Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1540/2026 09.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: “borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və fərdi yaşayış evindən çıxarılması”; Mülki mübahisənin kateqoriyası: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və fərdi yaşayış evindən çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən kassasiya şikayəti Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:
1. İddiaçı ASC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2020-ci il tarixli, ***- *******TKXGO******-** nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalana 24 ay müddətinə, illik 22% ödəmək şərti ilə 100.000 manat məbləğində kredit verilmişdir. Komissiya haqqı 1.000 manat təşkil edir.
2. İddiaçı ASC ilə zamin cavabdeh2 və borcalan cavabdeh1 arasında bağlanmış ##.##.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən cavabdeh2 ##.##.2020-ci il tarixli, 015- *******TKXGO******-** nömrəli kredit müqaviləsi üzrə borclu cavabdeh1 kreditor qarşısında götürdüyü öhdəliklərin icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşdür.
3. İddiaçı ASC ilə zamin cavabdeh3 və borcalan cavabdeh1 arasında bağlanmış ##.##.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən cavabdeh3 ##.##.2020-ci il tarixli, 015- *******TKXGO******-** saylı kredit müqaviləsi üzrə borclu cavabdeh1 kreditor qarşısında götürdüyü öhdəliklərin icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşdür.
4. Ipoteka saxlayan İddiaçı ASC, Ipoteka qoyan cavabdeh2 ilə Borcalan cavabdeh1 arasında bağlanmış ##.##.2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 114.9 kv/m, yardımçı sahəsi 90.8 kv/m olan 5 otaqlı fərdi yaşayış evi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsini ***-*******TKXGO******-** nömrəli kredit xətti müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir.
5. ##.##.2020-ci il tarixli kassa məxaric orderinə əsasən, cavabdeh1 bankdan 99.000 manat kredit məbləğini kassadan götürmüşdür.
6. Cavabdehlərə ##.##.2023-cü il tarixli xəbərdarlıq bildirişi ünvanlanaraq, borc barədə məlumat verilmiş, məhkəməyə müraciət edilmədən ipoteka predmetinə (girova) tutmanın yönəldilməsi üçün notariat qaydasında razılaşmanın təsdiq edilməyəcəyi təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir.
7. İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ-nin * saylı Bakı Ərazi Idarəsinə ünvanlanan ##.##.2023-cü il tarixli ərizəyə əsasən, ##.##.2023-cü il tarixdə cavabdehlərə ünvanlanan “Kredit borcunun ödənilməsinə və Ipoteka Predmetinə tutma yönəldilməsinə dair” bildirişin qeydiyyata alınması xahiş edilmişdir.
8. ##.##.2024-cü il tarixli maliyyə arayışına əsasən, cavabdeh1 99.994,75 manat əsas borc, 42.042,42 manat faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 9.945,24 manat olmaqla, ümumilikdə borcu 151.982,41 təşkil edir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat:
10. Iddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı «borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və fərdi yaşayış evindən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixinə cavabdeh1 kredit üzrə cəmi borcu 151982,41 manat - bundan 99994,75 manat əsas, 42042,42 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum Qərarına əsasən illik 5%-lə hesablanmış 9945,24 manat faiz borcu və iş üzrə ödənilmiş 441,98 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumunun cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 birgə qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 114.9 kv/m olan 5 otaqlı fərdi yaşayış evi və həmin ünvanda yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi ipotekaya yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdeh1, cavabdeh2 və cavabdeh3 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Iddia ərizəsi yuxarıda göstərilən işin hallarına uyğun əsaslandırılmaqla, həmçinin göstərilmişdir ki, bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, ##.##.2022 tarixli ************* saylı bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Beləliklə, cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, kredit ödənişlərini etməmişdir. Cavabdeh sonuncu dəfə ##.##.2020 tarixində 1.900 manat məbləğində ödəniş etmişdir. Ipoteka predmetinə tutmanın yönəldilməsi tədbiri kimi Bank tərəfindən “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinn tələblərinə uyğun olaraq ipoteka qoyanlara bildiriş göndərilmiş və həmin bildirişlərin müvafiq qaydada Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirilməsi təmin edilmişdir.
12. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)****/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları; ##.##.2020-ci il tarixi, ***-*******TKXGO******-** nömrəli kredit müqaviləsinin şərtləri və Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2014-cü il tarixli Qərarına əsasən cavabdeh1 İddiaçı ASCnə olan borcu aşağıdakı kimi müəyyən edilir: ## ###### 2024-cü il tarixə (iddia tarixinə) 151980,44 manat: - əsas borc üzrə 99.994,44 manat, faiz borcu üzrə 42.042,11 manat, faiz borcu (illik 5%-lə) 9.943,89 manat. ## #### 2024-cü il tarixə (rəy verilən tarixə) 153.841,45 manat: əsas borc üzrə 99.994,44 manat, faiz borcu üzrə 42042,11 manat, faiz borcu (illik 5%lə) 11.804,90 manat.
14. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)***/**** nömrəli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması “xxxx” MMC-yə həvalə edilmişdir.
15. “xxxx” MMC-nin hesabatından görünür ki, toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bazar və likvid qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində yuvarlaq hesabla aşağıdakı kimi müəyyən olunmuşdur: bazar dəyəri – 425.250 manat, likvid dəyəri – 382.700 manat.
16. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsinin) ##.##.2025-ci il tarixli, e-*(***)***/**** nömrəli qətnaməsi ilə (hakim R.N. Qoşqarlı) iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 müştərək qaydada ##.##.2020-ci il tarixli, **********TKXGO******-** saylı kredit müqaviləsi üzrə 99.994,44 manat əsas borc, 42.042,11 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum Qərarına əsasən illik 5%-lə hesablanmış 9.943,89 manat faiz borcu olmaqla, ümumilikdə 151.980,44 manat məbləğində borcun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun və ödənilmiş dövlət rüsumunun 440 manatın ləğv prosesində olan iddiaçı Bankın xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 114.9 kv/m olan 5 otaqlı fərdi yaşayış evinə və həmin ünvanda yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların ilkin satış qiyməti likvid dəyərinin 382.700 manat məbləğində müəyyən edilməsi, bu əmlakların hərracda satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 banka olan cəmi 151.980,44 manat məbləğində borcunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun və ödənilmiş dövlət rüsumunun 440 manatının ləğv prosesində olan iddiaçı Banka ödənilməsi, borc ödənildikdən sonra artıq qalan pul vəsaitinin cavabdeh2 qaytarılması, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində vəsaitin cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, iş üzrə aparılmış qiymətləndirilmə xidmətinin göstərilməsi ilə əlaqədar 500 manat məbləğində vəsaitin isə cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 müştərək qaydada tutularaq “xxxx” MMCnin hesabına ödənilməsi qət edilmişdir.
17. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh tərəflər arasında bağlanmış ##.##.2020-ci il tarixli, ***-*******TKXGO******-** saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur.
18. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir, həmin rəydə isə cavabdehin ##.##.2020-ci il tarixli, ***-*******TKXGO******-** saylı kredit müqaviləsi üzrə əsas borcu 99994,44 manat, faiz borcu 42042,11 manat, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum Qərarına əsasən illik 5%-lə hesablanmış faiz borcu isə 9943,89 manat məbləğində müəyyən edilir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış 99994,44 manat məbləğində əsas, 42042,11 manat məbləğində faiz borcu və AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum Qərarına əsasən illik 5%-lə hesablanmış 9943,89 manat faiz borcunu digər cavabdehlərlə birgə iddiaçıya ödəməlidir.
19. Məhkəmə hesab etmişdir ki, iddiaçının tələbin ipoteka ilə yüklü edilmiş cavabdeh cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 114.9 kv/m olan 5 otaqlı fərdi yaşayış evinə və həmin ünvanda yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin hərracda satılması və bankın kredit tələbi realizə edilmiş əmlakların dəyərindən ödənilməsi barədə tələbi əsaslıdır.
20. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan sonra ünvan 1 ünvanında yerləşən 114.9 kv/m olan 5 otaqlı fərdi yaşayış evinin və həmin ünvanda yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsinə aid hissədə təmin edilməməlidir.
21. Məhkəmə qeyd etmişdir ki, ipotekaya qoyulmuş əmlak satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında əmlakı tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından həmin hissədə iddia təmin edilə bilməz.
22. Məhkəmə hesab etmişdir ki, “Ipoteka haqqında” Qanunun 59.3-cü maddəsində göstərilmiş “satıldıqda” ifadəsi alqı-satqının bağlanma anını deyil, yeni mülkiyyətçinin mülkiyyət hüququnun yaranma əsasını nəzərdə tutduğundan və bu hal alqısatqı əsasında yeni mülkiyyətçinin hüquqlarının qeydə alınmasından sonra yarandığından, ipoteka qoyanın və ailə üzvlərinin mənzili tərk etmələrinə dair iddia ilkin mülkiyyətçinin hüququ itirildikdən sonra təmin edilə bilər. Belə ki, alqı-satqı faktının özü mülkiyyət hüququnun itirilməsi hesab olunmadığından, müqavilə DƏDRX-də qeydə alınana kimi yeni mülkiyyətçinin mənzildən çıxarmaq barədə tələb hüququ yaranmır.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 203.1, 269.1, 269.4, 270.1, 276.1, 297, 298.1, 298.2, 298.3, 317.1, 317.2, 319.1, 319.6, 385.1, 386.1, 427.3, 442, 443.1, 445.1, 445.3, 445.7, 472.1, 472.2, 739-cu maddələrinə, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci, 59.3-cü, 59.4-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 80, 106, 124.1, 217, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
24.Qətnamədən narazı qalan cavabdeh cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qəbul edilmişdir. Cidalı Cəbayılzadə “xxxx” MMC-nin təsisçisidir. “xxxx” MMC ilə İddiaçı ASC arasında olan bank hesabı müqaviləsinə əsasən, həmin bankda hesabı olmuşdur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün həmin hesaba müxtəlif subyektlər tərəfindən daimi müxtəlif məbləğlər mədaxilməxaric olunmuşdur. Eyni zamanda, onunla iddiaçı Bank arasında bağlanmış ##.##.2020ci il tarixli, ***-*******TKXGO******-** saylı kredit xətti və bank hesabı müqaviləsinə əsasən, 100.000 manat məbləğində kredit xətti açılmışdır. Cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “xxxx” ASC-nin və “xxxx” ASC-nin lisenziyaları X1 Heyəti tərəfindən ##.##.2020-ci il tarixindən etibarən ləğv edilib və hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2020-ci il tarixli qərarı ilə iddiaçı Bank müflis elan edilib və iflas proseduruna başlanılıb. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu iddiaçı Bank ləğvedicisi təyin edilmişdir. Dəfələrlə cavabdehlərə müraciət edərək, bankdakı hesabında olan və bankın ona borclu olduğu – hesabında qalmış 104,51 manatın və 945.983,51 rus rublunu və kredit üzrə borcun əvəzləşdirilməsini tələb etsə də, bundan imtina edilmişdir. Cavabdehlərin bu hərəkətləri əsassız və qanunsuzdur, məhkəmə tərəfindən hüquqdan bu cür sui-istifadə halının qarşısı alınmalıdır. Bildirir ki, o, aralarında bağlanmış bank hesabı və kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtı-vaxtında, müqavilə və ona əlavə olunmuş əlavəyə (qrafikə) uyğun şəkildə icra etmişdir. Bankın lisenziyası ləğv edilən tarixədək tərəfindən ödəmələrdə hər hansı gecikmələrə yol verilməmişdir. Lakin bankın ləğv edilməsi ilə onların bütün fəaliyyəti iflic olmuşdur ki, bunun nəticəsində külli miqdarda ziyana düşmüşlər. Belə ki, bankdakı hesabında qalmış pulların çıxarılması mümkünsüz olmuş, hesabı dondurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 540.1-ci maddəsinə əsasən əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən bu Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. Beləliklə, müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparılmasının mümkünlüyü qanunvericilikdə nəzərdə tutulmuşdur. Lakin cavabdeh hazırkı iş üzrə öhdəliyin əvəzləşdirilməsinin mümkün olmadığını qeyd etməklə imtina etmişdir. Kreditin ödənilməsinin qaydası və şərtlərini müəyyənləşdirən ödəniş cədvəlindən də göründüyü kimi, cavabdeh ona özünün pul vəsaitini 24 ay müddətinə istifadə etmək üçün vermişdir. O da bu vəsaitdən istifadə etdiyi üçün cavabdehə faizlər (özgəsinin pul vəsaitindən istifadə haqqı) ödəməlidir. Həmin vəsait üçün faizləri o sahibkarlıq fəaliyyəti həyata keçirməklə ödəməli idi ki, bu da bankın öz cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə lisenziyası ləğv edildiyi üçün mümkün olmamışdır. Cavabdeh tərəf onların bank hesabına blok qoyduğu üçün öz vəsaitini çıxara bilməmişdir və əlverişsiz vəziyyətə düşmüşdür, müflis elan edildiyi ##.##.2020-ci il tarixdən kredit alan olaraq cavabdehə qarşı heç bir tələb irəli sürməmiş, iddia qaldırmamış, bununla da sahibkarlıq fəaliyyətinə maneçilik törətməsi bir yana qalsın, həm də öhdəliyinin üzərinə süni surətdə faizlər hesablanmasına qərəzli surətdə şərait yaratmışdır. Cavabdehin niyyəti əslində müqavilə ilə üzərinə götürdüyü öhdəliyin icrasından yayınmaq və qanunsuz faizlər tutmaqdır. Bu səbəbdən də hesablanmış faizlər silinməli, borc məbləği iddiaçının bank hesabında olan məbləği ilə uyğun olan hissədə əvəzləşdirilməlidir. Halbuki, cavabdeh bank müflis elan edilən gündən onlara müraciət etmişlər və mübahisəli vəziyyət olması onlara məlum idi. Göründüyü kimi, məhkəmənin guya öhdəliyi pozmağı və müqavilə üzrə faizlər və cərimələr, dəbbə pulu hesablaması qanunsuz və əsassızdır. Istinad edilən maddi hüquq normalarının pozuntusudur. Lakin məhkəmə tərəfindən istinad edilən maddi hüquq normalarının tələbləri pozulmaqla iddia qismən təmin edilmişdir.
24. Iddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, apellyasiya şikayətində olan xüsusatlar qarşı tərəfin formal mülahizələrindən ibarətdir. Cavabdeh müqavilə tərəfi olmayan hüquqi şəxsin vaxtilə bankda hesabının olması, müvafiq köçürmələr etməsi kimi məqamlara toxunsa da, ümumilikdə bu hallarla bağlı tərəf ərizəçi kimi Əmanətlərin Sığortalanması Fonduna müraciət etməklə öz tələblərini növbəlilik qaydasında qeydə aldıra bilər. Bu faktın şikayətdə göstərilməsi hazırda icraatınızda baxılan işin mübahisə predmetinə aidiyyətini tam olaraq müəyyənləşdirmək olmur və əlaqəsiz yanaşmadır. Şikayətin digər hissələrində də irəli sürülən arqumentlər maddi və prosessaul hüquq normaları baxımından əsaslandırılmır. Hesab edir ki, şikayətin subyektiv mahiyyəti qətnamənin icraya yönəldilməsinə maneçilik yaratmaqdır. Odur ki, şikayətə etiraz edərək apellyasiya şikayətinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş edir.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakimlər M.Ə.Rüstəmli (sədrlik edən və məruzəçi), F.H.Qasımov, G.T.Axundova) cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını qət etmişdir.
31. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı işdə iddia qismən təmin edilmiş, apellyasiya şikayəti yalnız cavabdeh cavabdeh1 (borc alan) tərəfindən verilmiş, şikayətin məzmununa əsasən cavabdeh qətnaməni iddianın ona münasibətdə borcun tutulması ilə bağlı təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.
32. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, işdə olan sənədlərlə müəyyən edilib ki, iddiaçı ilə cavabdeh cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, cavabdeh üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçıya borcu yaranmışdır. Cavabdeh müqavilə üzrə yalnız 1 dəfə ödəniş etmişdir.
33. Birinci instansiya tərəfindən tələb olunan borc məbləğinin müəyyən edilməsi ilə bağlı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş, ekspert tərəfindən müəyyən edilən məbləğ nəzərə alınmaqla iddia kredit borcu ilə bağlı hissədə qismən təmin edilmişdir.
34. Cavabdeh cavabdeh1 təsisçisi olduğu “xxxx” MMC-nin iddiaçı bankda olan hesabında qalmış vəsaitin kredit müqaviləsi üzrə borcu ilə əvəzləşdirilməsini tələb etsə də, kollegiya qeyd edib ki, hüquqi şəxsin bank hesabındakı vəsaiti təsisçinin deyil, hüquqi şəxsin ayrıca mülkiyyətidir.
35. Hazırkı iş üzrə kredit müqaviləsinin tərəfi həmin hüquqi şəxs deyil, yəni onunla iddiaçı bank arasında qarşılıqlı öhdəliklər mövcud deyil ki, onların əvəzləşdirilməsinə yol verilsin.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edib ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
37. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.1, 385.1, 386.1, 442, 443.1, 445.7, 448.1, 448.2, 540.1, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.2, 217.3, 217.4, 384.0.1 və 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri:
38. Cavabdeh cavabdeh1 (vəkil – Vəkil) kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin Mülki kolleqiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini, iddianın həmin hissədə rədd olunmasını xahiş etmişdir.
39. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qanunsuz və əsassız olaraq işin faktiki halları qismində müəyyən edilmişdir ki, guya tərəfindən müqavilə tələbləri əsassız pozulmuşdur. Halbuki, aşağıdakılara əsasən istinad edilən maddi hüquq normalarının tələbləri pozulmuş, məhkəmə tərəfindən iddia rədd edilməli olduğu halda, təmin edilmişdir. “xxxx” MMC-nin təsisçisidir. “xxxx” MMC ilə İddiaçı ASC arasında olan bank hesabı müqaviləsinə əsasən, həmin bankda hesabı olmuşdur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları üçün həmin hesaba müxtəlif subyektlər tərəfindən daimi müxtəlif məbləğlər mədaxilməxaric olunmuşdur. Eyni zamanda onunla iddiaçı Bank arasında bağlanmış ## ###### 2020-ci il tarixli, ***-*******TKXGO******-** saylı kredit xətti və bank hesabı müqaviləsinə əsasən, 100.000 (bir yüz min) manat məbləğində kredit xətti açılmışdır. Cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “xxxx” ASC-nin və iddiaçı Bankın lisenziyaları X1 Heyəti tərəfindən ## ##### 2020-ci il tarixindən etibarən ləğv edilib və hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub. Bakı Apellyasiya Məhkəməsinin ## ##### 2020-ci il tarixli qərarı ilə iddiaçı Bank müflis elan edilib və iflas proseduruna başlanılıb. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASCnin ləğvedicisi təyin edilmişdir. Dəfələrlə cavabdehlərə müraciət edərək, bankdakı hesabında olan və bankın ona borclu olduğu – hesabında qalmış 104,51 manatın və 945.983,51 rus rublunu və kredit üzrə borcun əvəzləşdirilməsini tələb etsə də, bundan imtina edilmişdir. Cavabdehlərin bu hərəkətləri əsassız və qanunsuzdur, məhkəmə tərəfindən hüquqdan bu cür sui-istifadə halının qarşısı alınmalıdır. Bildirir ki, aralarında bağlanmış bank hesabı və kredit müqaviləsi üzrə öz öhdəliklərimi vaxtı-vaxtında, müqavilə və ona əlavə olunmuş əlavəyə (qrafikə) uyğun şəkildə icra etmişdir. Bankın lisenziyası ləğv edilən tarixədək tərəfindən ödəmələrdə hər hansı gecikmələrə yol verilməmişdir. Lakin bankın ləğv edilməsi ilə onların bütün fəaliyyətimiz iflic olmuşdur ki, bunun nəticəsində külli miqdarda ziyana düşüblər. Belə ki, bankdakı hesabında qalmış pulların çıxarılması mümkünsüz olmuş, hesabı dondurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 540.1-ci maddəsinə əsasən əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən bu Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər.
40. Beləliklə, müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparılmasının mümkünlüyü qanunvericilikdə nəzərdə tutulmuşdur. Lakin cavabdeh hazırkı iş üzrə onların öhdəliyinin əvəzləşdirilməsinin mümkün olmadığını qeyd etməklə imtina etmişdir. Kreditin ödənilməsinin qaydası və şərtlərini müəyyənləşdirən ödəniş cədvəlindən də göründüyü kimi, cavabdeh ona özünün pul vəsaitini 24 ay müddətinə istifadə etmək üçün vermişdir. O da bu vəsaitdən istifadə etdiyi üçün cavabdehə faizlər (özgəsinin pul vəsaitindən istifadə haqqı) ödəməlidir. Həmin vəsait üçün faizləri o sahibkarlıq fəaliyyəti həyata keçirməklə ödəməli idi ki, bu da bankın öz cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə lisenziyası ləğv edildiyi üçün mümkün olmamışdır. Cavabdeh tərəf onların bank hesabına blok qoyduğu üçün biz öz vəsaitlərini çıxara bilməmişlər və əlverişsiz vəziyyətə düşmüşlər, müflis elan edildiyi ##.##.2020-ci il tarixdən kredit alan olaraq bizə qarşı heç bir tələb irəli sürməmiş, iddia qaldırmamış, bununla da onların sahibkarlıq fəaliyyətlərinə maneçilik törətməsi bir yana qalsın, həm də öhdəliklərinin üzərinə süni surətdə faizlər hesablanmasına qərəzli surətdə şərait yaratmışdır. Cavabdehin niyyəti əslində müqavilə ilə üzərinə götürdüyü öhdəliyin icrasından yayınmaq və onlardan qanunsuz faizlər tutmaqdır. Bu səbəbdən də cavabdehlər tərəfindən onlara hesablanmış faizlər silinməli, borc məbləği iddiaçının bank hesabında olan məbləği ilə uyğun olan hissədə əvəzləşdirilməlidir. Halbuki, cavabdeh bank müflis elan edilən gündən onlara müraciət etmişlər və mübahisəli vəziyyət olması onlara məlum idi. Göründüyü kimi, məhkəmənin guya öhdəliyi pozmaları və müqavilə üzrə faizlər və cərimələr, dəbbə pulu hesablaması qanunsuz və əsassızdır. Istinad edilən maddi hüquq normalarının pozuntusudur. Lakin məhkəmə tərəfindən istinad edilən maddi hüquq normalarının tələbləri pozulmaqla iddia qismən təmin edilmişdir.
41. Məhkəmə prosessual hüquq normalarının tələblərini pozmaqla ədalətə söykənməyən, obyektiv həqiqəti əks etdirməyən və iddiaçının hüquqlarını pozan qətnamə qəbul etmişdir. Tərəflər arasındakı öhdəlik münasibətlərinin iddiaçının yoxsa cavabdehlərin təqsiri ucbatından pozulması, müqavilə üzrə faizlər, cərimə və dəbbə pulunun tələb edilməsi hüququnun və bunun üçün qanuni əsasların olmaması nəzərə alınmamış, işin faktiki halları düzgün qiymətləndirilmədən iddia qismən təmin edilmişdir.
42. Eyni zamanda bankla onun münasibətləri sahibkarlıq fəaliyyəti ilə bağlı idi və bankın hərəklətləri nəticəsində fəaliyyəti pozulub. Bu həm də işə kommersiya məhkəməsində baxılması üçün əsas idi ki, orada onların əməllərinə daha düzgün qiymət verilsin. Göründüyü kimi, məhkəmə tərəfindən istinad edilən hüquq normasının tələbləri pozulmuşdur.
31. Kassasiya şikayyətinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 386, 427, 442, 443, 445, 472, 527, 540, 739-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1,14.2, 77.1, 88, 217.1 və 217.3-cü maddələrinə istinad etmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
32. Kassasiya şikayətlərinə qarşı iddiaçının vəkili Nümayəndə etiraz verərək, kassasiya şikayəti əsassız olduğu üçün rədd edilməsiniu və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-ci il tarixli, *(***)-****/****-*** nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
33. Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.
34. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
35. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
36. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
37. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
38. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
39. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
40. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır.
41. Maddə 540.1. Əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər.
42. Maddə 739.1(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
43. 739.2(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri:
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətinin dəlillərində göstərilən hüquqi məsələlərə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
59. Yuxarıda qeyd edilənlərə görə də cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.