Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2769/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: əmək mübahisələrində mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X7 katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-**)- ***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Azərbaycan Dillər Universiteti Tələbə Həmkarlar Ittifaqı Komitəsi ilə İddiaçı arasında bağlanmış ## ###### 2026-cı il tarixli müddətsiz əmək müqaviləsinə əsasən 0,5 ştat mühasib vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı 400 manat təşkil edir.
2. Azərbaycan Dillər Universiteti Tələbə Həmkarlar Ittifaqı Komitəsinin ## ###### 2025-ci il tarixli ** saylı əmrinə əsasən "Azərbaycan Dillər Universiteti Tələbə Həmkarlar Ittifaqi Komitəsi" bölməsində "0,5 ştat mühasib" vəzifəsində işləyən İddiaçı Haci qızı ilə bağlanılmış *******000300 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 70 "b" - işçilərin sayı və ya ştatları ixtisar edildikdə” maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən ## ###### 2025-ci tarixdən xitam verilməsi qərara alınmışdır.
3. Azərbaycan Dillər Universiteti Tələbə Həmkarlar Ittifaqı Komitəsinin ## ###### 2025-ci il tarixli, ** saylı protokolundan çıxarışına əsasən Azərbaycan Dillər Universiteti Tələbə Həmkarlar Ittifaqı Komitəsinin mövcud ştat cədvəlində nəzərdə tutulmuş “Mühasib” vəzifəsi üzrə 0,5 (yarım) ştat vahidi ## ###### 2025-ci tarixdən ləğv edilməsi, THlK-in maliyyə işlərinin tam, fasiləsiz, və operativ aparılmasının təmin edilməsi məqsədilə “Mühasib” vəzifəsi üzrə 1,0 (tam) ştat vahidi əsas iş yeri kimi təsis edilməsi, mühasibat və Insan Resursları üzrə məsul şəxslərə yeni ştat cədvəlinin hazırlanması və təsdiqi, qanunvericiliyə uyğun sənədləşmənin aparılması tapşırılması qərara alınmışdır.
4. Azərbaycan Dillər Universiteti Tələbə Həmkarlar Ittifaqı Komitəsinin ## ###### 2025-ci il tarixli, ** saylı protokolundan çıxarışına əsasən ADU THIK-də mühasib vəzifəsini icra edən İddiaçı vəzifəsinə xitam verilməsi qərara alınmışdır.
5. Azərbaycan Dillər Universiteti Tələbə Həmkarlar Ittifaqı Komitəsinin İddiaçı ünvanlanan ## ###### 2025-ci il tarixli xəbərdarlıq məktubuna əsasən, “Elm və Təhsil Işçiləri Həmkarlar Ittifaqı Azərbaycan Dillər Universitetinin Tələbə Həmkarlar Ittifaqı Komitəsində mühasibatlıq şöbəsində ştatlann optimallaşdınlması ilə əlaqədar işçilərinin ştatlarının azaldılması (ixtisar olunması) məqsədə müvafiq hesab edilmişdir. Bu səbəbdən də siz, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisar olunacaq işçilərin siyahısına daxil edilmisiniz. Qeyd edək ki, "sizin cəmiyyətdə əmək stajınız 8 il 1 ay təşkil etdiyi üçün, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən, sizə 6 təqvim həftəsi əvvəldən rəsmi xəbərdarlıq edilir". Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqınız saxlanılmaqla özünüzə iş yeri axtarmaq üçün "Siz bir iş günü işdən azad edilə bilənsiniz". Həmçinin xəbərdarlıq müddəti ərzində peşənizə uyğun iş yeri müəyyən edilərsə, "Sizə bu barədə əlavə məlumat veriləcək". Bununla yanaşı, aşağıda qeyd olunan şərtlərlə xəbərdarlıq müddətini gözləmədən əmək münasibətlərinə xitam verilməsi təklif olunur.
6. Azərbaycan Dillər Universiteti Tələbə Həmkarlar Ittifaqı Komitəsinin ## ###### 2025-ci il tarixli aktına əsasən Azərbaycan Dillər Universiteti Tələbə Həmkarlar ittifaqı Komitəsində mühasib vəzifəsində çalışan İddiaçı ona təqdim edilən xəbərdarlıq məktubunun və ərizələrin imzalanmasından və qəbul edilməsindən imtina etmiş, buna ehtiyac olmadığını bildirmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ## ###### 2025-ci il tarixli, ** nömrəli əmrinin ləğv olunması, işə bərpa edilməsi, qətnamə icra olunan (işə bərpa olunan) günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının, 5000 manat mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Iddia onunla əsaslandırılmışdır ki, Iddiaçı İddiaçı (bundan sonra - Iddiaçı) cavabdeh işəgötürən Cavabdeh tərəfindən ## ####### 2017-ci ildə 0.5 ştat mühasib vəzifəsinə işə qəbul edilmişdir. Iddiaçı 10 ilə yaxın fasiləsiz olaraq müəssisədə çalışmış və bu müddət ərzində cavabdehlə əmək münasibətlərində olmuşdur. Cavabdehin ## ###### 2025-ci il tarixli, ** nömrəli əmrinə əsasən ## ###### 2025-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə uyğun olaraq (işçilərin sayı və ya ştat vahidləri ixtisar edildikdə) 0,5 ştat vahidi ləğv edilmiş və bununla əlaqədar Iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Bundan əlavə, cavabdeh iddiaçıya işdən öz ərizəsi ilə çıxması üçün dəfələrlə qanunsuz və əsassız təzyiqlər göstərilmiş, psixoloji gərgin mühit yaradılmış, iddiaçı iradəsinə zidd hərəkətlərə məcbur edilməyə cəhd olunmuşdur. Halbuki iddiaçının çalışdığı illər ərzində əmək fəaliyyətində heç bir nöqsan olmamışdır. Iddiaçının bu cür təzyiqlərə baxmayaraq ərizə yazmaqdan imtina etməsi cavabdehin qanunsuz işdən çıxarma qərarı ilə nəticələnmişdir. Bununla belə, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edildiyi halda, həmin Məcəllənin 77-ci maddəsinin tələblərinə uyğun olaraq ona 6 təqvim həftəsi əvvəlcədən yazılı xəbərdarlıq edilməli idi. Lakin cavabdeh bu qanuni tələbi yerinə yetirmədiyindən, iddiaçının əmək hüquqları kobud şəkildə pozulmuş, o, qəfil gəlir mənbəyindən məhrum edilmiş, nəticədə psixoloji gərginlik və stressə məruz qalmışdır. Tərəfindən cavabdehə hazırkı mübahisənin məhkəmədənkənar qaydada həlli məqsədilə mediasiya təklifi göndərilmiş, lakin iş materiallarından da göründüyü kimi tərəflər arasında hər hansı razılıq əldə olunmamışdır. Iddiaçı cavabdeh tərəfindən göstərilən təzyiqlərlə bağlı ## ###### 2025-ci il tarixdə X6 Xidmətinə müraciət etmiş, lakin hazırkı vaxtadək həmin müraciətə cavab verilməmişdir. Hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsassız olaraq və qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmişdir. Bu səbəbdən əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilməli, iddiaçı əvvəlki işinə bərpa olunmalı, ## ###### 2025-ci il tarixdən etibarən faktiki olaraq işə bərpa edildiyi günədək olan müddət üzrə buraxılmış günlərə görə orta əməkhaqqı hesablanaraq ödənilməli, həmçinin cavabdeh tərəfindən əmək müqaviləsinə qanunsuz xitam verilməsi nəticəsində iddiaçıya vurulmuş mənəvi zərərə görə 5000 manat məbləğində kompensasiya tutulmalıdır.
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı həm müəllim həmkarları təşkilatında tam ştat, həm də tələbə həmkarları təşkilatında yarım ştat mühasib vəzifəsində çalışmışdır. Iş yükünün artması ilə əlaqədar olaraq müvafiq vəzifə üzrə tam ştat əsaslarla işləyən işçinin olması zəruri hesab edilmişdir. Bu səbəbdən Firuzə xanımın həmin vəzifəyə seçilməməsi əsaslandırılmışdır, belə ki, bir şəxs yalnız bir iş yerində tam ştat əsaslarla işləyə bilər. Eyni zamanda iddiaçının təqdim etdiyi sənədlərə baxıldıqda onun ixtisasının mühasib deyil, iqtisadçı olduğu müəyyən edilmişdir. Bundan əlavə, iddiaçının noyabr-dekabr aylarında faktiki olaraq işləməməsinə baxmayaraq, ona hər biri 400 manat olmaqla iki dəfə əmək haqqı ödənişi həyata keçirilmişdir. Cavabdeh tərəfindən mübahisənin məhkəmədənkənar qaydada həlli məqsədilə barışıq təklif olunmuş, belə ki, iddiaçının Müəllim Həmkarları təşkilatında itirdiyi əmək haqqının 50 faizinin qaytarılması şərti ilə işə bərpa edilməsi mümkün hesab edilmişdir. Lakin iddiaçı bu təkliflə razılaşmamışdır. Hesab edir ki, ştatın ləğv olunması qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir və bu səbəbdən iddia təmin edilməməlidir. Həmçinin müvafiq vəzifə üçün sertifikatlara və mühasibat proqramları üzrə biliklərə malik işçiyə ehtiyac vardır. Bundan başqa, iddiaçıya əmək münasibətlərinə xitam verilməsi barədə xəbərdarlıq ƏMAS sistemi vasitəsilə təqdim edilməmişdir, belə ki, bu qayda yeni tətbiq olunmuş qaydadır. Xəbərdarlığın kağız daşıyıcı ilə göndərilməsinə baxmayaraq iddiaçı həmin sənədi qəbul etməkdən və imzalamaqdan imtina etmişdir. Bu barədə müvafiq akt tərtib olunmuşdur.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam verilməsi haqqında cavabdeh Azərbaycan Dillər Universiteti Tələbə Həmkarlar Ittifaqı Komitəsi tərəfindən verilən ## ###### 2025-ci il tarixli, ** saylı əmrinin ləğv, İddiaçı Azərbaycan Dillər Universiteti Tələbə Həmkarlar Ittifaqı Komitəsinə 0,5 ştat mühasib vəzifəsinə işə bərpa olunması, ## ###### 2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir.
11. Qətnamənin əsaslarına görə, əmək qanunvericiliyinə görə işçilərin sayının azaldılması və ya ştatların ixtisarı müəssisədə idarəetmənin təkmilləşdirilməsi, iş həcminin azalması nəticəsində artıq xərclərin qarşısının alınması, fəaliyyətin optimallaşdırılması və digər obyektiv səbəblərlə bağlı həyata keçirilən tədbirlərdən ibarətdir. Bu tədbirlər nəticəsində konkret vəzifə və ya struktur üzrə ştat vahidlərinin faktiki olaraq aradan qaldırılması baş verməlidir. Eyni zamanda məhkəmə izah edir ki, “işçilərin sayının ixtisarı” və “ştatların ixtisarı” fərqli hüquqi anlayışlardır. Işçilərin sayının ixtisarı konkret vəzifə üzrə ştat vahidlərinin sayının azaldılması, ştatların ixtisarı isə konkret vəzifənin ümumilikdə ştat cədvəlindən çıxarılması deməkdir. Hər iki halda əsas şərt ştat vahidlərinin real olaraq azaldılmasıdır. Iş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixli əmrlə ştatın ixtisarı əsası ilə xitam verilmişdir. Lakin həmin əmrdə ixtisarın səbəbləri, iqtisadi və təşkilati əsaslandırılması, habelə iddiaçının işdə saxlanılmasının mümkünsüzlüyü konkret şəkildə göstərilməmişdir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, iş materiallarından göründüyü kimi cavabdeh tərəfindən “0,5 ştat mühasib” vəzifəsi ləğv edilərək əvəzində “1 ştat mühasib” vəzifəsi yaradılmışdır. Məhkəmə hesab edir ki, bu hal ştatların ixtisarı anlayışının mahiyyətinə uyğun deyildir. Belə ki, burada vəzifə aradan qaldırılmamış, əksinə həmin vəzifə üzrə iş həcmi artırılaraq tam ştat vahidi təsis edilmişdir. Başqa sözlə, işəgötürən tərəfindən eyni əmək funksiyası saxlanılmış, yalnız onun təşkilati forması dəyişdirilmişdir. Bu isə ixtisar deyil, struktur dəyişiklik kimi qiymətləndirilməlidir və belə halda əmək müqaviləsinə məhz ixtisar əsası ilə xitam verilməsi hüquqi baxımdan əsaslı sayıla bilməz. Bundan əlavə, iş materiallarından görünür ki, mühasib vəzifəsi üzrə ştat dəyişikliyi barədə qərar ##.##.2025-ci il tarixli protokolla qəbul edilmişdir. Halbuki iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr bundan əvvəl – ##.##.2025-ci il tarixdə verilmişdir. Bu isə ixtisarın əvvəlcədən əsaslandırılmadığını və sonradan rəsmiləşdirildiyini göstərir. Məhkəmə qeyd edir ki, ştatların ixtisarı əmək müqaviləsinə xitam verilməzdən əvvəl həyata keçirilməlidir. Lakin hazırkı iş üzrə ştat dəyişikliyi barədə qərarın əmək müqaviləsinə xitam verildikdən sonra protokol qərarı ilə rəsmiləşdirilməsi, ştat ixtisarının mahiyyətinə zidd olmaqla, işəgötürənin ixtisar prosesini qanunvericiliyin tələblərinə uyğun şəkildə aparmadığını göstərir. Məhkəmə əlavə olaraq qeyd edir ki, ixtisarın real olması yalnız əmrlə deyil, müvafiq sübutların məcmusu ilə təsdiq olunmalıdır. Lakin iş materiallarında ixtisarın zəruriliyini və əsaslılığını təsdiq edən kifayət qədər sübutlar təqdim edilməmişdir. Məhkəmə həmçinin xəbərdarlıq proseduruna münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.1-ci maddəsinə əsasən işəgötürən əmək müqaviləsinə xitam verməzdən əvvəl işçini qanunla müəyyən edilmiş müddətdə rəsmi qaydada xəbərdar etməlidir. Iş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya xəbərdarlıq məktubu təqdim edildiyi iddia olunsa da, həmin xəbərdarlığın qanunvericiliyin tələblərinə uyğun qaydada verilməsi sübuta yetirilməmişdir. Belə ki, cavabdeh tərəf iddiaçının sənədi imzalamaqdan imtina etməsi barədə akt tərtib edildiyini göstərsə də, məhkəmə hesab edir ki, bu hal işəgötürəni qanuni bildiriş qaydasına əməl etmək öhdəliyindən azad etmir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən də təsdiq edilmişdir ki, iddiaçıya xəbərdarlıq ƏMAS sistemi vasitəsilə göndərilməmişdir. Məhkəmə hesab edir ki, xəbərdarlığın yalnız kağız daşıyıcı ilə təqdim edilməsi və işçinin onu qəbul etməməsi barədə akt tərtib olunması, bildirişin qanunvericiliyin tələb etdiyi qaydada verildiyini təsdiq edən yetərli sübut hesab edilə bilməz. Işəgötürən bildirişin çatdırılması üçün bütün qanuni vasitələrdən istifadə etməli idi. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya əmək müqaviləsinə xitam verilməsi barədə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə rəsmi xəbərdarlıq edilməmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən həyata keçirilmiş tədbir formal olaraq “ixtisar” kimi rəsmiləşdirilsə də, ştat vahidlərinin real azaldılması baş verməmiş, faktiki olaraq struktur dəyişiklik həyata keçirilmiş, xəbərdarlıq müddətinə əməl olunmamış və bildiriş düzgün qaydada verilməmiş və işçinin işdə saxlanılması imkanları araşdırılmamışdır. Bu hallar Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin pozulmasını təsdiq edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildikdə, işçi işə bərpa edilməlidir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən əmr qanunsuzdur və ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunmalı və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Iddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə gəldikdə qeyd edilməlidir ki, mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Hazırkı halda məhkəmə qeyd edir ki, mənəvi zərər tələbi sübuta yetirilmədiyindən həmin hissədə iddia təmin edilə bilməz.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.3, 11.“b”, 68.1, 70,“b”, 71.1, 71.3, 77.1, 77.2, 77.4, 78.1, 80.1, 80.2, 300.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin mənəvi zərərin ödənilməsinin rədd edilmiş hissəsində ləğv, həmin hissədə yeni qətnamə qəbul olunaraq cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə 5000 manat məbləğində mənəvi zərərin tutulmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə işəgötürənin əmək müqaviləsinə xitam verərkən qanunsuz hərəkətə yol verdiyini artıq müəyyən etmişdir. Belə olan halda mənəvi zərər tələbi ayrıca qiymətləndirilərkən həmin qanunsuzluğun iddiaçının şəxsi, sosial, peşə və psixoloji vəziyyətinə təsiri nəzərə alınmalı idi. Məhkəmə bir tərəfdən əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab etmiş, digər tərəfdən isə həmin qanunsuz hərəkətin iddiaçıda mənəvi sarsıntı yaratmadığı nəticəsinə gəlmişdir. Bu yanaşma ziddiyyətlidir. Iş materialları ilə təsdiq olunur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin imperativ normaları pozulmaqla xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin ## ### 2026-cı il tarixli məktubunda da müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 77-ci və 80-ci maddələrinin tələbləri pozulmuş, nəticədə vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin sənəd işəgötürənin qanunsuz hərəkətinin yalnız mülki-hüquqi mübahisə çərçivəsində deyil, dövlət nəzarəti orqanı tərəfindən də təsdiq olunduğunu göstərir. Işəgötürənin ixtisar prosedurunu, xəbərdarlıq qaydasını və həmkarlar ittifaqı ilə razılaşdırma mexanizmini pozması sadə formal xəta deyil. Bu, işçinin əmək hüququna, peşə sabitliyinə, gəlir mənbəyinə və sosial müdafiəsinə birbaşa müdaxilədir. Iddiaçının uzun müddət çalışdığı iş yerindən qanunsuz uzaqlaşdırılması, gəlir mənbəyindən məhrum edilməsi, hüquqlarının bərpası üçün dövlət orqanlarına və məhkəməyə müraciət etmək məcburiyyətində qalması, iş yerində qeyri-müəyyənlik, gərginlik və psixoloji təzyiq altında olması mənəvi zərərin mövcudluğunu təsdiq edən hallardır. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Hazırkı işdə iddiaçı yalnız hüquqi bir pozuntu ilə üzləşməmişdir. O, faktiki olaraq işdən uzaqlaşdırılmış, maddi gəlirindən məhrum olmuş, gələcək iş imkanları ilə bağlı qeyri-müəyyən vəziyyətə düşmüş, həmçinin peşə nüfuzuna və sosial münasibətlərinə mənfi təsirlərlə qarşılaşmışdır. Bu hallar həyat təcrübəsinə uyğun olaraq insanın mənəvi vəziyyətinə birbaşa təsir edən, real və obyektiv mənəvi zərər yaradan faktlardır. Xüsusilə vurğulanmalıdır ki, cavabdeh tərkibinə daxil olan işçilərin əmək hüquqlarının müdafiəsi məqsədilə yaradılmış hüquqi şəxs olmaqla, başlıca məqsədi işçilərin iş yerlərində hüquqlarının təmin edilməsi, onların əmək şəraitinin yaxşılaşdırılması, həvəsləndirilməsi, eləcə də işçilərin qarşılaşa biləcəkləri hüquq pozuntuları ilə mübarizə aparmaqdır. Başlıca məqsədi və amalı əmək hüquqlarının müdafiəsi olan bir müəssisənin öz işçisinə qarşı bu qəbildən kobud pozuntu törətməsi həmin təşkilatın öz yaranma məqsədinə və missiyasına tamamilə zidddir. Bununla da, birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 290-cı maddəsini tətbiq etməmiş, əmək münasibətləri üzrə mənəvi ziyanın xüsusi hüquqi rejimini nəzərə almamışdır. Bu isə tətbiq edilməli olan maddi hüquq normasının tətbiq edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin formalaşmış hüquqi mövqelərinə görə, mənəvi zərərin mövcudluğu hər zaman yalnız tibbi sənədlərlə sübut olunmur. Şəxsin əmək, şəxsi və digər hüquqlarının qanunsuz pozulmasının özü belə mənəvi iztirabların yaranmasına əsas verə bilər və məhkəmə işin konkret hallarını nəzərə almaqla kompensasiyanın məbləğini müəyyən etməlidir. Birinci instansiya məhkəməsi əmək hüquqlarının pozulması faktını müəyyən etdiyi halda, həmin pozuntunun iddiaçı üçün yaratdığı mənfi psixoloji nəticələri qiymətləndirməmiş, mənəvi zərər tələbinin rədd edilməsinin hüquqi və faktiki əsaslarını kifayət qədər əsaslandırmamışdır. Halbuki işəgötürənin qanunsuz hərəkətləri nəticəsində iddiaçının konstitusion əmək hüququ pozulmuş, bu hal dövlət orqanının araşdırması ilə də təsdiq edilmişdir. Ali Məhkəmə Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ## ###### 2025-ci il tarixli Qərarında mənəvi zərər fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və ya iztirab kimi müəyyən edilmişdir. Həmin Plenum qərarında mənəvi sarsıntının stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyusluq, qıcıqlanma, uzun müddət davam edən qeyri-müəyyənlik və digər neqativ emosional vəziyyətlərdə ifadə oluna biləcəyi göstərilmişdir. Hazırkı iş üzrə iddiaçının qanunsuz işdən çıxarılması məhz belə nəticələr yaratmışdır. Iş yerindən qanunsuz uzaqlaşdırılma yalnız əmlak hüququnun pozulması kimi deyil, həm də şəxsin peşə kimliyinə, əmək nüfuzuna, sosial statusuna və mənəvi sabitliyinə müdaxilə kimi qiymətləndirilməlidir. Plenum qərarında həmçinin qeyd olunur ki,mənəvi zərərin kompensasiyasının məqsədi zərərçəkənin pozulmuş mənəvi tarazlığının bərpası ilə yanaşı, zərərvuranı gələcəkdə eyni əməlləri təkrar törətməkdən çəkindirməkdir. Bu baxımdan kompensasiya simvolik və əhəmiyyətsiz məbləğ olmamalı, eyni zamanda əsassız varlanmaya səbəb olmayacaq şəkildə ədalətli balansı təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, mənəvi zərər şəxsin qeyri-əmlak nemətlərinə və ya şəxsi qeyri-əmlak hüquqlarına edilən qanunsuz müdaxilə nəticəsində yaranan fiziki və mənəvi iztirablarda ifadə olunur. Belə hüquqların pozulması faktı müəyyən edildikdə, məhkəmə mənəvi zərərin mövcudluğunu qiymətləndirərkən hüquq pozuntusunun xarakterini, onun şəxsin həyatına, nüfuzuna, psixoloji vəziyyətinə və sosial durumuna təsirini nəzərə almalıdır. Konstitusiya Məhkəməsi vurğulamışdır ki, insan hüquq və azadlıqlarının, o cümlədən əmək hüququnun pozulması nəticəsində şəxsin mənəvi sarsıntı keçirməsi həyat təcrübəsi baxımından ehtimal olunan haldır və mənəvi zərərin mövcudluğu hər bir halda yalnız tibbi sənədlərlə sübut edilməməlidir. Məhkəmə işin konkret hallarını, hüquq pozuntusunun ağırlığını və nəticələrini nəzərə almaqla mənəvi zərərin əvəzinin ödənilməsi məsələsini həll etməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə etiraz məhkəməyə təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
17. Iddiaçının nümayəndəsi X1 məhkəmə iclasında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 189.4. Intizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir. Maddə 195. Işəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: b) əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə; e) əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin işəgötürən tərəfindən daxil edilməsi nəticəsində işçilərə maddi, mənəvi ziyan dəydikdə; ə) əmək müqaviləsinə xitam verildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yaydığına görə işə düzələ bilməməsi ilə əlaqədar işçiyə maddi və mənəvi ziyan vurulduqda; Maddə 285.2. Məhkəmə, işəgötürən tərəfindən elan olunmuş lokautu əsassız və qanunsuz hesab edərsə, işçilərə dəyən maddi və mənəvi ziyanın ödənilməsi, habelə işəgötürənin qanunvericiliklə müəyyən edilmiş qaydada digər müvafiq məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edir. Maddə 290.3. Işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. Işçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ## ###### 2025-ci il tarixli Qərarı: 3.2.3. Əmək münasibətləri prosesində mənəvi zərərin vurulmasına əsas olan halların dairəsinə Əmək Məcəlləsində birbaşa göstərilən hallarla yanaşı, bu münasibətlərin subyektlərinin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnən digər hallar da aiddir. 3.2.4. Belə ki, Əmək Məcəlləsinin 195-ci maddəsinin “e” və “ə” bəndləri, 285-ci maddəsinin 2-ci hissəsi, habelə 290-cı maddəsinin 3-cü hissəsinin qeydində sadalanan hüquqazidd əməllər əmək münasibətləri prosesində işəgötürən tərəfindən işçiyə mənəvi ziyanın vurulması əsası kimi birbaşa göstərilmişdir. 3.2.5. Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinin qeyd hissəsinin tətbiqi zamanı nəzərə alınmalıdır ki, həmin maddənin qeyd hissəsindən göründüyü kimi, işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan əməllərin mövcudluğu faktı əksi sübuta yetirilməyincə mənəvi zərərin tutulması üçün yetərli olacaqdır. Bundan fərqli olaraq, işçinin barəsində yalan məlumatların yayılması o zaman mənəvi zərərin vurulması ilə nəticələnə bilər ki, bu əməllər işçinin kollektiv arasında gözdən salınması məqsədi ilə edilmiş olsun. Nəzərə alınmalıdır ki, sözügedən faktların mövcudluğu üzrə sübutetmə yükü işçinin, onların əksini sübutetmə yükü isə işəgötürənin üzərindədir. Lakin işçi barəsində yalan məlumatların yayılması faktına istinadən mənəvi zərərin ödənilməsini tələb edərsə, bu faktın mövcudluğu ilə yanaşı, yayılmanın onun kollektiv arasında gözdən salınması məqsədi ilə edilməsi halını da sübut etməlidir. 3.2.6. Bununla belə qeyd olunmalıdır ki, əməlin mənəvi zərərin yaranması əsasını təşkil etdiyi Əmək Məcəlləsində birbaşa göstərilən hallarla yanaşı, işçinin və işəgötürənin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnən digər hallar da mənəvi zərərin yaranması əsası kimi çıxış edə bilər. Məsələn, Əmək Məcəlləsinin 189-cu maddəsinin 4-cü hissəsi və 195ci maddəsinin “c” və “g” bəndlərində nəzərdə tutulmuş əməllər, habelə işçinin şəxsi və ailə sirri təşkil edən məlumatların kollektivdə yayılması onun müvafiq olaraq şərəf və ləyaqət, sağlamlıq və şəxsi toxunulmazlıqla bağlı şəxsiyyət hüquqlarına hüquqazidd müdaxiləyə səbəb olduğundan, mənəvi zərərin yaranması əsasını təşkil edəcəkdir. 3.2.8. Mənəvi ziyanın vurulduğunu iddia edən işçi həmin ziyana görə tələb etdiyi mənəvi təzminatın məbləğini ərizəsində göstərməlidir. Mənəvi təzminatın məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktiki hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayəti ilə qətnamə cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, iddiaçı tərəfindən yalnız mənəvi zərərin ödənilməsinin rədd edilmiş hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə iddianın rədd edildiyi hissədə yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə toxunulmamalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
23. Əmək Məcəlləsinin yuxarıda qeyd olunan normalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ## ###### 2025-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyə görə yalnız aşağıdakı halların mövcud olduğu təqdirdə mənəvi zərərin əvəzinin tutulması üçün əsaslar yaranır: - əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi; - əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin işəgötürən tərəfindən daxil edilməsi; - əmək müqaviləsinə xitam verildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yaydığına görə işə düzələ bilməməsi; - işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər edilməsi.
24. Lakin işin hallarından da görünür ki, bu halların heç biri mövcud deyildir və apellyasiya şikayətinin əsası qeyd olunan xüsusatlar bu halların təsir dairəsinə düşmür.
25. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
26. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.