Məhkəmə qərarları › İş №2(1-8)-1555/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1555/2026

01.07.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1555/2026 01.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Respublika Komitəsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X34 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Əmək münasibətlərindən irəli gələn mübahisələr, əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Respublika Komitəsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X34 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə), “əmrin ləğv edilməsi, işə bərpa və məcuri iş buraxmaya görə əmək haqqı ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Azərbaycan Respublikası ETN Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ##.##.2025-ci il tarixli *-**-**B-*-***K/**** saylı Intizam tənbehinin tətbiq edilməsi barədə əmrə əsasən, ümumi təhsil müəssisələrində aparılan monitorinqlər çərçivəsində ##.##.2025-ci il tarixində Beyləqan rayonu Ilham Quliyev adına Mil Qəsəbə tam orta ümumtəhsil məktəbində keçirilmiş monitorinq zamanı adıgedən ümumi təhsil müəssisəsində əmək və təhsil qanunvericiliyinin tələbləri, təlim-tərbiyə, tədris-pedaqoji və metodiki prosesinin təşkili və sənədləşmə işinin aparılmasında bir sıra ciddi nöqsan və qanun pozuntuları hallarına yol verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## #### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Cavabdeh Əsasnamə”sinin 5.6.8 və 5.5.11-ci bəndlərini rəhbər tutaraq, məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ## ### 2025-ci il tarixdən ləğv edilmişdir.

2. ATIAHI Sabirabad Rayon Komitəsinin nəzdində fəaliyyət göstərən MMRTI-nin Həmkarlar Ittifaqı Komitəsinin ##.##.2025-ci il tarixli iclasının ** nömrəli protokoluna əsasən, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilməsi qərara alınmışdır.

3. 31 oktaybr, 1 və # ###### 2024-cü il tarixlərində Beyləqan rayonu Ilham Quliyev adına Mil qəsəbə tam orta ümumtəhsil məktəbdə aparılmış yoxlama zamanı tərtib edilmiş akta əsasən, məktəbdə şagirdlərin davamiyyəti yoxlanılarkən birinci növbədə məktəb üzrə İ-XI siniflərdə 414 nəfər şagirddən 358 nəfər (təxminən 88,6%) şagird dərslərdə iştirak etdiyi, ## ###### 2024-cü il tarixində birinci dərsin başlandığı andan (08:30-da) dərs bitənədək məktəb üzrə ilk 45 dəqiqə müddətində 44 nəfər şagirdin ilk dərsə gecikdiyi müəyyən edilmişdir. Işçilərin əmək intizamı yoxlanılarkən 31 oktyabr, 01 noyabr və ## ###### 2024-cü il tarixlərində məktəbin kimya müəllimi X20, Azərbaycan dili müəllimi X13 isə ## ####### 2024-cü il tarixində, ## ###### 2024-cü il tarixində isə X21 işdə olmadığı, ## ####### 2024-cü il tarixində boş olan dərs saatlarının müəllimlər tərəfindən əvəz olunmadığı müəyyən edilmişdir. Texniki heyətin əmək intizamı yoxlanılarkən məktəbin laborantı X30 ay ərzində 7- 8 dəfə işə gəldiyi, məktəbin 0,5 ştat vahidi sobayandıranı X1 işə gəlmədiyi, məktəbin dülgəri X2 işə gəlsə də vəzifə funksiyalarını yerinə yetirmədiyi müəyyən edilmişdir. ## ####### 2024-cü il tarixində IXab, Xab və Xlab siniflərində təhsil alan, dərslərdə həmin siniflər üzrə iştirak edən 92 nəfər şagirddən 4 nəfər şagird dərs cədvəli üzrə 2-3 kitab gətirsə də, qalan şagirdlərdən heç kim cədvəl üzrə dərslikləri və həmin dərslərə aid dəftərlərinin çantalarında olmadığı, şagirdlərin məktəbə dərslik və qeyd dəftərləri gətirmədiyi aşkar edilmişdir. Məktəbin inzibati bnasında 17 otaq mövcuddur. Onlardan 12-si tədrisin aparılması üçün sinif otağı, 1 otaq direktor otağı, 1 otaq müəllimlər otağı, 1 otaq kitabxana, 1 otaq kompyuter otağı, 1 otaqdan isə bufet kimi istifadə olunduğu müəyyən edilmişdir. Məktəb iki növbədə fəaliyyət göstərir. Bir məktəbəhazırlıq qrupu, 23 sinif komplekti və 1 fərdi təhsil sinifi mövcuddur. Birinci növbədə Oz məktəbhazırlıq qrupu, lab, Vlla, VIllab, IXab, Xab, Xlab və VIlf sinfi olmaqla 13 sinifdə tədris (12 otaqda) aparıldığı, ikinci növbədə isə llab, Illab, IVab, Vab, Viab, VIlb sinfi olmaqla 11 sinifdə tədris 11 sinif otağında aparıldığı, birinci növbədə boş sinif otağının olmadığı, ikinci növbədə 1 boş sinif otağı qalmasına baxmayaraq, məktəbin madditexniki bazası imkan vermədiyi halda 13 sinifdə ingilis dili və fiziki tərbiyə dərslərinin bölündüyü, dərsdənkənar məşğələlərin (dərsdənkənar məşğələ cədvəlinin olmadığı) və dərnəy məşğələlərinin təşkil edildiyi, lakın bölünmə dərslərin, dərsdənkənar məşğələlərin və dərnəy məşğələlərin tədris edilmədiyi, həmin dərs saatlarının həvalə olunduğu müəllimlərin həmin saatlara görə əmək haqqı aldığı və bu halların əvvəlki tədris illərində də baş verdiyi aşkar edilmişdir. VIlf sinifində təhsil alan X14 7 tədris ili ərzində fərdi təhsil alsa da, hərif tanımadığı, özünü ifadə edə bilmədiyi, müəllimlərinin bəzilərinin adını çəksə də onları tanımadığı, cari tədris ilində müəllimlərin fərdi təhsilə görə həvalə olunmuş dərs saatlarına görə illik prespektiv palanlarının olmadığı, şagirdin psixoloji durumunda problem olsa da fərdi təhsilə cəlb edilərək, biliyinin formal qiymətləndirildiyi və sinifdən-sinifə keçirildiyi müəyyən edilmişdir. Xa və Xla sinifləri təmayül sinifləri kimi fəaliyyət göstərsə də, təmayül sinifləri yaradılarkən şagirdlər arasında təmayül siniflərinin profilini müəyyənləşdirmək üçün sorğuların keçirilmədiyi, şagird və onların valdeyinlərinin fikirlərinin öyrənilmədiyi, Xa sinifində təhsil alan bütün şagirdlərin, Xla sinfində təhsil alan 14 şagirddən 9 nəfərin hansı təmayül sinifində təhsil aldığını bilmədiyi, təmayül siniflərinin yaradılmasında məqsədin 26 nəfər və 27 nəfər şagirdlərlə paralel siniflərin açılmasının olduğu aşkar edilmişdir. ## ###### 2023-cü il tarixindən dəfələrlə dərslər əvəz edilsə də, məktəbin buraxılan və əvəzedilən dərslərin uçotu kitabında hər hansı bir qeyd aparılmamışdır. Doğuşa və hamiləliyə görə sosial məzuniyyətdə olan məktəbin fizika müəllimi X3 23,5 saat dərs saatının 12 saatı məktəbin ixtisasca fizika müəllimi olan təlimtərbiyə işləri üzrə direktor müavini X22, 11,5 saat fizika dərs saatı məktəbin texnologiya müəllimi X10 həvalə olunsa da, fizika dərslərinin qeyriixtisas fənn müəlliminə verilsə də, Regional Təhsil Idarəsindən bu barədə razılığ alınmamışdır. Məktəbin direktoru və təlimtərbiyə işləri üzrə direktor müavini dərsdinləmələrdə iştirak etdiklərini vurğulasalar da, təsdiqedici sənədlərin olmadığı müəyyən edilmişdir. Müəllimlərin illik prespektiv proqramları seçmə qaydada yoxlanılarkən müəllimlərin proqramları olsa da proqramların təsdiqlənmədiyi, proqramlarda Elm və Təhsil Nazirliyinin ## ###### 2024-cü il tarixli *-**/*-*-***F/**** nömrəli əmrinin 3.1 bəndində nəzərdə tutulan müddəaların əks olunmadığı, həmin əmrin digər müddəalarının icrası ilə bağlı bu günədək hər hansı bir fəaliyyətin göstərilmədiyi müəyyən edilmişdir. Məktəbin direktorunun, təlim-tərbiyə işləri üzrə direktor müavininin, təşkilatçının fəaliyyət planları olsa da formal tərtib edildiyi, sinif rəhbərlərinin və məktəbin fəaliyyət planının olmadığı müəyyən edilmişdir. Metodbirləşmələrin fəaliyyəti seçmə qaydada yoxlanılarkən metodbirləşmə rəhbərlərinin fəliyyət planının olsa da, keçirilmiş iclasların protokolunda əks olunan məslələrin müzakirəsi səthi aparılmışdır. 2024-2025-ci tədris ilində bir dəfə metodbirləşmə iclasının keçirildiyi müəyyən edilmişdir. Məktəbdaxili qiymətləndirmənin formal şəkildə aparıldığı, 2023-2024-cü tədris ilinə aid Böyük summativ qiymətləndirilmə aparıldığı qeyd olunsa da, həmin dövr üçün qiymətləndirmə vasitələrinin olmadığı müəyyən edilmişdir. Məktəb üzrə tam orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabına baxış keçirilərkən kitabın mədaxil hissəsində 2023-2024-cü tədris ilinə aid, məxaric hissəsində isə ümumiyyətlə heç bir qeydin aparılmadığı, ümumi orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabında isə 2018-2019-cu tədris ilindən sonra, məxaric hissədə isə ümumiyyətlə, 2023-2024-cü tədris ilində umumi orta təhsil haqqında attestat almış şagirdlərdən 32 nəfərindən 24 nəfərinin illik qiymətləri və saatların miqdarı yazılmamışdır. Məktəbin sonuncu əmr kitabı ## ######## 2024-cü il tarixindən sonra yazılmamışdır. Şagird təhlükəsizliyi, 2024-2025-ci tədris ilində "Anım Günü", "8 noyabr Zəfər Günü", "Bayraq Günü" ilə bağlı tədbirlərin keçirilməsi barədə əmr verilmədiyi aşkar edilmişdir. Məktəbin pedaqoji şurasınının protokolu kitabına baxış keçirilərkən dərs ilinin əvvəlində ilk şuranın gündəliyində duran məslələrdə Elm və Təhsil Nazirliyinin ## ###### 2024-cü il tarixli *-**/*-*-***F/**** nömrəli əmrində nəzərdə tutulan məsələlər müzakirə olunmadığı müəyyən edilmişdir. Aktın doğruluğunu təsdiq edənlər arasında İddiaçı imza etmişdir.

4. Mil-Muğan Regional Təhsil Idarəsinin ##.##.2025-ci il tarixli işdə hesab olunma barədə əmrindən müəyyən edilmişdir ki, Beyləqan rayonu Ilham Quliyev adına Mil qəsəbə tam orta ümumtəhsil məktəbin direktoru İddiaçı ##.##.2025-ci il tarixdə işdə hesab olunmuşdur.

5. Füzuli rayon prokurorluğunun böyük müstəntiqi, X31 ##.##.2025-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən araşdırma zamanı müəyyən edilmişdir ki, xxxx publik hüquqi şəxsin Xəstə xidmətlər şöbəsinin müdir müavini vəzifəsində işləyən X23 ##.##.2025-ci il tarixdə ona müraciət edən İddiaçı Mərkəzi Xəstəxananın həkimlərinin göstərişi ilə müəyyən müddətlər aralıqlarında ambulator müalicə almasını təsdiq edən arayışları tərtib edərək ona təqdim etməsi barədə xahişi üzrə 6-cı gün, yəni qeyri-iş günü olması ilə əlaqədar Mərkəzi Xəstəxananın direktoru işə çıxmadığından direktorun elektron imzası ilə sözügedən məzmunlu 2 arayışı saxtalaşdıraraq pdf formatında Whatsapp ani yazışma proqramı vasitəsilə İddiaçı göndərmişdir. Aparılmış ilkin araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, Elgün Ismayılovun tərtib etdiyi sözügedən arayışların məzmununda qeyd olunan məlumatlar təhrif edilməmiş, həqiqi məlumatlardır.Nəzərə alınmalıdır ki, X23 tərtib etdiyi saxta arayışların məzmununa yalan məlumatlar daxil etməmişdir. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı həmin arayışlardan istifadə edərkən arayışların saxta olduğunu bilməmişdir.

6. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Beyləqan rayon prokurorunun köməkçisi X15 ##.##.2025-ci il tarixli qərarı ilə, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Beyləqan rayonu Ilham Quliyev adına Mil qəsəbə tam orta məktəbin sabiq direktoru İddiaçı tərəfindən dövlət büdcəsinə vurulan ziyan tamamilə ödənildiyinə görə onun barəsində cinayət təqibinin başlanması Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən rədd edilmişdir. Beyləqan rayonu Ilham Quliyev adına Mil qəsəbə tam orta məktəbin müəllimləri X16, X35, X32, X4, X20, X24, X36, X37, X11, X25, X26, X27, X17, X21, X18, X13, X5, X6 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179-cu maddəsinin tərkibi olmadığına görə həmin şəxslərin barəsində cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün ödənilmiş ümumillikdə 8131,25 (səkkiz min yüz otuz bir manat, iyirmi beş qəpik) manat pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülmüşdür.

7. Azərbaycan Təhsil X33 Ittifaqı Respublika Komitəsinin ##.##.2025-ci il tarixli Azərbaycan Respublikasının ETN-nin Regional təhsil idarələrinin rəhbərlərinə ünvanlandığı məktuba əsasən, Azərbaycan Respublikası Təhsil X33 Ittifaqının Nizamnaməsinin 6.5-ci bəndinin tələblərinə əsasən üzvlər əsas iş yerinin ilk həmkarlar ittifaqı təşkilatında qeydiyyata götürüldüyündən, rəhbərlik etdikləri regional təhsil idarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin, məktəbəqədər və məktəbdənkənar müəssisələrin rəhbər işçilərinin əsas Iş yerləri üzrə HK həmkarlar ittifaqı təşkilatında qeydiyyata götürülmələri üçün müvafiq göstəriş verilməsi xahiş olunmuşdur.

8. “xxxx” Publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı ##.##.2025-ci il tarixdə xxxxnda X77 müraciət etmiş və ona “Digər dəmir defisitli anemiyalar, Qan azlığı təzyiq düşmə” diaqnozu qoyulmuşdur. İddiaçı X28 göstərişi ilə 30 (otuz) günlük ev şəratində müalicə alması məsləhət görülmüşdür.

9. “xxxx” Publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli arayışı ilə, İddiaçı ##.##.2024-cü il tarixdə xxxxnın həkimi terapevti X29 müraciət etmiş və ona “xroniki bronxitin kəskinləşməsi” diaqnozu qoyulmuşdur. İddiaçı ##.##.2024-cü il tarixdən evə göndərilərək 21 günlük ambulator müalicə alması məsləhət görülmüşdür.

10. SN seriyalı ******* nömrəli Əmək qabiliyyətinin olmaması vərəqəsi ilə, İddiaçı ##.##.2025 tarixdən ##.##.2025-ci il tarixədək stasionar müalicədə olmuşdur. Işə başlamalı olduğu tarix ##.##.2025-ci il.

11. SN seriyalı ******* nömrəli Əmək qabiliyyətinin olmaması vərəqəsi ilə İddiaçı ##.##.2025 tarixdən ##.##.2025-ci il tarixədək stasionar müalicədə olmuşdur. Işə başlamalı olduğu tarix ##.##.2025-ci il.

12. SN seriyalı ******* nömrəli Əmək qabiliyyətinin olmaması vərəqəsi İddiaçı ##.##.2025-##.##.2025-ci il tarixədək, ##.##.2025-##.##.2025-ci il il tarixədək ambulator müalicədə olmuşdur. Işə başlamalı olduğu tarix ##.##.2025-ci il.

13. SN seriyalı ******* nömrəli Əmək qabiliyyətinin olmaması vərəqəsi ilə İddiaçı ##.##.2024 tarixdən ##.##.2024-cü il tarixədək, ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək ambulator müalicədə olmuşdur. Işə başlamalı olduğu tarix ##.##.2024-cü il.

14. SN seriyalı ******* nömrəli Əmək qabiliyyətinin olmaması vərəqəsi ilə İddiaçı ##.##.2024 tarixdən ##.##.2024-cü il tarixədək, ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək, ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək ambulator müalicədə olmuşdur. Işə başlamalı olduğu tarix ##.##.2024-cü il.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

15. Iddiaçı X71 cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ##.##.2025-ci il tarixli *-**-**/*-*-***K/**** nömrəli Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən müqaviləyə xitam verilməsi barədə əmrin ləğv edilməsi, iddiaçı İddiaçı işə bərpa edilməsi və ## ### 2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2006–2010-cu illərdə Azərbaycan Dövlət Pedoqoji Universitetinin “Ibtidai sinfin metodikası və pedaqogikası” ixtisası üzrə təhsil almış və həmin ildən (2010-cu ildən) Beyləqan rayonu, İ. Quliyev adına Mil qəsəbə tam orta məktəbdə müəllimə, 2016-cı ildən həmin tam orta məktəbdə direktor əvəzi, 2022-ci ildən isə Mil-Muğan Regional Təhsil Idarəsinin keçirdiyi direktorların işə qəbulu müsabiqəsində uğur qazanaraq direktor vəzifəsinə təyin olunmuşdur, işlədiyi məktəbdə heç bir qayda pozuntusuna yol verməmiş, işinə ciddi yanaşmaqla üzərinə düşən tapşırıq və vəzifələri vaxtında yerinə yetirmiş, məktəbdə təlim-tərbiyə prosesini səmərəli təşkil etmiş və sənədləşmə işlərini qanunvericiliyin tələblərinə əsasən aparmışdır, işlədiyi müddətdə işində hər hansı nöqsan və ya qüsur olması barədə rəhbərlik tərəfindən ona heç bir irad tutulmamış, cəza və ya intizam tənbehi almamış, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirmişdir. ##.##.2024-cü il tarixdə Mil-Muğan Regional Təhsil Idarəsinin Keyfiyyət sektorunun müdiri (indiki Şirvan-Salyan Regional Təhsil Idarəsinin Keyfiyyət sektoru) Mahir Zahidov onu idarəyə dəvət edərək direktor müavini X12 barəsində qanunsuz və qərəzli xasiyyətnamə təqdim etməsini tələb etmişdir, buna etiraz etmiş və həmin şəxsin savadlı, tərbiyəli və layiqli əməkdaş olduğunu bildirmişdir, daha sonra bir neçə dəfə Mahir Zahidov eyni qanunsuz tapşırığını onun icra etməsini təkid etmiş, hər dəfə etiraz etmişdir, ##.##.2024-cü il tarixdə Mahir Zahidov məktəbə gəlmiş və orada yenidən onun tələb etdiyi formada xasiyyətnamə verməsini tələb etmiş, İddiaçı etiraz etmişdir. Mahir Zahidov isə hər kəsin qarşısında onu təhqir və təhdid etmiş, işinə son verəcəyini, onu Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxaracağını bildirməklə hədələmişdir. Bu hadisələrdə məktəbdəki müəllim və şagirdlər şahiddir, lakin hər kəs işini itirməkdən qorxduğu üçün tədbir görməmişdir. ##.##.2024-cü il tarixdə Mahir Zahidovun qanunsuz tapşırığını icra etmədiyi üçün həmin tarixdən məktəbdə monitorinq başlamışdır və monitorinq başlanan zaman tarifləşmə cədvəlinin olmadığını M.Zahidovun nəzərinə çatdırmışdır. Bütün bunlara əhəmiyyət verməyən M. Zahidov bir çox kobud pozuntulara yol verərək, hətta yoxlama apardığı müəllimlər otağında olan kameraların yaddaş blokunu söküb özü ilə aparmışdır. Monitorinqdən sonra ona maliyyə sektorunun müdiri Rahim Hüseynov tərəfindən dəvət edilib, monitorinq zamanı ciddi maliyyə pozuntularının aşkar olunduğu bildirilmişdir. Bundan sonra M. Zahidov ona ya ərizə yazıb öz xoşu ilə çıxmasını, ya da Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxaracağını və sənədlərini Respublika Prokurorluğuna göndərəcəyini bildirmişdir. İddiaçı öz etirazını bildirərək qəbula gedəcəyini və heç bir nöqsanının olmadığını demiş, dəfələrlə Rəşad Musayevin qəbulunda olmuş, lakin R. Musayev də M.Zahidovun tərəfini saxlamış və ona “ya sən ərizə yazıb çıxacaqsan, ya da mən səni çıxaracağam, sən artıq heç cürə işləyə bilməzsən, mən buna imkan verməyəcəyəm” demişdir. Cənab nazirin qəbuluna düşmək istədiyi halda müxtəlif vasitələrlə M.Zahidovun onu qəbulda iştirak etməyə qoymadığı və süni əngəllər yaratdığı ilə bağlı şahidləri vardır. Direktor müavini X12 kadr olaraq qeyd olunmuş və onun direktorların işə qəbul müsabiqəsində Beyləqan, eləcə də Imişli, Saatlı və Sabirabad rayonları üzrə ən yüksək bal topladığı və seçdiyi vakant məktəbin satılan məktəblərdən olduğu vurğulanmışdır. M.Zahidovun D.Salatın barədə mənfi xasiyyətnamə istəməsi onun istəyinə zidd hesab edilmişdir. Bütün bunların İddiaçı pis təsir etdiyi və sağlamlığında problemlər yaratdığı bildirilmişdir. ##.##.2024-cü il tarixdə sağlamlığında yaranmış problemlərə görə müvəqqəti əmək qabiliyyətinin olmaması səbəbindən xəstəlik məzuniyyətinə çıxmalı olmuş və müvafiq olaraq xxxxndan təqdim edilən arayış və xəstəlik vərəqələrini aidiyyatı üzrə tabe olduğu Mil- Muğan Təhsil Idarəsinə təqdim etmişdir. ##.##.2025-ci il tarixdə işə çıxmağına dair ərizə ilə müraciət etmiş və Mil-Muğan Regional Təhsil Idarəsinin müdiri Bəhruz Nəbilinin ##.##.2025-ci il tarixli *-**-**/*-*-***/K/**** nömrəli əmri ilə işdə hesab olunmaması barədə əmr verildikdən sonra həmin tarixdən işə çıxmışdır. ##.##.2025-ci il tarixdə Regional Təhsil Idarəsinə dəvət olunmuş və ona ATIAHI Sabirabad Rayon Komitəsinin nəznində fəaliyyət göstərən MMRTI-nin Həmkarlar Ittifaqı Komitəsinin ##.##.2025-ci il tarixdə iclasının olacağı və orada iştirak etməsi bildirilmişdir. Qeyd olunmuşdur ki, işlədiyi məktəb Azərbaycan Təhsil X33 Ittifaqının Beyləqan Rayon Komitəsinə tabe olmasına baxmayaraq, onu Sabirabad rayon Komitəsinin nəznində fəaliyyət göstərən komitənin iclasına dəvət etmişlər və həmin təşkilatın sədri Fərahim Nağıyevdir ki, o, Rəşad Musayevin qaynıdır, iclasın nəticəsinin əvvəlcədən məlum olduğu bildirilmişdir. Iclasda Mil-Muğan Təhsil Idarəsinin əməkdaşları tərəfindən 31 oktyabr, 1 və # ###### 2024-cü il tarixlərində keçirilmiş monitorinqin nəticələrinin müzakirə edildiyi və üzvlər tərəfindən tam imzalanmamış iclas protokoluna əsasən guya onun əmək funksiyasını və əmək müqaviləsi üzrə vəzifə və öhdəliklərini düzgün icra etməməsi nəticəsində bir sıra ciddi nöqsanlara yol verdiyi, əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyi və əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin məqsədəuyğun hesab olunduğu barədə qərar qəbul olunduğu, ona izahat vermək və müdafiə olunmaq imkanı yaradılmadığı bildirilmişdir. Ələ həmin tarixdə, yəni ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun *-**-**/*-*-***K/**** nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyi bildirilmişdir. Xüsusilə vurğulanmışdır ki, iclasda xəstəlik vərəqəsinin olmaması iddiası olsa da, həmin günləri əhatə edən xxxxnın təsdiqli arayışına baxmayaraq, onu nəzərə almadan qərəzli şəkildə onun əmək müqaviləsinə göstərilən maddə ilə xitam verildiyi qənaətinə gəlmişdir. Mil-Muğan Regional Təhsil Idarəsi müqaviləyə xitam verildiyi ##.##.2025-ci il tarixdə xxxxna xəstəlik barədə arayışın qanuni olub-olmaması barədə sorğu göndərmiş və həmin sorğuya xəstəxanadan ##.##.2025-ci il tarixdə cavab gəldiyi halda, sorğuya cavabı gözləmədən müvafiq əmri verdikləri göstərilmişdir. xxxxnın ##.##.2025-ci il tarixli **-***/*-i-**-**/**** saylı arayışına əsasən (##.##.2024-cü il tarixdən – ##.##.2024-cü il tarixədək), ##.##.2025-ci il tarixli 18- *-**/*-Q-**-***/**** saylı arayışına əsasən (##.##.2025ci il tarixdən ##.##.2025-ci il tarixədək) və ##.##.2025-ci il tarixli **-*-**/*i-****/**** saylı arayışına əsasən (5 gün müddətində) ona təqdim edilmiş arayışlar mövcud olmuşdur. Bundan əlavə, xxxxndan təqdim edilmiş arayışın tarixlərində qüsur olduğunu və arayışı aldıqdan sonra Təhsil Idarəsinə təqdim etdikdən sonra bununla bağlı müəyyən etmələr etdiyini və dərhal Təhsil Idarəsinin əməkdaşına məlumat verdiyini bildirmişdir. Sonradan həmin arayışın saxta olmasından şübhələndiyi üçün özü Füzuli rayon prokurorluğuna müraciət etmiş və müraciət əsasında prokurorluqda aparılan araşdırmada xxxxnın əməkdaşı X23 əməlinin cinayət tərkibi təşkil etdiyi müəyyən edilərək, əməl az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmadığından Cinayət Məcəlləsinin 14.2-ci maddəsi tətbiq olunmaqla onun barəsində cinayət işinin başlanması ## ### 2025-ci il tarixdə rədd edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun ##.##.2025-ci il tarixli *-**-**/**-***K/**** nömrəli əmri əsassız və qanunsuz hesab edilmiş, əmrdə əsas göstərilmiş “əmək funksiyasının yerinə yetirilməməsi” və “xəstəlik vərəqəsi təqdim edilməməsi” halları həqiqəti əks etdirmədiyi bildirilmişdir. Tibbi arayışlarla sübut olunmuş əmək qabiliyyətinin məhdudluğunun nəzərə alınmadığı, 2024-cü ilin noyabr ayından 2025-ci ilin may ayınadək xxxxndan bir neçə tibbi arayış təqdim etdiyi və bu sənədlərlə müvəqqəti əmək qabiliyyətinin məhdudluğunun rəsmi təsdiq edildiyi, əmək funksiyasının pozulması iddiasının əsassız və tam araşdırma aparılmadan irəli sürüldüyü, əmək intizamının kobud şəkildə pozulması kimi iddiaların heç bir konkret hüquqi araşdırma və intizam tədbirinin tətbiqi qaydalarına əməl edilmədən əsaslandırıldığı, Əmək Məcəlləsinin 186-cı maddəsinə uyğun araşdırma, izahatın alınması və intizam tədbirləri prosedurunun həyata keçirilmədiyi və əmrin verilməsinin Əmək Məcəlləsinə zidd olduğu qeyd edilmişdir. Vurğulanmışdır ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi yalnız əmək funksiyasının dəfələrlə pozulması, əsaslandırılmış araşdırma və xəbərdarlıqlar əsasında tətbiq edilə bilər ki, bu konkret halda mövcud olmamışdır. Məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməli olduğu, Əmək Məcəlləsinin 290-cı maddəsinə əsasən qanunsuz işdən çıxarılmış şəxs işə bərpa edilərsə, o işdən çıxarıldığı gündən etibarən işə bərpa edildiyi günədək olan dövr üçün orta əmək haqqı almalı olduğu barədə tələb irəli sürülmüşdür. Onun barəsində işdən azad edilməsi barədə əmr Əmək Məcəlləsinin 12-ci maddəsinin “b” və “c” bəndləri, 69-cu maddəsinin 7-ci hissəsi, 76-cı maddəsi, 77-ci maddəsinin 2-ci və 3-cü hissələri və 80-ci maddəsinin 2-ci hissəsinin tələblərini kobud şəkildə pozmaqla verilmişdir.

17. Cavabdehin nümayəndəsi yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçı ərizəsində bildirir ki, o, əmək funksiyası və əmək müqaviləsi üzrə vəzifə və öhdəliklərini düzgün icra etdiyi və heç bir ciddi nöqsana yol vermədiyi təqdirdə ##.##.2025-ci il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, Agentliyin Mil-Muğan Regional Təhsil Idarəsinin ##.##.2024-cü il tarixli *-**-**/*-*-**F/**** nömrəli əmrinə əsasən Beyləqan rayonun Mil qəsəbə tam orta məktəbində rəhbərlik və nəzarətin, təlim-tərbiyə prosesinin səmərəli təşkilinin və sənədləşmə işlərinin qanunvericiliyin tələblərinə uyğun yerinə yetirilməsi sahəsində mövcud vəziyyətin öyrənilməsi məqsədilə 31 oktyabr - ## ###### 2024-cü il tarixlərində yoxlama keçirilmiş və ciddi nöqsanlar aşkarlamışdır. Ərizədə qeyd edilir ki, iddiaçının səhhətində yaranmış problemlərlə əlaqədar müvəqqəti əmək qabiliyyətinin olmaması səbəbindən- xəstəliyə görə məzuniyyətə çıxmışdır. İddiaçı ## ###### 2024-cü il tarixdən əmək qabiliyyətini müvəqqəti itirməsi ilə əlaqədar əmək qabiliyyətinin olmaması vərəqələri və müvafiq arayışların bəzilərini korlanmış vəziyyətdə işə çıxdıqdan sonra regional təhsil idarəsinə təqdim etmiş, xxxxndan verilmiş ## ###### 2025ci il tarixli **-*-**/*-i-**-**/**** nömrəli arayışa əsasən ## ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək, xxxxndan verilmiş ## ###### 2025-ci il tarixli **-*-**/*Q-**-***/**** nömrəli arayışa əsasən ## ###### 2025-ci il tarixdan 30 gün müddətinə, xxxxndan verilmiş ## ### 2025-ci il tarixli **-*-**/*-i-**-**/**** nömrəli arayışa əsasən ## ###### 2025-ci il tarixdən 5 gün müddətinə yalnız arayışlar əsasında işə gəlməmiş, həmin tarixlər üzrə əmək qabiliyyətinin olmaması ilə bağlı vərəqəsini təqdim etməmişdir. Göründüyü kimi iddiaçı əmək qabiliyyətinin olmaması ilə bağlı vərəqəsi olmadan üzrsüz səbəbdən işdə olmamış, həmin vərəqəni təqdim edəcəyi ilə bağlı yalan məlumat vermiş, bununla da əmək vəzifələrini kobud surətdə pozmuşdur. Işçinin ## ### 2025-ci il tarixində əmək münasibətlərinə xitam verildiyi halda, onun ## ### 2025-ci il tarixində təqdim etdiyi hər hansı arayış artıq hüquqi qüvvəyə malik deyil. Belə ki, əmək münasibətlərinə xitam verildikdən sonra təqdim olunan sənədlər hüquqi mahiyyət daşımır və işəgötürən üçün heç bir öhdəlik yaratmır. Bu hal əmək qanunvericiliyinin müddəalarına uyğun olaraq, gec təqdim edilmiş sənədin hüquqi nəticə doğurmadığını və yalnız formal xarakter daşıdığını göstərir. Nəticə etibarilə, qeyd olunan arayışın təqdim edilmə vaxtı onun hüquqi qüvvəsini istisna edir və bu səbəbdən həmin sənəd əsasında hər hansı qərarın dəyişdirilməsi əsassızdır.Iddiaçı tərəfindən təqdim edilmiş ərizədə Həmkarlar Ittifaqı Komitəsini “tabe olmadığı qurum” göstərməyə cəhd göstərsə də, bu yanaşma hüquqi baxımdan tamamilə əsassızdır. Əksinə, mövcud sənədlər və hüquqi tənzimləmələr əsasında müəyyən edilir ki, iddiaçının özü Həmkarlar Ittifaqının üzvü kimi bu təşkilat qarşısında müəyyən hüquq və vəzifələr daşıyır və onun fəaliyyətinə, qərarlarına riayət etməlidir. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, həmkarlar ittifaqının üzvü olan şəxslər bu təşkilatın nizamnaməsinə tabe olur, onun qərarlarını və daxili qaydalarını yerinə yetirməyə borcludur.

18. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ## ###### 2017-ci il tarixli **-* nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif Nazirliyinin ## ###### 2017-ci il tarixli **-* nömrəli Ko legiya qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin X7 Sorğu Kitabçası”na əsasən, ümumi təhsil müəssisəsinin direktorunun fəaliyyətinin əsas məqsədi məktəbin idarə edilməsidir. Direktor məktəbin inkişaf proqramını hazırlamalı, pedaqoji işçilərinin fəaliyyətini təhlil etməli və məktəbdaxili qiymətləndirmə həyata keçirməlidir. Tədrisin müasir metodları ilə təşkilatı tədbirlər görməli və pedaqoji şuraya rəhbərlik etməlidir. Sorğu Kitabçası əsasən, Direktor həmçinin tədris planı və proqramlarının yerinə yetirilməsini təmin etməli, sinifdənkənar və məktəbdənkənar işlərin təşkili üzərində nəzarət etməli və müxtəlif vacib məsələlərlə bağlı dövlət orqanları ilə əlaqə qurmalıdır. Məktəbin işçilərinin seçilməsi, yerləşdirilməsi, vəzifə təlimatları və əmək müqavilələri ilə bağlı məsələləri həll etməli, müvafiq intizam tənbehləri və həvəsləndirmə tədbirləri görməlidir. Bundan başqa, direktor məktəb sənədlərinin düzgün aparılmasını təmin etməli, məlumat bazalarının düzgün doldurulmasını və hesabatların hazırlanmasını nəzarət etməlidir. Dövlət və müəssisə büdcəsindən istifadəni səmərəli təşkil etməli və avadanlığın düzgün istifadə olunmasına nəzarət etməlidir. Daxili intizam qaydalarına riayət edilməsi və müəlimlərin etik davranışlarına əməl olunmasına da məsuliyyət daşıyır. Direktor işçilərə verilən tapşırıqları və onların əmək qanunvericiliyinə uyğunluğunu nəzarətdə saxlamalı, nəticədə tədris prosesinin düzgün və effektiv aparılmasını təmin etməli, kadrların seçilməsi, yerləşdirilməsi və təlimi üzrə qərarlar qəbul etməli, Işçilərin peşəkar inkişafını təmin etməli və onların ixtisasartırma prosesini izləməlidir. Pedaqoji heyət arasında əməkdaşlıq və kommunikasiya şəraitini yaradır. Əmək intizamını və etik davranış qaydalarına riayət olunmasını təmin edir. Sorğu Kitabçasına əsasən, Dövlət tərəfindən ayrılan, habelə müəssisənin büdcəsinə qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü istifadəsini təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında qərarının 5.13cü bəndinə əsasən, Direktor adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidir. Direktorun fəaliyyətinin təşkili qaydası, Nazirliyin təsdiq etdiyi əsasnamə və məktəbin nizamnaməsi ilə müəyyən edilir. Nümunəvi Nizamnamənin 5.15-ci bəndinə əsasən, Direktorun vəzifələri arasında məktəbin cari fəaliyyətinə rəhbərlik etmək və bu fəaliyyət üçün şəxsən məsuliyyət daşımaq, dövlət orqanları və digər qurumlarla əlaqələri təmsil etmək, təlimtərbiyə prosesinin düzgün təşkili və monitorinqini həyata keçirmək, sağlam və təhlükəsiz tədris mühiti yaratmaq, daxili sərəncam və əmrlər vermək, maliyyə hesabatları təqdim etmək, intizam qaydalarını təsdiq etmək, Pedaqoji Şuranın qərarlarını təsdiq etmək, onun və digər idarəetmə orqanlarının qərarlarını həyata keçirmək, işçiləri təyin etmək, özünün və ümumi təhsil müəssisəsinin digər vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv etmək. Pedaqoji Şura qarşısında ümumi təhsil müəssisəsinin tədris məsələlərinə dair və tabe olduğu dövlət orqanı (qurumu) qarşısında ümumi təhsil müəssisəsinin cari fəaliyyətinə dair hesabatlar vermək, ümumi təhsil müəssisəsinin işçilərinə vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil etmək, ümumi təhsil müəssisəsinin əmlakından bu Nümunəvi Nizamnamə ilə müəyyən edilmiş məqsədlərə uyğun istifadə olunmasına nəzarət etmək, Nümunəvi Nizamnamənin 3.1.30-cu yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək, məktəbin əmlakından məqsədli istifadəni təmin etmək və məktəbin fəaliyyətini əlaqəli qurumlarla birlikdə idarə etmək yer alır. Əlavə olaraq, direktor komissiyalar və işçi qruplar yarada, kargüzarlıq və arxiv işini təşkil edə, müraciətləri qəbul edə və auditor yoxlamalarına nəzarət edə bilər. *(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kolegiyasının Qərarınının (3 ulduzlu) 36-cı hissəsində qeyd edir ki, Konstitusiya Məhkəməsinin istinad olunan mövqeyinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, bir normanın tətbiqi digər normanın tətbiqini ümumiyyətlə mümkünsüz və əhəmiyyətsiz edə bilməz. X19 79-cu maddəsi işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kolektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi ilə nəticələnən hərəkətlərə yolverilməsi zamanı 70-ci maddənin “ç” bəndinin tətbiqi məhdudlaşdırıla bilməz. Yuxarıda qeyd olunanlardan göründüyü kimi Beyləqan rayonun Mil qəsəbə tam orta məktəbin direktoru İddiaçı təhsil müəssisəsində qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə, təhsil müəssisəsində təhsil və təlimtərbiyə prosesinin, əmək və icra intizamının normal ahəngini pozduğuna, təhsil prosesinin iştirakçılarının hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəydiyinə, əmək qanunvericiliyini, o cümlədən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin əmr və göstərişlərini, qayda və təlimatlarını kobud surətdə pozduğuna görə o Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, Beyləqan rayonun Mil qəsəbə tam orta məktəbin direktoru vəzifəsindən azad edilmişdir. Mübahisələndirilən əmr qanunauyğun və əsaslı olaraq verildiyi üçün iddia tələbi əsassızdır və rədd edilməlidir.

19. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-*(***)-****/**** nömrəli ## ######## 2025-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia rədd edilmişdir.

20. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən direktoru olduğu məktəbdə əmək funksiyalarını kobud şəkildə pozması, yəni müəssisədaxili intizam qaydalarına özünün əməl etməməsi, qaydaların digər müəllimlərin tərəfindən pozulmasına şərait yaratması, tədris edilməyən fənlər üzrə əlavə əmək haqqı əldə edilməsinə və nəticədə dövlət büdcəsinə maddi ziyan vurulmasına gətirib çıxaran hərəkətlərin edilməsi, bununla da əmək və icra intizamının pozulması, işəgötürənin, o cümlədən ayrı-ayrı şəxslərin mənafelərinə ziyan vurulması cavabdehin təqdim etdiyi mötəbər sübutlar ilə öz təsdiqini tapmışdır. Iddiaçı isə həmin halların baş verməməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

21. Qeyd olunan hallar iş materiallarına əlavə edilmiş Beyləqan rayon prokurorluğunun ##.##.2025-ci il tarixli qərarı ilə öz təsdiqini tapmışdır. Belə ki, həmin qərara əsasən, Beyləqan rayonu Ilham Quliyev adına Mil qəsəbə tam orta məktəbin sabiq direktoru İddiaçı barəsində cinayət təqibinin başlanması sonuncu tərəfindən dövlət büdcəsinə vurulan ziyanın tamamilə ödənilməsi səbəbindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən rədd edilmişdir.

22. Bundan əlavə, məhkəmə qeyd etmişdir ki, iddiaçı İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilərkən onun müvəqqəti əmək qabiliyyətsiz olmasını təsdiq edən xəstəlik vərəqələri, arayışları sübut olaraq qəbul edilməməsi barədə dəlili hazırda yuxarıda göstərilən işin faktiki hallarının mövcudluğu kontekstində hər hansı əhəmiyyət kəsb etmir. Məhkəmə, iddiaçının əmək qabiliyyətsiz olduğu barədə təqdim etdiyi sübutları əsaslı hesab etmiş olsa da belə, Beyləqan rayonu Ilham Quliyev adına Mil qəsəbə tam orta ümumtəhsil məktəbdə 31 oktyabr, 1 və # ###### 2024-cü il tarixlərində aparılmış yoxlama zamanı tərtib edilmiş monitorinqin nəticələrinə dair aktda və prokurorluğun qərarında qeyd olunanlara əsasən cavabdeh Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ##.##.2025-ci il tarixli *-**-**B-*-***K/**** saylı əmrinin qanunsuzluğu barədə nəticəyə gəlmək düzgün olmazdı. Bu baxımdan da məhkəmə həmin hissədə iddia tələbinin dəlillərinə qeyd olunanlardan əlavə hüquqi qiymət verilməsinə zərurət görməmişdir.

23. Məhkəmə qeyd etmişdir ki, ƏM-nin 70-ci maddəsinin «ç» bəndi ilə nəzərdə tutulmuş intizam tənbehinin tətbiq edilməsi üçün müvafiq hal mövcud olmuşdur ki, mübahisələndirilən əmrdə sadalanan hallar əmək və icra intizamının normal ahənginin pozulması və işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə maddi ziyanın dəyməsi işin müəyyən edilmiş halları ilə öz təsdiqini tapmışdır.

24. Məhkəmə son olaraq iddiaçının əmək kitabçasının tərtibi ilə bağlı bildirdiyi aşağıdakı dəlillərinə - “iddiaçıya məxsus əmək kitabçasında istər işə qəbul, istərsə də əmək müqaviləsinə xitam verilmə barədə qeydlərdə onu imzalamağa səlahiyyəti olan şəxs (vəzifəli şəxs) tərəfindən imza edilməmiş və möhürlə təsdiq edilməməsi” - münasibətdə bildirməyi zəruri hesab etmişdir ki, həmin dəlillər cavabdehin ##.##.2025-ci il tarixli əmrinin ləğvi üçün əsas hesab edilə bilməz. Digər tərəfdən məhkəmə, iddiaçıya məxsus əmək kitabçasının tərtibatı ilə bağlı Qaydaların pozulması barədə iddiaçının mövqeyini əsassız hesab edərək, qeyd olunan dəlillərin formal mülahizələrdən ibarət olması qənaətinə gəlmişdir.

25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, Əmək Məcəlləsinin 10, 11-ci maddənin “b” bəndinə, 19, 70-ci maddənin “ç” bəndinə, 71-ci maddənin 2-ci bəndinə, 71.3, 80-ci maddənin 1 və 2-ci hissələrinə, 83-cü maddənin 1 və 2ci hissələrinə, 186-cı maddənin 2-ci hissəsinə, 311-ci maddəsinə, “Həmkarlar ittifaqı haqqında” Azərbaycan Respublikasının Qanununa, Mülki Prosessual Məcəllənin 14.2, 77.1ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının işində hər hansı nöqsan olmamış, öz vəzifələrini layiqincə yerinə yetirmişdir. Lakin məhkəmə əsassız olaraq öz qətnaməsində İddiaçı peşəkarlıq səviyyəsinin, müsbət xarakterizə edilməsinin mövcud olmadığı qənaətinə gəlmişdir. Həmçinin məhkəmə bu qənaətə nəyə əsasən gəldiyini də əsaslandırmamışdır. İddiaçı elm və təhsil sahəsində uzun illər müsbət xarakterizə edilmiş davranışı olmasa, həmçinin peşəkar olmasa idi, o, imtahanda yüksək nəticə əldə edərək direktor vəzifəsinə layiq görülməzdi və bu vəzifəni illərlə icra etməzdi. İddiaçı işdən çıxarılmasına əsas olan 72-ci maddədə göstərilən hallar yoxdur. Belə ki, onun öz vəzifəsini icra etdiyi dövrdə təqsirli hərəkəti olmamış, yalnız üzrlü səbəblərdən iş gününü buraxmışdır. Bununla bağlı əmək qabiliyyətinin olmaması vərəqələri və arayışlar da iş materiallarında mövcuddur. Mil Muğan Regional Təhsil Idarəsi müqaviləyə xitam verildiyi ##.##.2025-ci il tarixdə xxxxna xəstəlik barədə arayışın qanuni olub-olmaması barədə iddiaçı tərəfindən sorğu göndərilmiş və həmin sorğuya xəstəxanadan ##.##.2025-ci il tarixdə cavab gəlmiş, lakin sorğuya cavabı gözləmədən müvafiq əmri verilmişdir. xxxxnın ##.##.2025-ci il tarixli **-***/*-i**-**/**** saylı arayışına əsasən (##.##.2024-cü il tarixdən – ##.##.2024-cü il tarixədək), ##.##.2025-ci il tarixli 18- 1-36/2- Q-**-***/**** saylı arayışına əsasən (##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək) və ##.##.2025-ci il tarixli **-***/*-i-**- **/**** saylı arayışına əsasən (5 gün müddətində) ona təqdim edilmiş arayışlar mövcuddur. Bundan əlavə, xxxxnın verdiyi arayışın tarixlərində uyğunsuzluqlar olduğu, o arayışı aldıqdan sonra Təhsil Idarəsinə təqdim edib məlumatı dəqiqləşdirdiyi və bunu dərhal Təhsil Idarəsinin əməkdaşına məlumat verdiyini bildirmişdir. Sonradan həmin arayışın saxta olmasından şübhələndiyi üçün özü Füzuli rayon prokurorluğuna müraciət etmiş və müraciət əsasında prokurorluqda aparılan araşdırmada xxxxnın əməkdaşı X23 əməlinin cinayət tərkibi təşkil etdiyi müəyyən edilərək, əməl az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmadığından Cinayət Məcəlləsinin 14.2-ci maddəsi tətbiq olunmaqla onun barəsində cinayət işinin başlanması ## ### 2025-ci il tarixdə rədd edilmişdir. Bundan əlavə həmin qərarda da göstərilmişdir ki, arayışların məzmununda təhrif edilmələr olmamış, məlumatlar düzgün olmuşdur. İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Beyləqan Rayon Komitəsinin nəzdində olan Həmkarlar Ittifaqı Komitəsinə üzvdür, onun aylıq əmək haqqından tutulmalar məhz həmin Komitəyə köçürülür. Lakin onun əmək müqaviləsinə xitam verilməsi zamanı Sabirabad Rayon Komitəsinin nəznində fəaliyyət göstərən Həmkarlar Ittifaqı Komitəsi iştirak etmişdir. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iddiaçının Mil-Muğan Regional Təhsil Idarəsi ilk həmkarlar təşkilatına üzv olması barədə özünün ərizəsi var. Həmin ərizə İddiaçı tərəfindən verilmiş olsa da, ərizə hərəkətsiz qalmış, nəticədə öz hüquqi qüvvəsini itirmiş, yenə də tutulmalar Beyləqan Komitəsi üzrə həmkarlar ittifaqına köçürülmüşdür. Bununla bağlı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Beyləqan Rayon Komitəsinin sorğuya cavab olaraq verdiyi ##.##.2025-ci il tarixli ** nömrəli məktubda, həmçinin ##.##.2025-ci il tarixli ** №-li məktubda da qeyd olunmuşdur ki, İddiaçı işlədiyi müddətdə əmək haqqından tutulan üzvlük haqqı yalnız ETIHI Beyləqan Komitəsinə köçürülmüşdür.

28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli 24 fevral 2026-cı il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Vahid Sadıqov-sədrlik edən və məruzəçi, Rəşid Səmədov və Xumar Mərdanova).

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı rədd etmişdir.

30. Belə ki, iddiaçı tərəfindən nöqsanlara yol verilməsi öz təsdiqini tapmış və məhkəmə kollegiyası hesab etmişdir ki, əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilməmişdir, əmrin ləğv edilməsi üçün hər hansı əsas yoxdur.

31. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 10-cu maddəsinin “a”, 70-ci madddənin “ç” bəndlərinə, 71.2, 71.3, 80.1, 83.1, 83.2, 186.1, 186.2-ci maddənin, “ç” bəndinə, 187.1,187.2, 311-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. Iddiaçı (vəkil X8) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib və iş üzrə yeni qərar qəbul edilməsini və ya göstərilən faktların yenidən araşdırılması üçün işin apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tərəfindən Beyləqan rayonu Ilham Quliyev adına Mil qəsəbə tam orta ümumtəhsil məktəbdə 31 oktyabr, 1 və # ###### 2024-cü il tarixlərində aparılmış yoxlamanın nəticələrində sadəcə formal qiymət verilmiş, verilmiş apellyasiya şikayətində yenidən araşdırılması və mahiyyəti üzrə baxılması tələb edilən hissələr araşdırılmadan ya birinci instansiya məhkəməsinin mövqeyindən çıxış etmiş, və ya, ümumiyyətlə həmin hissələr münasibət bildirməmişdir.Iddiaçının işdən çıxarılması barədə əmr məhz qərəzli şəkildə başlanılmış monitorinqə istinad edilərək verilmişdir.

34. xxxxnın ##.##.2025-ci il tarixli **-***/*i-**-**/**** saylı arayışına əsasən (##.##.2024-cü il tarixdən – ##.##.2024-cü il tarixədək), ##.##.2025-ci il tarixli **-*-**/*-Q-**- ***/**** saylı arayışına əsasən (##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək) və ##.##.2025-ci il tarixli **-*-**/*-i-**-**/**** saylı arayışına əsasən (5 gün müddətində) ona təqdim edilmiş arayışlar mövcuddur. Eyni zamanda AR-in “xxxx” publik hüquqi şəxsin ##.##.2025-ci il tarixli, **-*/*-Q-*****/*-**-*****/**** saylı məktubundan da məlum olur ki, iddiaçı İddiaçı adı çəkilən xəstəliklər xroniki hal daşıdığından və şikayətlərinin davamlı olduğu üçün 0813428, 0813489, 0883554, ******* nömrəli xəstəlik vərəqələri verilmişdir. Bundan əlavə, xxxxnın verdiyi arayışın tarixlərində uyğunsuzluqlar olduğu, o arayışı aldıqdan sonra Təhsil Idarəsinə təqdim edib məlumatı dəqiqləşdirdiyi və bunu dərhal Təhsil Idarəsinin əməkdaşına məlumat verdiyini bildirmişdir. Sonradan həmin arayışın saxta olmasından şübhələndiyi üçün özü Füzuli rayon prokurorluğuna müraciət etmiş və müraciət əsasında prokurorluqda aparılan araşdırmada xxxxnın əməkdaşı X23 əməlinin cinayət tərkibi təşkil etdiyi müəyyən edilərək, əməl az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmadığından Cinayət Məcəlləsinin 14.2-ci maddəsi tətbiq olunmaqla onun barəsində cinayət işinin başlanması ## ### 2025ci il tarixdə rədd edilmişdir. Bundan əlavə həmin qərarda da göstərilmişdir ki, arayışların məzmununda təhrif edilmələr olmamış, məlumatlar düzgün olmuşdur. Cavabdehin ##.##.2025-ci il tarixli *-**-**/*-*-***K/**** nömrəli əmri əsassız və qanunsuzdur, əmrdə əsas göstərilmiş “əmək funksiyasının yerinə yetirilməməsi” və “xəstəlik vərəqəsi təqdim edilməməsi” halları həqiqəti əks etdirməmişdir. Tibbi arayışlarla sübut olunmuş əmək qabiliyyətinin məhdudluğu nəzərə alınmamış, 2024-cü ilin noyabr ayından 2025-ci ilin may ayınadək xxxxndan bir neçə tibbi arayış təqdim edildiyi və bu sənədlərlə müvəqqəti əmək qabiliyyətinin məhdudluğunun rəsmi təsdiq edildiyi halda, nəzərə alınmamışdır. Sözügedən məsələlər ilə bağlı iddiaçının barəsində ən ağır inzibati tənbeh görülmüş, onunla bağlanmış “Əmək müqaviləsinə” xitam verilmiş və onun barəsində ağır intizam tənbehini seçmişdir.

35. Bütün bunlardan əlavə, İddiaçı həmin məktəbin direktoru olmaqla bərabər, müəllimə kimi də məktəbdə işləmiş və 12 saat dərs yükü olmuşdur. Belə ki, ümumi əmək haqqı 1367,67 manat olan iddiaçı bu əmək haqqının 879 manatını direktor olduğu üçün, 488,67 manatını isə pedaqoji fəaliyyətin görə, yəni 12 saat dərs dediyinə görə əldə etmişdir. Lakin Agentlik onu direktor vəzifəsindən azad etsə də, müəllim kimi işdə saxlamamış və nəticədə ömrünü təhsilə sərf edən bir pedaqoqun işsiz qalmasına səbəb olmuşdur. Agentlik əgər iddiaçının direktor kimi işindən narazı idirsə onu direktor vəzifəsindən azad edib müəllimə kimi də işdə saxlaya bilərdir. Məhkəmə kollegiyası maddi hüquq normasını işin faktiki hallarına düzgün tətbiq etməmiş, hətta iş üzrə təqdim edilmiş sübutları Məcəllənin 70ci maddəsinin “ç” bəndinə uyğun olması üçün yanlış, qərəzli və qeyri-obyektiv şəkildə cavabdeh tərəfin lehinə çevirmişdir.

36. Nəzərə alınmalıdır ki, iddiaçının Mil-Muğan Regional Təhsil Idarəsi ilk həmkarlar təşkilatına üzv olması barədə özünün ərizəsi var. Iddiaçı Həmkarlar Təşkilatının iclasında iştirak etmiş və izahat vermişdir. Eləcə də ##.##.2025-ci il tarixdən sonra iddiaçı işə çıxmamışdır, ona görə də onun əsas iş yeri üzrə ilk həmkarlar ittifaqı təşkilatında qeydiyyata götürülməsi mümkün deyildir. Iddiaçı Mil-Muğan Regional Təhsil Idarəsi ilk Həmkarlar təşkilatının üzvü olmuş, cavabdeh də haqlı olaraq həmin təşkilata müraciət etmişdir. Məhkəmə kollegiyası heç bir yeni hal araşdırmağa ehtiyac duymadan birinci instansiya məhməsinin mövqeyindən çıxış edərək qətnamə qəbul etmişdir.

37. Qeyd olunan faktların yanlışlığını və məhkəmənin düzgün mövqeydən çıxış etmədiyi sübut edən daha bir sübut isə iddiaçı İddiaçı Cavabdeh faktiki fəaliyyət ünvanı olan ünvan 1 il tarixli, 3-17-5/2- *****/**** nömrəli məktubla Cavabdeh ona məxsus sənədlərin təqdim edilməsi üçün müraciət etmişdir, həmçinin araşdırma dövründə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Respublika Komitəsinə əmək müqavilənizə xitam verilməsinə münasibət bildirməsi məktublardır.Həmin məktublara cavab olaraq göstərilmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Respublika Komitəsindən X34 Xidmətinin Bakı şəhər Idarəsinə təqdim edilmiş məktubdan məlum olmuşdur ki, Siz Mil qəsəbə tam orta ümumitəhsil məktəbinin Həmkarlar Ittifaqı Komitəsinin üzvü olduğunuz halda, Mil-Muğan Regional Təhsil Idarəsi Həmkarlar Ittifaqı Komitəsinin razılığı alınmaqla əmək müqavilənizə xitam verilmişdir.Qeyd edilən cavab məktubu bir daha göstərir ki, İddiaçı Mil-Muğan Regional Təhsil Idarəsi Həmkarlar Ittifaqı Komitəsinin üzvü olmadığı halda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Beyləqan Rayon Komitəsinin nəzdində olan Həmkarlar Ittifaqı Komitəsinin razılığı ilə yox, Mil-Muğan Regional Təhsil Idarəsi Həmkarlar Ittifaqı Komitəsinin razılığı alınmaqla əmr tərtib edilmişdir.İddiaçı işdən çıxarılmasına yazılı razılığı Sabirabad Rayon Komitəsinin nəznində fəaliyyət göstərən Həmkarlar Ittifaqı Komitəsi yox, Beyləqan Rayon Komitəsinin nəznində fəaliyyət göstərən Həmkarlar Ittifaqı Komitəsi verməli idi. Bu səbəbdən də qətnamə ləğv olunmalı, qanunsuz işdən çıxarılması halı baş verdiyindən iddiaçı işə bərpa olunmalıdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

39. Maddə 10 “a” bəndi. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “ç” bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindəndir.

40. Maddə 70 “ç” bəndi. işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

41. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

42. Maddə 71.3. Işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

43. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

44. Maddə 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

45. Maddə 83.2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir.

46. Maddə 186.1. Işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunda nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

47. Maddə 186.2 “ç” bəndi. Işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək intizam tənbehlərindən birini verə bilər.

48. Maddə 187.1. Intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

49. Maddə 187.2. Intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, yaxud məzuniyyətdə olduğu vaxt, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əməkhaqqının saxlanıldığı dövrlər həmin müddətə daxil edilmir.

50. Maddə 311. Işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Hazırkı kassasiya şikayətinə əsasən, qətnamə tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

61. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər olmuş və apellyasiya məhkəməsi tərəfindən kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

62. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

63. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

65. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar