Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2616/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, Eyvazov Rafael Əmir oğlundan və X2 ibarət tərkibdə Musayeva Aytac Elşən qızının katibliyi ilə İddiaçı “Kolin İnşaat Turizm Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdehin qanuni nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı (iddiaçı) “Kolin İnşaat Turizm Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin ##.##.2025-ci il tarixli ****/**** saylı əmrinin ləğv edilməsi, əvvəlki vəzifəsinə işə bərpa olunması, əmək müaviləsinə xitam verildiyi ##.##.2025-ci il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsi, cavabdehdən ona vurduğu mənəvi zərərə görə 15 000 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, “Kolin İnşaat Turizm Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ##.##.2025-ci il tarixli ****/** saylı əmrinin ləğv olunması, İddiaçı “Kolin İnşaat Turizm Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin “Yalama-Sumqayıt Dəmir Yolu Xəttinin Bərpasının dizayn, təchizat və quraşdırma işləri” bölməsində “sürücü, yük avtomobili” vəzifəsinə bərpa edilməsi, İddiaçı ##.##.2025-ci il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqının hesablanaraq "Kolin İnşaat Turizm Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdehin qanuni nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 135.6-cı maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ## #### 2026-cı il tarixində “Kolin İnşaat Turizm Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin elektron kabinetinə yerləşdirilmiş, cavabdeh tərəfindən apellyasiya şikayəti isə # ### 2026-cı il tarixində verilmişdir. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinə qətnamənin elektron sistemə yerləşdirildiyinə dair məlumatın cavabdehə ## ##### 2026-cı il tarixində göndərildiyinə dair şəxsi kabinetdən çıxarış əlavə edilsə də, bu halın elektron məhkəmə sistemində yaranmış texniki, yaxud digər üzrlü səbəblərdən dolayı yaranıb-yaranmadığının və müddətin ötürülübötürülmədiyinin izahı verilməmiş, əgər müddət ötürülmüşdürsə, ötürülmüş müddətin bərpa olunmasına dair ərizə təqdim edilməmişdir. Başqa sözlə, məhkəmə göstərilən halı, yəni sənədin cavabdehin elektron kabinetinə ##.##.2026-cı il tarixində yerləşdirildiyini nəzərə almadan, onun qətnamədən şikayət vermə müddətini ötürüb-ötürmədiyi, əgər müddət otürülmüşdürsə bunun üzrlü səbəblərdən baş veribvermədiyi məsələsinə qiymət vermədən, müddət ötürülməmişdirsə buna münasibət bildirmədən şikayəti apellyasiya instansiyasına göndərmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6444/2025 saylı iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsindən “Kolin İnşaat Turizm Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş, apellyasiya şikayətinin vaxtında verilibverilmədiyi məsələsinə qiymət verilməsi, əgər vaxtında verilməmişdirsə geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Rafael Eyvazov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(3-6)-2616/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2616/2026
17.06.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver