Məhkəmə qərarları › İş №2(1-8)-1560/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1560/2026

10.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1560/2026 10.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər Bakı şəhəri ** saylı Notariat Ofisinə, Bakı şəhəri Nərimanov rayon Icra şöbəsinə və cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icra qeydinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər Bakı şəhəri ** saylı Notariat Ofisinə, Bakı şəhəri Nərimanov rayon Icra şöbəsinə və cavabdeh1 qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. ## ###### 2016-cı il tarixli kredit müqaviləsinə əsasən, borc verən cavabdeh1 tərəfindən borc alan İddiaçı ## ###### 2016-cı il tarixədək qaytarmaq şərti ilə faizsiz 211.000 manat məbləğində borc verilmişdir.

2. Iş materiallarında olan ##.##.2016-cı il tarixli kredit müqaviləsinə əlavənin surətindən görünür ki, borc verən cavabdeh1 41.000 manat məbləğində pul vəsaitini ##.##.2016-cı il tarixdən 6 ay müddətinə İddiaçı vermişdir.

3. Iş materiallarında olan ##.##.2016-cı il tarixli girov müqaviləsinin surətindən görünür ki, girov qoyan İddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 263,7 kv.metr, yaşayış sahəsi 145,7 kv.metr, yardımçı sahəsi 118 kv.metr olan 5 otaqlı mənzili ##.##.2016-cı il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrası üçün girov saxlayan cavabdeh1 qarşısında girovla yüklü etmişdir.

4. Iş materiallarında olan ##.##.2016-cı il tarixli 3M-78 reyestrli girov müqaviləsinə əlavənin surətindən görünür ki, birinci tərəf cavabdeh1 ilə ikinci tərəf İddiaçı girov predmeti olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 263,7 kv.metr, yaşayış sahəsi 145,7 kv.metr, yardımçı sahəsi 118 kv.metr olan 5 otaqlı mənzilin dəyərinin 245.000 manat olması barədə razılığa gəlmişlər.

5. Iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri ** saylı Notariat Ofisinin *** nömrəli ##.##.2019-cu il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin surətindən görünür ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən ##.##.2016-cı il tarixli 3M** reyestrli kredit müqaviləsinə əsasən borclu İddiaçı tələbkar cavabdeh1 xeyrinə vaxtında ödənilməmiş 211.000 manat tutulmalıdır. Borclu İddiaçı tələbkar cavabdeh1 tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 211.010 manat pul tutulmalıdır. Tutma girov predmeti olan ünvan 1 ünvanda yerləşən əmlaka yönəldilməlidir və hərracdan satılmalıdır.

6. Iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri ** saylı notariat ofisinin D-**/** nömrəli ##.##.2024-cü il tarixli məktubundan görünür ki, notariat ofisində ##.##.2021-ci il tarixdə yanğın hadisəsi baş vermişdir. Notariat ofisində yanğınla əlaqədar çox sayda sənədlər, o cümlədən ##.##.2019-cu il tarixli *** nömrəli icra qeydi və icra qeydi rəsmiləşdirilməsi üçün əlavə edilmiş müvafiq sənədlər yanmışdır.

7. Iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon Icra və Probasiya şöbəsinin ##.##.2019-cu il tarixli İddiaçı ünvanlanmış tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, ondan Bakı şəhəri ** saylı Notariat Kontorunun *M-** nömrəli ##.##.2019- cu il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməsi xahiş olunmuşdur.

8. Iş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Icra və Probasiya şöbəsinin ##.##.2019-cu il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Bakı şəhəri ** saylı Notariat Kontorunun *M-** nömrəli ##.##.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır.

9. Iş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Icra şöbəsinin ##.##.2022-ci il tarixli “xxxx” MMC-nə ünvanlanmış məktubunun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 263,7 kv.metr, yaşayış sahəsi 145,7 kv.metr, yardımçı sahəsi 118 kv.metr olan 5 otaqlı mənzili açıq hərracdan satılmalı və mənzilin hərracda ilkin satış qiyməti 400.000 manat məbləğində müəyyən edilməlidir.

10. Iş materiallarında olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, ev 94, ** saylı mənzil “xxxx” MTK üzvlərinin ümumi iclasının ##.##.2011-ci il tarixli * nömrəli protokolundan çıxarışa, ##.##.2011-ci il tarixli ** nömrəli maliyyə arayışına, ##.##.2011-ci il tarixli 41 və ** saylı forma 2 arayışlarına əsasən ilkin olaraq ##.##.2011-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Hərrac təşkilatının hərracın yekunları barədə ##.##.2023-cü il tarixli **/** nömrəli protokoluna, ##.##.2023- cü il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqaviləyə, Nərimanov rayon icra şöbəsinin ##.##.2023-cü il tarixli **********/****-**-*В nömrəli məktubuna əsasən ##.##.2023cü il tarixdə cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmin cavab məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 263,7 kv.metr, yaşayış sahəsi 145,7 kv.metr, yardımçı sahəsi 118 kv.metr olan 5 otaqlı mənzil İddiaçı tərəfindən “xxxx” MTK-dan alınmış və dəyəri ödənildikdən sonra İddiaçı rəsmi reyestrdən ##.##.2011-ci il tarixdə çıxarış verilmişdir. Sonradan ##.##.2023-cü il tarixdə sözügedən mənzil İddiaçı cavabdeh1 qarşısında borc öhdəliyi üzrə açıq hərracda sonuncuya satılmışdır. ##.##.2023-cü il tarixdə cavabdeh1 mənzilin onun xüsusi mülkiyyətində olmasına dair rəsmi reyestrdən çıxarış verilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

11. Iddiaçı İddiaçı cavabdehlər Bakı şəhəri, ** saylı Notariat Ofisinə Bakı şəhəri, Nərimanov rayon Icra şöbəsinə və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri ** saylı Notariat Ofisinin notariusu tərəfindən verilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında ## #### 2019-cu il tarixli, *** saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri ** saylı Notariat Ofisinin notariusu tərəfindən ## #### 2019-cu il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında *** saylı icra qeydi verilmişdir. Həmin icra qeydində ## ###### 2016-cı il tarixli, 3M- ** reyestr nömrəli kredit müqaviləsinə əsasən, borclu İddiaçı tələbkar cavabdeh1 xeyrinə vaxtında ödənilməmiş kredit borcuna görə 211.000 manat, ödənilmiş dövlət rüsumuna görə 10 manat olmaqla, cəmi 211.010 manatın tutulması, tutmanın girov predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Ak. Mirəli Qaşqay küçəsi ** saylı evin ** saylı mənzilinə yönəldilməsi və hərracdan satılması qeyd edilmişdir. Sözügedən icra qeydi verilməmişdən əvvəl iddiaçıya bildiriş və ya xəbərdarlıq təqdim edilmədiyinə görə onun məlumatı olmamışdır. Bakı şəhəri, ** saylı Notariat Ofisi tərəfindən ## #### 2019-cu il tarixində ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında *** saylı icra qeydi verilmiş və icra sənədi üzrə ## #### 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayon Icra və Probasiya şöbəsinin icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və icraata başlanılmışdır. Bakı şəhəri, ** saylı notariat ofisinin notariusu tərəfindən ## #### 2019-cu il tarixində ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında *** nömrəli icra qeydində borc məbləğinin 211.000 manat göstərilməsi qanunsuz olmuşdur. Çünki, kredit müqaviləsini bağlayandan sonra şəxsən cavabdeh1 2016-cı ilin mart ayından həmin ilin dekabr ayı da daxil edilməklə hər ay 6.800 manat ödəmişdir. Hər dəfə ödənişdən sonra borc verən, yəni tələbkar cavabdeh1 pulu qəbul edərək, kredit müqaviləsinə şəxsən imza etməklə təsdiq etmişdir. Bu barədə qeydlər tərəflər arasında bağlanmış ## ###### 2016-cı il tarixli, 3M-** reyestr nömrəli kredit müqaviləsində və ## ######## 2016-cı il tarixli, 3M-*** reyestr nömrəli, ## ###### 2016-cı il tarixli, 3M-** reyestr nömrəli kredit müqaviləsinə əlavədə qeyd edilmiş və imzalanmaqla təsdiq edilmişdir. Icra qeydində göstərilmiş səhv məbləğ sonrakı icra hərəkətlərində öz əksini tapmışdır. Bakı şəhəri, Nərimanov rayon Icra və probasiya şöbəsinin icra məmuru tərəfindən tutma yönəldilmiş ipoteka predmeti “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qiymətləndirilmiş və “xxxx” tərəfindən açıq hərrac təşkil edilmişdir. Icra qeydində yol verilmiş yanlış məbləğə görə ləğv edilməsi tələb edilməsinə baxmayaraq nəticə verməmişdir. Bununla bağlı Bakı şəhəri ** saylı Notariat Ofisinə və nəzarət qaydasında Notariat Baş Idarəsinə müraciət etmişdir.

13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli 2(011)- ****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, ** saylı notariat ofisinin notariusu tərəfindən ## #### 2018-ci il tarixdə verilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında *** saylı icra qeydinin ləğv edilməsi qət edilmişdir (hakim – A.Abdullayeva).

14. Məhkəmə qeyd etmişdir ki, cavabdeh cavabdeh1 tələbinin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildirişin iddiaçıya çatıb-çatmadığını müəyyən etmək mümkün olmadığından, icra qeydinin verilməsi qanuni hesab edilə bilməz. Tərəflər arasında bağlanmış müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və bununla bağlı rəsmi reyestrdə hər hansı qeydiyyat aparılmamışdır. ## #### 2019-cu il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında *** saylı icra qeydinin verilməsinə baxmayaraq, notariat orqanı tərəfindən ipotekanın dövlət qeydiyyatı yoxlanılmamışdır. Nəticədə, girov müqaviləsinin predmeti olan tələbetmə hüququnun mövcud olmasını təsdiq edən mötəbər sübutlar olmadığı halda, notariat orqanı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra qeydi verilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-in 216-220-ci, “Notariat haqqında” Qanunun 76-cı, “Icra haqqında” Qanunun 6.1.4-cü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2000-ci il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-ci hissəsinə, həmin Siyahının qeyd hissəsinə və “Ipoteka haqqında” Qanunun 10.4, 11.2, 11.3, 11.4, 26.1.7, 34.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## #### 2025-ci il tarixli, 2(103)- ***/**** saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur (hakimlər – N.Cəfərov (məruzəçi), İ.Şirinov və E.Kazımov).

19. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, icra qeydinin mübahisələndirilməsi qanunla müəyyən edilmiş müddətin daxilində həyata keçirilməlidir. Qanunun analogiyası üzrə belə müddət kimi 10 günlük müddət tətbiq edilməlidir. Iddiaçı 10 günlük müddəti ötürüb. Belə ki, icra qeydi ## #### 2019-cu ildə, iddia ərizəsi isə məhkəməyə 4 il 10 ay sonra, yəni ## ##### 2024-cü il tarixdə verilib. Mülki işdə olan, iddiaçı tərəfindən icra şöbəsinin rəisinə ünvanlanmış ## ###### 2023-cü il tarixli ərizənin məzmunundan görünür ki, iddiaçı icra qeydini alıb. Həmin ərizədə iddiaçı icra qeydi haqqında məlumat verərək onun düzgün olmadığını iddia etmişdir. Göründüyü kimi, iddiaçı özü təsdiq etmişdir ki, ## ###### 2023-cü ildə icra qeydi barədə artıq məlumatlı olub. Iddia ərizəsi isə məhkəməyə bu tarixdən 9 ay sonra verilib.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, müddət keçdikdə icra qeydini mübahisələndirmək hüququ xitam olunur. Lakin nəzərə alınmalıdır ki, 10 günlük prosessual müddət icra qeydinə analogiya üzrə tətbiq edilir. Icra qeydinin mübahisələndirilməsi müddətinin keçməsinin hüquqi nəticəsi qanunda birbaşa nəzərdə tutulmadığından, məhkəmə əmrindən fərqli olaraq icra qeydi məhkəmə aktı sayılmadığından, icra qeydinin mübahisələndirilməsi müddət keçdiyi halda iddianın (şikayətin) geri qaytarılması barədə qərardad deyil, onun rədd edilməsi barədə qətnamə qəbul olunmalıdır.

21. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, əgər borclu hesab edirsə ki, icra qeydində göstərilən məbləğ tələbkarın hüququ çatan məbləğdən çoxdur, o, icra qeydinin verilməsinə əsas olmuş maddi-hüquqi tələbi (onun məbləğini və s.) mülki məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. Icra qeydinin ləğv edilməsinə dair tələbin rədd edilməsi barədə qətnamə həmin iddianın qaldırılmasına mane olmur. Mübahisələndirmənin predmeti icra qeydi deyil, tələbdir. Belə iddia verildikdə tələbkar cavabdeh sayılır, notarius isə üçüncü şəxs kimi işə cəlb edilir. Əgər iddia təmin olunarsa, məhkəmə icra qeydinin tam və hissəvi icra edilməməli hesab olunmasına dair qətnamə qəbul edə və bu qətnamədə müvafiq məbləği göstərə bilər.

22. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-in 130.3, 224, 372, 384-392-ci, “Notariat haqqında” Qanunun 41, 76.8-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2025-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 282-ci istinad etməklə əsaslandırmışdır.

c) Kassasiya instansiya məhkəməsindəki birinci icraat

23. Iddiaçı İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi öz qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2025-ci il tarixli qərarına istinad edərək notariusun hərəkətindən məhkəməyə şikayət vermək üçün 10 günlük iddia müddətinin müəyyən edildiyini və iddiaçı tərəfindən bu müddətə əməl edilmədiyi üçün iddia müddətinin ötürülməsi əsası ilə iddianı rədd etməsi hüquqi baxımdan əsaslı deyil. Belə ki, iddiaçı birinci instansiya məhkəməsinə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi barədə iddia ərizəsi ilə ## ##### 2025-ci il tarixdə müraciət etmişdir. Iddianın verildiyi tarixdə isə Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2025-ci il tarixli qərarı hələ qüvvəyə minməmişdi. Belə olan halda iddianın verildiyi tarixdə hələ hüquqi qüvvəyə minməmiş qərara istinad olunaraq müddətin ötürülməsinin müəyyən edilməsi hüquqi müəyyənlik prinsipini, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 66.2 və 67.2-ci maddələrinin, habelə Konstitusiyanın 149.8-ci maddəsinin tələblərini pozur. Kassasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, iddia icra müddətilə bağlıdır. Iddia ərizəsində mübahisələndirilən bildirişin notariat orqanı tərəfindən verilməməsi notariat orqanının fəaliyyəti ilə bağlı olmuşdur. Bu səbəbdən icra qeydinin mübahisələndirilməsi qarşı tərəfin deyil, notariusun hərəkətləri ilə bağlıdır. Bir tərəf dövlət orqanı, qarşı tərəf cavabdeh olduğu üçün belə mübahisələndirmə yalnız onun hüquqlarının pozulması ilə nəticələnərək Konstitusiyanın 149.8-ci maddəsinin tələbləri ilə ziddiyyət təşkil edir. Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2025-ci il tarixli qərarı şəxsin hüquqi vəziyyətini ağırlaşdırır və ona əlavə müddət məhdudiyyəti tətbiq edir, bu səbəbdən də qərarın əvvəlki hüquq münasibətlərinə tətbiq edilməsi Konstitusiyanın 149.7-ci maddəsinə ziddir. Kassasiya şikayətində o da qeyd edilmişdir ki, iş üzrə icraatın dayandırılması və Konstitusiya Məhkəməsinə verilən sorğular əsasında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi bir çox hallarda maddi hüquq normasının düzgün hüquqi tətbiqi, prosessual normaların sonrakı icraatda davam etdirilməsi qaydalarını ehtiva etmişdir. Mövcud vəziyyətdə Konstitusiya Məhkəməsinin sözügedən qərarında “bundan sonrakı icra qeydinin mübahisələndirilməsi” ilə bağlı prosessual qaydanın müəyyənləşdirilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsinin ## ### 2025-ci il tarixli qərarından əvvəl verilmiş iddiaya bu qaydanın tətbiqində səhvə yol vermişdir. Şikayət olunan qətnamədən o, da görünür ki, apellyasiya instansiyası məhkəməsi prosessual qanunvericilikdə nəzərdə tutulan “buraxılmış müddətin bərpasına dair ərizə verilməsi” hüququnu da məhdudlaşdıraraq yalnız maddi hüquqi tələblərlə iddia verilməsinə dair hüququ tanımışdır. Əslində belə mövqe şəxsin müraciət etmə hüququnu da məhdudlaşdırmış olur. Məhkəmə müddətə dair məsələni Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi yolu ilə mövqe bildirsə də, iddia tələbindən kənara çıxaraq “buraxılmış müddətin bərpasına dair ərizə verilməsi” hüququnu da məhdudlaşdırmışdır.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## #### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır (hakimlər – Ə.Əhmədov (məruzəçi), V.Həsənov və İ.Şəfiyev).

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı hazırkı tələblə məhkəməyə ## ##### 2024-cü il tarixdə müraciət edib və qüvvədə olan qanunvericilikdə borclunun icra qeydini məhkəmə qaydasında hansı vaxtda mübahisələndirə bilməsinə dair konkret müddət olmayıb.

27. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi sözügedən qərarın nə vaxtdan dərc edilməsini və qüvvəyə minməsini dəqiqləşdirməyib. Halbuki, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanunun 67.0.2-ci maddəsində göstərilir ki, ...Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsinə dair qərarlar dərc olunduğu gündən qüvvəyə minir.

28. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının 10 günlük müddəti ötürməsini, icra qeydinin ## #### 2019-cu ildə, iddia ərizəsinin isə 4 il 10 ay sonra - ## ##### 2024-ci ildə verilməsini, habelə iddiaçının icra məmuruna ünvanladığı ## ###### 2023-cü il tarixli ərizəsində icra qeydini aldığını qeyd etsə də, işdə tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməsini təsdiq edən sübut yoxdur.

29. Məhkəmə kollegiyası gəldiyi nəticəni “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci, Mülki Prosessual Məcəllənin 14.2, **.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

d) Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat.

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

31. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

32. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər – A.Imanov (məruzəçi), S.Səlimova və A.Isgəndərov).

33. Birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, bununla bağlı rəsmi reyestrdə hər hansı qeydiyyat aparılmamışdır. Notariat orqanı tərəfindən ipotekanın dövlət qeydiyyatı yoxlanılmamışdır. Nəticədə, girov müqaviləsinin predmeti olan tələbetmə hüququnun mövcud olmasını təsdiq edən mötəbər sübutlar olmadığı halda, notariat orqanı tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi verilmişdir. Belə olan halda şikayətdə qeyd olunanlar əsaslı hesab edilə bilməz.

34. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 144, 269, 271, 303, 309, 317-ci, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10, 11, 26, 34, 36, 38-ci, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”na, Mülki Prosessual Məcəllənin 14.2, **.1ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

e) Kassasiya instansiyası məhkəməsindəki icraat

35. Cavabdeh cavabdeh1 (vəkil vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

36. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, ipoteka predmeti olan əmlakın yüklülüyünün daşınmaz əmlakın reyestrində qeydə alınması, qanunvericiliyin tələbi olmaqla yanaşı, borclunun kreditor qarşısında olan öhdəliklərinin təminat üsulu olduğundan, bu cür qeydə alınmanın maraqlı olduğu tərəf kreditor olmalıdır. Bu səbəbdən də, cavabdeh tərəfindən ipoteka ilə yüklülüyün qeydə alınmasından bilərək və ya bilməyərək yayınması ağlabatan deyildir. Belə olan halda bu cür qeydə alınmanın mövcud olub-olmaması yalnız iddiaçının ifadəsi ilə deyil, rəsmi və mötəbər dəlillərlə sübuta yetməlidir. Lakin məhkəmə bu hissədə də zəruri araşdırma aparmamış, yalnız ehtimallara əsaslanmaqla iddiaçının hüquqlarını pozan, qanunvericiliyə zidd məhkəmə aktının qəbul edilməsinə səbəb olmuşdur.

a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

38. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

39. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

40. Maddə 269.1-ci və 269.7. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın;

41. Maddə 269.4. Ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

42. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.

43. Maddə 271.1. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir.

44. Maddə 303.1. Hüquq girov qoyularkən girov predmeti özgəninkiləşdirilə bilən hüquq, o cümlədən torpaq sahəsinin, binanın, qurğunun, yaşayış evinin (mənzilin) icarəsi hüququ, mülkiyyətdəki paya hüquq, borc tələbidir.

45. Maddə 303.4. Dövlət qeydiyyatına alınmalı olan hüququn girovu onun qeydiyyatını həyata keçirən dövlət orqanında qeydə alındığı andan etibarlıdır.

46. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

47. Maddə 309.1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.

“Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

48. Maddə 10.4. Ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. Ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.

49. Maddə 11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.

50. Maddə 11.2. Ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. Ipoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur.

51. Maddə 26.1.7. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək hüququ vardır.

52. Maddə 34.1. Ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 (doxsan) təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallar.

53. Maddə 36.1. Ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.

54. Maddə 36.2. Ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: - müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; - icra olunmalı öhdəlik barədə məlumat; ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; - bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası.

55. Maddə 36.3. Ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır.

56. Maddə 38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir.

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu

57. Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

“Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat

58. Maddə 161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2000-ci il tarixli, *** saylı Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”da nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.

59. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”

Bənd 1-1. Ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. Icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Həmin siyahının qeyd hissəsində göstərilmişdir ki, tələbkar bu Siyahı ilə müəyyən edilmiş sənədlərlə icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) bu Siyahı ilə müəyyən edilmiş icra qeydinin aparılması üçün digər sənədlərə əlavə olunmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

61. Maddə **.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

64. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

65. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

66. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

67. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

68. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

69. Apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

70. Kassasiya şikayətində qeyd olunan dəlillər isə əsaslı hesab edilə bilməz.

71. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

72. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulması işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilmişdir.

73. Halbuki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

74. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012- ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).

75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir.

76. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir

77. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar