Məhkəmə qərarları › İş №2(1-8)-1557/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1557/2026

23.07.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1557/2026 23.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər Bakı şəhəri ** saylı notariat ofisinə və xüsusi notarius cavabdeh1 qarşı iddia tələbinə dair mülki iş üzrə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) QƏRARİ Açar sözlər: vərəsəlik hüququ, payların müəyyən olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. X6 ilə X4 **79-cu ildə nikah bağlamışlar. Iddiaçılar iddiaçı1 və iddiaçı2 onların həmin nikahdan olan uşaqlarıdır;

3. Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 67, mənzil 3a ilkin olaraq X23 adına qeydiyyatdan keçmişdir. Sonradan, ##.##.**99-cu il tarixli dəyişmə müqaviləsinə əsasən X6 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir;

4. ##.##.2003-cü ildə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 67 ünvanında yerləşən qeyri-yaşayış binasına (qaraj) dair Səbail RIH ##.##.2003-cü il tarixli X6 adına ilkin texniki pasport tərtib edilmişdir;

5. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ağamalıyev küçəsi, ev 12, mənzil 07 ilkin olaraq X16 adına qeydiyyatdan keçmişdir. Sözügedən mənzil ##.##.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X6 adına qeydiyyatdan keçmişdir;

6. Bakı şəhəri, Binəqədi rayonu, Rəsuzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 22/24, mənzil ##.##.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X6 adına qeydiyyatdan keçmişdir. Sözügedən mənzil Bakı şəhəri ** saylı Dövlət Notariat Kontorunun ##.##.**92-ci il tarixli, D4-**** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X5 adına qeydiyyatdan keçmişdir. Daha sonra həmin mənzil Bakı şəhəri ** saylı Dövlət Notariat Kontorunun D1-** reyestr nömrəli, ##.##.**94-cü il tarixli dəyişmə müqaviləsinə əsasən X17 adına qeydiyyatdan keçmişdir. Adıçəkilən mənzil Bakı şəhəri ** saylı Dövlət Notariat Kontorunun 2V-** reyestr nömrəli, ##.##.2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X11 adına qeydiyyatdan keçmişdir. Sonra isə qeyd edilən mənzil Bakı şəhəri ** saylı Dövlət Notariat Kontorunun 4Ə-02- *** reyestr nömrəli, ##.##.2007-ci il tarixli alqısatqı müqaviləsinə əsasən X6 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir;

7. "X1” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2016-cı il tarixdən X6 mülkiyyətində olmuşdur. Fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinin 429,1 m2 hissəsi Çingiz Əliquliyevin anası X9, torpaq sahəsinin 323,84 m2 hissəsi isə X3 mülkiyyətində olmuşdur;

8. ünvan 5 ünvanında 813.6 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 146.01 m2 olan, 6 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi ##.##.2016 cı il tarixdə Naxçıvan Şəhər 1-ci DNKnın ##.## 2004-cü il tarixli, */Ə-*** nömrəli və ##.##.2016 cı il tarixli nömrəli bağışlama müqavilələri əsasında daşınmaz əmlakın dövlət reyestrində X6 adına qeydiyyata alınmışdır;

9. 12. “xxxx” ASC-nin ## ######## 2024-cü il tarili məktubuna əlavə edilmiş razılaşmanın və hesabdan çıxarışa görə, X6 “xxxx” ASC-də olan depozit hesabına ##.##.2020-ci il tarixdə 9400 manat və 455 manat məbləğində əmanət yerləşdirmişdir; 10.X10 ##.##.2020-ci il tarixdə vəfat etmişdir; 11.##.##.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən edilmişdir ki, X10 vərəsələri əri X6, qızları iddiaçı1 və iddiaçı2dır. Şəhadətnamə verilən miras əmlak isə “xxxx” ASC üzrə X10 öhdəliklərlə yüklənməmiş hər birinin dəyəri 0.27 manat olan 3967 səhmindən ibarətdir; 12.Eyni tarixli digər qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X10 vəfat etməsi ilə əlaqədar həmin vərəsələrə 966.92 manat pul vəsaiti də verilmişdir; 13.X6 ##.##.2022-ci il tarixdə vəfat etmişdir; 14.Ali Məhkəmənin ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qərarına əsasən, iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 onun atası olması faktının müəyyən edilməsi tələbinə dair iddiasının təmin edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; 15.Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən iddiaçılara ünvanlanmış məktubda aşağıdakılar qeyd olunmuşdur: “ Siz ##.##.2024-cü il tarixli ərizə ilə müraciət edərək mərhum ananız Əliquliyeva Xadiqa lbrahim qızı və atanız X6 birgə nikah dövründə əldə etdikləri əmlaklar üzərində ananız Xadiqa Əliquliyevadan miras qalmış əmlaklar üzərində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdiniz. Bildirirəm ki, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 59-cu maddələrinə əsasən notarius qanun üzrə vərəsəlik şəhadətnaməsi verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Odur ki, X10 adına olan miras əmlaka dair hüquqmüəyyənedici sənədləri təqdim etdiyiniz təqdirdə vərəsəlik şəhadətnaməsinin verilməsi məsələsinə baxıla bilər”.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

16.Iddiaçılar məhkəməyə müraciət edərək X6 və X10 birgə nikah dövründə əldə etdikləri və qanun üzrə ½ payla X10 məxsus olmuş aşağıda sadalanan əmlaklara dair iddiaçı1 və iddiaçı2 qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir: - Bakı şəhəri, Səbail rayonu Neftçilər prospekti ev 67 mənzil 3A; -** OV *** dövlət qeydiyyat nişanlı X1 minik markalı avtomobil; - Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ** saylı binanın həyətində yerləşən qeyri-yaşayış sahəsi 23,8 m2 torpaq sahəsi üzərində **,7 m2 sahəsi olan qaraj; - Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi, Ağamaliyev küçəsi, ** saylı evin 22 m2 yaşayış sahəsindən ibarət bir otaqlı * saylı mənzil; - Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Zahid Qəmbərov küçəsində istifadədə olan, 0,15688 ha torpaq sahəsində yerləşən **/** nömrəli 5 mərtəbəli binada 37,26 m2 ümumi, 17,98 m2 yaşayış sahəsindən ibarət 1 otaqlı, ** nömrəli mənzil; - ünvan 6 ünvanında istifadədə olan 0,0813 ha torpaq sahəsində yerləşən 146 m2 yaşayış sahəsindən ibarət ev; - 2550 ədəd “xxxx” ASC-nin səhmi; - “xxxx” ASC-də 10293 manat məbləğində pul vəsaiti. 17.Sonradan, iddia ərizəsinə dəqiqləşdirilmə barədə ərizə ilə məhkəməyə müraciət edilərək məhkəmədən göstərilən əmlaklar üzrə iddiaçı1 və iddiaçı2 qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehlər Bakı şəhəri ** saylı notariat ofisinə və həmin ofisin notariusu cavabdeh1 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 18.Iddia işin yuxarıda qeyd olunan halları ilə əsaslandırılmış və qeyd olunmuşdur ki, anaları mərhum X10 2020-ci ildə vəfat etmiş və vərəsələri qismində iddiaçılar və onların ataları X6 Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. X10 və X6 birgə nikah dövründə əldə etdikləri, lakin X6 adına rəsmiləşdirilmiş sözügedən əmlaklar ümumi paylı mülkiyyətdə olduğu üçün həmin əmlaklar barəsində də vərəsəlik şəhadətnaməsi verilməli olduğu halda cavabdeh tərəfindən tələbdə qeyd edilən əmlaklar üçün qanun üzrə vərəsəlik şəhadətnamələri verilməmişdir. Iddiaçılar qanun üzrə vərəsəlik şəhadətnaməsi almaqla yanaşı yuxarıda sadalanan əmlakları da faktiki olaraq sahiblik etməklə həmin əmlakları da miras kimi qəbul etmişlər.X8 cavabdeh tərəfindən aparılan vərəsəlik işində miras əmlaklar birgə nikah dövründə əldə edildiyi üçün X10 aid əmlaklar X6 əmlakından ayrılmalı və iddiaçılara X10 aid hissədə vərəsəlik şəhadətnaməsi verilməlidir. 19.Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi vəkil1 bildirmişdir ki, iddia prosessual pozuntularla verilmişdir. 2020-ci ildə Xaliqa Əliquliyeva vəfat etmişdir və vəfat etdiyi gün də onun adına bank əmanəti kimi pul vəsaiti var imiş. Həmin pul vəsaiti tərəflərin razılığı ilə bərabər şəkildə bölünmüşdür. Bu birgə nikah dövründə əldə olunmuş vəsait olsa belə, mərhum Əliquliyev Çingiz də, digər iddiaçılar da miras əmlakı kimi bərabər şəkildə bölünməsini qəbul etmişlər. Illər keçmiş, vəziyyət dəyişmişdir. Başqa bir məhkəmə işində Əliquliyev Çingizin nikahdan kənar üçüncü qız övladının olması məhkəmə qaydasında təsbit olunmuşdur. Indi qarşı tərəf ona az əmlak qalsın deyə, qisas niyyəti ilə, onun subyektiv hüquqlarından sui-istifadə edərək, illər keçməsinə baxmayaraq bölünmüş, tamamlanmış vərəsəlik işinin yenidən açılmasına cəhd göstərit. Hesab edir ki, notariusun cavabı çox doğru göstərilmişdir. Adına əmlakın olmadığı göstərilmişdir. Indi illər keçmiş, bu imtinadan məhkəməyə müraciət edərək ½ hissəsinin payının müəyyən olunmasını istəmişdir. Ər və arvad vəfat etmiş, bərabər paylar şəkildə bölünmüşdür. Əgər bərabər yox, Əliquliyev Çingiz ½ hissəsini özünə götürmüş olsa idi, ½ hissənin 1/3 hissəsi müəyyənləşdirilmiş olsa idi, başa düşülər ki, indi vətandaşlardır da, düşünə bilərlər ki, digər əmlak da var, o, açıq qalmışdır. Daha sonra ½ hissə mübahisələndirilməmişdir. Bu iddia qanunsuzdur və təmin oluna bilməz. Konstitusiya Məhkəməsinin Plenum qərarı da var ki, o vaxt bu hüquqdan istifadə olunmayıbsa, artıq istifadə oluna bilməz. Miras qoyanlar vəfat etmişdir. X7 adına olan əmlaka baxılır, onun da əmlakı var, əmlak hüquqları bəllidir. Qaraja münasibətdə qeyd edilməlidir ki, sərəncamla torpaq heç bir zaman əvəzli əqd kimi hesab olunmur. Kimin adından verilməsindən asılı olaraq onun mülkiyyəti sayılır, vərəsəlik də ümumi əsaslarla verilir, yəni, paylı mülkiyyət yoxdur, əvəzsizdir. 20.Nəsimi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-2(006)- ****/**** nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq iddiaçı2 və iddiaçı1 valideynləri X10 və X6 miras qalmış və birgə mülkiyyət hesab olunan **-OV-*** dövlət qeydiyyat nişanlı “X1” minik markalı avtomobil; Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ağamaliyev küçəsi, ev 12, mənzil 7; Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 67, mənzil 3A, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, ev 22/24, mənzil 99; “xxxxn” ASC-də olan 2550 ədəd səhm və “xxxx” ASC-nin Azneft filialında X6 əmanət hesabında olan 9400 manat məbləğində pul vəsaitinin X10 aid ½ hissəsindən iddiaçıların hər birininin 1/3 hissə payı müəyyən edilərək həmin hissələrdə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri ** saylı Notariat Ofisinə həvalə olunması qət edilmişdir (hakim: H.Miriyeva) 21.Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçılar iddiaçı1 və iddiaçı2 mərhum X10 ilə X6 birgə nikahlarından olan qızlarıdır. Iddiaçıların anası - X10 ##.##.2020-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra, sağlığında ona məxsus xxxx ASC-də hər birinin nominal dəyəri 0,27 manat olan 3**6 ədəd adi adlı səhmi, habelə vəfat etməsi ilə əlaqədar orta əmək haqqının 3 misli qədəri müavinat olan 966,92 manat məbləğində pul vəsaiti, onun öldüyü məqamda sağ olan əri - X6, övladları- iddiaçı1 və iddiaçı2 tərəfindən qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr əsasında miras kimi qəbul edilmişdir. Iddiaçıların atası X6 ##.##.2022-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra, sağlığında mülkiyyət hüququ üzrə ona məxsus olmuş iddia ərizəsində sadalanan daşınar və daşınmaz əmlaklar onun öldüyü məqamda sağ olan övladları- iddiaçı1 və iddiaçı2 miras qalmışdır. Daha sonra məhkəmənin qüvvəyə minmiş qətnaməsinə əsasən mərhum X6 hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs atası olması faktı məhkəmə tərəfindən tanınmışdır. Beləliklə, mərhum X6 birinci növbə vərəsələri iddiaçı1, iddiaçı2 və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmuşdur. Bundan sonra vərəsələrdən iddiaçı1 və iddiaçı2 miras əmlaklarla bağlı 2024-cü ildə ərizə ilə notariat ofisinə müraciət edərək, valideynləri - X6 ilə X10 birgə nikah dövründə əldə etdikləri əmlaklar üzrə analarından miras qalmış əmlaklar üzərində vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. Bakı Şəhəri ** saylı Notariat Ofisi tərəfindən onlara ünvanlanmış ##.##.2024-cü il tarixli *** nömrəli məktubu ilə X10 adına olan miras əmlaka dair hüquq müəyyənedici sənədlərin təqdim edildiyi təqdirdə vərəsəlik şəhadətnaməsinin verilməsi məsələsinə baxılacağı bildirilmişdir. 22.Beləliklə, iddiaçılar hazırkı məhkəmə mübahisəsində valideynləri - X6 ilə X10 birgə nikah dövründə əldə etdikləri əmlaklardan analarına aid olan hissədən pay almağa nail olmaq istəyirlər və miras qalmış əmlaklara faktiki olaraq sahiblik etmələrinə əsaslanmaqla, həmin əmlaklara dair anaları X10 aid olan ½ hissədə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbini irəli sürürlər. 23.Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 1243.3-cü maddəsinin tələbi baxımından, iddiaçıların analarının ölümü ilə ondan miras qalmış səhmlər və ölümlə bağlı müaviət üzrə qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında mirası qəbul etdiklərindən, iddiaçıların iddia ərizəsində sadalanan və onlardan ümumi birgə mülkiyyət hesab edilən əmlaklara da analarından miras qalmış hissədə vərəsəlik hüquqları yaranmış olur. Bu baxımdan iddiaçıların hazırkı iddianı qaldırmağa subyektiv hüquqları vərəsəlik hüququndan əmələ gəlir və cavabdehin nümayəndəsinin “bu hüquqdan istifadə olunmayıbsa, artıq istifadə oluna bilməz” barədə dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, bu hüquq analarının vəfatından sonra atalarının sağlığında mübahisəli əmlaklarla bağlı müvafiq bölgünün həyata keçirilməməsi (payının müəyyən olunmaması və s.) ilə xitam olunmur. Bu hüquq yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır (Mülki Məcəllənin 1243.2-ci maddəsi). 24.X6 ilə X10 ##.##.**79-cu il tarixdən rəsmi nikahda olduqları müəyyən edilmiş faktdır. Miras əmlaklar isə həmin müddət ərzində əldə olunmuşdur. Əldə olunmuş əmlakların birgə mülkiyyət hesab edilib-edilməməsinin müəyyən edilməsindən ötrü verilmiş məhkəmə sorğuları əsasında daxil olmuş sənədlərlə iddia tələbində sadalanan əmlaklardan ünvan 7 ünvanında istifadədə olan 0,0813 ha torpaq sahəsində yerləşən 146 m2 yaşayış sahəsindən ibarət ev istisna olmaqla, digər əmlakların X6 ilə X10 birgə nikah dövründə əldə edilmiş ümumi əmlak olması müəyyən edilmişdir. ünvan 7 ünvanında yerləşən ev isə birgə nikah dövründə əldə olunsa da, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Iqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2024-cü il tarixli **/*** saylı məktubuna əlavə edilmiş sənədlərə əsasən, həmin fərdi yaşayış evi bağışlama müqavilələri əsasında əvəzsiz qaydada X6 mülkiyyətinə keçdiyindən onun birgə mülkiyyət kimi qiymətləndirilməsi istisna olunur. Bu səbəbdən də, həmin ev X6 ilə X10 ümumi əmlakı olmamaqla, iddiaçıların mərhum anasına aidiyyəti lmamış, beləliklə miras kütləyə də aid olmamışdır, buna görə də iddia tələbi bu hissədə təmin edilə bilməz. 25.Məhkəmə hesab etmişdir ki, Mülki Məcəllənin 1162-ci maddəsinin tələbi baxımından (sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir) birgə əmlak kimi qiymətləndirilən miras qalmış əmlaklardan iddiaçıların anası X10 aid hissədə iddiaçıların paylarının iddiada irəli sürülən ½ hissədə deyil, 1/3 hissədə müəyyən olunması məqsədəmüvafiqdir. Belə ki, Xadiqa Əliquliyeva vəfat etdikdən sonra ər-arvadın birgə mülkiyyətindən ½ hissədə təkcə Çingiz Əliquliyevin, Xadiqa Əliquliyeva aid digər ½ hissədə isə iddiaçı2, iddiaçı1 və Çingiz Əliquliyevin hər birinin 1/3 payı vardır. Ona görə də Xadiqa Əliquliyevaya aid olan ½ hissədə əmlaklar üzərində iddiaçıların hər birinin 1/3 hissədə payı müəyyən olunmalıdır. 26.Digər əmlaklardan Bakı şəhəri, Səbail rayonu Neftçilər prospekti ev 67 mənzil 3A ##.##.**99-cu il tarixli əvəzli müqavilə olan dəyişmə müqaviləsinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi Ağamaliyev küçəsi ** saylı evin 22.0 m2 yaşayış sahəsindən ibarət bir otaqlı * saylı mənzil ##.##.2004-cü il tarixli əvəzli müqavilə olan alqısatqı müqaviləsinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Zahid Qəmbərov küçəsində yerləşən **/** nömrəli evin ** nömrəli mənzili ##.##.2007-ci il tarixli əvəzli müqavilə olan alqı-satqı müqaviləsinə əsasən X6 adına qeydiyyatdan keçdiyindən ümumi birgə əmlak kimi qiymətləndirilir və miras əmlak kimi həmin əmlakların X10 aid ½ hissədən iddiaçıların hər birininin 1/3 hissə payı müəyyən edilməlidir. 27.Bundan başqa, mübahisəli avtomobil ##.##.2016-cı il tarixdə, yəni, X10 ilə birgə nikah dövründə əvəzli qaydada X6 tərəfindən əldə olunduğundan, həmin avtomobil də ümumi birgə mülkiyyətə daxildir və miras əmlak kimi həmin əmlakların X10 aid ½ hissədən iddiaçıların hər birininin 1/3 hissə payı müəyyən edilməlidir.

28. “xxxxn” ASC-də olan 2550 ədəd səhmə münasibətdə də həmin səhmlər “Səhmlərin alqı-satqı və broker xidmətlərinin göstərilməsi haqqında” müqavilələr əsasında ayrı-ayrı vaxtlarda - **94, 2007, 2008, 2013- cü illərdə, yəni, X10 ilə birgə nikah dövründə əvəzli qaydada X6 tərəfindən alındığından, həmin səhmlər də ümumi birgə mülkiyyətə daxildir və miras əmlak kimi həmin səhmlərin X10 aid ½ hissədən iddiaçıların hər birininin 1/3 hissə payı müəyyən edilməlidir.

29. Iddia tələbinin “xxxx” ASC-də 10293 manat məbləğində pul vəsaitinə münasibətdə məhkəmə qeyd etmişdir ki, irəli sürülən məbləğin yalnız 9400 manat hissəsi X6 ilə X10 birgə mülkiyyəti hesab olunur. Belə ki, bank tərəfindən təqdim olunmuş X6 hesabdan çıxarış məlumatlarına əsasən, X6 bankda 9000 əmanəti olmaqla 1 il üçün 855 manat faiz hesablanmış, həmin 855 manat faiz məbləğinin 400 manatını 9000 manatla birlikdə (9400 manat) yenidən ##.##.2020-ci il tarixdə 1 illik müddətə 9.5 faizlə ##.##.2020-ci il tarixli əmanət müqaviləsi əsasında depozit hesabına yerləşdirmiş, həmin tarixdə də bundan əvvəlki müqavilə əsasında hesablanmış 855 manat faiz məbləğindən 455 manatını məxaric etmişdir. Iddiaçıların tələb etdikləri 10293 manat- 9400 manata hesablanmış 893 manat faizlə birlikdə X6 tərəfindən ##.##.2021-ci il tarixdə, X10 ölümündən sonra yeni əmanət müqaviləsi əsasında hesaba yerləşdirilmişdir, yəni eyni məbləğ prolonqasiya edilərək, hər dəfə yeni faizlər əldə etdikcə məbləğ artırılaraq yeni əmanət hesabı açılmışdır. Göstərilənlərə əsasən, tələbdə irəli sürülən 10293 manatın 9400 manat hissəsi ##.##.2020-ci il tarixdə mərhumun əmanət hesabına yerləşdirilmişdir ki, bu da yalnız həmin hissədə pul vəsaitinin birgə nikah dövündə əldə edilmiş əmlak kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. 30.Məhkəmə iddianın Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektindəki ** saylı binanın həyətində olan qeyri-yaşayış binası (qaraj) ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, Səbail Rayon Icra Hakimiyyətinin *** nömrəli ##.##.2003-cü il tarixli sərəncamına əsasən X2 adına ilkin texniki pasport tərtib edilərək, həmin daş qaraj daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Məhkəmə hesab etmişdir ki, texniki pasport əsasında X2 ayrılmış 23,8 m2 torpaq sahəsi üzərində **,7 m2 sahəsi olan qeyri-yaşayış binası (qaraj) üzərində onun ölümündən əvvəl mülkiyyət hüququ qeydiyyata alınmasa da, onun həmin daşınmaz əmlak üzərində əmlak xarakterli subyektiv hüququ ölümü ilə xitam olunmur. Bu baxımdan həmin əmlak Mülki Məcəllənin 1151-ci maddəsi üzrə miras kütləsinə daxil olsa da, onun üzərində payların müəyyən olunması istisna edilir. Bununla bağlı iddiaçılara izah edilir ki, mərhumun adına müvafiq qaydada arayış almaqla mülkiyyət hüququnun rəsmiləşdirilməsini həyata keçirdikdən sonra qeyri-yaşayış binasına (qaraja) münasibətdə miras paylarının müəyyən edilməsini yenidən məhkəmə qaydasında tələb edə bilərlər. Belə ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında AR Qanununun 22.2-ci maddəsinə əsaən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. 31.Məhkəmə cavabdeh qismində göstərilmiş notarius cavabdeh1 münasibətdə iddianın rədd olunmasını məqsədəmüvafiq hesab etmişdir. Belə ki, vərəsəlik üzrə şəhadətnamələrin verilməsi üzrə iddiaya cavab verməli olan şəxs kimi notariusun özü deyil, notariat ofisi çıxış etdiyindən, hazırda irəli sürülən tələblər notariusa şəxsən yönəlmədiyindən, ona münasibətdə iddia tələbi təmin edilməməlidir, iddiaya cavab verməli şəxs Bakı şəhəri ** saylı notariat ofisidir. 32.Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 225.1, 225.2, 1133, 1145, 1146, 1151, 1159, 1162, 1243, 1246, 1255, 1273, 1321, 1322, 1325-ci, Ailə Məcəlləsinin 32.1, 34.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 33.Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs apellyasiya şikayəti vermiş, qətnamənin ləğv, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 34.Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Miras qoyan X. Əliquliyevanın ölümündən sonra açılmış vərəsəlik işi üzrə həm iddiaçılar, həm də mərhum Çingiz Əliquliyev mirası qəbul etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında “xxxx” ASC-də olan səhmlər hər birinə 1/3 pay olmaqla bölüşdürülmüşdür. Bu bölgü vərəsələrin qarşılıqlı razılığı ilə həyata keçirilmişdir. Iddiaçılar əvvəllər razılaşdırılmış bölgünün yenidən dəyişdirilməsinə çalışaraq əsassız varlanmaq məqsədi güdürlər. Xüsusilə, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 67, mənzil 3A üzrə məhkəmə həmin əmlakı birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirmişdir. Halbuki, həmin mənzil dəyişdirmə müqaviləsi əsasında əldə edilmiş, dəyişdirilən əmlak isə Ç. Əliquliyev tərəfindən özəlləşdirmə yolu ilə, yəni əvəzsiz əsaslarla əldə olunmuşdur və bu hal nəzərə alınmamışdır.Bundan əlavə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ##.##.2024-cü il tarixli cavab məktubu ilə arxiv sənədləri təqdim edilsə də, məhkəmə həmin sübutları tam araşdırmamış və iş üzrə əhəmiyyət kəsb edən hallara lazımi hüquqi qiymət verməmişdir. 35.Məhkəmə tikinti-texniki ekspertizasının ##.##.2025-ci il tarixli rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu Neftçilər prospektində yerləşən ** saylı yaşayış binasının 3 “a” saylı mənzilin faktiki ümumi sahəsinin Bakı şəhəri Icra Hakimiyyəti Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən verilmiş ****** nömrəli, ## ####### **99-cu il tarixli qeydiyyat vəsinəsində göstərilən sahədən 43 kv.m (95,4-52) artıq olduğunu, yaşayış otaqlarının sayının da qeydiyyat vəsiqəsində göstərilən saydan 1 yaşayış otağı artıq olduğunu nəzərə alaraq, tədqiq olunan mənzilin sahəsinin və yaşayış otaqlarının sayının artırıldığı müəyyən edilmişdir. 36.“xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu Neftçilər prospektində yerləşən ** saylı yaşayış binasının 3 “a” ünvanında yerləşən sənəd üzrə 2 otaqlı mənzilin bazar dəyəri 354200 manat, 2 otaqlıdan 3 otaqlıya çevrilmiş mənzillərin bazar dəyəri 416200 manat, dəyişikliklər aaparılmadan və aparıldıqdan sonra həmin mənzilin dəyəri arasında olan fərq 62000 manat təşkil edir. 37.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Fərrux Qasımov – sədrlik edən və məruzəçi, Məhəmməd Rüstəmli və Günay Axundova). 38.Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, iddiaçılar hazırkı mübahisə üzrə valideynləri - X6 ilə X10 birgə nikah dövründə əldə etdikləri əmlaklardan analarına aid olan hissədən pay almağa nail olmaq istəyirlər və miras qalmış əmlaklara faktiki olaraq sahiblik etmələrinə əsaslanmaqla, həmin əmlaklara dair anaları X10 aid olan ½ hissədə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbini irəli sürürlər. 39.Birinci instansiya məhkəməsi iddianın qismən təmin olunması ilə bağlı qənaətini onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 1243.3-cü maddəsinin tələbi baxımından, iddiaçıların analarının ölümü ilə ondan miras qalmış səhmlər və ölümlə bağlı müaviət üzrə qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında mirası qəbul etdiklərindən, iddiaçıların iddia ərizəsində sadalanan və onlardan ümumi birgə mülkiyyət hesab edilən əmlaklara da analarından miras qalmış hissədə vərəsəlik hüquqları yaranmış olur. Bu baxımdan iddiaçıların hazırkı iddianı qaldırmağa subyektiv hüquqları vərəsəlik hüququndan əmələ gəlir və cavabdehin nümayəndəsinin “bu hüquqdan istifadə olunmayıbsa, artıq istifadə oluna bilməz” barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, bu hüquq analarının vəfatından sonra atalarının sağlığında mübahisəli əmlaklarla bağlı müvafiq bölgünün həyata keçirilməməsi (payının müəyyən olunmaması və s.) ilə xitam olunmur. Bu hüquq yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Nəzərə alınmalıdır ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquqlar (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və s. əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə müvafiq olaraq vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən bu istiqamətdə aparılmış əsaslandırma ilə razılaşır. 40.Mübahisə predmeti olan Bakı şəhəri, Səbail rayonu Neftçilər prospekti ** saylı evin *A saylı mənzilinə münasibətdə müstəqil tələb irəli sürməyən üçüncü şəxs ona istinad edir ki, ünvan 4 ünvanında yerləşən mənzil X.Əliquliyevanın və atası Ç.Əliquliyevin nikah dövründə atasının adına mülkiyyət hüququ alınsa da, həmin əmlak dəyişdirmə müqaviləsi nəticəsində əldə edilmişdir. Həmin müqavilə üzrə dəyişilən əmlak, yəni ünvan 2 ünvanında yerləşən mənzil vaxtılə atasının adına əvəzli müqavilə əsasında yox, məhz əvəzsiz əsaslarla onun tərəfindən əldə edilmiş, özəlləşdirmişdir. 41.Qeyd olunan xüsusatın araşdırılması məqsədilə mənzil üzərində hüquqların qeydiyyatı üçün əsas olmuş sənədlər tələb olunmuş, müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzil Binəqədi rayon Icra Hakimiyyəti başçısının ## ### **95-ci il tarixli sərəncamına əsasən əvəzsiz olaraq X6 mülkiyyətinə verilmiş, sonradan isə həmin mənzil ## ######## **99-cu il tarixdə X14 ilə bağlanmış dəyişmə müqaviləsinə əsasən sonuncunun mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən mənzil ilə dəyişdirilmişdir. 42.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair ## ###### 2012-ci il tarixli qərarında əks olunan hüquqi mövqe bundan ibarətdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində müəyyən edilmiş ər-arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. 43.Iddiaçıların isə arqumentləri bundan ibarətdir ki, dəyişdirilən mənzillər arasında hətta rəsmi müqavilədə 50% qiymət fərqi mövcuddur. Bu isə sübut edir ki, dəyişmə müqaviləsinin bağlanması zamanı qiymət fərqi Ç.Əliquliyev tərəfindən tam şəkildə ödənilmişdir. Iddiaçılar iddianın predmetini təşkil edən ünvan 1 ünvanında yerləşən mənzilin dəyişməsi ilə bağlı mənzildən əlavə külli miqdarda pul vəsaitini A.P.Yefromaya ödənildiyini, bundan əlavə yaşadıqları müddətdə həmin mənzili valideynləri tərəfindən əsaslı təmir edildiyini iddia edir. Onlar tərəfindən təqdim olunmuş mütəxəssis rəyində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən ** saylı evin 3 “a” saylı mənzilinin əsaslı təmir nəticəsində iki otaqdan üç otağa dəyişdirilməsini, divarlarında və tavanına aparılan təmir işlərini, qapı – pəncərələrin dəyişdirildiyini, tavanında, sanitar qovşağında kafel-metlax vurulduğunu, su, kanalizasiya, elektrik xətlərini çəkildiyini nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən ** saylı evin 3 “a” mənzilində əsaslı təmir işləri aparıldığı qeyd olunur. Bakı şəhəri, Səbail rayonu Neftçilər pr-ti ** saylı binanın 3 “a” ünvanında yerləşən mənzilin dəyişməsi müqaviləsindəki mənzillər arasındakı qiymət fərqini, eləcə də mənzildə aparılan təmir işlərinin onun qiymətinə təsirini, eləcə də hazırda Bakı şəhərində yerləşmə yerinə uyğun olaraq həmin mənzillərin qiymət fərqi mübahisə predmetini təşkil edən Bakı şəhəri, Səbail rayonu Neftçilər pr-ti ** saylı binanın 3 “a” ünvanında yerləşən mənzilin iddiaçıların valideynləri, Çingiz Əliquliyev və Xədiqə Əliquliyevanın birgə mülkiyyəti sayılmasını demək üçün kifayət edir. 44.Məhkəmə kollegiyası iddiaçının irəli sürdüyü dəlillərin Mülki Məcəllənin 225.4-cü maddəsinin tələbləri (Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin) baxımından qiymətləndirmək məqsədilə kompleks məhkəmə tikinti – texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. 45.Iddiaçıların dəyişdirilən mənzillər arasında hətta rəsmi müqavilədə 50% qiymət fərqinin olması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, ## ######## **99-cu il tarixli dəyişmə müqaviləsinə əsasən Əliquliyev Çingiz mülkiyyətində olan Bakı şəhəri Gənclər Dostluğu küsəsində yerləşən sahəsi 47 kv.m olan 3 otaqlı mənzili ünvan 4 ünvanında yerləşən sahəsi 52 kv.m olan 2 otaqlı mənzilə dəyişmişdir, müqavilədə ünvan 4 ünvanında yerləşən mənzilin qiyməti 24993358 manat, Bakı şəhəri Gənclər Dostluğu küsəsində yerləşən sahəsi 47 kv.m olan 3 otaqlı mənzilin dəyəri 16010988 manat göstərilmişdir. Istər mənzillərin sahələri, istərsə də yerləşmə yeri, qiymətləri arasında olan fərq də iddiaçıların bu arqumentinin inandırıcı olması qənaətinə gəlməyə əsas versə də, dəyişdirmə müqaviləsində bu barədə hər hansı bir müddəa, şərt nəzərdə tutulmadığına görə qeyd olunan hal mənzilin Çingiz Əliquliyev və Xədiqə Əliquliyevanın birgə mülkiyyəti sayılması üçün əsas hesab oluna bilməz. 46.Ekspert və mütəxəssis rəylərini qiymətləndirən məhkəmə kollegiyası qeyd etmişdir ki, mənzilin qeydiyyat vəsiqəsində göstərilən sahəsi hazırkı vəziyyətdə olan sahədən demək olar ki, 2 dəfə azdır. Sahənin əhəmiyyətli dərəcədə artırılması, həmçinin dəyər artımının mövcudluğu Mülki Məcəllənin 225.4-cü maddəsinin tələbi nəzərə alınmaqla nikah dövründə ərlə arvadın ümumi əmlakı hesabına əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğunu təsdiq edir və Bakı şəhəri, Səbail rayonu Neftçilər prospektində yerləşən ** saylı yaşayış binasının 3 “a” saylı mənzilinin Çingiz Əliquliyev və Xədiqə Əliquliyevanın birgə mülkiyyəti sayılması üçün əsas hesab edilə bilər. 47.Birinci instansiya məhkəməsi qeyd olunan istiqamətdə araşdırma aparmayıb göstərilən halları nəzərə almasa da, ümumilikdə düzgün nəticəyə gəlindiyi üçün məhkəmə kollegiyası MPM-nin 385.2-ci maddəsinin tələbini nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

48.Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zolina (Əliquliyeva) Nigar Çingiz qızı (vəkil:vəkil1) kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. 49.Şikayət belə əsaslandırılmışdır ki, iddiaçıların anası X.Əliquliyevanın vəfatından sonra miras qalmış əmlak, o cümlədən "xxxx" ASC-də olan səhmlər üzrə vərəsəlik işi açılmış, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və miras əmlakı vərəsələr arasında bölüşdürülmüşdür. Iddiaçılar həmin şəhadətnamənin etibarsız hesab edilməsi və ya ləğvi barədə hər hansı tələb irəli sürmədikləri halda, illər sonra eyni miras əmlakı üzrə yenidən vərəsəlik hüquqlarının tanınmasını tələb etmişlər. Halbuki, qüvvədə olan vərəsəlik şəhadətnaməsi mövcud olduğu və hüquqi qüvvəsini itirmədiyi şəraitdə həmin əmlakın yenidən bölüşdürülməsi qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. Belə ki, mirasın bölüşdürülməsi əslində vərəsələr arasında bağlanmış razılaşma xarakteri daşıyır və həmin razılaşma qüvvəyə mindiyi tarixdən üç ildən artıq müddət keçdikdən sonra onun yenidən mübahisələndirilməsi yolverilməzdir. Bundan əlavə, həmin hüquq münasibətlərinin tərəflərindən biri olan Ç.Əliquliyev artıq vəfat etdiyindən, onun iştirakı olmadan vaxtilə razılaşdırılmış miras bölgüsünün dəyişdirilməsi hüquqi müəyyənlik prinsipinə və mülki qanunvericiliyin tələblərinə ziddir. Buna baxmayaraq, işə baxan məhkəmələr bu hallara hüquqi qiymət verməmişdir. 50.Digər dəlilə görə, ünvan 3 ünvanında yerləşən mənzil valideynlərin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilə bilməz. Belə ki, həmin mənzil əvəzli əqdlə əldə olunmamış, dəyişdirmə müqaviləsi əsasında əldə edilmişdir. Dəyişdirilən əvvəlki mənzil isə dövlət tərəfindən Ç.Əliquliyevə verilmiş, onun adına özəlləşdirilmiş və şəxsi mülkiyyətinə çevrilmiş əmlak olmuşdur. Buna görə də dəyişdirmə nəticəsində əldə edilmiş mənzil də şəxsi əmlak statusunu saxlamalı idi və birgə nikah dövründə əldə edilmiş ümumi əmlak kimi qiymətləndirilə bilməzdi. 51.Şikayətdə o da qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərdiyi sorğuya cavab olaraq bütün əmlakların arxiv sənədləri təqdim olunsa da, məhz mübahisəli mənzilə aid arxiv sənədləri elektron iş materiallarına əlavə edilməmişdir. Nəticədə mənzilin özəlləşdirilmə yolu ilə əldə olunması faktı məhkəmə araşdırmasından kənarda qalmış və mənzil əsassız olaraq əvəzli qaydada əldə edilmiş əmlak kimi qiymətləndirilmişdir. 52.Bundan əlavə, apellyasiya instansiyasında iddiaçılar tərəfindən ilk dəfə olaraq mütəxəssis rəyi təqdim edilmiş, həmin vəsatət əsasında isə iş üzrə məhkəmə ekspertizası təyin edilmişdir. Halbuki, apellyasiya instansiyasında yeni sübutların qəbul edilməsinin prosessual əsasları mövcud olmamış, buna baxmayaraq məhkəmə həmin sübutları qəbul etmiş və ekspertiza təyin etməklə prosessual qanunvericiliyin tələblərini pozmuşdur.Həm mütəxəssis rəyi, həm də məhkəmə ekspertizasının rəyi iddia tələblərinin təmin olunması üçün hüquqi əsas yaratmır. Belə ki, rəylərdə yalnız mənzilin qeydiyyat sənədlərində ikiotaqlı göstərilməsinə baxmayaraq faktiki olaraq üç otaqdan ibarət olması və müəyyən konstruktiv dəyişikliklərin aparılması qeyd edilmişdir. Lakin həmin dəyişikliklərin məhz mənzilin Ç.Əliquliyevin mülkiyyətinə keçməsindən sonra, yaxud nikah dövründə həyata keçirildiyi sübuta yetirilməmişdir. Bu dəyişikliklərin əvvəlki mülkiyyətçi tərəfindən aparılması da mümkündür. Bundan başqa, əlavə otaq dövlət qeydiyyatına alınmamış, hüquqi sənədlərdə öz əksini tapmamışdır. Belə olan halda, yalnız faktiki vəziyyətə əsaslanaraq mənzilin dəyərinin nikah dövründə artırıldığı və bunun nəticəsində onun birgə ər-arvad əmlakı hesab edilməli olduğu qənaətinə gəlmək mümkün deyildir. 53.Yekunda o da qeyd olunmuşdur ki, iddiaçıların göstərilən dəyişikliklərə əsaslanaraq mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunmasını tələb etmək üçün subyektiv hüquqları mövcud olmamışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

54.Iddiaçılar kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq şikayətin əsassız olduğu üçün təmin olunmamasını xahiş etmişlər. 55.Etirazın dəlilləri belədir:1) kassasiya şikayətinin forma və məzmun tələblərinə riayət edilməmiş, prosessual hüquq normalarının pozulması barədə dəlillər də əsaslandırılmamışdır; 2)əvvəlki vərəsəlik şəhadətnaməsi hazırkı tələbi istisna etmir; 3)kassasiya şikayəti faktiki halların yenidən qiymətləndirilməsinə yönəlmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

56.Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

57. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

58. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. 59.Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 60.Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 61.Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 62.Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 63.Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 64.Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 65.Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 66.Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

67. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 68.Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 69.Maddə 35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

70.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 71.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 72.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 73.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 74.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

75.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 76.Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Məhkəmə kollegiyası vurğulayır ki, aşağıda aparılan hüquqi dəyərləndirmə MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində irəli sürülmüş dəlillərlə bağlıdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

78. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçıların analarına məxsus mirasa münasibətdə vərəsəlik hüquqları mövcuddur. Iddiaçıların atasının adına nikah dövründə əldə edilmiş əmlakın yarısı da həmin miras kütləsinə daxil olan əmlakdır. Odur ki, iddiaçıların analarına məxsus sözügedən əmlakdan özlərinin vərəsəlik paylarının tanınmasını tələb etmək hüquqları vardır. Iddiaçıların anasının adına olan digər əmlaka dair daha əvvəl vərəsəlik şəhadətnamələrinin verilmiş olması hazırkı işdə mübahisə predmeti olan əmlak üzərində vərəsəlik hüquqlarının tanınması barədə iddia qaldırmalarına hüquqi baxımdan mane təşkil etmir.

79. Məhkəmələr müəyyən etmişlər ki, iddianın təmin olunmuş hissəsində sadalanan predmetlər nikah dövründə əldə edilmiş ümumi əmlakdır, ona görə də vərəsələrin həmin əmlak üzərində payları müəyyən edilmişdir.

80. Mübahisəli Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 67, mənzil 3A ilə bağlı müəyyən edilmişdir ki, həmin mənzil nikah dövründə dəyişmə müqaviləsi əsasında əldə olunmuş, dəyişdirilən əvvəlki mənzil isə Çingiz Əliquliyev tərəfindən özəlləşdirmə yolu ilə əvəzsiz əldə edilmişdir. Bu səbəbdən, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə uyğun ilkin olaraq həmin əmlak ər-arvadın birgə mülkiyyəti hesab edilmir. Lakin iddiaçılar dəyişmə zamanı mənzillər arasında qiymət fərqinin ödənildiyini və sonradan mənzildə əsaslı təmir və yenidənqurma işləri aparıldığını bildirmişlər. Təyin olunmuş ekspertiza nəticəsində mənzilin sahəsinin əhəmiyyətli dərəcədə artırıldığı, əsaslı təmir olunduğu və bunun əmlakın dəyərini ciddi şəkildə yüksəltdiyi müəyyən edilmişdir. Apellyasiya məhkəməsi Mülki Məcəllənin 225.4cü maddəsinə əsasən bu halların nikah dövründə ümumi vəsait hesabına əmlakın dəyərinin əhəmiyyətli dərəcədə artırıldığını təsdiq etdiyini və nəticədə mənzilin ər-arvadın birgə mülkiyyəti kimi qiymətləndirilməsinə əsas verdiyini qeyd etmişdir.

81. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

82. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

83. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

84. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

85. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 4**-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar