Məhkəmə qərarları › İş №2(1-8)-1561/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1561/2026

09.07.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1561/2026 09.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh Bank Olmayan Kredit X2 Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının, digər ödənclərin verilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr, mənəvi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. ## #### 2024-cü il tarixli əmək müqaviləsi ilə Iddiaçı Cavabdeh BOKT ASC-nin baş ofisinə/hüquq departamentinə hüquqşünas vəzifəsinə işə qəbul edilmişdir.

2. ## ###### 2024-cü il tarixli Iddiaçı Cavabdeh BOKT ASC-nin idarə heyətinin sədri XXXya ərizə ilə müraciət edərək, həmin tarixdə müşahidə şurasının üzvləri olmadan keçirilən iclasda XXXin onu təhqir etdiyi üçün şirkətdə işləyə bilmədiyini nəzərə alıb, onun ## ###### 2025-ci il tarixdən tutduğu vəzifədən azad olunmasını və müvafiq ödənişlərin hesablanaraq, ona ödənilməsini xahiş etmişdir.

3. ## ###### 2024-cü il tarixli ərizə ilə Iddiaçı Cavabdeh BOKT ASC-nin idarə heyətinin sədri XXXya müraciət edərək, onun öz xahişi ilə ## ###### 2025-ci il tarixdən tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir.

4. ## ###### 2024-cü il tarixli ərizə ilə Iddiaçı Cavabdeh BOKT ASC-nin idarə heyətinin sədri XXXya müraciət edərək, işdən azad olunması barədə yazdığı ərizənin geri qaytarılmasını xahiş etmişdir.

5. Cavabdeh BOKT ASC-nin ## ###### 2024-cü il tarixli *** nömrəli əmri ilə baş ofis/hüquq departamentində hüquqşünas vəzifəsində işləyən Iddiaçı ilə bağlanmış *******000200 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən ## ###### 2025-ci il tarixdən xitam verilməsi əmr edilmişdir.

6. Cavabdeh BOKT ASC-nin ## ###### 2025-ci il tarixli *** nömrəli əmri ilə Cavabdeh BOKT ASC-nin ## ###### 2024-cü il tarixli *** saylı əmrinin 1-ci bəndinə aşağıdakı redaksiyada dəyişiklik edilmişdir: - Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən ## ###### 2025-ci il tarixdən tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsi ləğv edilsin.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh BOKT ASC-yə qarşı iddia ərizəsi ilə və daha sonra Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh ASC-nin iddiaçının barəsində verdiyi ## ###### 2024-cü il tarixli və ## ###### 2025-ci il tarixli əmrlərin ləğv edilməsi, işə bərpa edilməsi, ötən müddət üçün almadığı əmək haqqının, xxxx bayramı ilə əlaqədar (2024-2025) 100% əmək haqqı qədər mükafat məbləğinin, qətnamə icra edilən günə kimi çıxmalı olduğu, lakin istifadə etmədiyi və almadığı məzuniyyət pulunun verilməsinin, 5000 manat mənəvi zərərin ödənilməsinin, məhkəmə xərcləri kimi - 60 manat mediasiya üçün ödənilmiş pulunun iddiaçıya ödənilməsinin cavabdeh Cavabdeh BOKT ASC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Iddia onunla əsaslandırılmışdır ki, cavabdeh ASC-nin müşahidə şurasının üzvü XXX şuranın ## ###### 2024-cü il tarixli iclasında heç bir əsas olmadan iddiaçı ilə kobud rəftar etmiş, uyğun olmayan ifadələr işlətmişdir. Iddiaçı XXXə iradını, nalayiq ifadələr işlətməyə mənəvi haqqının olmadığını bildirmişdir. XXXin hərəkətlərindən təsirlənib iddiaçı ## ###### 2024-cü il tarixdə ərizə yazmışdır ki, ## ###### 2025-cil tarixdən tutduğu vəzifədən azad edilsin. Ərizənin mətnində göstərmişdir ki, işdən çıxmasının səbəbi XXXin onu təhqir etməsidir. Bu ərizəni reseption vəzifəsində işləyən Şahid vermiş, sonuncu ərizənin bir nüsxəsini qəbul edib, özündə qalan nüsxəsində imza çəkmiş, tarix yazmışdır. Bundan sonra ona bildirilmişdir ki, eyni tarixli ərizənin mətnində düzəliş etsin və o, yeni ərizə vermiş, mətndə XXXin onu təhqir etməsini göstərməmişdir. ## ###### 2024-cü il tarixdə iddiaçı işdən çıxmaq fikrindən daşınmış və rəhbərliyə yeni ərizə ünvanlamışdır ki, işdən azad olunması barədə ərizəsinin geri qaytarılmasını xahiş edir. Bu ərizəni də reseption vəzifəsində işləyən Şahid vermiş, sonuncu ərizənin bir nüsxəsini qəbul edib, özündə qalan nüsxəsində imza çəkmiş, tarix yazmışdır. Bu ərizəni verdiyini gözləməyən rəhbərlik, dərhal - bir gün sonra,## ###### 2024-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermişdir. Əslində rəhbərlik xitam əmrini ## ###### 2025-ci il tarixdə verəcəkdi, lakin onun ərizəni geri götürdüyünü görüb, bu prosesi özlüyündə sürətləndirmiş, düşünmədən ki, bu kimi qanun pozuntusuna yol vermək olmaz. Əmr qanunvericiliyin tələblərinə zidd verildiyi üçün ləğv edilməlidir. Ilk əvvəl qeyd edilməlidir ki, o, əmək müqaviləsini dayandırmaq tarixini ## ###### 2025-ci il göstərmişdir. Həmin tarixdən əvvəl, yəni qabaqcadan onun işdən azad edilməsi barədə əmr verilə bilməz, çünki dəqiq tarix göstərdiyi üçün onun ## ###### 2025-ci il tarixə kimi ərizəsini geri götürmək hüququ pozulur. Əgər o, ərizədə işdən çıxmaq tarixini göstərməsəydi, bu ayrı məsələ, o, halda müqaviləyə ərizə verildikdən sonra istənilən gün xitam verilə bilərdi. Göstərilən gündən daha əvvəlki tarixdə əmək müqaviləsinin ləğvi qanunda nəzərdə tutulmamışdır. Ən əsas məqam ondan ibarətdir ki, əmr verilməzdən əvvəl ## ###### 2024-cü il tarixdə o, ərizə verib, əvvəlki ərizəsini geri götürmüş, iradə ifadəsini dəyişdiyini bəyan etmişdir. Bu halda ümumiyyətlə əmək müqaviləsinə xitam verilə bilməzdi, çünki daha əvvəlki ərizənin hüquqi qüvvəsi artıq qalmamışdı. Mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi heç bir nəticə verməmiş, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, bu barədə Bakı * saylı Mediasiya Təşkilatının ## ###### 2025-ci il tarixli arayışı verilmişdir. Əmr ləğv edilməli, əmrin verilməsi və müşahidə şurasının üzvü Səməd Məmmədovun ona nalayiq ifadələr işlətməsi, kobud rəftar etməsi ilə əlaqədar çəkdiyi mənəvi zərərin əvəzi olaraq 5000 manat vəsait cavabdehdən onun xeyrinə tutulmalıdır.

9. Cavabdehin nümayəndəsi X1 iddiaya etiraz edərək qeyd etmişdir ki, Iddiaçı ## ###### 2024-cü il tarixdə Cavabdeh BOKT ASC-yə 3 ay sınaq müddəti olmaqla 1 il müddətinə hüquqşünas vəzifəsinə qəbul edilmişdir. Iddiaçı vəzifə təlimatı və ona rəhbərlik tərəfindən verilən tapşırıqları layiqincə yerinə yetirməmişdir. Iddiaçı işə bərpa tələbi, kompensasiya və mükafatın ödənilməsi ilə bağlı iddia tələbində müxtəlif iddialar irəli sürməsinə baxmayaraq iddia tələbini əsaslandıra bilməmişdir. Iddiaçının əmək fəaliyyəti nəticəsində işəgötürənin maraqlarını qorumaması nəticəsində dəymiş zərərləri qeyd etsə, BOKT-a fayda veriləcək hər hansı bir əmək fəaliyyəti olmamışdır. Buna baxmayaraq işəgötürən olaraq iddiaçıya daim humanist yanaşma göstərilmişdir. Iddiaçı işlədiyi dövr ərzində buraxdığı nöqsanlarla bağlı BOKT-da ətraflı araşdırma aparılmışdır. Iclasın protokolu, audio və video görüntüləri ilə bağlı sorğu verilmişdir. ## ###### 2024-cü il tarixdə rəsmi qaydada iclas keçirilməmişdir. 20 noyabr, 03 dekabr və 05 dekabr tarixində keçirilməyən iclasın gündəliyi və rəsmi xəbərdarlıqla bağlı email var. 30 oktyabr və 03 dekabr tarixində iclas keçirilib. 30 oktyabr tarixində keçirilən iclasın qərar hissəsində qeyd olunub ki, Iddiaçı gördüyü işlərlə bağlı hesabat təqdim etsin. Cavabdehin nümayəndəsi hesab etmişdir ki, iddiaçının əmək fəaliyyəti dövründə əmək funksiyası üzrə yerinə yetirməli olduğu işlərini, vəzifə səlahiyyətlərini düzgün icra etməməsi ona verilən tapşırıqların vaxtında və lazımınca yerinə yetirməməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin və Mülki Məcəlləsinin tələblərini kobud şəkildə pozmuş və nəticədə işlədiyi müəssisəyə kifayət qədər zərər vurmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsində göstərilən dəlillərlə bağlı bildirmişdir ki, iddiaçı işdən azad olma barədə ərizə yazmış, sonradan ərizənin geri götürülməsi barədə ərizəsini kimə təqdim edibsə, həmin ərizə onlarda qeydiyyatdan keçməmişdir. Işəgötürən də öz hüququndan istifadə edərək işçinin işdən çıxma barədə yazdığı ərizəsinə əsasən onun işdən azad edilməsi barədə əmr vermişdir. Iddiaçı ## ###### 2024-cü il tarixdə yazdığı ərizəsini Aysun xanıma təqdim etmiş və Aysun xanım da həmin ərizəni qeydiyyat jurnalına salmışdır. Bundan başqa iddiaçının ona mükafat ödənilməməsi ilə bağlı dəlilinə münasibətdə cavabdehin nümayəndəsi bildirmişdir ki, təşkilatın özünün mükafatlandırma qaydaları vardır, həmin qaydalar müvafiq şəkildə rəsmiləşdirilmişdir. Həmin qaydalarda işçilərin mükafatlandırılma meyarları öz əksini tapıb və işəgötürən həmin meyarlara uyğun hesab etdiyi işçini mükafatlandıra bilər. Əgər iddiaçı həmin siyahıda yoxdursa, bu işəgötürənin hüququdur. Digər dəlil ona ödənilməli məzuniyyət puludur ki, onun işlədiyi dövr üçün yaranmış məzuniyyət hüququna görə və həmçinin şəxsin bülletendə olduğu dövr üçün bütün ödənişlər həyata keçirilmişdir. Odur ki, iddia tələbi əsassızdır.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim V.Musayeva) iddia qismən təmin edilərək, iddiaçı Iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında cavabdeh Cavabdeh Bank Olmayan Kredit X2 Cəmiyyəti tərəfindən qəbul edilmiş ## ###### 2024-cü il tarixli *** nömrəli əmri və ## ###### 2024-cü il tarixli *** nömrəli əmrə düzəliş edilməsi ilə ## ###### 2025-ci il tarixli *** nömrəli əmrin ləğv edilməsi, iddiaçının Iddiaçı cavabdeh Cavabdeh Bank Olmayan Kredit X2 Cəmiyyətinin Hüquq departamentinə hüquqşünas vəzifəsinə işə bərpa edilməsi, iddiaçı Iddiaçı məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsinin cavabdeh Cavabdeh Bank Olmayan Kredit X2 Cəmiyyətinə həvalə edilməsi, cavabdeh Cavabdeh Bank Olmayan Kredit X2 Cəmiyyətindən mediasiya xərcinə görə 60 manat pulun tutularaq iddiaçı Iddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tutduğu vəzifədən azad edilməsi ilə bağlı ## ###### 2024-cü il tarixli ərizəsini geri götürmək ilə əlaqədar yeni ərizə ilə ## ###### 2024-cü il tarixdə müraciət etmiş və sonuncu ərizə müəssisədə qeydiyyatı aparan şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. Lakin, qeyd olunan ərizə müəssisə tərəfindən nəzərə alınmamış, subyektiv əsaslarla işçinin işdən azad edilməsi barədə növbəti gün, yəni ## ###### 2024-cü il tarixdə əmr rəsmiləşdirilmişdir.

12. Işin araşdırılmış hallarından iddiaçının onun ## ###### 2024-cü il tarixli işdən çıxma barədə ərizəsinin geri götürülməsinə dair ## ###### 2024-cü il tarixdə yeni ərizə verməsi tərəfin təqdim etdiyi ərizənin qəbul edilməsinə dair qeydlə təsdiq olunur. Hər nə qədər ki, cavabdehin müvafiq qeydiyyat jurnalında qeydə alınmasa da, həmin ərizəni qəbul etməyə məsul şəxs Şahid məhkəmə iclasına qeyd edilən məsələ ilə bağlı şahid qismində dəvət edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Həmin şəxsin hazırda da eyni işəgötürənin əməkdaşı olması nəzərə alınmaqla onun məhkəmədə ifadə verməkdən imtina etməsi həmin faktı, yəni Iddiaçı qeyd edilən ərizəni həqiqətən də işəgötürənə təqdim etməsini təsdiq edir.

13. Odur ki, işçinin ## ###### 2024-cü il tarixdə yazdığı işdən azad edilmə barədə ərizəsini geri götürməsinə dair ərizəsini ## ###### 2024-cü il tarixdə işəgötürənin məsul şəxsinə təqdim etməsi və işəgötürənin isə bu ərizəni görməməzlikdən gələrək ## ###### 2024cü il tarixdə şəxsin ## ###### 2025-ci il tarixdən etibarən işdən azad edilməsinə dair əmr verməsi tamamilə əsassızdır.

14. Işəgötürənin ## ###### 2024-cü il tarixli *** nömrəli əmri əsassız olduğu kimi həmin əmrdə müvafiq tarix düzəlişi məqsədilə qəbul edilmiş ## ###### 2025-ci il tarixli *** nömrəli əmr də özlüyündə əsassız olduğundan ləğv edilməlidir. Qeyd edilən əmrlərin ləğvi isə özlüyündə işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi deməkdir.

15. Məhkəmə hesab etmişdir ki, iddia tələbi əmrlərin ləğv edilməsi, işə bərpa hissəsində əsaslıdır və təmin olunmalıdır. O cümlədən, iddiaçı ondan asılı olmayan səbəblərə görə məcburi iş buraxdığından, iddiaçının iş buraxdığı müddətə uyğun olaraq əmək haqqı məbləği hesablanmalı və cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

16. Məhkəmə iddia tələbinin xxxx bayramı ilə əlaqədar (2024-2025) 100% əmək haqqı qədər mükafat məbləğinin, iddiaçının qətnamə icra edilən günə kimi çıxmalı olduğu, lakin istifadə etmədiyi və almadığı məzuniyyət pulunun verilməsi və 5000 manat mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, cavabdeh təşkilatın daxili qaydalarına əsasən işçilərin mükafatlandırılması tənzimlənmişdir. Həmçinin əmək qanunvericiliyi işçilərin əmək şəraitinin minimum hədlərini müəyyən edərək, işçilərin əmək şəraitinin daha yüksək səviyyədə tənzimlənməsini işəgötürənin öhdəsinə həvalə etdiyindən işçilərə əmək funksiyalarının icrası ilə bağlı mükafatlandırma (bonusların ödənilməsi) işəgötürənin öz mülahizəsinə aid olduğundan bu hissədə iddia əsaslı hesab edilə bilməz.

17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının qətnamə icra edilən günə kimi çıxmalı olduğu, lakin istifadə etmədiyi və almadığı məzuniyyət pulunun verilməsinin həlli hazırkı qətnamə çərçivəsində mümkün deyildir. Belə ki, işçinin qanunla müəyyən edilmiş qaydada işdən azad edildiyi zaman ona hesablanmış son haqq-hesabın ödənilməsi işəgötürən qanunvericilikdən irəli gələn vəzifəsidir və hazırda iddianın bu hissəsinin təmin edilməsi bu münasibətləri tənzimləyən qanun normasının dispozisiya şərtləri ilə uzlaşmır.

18. Həmçinin, iddia tələbinin iddiaçıya mənəvi ziyan dəyməsi tələbi ilə bağlı qeyd edilmişdir ki, hazırkı icraatda iddiaçının bu və ya digər şəkildə mənəvi iztiraba məruz qalması, hazırkı halın onun mənəvi dünyasında hansı neqativ təzahür yaratması müəyyən edilməmişdir. Iddiaçının bu hissədə dəlili müşahidə şurasının üzvünün ona qarşı kobud davranışından ibarət olmuşdur ki, buna dair heç bir mötəbər sübut təqdim edilməmişdir.

19. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 25.1, 125.7, 127.4-cü, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 100.3-cü, Əmək Məcəlləsinin 2.2, 2.3, 68.1, 68.2, 69.1, 69.4, 69.7, 300.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2006-cı il tarixli, “M.Bağırovun şikayəti üzrə” 2008-ci il ## #### tarixli Qərarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

20. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsinin ləğv edilməsini və iddianın tam həcmdə təmin edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmək müqaviləsinə ## ###### 2025-ci il tarixdən xitam verilməsi ilə bağlı cavabdeh ASC üzrə verilmiş ## ###### 2024-cü il tarixli əmrdə istifadə edilməmiş 16 məzuniyyət gününün son haqq-hesabın iddiaçıya ödənilməsi nəzərdə tutulsa da, həmin məbləğ ASC tərəfindən iddiaçıya ödənilməmişdir. Iddiaçı həmin məbləğin ASC-dən tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etsə və ASC həmin məbləğin ona ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməsə də, birinci instansiya məhkəməsi bunu nəzərə almamış, bu tələbi əsassız olaraq təmin etməmişdir. Bununla yanaşı “xxxx” bayramı (2024-2025) ilə əlaqədar ASC-nin əməkdaşlarına onların əməkhaqqılarına uyğun olaraq (əməkhaqqının 100% həcmində) mükafat verilmiş, lakin baxmayaraq ki, iddiaçı işə qəbul ediləndən sonra, məhkəmələr tərəfindən ASC-nin xeyrinə qəbul edilmiş və illərlə icrasız qalmış məhkəmə qətnamələrinin icrasına nail olmuş, bununla da ASC-nin maliyyə vəziyyətini yaxşılaşdırmışdır, işəgötürən tərəfindən iddiaçıya münasibətdə ayrı-seçkiliyə yol verilərək, ona mükafat verilməmişdir. Məhkəmə baxışı iclasında cavabdeh bu kimi ayrı-seçkiliyin səbəbini izah edə bilməmiş və iddiaçıya da mükafat verməyə hazır olduğunu bildirmişdir, lakin birinci instansiya məhkəməsi bunu nəzərə almamış, mükafatla bağlı tələbi əsassız olaraq təmin etməmişdir. Bunlardan başqa, müşahidə Şurasının ## ###### 2024cü il tarixli iclasında ASC-nin rəhbəri XXX heç bir əsas olmadan iddiaçı ilə kobud rəftar etmiş, uyğun olmayan ifadələr işlətmişdir. Iddiaçı da, öz növbəsində, XXXə iradını, nalayiq ifadələr işlətməyə mənəvi haqqının olmadığını bildirmişdir. ASC-nin rəhbərinin bu kimi hərəkətləri nəticəsində iddiaçı mənəvi sarsıntı və iztirab keçirmiş, ona mənəvi zərər dəymişdir, lakin birinci instansiya məhkəməsi bunu nəzərə almamış, iddia tələbinin “mənəvi zərərin əvəzi olaraq 5.000 manat məbləğində pulun ASC-dən iddiaçının xeyrinə tutulması barədə” hissəsini əsassız olaraq təmin etməmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim M.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər G.Abbasova və F.Talışınski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi ilə razılaşaraq, iddiaçının onun ## ###### 2024-cü il tarixdə keçirilmiş Müşahidə Şurasının iclasında ASC-nin rəhbəri olmuş XXX tərəfindən iclasda iştirak edən şəxslər qarşısında təhqir olunması və XXXin bu kimi hərəkətləri nəticəsində onun mənəvi sarsıntı və iztirab keçirməsi, ona mənəvi zərər dəyməsi, lakin birinci instansiya məhkəməsinin bunu nəzərə almaması və iddia tələbinin “mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pulun ASC-dən iddiaçının xeyrinə tutulması barədə” hissəsini əsassız olaraq təmin etməməsi dəlili ilə bağlı qeyd etmişdir ki, işçi olan iddiaçı işəgötürən – ASC-nin rəhbəri tərəfindən təhqir olunduğunu bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Belə olan halda, mənəvi ziyana görə əlavə olaraq hər hansı məbləğdə pulun tələb edilməsi əsaslı sayıla bilməz.

24. Apellyasiya kollegiyası işəgötürən tərəfindən iddiaçıya münasibətdə ayrı-seçkiliyə yol verilməsi və bununla bağlı iddiaçıya mükafatın verilməməsi ilə bağlı iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə qiymət verərkən bildirmişdir ki, işçinin mükafatlandırılması üçün şərt – işçinin öz əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsindən və daxili intizam qaydalarına əməl etməsindən ibarətdir. Lakin işin hallarından müəyyən edilmişdir ki, iddiaçı, ASC-nin hüquqşünası olaraq ASC-nin adından bir neçə borcluya qarşı hazırladığı “Kredit müqavilələri üzrə yaranmış borcların ödənilməsi tələbi barədə” iddiaların bir qisminin birinci instansiya məhkəmələri tərəfindən təmin edilməməsinə baxmayaraq, bu barədə işəgötürənə məlumat verməmişdir. Iddiaçı bunu apellyasiya şikayətlərinin verilməsinin perspektivsiz olması ilə izah etsə də, müəyyən edilmişdir ki, işəgötürənin buna dair iradəsi olmamışdır, halbuki, ASC-nin adından ona verilmiş etibarnamələr əsasında çıxış edən iddiaçı ASC-nin nümayəndəsi olaraq ASC-nin iradə ifadəsinə uyğun hərəkət etməli idi. Bu halda ASC tərəfindən iddiaçıya mükafatın verilməsi üçün əsas yaranmamışdır. Digər tərəfdən qeyd edilmişdir ki, iddiaçı, ASC tərəfindən işçilərin hamısına mükafatın verilməsini bildirsə də, Cavabdeh BOKT ASC-nin əməkdaşlarına 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və xxxx bayramı münasibəti ilə mükafatların verilməsi barədə” ## ###### 2024-cü il tarixdə ASC üzrə verilmiş ***A saylı əmrdən və həmin əmrə əlavə edilmiş siyahıdan görünmüşdür ki, mükafatın verilməsi kütləvi xarakter daşımamış, fərdi xarakter daşımışdır. Bununla da müəyyən edilmişdir ki, işəgötürən ASC tərəfindən işçi olan iddiaçıya münasibətdə ayrı-seçkiliyə yol verilməmişdir, belə ki, iddia tələbinin müzakirə edilən bu hissəsi əsassız sayılmışdır.

25. Bundan başqa, iddiaçı bildirmişdir ki, onunla bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi haqqında əmrdə qeyd edilmişdir ki, istifadə edilməmiş 16 məzuniyyət gününün son haqq-hesabı ona ödənilməlidir, lakin həmin məbləğ ASC tərəfindən ona ödənilməmişdir. O, həmin məbləğin ASC-dən tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etsə və ASC həmin məbləğin ona ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməsə də, birinci instansiya məhkəməsi bunu nəzərə almamış, bu tələbi əsassız olaraq təmin etməmişdir. Məhkəmə kollegiyası iddiaçının bu kimi dəlillərini əsaslı hesab etməmişdir. Belə ki, ASC tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş ödəniş sənədindən görünmüşdür ki, ASC tərəfindən iddiaçının hesabına ## ###### 2025-ci il tarixdə 473,20 manat məbləğində pul köçürülmüşdür.

26. Apellyasiya kollegiyası mövqeyini Mülki Məcəllənin 21.1, 21.2 və 21.3-cü, Əmək Məcəlləsinin 157.2, 157.6 və 185-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” ## ### 2002-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ## ###### 2025-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

27. Iddiaçı kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 69.3, 69.4, 69.5-ci, Mülki Prosessual Məcəllənin 106.3, 217.4, 218.1-ci, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ## ###### 2025-ci il tarixli Qərarının 3.2.5-ci bəndinin tələbləri pozulmuşdur.

29. Belə ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə iclaslarında tədqiq edilmiş sübutlara qiymət vermək əvəzinə qeyri-müəyyən, reallığı əks etdirməyən və hər hansı məntiqlə uzlaşmayan izahatları sübut kimi qəbul edərək göstərmişdir ki, “Kredit müqavilələri üzrə yaranmış borcların ödənilməsi tələbi barədə” iddiaların bir neçəsi 1-ci instansiya məhkəmələri tərəfindən təmin edilməsə də, iddiaçı bu barədə işəgötürənə məlumat verməmiş və işəgötürənin buna dair iradəsi olmadığı halda həmin məhkəmə qətnamələrindən apellyasiya şikayəti verməmiş, bununla da ASC-yə ziyan vurmuşdur”. Qeyd edilən sözlər əslində ağır ittihamlardır və mübahisə predmeti deyildir. Tədqiqat aparmadan məhkəmə bu sözləri qətnamədə yaza bilməzdi. Qətnamələri şirkətə müvafiq məhkəmə göndərir, iddiaçı qətnamə təqdim etmir. Şirkətin elektron kabineti var, qətnamələr oraya yüklənir, ASAN imza iddiaçının adına deyil, qanuni təmsilçinin adına olur. Qətnamələrdən şirkət rəhbərliyi məlumatlı idi və apellyasiya şikayəti verməmək qərara alınmışdır. Şirkət rəhbərləri hüquqşünasdır və özləri qərar verir ki, hansı qətnamədən apellyasiya şikayəti verilsin, bu iddiaçının səlahiyyətində deyil. Həmin işlərdə perspektiv görmədikləri üçün apelyasiya şikayəti verilmədi. Çünki kredit götürən şəxslər borclarını şirkətin əməkdaşına ödəmişdi, burada korrupsiya cinayətləri vardı və qərara gəlindi ki, cinayət mühakimə icraatı qaydasında şikayətlər verilsin və verildi də. 2) Digər tərəfdən iddiaçı şikayət verməsə də, ona töhmət verilməmiş, irad tutulmamış, başqa intizam tədbiri görülməmişdir. 3) Hər hansı sübuta əsaslanmayan və məntiqi olmayan bu dəlili cavabdeh məhkəmə gedişatında fikirləşib, qoyub ortaya. Hazırkı iş üzrə iddiaçı mənəvi zərəri 2 əsasla istəmişdir: 1) Qanunsuz işdən çıxarıldığına, 2) Işəgötürənin keçirdiyi iclasda mənəvi təzyiqlərə, gözdən salınmağına cəhd edilməyinə görə. Əmrin qanunsuzluğu sübuta yetirilmişdir. Digər məsələ üzrə isə iddiaçı dəfələrlə məhkəmə iclaslarında keçirilmiş iclasın audio və videoyazısını tələb etmiş, lakin cavabdeh onları məhkəmədən çəkindiyi üçün qəsdən gizlədib, məhkəməyə verməmişdir. Bundan başqa, məhkəməyə sənədlər, yəni əmrlər təqdim edilmişdir ki, cavabdeh digər işçilərə əmək funksiyalarının icrası ilə bağlı mükafatlar vermişdir. Cavabdeh iddiaçını digər işçilərdən fərqləndirməsinin səbəblərini məhkəmədə izah edə bilməmiş, bu barədə sübut təqdim etməmişdir. Eyni zamanda cavabdeh birinci instansiya məhkəməsində bildirmişdir ki, iddiaçıya da mükafat verməyə hazırdır. Bu sözlər məhkəmə iclasının audioyazısında var, birinci instansiya məhkəməsinin iclas protokollarına iddiaçının verdiyi qeydlər əsasında çıxarılan qərardadla təsdiq edilir. Iddiaçı hesab etmişdir ki, cavabdehin əvvəl mükafat verməməyi, sonra isə məhkəmədə verməyə hazır olduğunu bildirməyin səbəbi cavabdehin əvvəlcədən həmin mükafata iddiaçının haqqı olması bilməsidir. Buna baxmayaraq, məhkəmə mənəvi zərərin tutulması hissəsində olduğu kimi bu hissədə də əsassız olaraq iddianı rədd etmiş, halbuki iddiaçının çəkdiyi mənəvi zərər məhkəmə iclasında sübuta yetirilmişdir.

30. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

31. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Kassasiya baxışının hədləri:

32. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

33. Iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

35. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 157-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. 157-ci maddəsinin 6-cı hissəsinə əsasən mükafat əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. 185-ci maddəsinə əsasən əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, daxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən: pul və ya qiymətli əşyalar hədiyyə edilməklə; əlavə məzuniyyət verilməklə; əmək haqqına fərdi əlavə edilməklə; daha yüksək məbləğdə fərdi sığorta edilməklə; sanatoriya-kurort müalicəsi, turist səfərləri yollayışının haqqı ödənilməklə; müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim olunmaq barədə vəsatət qaldırmaqla və digər həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilərlər.

36. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ## ###### 2025-ci il tarixli, ** saylı Qərarının: 3.2.2-ci maddəsinə əsasən əmək hüquqlarına hüquqazidd müdaxilə faktının mövcudluğu yoxlanılarkən, işin hallarından asılı olaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və (və ya) ümumi əsaslara uyğun qiymətləndirilmə aparılmalıdır. 3.2.3-cü maddəsinə əsasən əmək münasibətləri prosesində mənəvi zərərin vurulmasına əsas olan halların dairəsinə Əmək Məcəlləsində birbaşa göstərilən hallarla yanaşı, bu münasibətlərin subyektlərinin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnən digər hallar da aiddir. 3.2.5-ci maddəsinə əsasən Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinin qeyd hissəsinin tətbiqi zamanı nəzərə alınmalıdır ki, həmin maddənin qeyd hissəsindən göründüyü kimi, işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan əməllərin mövcudluğu faktı əksi sübuta yetirilməyincə mənəvi zərərin tutulması üçün yetərli olacaqdır. Bundan fərqli olaraq, işçinin barəsində yalan məlumatların yayılması o zaman mənəvi zərərin vurulması ilə nəticələnə bilər ki, bu əməllər işçinin kollektiv arasında gözdən salınması məqsədi ilə edilmiş olsun. Nəzərə alınmalıdır ki, sözügedən faktların mövcudluğu üzrə sübutetmə yükü işçinin, onların əksini sübutetmə yükü isə işəgötürənin üzərindədir. Lakin işçi barəsində yalan məlumatların yayılması faktına istinadən mənəvi zərərin ödənilməsini tələb edərsə, bu faktın mövcudluğu ilə yanaşı, yayılmanın onun kollektiv arasında gözdən salınması məqsədi ilə edilməsi halını da sübut etməlidir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının hazırkı şikayətinin dəlillərinə oxşar apellyasiya şikayətinin dəlillərinə tam, ətraflı hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

40. Izah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Işin faktiki hallarını araşdıran apellyasiya məhkəməsi səlahiyyətləri çərçivəsində iddiaçı tərəfindən təqdim olunmuş sübutları qiymətləndirmiş və yekun nəticəyə gəlmişdir. Bu zaman sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozuntusuna yol verməsi kassasiya araşdırılması zamanı müəyyən olunmamışdır.

41. Kassasiya kollegiyası hesab edir ki, iddiaçının barəsində qəbul edilmiş işəgötürənin əmri ilə və cavabdeh ASC-nin müşahidə şurasının üzvünün ona qarşı rəftarla ona mənəvi ziyanın vurulmasını iddia etsə də, bununla bağlı müvafiq sübutları məhkəməyə təqdim etməmişdir.

42. Apellyasiya məhkəməsi həmçinin düzgün olaraq qeyd etmişdir ki, iddiaçıya mükafatın verilməsi işəgötürənin səlahiyyəti olduğundan və bununla bağlı iddiaçıya qarşı ayrıseçkiliyə yol verilmədiyindən iddianın bu hissədə də təmin edilməməsi qanuni olmuşdur.

43. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Iddiaçı Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar