Məhkəmə qərarları › İş №2(1-8)-1600/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1600/2026

23.07.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1600/2026 23.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna və LPO cavabdeh1 ASC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb olunmaqla) qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının ##.##.2023-cü il tarixli, Q********DCK nömrəli arayışına əsasən İddiaçı “insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2 insulin tələbli ağır forma, amputasiyadan sonrakı vəziyyət” diaqnozu qoyulmaqla əlillik səbəbi “ümumi xəstəlik” müəyyən edilmişdir. Onun ikinci dərəcəli əlilliyi vardır və əmək qabiliyyətinin itirilməsi faizi 70%-dir.

3. LPO cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə İddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli “## ###### 2019-cu il tarixli Əmək müqaviləsinə dəyişikliklər” haqqında razılaşmadan görünür ki, tərəflər əmək müqaviləsinə qismən dəyişiklik edilməsi barədə razılığa gəldilər: - Maliyyə şöbəsinin aparıcı mütəxəssisi lbrahimov Allahverən Mirzə oğlunun aylıq əmək haqqı məbləği vergilər və digər məcburi ödəmələr daxil olmaqla 1200 (bir min iki yüz) manat müəyyən edilir. Əmək müqaviləsinin 4.24-4 29-cu bəndləri aşağıdakı redaksiyada əlavə edilsin: - Distant (məsafədən) iş-əmək funksiyalarının elektron, proqram-texniki vasitələr əsasında iş yerindən kənarda yerinə yetirilməsi formasıdır. Distant iş rejimi qarşısıalınmaz qüvvənin (qanunvericiliklə müəyyən edilmiş və Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən baş verəcəyi müəyyən edilə bilməyən fors-major halın və ya fövqəladə halın) təsdiqi nəticəsində səlahiyyətli dövlət orqanların və ya qurumlarının qərarı əsasında işəgötürən tərəfindən işçiyə əvvəlcədən məlumat verilmək şərtilə, habelə hər hansı qarşısıalınmaz qüvvənin təsirinin olubolmamasından asılı olmayaraq işçinin və işəgötürənin bu müqavilə üzrə qarşılıqlı razılığı əsasında Işçiyə münasibətdə tətbiq edilə bilər. Hər iki halda, Işçinin distant iş rejimindən adi (ənənəvi, iş yerində) qaydada iş rejiminə geri çağırılması Işəgötürənin daxili qaydaları (birinci halda, müvafiq səlahiyyətli orqanın (qurumun) qərarına əsaslanmaqla) və Işçini 4.28-ci bənddə göstərilən qaydada məlumatlandırması əsasında həyata keçirilir. - Distant iş rejimində Işçi: - Işəgötürən tərəfindən təqdim edilmiş elektron vasitələrinin, həmçinin proqram təminatının işlədilməsi üçün zəruri olan internet əlaqəsinin qurulmasını işçi öz xərci hesabına təmin edəcəkdir. - Faktiki olduğu yerdə özünün və işəgötürən tərəfindən təqdim edilmiş elektron proqramtexniki vasitələrinin təhlükəsizliyinin qorunması üçün bütün zəruri tədbirləri görəcəkdir. - iş saatları ərzində distant rejimdə işləməsindən asılı olmayaraq işin keyfiyyətini azaltmamalı, əmək funksiyalarını vaxtında, peşəkarlıqla və məsuliyyətlə yerinə yetirməlidir. - 4.26. Bu Müqavilənin 4.25-ci maddəsi üzrə öhdəliklərinin yerinə yetiriməməsi və ya lazımınca yerinə yetirilməməsi işçinin qəsdi və ya ehtiyatsızlığı nəticəsində əmək müqaviləsinin pozulması kimi qiymətləndirilə bilər və bu zaman işçi Işəgötürənə vurduğu zərərə görə məsuliyyət daşıyır.

4. Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ünvanladığı ## ###### 2025-ci il tarixli məktubundan görünür ki, ##.##.2017-ci il tarixdə cavabdeh1 ASC-nin lisenziyası ləğv olunmuş və Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2017-ci il tarixli qərarına əsasən Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi, həmçinin "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri rəhbər tutularaq təhlil işi aparılmış və işçilərin sayının azaldılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndi ilə yəni, işçilərin sayının və ya ştatların ixtisar edilməsi şərtilə əmək müqavilənizin ləğv ediləcəyi barədə 6 (altı) təqvim həftəsi qabaqcadan xəbərdar edilir. Xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 1,4 misli məbləğini bir dəfəyə ödəməklə onun əmək müqaviləsinə xitam verilə bilər. Bununla bağlı orta aylıq əmək haqqının 1,4 misli məbləğinin birdəfəlik ödənilməsi ilə ixtisar olunmağı barədə məktubu aldığı tarixdən 3 (üç) iş günü ərzində razılıq ərizəsi ilə müraciət edə bilər.

5. Əmanətlərin Sığortalanması Fondunun ## #### 2025-ci il tarixli, **-*/*-****/**** saylı əmri ilə ##.##.2025-ci il tarixi sonuncu iş günü olmaqla ləğv prosesində olan cavabdeh1 ASC-nin Maliyyə şöbəsinin aparıcı mütəxəssisi ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə/işçilərin sayının ixtisar edilməsinə əsasən xitam verilməsi, işçiyə orta aylıq əmək haqqının 1,7 misli məbləğində işdənçıxma müavinətinin ödənilməsi, işçiyə 16.01.2022##.##.2023-cü iş ili üzrə istifadə etmədiyi 30 (otuz) təqvim günü, ##.##.2023-##.##.2024-cü iş ili üzrə istifadə etmədiyi 35 (otuz beş) təqvim günü, ##.##.2024-##.##.2025-ci iş ili üzrə istifadə etmədiyi 42 (qırx iki) təqvim günü, ##.##.2025-##.##.2025-ci iş ili üzrə istifadə etmədiyi 09 (doqquz) təqvim günü məzuniyyətinin pul əvəzinin ödənilməsi əmr edilmişdir;

6. X1 Xidmətinin İddiaçı ünvanladığı ## ##### 2025-ci il tarixli məktubundan görünür ki, Ləğv prosesində olan cavabdeh1 ASC-nin və Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (AZ1025, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16) ünvanına tərəflərindən *- **-*/******/**** nömrəli, ##.##.2025-ci il tarixli məktub göndərilmiş və ona aid olan sənədlərin "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin sənədlər təqdim olunmadığından müraciətinizin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Tərəflərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron Informasiya Sisteminin "Əmək və Məşğulluq" altsisteminə və əlavə edilmiş sənədlərə baxış zamanı ona əvvəlcədən xəbərdarlıq edilməklə cavabdeh1 ASC arasında ##.##.2019-cu il tarixli əmək müqaviləsinə ##.##.2025-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verildiyi məlum olmuşdur. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il ## ####### tarixli ****-IVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar ##.##.2026-cı il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Müraciəti ilə əlaqədar işəgötürən tərəfindən aidiyyəti sənədlər X1 Xidmətinin Bakı şəhər Idarəsinə təqdim ediləcəyi təqdirdə müraciətinə yenidən baxılaraq nəticəsi barədə ona məlumat veriləcəkdir. Müraciətdə qeyd etdiyi məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun ##.##.2025-ci il tarixli **-*/*-*-***/**** saylı əmrinin ləğv edilməsi və onun işə bərpa edilməsi, işdən azad olunduğun müddətdən işə bərpa edildiyi dövrə qədər orta aylıq əmək haqqının ödənilməsi, məhkəməyə müraciətlə əlaqədar olan çəkdiyi xərclərin ödənilməsi, 50 000 manat mənəvi zərərin ödənilməsi, birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasının ## ####### 2008-ci il tarixli 686-IIIQsaylı və Qanunla "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya əmək şəraitinin Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasının 02.oktyabr 2008-ci il tarixli ***-IIIQ saylı və Qanunla "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya tələblərinə uyğun olaraq əmək şəraitinin yaradılmasını öhdəliyinin Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasının 02.oktyabr 2008-ci il tarixli ***-IIIQ saylı və Qanunla "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya uyğun əmək şəraiti yaradılmasının Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2019-cu il tarixdən ləğvetmə prosesində olan cavabdeh1 ASC-də əvəzçilik üzrə aparıcı mütəxəssis vəzifəsində çalışmışdır. ##.##.2023-cü il tarixdə ağır əməliyyat nəticəsində sağ ayağının dizdən aşağı hissəsini itirmiş, II qrup əlillik təyin edilmişdir. Səhhəti nəzərə alınaraq işəgötürən tərəfindən ona evdən işləmək imkanı yaradılmışdır.

9. 2025-ci ilin yanvar ayında işəgötürən tərəfindən pensiya alması barədə məlumat toplanılmış, sonradan rəhbərlik nümayəndələri tərəfindən pensiyaçı işçilərin mərhələli şəkildə işdən azad ediləcəyi bildirilmışdir. Pensiya yaşına çatmanın əmək müqaviləsinə xitam verilməsi üçün qanuni əsas olmadığını anlayan işəgötürən sonradan iddiaçının ixtisara salınacağını bildirmişdir. Iddiaçıya ##.##.2025-ci il tarixli ixtisar bildirişi təqdim edilmiş, eyni zamanda işəgötürən nümayəndələri tərəfindən ona xəbərdarlıq müddəti əvəzinə kompensasiya almaqla işdən ayrılmağa razılıq verməsi təklif olunmuşdur. Iddiaçının fikrincə, bu hərəkətlər onun hüquqlarından könüllü imtina etməsinə nail olmaq məqsədi daşımışdır.

10. Iddiaçı hesab etmişdir ki, onun əlilliyi və pensiya alması işdən azad edilməsində əsas amillərdən biri olmuşdur. Bu isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyin qadağan edilməsi prinsipinə ziddir. Həmin maddəyə əsasən əlilliyi olan şəxslərlə əmək münasibətlərində ayrı-seçkiliyə yol verilmir və onlar əlavə hüquqi təminatlarla qorunurlar.

11. Xəbərdarlıq müddəti ##.##.2025-ci il tarixdən hesablanmalı və 42 günlük müddət ##.##.2025-ci il tarixdə başa çatmalı idi. Həmin tarix qeyri-iş gününə təsadüf etdiyindən müddətin sonu ##.##.2025-ci il tarix hesab edilməli idi. Buna baxmayaraq, əmək müqaviləsinə xitam verilməsi barədə **-*/*-*-***/**** nömrəli əmr son iş günü kimi ##.##.2025-ci il göstərilsə də, elektron imza ilə həmin tarixdə deyil, ##.##.2025-ci il tarixdə imzalanmış və ##.##.2025-ci il tarixdə kuryer vasitəsilə ona təqdim olunmuşdur. Bu hal işəgötürənin iddiaçının inzibati və məhkəmə qaydasında şikayət vermək hüququndan səmərəli istifadə etməsinə mane olmaq niyyətini göstərir. Bundan başqa, iddiaçı bildirir ki, ixtisar proseduru qanunvericiliyin tələblərinə uyğun aparılmamış, ixtisarın zəruriliyi, müqayisə edilən işçilər və seçim meyarları barədə əsaslandırılmış məlumat təqdim edilməmişdir. Işdən çıxarma haqqında ##.##.2025-ci il tarixli əmr xəbərdarlıq müddəti başa çatmamış imzalanmış, əmrin surəti isə ona gec təqdim edilmişdir.

12. Əmək müqaviləsinə xitam verilməsi zamanı həm Əmək Məcəlləsinin ixtisar prosedurunu tənzimləyən normaları, həm də əlilliyi olan şəxslərin əmək hüquqlarını qoruyan qanunvericilik tələbləri pozulmuşdur.

13. Cavabdeh LPO cavabdeh1 ASC iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddia tələbinin iddia müddəti buraxıldığı üçün rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün- işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq- hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Iddiaçı İddiaçı tərəfindən təqdim olunmuş iddia ərizəsində göstərilən xüsusatlar və sənədlər əsasında müəyyən edilir ki, iddiaçı hüququnun pozulduğunu iddia etdiyi gündən etibarən 1 aydan çox vaxt keçdikdən sonra məhkəməyə müraciət etməklə iddia müddətini ötürmuşdür. Belə ki, iddiaçı İddiaçı iddia ərizəsində qeyd edir ki, onunla bağlanmış əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi ilə ləğv edilməsi faktı ona elektron kabinet vasitəsi ilə ##.##.2025-ci ildə məlum olmuş, ##.##.2025-ci il tarixdə isə poçt xidməti vasitəsi ilə ona təqdim edilmişdir. Həmin dövrdə qüvvədə olan "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən iddiaçı tərəfindən cavabdehə təklif məktubu ##.##.2025-ci il tarixdə göndərilsə də, yol verilmiş texniki səhvə görə həmin tarixdə göndərilmiş məktub nəzərə alınmamışdır. Bu da təklif məktubunun ##.##.2025-ci il tarixdə göndərilməməsi kimi qəbul olunur. Ona görə də təklif məktubunun yalnız ##.##.2025-ci il tarixdə (və ya ondan sonrakı tarixlərdə) göndərilməsi iş materialları tam müəyyən edilir. Buradan da göründüyü kimi, iddiaçı İddiaçı tərəfindən cavabdehə təklif məktubu göndərilərkən artıq iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, iddia müddətinin son günü ##.##.2025-ci il tarixdir, iddiaçı isə təklif məktubunu ##.##.2025-ci il tarixdə (və ya ondan sonrakı tarixdə) göndərmişdir. Iddiaçının hazırki iddia tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə məhz ##.## 2025-ci il tarixdə müraciət etməsi faktı onun qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürməsini bir daha tam təsdiq edir.

15. Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun ##.##.2025-ci il tarixli, **-*/*-*-***/**** saylı əmrinin ləğv edilməsi, iddiaçı İddiaçı əvvəlki işinə (vəzifəsinə)- LPO cavabdeh1 ASC-nin Maliyyə şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa olunması, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh cavabdeh1 ASC-dən tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Əfsanə Heydərova).

16. Məhkəmə iddia müddətinin ötürülməsi ilə bağlı cavabdeh tərəfindən verilmiş vəsatəti araşdıraraq hesab etmişdir ki, həmin vəsatət əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmr onun elektron kabinetinə ##.##.2025-ci il tarixdə göndərilmiş, ##.##.2025-ci il tarixdə isə poçt xidməti vasitəsilə təqdim edilmişdir. Buna görə də, iddia müddətinin axırıncı günü ##.##.2025-ci il hesab edilməlidir. Lakin iş materiallarından müəyyən edilir ki, iddiaçı artıq ##.##.2025-ci il tarixdə cavabdehə mediasiya qaydasında mübahisənin həlli üçün təklif məktubu göndərmişdir. Təklif məktubunun göndərilməsi faktı qanunvericilikdə nəzərdə tutulmuş mediasiya prosedurunun başlanması üçün tələb olunan ilkin hüquqi addımdır və həmin addımın atılması iddiaçının mübahisəni qanuni yolla və vaxtında həll etmək niyyətini aydın şəkildə göstərir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, mediasiya prosedurunun başlanması və ya mediasiya təklifinin qarşı tərəfə göndərilməsi iddia müddətinin axımını dayandırır və tərəflərə barışıq yolu ilə mübahisəni həll etmək imkanı yaradır.

17. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən irəli sürülən, ##.##.2025-ci il tarixli məktubun texniki səbəblərə görə qüvvədə hesab edilməməsi barədə arqument isə məhkəmə tərəfindən inandırıcı sayılmır, çünki həmin tarixdə məktubun göndərilməsi faktı özü iddiaçının hüququnu müdafiə etmək iradəsini və qanunla müəyyən edilmiş müddət çərçivəsində hərəkət etdiyini təsdiqləyir. Bundan əlavə, iddiaçının texniki nasazlıq səbəbindən məktubu yenidən ##.##.2025-ci il tarixdə göndərməsi onun prosessual hüquqlarını bərpa etmək və mediasiya prosedurunu düzgün qaydada başlatmaq istəyindən irəli gəlmişdir və bu, onun tərəfindən müddətin ötürülməsi kimi qiymətləndirilə bilməz.

18. Məhkəmə qeyd etmişdir ki, işçinin hüquqlarının müdafiəsi ilə bağlı müraciətinin mahiyyəti və onun vaxtında atdığı addımlar əsas götürülməli, formal texniki səhvlər vətəndaşın hüququnu müdafiə etmək imkanını məhdudlaşdırmamalıdır.

19. Beləliklə, məhkəmə hesab etmişdir ki, İddiaçı tərəfindən ##.##.2025-ci il tarixdə mediasiya təklifi göndərilməklə iddia müddətinin axımının dayandığı, texniki səbəbdən həmin məktubun qüvvədə hesab edilməməsinin və onun ##.##.2025-ci il tarixdə təkrar göndərilməsinin iddia müddətinin ötürülməsi kimi qiymətləndirilməsinin yolverilməz olduğu müəyyən edilir. Bu baxımdan, iddiaçının ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etməsi qanunvericilikdə müəyyən olunmuş iddia müddəti çərçivəsində həyata keçirilmiş sayılır və cavabdehin iddia müddətinin ötürülməsi barədə vəsatəti əsassız olduğuna görə təmin edilmir.

20. Birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı İddiaçı iddiası 4 hissədən ibarətdir: - Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun ##.##.2025-ci il tarixli **-*/*-*-***/**** saylı əmrinin ləğv edilməsi və onun işə bərpa edilməsi, işdən azad olunduğun müddətdən işə bərpa edildiyi dövrə qədər orta aylıq əmək haqqının ödənilməsi; - məhkəməyə müraciətlə əlaqədar olan çəkdiyi xərclərin ödənilməsi; - 50 000 manat mənəvi zərərin ödənilməsi; - birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasının ## ####### 2008-ci il tarixli 686-IIIQsaylı və Qanunla "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya əmək şərairinin Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasının 02.oktyabr 2008-ci il tarixli ***-IIIQ saylı və Qanunla "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya tələblərinə uyğun olaraq əmək şəraitinin yaradılmasını öhdəliyinin Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasının 02.oktyabr 2008-ci il tarixli ***-IIIQ saylı və Qanunla "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya uyğun əmək şaraiti yadılmasının Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması.

21. Məhkəmə ilk olaraq Əmək Məcəlləsinin 2.1, 11, 68.1, 68.2, 70, 71.1, 76, 77.1-77.3, 78, 83, 84-cü maddələrini rəhbər tutaraq iddia tələbinin “əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqı” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı İddiaçı ilə ləğv prosesində olan cavabdeh1 ASC arasında ##.##.2019-cu il tarixdə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə — yəni işçilərin sayı və ya ştatları ixtisar edildikdə - əsasən ##.##.2025-ci il tarixindən xitam verilməsi barədə Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun ## #### 2025-ci il tarixli, **-*/*-*-***/**** saylı əmri qəbul edilmişdir. Iş materiallarından göründüyü kimi, ixtisar cavabdeh1 ASC-nin ləğv prosesi ilə əlaqədar həyata keçirilmiş və bu zaman Əmanətlərin Sığortalanması Fondu ləğvedicinin funksiyalarını icra etmişdir. Işçilərin sayını ixtisar etmək, ştatları və struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biri olmaqla yanaşı, bu hüquqdan istifadə zamanı əmək qanunvericiliyinin tələblərinə riayət edilməsi də işəgötürənin vəzifəsidir. Işəgötürən işçilərin sayını ixtisar etmək hüququndan istifadə edərkən ixtisarın aparılmasının zəruriliyini əsaslandırmalı, bu barədə müvafiq sənədlər və iqtisadi səbəbləri təqdim etməlidir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilərkən, əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın və peşəkarlıq səviyyəsinin daha yüksək olduğu işçilər işdə saxlanılmalıdır. Bunun üçün işəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən etməli, onun peşə hazırlığının, ixtisasının artırılması və yeni ixtisasa yiyələnməsi kimi amilləri nəzərə almalıdır.

22. Hazırkı iş üzrə isə işəgötürən tərəfindən bu tələblərə riayət edilmədiyi müəyyən edilir. Işəgötürən iddiaçının peşəkarlıq səviyyəsi ilə eyni vəzifədə çalışan digər işçilərin peşəkarlıq göstəricilərinə dair müqayisəli təhlil aparmamış, ixtisarın zəruriliyini əsaslandıran iqtisadi və ya struktur dəyişikliklər barədə sübutlar təqdim etməmişdir. Halbuki, əmək qanunvericiliyinin məqsədi işçilərin sosial hüquqlarının qorunması, işəgötürənin subyektiv mülahizələrindən asılı olmadan ixtisarın obyektiv əsaslara söykənməsini təmin etməkdir. Məhkəmə hesab etmişdir ki, işçinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsində işəgötürənin müəyyən sərbəstliyi olsa da, bu qiymətləndirmə ən azı aparılmalı və onun nəticələri sənədlərlə təsdiqlənməli idi. Əks halda, belə hərəkət hüquqdan sui-istifadə olmaqla əmək münasibətlərində bərabərlik və ayrıseçkiliyə yol verilməməsi kimi əsas prinsiplərin pozulması kimi qiymətləndirilməlidir.

23. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, Əmanətlərin Sığortalanması Fondunun ## #### 2025-ci il tarixli, **-*/*-*-***/**** saylı əmri ilə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi əsasında xitam verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Buna görə də həmin əmrin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa olunması və işdən azad olunduğu müddətə görə orta aylıq əmək haqqının ödənilməsi barədə iddia tələbləri əsaslı hesab edilir və təmin olunmalıdır.

24. Birinci instansiyası məhkəməsi iddia tələbinin “məhkəməyə müraciətlə əlaqədar olan çəkdiyi xərclərin ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı həmin xərclərin nədən ibarət olduğu və həmin xərclərin məbləği barədə hər hansı məlumat (sübut) təqdim etmədiyindən, iddia bu hissədə rədd edilməlidir.

25. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli * №-li qərarına və Əmək Məcəlləsinin 290-cı maddəsinə istinadən iddia tələbinin “50 000 manat mənəvi zərərin ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, Hazırki iş üzrə cavabdehlər və ya onun tabeçiliyində olan vəzifəli şəxsin hərəkəti (hərəkətsizliyi) nəticəsində iddiaçı mənəvi sarsıntı və iztirablar keçirməsinə dair məhkəməyə mötəbər sübut təqdim etmədiyindən, məhkəmə hesab etmişdir ki, bu hissədə də iddia tələbi təmin edilməməlidir.

26. Məhkəmə iddia tələbinin “Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasının ## ####### 2008-ci il tarixli ***-IIIQ saylı və Qanunla “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya əmək şəraitinin Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasının ## ####### 2008-ci il tarixli ***-IIIQ saylı və Qanunla “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya tələblərinə uyğun olaraq əmək şəraitinin yaradılmasını öhdəliyinin Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasının ## ####### 2008-ci il tarixli ***-IIIQ saylı və Qanunla “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya uyğun əmək şəraiti yadılmasının Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının belə bir öhdəliyin cavabdehin üzərinə qoyulması barədə tələbi - mahiyyətcə ümumi xarakterli beynəlxalq hüquqi öhdəliklərin konkret işəgötürənə birbaşa tətbiqi tələbi olmaqla, fərdi əmək mübahisəsinin predmetindən kənara çıxır.

27. Hazırkı iş üzrə iddia isə konkret bir əmək müqaviləsinin ləğv edilməsi və işə bərpa məsələsinə aiddir. Bu mübahisədə məhkəmənin funksiyası işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinə əməl olunub-olunmadığını qiymətləndirməkdən ibarətdir. Belə olan halda, məhkəmə beynəlxalq sənədlərin ümumi prinsiplərini nəzərə ala bilər, lakin həmin prinsiplər əsasında işəgötürənin üzərinə ayrıca, geniş məzmunlu öhdəlik qoymaq səlahiyyətinə malik deyil.

28. Məhkəmə hesab etmişdir ki, Konvensiyanın prinsiplərinə uyğun əmək şəraitinin yaradılması məsələsi konkret işəgötürənin inzibati öhdəliyi kimi deyil, dövlətin sosial siyasət istiqaməti kimi reallaşdırılmalı olan sistemli məsələdir. Odur ki, iddiaçının işəgötürənə qarşı belə öhdəlik qoyulması barədə tələbi subyektiv hüquq pozuntusunun bərpası üçün müvafiq hüquqi vasitə sayıla bilməz və bu baxımdan hüquqi əsassızdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

29. Cavabdehlər ayrı-ayrılıqda eyni məzmunlu apellyasiya şikayətləri verərək Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

30. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmişdir. Belə ki, rayon məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən, işəgötürənin təşkilati-hüquqi müstəqilliyindən, əmək münasibətlərinin sərbəstliyi və müqavilə azadlığı prinsiplərindən irəli gələn hüquqları, habelə əmək qanunvericiliyində ləğvetmə (ştat ixtisarı) proseduruna dair müəyyən edilmiş maddi və prosessual tələblər nəzərə alınmadan qərar qəbul edilmişdir. Qətnamədə işəgötürənin həyata keçirdiyi ləğvetmə və ya ştat ixtisarı tədbirlərinin obyektiv zərurətdən və təsərrüfat maliyyə əsaslandırmalarından irəli gəldiyi, bu prosesdə işçinin hüquqlarının pozulmadığı, həmçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq xitam prosedurunun qanun çərçivəsində həyata keçirildiyi hallar nəzərə alınmamışdır. Qeyd etmək vacibdir ki, iddiaçının işdən azad edilməsinin səbəbi ləğv prosesində olan banklarda aparılan ixtisarlar olmuşdur. Bankın müflis elan olunması, iş həcminin azalması və yalnız müflis elan olunmuş banka aid funksiyaların saxlanılması şəraitində işçi sayının azaldılması obyektiv və zəruri tədbirlərdən olmuşdur. Qeyd olunan hallardan aydın olur ki, işçinin ixtisar olunması zamanı işəgötürən tərəfindən hər hansı hüquq pozuntusuna yol verilməmiş, proses Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və müvafiq normativ hüquqi aktların tələblərinə uyğun baş tutmuşdur.

31. Iddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək apellyasiya şikayətlərinin təmin edilmədən birinci instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

32. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Ikram Şirinov - sədrlik edən və məruzəçi, Elşən Kazımov və Namiq Cəfərov).

33. Məhkəmə kollegiyası aşağı məhkəmənin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehlərin şikayətlərinin dəlilləri ondan ibarətdir ki, ixtisar prosesi həyata keçirilərkən bütün qanunvericilik tələblərinə, o cümlədən Əmək Məcəlləsinin tələblərinə tam riayət edilmişdir.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin bu dəlilinə münasibətdə qeyd etmişdir ki, rayon məhkəməsi tərəfindən də müəyyən edildiyi kimi, iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə tam əməl edilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Hazırkı halda isə işəgötürən tərəfindən iddiaçının peşəkarlıq səviyyəsinin müəyyən edilməsi üçün zəruri tədbirlər həyata keçirilməmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Əmək Məcəlləsinin 79cu maddəsində işəgötürən tərəfindən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsi qadağan edilən işçilər və hallar göstərilmişdir. Həmin hallardan biri də işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görədir. Mülki iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2023 cü il tarixli, Q********DCK nömrəli arayışına əsasən isə iddiaçıya “insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2 insulin tələbli ağır forma, amputasiyadan sonrakı vəziyyət” diaqnozu qoyulmaqla əlillik səbəbi “ümumi xəstəlik” müəyyən edilmişdir. Məcəllənin istinad edilən həmin maddəsinin 2-ci bəndində bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəaların bu Məcəllənin 70-ci maddəsinin “a” və “e” bəndləri ilə xitam verilən hallara şamil edilmədiyi qeyd edilmişdir.

36. Hazırkı halda iddiaçı ilə əmək müqaviləsinə “müəssisənin ləğvi” yox, “işçilərin sayı və ya ştatları ixtisar edilməsi” əsası ilə xitam verildiyindən məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyə zidd olmuşdur.

37. Hazırkı işin müəyyən olunmuş faktiki halları və istinad edilən maddi hüquq normalarını nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, rayon məhkəməsi mahiyyət etibarı ilə iş üzrə düzgün nəticəyə gəlmiş, hazırkı halda gəlinən nəticə qanuni və əsaslıdır, cavabdehlərin apellyasiya şikayətlərinin dəlilləri əsassızdır və rayon məhkəməsi qətnaməsinin ləğvinə əsas ola bilməz.

38. Apellyasiya instansiyası məhkəməsi apellyasiya icraatı zamanı apellyatorun nümayəndəsi məxsusi olaraq Əmanətlərin Sığortalanması Fondunun hazırkı tələb üzrə cavabdeh olmadığı, iddiaçının ləğv prosesində olan cavabdeh1 ASC-nin əməkdaşı olduğu, müvafiq olaraq da iddiaçının işəgötürəninin həmin bank olduğu, lakin rayon məhkəməsinin bu halları nəzərə almamaqla prosessual pozuntuya yol verdiyi, belə olan halda isə qətnamənin qüvvədə qalacağı halda onun icrasının mümkünsüz olacağı barədə bildirdiklərinə münasibətdə qeyd etmişdir ki, rayon məhkəməsi qətnaməsində bu məsələyə müəyyən aydınlıq gətirmişdir (iş vərəq 198, yuxarıdan üçüncü abzas). Bundan başqa, iddiaçı rayon məhkəməsinə təqdim etdiyi iddia ərizəsində özü barəsində Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, **-*/*-*-***/**** saylı əmrin ləğv edilərək əvvəlki işinə bərpa olunması və sair barəsində tələblər irəli sürmüşdür və həmin vəzifələrin icrasının ƏSF-na həvalə edilməsini məhkəmədən xahiş etmişdir (iş vərəq 1-5).

39. Iddiaçının məhkəməyə təqdim etdiyi mübahisələndirdiyi həmin əmrin kserosurətindən məlum olur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair ## #### 2025ci il tarixli əmr Əmanətlərin Sığortalanması Fonduna məxsus blankda işlənmişdir (iş vərəq 10). Sonradan cavabdehin özünün elektron imza ilə təsdiqlənmiş qaydada təqdim etdiyi həmin əmrdən bir daha təsdiq olunur ki, iddiaçı tərəfindən barəsində mübahisələndirilən əmr məhz ƏSF-ya məxsus blankda işlənmişdir (iş vərəq 142-143) Iddiaçının rayon məhkəməsinə ünvanladığı ##.##.2025-ci il tarixli vəsatətində cavabdeh1 ASC-in cavabdeh qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur (iş vərəq 110-111). Cavabdehin nümayəndəsinin rayon məhkəməsinə iddia müddətinin tətbiqinə dair ərizəsindən bəlli olur ki, nümayəndə iddiaçının hər iki cavabdehə, yəni həm də cavabdeh cavabdeh1a qarşı iddia ərizəsinin təmin edilməməli olmasını qeyd etmişdir. Bununla da aşkar şəkildə müəyyən olunur ki, iddiaçının işəgötürəni kimi cavabdeh1 hazırkı tələb üzrə cavabdeh olmuşdur. Məhkəmə bu halla bağlı onu da qeyd etməyi zəruri hesab etmişdir ki, bankların ləğvi prosesi başlandıqdan sonra ilkin mərhələlərdə əksər hallarda ləğv prosesində olan banklarla, onların idarəetməsini həyata keçirən ƏSF-in eyniləşdirilməsi kimi, hətta peşəkar hüquqşünaslar, bəzən elə məhkəmələr tərəfindən də texniki yanlışlıqlar olmuşdur və məhkəmələrin izahlarından sonra bu məsələyə müəyyən aydınlıq gətirilmişdir. Hazırkı halda isə anlaşılan odur ki, iddiaçı barəsində olan əmrin məhz ƏSF-na məxsus blankda (əslində bu da yanlışdır) işlənməsi özü də ərizəçinin ilkin mərhələdə yanılmasına səbəb olmuşdur. MPM-in 14.1-ci maddəsi işə baxan məhkəmənin üzərinə məhz bu cür halların izah edilməsi və buna dair işdə iştirak edən şəxslərə kömək göstərmək vəzifəsini qoymuşdur, həm də nəzərə almaq lazımdır ki, həmin norma imperativ xarakter daşıyır. Qətnamənin nəticə hissəsindən də göründüyü kimi rayon məhkəməsi iddiaçının tələbini təmin edərək onun cavabdeh1 ASC-dəki əvvəlki vəzifəsinə bərpa olunmasını əmr etmişdir. Demək ki, iddia tələblərinin əsl olmayan şəxsə qarşı yönəldilməsinə dair apellyatorun xüsusi olaraq bildirdiyi dəlili formal olmaqla əsassızdır.

40. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29 (İ, II), Əmək Məcəlləsinin 11, 12, 68.1, 70 (b), 71.1, 71.3, 76.2, 77.1, 77.3, 78.1, 79.1, 79.3, 83.1, 83.2, 296.2, 296.3, 296.6, 300.1-ci maddələrinə istinadən əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

41. Cavabdehlər Əmanətlərin Sığortalanması Fondu (vəkil: vəkil2) və LPO cavabdeh1 ASC (vəkil: vəkil1) ayrı-ayrılıqda kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

42. Kassasiya şikayətləri belə əsaslandırılmışdır ki, Bankın ləğvetmə prosesi nəticəsində işçilərin sayı 511 nəfərdən 78 nəfərə enmiş, ştat ixtisarı obyektiv zərurətdən irəli gəlmiş və Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun həyata keçirilmişdir. Apellyasiya instansiyası isə işəgötürənin təşkilati-hüquqi müstəqilliyini və ləğvetmə proseduruna dair qanunvericiliyin tələblərini nəzərə almamışdır.

43. Bankın ləğvetmə prosesinin məqsədi aktivlərin səmərəli idarə olunması və kreditorların tələblərinin ödənilməsidir. Ləğvedici tərəfindən aparılan ixtisar əmək hüquqlarının pozulmasına deyil, ləğvetmə prosedurunun səmərəli icrasına yönəlmiş, iddiaçının əmək müqaviləsinə isə qanunla müəyyən edilmiş qaydada xitam verilmişdir. Iddiaçının əlilliyi istehsalat qəzası və ya peşə xəstəliyi ilə bağlı olmadığından onun Əmək Məcəlləsinin 78.2-ci maddəsinə əsasən işdə saxlanmaq üstünlüyü yaranmamışdır.

44. Işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinə əməl edilmiş və işçinin hüquqlarının pozulması müəyyən edilməmişdir. Buna baxmayaraq, apellyasiya instansiya məhkəməsi iş materiallarındakı sübutlara, “Banklar haqqında” Qanunun tələblərinə və ləğvedicinin qanuni səlahiyyətlərinə lazımi hüquqi qiymət vermədən qətnaməni qüvvədə saxlamışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Iddiaçı kassasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

46. Maddə 11, a və b bəndləri. Müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilir.

47. Maddə 12, 1-ci hissə, b bəndi. bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir.

48. Maddə 68, 1-ci hissə. Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

49. Maddə 70, b bəndi. Əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər.

50. Maddə 71, 1-ci hissə. Işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

51. Maddə 77, 1-ci hissə. Işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

52. Maddə 77, 3-cü hissə. Əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə xitam verilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

53. Maddə 78, 1-ci hissə. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Işəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.

54. Maddə 79, 1-ci hissə. Işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi iş yeri olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsi qadağandır.

55. Maddə 79, 2-ci hissə. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.

56. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Məhkəmə kollegiyası vurğulayır ki, aşağıda aparılan hüquqi dəyərləndirmə MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində irəli sürülmüş dəlillərlə bağlıdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

65. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış əmək müqaviləsini ləğv etməsi əmək qanunvericiliyinin tələblərinə uyğun olmamışdır.

66. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehlərin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

67. Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci və 2-ci hissələrinə görə işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsi qadağandır. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.

68. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Əmək Məcəlləsinin 79-cu maddəsində işəgötürən tərəfindən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsi qadağan edilən işçilər və hallar göstərilmişdir. Həmin hallardan biri də işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görədir. Mülki iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2023 cü il tarixli, Q********DCK nömrəli arayışına əsasən isə iddiaçıya “insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2 insulin tələbli ağır forma, amputasiyadan sonrakı vəziyyət” diaqnozu qoyulmaqla əlillik səbəbi “ümumi xəstəlik” müəyyən edilmişdir. Məcəllənin istinad edilən həmin maddəsinin 2-ci bəndində bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəaların bu Məcəllənin 70-ci maddəsinin “a” və “e” bəndləri ilə xitam verilən hallara şamil edilmədiyi qeyd edilmişdir. Hazırkı halda iddiaçı ilə əmək müqaviləsinə “müəssisənin ləğvi” yox, “işçilərin sayı və ya ştatları ixtisar edilməsi” əsası ilə xitam verildiyindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyə zidd olmuşdur.

69. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

71. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

72. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** nömrəli, ## #### 2026cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar