Məhkəmə qərarları › İş №e-2(3-8)-806/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-806/2026

06.08.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-806/2026 06.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh “xxxx" X2inə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa olunma, məcburi iş buraxma müddəti üçün əmək haqqının və dəymiş ziyanın əvəzinin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı, onun nümayəndə və vəkili Vəkil və cavabdeh Cavabdeh PHŞ-nin nümayəndəsi İbrahimli Günay Zülfi qızının iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsindən cavabdeh “xxxx" X2i tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh publik hüququ şəxsinin ##.##.2026-cı il tarixli, 18-1-66\3-1-110\**** saylı əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçının öz iş yerinə bərpa olunması, məcburi buraxılmış iş müddəti üçün əmək haqqının, nümayəndəyə (vəkilə) ödənilmiş 300 manatın və dəymiş mənəvi ziyanın əvəzi kimi 100000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi bununla əsaslandırılmışdır ki, o, uzun illərdirki tibb və səhiyyə sahəsində işləmiş və verilən tapşırıqların öhdəsindən yüksək səviyyədə gəlməyə, səmərəli fəaliyyət göstərməyə çalışmışdır. Lakin bir neçə müddət bundan əvvəl iş yerində ona qarşı olan münasibətlər mənən sarsılmağına və məyus olmağına səbəb olmuşdur. Belə ki, o, 1992-1999-cu illər ərzində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi həkim olaraq xidmət etmişdir. X9 veteranıdır. 1999-cu ildə ordudan tərxis olunduqdan sonra ##.##.2026-cı il tarixədək Sumqayıt Səhiyyə Şöbəsinin (indiki Cavabdeh publik hüququ şəxs) nəzdində olan * saylı Xəstəxanada həkim-cərrah kimi işləmişdir. Bu 33 il ərzində onun fəaliyyətində heç bir nöqsan olmamış və qüsursuz işləmişdir. Bir dəfə də olsa rəhbərlik tərəfindən ona irad bildirilməmiş, xəstələr tərəfindən barəsində şikayət də olmamışdır. Lakin 2025-ci ilin dekabr ayının əvvəlində öd kisəsi əməliyyatına təyin edilmiş 4 nəfər xəstənin birində hepatit B virusu aşkar olunmuş, əməliyyat eyni alətlərlə icra edildiyinə görə mövcud tibbi protokola əsasən qeyd edilən virusa yoluxmuş xəstələr sıra ardıcıllığına əsasən cərrahiyyə əməliyyatı olunmalıdırlar. Alətlərin sterilizasiyası əməliyyatdan sonra 24 saat müddətinə həyata keçirilir. Həmin virusa yoluxmuş xəstənin həkimi cərrah Şəbnəm İmanova digər xəstələrdən öncə əməliyyat etmək istəmiş, həmin həkimə və şöbə müdiri Əhmədov Şabana iradını bildirmişdir ki, bu xəstənin əməliyyatını qabağa salmaq olmaz, çünki alətlər vasitəsi ilə virusun ondan sonrakı xəstələrə yoluxma riski böyükdür. Həmin vaxt Şaban həkim ona demişdir ki, baş həkim bu əməliyyata icazə verib. O, baş həkim Mətləb Musayevlə danışıb ona bu vəziyyət haqqında məlumat verdikdə, baş həkim həmin əməliyyata özü icazə verdiyini demiş, baş həkimə “bu cinayətdir..siz bu əməliyyata icazə verə bilməzsiz. Həmin xəstə eyni gündə digər xəstələrdən öncə əməliyyat olarsa tibb mərkəzinə, rəhbərliyə bu barədə məlumat verəcəyəm.” Bildirdiyi üçün həmin hadisədən sonra xəstəxananın baş həkimi Mətləb Musayev ona qərəzli münasibət göstərməyə başlamışdır. Bir neçə gün keçdikdən sonra isə ona telefon vasitəsi ilə zəng edib bildirmişdir ki, onu hərbi xidmətə çağırış idarəsinə həkim komissiyasında iştirak üçün göndərəcəkdir. O, 2001-ci ildən dəfələrlə həmin həkim komissiyasında iştirak etmiş, lakin xəstəxananın 70 faiz digər həkimləri bu komissiyada iştirak etməmişlər. ##.##.2025-ci il tarixdə xxxxnə getmiş, yazılı şəkildə mərkəzin rəhbəri Elnur Azadxanova müraciət edərək, * saylı xəstəxanada həkimlərin hərbi xidmətə çağırış idarəsində həkim komissiyasında iştirakının düzgün təşkil edilmədiyini, eyni həkimlərin daima göndərildiyini, çoxlarının isə bu işdən kənarda saxlanıldığını bildirib qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin vaxt ##.##.2025-ci il tarixdə bu barədə həmçinin * saylı xəstəxananın baş həkimi Mətləb Musayevə ərizə ilə müraciət etmişdir. Baş həkim və kadrların rəisi ona digər həkimlə əvəz ediləcəyini demişlər. ##.##.2025-ci il tarixdə xəstəxanada ona deyilmişdi ki, hərbi xidmətə çağırış idarəsində həkim komissiyasında İlqar Paşayev iştirak edəcək. ##.##.2026-cı il tarixdə işdə olduğu zaman onu xxxxnə çağırmışlar. O, mərkəzin rəhbəri Elnur Azadxanovun qəbuluna girmişdir. Qəbul zamanı o, uca səslə ondan hərbi xidmətə çağırış idarəsinə niyə getmədiyini soruşmuş, onu dinləmədən və verdiyi suala cavab verməyə imkan vermədən onu öz otağından qovmuşdur. Onun otağından çıxıb hərbi xidmətə çağırış idarəsinə gedib komissiya sədrinə gəldiyini bildirmiş, sədr isə zərurət olmadığını, komissiyada İlqar Paşayevin iştirak etdiyini söyləmişdir. Bundan sonra o, iş yerinə qayıtmış orada ona həkimlik fəaliyyətinə tibb mərkəzinin rəhbəri tərəfindən qadağa qoyulduğu bildirilmişdir. ##.##.2026-cı il tarixdə xəstəxana rəhbərlik tərəfindən ona şiddətli töhmət verildiyini bildikdən sonra həmin gün təkrar baş verənlərlə bağlı ərizə yazıb xxxxnə təqdim etmişdir. ##.##.2026-cı il tarixdə onu Tibbi Şuranın iclasına çağırmışlar. İclasda məlum olmuşdur ki, tibb şurası xəstəxanadakı nöqsanlara görə bildirdikləri barədə deyil, ##.##.2025-ci il tarixdə onun əməliyyat etdiyi, sonradan reanimasiya palatasında müalicəsi davam etdirilən və tənəffüs çatışmazlığından ##.##.2026-cı il tarixdə vəfat etmiş xəstənin məsələsi müzakirəyə çıxarılıb. Halbuki reanimasiya şöbəsində həmin ərəfədə 10 nəfər xəstə ölmüşdür. Lakin ona qarşı qərəzli münasibətin nəticəsi olaraq yalnız onun əməliyyat etdiyi xəstə müzakirə edilib. Bundan bir neçə gün sonra məlum oldu ki, Cavabdeh publik hüququ şəxsinin ##.##.2026cı il tarixli 18-1-66\3-1-110\**** saylı əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad edilmişdir. Həmin hərəkətləri ilə cavabdeh qurum ona çox ağır mənəvi zərər vurmuşdur. Belə ki o, döyüş meydanında yaralıları müalicə və əməliyyat edən müharibə veteranıdır. 33 illik ən ali cərrah adı almış həkimdir və onu işdən bu şəkildə qovmaq böyük mənəvi sarsıntı yaratmışdır. Yaşadığı bu hadisə əsassız olaraq əsəb və stress keçirməsilə nəticələnmişdir. Onun bu şəkildə işdən qovulması işgüzar nüfuzuna mənfi təsir göstərmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

3. Məhkəmə gedişatında iddiaçı MPM-in 53-cü maddəsinə istinad edərək, xxxx” publik hüququ şəxsinin ##.##.2026-cı il tarixli intizam tənbehi barədə əmrinin və ##.##.2026-cı il tarixli 18-1-66\3-1-110\**** saylı əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi, onun öz iş yerinə bərpa olunması, məcburi buraxılmış iş müddəti üçün əmək haqqının, nümayəndəyə (vəkilə) ödənilmiş 300 manat, dəymiş mənəvi ziyanın əvəzi kimi 100000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

5. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh publik hüququ şəxsinin İddiaçı barəsində verdiyi ##.##.2026-cı il tarixli **-*-**/*-*-**/**** saylı və ##.##.2026-cı il tarixli **-*-**/*-****/**** saylı əmrlərinin ləğv edilməsi, İddiaçı * saylı Sumqayıt şəhər Xəstəxanasının cərrahiyyə Şöbəsinin həkim-cərrahı vəzifəsinə bərpa olunması, ona ##.##.2026-cı il tarixindən işə bərpa olunacağı günə qədər olan müddət üçün qanunla müəyyən edilmiş qaydada əmək haqqının ödənilməsi, iddiaçının hüquqi yardım üçün vəkilə ödədiyi 300 manat vəsaitin Cavabdeh PHŞ-dən tutularaq İddiaçı qaytarılması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh PHŞ tərəfindən ##.##.2026-cı il tarixli **-*-**/*-*-**/**** saylı əmrlə İddiaçı əmək funksiyasının icrası zamanı əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini və müəssisədaxili intizam qaydalarını pozduğuna görə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Buna səbəb kimi işəgötürən orqan həkimin 2026-cı ilin yanvar ayının 03-dən 31-dək olan müddətdə Hərbi həkim komissiyasının işinə cəlb edilməsi ilə bağlı əmrə əsasən çağırışçıların şəhadətləndirilməsi üçün hərbi həkim komissiyasında iştirak etməkdən imtina etməsini göstərmişdir. İş materiallarında intizam tənbehi verilməmişdən öncə İddiaçı izahat alınması və ya onun bu izahatı verməkdən imtina etməsi barədə məlumatlar (imtina barədə akt) yoxdur. Halbuki bu məlumatların məhkəməyə təqdim edilməsi işəgötürənin vəzifəsidir. Məhkəmə iclasında iddiaçı ümumiyyətlə bu məsələdən heç bir məlumatının olmadığını bildirmişdir. Onun işdən azad edilməsi barədə əmrin əsasını isə həm X7 əməliyyatdan sonra ölməsi, həm də iddiaçının daha əvvəl verilmiş intizam tənbehindən nəticə çıxarmaması təşkil edir. İddiaçının işdən azad edərkən işəgötürən öz əmrini kifayət qədər əsaslandırmamışdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, həkim-cərrah İddiaçılə bağlanmış əmək müqaviləsinə onun əməliyyat etdiyi xəstənin ölməsi faktına əsasən xitam verilmişdir. Bu hal isə Əmək Məcəlləsinin 72-ci maddəsinin “e”, “ə” və “f” bəndlərinə uyğun gəlir. Bununla belə Sumqayıt şəhər Prokurorluğunun ##.##.2026-cı il tarixli qərarı ilə X7 * saylı Sumqayıt şəhər xəstəxanasında ölməsi faktı ilə bağlı Cavabdeh PHŞ-nin ##.##.2026-cı il tarixli müraciəti əsasında toplanmış **C-** saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə-tibb ekspertizasının ##.##.2026-cı il tarixli **/KEŞ saylı rəyinə əsasən S.E.Tağıyevaya xəstəxanada aparılmış müayinə və müalicələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. Meyitin ekspertizası aparılmadığı üçün onun ölümünün səbəbində hansı amilin həlledici olması və aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqənin olub-olmaması haqqında fikir söylənilməsi mümkün olmamışdır. Meyitin ekspertizaya təqdim edilməsinə xəstənin övladı Nurlan Verdiyev qəti etiraz etmiş, bu səbəbdən də meyit təşrih olunmamışdır. Görünüdüyü kimi, prokurorluğun qərarı ilə S.E.Tağıyevanın ölümünün səbəbində hansı amilin həlledici olması və iddiaçı tərəfindən aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqənin olub-olmaması müəyyən edilməmişdir. Belə olan halda, işəgötürənin məhz ölüm faktına istinad edərək iddiaçının işdən azad edilməsi barədə əmr verməsi öz əsaslılığını itirir. Tibbi şuranın ##.##.2026-cı il tarixli rəyi ilə məhkəmə-tibb ekspertizasının ##.##.2026-cı il tarixli **/KEŞ saylı rəyi arasında ziddiyyətlər mövcuddur. Bununla belə, ekspertizanın mübahisə üzrə neytrallığını nəzərə alan məhkəmə onun rəyini daha mötəbər sənəd kimi qəbul edir. Bu rəydən isə görünür ki, S.E.Tağıyevaya xəstəxanada aparılmış müayinə və müalicələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. Sadalanan hallar isə cavabdehin iddiaçıya qərəzli davranması kimi qiymətləndirilə bilər. İddiaçı İddiaçı cavabdeh Cavabdeh PHŞ tərəfindən ona 100000 manat məbləğində mənəvi zərərin vurulması, işgüzar nüfuzunun ləkələnməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmiş və tələbi iş materialları sübuta yetirilməmişdir.

7. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7,68, 168, 70,187.1, 71.2, 71.3, 74, 191, 195, 196.1, 300.1-ci maddələrinə istinad edərək iddianı təmin etməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh Cavabdeh publik hüququ şəxsi tərəfindən apellyasiya şikayəti verilərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağrılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına, Sumqayıt şəhər İcra Hakimiyyətinin müvafiq Sərəncamına, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X2 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli 18-1-66/3-17131/2025 №li (2026-cı ilin yanvar ayının 03-dən 31-dək olan müddətdə Hərbi həkim komissiyasının işinə cəlb edilməsi ilə bağlı) əmrinə əsasən çağırışçıların şəhadətləndirilməsi üçün hərbi həkim komissiyasında iddiaçı İddiaçı iştirak etməkdən imtina etmişdir. Məhz bu səbəbdən və bundan öncəki oxşar hərəkətlərə yol verdiyindən xxxx PHŞ tərəfindən İddiaçı ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq “sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İddiaçı bir neçə dəfə izahatla bağlı xxxxnə dəvət olunsa da İddiaçı izahat yazmaqdan imtina etmişdir. Əmək Məcəlləsinin 187-ci maddəsinə və 1-ci instansiya məhkəməsinin də qəbul etdiyi qətnamədə qeyd edildiyi kimi işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Qanunun bu normasını əsas tutan cavabdeh təşkilat iddiaçı barəsində mübahisə edilən əmri vermişdir. Göründüyü kimi əmr verilən zaman əmək qanunvericiliyin tələblərinə əməl olunmaqla düzgün və ədalətli əmr verilmişdir. İddiaçı qeyd edir ki, ##.##.2026-cı il tarixli **-*-**/*-*- **/**** saylı əmrlə tanış olmamışdır. Halbuki, ona verilən əmrlə tanış olması barədə iddiaçıya məlumat verilsə də, o, əmrlə tanış olmaqdan imtina etmişdir. Bununla bağlı şöbə daxili akt tərtib olunmuş və qeyd edilən akt məhkəməyə təqdim olunmuşdur. ##.##.2025ci il tarixdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi X2in “815” nömrəli qaynar xəttinə vətəndaş Nurlan Verdiyev tərəfindən daxil olmuş şikayətə əsasən bildirilmişdir ki, anası X7 ##.##.2025-ci il tarixdə xxxxnin tabeliyində olan * nömrəli xəstəxananın həkim-cərrahı İddiaçı tərəfindən “Öd əməliyyatı” keçirdiyini və əməliyyatın uğursuz olduğunu və təkrar olaraq əməliyyata alındığını və həkim İddiaçı şikayətçi olduğunu bildirmişdir. Belə ki, həkim-cərrahın ona anasının yaxşı olduğunu deməsi, lakin həqiqətdə anasının yaxşı olmadığını qeyd etmişdir. Vətəndaş daha sonra təkrar olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi X2in “815” nömrəli qaynar xəttinə müraciət edərək ilk əməliyyat zamanı anası S.Tağıyevanın qaraciyərinin zədə aldığını və vəfat etdiyini bildirmiş və həkimcərrah İddiaçılə bağlı tədbir görülməsini qeyd etmişdir. Qeyd edilən ölüm halı araşdırılmış və məlum olmuşdur ki, xxxx PHŞ-in tabeliyində olan * nömrəli xəstəxananın Cərrahiyyə şöbəsində əməliyyat olan xəstə 1968-ci il təvəllüdlü X7 “xroniki kalkulyoz xolisistitin kəskinləşməsi” diaqnozu ilə Cərrahiyyə şöbəsinə qəbul edilmişdir. Əməliyyatyönü müayinələr aparılmış, ##.##.2025-ci il tarixdə xəstəyə cərrahiyyə şöbəsinin həkim-cərrahı İddiaçı tərəfindən “Laporoskopik xolesistektomiya” əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövrdə xəstənin vəziyyəti pisləşmiş və ##.##.2025-ci il tarixdə “Laporatomiya, kiçik çanaqdan hematomanın xaric edilməsi, qarın boşluğunun sanasiya və drenə edilməsi” cərrahi əməliyyatı icra olunmuşdur. Əməliyyatdan sonra xəstənin vəziyyətində ağırlaşmalar daha da artmış, ##.##.2026-cı il tarixdə saat 07:30- da xəstənin bioloji ölümü baş vermişdir. Sənubər Tağıyevanın ölüm halının araşdırılması ilə bağlı ##.##.2026-cı il tarixdə Tibbi şura təşkil edilmiş, müzakirələr nəticəsində və verilmiş tibbi rəyə və xəstənin ölüm epikrizinə əsasən (##.##.2026-cı il tarixli **-*-**/*-**/**** saylı tibbi rəy - xəstə 1968-ci il təvəllüdlü,X7 ##.##.2025-ci il tarixində “Xroniki kalkulyoz xolisistitin kəskinləşməsi” diaqnozu ilə Cavabdeh X2in tabeliyində olan * nömrəli şəhər xəstəxanasının Cərrahiyyə şöbəsinə qəbul edilmişdir. Əməliyyatönü müayinələr aparılmış, ##.##.2025-ci düzgün il tarixində “Laparoskopik xolesistektomiya” əməliyyatı icra edilmişdir. Əməliyyatı icra edən həkim tətbiq cərrah İddiaçı olmuşdur. Əməliyyatdan sonrakı dövrdə dinamikada xəstənin vəziyyəti pisləşmiş və ##.##.2025-ci il tarixində laparotomiya, kiçik çanaqdan hematomanın xaric edilməsi, qarın boşluğunun sanasiya və drenə edilməsi cərrahi əməliyyatı icra olunmuşdur. Əməliyyatdan sonrakı dövrdə xəstənin vəziyyətində ağırlaşmalar daha da artmış və ##.##.2026-ci il tarixində 07:30-da bioloji ölüm qeyd edilmişdir. Xəstəlik tarixinin araşdırılması zamanı məlum olmuşdur ki, hüquqi sənəd (xəstəlik tarixi) səliqəsiz, bir sıra yerlərdə xronologiyanın itməsinə səbəb olaraq tərtib olunmuşdur. Əməliyyatdan öncəki dövrdə müayinələrə nəzər salarkən–##.##.2025-ci il tarixdə qanın ümumi analizində hemoqulobulin 9,2 q/l əməliyyatdan sonrakı dövr ##.##.2025-ci il tarixdə 6,4 q/l qədər enməsi məlum olur. Bu da özlüyündə əməliyyat zamanı xəstədə qanaxmanın olduğu və yazılmış əməliyyat protokolunda qanaxmanın olması, qanaxmanın həcmi, xarakteri, səbəbi barədə heç bir qeydin aparılmadığını göstərir. Nəzərə alınsa ki, qapalı texnikalarda (laparoskopiya) massiv qanaxmalar zamanı əməliyyat konversiya olunaraq açıq əməliyyata keçirilir (laparotomiya), bu halda isə əməliyyat qapalı olaraq tamamlanmışdır. Xəstəlik tarixində gündəlik qeydləri oxuyarkən xəstənin vəziyyətinin günəgün ağırlaşdığı, qan təhlillərində iltihabi, laxtalanma sistemi, qaraciyərin funksional göstəricilərinin patoloji dəyişikliklərinin dinamik artması müşahidə edilir. Lakin gündəliklərdə yalnız bağırsaq atoniyasının artması, xəstənin vəziyyətinin ağırlaşdığını əks etdirən standart cümlələr vardır. Qarın boşluğunda drenajın olduğu yazılsa da, drenajdan gəlim, gəlimin xarakteri digər gündəliklərdə qeyd edilmir. Konsilium aparılmayıb, digər ixtisaslı cərrah kolleqaların, şöbə müdirinin baxışı yoxdur. Əməliyyatönü təhlükəsizlik vərəqi natamamdır. Gündəliklər ağırlaşma səbəbini və lazımi müalicə tədbirlərini dolğun əks etdirmir. ##.##.2025 tarixində xəstə bir daha əməliyyata alınaraq, laparotomiya icra edilmişdir. Əməliyyat zamanı aşkarlanmış hematoma birinci əməliyyatdan sonra qanaxmanın davam etməsinə və həmin əməliyyatın açıq əməliyyata keçirilməməsi ilə qarın boşluğunun dəqiq reviziya edilmədiyinə dəlalət edir. Əməliyyatdan sonrakı dövrdə qaraciyərin funksional göstəricilərinin artması (birinci əməliyyatda düşünülən qanaxma zamanı aparılan naməlum cərahi manupulyasiyalar səbəb ola bilər), septiki vəziyyətin inkişafı, ağciyər çatmazlığının inkişafı, bağırsaq atoniyasının davam etməsi dinamikada geri dönülməz proseslərə səbəb olmuşdur. Nəticədə bu proseslər, klinik ölümə və aparılan reanimatoloji tədbirlərə baxmayaraq bioloji ölümə səbəb olmuşdur) həkim-cərrahın əmək funksiyasının icrası zamanı kobud səhvlərə yol verərək cərrahi əməliyyatlar zamanı baş vermiş texniki səhvlər nəticəsində xəstənin ölümünə səbəb olması qənaətinə gəlinmiş, bu səbəbdən də həkim-cərrahla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qərarı alınmışdır. Qeyd edilməli əsas hal ondan ibarətdir ki, xəstə S.Tağıyevanın ölüm epikrizində iddiaçı özü şəxsən xəstənin vəziyyətində ağırlaşma hallarını qeyd etmiş və qeyd edilən ağırlaşma halları epikriz sənədində öz təsdiqini tapmışdır. Bundan əlavə araşdırma zamanı eləcə də ölüm halının gerçəkləşməsi ilə bağlı polis və prokurorluq orqanlarına məlumat verilmədiyi məlum olmuşdur. Həkim-cərrahın əməlinə münasibət bildirilməsi, o cümlədən hüquqi qiymət verilməsi məqsədilə ##.##.2026-cı il tarixdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X2ə və Sumqayıt şəhər prokuroluğuna rəsmi müraciət ünvanlanmışdır. Beləliklə də * nömrəli şəhər xəstəxanasının cərrahiyyə şöbəsinin həkim-cərrahı İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsasən (Sumqayıt şəhər Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının ##.##.2026-cı il tarixli ** nömrəli qərarına istinad edilərək) ## ###### 2026-cı il tarixdən tutduğu vəzifədən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə hesab edir ki, Sumqayıt şəhər Prokurorluğunun qərarı ilə S.E.Tağıyevanın ölümünün səbəbində hansı amilin həlledici olması və iddiaçı tərəfindən aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqənin olubolmaması müəyyən edilməmişdir. Belə olan halda işə götürənin məhz ölüm faktına istinad edərək iddiaçının işdən azad edilməsi barədə əmr verməsi öz əsaslığını itirir. Məhkəmənin qeyd etdiyi bu hissədə bildirilir ki, işçinin peşə vəzifələrini kobud şəkildə (cərrahi əməliyyatlar zamanı baş vermiş texniki səhvlər) pozması nəticəsində insan ölümü baş vermişdirsə, bu hal əmək münasibətlərinin davam etdirilməsini mümkünsüz edən ən ağır əsaslardan biridir. Bu vəziyyətdə əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericilikdə bundan daha ağır hansı əsas mövcud ola bilər. Xəstə S.Tağıyevanın tibbi sənədlərinə baxış keçirilmiş, tibbi şura tərəfindən tibbi rəy verilmiş və S.Tağıyevanın planlı xəstə olması, həkim-cərrah İddiaçı tərəfindən xəstənin cərrahi əməliyyat zamanı əmək funksiyasının icrası zamanı işində yol verdiyi texniki səhvlər, nöqsan və qüsurlar (cərrahi müdaxiləni düzgün və vaxtında icra etməməsinə görə) zamanı vəfat etməsi qeyd edilmişdir. İstənilən həkim peşəkar vəzifələri müəyyən edilmiş bir vəzifəli şəxsdir. Əgər həkim tərəfindən qəbul edilmiş qərar xəstənin səhəhtinə ciddi zərər vurmuş və ya onun ölümünə səbəb olmuşsa bu cinayət tərkibinin əmələ gəlməsi üçün əsas ola bilər. Lakin həkimin səhlənkarlığının sübuta yetirilməsinin mümkün olmamasının səbəbi xəstənin oğlu Nurlan Verdiyevin meyidin Məhkəmə Tibbi Ekspertizası aparılması üçün razılığı olmadığından həkim İddiaçı cinayət məsuliyyətinə cəlb etmə məsələsi prokurorluq tərəfindən açıq qalmışdır. Xüsusilə vurğulanır ki, əmək qanunvericiliyinin tələbləri baxımından işəgötürən işçinin işdə buraxdığı nöqsan və qüsura görə (həkimin səhvinə (iddiaçının vəzifəsi olan cərrahi müdaxiləni düzgün və vaxtında icra etməməsinə) görə) cinayət məsuliyyəti olduğu təqdirdə əmək müqaviləsinə xitam verilməsi kimi deyil, intizam məsuliyyətini də müəyyən edir. Belə ki, həkim işində yol verdiyi səhlənkarlığına görə müəssisə daxili intizam, mülki və cinayət məsuliyyətinə cəlb edilə bilinər. Cavabdeh təşkilatda vətəndaşların (tibb müəssisələrinə müraciət etmiş şəxslər) səhhətlərində ağır nəticələrə və ya ölümünə gətirib çıxaran səbəblərin qarşısının alınması məqsədilə mübahisə edilən əmrləri qəbul etmişdir. Məhkəmə gedişatı zamanı vəsatət verilmiş və Sumqayıt * nömrəli xəstəxananın Cərrahiyyə şöbəsinin şöbə müdiri həkim-cərrah Şaban Əhmədov məhkəmə zalında ifadə verərək əgər xəstə “2-ci dəfə əməliyyata alınırsa” bu halın həkimin səhvi olduğunu qeyd etmişdir. Lakin Məhkəmə şahid ifadəsinin o hissəsini qətnamədə qeyd etməmişdir. Bununla bağlı qeyd edilir ki, məhkəmə o qədər qərəzli mövqeydən çıxış edir ki, xəstə S.Tağıyevanın ölüm səbəbini həkim-cərrah İddiaçı qanunsuz əməllərini, sırf cərrahi müdaxilələrin düzgün icra edilməməsini (cərrahi əməliyyatlar zamanı baş vermiş texniki səhvlər) ölümə baş verən nəticəyə gətirib çıxartmasını pərdələməyə çalışır. Beləliklə də, qətnamə qəbul edilərkən qərəzin olması tam olaraq aydın görsənir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh PHŞ-nin nümayəndəsi İbrahimli Günay Zülfi qızı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Cavabdeh PHŞnin tabeliyində olan Sumqayıt şəhər * nömrəli xəstəxananın rəhbərliyi tərəfindən ##.##.2025-ci il tarixli təqdimat daxil olmuşdur. Təqdimata əsasən Sumqayıt şəhər * nömrəli xəstəxananı həkim cərrahı İddiaçı hərbi-həkim komissiyasında iştirak etməmişdir. Ona görə də həkimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Eyni zamanda, vətəndaş qaynar xəttə zəng edərək, anasının əməliyyatının İddiaçı tərəfindən düzgün icra olunmaması səbəbi ilə şikayət etmiş, tədbir görülməsini istəmişdir. Növbəti dəfə isə anasının ölümü həkim səhvi ucbatından olduğunu bildirmiş, bununla bağlı tədbir görülməsini istəmişdir. Bununla bağlı, ölüm hallarının araşdırılması komissiyası araşdırma aparmış, tibbi şura keçirilmiş, həkimin əməliyyatın icrası zamanı yol verdiyi texniki səhvi ucbatından hadisənin baş verməsi məlum olmuşdur. Həkimin öz vəzifələrinin icrası zamanı kifayət qədər nöqsanlara yol verməsi barədə müvafiq rəy verilmişdir. Bundan sonra, ƏM-in 70-ci maddəsinin “Ç” bəndi ilə İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda, ölüm halı qeydə alınsa da, nə həkim, nə də xəstəxana işin araşdırılması üçün prokurorluğa məlumat verməmiş, cavabdeh şəxsən özü bu barədə prokurorluğa məlumat vermişdir. Ölüm hallarıbaş verdikdə həkim, yaxud xəstəxana prokurorluğa məlumat verməlidir. Onlar məlumat vermədiklərindən pubkik hüquqi şəxs olaraq prokurorluğa məlumat vermişlər. Onlara da ölüm halı ilə bağlı məlumat daxil olmamış, yalnız vətəndaşın qaynar xəttə müraciətindən sonra məsələ agah olmuşdur. Prokurorluqda araşdırma zamanı aparılan ekspertiza ilə onların komissiyasının rəyi arasında ziddiyət mövcuddur və onlar verdiyi rəy cinayət işinin araşdırılması zamanı aparılan ekspertiza rəyindən üstün deyil. Xəstə planlı öd əməliyyatında daxil olmuşdur, həkimlər cərrahi əməliyyat zamanı yol verilmiş nöqsanları araşdırmışdır. Onlar prokurorluğa müraciət edir, prokurorluq araşdırma aparır, cinayət tərkibi vardırsa, özləri müvafiq tədbirlər görürlər. Prokurorluğun yekun qərarını gözləmədən işçini ƏM-nin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən azad edə bilərlər. Ölüm halını prokurorluq araşdırır, onlar həkimlə yalnız cərrahi əməliyyat zamanı yol verilmiş nöqsanları araşdırmışdır. Protokol 09 yanvarda tərtib edilmiş, həmin protokolu Tibbi Şura tərtib etmişdir. X3 Şuranın sədridir. İddiaçının Hərbi həkim komissiyasında iştirak etmədiyinə görə kadr üzrə mütəxəssisə bildirmişdir ki, həkimlə əlaqə saxlanılsın və izahat vermək üçün yaxınlaşsın. Kadr üzrə mütəxəssis həkimlə izahat verməsi üçün əlaqə saxlamış, lakin iddiaçı izahat verməkdən imtina etmişdir. İddiaçı töhmət əmri ilə tanış olmaqdan imtina etməsi barədə akt tərtib olunmuşdur.

12. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndə və vəkili Vəkil bildirmişdir ki, qarşı tərəfin izahatına görə həkimin işdən çıxarılma səbəbi ölüm hadisəsidir, guya ki xəstə onun texniki səhvi, əmək funksiyalarını düzgün yerinə yetirməməsi ucbatından ölmüşdür. Prokurorluğa müraciət olunmuşdur. Tibb mərkəzinin rəhbərliyi bir işçi kimi həkimi dinləməmişdir. Təqdim olunan sənədlərin tarixindən də görünür ki, 3 gün ərzində işçini işdən azad etmişdirlər. Həmkarlar ittifaqının protokolundan çıxarışla tanış olmaq istəsəlır də təqdim edilməmişdir. Tarixlərə nəzər yetirsək qərar protokoldan əvvəl çıxarılmış, daha sonra protokol tərtib edilmişdir. Protokol 09 yanvarda tərtib edilmişdir, həmin protokolu Tibbi Şura tərtib etmişdir. X3 Şuranın sədridir. Tibb mərkəzinin direktorunun müavini rəy verdiyi halda digər ondan aşağı vəzifədə çalışan həkimlərin başqa cür qərar qəbul edə bilməzdilər. 3 gün ərzində qanunsuz, əsassız sənədlər tərtib olunmuş, prokurorluğa müraciət edildikdən sonra iş yekunlaşmadan işçi işdən azad edilmişdir. Töhmətlə bağlı məsələyə gəldikdə isə həkimə şifahi şəkildə ona töhmət verildiyi deyilsə də tərəf bir neçə dəfə müraciət etməsinə baxmayaraq töhmət əmri ona təqdim olunmamışdır. Müdafiə etdiyi şəxs töhmət verildiyini sonradan öyrənmiş, töhmət əmrini əldə etmək üçün bir neçə dəfə xəstəxanaya müraciət etsə də rəhbərliyin olmaması bildirilərək təqdim olunmamışdır. Nümayəndənin təqdim etdiyi bütün sənədlər 2 gün ərzində tərtib edilmişdir. İzahat verməkdən imtina etməsinə dair isə ümumiyyətlə akt tərtib olunmamışdır.

13. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, cavabdehin nümayəndəsinin izahatı həqiqəti əks etdirmir. Ümumiyyətlə ölüm halının araşdırılması ilə bağlı prosedur qaydalar tamamilə pozulmuş, nəticədə 3 gün ərzində onu işdən azad etmişdirlər. Belə ki, ölüm halı baş verdikdə ilk olaraq cərrahiyyə şöbəsində, daha sonra xəstəxanada araşdırma aparılır, komissiya rəy verir, daha sonra isə tibb mərkəzində ölüm komissiyası rəy verir, ondan sonra isə məsələ Tibbi Şuraya çıxarılır. Tibbi Şuranın üzvləri mərkəzin direktoru, onun müavini və digər həkimlərdir. Tibbi Şuranın rəyi tamamilə əsassızdır, ƏM-nin 70-ci maddəsinin “Ç” bəndi ilə azad olunmağı ilə qəti razı deyil, öhdəlikləri yerinə yetirmiş, heç bir kobud pozuntuya yol verməmişdir. 35 ildir ki həkim vəzifəsində çalışır, indiyə qədər nə töhmət, nə xəbərdarlıq almışdır. Tibb mərkəzinə 3 dəfə rəsmi müraciət etmiş, hər il eyni həkimlərin hərbi həkim komissiyasına göndərilməməsini xahiş etmişdir. dəfələrlə hərbi həkim komissiyasında iştirak etmişəm, şöbədə elə həkimlər var ki, bir dəfə də olsun hərbi komissiyada iştirak etməmişdir. Xxəstəxananın baş həkimi əməliyyatda olduğumuz müddətdə başqa bir əməliyyat edən həkimə hepatit B xəstəliyi olan şəxsin əməliyyat etməsinə icazə vermişdir. Normalda həmin xəstəlikdən əziyyət çəkən şəxslərin əməliyyatından sonra 24 saat ərzində sterilizasiya aparılmalıdır. Buna görə də baş həkimə bildirmişdir ki, əməliyyat olunası 2 xəstəni hebatit B xəstəsindən qabağa salaq. Bundan sonra baş həkim ona qərəzli olmuş, onu hərbi-həkim komissiyasına yazdırmışdır, halbuki ondan öncə 2 dəfə rəhərliyə bu məsələ ilə əlaqədar yazılı müraciəti olmuşdur. Tibb Mərkəzinin direktoru onu yanına çağırmış, hərbi komissarlığın iclasında iştirak etmədiyini bildirmişdir. O isə xəbərinin olmadığını, komissarlığa başqa həkimin getməli olduğunu bildirmişdir. Hərbi komissarlıqda daim iştirak etmişdir. Tibb Mərkəziin direktoru ilə danışığından sonra komissarlığa getmiş, oranın baş həkimi onun yerinə başqa həkim verdiklərini bildirmişdir. Ondan sonra iş yerimə qayıtmış, qeydiyyatçılar ona xəstə müayinə, müalicələrinə qadağa qoyulduğunu bildirmişdirlər. Buna baxmayaraq iş otağına getmiş. Bundan sonra ona töhmət verildiyini bildirmiş, lakin töhmət əmrini ona təqdim etməmişlər. 09 yanvarda Tibb Mərkəzində Tibbi Şura adı ilə ƏM-in 70-c maddəsinin “Ç” bəndi ilə işdən azad edilməyi barədə qərara gəlmişlər.

İşdə olan sübutlar

14. ##.##.2012-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, İddiaçı Cərrahiyyə İxtisas Komissiyasının ##.##.2012-ci il tarixli *** saylı protokolu və Səhiyyə Nazirliyinin ##.##.2012-ci il tarixli **-k saylı əmrinə əsasən cərrahiyyə ixtisası üzrə birinci ixtisas dərəcəsi verilmişdir.

15. İddiaçının ##.##.2025 və ##.##.2026-cı il tarixli ərizələrinin surətlərindən görünür ki, o, 2026-cı ilin yanvar ayının 03-dən 31 -dək olan müddətdə Hərbi həkim komissiyasının işinə cəlb edilmə ilə bağlı mənfi vəziyyət barədə həm * saylı xəstəxananın baş həkiminə, həm də xxxx PHŞ-nin direktoruna müraciət etmişdir.

16. xxxxnin tabeliyində olan * nömrəli Xəstəxananın rəhbərliyinin xxxx PHŞ-yə göndərdiyi ##.##.2025-ci il tarixli *** saylı təqdimatdan (xidməti məruzə) görünür ki, xəstəxananın “Cərrahiyyə” şöbəsinin həkim-cərrahı İddiaçı ‘‘Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağrılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına, Sumqayıt şənər İcra Hakimiyyətinin müvafiq Sərəncamına, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X2 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli **-*-**/*-*- ****/**** saylı (2026cı ilin yanvar ayının 03-dən 31 -dək olan müddətdə Hərbi həkim komissiyasının işinə cəlb edilməsi ilə bağlı) əmrinə əsasən çağırışçıların şəhadətləndirilməsi üçün hərbi həkim komissiyasında iştirak etməkdən imtina etmiş və bu səbəblə də həkim-cərrah İddiaçılə bağlı tədbir görülməsi xahiş edilmişdir.

17. Cavabdeh PHŞ-nin ##.##.2026-cı il tarixli **-*-**/*-*-**/**** saylı əmrindən görünür ki, İddiaçı əmək funksiyasının icrası zamanı əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini və müəssisədaxili intizam qaydalarını pozduğuna görə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir.

18. Cavabdeh PHŞ-nin ##.##.2026-cı il tarixli **-*-**/*-**/**** saylı rəyindən görünür ki, xəstə 1968-ci il təvəllüdlü X7 ##.##.2025-ci il tarixində “Xroniki kalkulyoz xolisistitin kəskinləşməsi” diaqnozu ilə Cavabdeh X2in tabeliyində olan * nömrəli şəhər xəstəxanasının Cərrahiyyə şöbəsinə qəbul edilmişdir. Əməliyyatönü müayinələr aparılmış, ##.##.2025-ci il tarixində “Laparoskopik xolesistektomiya” əməliyyatı icra edilmişdir. Əməliyyatı icra edən həkim cərrah İddiaçı olmuşdur. Əməliyyatdan sonrakı dövrdə dinamikada xəstənin vəziyyəti pisləşmiş və ##.##.2025-ci il tarixində laparotomiya, kiçik çanaqdan hematomanın xaric edilməsi, qarın boşluğunun sanasiya və drenə edilməsi cərrahi əməliyyatı icra olunmuşdur. Əməliyyatdan sonrakı dövrdə xəstənin vəziyyətində ağırlaşmalar daha da artmış və ##.##.2026-ci il tarixində 07:30-da bioloji ölüm qeyd edilmişdir. Xəstəlik tarixinin araşdırılması zamanı məlum olmuşdur ki, hüquqi sənəd (xəstəlik tarixi) səliqəsiz, bir sıra yerlərdə xronologiyanın itməsinə səbəb olaraq tərtib olunmuşdur. Əməliyyatdan öncəki dövrdə müayinələrə nəzər salarkən- ##.##.2025-ci il tarixdə qanın ümumi analizində hemoqulobulin 9,2 q/l əməliyyatdan sonrakı dövr ##.##.2025-ci il tarixdə 6,4 q/l qədər enməsi məlum olur. Bu da özlüyündə əməliyyat zamanı xəstədə qanaxmanın olduğu və yazılmış əməliyyat protokolunda qanaxmanın olması, qanaxmanın həcmi, xarakteri, səbəbi barədə heç bir qeydin aparılmadığını göstərir. Nəzərə alınsa ki, qapalı texnikalarda (laparoskopiya) massiv qanaxmalar zamanı əməliyyat konversiya olunaraq açıq əməliyyata keçirilir (laparotomiya), bu halda isə əməliyyat qapalı olaraq tamamlanmışdır.İlk tarixində gündəlik qeydləri oxuyarkən xəstənin vəziyyətinin günəgün ağırlaşdığı,qan təhlillərində iltihabi, laxtalanma sistemi, qaraciyərin funksional göstəricilərinin patoloji dəyişikliklərinin dinamik artması müşahidə edilir. Lakin gündəliklərdə yalnız bağırsaq atoniyasının artması, xəstənin vəziyyətinin ağırlaşdığını əks etdirən standart cümlələr vardır. Qarın boşluğunda drenajın olduğu yazılsa da, drenajdan gəlim, gəlimin xarakteri digər gündəliklərdə qeyd edilmir. Konsilium aparılmayıb, digər ixtisaslı cərrah kolleqaların, şöbə müdirinin baxışı yoxdur. Əməliyyatönü təhlükəsizlik vərəqi natamamdır. Gündəliklər ağırlaşma səbəbini və lazımi müalicə tədbirlərini dolğun əks etdirmir. ##.##.2025 tarixində xəstə bir daha əməliyyata alınaraq, laparotomiya icra edilmişdir. Əməliyyat zamanı aşkarlanmış hematoma birinci əməliyyatdan sonra qanaxmanın davam etməsinə və həmin əməliyyatın açıq əməliyyata keçirilməməsi ilə qarın boşluğunun dəqiq reviziya edilmədiyinə dəlalət edir. Əməliyyatdan sonrakı dövrdə qaraciyərin funksional göstəricilərinin artması (birinci əməliyyatda düşünülən qanaxma zamanı aparılan naməlum cərahi manupulyasiyalar səbəb ola bilər), septiki vəziyyətin inkişafı, ağciyər çatmazlığının inkişafı, bağırsaq atoniyasının davam etməsi dinamikada geri dönülməz proseslərə səbəb olmuşdur. Nəticədə bu proseslər, klinik ölümə və aparılan reanimatoloji tədbirlərə baxmayaraq bioloji ölümə səbəb olmuşdur.

19. Cavabdeh PHŞ-nin ##.##.2026-cı il tarixli **-*-**/*-*-*/**** saylı protokolundan görünür ki, həkimlik fəaliyyətində yol verilən neqativ halların aradan qaldırılması və gələcəkdə təkrar olunmaması üçün zəruri tədbirlərin görülməsi, həkim heyətinin protokol təlimatlarla təlimatlandırılması, * nömrəli xəstəxananın cərrahiyyə şöbəsinin şöbə müdiri Şaban Əhmədova xəbərdarlıq elan edilməsi, həkim cərrah İddiaçı Əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə görə, xəstənin ölümünə səbəb olduğu üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə müvafiq olaraq həkim cərrahla bağlanmış əmək müqaviləsinə xitam verilməsi istiqamətində tədbirlərin görülməsi, məsələyə müraciət bildirmək üçün Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasına bu barədə rəsmi müraciət ünvanlandırılması qərara alınmışdır.

20. Sumqayıt şəhər Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının ##.##.2026-cı il tarixli, ** saylı məktubundan görünür ki, baş vermiş ölüm hadisəsi (X7) və bundan əvvəl verilmiş intizam tənbehi nəzərə alınaraq həkim-cərrah İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinə razılıq verilmişdir.

21. “TƏBİB” PHŞ-nin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, X5 (X7 övladı) şikayət xarakterli ##.##.2026-cı il tarixli müraciəti daxil olmuşdur.

22. Cavabdeh PHŞ-nin ##.##.2026-cı il tarixli **-*-**/*-*-***/**** saylı əmrindən görünür ki, * saylı şəhər xəstəxanasının cərrahiyyə şöbəsinin həkim-cərrahı İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

23. Sumqayıt şəhər Prokurorluğunun ##.##.2026-cı il tarixli qərarından görünür ki, X7 * saylı Sumqayıt şəhər xəstəxanasında ölməsi faktı ilə bağlı Cavabdeh PHŞ-nin ##.##.2026-cı il tarixli müraciəti əsasında toplanmış **C** saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Tibb işçilərinin qanunsuz fəaliyyətinə dair məhkəmə-tibb ekspertizasının ##.##.2026-cı il tarixli **/KEŞ saylı rəyinə əsasən S.E.Tağıyevaya xəstəxanada aparılmış müayinə və müalicələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. Meyitin ekspertizası aparılmadığı üçün onun ölümünün səbəbində hansı amilin həlledici olması və aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqənin olubolmaması haqqında fikir söylənilməsi mümükün olmamışdır. Meyitin ekspertizaya təqdim edilməsinə xəstənin övladı Nurlan Verdiyev qəti etiraz etmiş, bu səbəbdən də meyit təşrih olunmamışdır.

24. PulPal ödəmə sistemindən çıxarışdan görünür ki, İddiaçı fərdi vəkil Vəkil hesabına ##.##.2026-cı il tarixdə 300 manat vəsait ödəmişdir.

25. X6 məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, o da * saylı şəhərxəstaxansında həkim-cərrah işləyir. O, xəstə Sənubər Tağıyevanın cərrahi əməliyyatında iştirak etmişdir. Əməliyyat zamanı heç bir patoloji fəsad halı baş verməmiş, xəstə əməliyyatdan bir neçə gün sonra reanimasiya şöbəsində vəfat etmişdir. O, tibbi şuranın ##.##.2026-cı il tarixli iclasında iştirak etməmişdir.

26. Məhkəmə iclasında şahid X4 göstərdi ki, o, * saylı şəhərxəstaxansının cərrahiyyə şöbəsinin müdiri vəzifəsində işləyir. ##.##.2025 tarixində Sənubər Tağıyeva adlı xəstə bir daha əməliyyata alınaraq, "laparotomiya” icra edilmişdir. Əməliyyat zamanı aşkarlanmış hematoma birinci əməliyyatdan sonra qanaxmanın davam etməsinə və həmin əməliyyatın açıq əməliyyata keçirilməməsi ilə qarın boşluğunun dəqiq reviziya edilmədiyinə dəlalət edir. Həmin xəstənin əməliyyat olunması barədə məlumatsız olmuşdur. Xəstə palatada olarkən drenajda heç bir axıntının olmadığı və xəstənin vəziyyətinin normal olduğunu görmüşdür. 2-ci əməliyyatda xəstədə cüzi ödsızma olmuş, xəstəyə 3 drenaj qoyulmuş, xəstə arş-ya köçürülmüşdür. Xəstənin ayılması çətin olmuş və orada vəfat etmişdir.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Əmək Məcəlləsi:

Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71. Əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilərkən görülən tədbirlər

2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması. Maddə 186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri

1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunda nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək. Maddə 187. İntizam tənbehinin verilməsi qaydaları

1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

28. Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri:

29. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı iddia tələbinin təmin edilən hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyası birinci instansiya gəldiyi nəticə və gəldiyi nəticəni əsaslandırması ilə tam razılşaraq əlavə olaraq qeyd edir ki, cavabdeh təşkilat şiddətli töhmət intizam tənbehi tətbiq etməzdən əvvəl iddiaçını bir neçə dəfə izahatla bağlı xxxxnə dəvət olunduğunu, iddiaçının isə bundan izahat verməkdən imtina etdiyini iddia etsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir ki, bununla da intizam tənbehi verilməsi qaydasını pozmuşdur. Qeyd edilən hal isə verilmiş intizam tənbehinin ləğini zəruri etmişdir.

32. Məhkəmə kollegiyası iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlillərinin əsassızlığı birinci instansiya məhkəməsinin qətnaməni əsaslandırması ilə təsdiq olunur. Buna görə də məhkəmə kollegiyası təkrar olaraq apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməsinə zərurət görməmişdir.

33. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Cavabdeh “xxxx" X2inin apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar