Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1563/2026 18.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ilkin iddia üzrə iddiaçı iddiaçı2 ilkin iddia üzrə cavabdeh iddiaçı1 qarşı ilk iddia, iddiaçı iddiaçı1 cavabdehlər iddiaçı2, cavabdeh7 MTK, cavabdeh2 və cavabdeh1 qarşı qarşılıqlı iddia ərizələri üzrə mülki iş QƏRARİ Açar sözlər: əmlak bölgüsü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının # ###### 2025-ci il tarixli, 2(103)- ****/**** nömrəli qətnaməsindən iddiaçı2 və iddiaçı1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə ## ###### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. iddiaçı1 ilə X8 arasında nikah ##.##.1997-ci il tarixdə bağlanmış və 2024-cü ildə pozulmuşdur. Onların birgə nikahından iki yetkinlik yaşına çatmış övladları vardır.
2. iddiaçı1 ##.##.2018-ci il tarixli etibarnamə ilə bir sıra səlahiyyətləri 10 il müddətinə iddiaçı2 etibar etmişdir. ##.##.2019-cu il tarixli kassa məxaric orderinə əsasən söküntü ilə əlaqədar 76486 manat iddiaçı1 ödənilmişdir.
2. “xxxx” MMC ilə iddiaçı2 arasında bağlanmış ##.##.2019-cu il tarixli, müqaviləyə əsasən cəmiyyət inşa ediləcək binanın 16 giriş, 5-ci mərtəbəsində **** saylı mənzili iddiaçı2 təhvil verməyi öhdəsinə götürmüşdür.
3. iddiaçı2 ##.##.2023-cü il tarixli ərizə ilə, “xxxx” MMC-nin inşa etdiyi binada ##.##.2019cu il tarixli müqaviləyə əsasən iddiaçı2 adına olan Bakı şəhəri, ünvan 8 mərtəbə ünvanında inşa edilmiş yaşayış binasının, **** saylı mənzil, ümumi sahəsi 114,5 kv metr ibarət mənzildən və pay hüququndan imtina etməsinə etiraz etməmişdir.
4. iddiaçı1 adından onun əvəzinə cavabdeh2 ##.##.2023-cü il tarixli ərizə ilə, “xxxx” MMCnin inşa etdiyi binada ##.##.2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı2 adına olan Bakı şəhəri, ünvan 8 mərtəbə ünvanında inşa edilmiş yaşayış binasının, **** saylı mənzil, ümumi sahəsi 114,5 kv metr ibarət mənzildən və pay hüququndan imtina etməsinə etiraz etməmişdir.
5. cavabdeh7 MTK üzvlərinin ümumi iclasının ##.##.2023-cü il tarixli çıxarışa əsasən, cavabdeh1 cavabdeh7 MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov, 24B ünvanında inşa edilmiş yaşayış kompleksinin 16 giriş, 5 mərtəbə, ümumi sahəsi 114,5 kv metr, yaşayış sahəsi 60,42 kv metr olan, 3 otaqlı, **** saylı mənzil verilmişdir.
6. cavabdeh1 ilə iddiaçı2 arasında bağlanmış ##.##.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1869 (Yeni qaydalarla: AZ1070, ünvan 6) ünvanında yerləşən mənzil iddiaçı2 mülkiyyətinə verilmişdir. Hazırda həmin mənzil sonuncunun mülkiyyətindədir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. Birinci iş üzrə iddiaçı iddiaçı2 cavabdeh iddiaçı1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı1 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1869 (yeni qaydalarla ünvan 4) ünvanından şəxsi əşyaları ilə birlikdə çıxarılması və mənzilin boş vəziyyətdə ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil anası cavabdeh1 tərəfindən ##.##.2023-cü il tarixdə “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən ona hədiyyə olunmuşdur. Həmin əmlaka dair ona ##.##.2023-cü il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdehlə rəsmi nikahda olmuş olsalar da hər gün aralarında mübahisələr, davalar olur və bunun nəticəsində o, məcbur olub 27 illik evliliklərinə son qoymaq qərarına gəlib aralarında olan nikaha xitam vermək istəyir. Cavabdeh hər axşam və ya günün istənilən saatlarında evə gəldiyi zaman səbəbsiz yerə onunla dava edir, onu əxlaqsız söyüşlərlə təhqirlər edir. Hətta baş vermiş münaqişə, dava zamanı tərəfindən dəfələrlə polis orqanlarına müraciətlər olunmuşdur. Onların ailəsi münaqişəli ailə kimi polis orqanlarında qeydiyyata alınmışdır. Cavabdehlə faktiki olaraq aralarındakı ailə münasibətləri bitmiş və birgə təsərrüfat aparmaqları bu şəraitdə bir mənzildə yaşamaqları mümkün deyildir. Hətta cavabdehlə bundan sonra birgə yaşadıqları halda onun ona qarşı bədbəxt hadisə törətməsi belə istisna olunmur.
9. Birləşdirilmiş iş üzrə iddiaçı iddiaçı1 cavabdehlər iddiaçı2, cavabdeh7 MTK, cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 24B, **** saylı mənzil cavabdeh7 MTK üzvlərinin ümumi iclasının * nömrəli ##.##.2023-cü il tarixli protokolundan çıxarışın və *** nömrəli ##.##.2023-cü il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, cavabdeh1 adına verilmiş ##.##.2023-cü il tarixli 1123105365 (Daşınmaz əmlakın reyestr nömrəsi 011011007483-05301-093300) qeydiyyat nömrəli çıxarışın, iddiaçı2 adına verilmiş ##.##.2023-cü il tarixli 1123120306 (Daşınmaz əmlakın reyestr nömrəsi 011011007483- 05301-093300) qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona məxsus ata-babadan qalma köhnə “Sovetski” kimi adlandırılan ünvan 5 ünvanında yerləşən mənzil 2019-cu ildə dövlət layihəsi üzrə sökülmüş, ## ###### 2019-cu il tarixdə “xxxx” Yasamal filialında hesaba yerləşdirilmiş 76486 manat ilkin olaraq söküntü ilə əlaqədar alqı-satqı kimi ona verilmişdir. Söküntünün başlanandan bir müddət sonra da hazırda ləğvetmə prosesində olan “Günay Bank” vasitəsilə 17000-dən artıq vəsait almışdır. Hazırda “Günay Bank”ın ləğvedicisi ƏSF-na müvafiq sorğu göndərilmişdir. Söküntüdən sonra “xxxx” Yasamal filialında hesaba yerləşdirilmiş 76486 manat pul vəsaitini aldıqları günün səhərisi cavabdeh iddiaçı2 adına “xxxx” MMC-dən ## ###### 2019-cu il tarixində 3 otaqdan ibarət 16-cı giriş 5-ci mərtəbə **** saylı mənzili almışdır. Hələ ki, aralarında heç bir problem, anlaşılmazlıq yoxdur deyə həmin mənzildə yaşamışlar. 2023-cü ilin sonlarından onların münasibətləri soyumağa, arada narazılıqlara səbəb olmağa başladı. Mediasiyaya nikahın pozulmasına çağırıldıqda mənzilin boşaldılmasını görəndə, mediatora bildirmişdir ki, necə ola bilər onun vəsaiti ilə iddiaçı2 adına aldığı mənzildən onu çıxartmaq istəyir. Belə olan halda o da bunu etməsi üçün hansı hüquqi əsasların olub-olmamasını dəqiqləşdirmək üçün vəkilə müraciət etmişdir. Vəkil tərəfindən DƏDRX-yə göndərilmiş sorğuda qeyd olunmuşdur ki, iddiaçı2 adına Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, **** saylı mənzil ## ###### 2023-cü il tarixdən onun adına qeydiyyata alınmış və halhazırda da mülkiyyətindədir. Qeydiyyata əsas isə 4Ə**** reyestr nömrəli daşınmaz əmlakın bağışlanmsı müqaviləsi olmuşdur. O bu qeyd edilənləri gördükdə təəccüblənmişdir. Vəkil vasitəsilə araşdırmanı davam etdirərək bir çox yerlərə həmçinin, (“xxxx” MMC) cavabdeh7 MTK-ya sorğu ünvanlanmışdır. Sorğuya cavab məktubunda qeyd edilmişir ki, mübahisəli mənzil ## ###### 2019-cu il tarixdə iddiaçı2 adına rəsmiləşdirilmişdir. Daha sonra ## #### 2023-cü il tarixli 8I6519 reyestr nömrəli notariat qaydada təsdiq edilmiş ərizə əsasında həmin mənzildən imtina edilmişdir. O övladının təhsildə köməklik göstərməsi üçün daimi olaraq Ukraniya Respublikasına gedib-gəldiyi üçün # ###### 2018-ci il tarixdə ata-baba yurdunun söküntüsü ilə əlaqədar sənədləşmələrdə onun adından istifadə etmək üçün 10 il müddətinə * saylı Bakı “Asan Xidmət” Mərkəzi notariat ofisində 6505 reyestr qeydiyyatı əsasında iddiaçı2 ona vermiş olduğu etibarnamədən istifadə etməklə öz rəfiqəsi, hazırkı iş üzrə cavabdeh cavabdeh2 Bakı şəhəri ** saylı notariat ofisində ## #### 2023-cü il tarixli etibarnamə vermiş və həmin etibarnamə əsasında onun adından iştirak etməklə iddiaçı2 adına olan ## #### 2023-cü il tarixli Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24/B giriş 16 5-ci mərtəbə 114,5 kv metr olan paydan imtina edilməsi haqqında Bakı şəhəri ** saylı notariat ofisində ərizə verilmişdir. Həmin əmlak cavabdeh iddiaçı2 anasının adına yeni müqavilə əsasında rəsmiləşdirilmişdir. X4 məqsədi əmlakı onun əlindən çıxartmaq üçün bu yolu seçməklə ilk növbədə anasının adına mübahisəli mənzili rəsmiləşdirmiş, sonradan çıxarış alındıqdan sonra anasından özünün adına bağışlatmaqla onu əmlaksız qoymağı əvvəlcədən planlaşdırmışdır. Cavabdehin məqsədi onun gələcəkdə əmlaka olan hüquqlarının həyata keçirilməsinin qarşısını almaq olmuşdur.
11. Cavabdeh iddiaçı2 nümayəndəsi və vəkili iddiaya etiraz təqdim edərək iddianın təmin olunmamasını xahiş etmiş, etirazı onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia tələbi əsassız və qanunsuzdur. iddiaçı1 iddia ərizəsində qeyd etmişdir ki, cavabdehə vermiş olduğu etibarnamə o övladlarının təhsil alması ilə bağlı Ukrayna Respublikasında olarkən söküləcək evin sənədləşdirməsi üçün ona vermişdir. Halbuki, iş materiallarına əlavə olunmuş evin söküntüsü ilə bağlı sənədlərdən və pulun ödənilməsi ilə bağlı qəbzlərdən görünür ki, həmin pullar bankdan iddiaçının şəxsən özünə təqdim olunmuş və həmin sənədlər iddiaçının özü tərəfindən imzalanmışdır. Həmçinin, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən evin söküntüsü zamanı ona ödənilən 76486 manat pul evin alınması ilə üst-üstə düşmür. Evin alınması ilə bağlı iddiaçı2 tərəfində tam olaraq 93000 manat “xxxx” MTK-ya ödənilməklə mənzilin iddiaçı2 satılması barədə MTK ilə aralarında müqavilə imzalanmışdır. Iddiaçı mənzilin alınması üçün ödənilən pulun ona məxsus evin söküntüsü zamanı ödənilən pul hesabına alması faktı qeyd olunan hallarla öz təsdiqini tapmır, yəni evin söküntüsü zamanı ona ödənilən pul məbləği ilə hazırki mübahisə olunan mənzilin alınması üçün tam olaraq ödənilən 93000 manatdan təxminən 20000 manat fərq edir. Iddiaçı iddia ərizəsinə əlavə etmiş olduğu söküntü zamanı ona ödəilən pulun ##.##.2019-cu il tarixdə “xxxx” ASC tərəfindən ona təqdim olunması ilə bağlı qəbz və ya hazırki mübahisə olunan mənzilin ##.##.2019-cu il tarixdə MTK tərəfindən iddiaçı2 satılması barədə müqavilənin tarixləri arasında ziddiyyətlər vardır. Çünki cavabdeh bildirir ki, iddiaçıya söküntü zamanı ödənilən pulla mənzilin alınması arasında olan tarixlər 1 gün fərqi ilə alınmamışdır. Iş materiallarında olan iddiaçı iddiaçı1 tərəfindən cavabdeh iddiaçı2 verilmiş ##.##.2018-ci il tarixli, reyester nömrəsi *E-**** nömrəli baş etibarnamədən göründüyü kimi iddiaçı onun adından qanunla icazə verilmiş bütün əqdləri bağlamaq üçün Aynur Babayevaya tam səlahiyyət vermiş və cavabdeh iddiaçı2 da tam səlahiyyətli şəxs olaraq həmin səlahiyyətlərdən qanunla müəyyən olunmuş qaydada istifadə edərək mübahisə olunan əqdləri bağlamışdır. Cavabdeh iddiaçı tərəfindən ona verilmiş etibarnamə əsasında çıxış edərək mənzili satması heç də həmin etibarnamə əsasında bağlanmış əqdlərin etibarsız olmasına əsas vermir. Cavabdeh iddiaçı tərəfindən ona verilmiş səlahiyyətlər əsasında öz adından əqdlər bağlaya bilmədiyi üçün o qanunla müəyyən olunmuş hüquqlarından istifadə edərək həmin səlahiyyəti iş üzrə digər cavabdeh cavabdeh2 ötürmüş və həmin mənzil cavabdeh tərəfindən digər cavabdeh cavabdeh1 alqı-satqı edilmişdir. Iddiaçı özü də etiraf etmişdir ki, cavabdehlə aralarında olan ailə münasibətləri pozulmuş olsa da, onlar birlikdə yaşayırlar. Iddiaçı cavabdehə onun adında etibarnamə əsasında çıxış etmək üçün bütün səlahiyyətləri veriyini özüdə səmimi etiraf edir. Bundan əlavə, ##.##.2023-cü il tarixli cavabdeh cavabdeh7 MTK ilə digər cavabdeh cavabdeh1 arasında mənzilin satılmasına dair müqavilənin tarixindən, eyni zamanda cavabdeh cavabdeh1 tərəfindən cavabdeh iddiaçı2 ##.##.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanmasına dair əqdlərin tarixlərinə nəzər yetirdikdə aydın görünür ki, iddia tələbi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2021-ci il tarixli qərarına və Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əqdin etibarsızlığına dair bir illik müddət tətbiq olunaraq iddia tələbi rədd olunmalıdır. Bundan əlavə, əmlakın dəyəri cavabdeh1 tərəfindən tam ödənilməklə ona alqı-satqı edilmiş və maliyyə arayışına əsasən həmin əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestri xidmətində cavabdeh1 adına qeydiyyatdan keçərək ona çıxarış verilmişdir. Hazırda sözügedən mənzil vicdanlı alıcı olaraq cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyesterində qeydiyyatdan keçmiş, lakin iddiaçı cavabdeh cavabdeh1 vicdanlı alıcı olmasını istisna edəcək hallarla bağlı hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Belə olduğu halda nə qədər ki, cavabdeh cavabdeh1 vicdanlığını şübhə altına alan hər hansı bir hal müəyyən edilməmişdirsə cavabdeh1 mənzilin satılmasına dair əqdin etibarsız hesab edilməsi və onun adına daşınmaz əmlakın dövlət reyesterindən verilmiş çıxarışın ləğv edilməsi mümkünsüzdür.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, 16.01.2025ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı iddiaçı1 cavabdehlər iddiaçı2, cavabdeh2, cavabdeh7 MTK və cavabdeh1 qarşı “protokoldan çıxarışın, paydan imtina barədə ərizənin və müqavilənin etibarsız hesab edilməsi, mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair *(***)-****/**** nömrəli və iddiaçı iddiaçı2 cavabdeh iddiaçı1 qarşı “cavabdehin mənzildən çıxarılması və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə *(***)-***/**** nömrəli mülki işlər bir icraatda birləşdirilərək, mülki işə 2(004)- 576/2025 nömrəsi verilməsi qərara alınmışdır.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim: Xəlil Ülkər) ilkin iddia tələbinin rədd olunması, ödənilmiş dövlət rüsumunun iddiaçı2 özünə aid edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, iddiaçı2 tərəfindən verilmiş ## #### 2023-cü il tarixli Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24/B giriş 16 5-ci mərtəbədə yerləşən, ümumi sahəsi 114,5 kv metr olan paydan imtina edilməsi haqqında Bakı şəhəri ** saylı notariat ofisində verilmiş ərizə, * saylı Bakı “Asan Xidmət” Mərkəzi notariat ofisi tərəfindən təsdiq edilmiş ## #### 2023-cü il tarixli 4Ə-**** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi, cavabdeh1 adına verilmiş ##.##.2023-cü il tarixli, 1123105365 (daşınmaz əmlakın reyestr nömrəsi 011011007483-05301-093300) qeydiyyat nömrəli çıxarış və iddiaçı2 adına verilmiş ##.##.2023-cü il tarixli 1123120306 (daşınmaz əmlakın reyestr nömrəsi 011011007483- 05301-093300) qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçı1 özünə aid olunması qət edilmişdir.
14. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı ##.##.2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzilin alınmasına sərf olunan pulun özü və anası cavabdeh1 tərəfindən qoyulduğunu bildirsə də, bununla bağlı zəruri sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı2 fərdi sahibkar kimi salonda dırnaq ustası kimi fəaliyyət göstərir, anası cavabdeh1 isə dərzi kimi fəaliyyəti göstərir. Həmin şəxslərin birgə vəsaiti dəyəri 93000 manat olan mənzilin alınması, bunun məhz iddiaçı1 Bakı şəhəri Yasamal rayon Icra Hakimiyyəti tərəfindən kompensasiya verildikdən 1 gün sonra edilməsi ağlabatan görünmür. Belə ki, zəruri vəsaitə sahib olan iddiaçı2 və cavabdeh1 həmin mənzili məhz iddiaçı1 kompensasiya məbləği verildikdən 1 gün sonra deyil, daha əvvəlki tarixlərdə ala bilərdilər. Əksinə, iddiaçı2 adına bağlanmış həmin müqavilənin iddiaçı1 verilmiş kompensasiya məbləği ilə alınması daha realdır. Belə ki, ailə münasibətləri çərçivəsində tərəflər bir-birinə qarşılıqlı etimad göstərir və ərin və arvadın adına müqavilə bağlanması mümkündür.
15. Belə olan halda məhkəmə hesab etmişdir ki, ##.##.2019-cu il tarixdə cavabdeh7 MTK ilə iddiaçı2 arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzilin alınmasına sərf olunan məbləğ məhz iddiaçı1 verilən kompensasiyadır.
16. Məhkəmə hesab etmişdir ki, cavabdeh1 tərəfindən iddiaçı2 edilmiş ##.##.2023cü il tarixli bağışlama müqaviləsini uydurma əqd, yəni ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd kimi qiymətləndirir. Belə ki, iddiaçı2 ##.##.2023-cü il tarixli ərizəyə əsasən Bakı şəhəri, ünvan 8 mərtəbə ünvanında inşa edilmiş yaşayış binasının, ümumi sahəsi 114,5 kv metr ibarət **** saylı mənzildən və pay hüququndan imtina etmiş, elə həmin gün sonuncunun anası cavabdeh1 ilə cavabdeh7 MTK arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov, 24B ünvanında inşa edilmiş yaşayış kompleksinin 16 giriş, 5 mərtəbə, ümumi sahəsi 114,5 kv metr olan, 3 otaqlı, **** saylı mənzil sonuncu tərəfindən alınmışdır. iddiaçı2 imtina etdiyi mənzil ilə, cavabdeh1 aldığı mənzilin eyni mənzil olması işin mübahisəsiz halıdır. Bundan 1 ay 1 gün sonra isə cavabdeh1 həmin mənzili qızı iddiaçı2 bağışlamışdır.
17. Məhkəmə qeyd etmişdir ki, bir sıra əqdlər, xüsusilə əvəzsiz əqdlər (bağışlama, vəsiyyətnamə və s.) mənəvi dəyərlərə əsaslanır. Əgər bir şəxs öz əmlakını başqasına verməklə onu zənginləşdirirsə, buna görə özü üçün heç bir əvəz almırsa, deməli, əqdin əsasında mənəvi dəyər dayanır. Lakin iddiaçı2 həmin mənzildən imtina etdiyi gün həmin mənzillə bağlı alqı-satqı müqaviləsinin anası ilə bağlanması, təxminən 1 ay sonra isə həmin mənzili yenidən qızı iddiaçı2 bağışlaması onu təsdiq edir ki, bağışlamanın əsasında mənəvi dəyər dayanmayıb. Tərəflər bağışlama müqaviləsi bağlamaqla mənzili ər-arvadın birgə vəsaiti hesabına əldə edilən əmlak münasibətlərindən çıxartmaqla, əri gələcəkdə əmlak bölgüsündən məhrum etmək niyyətində olmuşlar. Belə ki, bağışlama olmasaydı ər mənzilin ər-arvadın ümumi əmlakı kimi bölünməsi və ya mənzilin satış pulunun yarısının ona verilməsini tələb edə biləcəkdi. Beləliklə bağışlama müqaviləsi əhəmiyyətsiz əqd olaraq etibarsızdır.
18. Birinci instansiya məhkəməsinin qənaətinə görə, hazırkı halda müqavilənin etibarsızlıq şərtləri tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdan irəli gəlir və bilavasitə bununla bağlıdır. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, ##.##.2023-cü il tarixli iddiaçı2 və cavabdeh2 tərəfindən verilmiş paydan imtina edilməsi barədə ərizələrin verilməsində məqsəd cavabdeh1 adına çıxarışın əldə edilməsi və daha sonra daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən mübahisəli mənzilin iddiaçı2 mülkiyyətinə verilməsi olmuşdur.
19. Məhkəmə iddiaçı2 öz yaxın rəfiqəsi cavabdeh2 iddiaçı1 adından verilən etibarnamə ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı1 yaşadıqları evdən onun adından imtina ediləcəyi barədə məlumatlı olduğu halda cavabdeh2 belə bir etibarnamə verməsi də həqiqəti əks etdirmir. Belə ki, iddiaçı1 yaşadığı evdən imtina etməsinə razılıq verməsi və evin qaynanası cavabdeh1 adına rəsmiləşdirməyə razı olması ağlabatan hesab oluna bilməz.
20. Məhkəmə hesab edir ki, iddiaçı2 və cavabdeh1 qəsdən etibarlı olan əqd görüntüsü yaratmaqla, gələcəkdə iddiaçı1 əmlakdan məhrum etmək niyyətində olmuşlar və iddiaçı2 ona verilmiş etibarnamənin səlahiyyətlərini aşaraq öz yaxın rəfiqəsi cavabdeh2 etibarnamə verməklə və verilmiş etibarnamə əsasında sonuncunun iddiaçı2 adına olan mənzildə paydan imtina etməsinə razılıq verməsi iddiaçı1 mənafelərinin ziddinə olmuşdur.
21. Lakin məhkəmə qarşılıqlı iddia ərizəsinin iddiaçı1 Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil **** saylı mənzilə mülkiyyət hüququnun tanınması tələbi ilə bağlı olan hissəsi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı2 tərəfindən verilmiş ## #### 2023-cü il tarixli mübahisəli mənzildə paydan imtina edilməsi haqqında ərizənin etibarsızlığı tələbini qoysa da, cavabdeh2 tərəfindən iddiaçı1 adından verilmiş ## #### 2023-cü il tarixli mübahisəli mənzildə paydan imtina edilməsi haqqında ərizənin etibarsızlığı tələbini qoymamışdır. Belə olan halda, nə qədər ki, həmin ərizənin etibarsızlığı iddiaçı1 tərəfindən qoyulmayıb, həmin mənzilə iddiaçı1 mülkiyyət hüququ tanına bilməz. Digər tərəfdən əqdin etibarsızlığın nəticəsi olaraq restitusiya tətbiq olunarsa, mübahisəli mənzilə iddiaçı1 deyil, iddiaçı2 mülkiyyət hüquqları tanınmalıdır. Həmin mənzilə iddiaçı1 mülkiyyət hüququ tanına bilməz. Çünki, ##.##.2019-cu il tarixli müqavilə “xxxx” MMC ilə iddiaçı1 arasında deyil, iddiaçı2 arasında bağlanmışdır.
22. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, ##.##.2023-cü il tarixli bağışlama müqaviləsi etibarsız hesab olunduğundan etibarsızlığın nəticələri kimi həmin müqavilənin verilməsinə əsasən olan müqavilə də etibarsızdır. Belə olan halda, əlavə olaraq Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 24B, **** saylı mənzil cavabdeh7 MTK üzvlərinin ümumi iclasının * nömrəli ##.##.2023-cü il tarixli protokolundan çıxarışının və *** nömrəli ##.##.2023-cü il tarixli maliyyə arayışının etibarsız hesab edilməsini məhkəmə zəruri hesab etmir.
23. Məhkəmə ilkin iddia üzrə isə qeyd etmişdir ki, ilkin iddia tələbinin təmin olunmasına əsas hesab olunan ## #### 2023-cü il tarixli 4Ə-**** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi və onların əsasında cavabdeh1 adına verilmiş ##.##.2023cü il tarixli, 1123105365 (daşınmaz əmlakın reyestr nömrəsi 01101100748305301-093300) qeydiyyat nömrəli çıxarış və iddiaçı2 adına verilmiş ##.##.2023-cü il tarixli 1123120306 (daşınmaz əmlakın reyestr nömrəsi 011011007483-05301-093300) qeydiyyat nömrəli çıxarış etibarsız hesab olunduğundan, Aynur Babayeva tərəfindən verilmiş iddiaçı1 mənzildən çıxarılması barədə ilkin iddia tələbi təmin olunmamalıdır.
24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337 və 340-cı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 216-220-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Qətnamədən iddiaçı2 apellyasiya şikayəti verərək qətnamənin ilkin iddia ərizəsinin rədd edilən və qarşılıqlı iddia ərizəsinin təmin edilən hissəsində ləğv edilməsi və ilkin iddia ərizəsinin təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. iddiaçı2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız və qanunsuz olmaqla, həmin hissələrə münasibətdə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmə qətnaməsi irəli sürülən əsas tələblər yerinə yetirilməmiş, məhkəmə işin faktiki hallarını iddiaçı1 münasibətdə öz xəyali düşüncələri ilə təhrif etmişdir. Belə ki, iddiaçı2 iddiaçı1 ilə 1997-ci ildən rəsmi nikahda olsalar da, lakin məhkəmə iclasında iddiaçı1 və məhkəmə iclasında şahid qismində dindirilən övladları da etiraf etmişdir ki, onlar arasında ailə münasibətləri 2018-ci ildə bitmişdir. Ailə münasibətlərinin bitməsinə baxmayaraq bu müddətə kimi onların bir yerdə yaşamasını isə tərəflər övladlarının xatirinə bir yerdə yaşadıqlarını izah etmişlər. ##.##.2019-cu il tarixdə iddiaçı2 ilə “xxxx” MMC arasında inşa ediləcək binanın 16 giriş, 5-ci mərtəbəsində **** saylı mənzilin təhvil verilməsi barədə kooperativ mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyəri 93000 manat müəyyən olunmuşdur. Mənzilin dəyəri iddiaçı2 tərəfindən tam ödənilmiş və iddiaçı2 adına maliyyə arayışı verilmişdir. Məhkəmənin iddiaçı1 ona məxsus atababadan qalma köhnə “Sovetski” kimi adlandırılan ünvan 5 ünvanında yerləşən ümumi yaşayış mənzilinin 2019-cu ildə dövlət layihəsi üzrə sökülərək əldə edilmiş pul vəsaiti hesabına hazırkı mübahisəli mənzilin alınması ilə bağlı gəldiyi əsas nəticə əsassız və qanununsuzdur. Həmin mənzilin alınmasına iddiaçı1 1 manat belə olsun pul vəsaiti xərcləməmişdir. Həmin mənzilin alınmasına çəkilən xərcin bir qismini Aynurə özü, digər böyük bir qismini anası cavabdeh1 tərəfindən ödənilmişdir. Hətta iddiaçı1 ona məxsus ata-babadan qalma köhnə “Sovetski” kimi adlandırılan ünvan 5 ünvanında yerləşən evdən əldə edəcəyi pul vəsaitindən evin alınmasına kömək edəcəyini demiş olsa da, lakin iddiaçı1 məhkəmə iclası zamanı özünün verdiyi ifadəsində göstərdiyi kimi əmisi ilə aralarında mübahisə olmuş və bank hesabında alınan pul vəsaiti əmisi ilə öz aralarında bölünmüş və iddiaçı1 çatası pulu o öz şəxsi vəsaiti hesabına xərcləmişdir. Bu faktlar məhkəmə iclasında şahid qismində ifadə verən X2 və cavabdeh cavabdeh2da təsdiq etmişdir. Hətta anası mənzil alınarkən təmirsiz vəziyyətdə olduğu üçün mənzilin təmirinə çəkilən xərclər də anası cavabdeh1 tərəfindən çəkilmişdir. Məhkəmə qeyd olunan mənzilin alınmasına çəkilən xərcin Aynurə tərəfindən tam ödənilməsi ilə bağlı sübutlar təqdim edə bilmədiyini göstərmiş olsa da, lakin mənzilin alınmasına sərf olunan 93000 manat pulun onun tərəfindən tam ödənildiyini təsdiq edən maliyyə arayışını sübut kimi qiymətləndirməmişdir. Halbuki, iddiaçı1 ona məxsus ata-babadan qalma köhnə “Sovetski” kimi adlandırılan ünvan 5 ünvanında yerləşən evin söküntüsü zamanı ona ##.##.2019-cu il tarixdə 76486 manat pul ödənilmişdir. Halbuki ##.##.2019-cu il tarixdə alınan hazırkı mübahisəli mənzil dəyəri 93000 manat iddiaçı2 tərəfindən nəğd şəkildə ödənilərək almışdır. iddiaçı1 ünvan 5 ünvanında yerləşən evin söküntüsü zamanı ona ##.##.2019-cu il tarixdə 76486 manat pul verildiyini, lakin qeyd olunan mənzilin isə 93000 manata alındığını sual verdikdə o bildirmişdir ki, mənzilin alınması üçün qalıq pulu qardaşı məhkəmədə şahid qismində ifadə verən X1 borc almışdır. Halbuki məhkəmə iclasında şahid qismində ifadə verən X1 Babayevin dediklərindən tam fərqli ifadə verərək iddiaçı1 guya borc verdiyini, lakin həmin borc pulu mənzilin alınmasına deyil, 2019-cu ilin fevral ayında mənzilin təmir edilməsi məqsədi verildiyini bildirmişdir. Hazırkı mübahisəli mənzilin iddiaçı1 tərəfindən ata-babadan qalma köhnə “Sovetski” kimi adlandırılan ünvan 5 ünvanında yerləşən evin söküntüsü zamanı əldə edilmiş pul vəsaiti hesabına hazırki mübahisəli mənzili almasını sübut edə bilməsə də, lakin işə baxan məhkəmə işin hallarını və tərəfindən təqdim edilmiş sübutları təhrif edərək əsassız qənaətə gəlmişdir. iddiaçı1 övladı X6 təhsildə köməklik göstərməsi üçün daimi olaraq Ukraniya Respublikasına gedib-gəldiyi üçün # ###### 2018- ci il tarixində ata-baba yurdunun söküntüsü ilə əlaqədar sənədləşmələrdə onun adından istifadə etmək üçün 10 il müddətinə etibarnamə verməsi ilə bağlı gəlinən nəticəni də əsassız və qanunsuz hesab etmişdir. Belə ki, iddiaçı1 ona məxsus ata-babadan qalma köhnə “Sovetski” kimi adlandırılan evin söküntüsü zamanı və pulun alınmasına dair “xxxx” tərəfindən təqdim olunmuş sənədlərdən aydın görünür ki, sənədlər üzərində olan imzaların heç biri Aynurə tərəfindən deyil, iddiaçı1 öz imzaları ilə təsdiq olunmuş və “xxxx”dan ödənilən 76486 manat pul iddiaçı1 özü tərəfindən qəbul edilmişdir. Bundan əlavə, məhkəmənin gəldiyi əsas nəticələrdən biri də iddiaçı1 tərəfindən iddiaçı2 verilmiş etibarnamə əsasında sonuncu cavabdeh2 ##.##.2023-cüil tarixdə mübahisəli mənzildən və pay hüququndan imtina etməsinə etirazının olmaması barədə ərizə verildiyini qeyd edərək həmin ərizənin iddiaçı1 iradə ifadəsinə zidd olduğunu göstərmişdir. Halbuki məhkəmə iclasında ifadə verən cavabdeh2 ifadəsindən bir kəlmə olsun ki, qəbul edilmiş qətnamədə qeyd aparılmamışdır. cavabdeh2 ##.##.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh qismində göstərildiyi qarşılıqlı iddia ərizəsinə münasibət bildirirək iddiaçı iddiaçı2 ilə uzun müddətdir dostluq etdiklərini, iddiaçı və cavabdehlə ailəvi münsibətlərinin çox yaxşı olduğunu, ##.##.2019-cu il tarixdə iddiaçı2 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzilin alınmasına sərf olunan pulun yarısının iddiaçı2 özünün yığdığı pul vəsaiti, qalan məbləğinin isə anası cavabdeh1 tərəfindən ona məxsus torpaq sahəsinin satılmasından əldə olunan vəsait hesabına alındığını, həmin evin alınmasına sərf olunan vəsaitin çox hissəsinin anası cavabdeh1 tərəfindən ödənildiyini, sonradan mənzilin cavabdeh1 adına keçirilməsinin onun digər qız övladının da həmin mənzildən pay almaq hüququnun olması, lakin sonradan həmin övladının ailəsində yaranmış problemlərlə əlaqədar yenidən bağışlama müqaviləsinə əsasən iddiaçı2 adına hədiyyə edildiyini, bundan başqa iddiaçı2 həmin evin alınmasına iddiaçı1 tərəfindən hər hansı vəsait qoyulmadığını, Bakı şəhəri Yasamal rayon Icra Hakimiyyəti tərəfindən sonuncuya verilmiş kompensasiyanın şəxsi ehtiyacları üçün sərf etdiyini bildirmiş, digər tərəfdən iddiaçı1 tərəfindən iddiaçı2 verilmiş etibarnamə əsasında ona etibarnamə verilməsini və həmin etibarnamə əsasında iddiaçı1 tərəfindən mənzildən imtina edilməsi ilə bağlı ərizənin yazılmasını iddiaçı1lə aralarında problemlərin olmasını həmin vaxt iddiaçı2 iddiaçı1 onunla birlikdə notariusa getməsini təklif etsə də, iddiaçı1 “sənə etibarnamə vermişəm, get nə istəyirsən elə” deməsindən sonra onun adına etibarnamə verməsi ilə izah etmişdir. Qeyd olunan hallar məhkəmə iclasında şahid qismində dindirilmiş, iddiaçının və cavabdehin onlarla birlikdə yaşamış övladları X2 təsdiq etmişdir. Belə ki, Rüfət Babayev vermiş olduğu ifadəsində özü də təsdiq etmişdir ki, iddiaçı1 və iddiaçı2 onun valideynləridir, 2018-ci ildən valideynləri arasında münasibətlər korlanmış, 2019-cu ildə atasına evin sökülməsi ilə bağlı kompensasiya məbləği verilsə də, həmin məbləği atası öz şəxsi ehtiyaclarına sərf etmişdir. Yaşadıqları evin alınmasına çəkilən xərcin bir qismini anası, digər böyük qismini nənəsi cavabdeh1 özünə məxsus torpaq sahəsini sataraq anasına vermiş və anası da hazırki mübahisəli mənzili almışdır. iddiaçı1 qeyd olunan mənzilin cavabdeh1 adına qeydiyyatdan keçməsindən məlumatının iddiaçı2 ilə onlar arasında ailə mübahisəsi ilə bağlı 2024-cü ilin dekabr ayında mediasiya sessiyyası zamanı məlumatının olması və bu məlumatı əldə etdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etməsi ilə bağlı gəlinən nəticə əsassız və qanunsuzdur. Ona görə ki, iddiaçı1 özü məhkəmə iclasında ona verilən suala cavabında özü etiraf etmişdir ki, ##.##.2023-cü il tarixdə övladı Hüseynğa Babayev işə düzələn vaxtlarda ondan yaşayış yeri barədə arayış tələb olunduğundan o arayışın alınması üçün cavabdeh7 MTK-nə müraciət etmiş və MTK tərəfindən ona arayış verilmişdir. Halbuki iddiaçı1 mənzilin cavabdeh1 adına qeydiyyatdan keçməsindən məlumatının 2024-cü ilin dekabr ayında mediasiya sessiayası zamanı olduğunu bildirsə də, vəkil sorğusu əsasında cavabdeh7 MTK tərəfindən ##.##.2023cü il tarixdə iddiaçı1 təqdim olunmuş arayışda mənzilin cavabdeh1 məxsus olduğu qeyd olunmuşdur. Bu barədə tərəfindən əldə edilmiş arayış rəsmi məlumat əsasında ##.##.2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş olsa da məhkəmə qeyd olunan sübutlara ümumiyyətlə qiymət verməmişdir. Bu hal bir daha təsdiq edir ki, iddiaçı1 iddia tələbində göstərdiləri həqiqətə uyğun deyil və onun tərəfindən hazırlanmış senaridir. Lakin işə baxan məhkəmə təqdim edilmiş sübutları kənara qoymaqla mənzilin iddiaçı1 söküntü zamanı ödənilmiş pul vəsaiti hesabına əldə edilməsi qənaətinə gələrək əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Bundan əlavə məhkəmə cavabdeh1 tərəfindən iddiaçı2 edilmiş ##.##.2023-cü il tarixli bağışlama müqaviləsini uydurma əqd, yəni ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd kimi qiymətləndirmişdir. Halbuki cavabdeh7 MTK tərəfindən verilmiş maliyyə arayışı ilə müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov keçəsi 24/B ünvanında inşa edilən kooperativ yaşayış binası cavabdeh7 MTK-ya məxsusdur. Bu binanın 16 giriş, 5-ci mərtəbəsində, tikinti sahəsi 114,5 kv metr, yaşayış sahəsi 60,42 kv metr olan 3 otaqlı, **** saylı mənzilin pay dəyəri cavabdeh1 tərəfindən tam ödənilmişdir, MTKya borcu yoxdur. Məhkəmənin bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı gəldiyi nəticə əsassız və qanunsuzdur. Mübahisəli mənzilin iddiaçı2 və digər cavabdeh onun anası cavabdeh1 tərəfindən özünə məxsus torpa sahəsini sataraq əldə edilmiş pul vəsaiti hesabına alınması iş üzrə iddiaçı iddiaçı1 bir-birindən fərqli formada vermiş olduğu ifadəsi, iş üzrə cavabdeh cavabdeh2 və məhkəmə iclasında şahid qismində dindirilmiş iddiaçının və cavabdehin oğlu X2 tərəfindən verilmiş ifadələrlə öz təsdiqini tapmışdır. Məhkəmə formal əsaslarla qeyd olunan mənzilin iddiaçı1 tərəfindən onun ata-babasından miras qalmış əmlakın söküntüsü zamanı əldə edilmiş pul vəsaiti hesabına əldə edildiyi qənaətinə gəməklə onun qanunla qoruan mülkiyyət hüquqlarını pozmuşdur. Məhkəmənin iddia müddətinin tətbiq olunması ilə bağlı gəldiyi nəticəni əsassız hesab edir. Iddia müddətinin tətbiq olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, mübahisə predmeti olan əmlak daşınmaz əmlak, yəni fərdi-müəyyən əşya olduğundan hazırki münasibətə iddia müddətinin tətbiqi yolverilməzdir. Mübahisəli mənzil ##.##.2019-cu il tarixdə ona alqı-satqı edilmiş və mənzilin dəyəri onun tərəfindən tam ödənilmişdir. Mənizilin onun mülkiyyətində olmasını istisna edəcək hər hansı bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. cavabdeh7 MTK tərəfindən iddiaçı1 təqdim olunmuş ##.##.2023-cü il tarixli arayışdan görünür ki, qeyd olunan mənzilin cavabdeh1 məxsus olmasından mənzil iddiaçı2 tərəfindən cavabdeh1 alqı-satqı edilərkən iddiaçı1 məlumatı olmuşdur. Əqdin etibarsızlığına dair bir illik müddət tətbiq olunaraq iddia tələbi rədd olunmalıdır. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Halbuki məhkəmə iclasında cavabdeh qismində ifadə verən cavabdeh2 ifadəsindən bir kəlmə olsun ki, qəbul edilmiş qətnamədə qeyd aparmadan sübutları qarşılıqlı iddia üzrə iddiaçı iddiaçı1 xeyrinə təhrif edərək qeyd olunan prosessual hüquq normalarını pozmuşdur. Eyni zamanda işə baxan məhkəmə şahid ifadələrini də iddiaçı1 qarşlıqlı iddia tələbinin təmin olunması istiqamətində fərqli formada təhrif etmişdir. Məhkəmə qarşlıqlı iddia ərizəsinin təmin olunması istiqamətində təqdim olunmuş sübulara birtərfli və səthi yanaşmaqla qanunsuz və əsassız nəticəyə gəlmişdir.
27. Qətnamədən cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin qarşılıqlı iddia ərizəsinin təmin edilən hissəsində ləğv edib qarşlıqlı iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24/B giriş 16, 5-ci mərtəbə 144,5 kv metr olan mənzilin alınması ilə bağlı iddiaçı1 ata babasından miras qalmış “Sovetski” kimi adlandırılan ünvan 1 ünvanında yerləşən mənzilin sökülməsi zamanı əldə edilmiş pul vəsaiti hesabına alınması ilə bağlı gəldiyi nəticə qanunsuz və əsassızdır. iddiaçı1 əmlakın həqiqətən də qeyd olunan pul vəsaiti hesabına əldə etməsini təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Amma buna baxmayaraq məhkəmə qeyd olunan halları təhrif edib qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Hazırkı mübahisəli mənzilin dəyəri 93000 manat, iddiaçı1 isə söküntü zamanı ödənilən pulun dəyəri isə 76486 manat olmuşdur. iddiaçı1 qalıq pulu qardaşı X1 borc alıb 76486 manat pulun üzərinə qoyub toplam olaraq hazırki mübahisəli mənzili 92000 manata aldığını desə də, lakin məhkəmədə şahid qismində dindirilən Ramin iddiaçı1 Babayevə pulu 2019-cu ilin yanvar ayında deyil, fevral ayında verdiyini, verdiyi borc pulu isə evin alınmasına deyil təmir edilməsi üçün borc verdiyini demişdir. Əslində iddiaçı1 evin alınmasına qardaşı Ramin Babayevdən borc pul alması, Ramin Babayev tərəfindən təsdiq olunmasa da, Ramin Babayev tərəfindən evin təmirinə çəkilən xərc üçün iddiaçı1 borc pul verdiyini sözlə ifadə etmiş, lakin bunu təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Hətta ev alınan günədək onlar dəfələrlə “xxxx” MTK-nə gedib hazırki mübahisəli evi almaq istədiyini mümkün qədər başqa şəxslərə satmamalarını MTK-ya demişlər. 2019-cu ilin yanvar ayında iddiaçı1 söküntünün yekunlaşdığını, pulun ona ödəniləcəyini, lakin ödənilən pul onun adına bank hesabına ödənilsə də, həmin pulu əmisi ilə bərabər böləcəyini deyirdi. 2018-ci ilin dekabr ayında o, (Zəhra) Şüvəlan bağlar massivində özünə məxsu torpaq sahəsini 50000 manata satmışdır. Qeyd etdiyi xüsusatlar məhkəmə iclasında cavabdeh qismində göstərilən iddiaçı2 ilə ailəvi dostluq münasibətləri olan cavabdeh cavabdeh2 və məhkəmə iclasında şahid qimində ifadə verən iddiaçı1 və iddiaçı2 oğlu X2 da öz ifadələrində təsdiq etmişlər. Amma buna baxmayaraq məhkəmə işin hallarını təqdim edilmiş sübutları düzgün qiymətləndirmədən əsassız qətnamə qəbul etmişdir. iddiaçı2 paydan imtina edib əmlakı ona alqı-satqı etməsi və əmlaka mülkiyyət hüququ əldə edib bağışlama müqaviləsi əsasında iddiaçı2 bağışlaması ilə bağlı məhkəmənin mövqeyi ilə razılaşmır. Çünki məhkəmə qarşlıqlı iddia ərizəsində bu məsələ məhz hazırki mübahisəli mənzilin alınması üçün sərf olunan pulun iddiaçı1 ata-baba yurdundan miras qalmış əmlakın söküntüsü nəticəsində əldə olunmuş pul vəsaiti hesabına əldə edildiyi ilə əsaslandırılmış və nəticədə bağlanmış əqdləri, əhəmiyyətsiz əqd kimi qiymətləndirmişdir. Qeyd edir ki, iddiaçı2 paydan imtina edib, MTK tərəfindən mənzilin ona satılması və mənzilin dəyəri onun (Zəhra) tərəfindən tam ödənilərək alınması, bundan sonra ilkin olaraq həmin mənzilə iddiaçı2 deyil, onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reysterindən qeydiyyatdan keçirilməsinin qanunsuz olması barədə iddiaçı tərəfindən hər hansı bir mötəbər sübutlar təqdim edilmədiyi halda məhkəmə əsassız və qanunsuz olaraq bağışlanma müqaviləsini əhəmiyyətsiz əqd kimi qiymətləndirib iddia ərizəsini təmin etmişdir. Halbuki sözügedən mənzil vicdanlı alıcı olaraq onun adına daşınmaz əmlakın dövlət reyesterində qeydiyyatdan keçmiş, lakin qarşılıqlı iddiaçı onun vicdanlı alıcı olmağını istisna edəcək hallarla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olduğu halda nə qədər ki, cavabdeh olaraq onun vicdanlığını şübhə altına alan hər hansı bir hal müəyyən edilməmişdirsə onun bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi də mümkünsüzdür. Bundan əlavə, hazırkı mübahisə olunan əmlakdan iddiaçı2 paydan imtina edib mənə alqı-satqı etməsi iddiaçı1 tərəfindən 10 il müddətə verilmiş baş etibarnamə əsasında iddiaçı1 öz razılığı ilə onun səlahiyyətlərinin başqa şəxsə ötürülməsi yolu ilə həyata keçirilmiş və nəticədə qeyd olunan əmlak 2023-cü il tarixdə alqı-satqı edilmişdir. iddiaçı1 iddia tələbində qeyd etmişdir ki, onun əmlakın cavabdeh1 adına alqı-satqı edilməsindən məlumatı 2024-cü ilin dekabr ayında onlar arasında nikaha xitam verilməsi barədə mediasiya sessiyası zamanı olmuşdur. Halbuki mənzil 2023-cü ildə onun (Zəhranın) mülkiyyətində olan zaman iddiaçı1 şəxsən özü ona müraciət edib övladı Hüseynağa Babayevin işə düzəlməsi üçün ondan yaşayış yeri barədə arayış tələb olunduğunu və bu səbəbdən MTKdan arayış alınıb verilməsini ondan istəmişdir. Onun razılığı əsasında cavabdeh7 MTK tərəfindən ##.##.2023-cü il tarixdə yaşayış yeri barədə arayış verilmiş və həmin arayış iş materiallarına ələvə olunaraq arayış üzərində mənzilin ona (Zəhraya) məxsus olması qeyd olunmuşdur. Sadəcə olaraq onu deyə bilər ki, iddiaçı1 iddiaçı2 ilə aralarında olan nikaha xitam verildikdən sonra onu mənzildən çıxarılacağını anlamış və sonra o həmin əmlakın ona məxsus olması və ya ən azından birgə nikah dövründə əldə olunmuş əmlak kimi gələcəkdə əmlakın bölünməsinə nail olmaq üçün bu addımı atmışdır. Bundan sonra o çıxış yolunu formal əsaslarla, hazırlanmış senariyə uyğunlaşdırmış, nəticədə məhkəməyə müraciət edib qanunsuz qətnamə qəbul edilməsinə nail olmuşdur. Qətnamədə görünür ki, Aynura Babayeva idda müddətinin tətbiq olıunması ilə bağlı məhkəməyə vəsatət vermiş olsa da, məhkəmə mübahisə predmeti olan əmlak daşınmaz əmlak, yəni fərdi-müəyyən əşya olduğundan və əldə edənin əmlakına qarışmadığından hazırki münasibətə iddia müddətinin tətbiqinin yol verilməz olduğunu göstərmişdir. Halbuki mübahisəli mənzilə iddiaçı1 deyil, iddiaçı2 mülkiyyət hüquqları tanınmalıdır. Belə ki, ##.##.2019-cu il tarixli müqavilə “xxxx” MMC ilə iddiaçı1 arasında deyil, iddiaçı2 arasında bağlanmışdır. Göstərilənlərə əsasən hesab edir ki, məhkəmə iddia müddətinin tətbiq olunması ilə bağlı gəldiyi nəticədə əsassız və qanunsuz hesab edilməlidir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Göründüyü kimi məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutları təhrif etmiş, cavabdeh tərəfindən istinad edilmiş sübutlara qiymət verməmişdir. Işə baxan məhkəmə tərəfimizdən təqdim edilmiş iş üçün əhəmiyyətli olan hallara hüquqi qiymət vermədən, işin hallarını qarşılıqlı iddia üzrə iddiaçı iddiaçı1 əsassız tələbin təmin olunması üçün təhrif etmişdir.
29. Qətnamədən birləşdirilmiş iş üzrə iddiaçı iddiaçı1 apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi,ev 24/B giriş 16, 5-ci mərtəbə 114,5 kv metr olan mənzilə iddiaçı iddiaçı1 tam mülkiyyət hüququnun tanınmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
30. iddiaçı1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qəbul etdiyi mübahisəli qətnamədə qeyd edilmişdir ki, “Lakin məhkəmə qarşılıqlı iddia ərizəsinin iddiaçı1 Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil **** saylı mənzilə mülkiyyət hüququnun tanınması tələbi ilə bağlı olan hissəsi ilə razılaşmır. Belə ki, iddiaçı iddiaçı2 tərəfindən verilmiş ## #### 2023-cü il tarixli Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24/B giriş 16, 5-ci mərtəbə 114,5 kv metr olan mənzildə paydan imtina edilməsi haqqında Bakı şəhəri ** saylı notariat ofisində verilmiş ərizənin etibarsızlığı tələbini qoysa da, cavabdeh2 tərəfindən iddiaçı1 adından verilmiş ## #### 2023-cü il tarixli Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24/B giriş 16, 5-ci mərtəbə 114,5 kv metr olan mənzildə paydan imtina edilməsi haqqında Bakı şəhəri ** saylı notariat ofisində verilmiş ərizənin etibarsızlığı tələbini qoymamışdır. Belə olan halda, nə qədər ki, həmin ərizənin etibarsızlığı iddiaçı1 tərəfindən qoyulmayıb, mübahisəli mənzilə iddiaçı1 mülkiyyət hüququ tanına bilməz. Digər tərəfdən əqdin etibarsızlığın nəticəsi olaraq restitusiya tətbiq olunarsa, mübahisəli mənzilə iddiaçı1 deyil, iddiaçı2 mülkiyyət hüquqları tanınmalıdır. Belə ki, ##.##.2019-cu il tarixli müqavilə “xxxx” MMC ilə iddiaçı1 arasında deyil, iddiaçı2 arasında bağlanmışdır.” Məhkəmənin gəlmiş oduğu bu nəticə ilə razı deyil. Bütün müqavilə və ərizələri etibarsız hesab edildiyi halda əmlak yenidən iddiaçı2 adına keçdiyi üçün iddiaçının xəbəri və iradəsi olmadan cavabdeh2 tərəfindən iddiaçı1 adından verilmiş ## #### 2023-cü il tarixli Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24/B giriş 16, 5-ci mərtəbə 114,5 kv metr olan mənzildə paydan imtina edilməsi haqqında Bakı şəhəri ** saylı notariat ofisində verilmiş ərizənin etibarsızlığının qoyulmasına heç bir zərurət yox idi. Çünki həmin ərizə özlüyündə heç bir hüquqi nəticə yaratmır. Belə olan halda iddiaçı1 iddiası tam təmin edilməli idi. Bu qeyd edilənlərə dair tərəflərindən kifayət qədər sübutlar təqdim edilməsinə baxmayaraq məhkəmənin qismən əsassız nəticəyə gəlməsi qəbul edilən deyildir. Mübahisəli əmlak iddiaçı1 ata-baba yurdu sökülmüş və nəticədə ##.##.2019-cu il tarixli kassa məxaric orderinə əsasən söküntü ilə əlaqədar 76486 manat iddiaçı1 ödənilmişdir.
31. Qətnamədən cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin qarşlıqlı idda ərizəsinin təmin edilən hissəsində ləğv edilməsi və qarşlıqlı iddia ərizəsinin tam rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
32. cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh qismində göstərildiyi üçün qarşılıqlı iddia ərizəsinə münasibətdə ##.##.2025-ci il tarixdə məhkəmədə geniş məzmunlu ifadə verməyinə baxmayaraq işə baxan məhkəmə qanunsuz və əsassız olaraq qətnamə qəbul etməyə nail olmaq üçün tərəfindən verilmiş ifadədən bir kəlmə olsun belə qeyd etməmiş və tərəfindən izahat əsasında verdiyi dəlillərə qiymət verməmişdir. Belə ki, o, 20 ildən çox müddətdir ki, iddiaçı2 ilə dostluq münasibətləri vardır və hal-hazıradək də davam edir. Bu dostluq münasibətləri onların ailəvi münasibətlərinə də təsir göstərmiş və nəticədə iddiaçı1 və onun övladları ilə də münasibətlər normal olmuşdur. iddiaçı1 qarşlıqlı iddia ərizəsində göstərdiklərini əsassız və qanunsuz hesab edərək bildirmişdir ki, mənzilin alınmasına onun bir manat belə vəsaiti xərclənməmişdir. iddiaçı1 iddia ərizəsində mənzilin cavabdeh1 adına alqı-satqı edilərkən alqı-satqının rəsmiləşdirilməsindən məlumatının olmaması əsassız və qanunsuzdur. Məhkəmə qəbul etdiyi qətnamədə istinad edir ki, iddiaçı1 ata babasından miras qalmış “Sovetski” kimi adlandırılan ünvan 3 ünvanında yerləşən mənzilin sökülməsi zamanı əldə edilmiş puldan bir gün sonra hazırkı mübahisəli mənzili almışdır. Sözgüdən mənzilin alınması, iddiaçı1 ata-babasından miras qalmış mənzilin sökülməsi zamanı əldə edilmiş pulun alınmasından bir gün sonra baş vermiş olsa da, lakin iddiaçı1 həmin puldan bir manat belə olsun mübahisəli mənzilin alınmasına pul xərcləməmişdir. Hətta həmin vaxt onlar fomral ailə münasibətlərində olsalar da, özlərinə məxsus evləri belə olmamışdır. iddiaçı2 tanıdığı gündən fərdi sahibkar kimi işlədiyini və kifayət qədər pul qazandığının şahidi olmuşdur. iddiaçı2 uzun müddət idi ki, sahibkarlıq fəaliyyəti ilə əldə etdiyi pulun bir qismini toplayıb ev almaq istəyirdi. Hətta iddiaçı2 2019-cu ilin əvvələrində bir neçə dəfə digər cavabdeh və onunla birlikdə cavabdeh7 MTK-nə gedərək məzillərə baxılmışdır. iddiaçı1 özü onun yanında iddiaçı2 söküntü nəticəsində əldə edəcəyi pulla bağlı əmisi arasında mübahisənin olduğunu bildirirdi. Hazırkı mübahisəli mənzil alınan gündən təxminən 10 gün əvvəl iddiaçı2 anası cavabdeh1 özünə məxsus torpaq sahəsini satdığını, alınan evin pulunun çox hissəsini iddiaçı2 verdiyinin və iddiaçı2 özü topladığı pulla bərabər anası cavabdeh1 tərəfindən verilmiş pulu bir yerə toplayaraq hazırki mübahisəli mənzilin alınmasının şahidi olmuşdur. Halbuki qeyd olunan hallar barədə məhkəmədə geniş ifadə verməklə bərabər bu istiqamətdə hakim və hər iki tərəfin vəkillərinin suallarınada cavab vermiş olsa da, baxan məhkəmə tərəfindən qəbul edilmiş qətnamədə bir cümlə olsun belə onun ifadəsinə qiymət verməmişdir. Iş materiallarından göründüyü kimi ##.##.2018-ci il tarixli etibarnaməyə əsasən bir sıra səlahiyyətlər notariat ofisində təsdiq edilmiş etibarnamə əsasında 10 il müddətinə iddiaçı1 tərəfindən iddiaçı2 etibar edilmişdir. Məhkəmənin ##.##.2023-cü il tarixli iddiaçı2 və onun tərəfindən verilmiş paydan imtina edilməsi barədə ərizələrin verilməsində məqsəd cavabdeh1 adına çıxarışın əldə edilməsi və daha sonra daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1869 (Yeni qaydalarla: AZ1070, ünvan 6) ünvanında yerləşən mənzilin iddiaçı2 mülkiyyətinə verilməsini həqiqəti əks etdirməməsi ilə bağlı gəldiyi nəticədə əsassız və qanunsuzdur. Belə ki, ##.##.2023-cü il tarixli iddiaçı2 və cavabdeh2 tərəfindən verilmiş paydan imtina edilməsi barədə ərizə verilməzdən əvvəl iddiaçı2 onun yanında iddiaçı1 mənzilin satılması ilə bağlı MTK-ya getməyi təklif etsə də, iddiaçı1 iddiaçı2 etibarnamə verdiyini deyib getməkdən imtina etmişdir. Bundan sonra iddiaçı2 notariat ofisində iddiaçı1 tərəfindən verilmiş səlahiyyətləri ona ötürərək iddiaçı1 adından o, çıxış edib ərizə yazaraq paydan imtina etmişdir. Belə ki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Hesab edir ki, işə baxan məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə qarşlıqlı iddia ərizəsi üzrə cavabdeh qismində məhkəmədə işin əsas faktiki halları barədə vermiş olduğu ifadəyə ümumiyyətlə qiymət verməmiş, işin faktiki hallarını qarşlıqlı iddia ərizəsinin təmin olunmasına nail olmaq üçün iddiaçının xeyrinə təhrif etmiş və bununlada əsassız və qanunsuz qətnamə qəbul etməyə nail olmuşdur. Qarşlıqlı iddia ərizəsi üzrə iddiaçı qarşlıqlı iddia ərizəsi üzrə tələbini sübut edəcək hər hansı bir sübut təqdim edə bilmədiyi halda işə baxan məhkəmə onun tərəfindən təqdim olunmuş formal əsaslar məhkəmə tərəfindən qəbul edilmiş qətnamə ilə təhrif edilərək əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Işin faktiki hallarından göründüyü kimi işə baxan məhkəmə qarşılıqlı iddia ərizəsinin təmin olunması ilə bağlı mübahisəli mənzilin alınması üçün iddiaçı1 miras qalmış əmlakın sökülməsi nəticəsində əldə edilmiş pul vəsaiti hesabına alınması, iddiaçı2 paydan imtina edilməsinin qanunsuz olmasını, mənim ərizə ilə iddiaçı1 paydan imtina edilməsi ilə bağlı yazdığım ərizənin qanunsuz olması, əmlakın cavabdeh1 tərəfindən iddiaçı2 bağışlanması ilə bağlı bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğc edilməsi ilə bağlı gəldiyi nəticələr əsassız və qanunsuzdur.
33. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər – Günay Axundova (sədrlik edən və məruzəçi), Məhəmməd Rüstəmli və Fərrux Qasımov) birləşdirilmiş iş üzrə cavabdehlər iddiaçı2, cavabdeh2 və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birləşdirilmiş iş üzrə iddiaçı iddiaçı1 apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi qismən - iddiaçı1 Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil **** saylı mənzilə mülkiyyət hüququnun tanınması ilə bağlı iddianın rədd edilən hissəsində ləğv edilərək həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmişdir. Birləşdirilmiş iş üzrə iddiaçı iddiaçı1 iddia tələbi qeyd olunan hissədə qismən təmin ediməsi, Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 9 mərtəbə ünvanında inşa edilmiş yaşayış binası, ümumi sahəsi 114,5 kv metr ibarət mənzilə dair “xxxx” MMC ilə iddiaçı2 arasında bağlanmış ##.##.2019-cu il tarixli, **** nömrəli müqavilədən irəli gələn hüquqda iddiaçı1 2/3, iddiaçı2 1/3 hissədə payının müəyyən edilməsi qət edilmişdir.
34. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, rayon məhkəməsinin gəldiyi mövqe ilə razılaşır ki, iddiaçı2 ##.##.2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzilin alınmasına sərf olunan pulun özü və anası cavabdeh1 tərəfindən qoyulduğunu bildirsə də, bunu təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
35. Işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
36. Işdə olan sübutlarla müəyyən olunmuşdur ki, mübahisələndirilən mənzilin alınmasından bir gün qabaq iddiaçı iddiaçı1 76486 manat məğləğində vəsaiti olmuşdur. Ailə münasibətləri çərçivəsində tərəflər bir-birinə qarşılıqlı etimad göstərmiş, mübahisələndirilən mənzil 93000 manata alınmış və iddiaçı2 adına rəsmiləşdirilmişdir. ##.##.2019-cu il tarixdə cavabdeh7 MTK ilə iddiaçı2 arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzilin alınmasına sərf olunan məbləğin 76486 manatı məhz iddiaçı1 verilən kompensasiya məbləği olmasını təkzib etmək Aynurə Babyevanın üzərinə düşsə də sonuncu bunu sübut edə bilməmişdir.
37. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh1 tərəfindən iddiaçı2 edilmiş ##.##.2023-cü il tarixli bağışlama müqaviləsini uydurma əqd, yəni ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Belə ki, iddiaçı2 ##.##.2023-cü il tarixli ərizəyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 9 mərtəbə ünvanında inşa edilmiş yaşayış binasının, **** saylı mənzil, ümumi sahəsi 114,5 kv metr ibarət mənzildən və pay hüququndan imtina etmiş, elə həmin gün sonuncunun anası cavabdeh1 ilə cavabdeh7 MTK arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov, 24B ünvanında inşa edilmiş yaşayış kompleksinin 16 giriş, 5 mərtəbə, ümumi sahəsi 114,5 kv metr, yaşayış sahəsi 60,42 kv metr olan, 3 otaqlı, **** saylı mənzil sonuncu tərəfindən alınmışdır. Bundan 1 ay 1 gün sonra isə cavabdeh1 həmin mənzili qızı iddiaçı2 bağışlamışdır.
38. cavabdeh1 ilə iddiaçı2 arasında bağlanmış bağışlama müqaviləsi üçüncü şəxslərdə görüntü yaratmaq üçün bağlanmışdır. Sırf görünüş üçün edilən iradə ifadələri əsasən iki halla bağlı edilir və Mülki Məcəllənin 340-cı maddəsində bu hər iki halla bağlı xüsusi tənzimləmə nəzərdə tutulmuşdur. Hər iki hal iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluq əmələ gətirməklə yaranır. Başqa sözlə hər iki halda da ifadə bilərəkdən əsl iradəyə zidd şəkildə edilir. Yalan əqdin olduğu hallarda əqdi bağlayanlar əslində bağladıqları əqdin heç hüquqi nəticə əmələ gətirməyəcəyini deyil, başqa mahiyyət və nəticə əmələ gətirməsini istəyirlər. Başqa sözlə, görünüşdəki əqdi ona uyğun hüquqi nəticələri əmələ gətirmək məqsədilə deyil, əsl niyyətlərində tutduqları başqa bir əqdə dair faktiki nəticələrin əmələ gəlməsinə hüquqi şərait yaratmaq məqsədilə bağlayırlar.
39. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı2 mənzilə pay hüququndan imtina edərək mənzilin anası cavabdeh1 adına rəsmiləşdirilməsinə nail olmuşdur. Sonra da cavabdeh1 mənzili iddiaçı2 bağışlamaqla mənzil iddiaçı2 adına yenidən rəsmiləşdirilmişdir.
40. Apellyasiya instansiyası məhkəməsi onunla da razılaşır ki, iddiaçı2 mübahisə predmeti olan mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak aktivindən çıxartmaq niyyəti ilə, yəni nikah pozulduqda iddiaçı1lə mənzilin bölünməsinin qarşısını almaq məqsədilə mənzilin anası cavabdeh1 adına rəsmiləşdirilməsi üçün mənzildə pay hüququndan imtina etmişdir. Əslində həm iddiaçı2, həm də cavabdeh1 belə hüquqi nəticə yaratmaq, yəni mənzilin cavabdeh1 mülkiyyətinə vermək kimi niyyəti olmamışdır. Elə ona görə də 1 aydan sonra cavabdeh1 həmin mənzili iddiaçı2 bağışlamaqla yenidən mənzili iddiaçı2 adına rəsmiləşdirilməsinə nail olmuşlar.
41. Məhkəmə birləşdirilmiş iş üzrə cavabdehlərin iddia müddətinin tətbiqi ilə bağlı dəlilini əsassız, birinci instansiya məhkəməsinin mövqeyini qanuni və əsaslı hesab edərək qeyd etmişdir ki, bağışlama müqaviləsinin etibarsızlığı fərdi müəyyən əşya ilə bağlı olmaqla, əhəmiyyətsiz əqdə əsaslandığından, iddia müddəti tətbiq oluna bilməz.
42. Lakin, məhkəmə birləşdirilmiş iş üzrə iddiaçı iddiaçı1 Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil **** saylı mənzilə mülkiyyət hüququnun tanınması tələbini rədd edərkən hesab etmişdir ki, iddiaçı iddiaçı2 tərəfindən verilmiş ## #### 2023-cü il tarixli Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24/B giriş 16, 5-ci mərtəbə 114,5 kv metr olan mənzildə paydan imtina edilməsi haqqında Bakı şəhəri ** saylı notariat ofisində verilmiş ərizənin etibarsızlığı tələbini qoysa da, lakin cavabdeh2 tərəfindən iddiaçı1 adından verilmiş ## #### 2023-cü il tarixli Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24/B giriş 16, 5-ci mərtəbə 114,5 kv metr olan mənzildə paydan imtina edilməsi haqqında Bakı şəhəri ** saylı notariat ofisində verilmiş ərizənin etibarsızlığı tələbini qoymamışdır. Belə olan halda, nə qədər ki, həmin ərizənin etibarsızlığı iddiaçı1 tərəfindən qoyulmayıb, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil **** saylı mənzilə iddiaçı1 mülkiyyət hüququ tanına bilməz. Digər tərəfdən əqdin etibarsızlığının nəticəsi olaraq restitusiya tətbiq olunarsa, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil **** saylı mənzilə iddiaçı1 deyil, iddiaçı2 mülkiyyət hüquqları tanınmalıdır. Belə ki, ##.##.2019-cu il tarixli müqavilə “xxxx” MMC ilə iddiaçı1 arasında deyil, iddiaçı2 arasında bağlanmışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, ##.##.2023-cü il tarixli bağışlama müqaviləsi etibarsız hesab olunduğundan etibarsızlığın nəticələri kimi həmin müqavilənin verilməsinə əsas olan müqavilə də etibarsızdır. Belə olan halda əlavə olaraq Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 24B, **** saylı mənzil cavabdeh7 MTK üzvlərinin ümumi iclasının ** nömrəli ##.##.2023-cü il tarixli protokolundan çıxarışının və *** nömrəli ##.##.2023-cü il tarixli maliyyə arayışının etibarsız hesab edilməsini məhkəmə zəruri hesab etməmişdir.
43. Apellyasiya məhkəməsi bu hissədə rayon məhkəməsinin gəldiyi mövqe ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının tələbi bağışlama müqaviləsinin etibarsızlığı və mülkiyyət hüququnun müəyyən edilməsi olmuşdur. Məhkəmə bağışlama müqaviləsinin əhəmiyyətsizliyini müəyyən etsə də, bağışlama müqaviləsinin bağlanmasına yönəlik olan ərizənin etibarsızlığı tələbinin ayrıca qeyd edilməməsini göstərməklə məsələyə formal yanaşmışdır. Halbuki, məhkəmə də müəyyən etmişdir ki, iddiaçı1 imtina ərizəsi verməmiş, onun 2018-ci ildə verdiyi etibarnamədən arvadı 2023-cü ildə öz mənafeyi üçün istifadə edərək səlahiyyətləri rəfiqəsinə ötürmüş, rəfiqəsi də iddiaçı1 əvəzinə mənzilə paydan imtina ərizəsi vermişdir.
44. Birinci instansiya məhkəməsinin digər yanaşması isə belə olmuşdur ki, digər tərəfdən əqdin etibarsızlığın nəticəsi olaraq restitusiya tətbiq olunarsa, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil **** saylı mənzilə iddiaçı1 deyil, iddiaçı2 mülkiyyət hüquqları tanınmalıdır. Belə ki, ##.##.2019-cu il tarixli müqavilə “xxxx” MMC ilə iddiaçı1 arasında deyil, iddiaçı2 arasında bağlanmışdır.
45. Apellyasiya məhkəməsi bu mövqe ilə razılaşmayaraq qeyd etmişdir ki, ailə və mülki qanunvericiliyin istinad olunan normalarından göründüyü kimi nikah dövründə əldə edilən əmlak kimin adına rəsmiləşdirilməsindən asılı olmayaraq, birgə mülkiyyət prezumpsiyası ilə qiymətləndirilir. Buna görə də bağışlama müqaviləsinin etibarsızılığı nəticəsində hüquqi vəziyyət əvvəlki halına qaytarılarkən, mübahisəli hüquq münasibətləri əmlakın əldə edildiyi dövr, mənbə və s. hallar nəzərə alınmaqla qiymətləndirilməli idi.
46. Belə ki, 2019-cu il tarixdə, yəni tərəflərin birgə nikahda olduqları dövrdə ər arvaddan birinin, yəni iddiaçı2 adına mənzilə dair müqavilə bağlanmışdır. Mənzilə dair müqavilənin iddiaçı2 adına bağlansa da birgə nikah dövründə əldə edildiyindən iddiaçı1lə birgə mülkiyyəti olmuşdur. Buna görə də, məhkəmənin restitusiya nəticəsində mülkiyyət hüququnun yalnız iddiaçı2 məxsus olması qənaətinə gəlməsi nikah dövründə əldə edilmiş birgə əmlak institutunun mahiyyətinə zidd olmuşdur. iddiaçı1 hesab etmişdir ki, həmin mənzil onun ayrıca vəsaiti hesabına əldə edildiyinin onun mülkiyyət hüququ tanınmalıdır. Həmçinin, tərəflərin izahatından belə müəyyən olunur ki, mənzil 92000-93000 manata alınmış və təmirinə 20000- 25000 manat xərclənmişdir.
47. Apellyasiya məhkəməsi mənzilin alınmasına xərclənmiş vəsaitdə 76486 manat məbləğin iddiaçı1 ayrıca vəsaiti olmasını nəzərə alaraq hesab etmişdir ki, “xxxx” MMC ilə iddiaçı2 arasında bağlanmış ##.##.2019-cu il tarixli, **** nömrəli müqavilədən irəli gələn hüquqda iddiaçı1 2/3, Aynurə Babyevanın 1/3 hissədə payı müəyyən edilməlidir.
48. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli, */**** saylı Qərarının 3.12-ci bəndinə əsasən konkret işin hallarından asılı olaraq mübahisəli əmlakın ərin və ya arvadın ayrıca əmlakı hesabına (onun satışından əldə olunan vəsaitlə, yaxud dəyişdirmə ilə) və ya sadalanan əvəzsiz əqdlər nəticəsində əldə edildiyi ər (arvad) tərəfindən sübuta yetirildiyi halda, birgə mülkiyyət prezumpsiyası aradan qalxır və sonuncunun əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranır. Yəni mövcud ayrıca əmlakın qarşılığında yeni əmlak əldə edildikdə özgəninkiləşdirilən əmlakın mülkiyyət rejimi (fərdi mülkiyyət) əldə edilən aktivə münasibətdə eyni şəkildə davam edir. Qərarın 3.13-cü bəndinə görə əgər işin halları ilə ərə (arvada) ayrıca məxsus olan əmlakın əvəzli özgəninkiləşdirilməsi nəticəsində yeni əmlakın əldə edildiyi müəyyən edilərsə, məhkəmələr özgəninkiləşdirilən predmetlə əldə olunan əmlak arasında qiymət fərqini də nəzərə almalıdır. Belə ki, əgər özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərinə bərabər və ya ondan artıqdırsa, əldə olunan predmet ərin (arvadın) ayrıca əmlakı kimi qiymətləndirilə bilər. Lakin özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərindən azdırsa və məhkəmə onu ər-arvadın ümumi mülkiyyəti kimi qəbul edirsə, həmin əmlak üzərində tərəflərin payları əşyanın əldə olunduğu anda sərf olunmuş ayrıca vəsaitə və ər-arvadın ümumi vəsaitinə mütənasib olaraq müəyyən edilməlidir.
49. Qərarın 4.14-cü bəndinə əsasən Mülki Məcəllənin 178.8-ci maddəsinə uyğun olaraq podrat müqaviləsi üzrə inşa edilən çoxmənzilli yaşayış binalarının dövlət reyestrində ilkin qeydiyyata alınmamış müstəqil tərkib hissələri (mənzil və ya qeyri-yaşayış sahələri) üzərində mülkiyyət hüququ əmələ gəlmədiyi üçün ər-arvadın ümumi mülkiyyəti sayıla və bölünə bilməz.
50. Bununla yanaşı, birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil və qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələr həmin sahələrə dair belə müqavilələrdən irəli gələn, habelə gələcəkdə mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir. Belə mənzil və qeyri-yaşayış sahələrinə hüquqlar da ər-arvadın ümumi əmlakına daxil olduğundan bu hüquqda tərəflərin payları müəyyən edilə bilər. Məsələn, ərin (arvadın) iddiası əsasında məhkəmə qət edə bilər ki, konkret tarixli və nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ər-arvadın hər birinin payı müəyyən edilsin. Bu hüquq gələcəkdə ərarvaddan birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarsa, digər tərəfin də hüququ qətnamədə müəyyən edilmiş paya mütənasib olaraq tanınmalıdır.
51. Apellyasiya məhkəməsi hesab etmişdir ki, rayon məhkəməsi birləşdirilmiş iş üzrə iddiaçı iddiaçı1 mənzilə mülkiyyət hüququnun tanınması ilə bağlı iddiasını rədd edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Buna görə də qətnamə həmin hissədə ləğv edilərək, iddiaçı1 iddiası həmin hissədə qismən təmin edilməlidir.
52. Məhkəmə həmçinin qeyd etmişdir ki, birləşdirilmiş iş üzrə iddia tələbinin təmin edilməsi üzrə qeyd olunan xüsusatlar birinci iş üzrə iddiaçı iddiaçı2 iddia tələbinin əsassızlığını şərtləndirdiyindən məhkəmə mənzildən çıxarılma tələbini rədd etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir.
53. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 225.1, 324.2, 337.1, 337.4 , 340.1, 390.1 və 660.1ci, Ailə Məcəlləsinin 32.1, 32.2.1, 32.2.2, 32.3 və 34.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
54. iddiaçı1 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin Babayev Ruslan Akif oğlunun 2/3, iddiaçı2 Məmmədhüseyn qızının 1/3 hissədə payının müəyyən edilməsi hissəsində ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil **** saylı mənzilə iddiaçı1 tam hissədə mülkiyyət hüququnun müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
55. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il № */**** tarixli qərarının 3.9-cu bəndinə görə ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Daşınar əşyalara münasibətdə bu cür mübahisələr üzrə iddia tələblərinin qanuni əsasını əmlakın qanunsuz sahiblikdən geri tələb olunması (Mülki Məcəllənin 157.2-ci maddəsi), rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara və daşınmaz əşyalara münasibətdə dövlət reyestrindəki qeydə düzəlişin aparılması (“Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması” Qaydalarının 4.2-ci bəndi, Mülki Məcəllənin 141-ci maddəsi) təşkil edəcəkdir. iddiaçı1 ata-baba yurdu sökülmüş və nəticədə ##.##.2019-cu il tarixli kassa məxaric orderinə əsasən söküntü ilə əlaqədar 76486 manat iddiaçı1 ödənilmişdir. Mübahisəli əmlak həmin vəsaitə və qardaşının verdiyi borc pula alınmışdır. Cavabdehin apellyasiya məhkəməsinə vermiş olduğu etirazda qeyd etmişdir ki, tərəflər birgə yaşamış olsalar da, onların arasında olan ailə münasibətləri iddiaçının xasiyyətində olan dəyişiklik səbəbindən 2018-ci ildən bitmişdir. Əgər münasibətlər bitmişdirsə nə üçün iddiaçı1 iddiaçı2 adına əmlak alırdı və ona 10 illik müddətinə qüvvədə olan etibarnamə verirdi. iddiaçı2 mübahisəli mənzilin onun vəsaiti hesabına alınmasını iddia etməsinə baxmayaraq iddiasının sübutlarını iki məhkəmə instansiyasında təqdim edə bilməmişdir. Belə olan halda iddiaçı1 haqlı olması təqdim edilmiş mötəbər sübutlarla təsdiqini tapır.
56. iddiaçı2 (vəkil vəkil2) kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli 2(103)-4586/2025 saylı qətnaməsini bütövlükdə ləğv edərək iddiaçı2 iddia ərizəsinin təmin edilməsi, iddiaçı1 iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
57. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı1 Yasamal rayonu, İ.Qutqaşınlı küç., ev 102 ünvanında yerləşən evin söküntüsü zamanı əldə edilmiş pul vəsaiti hesabına hazırkı mübahisəli mənzili Bakı şəhəri Yasamal rayon Icra Hakimiyyəti tərəfindən verilmiş kompensasiya hesabına alması halları iddiaçı1 sübuta yetirilə bilməmişdir. Halbuki mübahisəli mənzilin iddiaçı2 və digər cavabdeh onun anası cavabdeh1 tərəfindən özünə məxsus torpaq sahəsini sataraq əldə edilmiş pul vəsaiti hesabına alınması iş üzrə iddiaçı iddiaçı1 bir-birindən fərqli formada vermiş olduğu izahatları, iş üzrə cavabdeh cavabdeh2 izahatı və məhkəmə iclasında şahid qismində dindirilmiş iddiaçının və cavabdehin oğlu X2 tərəfindən verilmiş ifadələrlə öz təsdiqini tapmışdır. Buna baxmayaraq apellyasiya məhkəməsi iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətini qismən təmin edib mübahisəli mənzili bir növ birgə nikah dövründə əldə olunmuş əmlak kimi dəyərləndirərək iddiaçı iddiaçı1 həmin əmlak üzərində 2/3 hissədə, iddiaçı2 isə 1/3 hissədə payını müəyyən etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya məhkəməsinin qətnaməsi ilə cavabdehin maddi və prosessual hüquqları pozulmuş, həmçinin iş üzrə həqiqi hallar və tərəflərin qarşılıqlı münasibətləri hərtərəfli araşdırılmamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
58. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olunmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
59. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
60. Maddə 152.1.Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
61. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
62. Maddə 324.2.Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
63. Maddə 324.4.Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
64. Maddə 324.5.Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
65. Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
66. Maddə 337.4.Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
67. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
68. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
69. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbuletməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
70. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
71. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə:
72. Maddə 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.)
73. Maddə 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
74. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
75. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır)
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
76. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
78. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
79. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
80. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
81. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
82. Hazırkı kassasiya şikayətində qətnamə bütovlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
83. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquqda tərəflərin paylarının müəyyən edilməsi hissəsində iş üçün əhəmiyyətli olan halları tam araşdırmamış və bunun nəticəsi olaraq maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
84. Belə ki, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli */**** nömrəli Qərarının 3.13-cü bəndində ifadə edilmiş hüquqi mövqeyə görə, əgər işin halları ilə ərə (arvada) ayrıca məxsus olan əmlakın əvəzli özgəninkiləşdirilməsi nəticəsində yeni əmlakın əldə edildiyi müəyyən edilərsə, məhkəmələr özgəninkiləşdirilən predmetlə əldə olunan əmlak arasında qiymət fərqini də nəzərə almalıdır. Belə ki, əgər özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərinə bərabər və ya ondan artıqdırsa, əldə olunan predmet ərin (arvadın) ayrıca əmlakı kimi qiymətləndirilə bilər. Lakin özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərindən azdırsa və məhkəmə onu ər-arvadın ümumi mülkiyyəti kimi qəbul edirsə, həmin əmlak üzərində tərəflərin payları əşyanın əldə olunduğu anda sərf olunmuş ayrıca vəsaitə və ər-arvadın ümumi vəsaitinə mütənasib olaraq müəyyən edilməlidir.
85. Göstərilən hüquqi mövqeyin mahiyyəti ondan ibarətdir ki, belə mübahisələr üzrə tərəflərin paylarının müəyyən edilməsi iki mərhələli hüquqi qiymətləndirmə tələb edir. Ilk növbədə əmlakın əldə edilməsinə ər-arvaddan birinin ayrıca əmlakı hesabına sərf edilmiş vəsaitin məbləği müəyyən edilməli, daha sonra isə əmlakın ümumi əldəetmə dəyərinin ayrıca vəsaitlə qarşılanmayan hissəsinin hansı mənbədən formalaşdığı və həmin vəsaitin hüquqi rejimi araşdırılmalıdır. Yalnız bu hallar müəyyən edildikdən sonra əmlakın əldə edilməsində ayrıca və ümumi vəsaitlərin iştirak nisbətinə uyğun olaraq tərəflərin paylarının müəyyən edilməsi mümkündür.
86. Hazırkı işdə isə apellyasiya məhkəməsi bu ardıcıllığa əməl etməmiş, tərəflərin birgə vəsait hesabına əldə etdikləri Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 9 mərtəbə ünvandakı mənzilin alınmasına sərf olunmuş 93000 manat vəsaitin, 76486 manat hissəsinin iddiaçı1 ayrıca vəsaiti olmasını müəyyən etsə də, payların müəyyən edilməsində səhvə yol vermiş, 76486 manatın 93000 manatın üçdə ikisini deyil, kəskin fərqlənən təqribən 82 faizini, 1/5 hissəsini təşkil etdiyini diqqətdən qasırmışdır.
87. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zərurui hesab edir ki, əmlakın əldə edilməsinə sərf edilmiş qalan 16514 manatın ər-arvadın ümumi vəsaiti, tərəflərdən hər hansı birinin ayrıca vəsaiti, üçüncü şəxsdən əldə edilmiş vəsait və ya başqa hüquqi əsasa malik pul vəsaiti olması müəyyən edilməmişdir. Halbuki həmin halın müəyyən edilməsi mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət daşıyır. Çünki qalan məbləğin hüquqi rejimindən asılı olaraq tərəflərin mübahisəli mənzildəki pay nisbəti də fərqli olacaqdır. Habelə məhkəmə tərəfindən mənzilin təmir olunub-olunmaması, əgər təmir olunmuşdursa bunun hansı vəsait hesabına, yəni ayrıca, yaxud birgə vəsait hesabına edilməsi aydınlaşdırılmalı, nəticəsindən asılı olaraq tərəflərin mənzildəki paylarının müəyyən ediliməsində nəzərə alınmalıdır.
88. Məhkəmə kollegiyası vurğulayır ki, mütənasiblik prinsipinin tətbiqi yalnız ayrıca əmlak hesabına sərf olunmuş məbləğin müəyyən edilməsi ilə məhdudlaşmır. Mütənasibliyin müəyyən edilməsi üçün yeni əmlakın bütün əldəetmə dəyərinin hansı mənbələr hesabına formalaşdığı müəyyən edilməlidir. Əks halda ayrıca və ümumi əmlakın yeni əldə edilmiş aktivdə hansı nisbətdə təcəssüm etdiyini müəyyən etmək mümkün olmaz.
89. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi ilk növbədə 93000 manatlıq əldəetmə qiymətindən iddiaçı1 ayrıca vəsaiti kimi qəbul etdiyi 76486 manatı çıxmalı, bundan sonra qalan 16514 manatın formalaşma mənbəyini və hüquqi rejimini işdə olan sübutların məcmusu əsasında müəyyən etməlidir. Yalnız həmin araşdırmadan sonra əmlakın əldə edilməsinə sərf edilmiş ayrıca və ər-arvadın ümumi vəsaitlərinin nisbəti müəyyən olunaraq, Ali Məhkəmə Plenumunun */**** nömrəli Qərarının 3.13-cü bəndində nəzərdə tutulan mütənasiblik prinsipi əsasında tərəflərin müqavilədən irəli gələn hüquqdakı payları müəyyən edilə bilər.
90. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iş üzrə əhəmiyyətli olan halları tam müəyyən etmədən və mənzilin əldə edilməsinə sərf olunmuş vəsaitin bütün hissələrinin hüquqi rejimini araşdırmadan tərəflərin paylarını müəyyən etməklə mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normasının tələblərinə uyğun nəticəyə gəlməmişdir.
91. Bu səbəbdən kassasiya şikayətləri qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
92. Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən iddiaçı1 ayrıca əmlakından əldə edilmiş vəsait hesabına mənzilin qiymətinin hansı hissəsinin ödənildiyini, mənzilin ümumi əldəetmə qiymətinin bundan artıq qalan hissəsinin hansı mənbədən formalaşdığını və həmin vəsaitin hüquqi rejimini müəyyən etməli, bundan sonra ayrıca və ümumi vəsaitlərin əmlakın əldə edilməsində iştirak nisbətinə uyğun olaraq tərəflərin mübahisəli hüquqdakı payları barədə nəticəyə gəlməlidir. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: iddiaçı2 və iddiaçı1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli, 2(103)- ****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.