2025-ci il tarixli, 2(105)-1259/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 10 fevral 2026-cı ildə Ali Məhkəmənin b inasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti 11, 9 saylı binanın 151 saylı mənzili xx.xx.2019-cu il tarixdən İddiaçı mülkiyyətindədir. Mənzil bankdan kredit götürülmüş vəsait hesabına əldə edilmiş və ipoteka ilə yüklü olmuşdur.
2. Mənzil iddiaçı tərəfindən onun aylıq kredit ödənişlərinin ödənilməsi şərti ilə cavabdehin istifadəsinə və sahibliyinə verilmiş, kredit ödənişlərində gecikmələr olduğundan aralarında mübahisə yarandığından iddiaçı cavabdehin mənzildən çıxmasını tələb etmiş, cavabdeh isə mənzili boşaltmaqdan imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə mür aciət edərək, Cavabdeh ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti 11, 9 saylı binanın 151 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti 11, 9 saylı binanın 151 saylı mənzili onun mülkiyyətindədir. Cavabdeh müvəqqəti yaşamaq üçün icazə verilmiş, əvəzində evin ipoteka ödənişləri etməsi tapşırılmışdır. Lakin cavabdeh tərəfindən ödənişlər edilmədiyi üçün iddiaçının özü ödənişləri ödəməli olmuşdur. Cavabdehdən mənzildən çıxmağını dəfələrlə tələb etsə də o, mənzildən çıxmamışdır. Həmçinin evdə olan əşyaları da işlədib, yararsız hala salmaqla ona maddi zərər vurmağa davam edir və mənzilə dair mülkiyyət hüququnu pozur. Cavabdeh həmin mənzildə yaşay ış yeri üzrə qeydiyyata alınmamışdır. Cavabdeh bu mənzildən çıxmadığı üçün özünün mülkiyyətində olan mənzilə dair sərbəst şəkildə, sərəncam və sahiblik etmə hüquqlarını həyata keçirə bilmir.
5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3144/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti 11, 9 saylı binanın 151 saylı mənzilindən çıxarılması, Cavabdeh 100 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı verilməsi qət edilmişdir (hakim Məlahət Abbasova).
6. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisəli mənzilə dair iddiaçının adına xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Mübahisəli yaşayış sahəsinə görə xx.xx.2019-cu il tarixdən mülkiyyətçisi olan Kərimova (Qafarlı) Pərvanə Akşin qızı ilə Cavabdeh arasında hər hansı kirayə müqaviləsi bağlanmamış, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla onlar arasında hər hansı yazılı müqavilə bağlanmamışdır. Belə olan halda cavabdehin heç bir hüquqi əsas olmadan mübahisəli mənzildə yaşaması mülkiyyətçi kimi Kərimova (Qafarlı) Pərvanə Akşin qızının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.
7. İpoteka ilə yüklü edilmiş mənzilə görə kredit ödəmələrinin cavabdeh tərəfindən əvvəllər ödənilməsi onun mübahisəli mənzildə yaşamasına əsas hesab edilə bilməz, çünki işdən görünür ki, tərəflər arasında bu barədə şifahi razılaşma olmuş, bununla belə bu razılaşma cavabdeh tərəfindən pozulmuşdur. Qüvvədə olan qanunvericiliyə görə yaşayış sahəsi ilə bağlı kirayə müqavilələri yazılı şəkildə bağlan malıdır və belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəli mənzillə bağlı yaranmış münasibətlərdə üstünlük hüququ onun mülkiyyətçisi olan iddiaçıya verilməlidir.
8. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1, 29.2, Azərbaycan Respublikası Mülki Məcəllənin 140, 152.1, 157.2, 157.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2555/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdehla aralarında ticarət sahəsində mü nasibətlər, bunun əsasında qarşılıqlı etibar və inam yaranmışdır. 2020-ci ilin sonlarında İddiaçı cavabdeh N. Novruzova bildirmişdir ki, ünvan 3 onun mülkiyyətindədir. Lakin, həmin mənzil Azərbaycan Beynəlxalq Bankından götürülmüş kreditə görə bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Krediti ödəmək imkanı yoxdur. İstəmir ki, mənzil başqa şəxslərə qismət olsun. Buna görə də ona təklif etmişdir ki, mənzilə görə 23.000 (iyirmi üç min) manat ona ödəsin, qalan pulu isə banka ödəsin. İddiaçı bildirmişdir ki, banka ödənilməli olan məbləğ təxminən 40.000 manat təşkil edir. İddiaçı ünvan 1 mənzilə dair onunla Azərbaycan Beynəlxalq Bankı arasında 25 dekabr 2019-cu il tarixdə bağlanmış ipoteka müqaviləsinə 23 sentyabr 2020-ci il tarixdə əlavə və dəyişiklik edilməsi haqqında əlavə sazişi, həmçinin onunla Azərbaycan Beynəlxalq Bankı arasında bağlanmış 17 sentyabr 2015-ci il tarixli, 13-xx-xx-2015-AF-X1 kredit müqaviləsinə əlavəni (əlavə №1) ona təqdim etmişdir. Həmin əlavəyə əsasən ümumu ödənilməli olan məbləğ 39.805,89 manat təşkil edirdi. İddiaçı həmçinin ünvan 1 ünvanda yerləşən mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı, mənzilin texniki pasportunu, mənzilin satılmasına dair elanı, habelə mənzilin xarici və daxili görünüşünü əks etdirən fotoşəkilləri ona təqdim etmiş və kredit tam ödənildikdən sonra mənzili onun adına rəsmiləşdirməyi vəd verdi. Beləliklə, ünvan 1 ünvanda yerləşən mənzilə görə İddiaçı 23.000 manat, banka isə 39.805,89 manat ödənilməli idi. Onun və ailəsinin yaşayış sahəsinə ehtiyacı var idi. Buna görə də ünvan 1 ünvanda yerləşən mənzili cavabdeh İddiaçı ilə razılaşdığı şərtlərlə almaq qərarına gəlmiş, ailəliklə göstərilən mənzilə köçərək mənzildə yaşamağa başlamış, hazırda da ailəliklə həmin mənzildə yaşamaqda davam edir. İddiaçı mənzilə görə ödəməli olan 23.000 manat pul məbləğini hissə-hissə 2021-ci ilin əvvəllərinə kimi tam şəkildə ödəmişdir. Təqdim edilən qəbzlərdən görünür ki, İddiaçı ilə Azərbaycan Beynəlxalq Bankı arasında bağlanmış ********************0 kredit müqaviləsi üzrə “Azəricard” Prosesing Mərkəzi vasitəsi ilə 18 dekabr 2020-ci il tarixdə 700 manat (əməliyyat nömrəsi ********), 19 yanvar 2021-ci il tarixdə 700 manat (əməliyyat nömrəsi ********), xx.xx.2021-ci il tarixdə 700 manat (əməliyyat nömrəsi ********), Azərbaycan Beynəlxalq Bankının Əcəmi Filialında xx.xx.2021-ci il tarix də 700 manat (mədaxil qəbzi №BPM**********99), həmçinin “Azəricard” Prosesing Mərkəzi vasitəsi ilə xx.xx.2021-ci il tarixdə 700 manat (əməliyyat nömrəsi ********), xx.xx.2021-ci il tarixdə 700 manat (əməliyyat nömrəsi ********), xx.xx.2021-ci il tarixdə 700 manat (əməliyyat nömrəsi ********), xx.xx.2021-ci il tarixdə 700 manat (əməliyyat nömrəsi ********), xx.xx.2021-ci il tarixdə 700 manat (əməliyyat nömrəsi ********), xx.xx.2021-ci il tarixdə 700 manat (əməliyyat nömrəsi ********) məbləğində pul vəsaiti ödəmişdir. Beləliklə, xx.xx.2020-ci il tarixdən-xx.xx.2021-ci il tarixədək 7.000 manat məbləğində pul vəsaiti ödəmişdir. Təqdim edilən qəbzlərdən görünür ki, İddiaçı ilə Azərbaycan Beynəlxalq Bankı arasında bağlanmış ********************0 kredit müqaviləsi üzrə Azərbaycan Beynəlxalq Bankı nın Əcəmi Filialında xx.xx.2022-ci il tarixdə 700 manat (mədaxil qəbzi № BPM**********591), həmin filialda xx.xx.2022-ci il tarixdə 700 manat (mədaxil qəbzi № BPM**********89) həmçinin “Azəricard” Prosessing Mərkəzi vasitəsi ilə xx.xx.2022-ci il tarixdə 700 manat (əməliyyat nömrəsi ********), xx.xx.2022-ci il tarixdə 700 manat (əməliyyat nömrəsi ********), xx.xx.2022-ci il tarixdə 700 manat (əməliyyat nömrəsi ********), xx.xx.2022-ci il tarixdə 700 manat (əməliyyat nömrəsi ********) məbləğində pul vəsaiti ödəmişdir. Beləliklə, 2022-ci il üzrə 4.200 manat məbləğində pul vəsaiti ödəmişdir. Təqdim edilən qəbzlərdən görünür ki, həmçinin İddiaçı ilə Azərbaycan Beynəlxalq Bankı arasında bağlanmış ********************0 kredit müqaviləsi üzrə “Azəricard” Prosesing Mərkəzi vasitəsi ilə xx.xx.2023-c ü il tarixdə 800 manat (əməliyyat nömrəsi ********), xx.xx.2023-cü il tarixdə 700 manat (əməliyyat nömrəsi ********), Azərbaycan Beynəlxalq Bankının Əcəmi Filialında xx.xx.2023-cü il tarixdə 718 manat (mədaxil qəbzi № BPM**********57), xx.xx.2023-cü il tarixdə 682 manat (mədaxil qəbzi № BPM**********85), xx.xx.2023-cü il tarixdə 1400 manat (mədaxil qəbzi № BPM**********23), həmçinin “Azəricard” Prosesing Mərkəzi vasitəsi ilə xx.xx.2023-cü il tarixdə 700 manat (əməliyyat nömrəsi ********) məbləğində pul vəsaiti ödəmişdir. Beləliklə, 2023-cü il üzrə 5000 manat məbləğində pul vəsaiti ödəmişdir. Təqdim edilən qəbzlərə əsasən İddiaçı ilə Azərbaycan Beynəlxalq Bankı arasında bağlanmış ********************0 kredit müqaviləsi üzrə “Azəricard” Prosesing Mərkəzi vasitəsi ilə xx.xx.2024-cü il tarix də 150 manat (əməliyyat nömrəsi ********), xx.xx.2024-cü il tarixdə 900 manat (əməliyyat nömrəsi ********), xx.xx.2024-cü il tarixdə e-manat ödəniş terminalı vasitəsi ilə 750 manat (əməliyyat nömrəsi **********), xx.xx.2024-cü il tarixdə e-manat ödəniş terminalı vasitəsi ilə 700 manat (əməliyyat nömrəsi **********), xx.xx.2024-cü il tarixdə e-manat ödəniş terminalı vasitəsi ilə 700 manat (əməliyyat nömrəsi **********), xx.xx.2024-cü il tarixdə e-manat ödəniş terminalı vasitəsi ilə 800 manat (əməliyyat nömrəsi **********), xx.xx.2024-cü il tarixdə e-manat ödəniş terminalı vasitəsi ilə 500 manat (əməliyyat nömrəsi **********), xx.xx.2024-cü il tarixdə e-manat ödəniş terminalı vasitəsi ilə 600 manat (əməliyyat nömrəsi **********), xx.xx.2024-cü il tarixdə e-manat ödəniş terminalı vasitəsi ilə 502 manat (əməliyyat nömrəsi **********), xx.xx.2024-cü il tarixdə e-pay ödəniş terminalı vasitəsi ilə 800 manat (əməliyyat nömrəsi **********), xx.xx.2024-cü il tarixdə e-pay ödəniş terminalı vasitəsi ilə 100 manat (əməliyyat nömrəsi **********), xx.xx.2024-cü il tarixdə e-manat ödəniş terminalı vasitəsi ilə 800 manat (əməliyyat nömrəsi **********), 25 oktyabr 2024-cü il tarixdə e-manat ödəniş terminalı vasitəsi ilə 600 manat (əməliyyat nömrəsi **********), xx.xx.2024-cü il tarixdə e-pay ödəniş terminalı vasitəsi ilə 680 manat (əməliyyat nömrəsi **********) məbləğində pul vəsaiti ödəmişdir. Beləliklə, 2024-cü il üzrə 8582 manat məbləğində pul vəsaiti ödəmişdir. Təqdim edilən qəbzlərdən görünür ki, İddiaçı ilə Azərbaycan Beynəlxalq Bankı arasında bağlanmış ********************0 kredit müq aviləsi üzrə “Azəricard” Prosesing Mərkəzi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə e-manat ödəniş terminalı vasitəsi ilə 700 manat (əməliyyat nömrəsi **********), xx.xx.2025-ci il tarixdə e-pay ödəniş terminalı vasitəsi ilə 800 manat (əməliyyat nömrəsi **********), xx.xx.2025-ci il tarixdə e-pay ödəniş terminalı vasitəsi ilə 300 manat (əməliyyat nömrəsi **********), xx.xx.2025-ci il tarixdə e-manat ödəniş terminalı vasitəsi ilə 700 manat (əməliyyat nömrəsi **********) məbləğində pul vəsaiti ödəmişdir. Beləliklə, 2025-cü il üzrə 2500 manat məbləğində pul vəsaiti ödəmişdir. Beləliklə, mənzilə görə cavabdeh P. Kərimovaya 23.000 manat, banka isə 40.000 manat məbləğində pul ödəmişdir. Bu da mənzilin tam dəyərini təşkil edir. Hazırda kredit tam ödəyib qurtarmışdır. Lakin, iddiaçı P. Kərimova mənzi lin onun adına rəsmiləşdirilməsindən boyun qaçırır. Səbəbini onunla izah edir ki, o kreditin ödənilməsində bir neçə dəfə gecikməyə yol vermişdir. Odur ki, ona öz adına kredit verməyəcəklər. Həmçinin onun tərəfindən nağd şəkildə verilmiş 23.000 manatın və banka ödədiyi 40.000 manatın (cəmi 63.000 manatın) qaytarılmasından boyun qaçırır. Onunla P. Kərimova arasında ünvan 1 ünvanda yerləşən mənzilə dair P. Kərimovaya 23.000 nağd şəkildə, Azərbaycan Beynəlxalq Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əlavə üzrə isə banka 39.805,89 manat ödənilməsinə dair razılığa gəlmələri ilə, ünvan 1 ünvanda yerləşən mənzilin alqı-satqısına dair müqavilənin mühüm şərtləri barədə razılığa gəlinmişdir. Habelə, ünvan 1 ünvanda yerləşən mənzilinin alqı-satqısına dair onunla İddiaçı a rasında əldə olunmuş mühüm şərtlər həm İddiaçı və onun tərəfindən faktiki olaraq icra olunmuşdur. Belə ki, yuxarıda göstərildiyi kimi İddiaçı ünvan 1 Azərbaycan Beynəlxalq Bankı arasında 25 dekabr 2019-cu il tarixdə bağlanmış ipoteka müqaviləsinə 23 sentyabr 2020-ci il tarixdə əlavə və dəyişiklik edilməsi haqqında əlavə sazişini, həmçinin onunla Azərbaycan Beynəlxalq Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 13-xx-xx-2015-AF-X1 kredit müqaviləsinə əlavəni (həmin əlavəyə əsasən həmin anda borc 31.095,00 manat, sonda isə ümumu ödənilməli olan məbləğ 39.805,89 manat təşkil edirdi) (əlavə №1); həmçinin ünvan 1 ünvanda yerləşən mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı, mənzilin texniki pasportunu, mənzilin satılmasına dair elanı, h abelə mənzilin xarici və daxili görüntüsünü əks etdirən fotoşəkilləri ona təqdim etmiş və mənzili təhvil vermişdir. O isə göstərilən sənədləri, həmçinin ünvan 2 ünvanda yerləşən mənzili İddiaçı qəbul edərək ailəliklə göstərilən mənzilə köçərək mənzildə yaşamağa başlamış və hazırda da ailəliklə həmin mənzildə yaşamaqda davam edir. Həmçinin İddiaçı mənzilə görə ödəməli olduğu 23.000 manat pul məbləğini hissə-həssə 2021-ci ilin əvvəllərinə kimi tam şəkildə ödəmişdir. Göstərilənlərə əsasən İddiaçı ilə ünvan 1 ünvanda yerləşən mənzilin alqı-satqısına dair mühüm şərtləri barədə razılığa gəlinsə də, habelə həmin mənzilin alqı-satqısına dair şərtlər həm İddiaçı və həm də onun tərəfindən icra edilmiş olsa da mənzilə bağlanmış müqavilə qanunun tələblərinə müvafiq deyildir. Odur ki, həmin müqavilə etibarsızdır. Buna görə də həmin razılaşma üzrə İddiaçı verdiyi 23.000 manat pul məbləği, İddiaçı ilə Azərbaycan Beynəlxalq Bankı arasında bağlanmış 17 sentyabr 2015-ci il tarixli, 13-xx-xx2015AF-X1 kredit müqaviləsinə əlavə üzrə isə banka ödədiyi 40.000 manat cavabdeh İddiaçı alınaraq ona ödənilməlidir. Birinci instansiya məhkəməsi cavabdehin mənzilə köçməsinin və onun mənzildə yaşamasının hansı əsasla əmələ gəlməsi halları ümumiyyətlə araşdırılmamış, məhkəmə özünün qulluq mövqeyinə görə irəli sürdüyü dəlillər əsasında və həm də işin mahiyyəti üzrə düzgün həlli ilə nəticələnməyən qətnamə qəbul etmişdir. Mübahisəli yaşayış sahəsinin xx.xx.2019-cu il tarixdən mülkiyyətçisi olan Kərimova (Qafarlı) Pərvanə Akşin qızı ilə cavabdeh arasında hər hansı kirayə müqaviləsinin bağlanmadan, əvəzsiz is tifadə və ya digər qanuni əsaslarla onlar arasında hər hansı yazılı müqavilə bağlanmadığı halda cavabdehin heç bir hüquqi əsas olmadan mübahisəli mənzildə yaşamasının mülkiyyətçi kimi Kərimova (Qafarlı) Pərvanə Akşin qızının hüquqlarının pozulması kimi qiymətləndirilməliməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsində şərh olunan dəlillər işin hallarına uyğun gəlmir. Ona görə ki, yuxarıda göstərildiyi kimi, Cavabdeh mübahisəli mənzilə köçməsi və mənzildə yaşaması əsasını tərəflər arasında mübahisəli mənzilə görə 23.000 manatın nağd şəkildə İddiaçı ödənilməsi, banka olan 39.805,89 manat borcun Cavabdeh tərəfindən ödənilməsi və göstərilən məbləğlər tərəfindən ödənildikdən sonra mənzilin alqı-satqısının rəsmiləşdiriləcəyinə dair tərəflər arasında razılığın əldə olunması təşkil edir. 1
1. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, tərəflər arasında 2020-ci ilin sonlarında razılaşma olmuş, iddiaçı bildirmişdir ki, 23.000 manat özünə nağd ödəməklə, 39.805 manat banka olan borcu ödəməklə ödəniş başa çatdıqdan sonra mənzilin cavabdehin mülkiyyətinə keçirilməsi mümkündür. Hissə-hissə iddiaçının özünə 23.000 manat ödənilmiş, banka olan ödənişlərdə gecikmə olduğundan aralarında narazılıq yaranmışdır. Ödənişlərə dair qəbzlər işə əlavə edilmişdir. 64.000 manata yaxın məbləğ ödənildikdən sonra ödəniş geri qaytarılmadan onun mənzildən çıxarılması da düzgün deyil. Aralarında notarial qaydada bağlanmış müqavilə yoxdur. Neftçala Rayon Məhkəməsində ödənilmiş 64000 manat məbləğində pulun qaytarılması barə də iddia qaldırılıb. Razılaşma etibarsız olduğundan tərəflər bir-birlərinə verdikləri geri qaytarılmaldır. Hesab etmişdir ki, hazırkı icraat çərçivəsində də cavabdehin verdiyi pulların qaytarılması məsələsi həll oluna bilər. Mübahisə burada həll olunarsa, Neftçala Rayon Məhkəməsində qaldırdığı iddianı geri götürə bilər.
12. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh tərəfindən Neftçala Rayon Məhkəməsində pul tələbinə dair iddia qaldırılmışdır. Buna görə də hesab etmişdir ki, tərəflər arasındakı pul münasibətləri hazırkı icraatın predmetinə aid deyildir. Hərçənd ki, tərəflər arasında mənzilin gələcəkdə satılması barədə hər hansı razılaşma olmamışdır. Mənzil satılmasından öncə təmsil etdiyi şəxs dəfələr lə cavabdehdən faizə pul götürmüşdür. Evə gəldikdə isə, razılaşma ondan ibarət olmuşdur ki, cavabdeh kirayə haqqı əvəzinə evin ödənişlərini banka ödəməlidir. Cavabdeh 3 ay müddətində ödənişi etsə də, sonradan ödənişlərdə gecikmələr olmuş və problemli kreditlər siyahısına düşmüşdür. Sonradan iddiaçı özü ödəniş etmişdir. Tərəflər arasında kirayə münasibətləri olmuşdur. İş materiallarında olan qəbzləri qəbul etmirlər. Tərəflər arasında yazışmalar var. Cavabdehin iddia etdiyi 23000 manat ilkin ödəniş olmamışdır. Qarşılıqlı iddia ərizəsi verilməmişdən öncə qarşı Neftçala Rayon Məhkəməsinə müraciət edilmişdir. Hazırda həmin məhkəmədə ödənişlərin kim tərəfindən aparılması ilə əlaqədar banka sorğu göndərilmişdir. İddiaçı özü də kirayədə qalır, evi yoxdur. Ödənilmiş pulların təyinatının aydınlaşdır ılması hazırkı mübahisənin predmeti deyil, Neftçala Rayon Məhkəməsinin icraatında olan işin predmetidir. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 sentyabr 2025-ci il tarixli, 2(105)-1259/2025 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3144/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər A.Hüseynzadə - sədrlik edən və məruzəçi, A.Mahmudov və L.Rəhimli).
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarına əsasən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa ə sasən mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. İşin mübahisəsiz halına görə isə cavabdeh Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbinə müvafiq olaraq etibarsız əqd üzrə verilmiş pulların geri qaytarılması tələbinə dair Neftçala Rayon Məhkəməsində iddia qaldırmış, Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(053)-13/2025 saylı qərardadına əsasən müvəqqəti təminat tədbiri qismində həmin əmlakın özgəninkiləşdirilməsi qadağan olunmuşdur.
15. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin hazırkı iddia tələbi üzrə müəyyən etməli olduğu hal yalnız mübahisəli mənzilin cavabdehin qanunsuz sahibliyində olub-olmaması faktı olmuşdur ki, bu da cavabdeh tərəfin iddiaçının mülkiyyətində olan mənzildə hansı əsasla yaşaması ilə bağlı etirazına bağlı olan hal olmuşdur. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, tərəflərin razılaşması üzrə ödənilmiş pul məbləğinin geri qaytarılmasına dair Neftçala Rayon Məhkəməsinin icraatında cavabdehin iddiaçıya qarşı pul tələbi olmaqla, pul məbləğlərinin tərəflər arasında şifahi qaydada bağlanmış kirayə və ya alğı-satqı müqaviləsi üzrə ödənilməsini müəyyən etmək həmin məhkəmə icraatının predmetinə aid olmuşdur.
16. Məhkəmə kollegiyası mübahisəli mənzilin cavabdehin qanunsuz sahibliyində olması faktına münasibətdə isə qeyd etmişdir ki, cavabdehin özü kirayə münasibətlərini istisna edib, iddiaçı ilə aralarında bağlanmış şifahi alğı-satqı müqaviləsi üzrə razılaşmanın etibarsız olmasını iddia etməklə yanaşı, həmin müqavilə üzrə ödədiyi pulların da Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbinə müvafiq olaraq geri qaytarılması tələbinə dair Neftçala Rayon Məhkəməsində iddia qaldırmışdır ki, bununla da mübahisəli mənzilin cavabdehin qanunsuz sahibliyində olması faktı cavabdehin özü tərəfindən etiraf edilmiş hesab olunur. İddiaçı isə cavabdehlə arasında kirayə münasibətlərinin olduğunu, cavabdehin kirayə haqqını ödəmədiyini və buna görə də kirayə münasibətlərinə xitam verildiyini, cavabdeh isə iddiaçıya ödədiyi pulların kirayə müqaviləsindən irəli gəlmədiyini iddia etmişdir. Göründüyü kimi istər iddiaçının, istərsə də cavabdehin qeyd oluna
17. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29, 33-cü maddəsinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29.1, 29.2-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 1 52.5, 157.2-ci və MPM-nin 14.2, 77.1, 82.3, 217.2, 217.3, 217.4, 384.0.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayətində Azərbaycan Respublikasının MPM-nin 337.1-ci maddəsinin pozulmasına dair qeyd etmişdir ki, P. Kərimova ilə mübahisə predmeti olan mənzilin alqısatqısına dair mühüm şərtləri barədə razılığa gəlinsə də, habelə həmin mənzilin alqısatqısına dair şərtlər həm İddiaçı və həm də Cavabdeh tərəfindən icra edilmiş olsa da, N. Novruzovla P. Kərimova arasında ünvan 3 ünvanda yerləşən mənzilə bağlanmış müqavilə qanunun tə ləblərinə müvafiq deyildir. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.
20. P. Kərimova ilə mübahisəli mənzilin alqı-satqısına dair mühüm şərtləri barədə razılığa gəlinsə də, habelə həmin mənzilin alqı-satqısına dair həm P. Kərimova və həm də N. Novruzov tərəfindən icra edilmiş olsa da, Cavabdehla İddiaçı arasında mübahisəli mənzilə bağlanmış müqavilə qanunun tələblərinə müvafiq deyildir. Odur ki, həmin müqavilə etibarsızdır. Buna görə də həmin razılaşma üzrə Cavabdeh İddiaçı verdiyi 23.000 manat pul məbləği, İddiaçı ilə Azərbaycan Beynəlxalq Bankı arasında bağlanmış 17 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə əlavə üzrə isə banka ödədiyi 40.000 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
21. Cavabdeh prosessual hüquq normalarının pozulması barədə qeyd etmişdir ki, cavabdeh tərəfindən onun banka ödəməli olduğu kreditin Cavabdeh tərəfindən ödənilməsi etiraf edilsə də, işə baxan məhkəmə bunlara ümumiyyətlə hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilən faktiki hallara obyektiv qiymət verməmiş və bu səbəbdən də həm maddi, həm də prosessual hüququn təfsirində də səhvə yol vermişdir ki, bu da iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Apellyasiya instansiyası məhkəməsi sübutlara birtərəfli, qeyri-obyektiv və qərəzli yanaşmaqla MPM-nin 76, 77, 80, 81, 88-ci maddələrinin tələblərini kobud şəkildə pozmuş və bu pozuntu iş üzrə düzgün olmayan qətna mənin qəbul olunmasına səbəb olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
23. Maddə 13, hissə İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
26. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməl idir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
29. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bil sin. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir. 3
3. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
34. İşin hallarından görünür ki, iddiaçı mülkiyyətində olan daşınmaz əmlakın cavabdehə kirayəyə verildiyini, ödənişlər edilmədiyi üçün boşaldılmasını tələb etdiyini iddia etmiş, cavabdeh isə iddiaçının adından kredit ödənişlərinin tam həyata keçirilməsi şərti ilə mənzilin gələcəkdə onun mülkiyyətinə keçiriləcəyinə dair iddiaçı ilə şifahi razılaşma əldə edildiyini bildirmiş, məhkəmə araşdırması zamanı tərəflərin bildirdikləri bu hallar sübut edilməmiş, cavabdehin iddiaçının mənzil inə sahibliyinin qanunsuz olduğu müəyyən edilmişdir.
35. Kollegiya hesab edir ki, iddia tələbinə işə mahiyyəti üzrə baxmış məhkəmələr tərəfindən düzgün hüquqi qiymət verilmiş, kassasiya şikayətində qeyd edilmiş maddi və prosessual pozuntulara yol verilməmişdir.
36. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı ilə mənzilin alqı-satqısına dair aralarında şifahi razılaşma olduğu cavabdeh tərəfindən sübut edilmiş olsaydı belə MM-nin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli olduğundan daşınmaz əmlakın alqı-satqısı barədə şifahi razılaşma etibarsız (əhəmiyyətsiz) əqd hesab olunur və hər hansı hüquqi nəticə yaratmır.
37. Cavabdeh tərəfindən iddiaçının əvəzinə banka ödənilmiş kredit borclarının ondan tutulmalı olduğuna dair kassasiya şikayətinin dəlili ilə bağlı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh ödədiyi pulların iddiaçıdan tutulması barədə Neftçala rayon Məhkəməsində ayrıca iddia qaldırmışdır. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin hazırkı icraat çərçivəsində bu məsələyə hüquqi qiymət verilməməsini pozuntu olaraq göstərmişdir. Kollegiya qeyd edir ki, cavabdehin bu icraatda qarşılıqlı iddia tələbi olmadığından məhkəmə araşdırmasının predmeti olmayan məsələyə hüquqi qiymət verilməməsi pozuntu hesab edilə bilməz.
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1259/2025 nömrəli, 23 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.