Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1570/2026 23.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ilk iddia üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı (maraqlı şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edildikləri) mülki iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, hüquqdan sui-istifadə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 8, Yeni qaydalarla: AZ 1050, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0477 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ##.##.2024-cü il tarixdən 1/3 hissə İddiaçı adına, ##.##.2024-cü il tarixdən 1/3 hissə X1 adına, 1/3 hissə üzrə X33 adına qeydiyyatdan keçmişdir;
3. ##.##.2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, ##.##.1961-ci il tarixdə vəfat etmiş- X1 vərəsələri; ünvan 6 ünvanında qeydiyyatda olan İddiaçı və o miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak- Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi idarəsi tərəfindən ##.##.2024-cü il tarixdə X1 verilmiş 006013023597-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli vəfat etmiş şəxsə məxsus olmuş üzərində mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka dair hüquqların rəsmiləşdirilməsinin mümkünlüyü barədə arayışa əsasən ümumi birgə mülkiyyətdə olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 8. Yeni qaydalarla: AZ 1050, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 85.3 kv/m olan fərdi yaşayış evindən və xüsusi mülkiyyətdə olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 8, Yeni qaydalarla: AZ 1050, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.0477 ha olan torpaq sahəsindən ibarətdir;
4. Şahid tərəfindən verilmiş ##.##.2020-ci il tarixli ərizənin surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında istifadəsində olan 0.02 ha torpaq sahəsində özü tikdiyi 3 otaqlı, 1 mərtəbəli ** nömrəli fərdi yaşayış evini müvafiq qanunvericiliyə uyğun olaraq ##.##.1990-cı il təvəllüdlü Cavabdeh təyinatı üzrə istifadəsinə vermişdir. Həmin torpaq sahəsinə və tikiliyə dair heç bir iddia və tələbi olmayacaq. Adından müxtəlif orqanlarda onu təmsil etmək məqsədi ilə verdiyi baş etibarnaməni digər tərəfi də xəbərdar etmədən ləğv etməyəcəyini öhdəsinə götürür. Lakin eyni zamanda da o, həmin etibarnamə ilə yalnız ona verdiyi bu torpaq sahəsini özəlləşdirib öz adına keçirə bilər, başqa bir əmlaka iddia və tələbi olmayacaqdır;
5. ##.##.2020-ci il tarixli Şahid və Cavabdeh tərəfindən imzalanmış aktda göstərilmişdir ki, “biz aşağıda imza edənlər Gəncə şəhər 8 Mik bina-5 mən-65-də qeydiyyatda olan Şahid və Cavabdeh və şahid qismində X21, X22 həqiqi aktı ona görə bağlayırıq ki, mənə məxsus X3 Nərimanov ev 11-də yerləşən 0.02 ha torpaq sahəsinin 3 otaqlı fərdi yaşayış evini 22 min manata satdım. Cavabdeh oğlu 22 min manata şahidlərin iştirakı ilə aldım”;
6. Əlyazmada göstərilmişdir ki, “Mən İddiaçı X10zı X4 torpaq payından heç bir təmannam və istəyim yoxdur. Öz imzamla təsdiq edirəm”;
7. Əlyazmada göstərilmişdir ki, “Mən maraqlı şəxs1 oğ. X10. X4 torpaqdan heç bir istəyim və tələbim yoxdur”;
8. Əlyazmada göstərilmişdir ki, “X11 C. X2 Tamara M.qızı X4 torpaqdan heç bir istəyim və tələbim yoxdu”;
9. Azərbaycan Respublikası “xxxx” MMC Fiziki və X48 Əmlakın Qiymətləndirilməsi və X64 Hesabat Cədvəlinin surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1999-cu il tarixli *** №-li; (11.07.02- ci il, № ***, 20.02.06-cı il.№ **.09.09.06-cı il № *** və ##.##.2006-cı il № *** əlavə dəyişikliklər) tarixli qərarı ilə təsdiq edilmiş cədvəllərə əsasən hesablanmış obyektlərin inventar dəyəri (manatla) 41 500 manatdır;
10. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportuna əsasən, Yeni ünvan 9 ünvanda yerləşən evin sahibi X1 Baxış oğlu və Kudryavtseva Olqadır;
11. Suraxanı rayonu Icra Hakimiyyətinin Yeni Suraxanı qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş akta əsasən, X4, X25 2 yaşayış otağından, açıq eyvandan, ayaqyolundan və həyət sahəsindən ibarət həyətyanı sahəsi 2500 ABŞ dollarına almışdır;
12. ##.##.1999-cu il tarixli etibarnaməyə əsasən X25 X4, Bakı şəhəri, Kirov qəsəbəsi, Puşkin küçəsi, II-li ünvanda yerləşən evinin yaşayış sahəsi 32,5 kv.m və yardımçı sahəsi 22.5 kv.m olan hissədən istifadə etmək, sərəncam vermək, satmaq və satışında əldə edilən pulun alınmasını etibar etmişdir;
13. ##.##.2020-ci il tarixli akta əsasən, Şahid, Cavabdeh ona məxsus X3 Nərimanov ev 11-də yerləşən 0.02 ha torpaq sahəsinin 3 otaqlı fərdi yaşayış evini 22 000 manata satmış və Cavabdeh 22 000 manata şahidlərin iştirakı ilə almışdır;
14. İddiaçı, maraqlı şəxs1 və maraqlı şəxs2 tərəfindən tərtib edilmiş əlyazmalardan müəyyən olur ki, X9 Mehdiyev Rüstəm Musa oğluna satdığı torpaqdan heç bir istək və tələbi yoxdur;
15. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 8 Yeni qaydalarla: AZ 1050, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0477 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ##.##.2024-cü il tarixdən 1/3 hissə İddiaçı adına, ##.##.2024-cü il tarixdən 1/3 hissə X1 adına, 1/3 hissə üzrə X33 adına qeydiyyatdan keçmişdir;
16. ##.##.2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, ##.##.1961-ci il tarixdə vəfat etmiş- X1 vərəsələri; ünvan 6 ünvanında qeydiyyatda olan İddiaçı oğlu və o miras əmlakdan 1/3 hissədə pay almalıdır;
17. Azərbaycan Respublikası “xxxx” MMC Fiziki və X48 Əmlakın Qiymətləndirilməsi və X64 hesabat cədvəlinin surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1999-cu il tarixli *** №-li; (11.07.02-ci il, № ***, 20.02.06-cı il.№ **.09.09.06-cı il № *** və ##.##.2006-cı il № *** əlavə dəyişikliklər) tarixli qərarı ilə təsdiq edilmiş cədvəllərə əsasən hesablanmış obyektlərin inventar dəyəri (manatla) 41500 manatdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
18. Ilkin iddiaçı İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş hissəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Ilkin iddia onunla əsaslandırılmışdır ki, o, İddiaçı, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin 1/3 hissəsini miras əmlak olaraq almışdır. Miras qalmış əmlakın digər hissələri üçüncü şəxs olaraq qeyd etdiyi qardaşı maraqlı şəxs1 və bacısı X16 istifadəsindədir. Əmlakın bir hissəsi isə cavabdeh Cavabdeh istifadəsindədir. Belə ki, torpağın bir hissəsi onun tərəfindən zəbt edilərək ünvanda qeydiyyatsız yaşayır. Qeyd edilən səbəbdən hazırki iddia ərizəsi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdeh tərəfindən mülkiyyət hüquqlarının pozulduğu üçün onun tərəfindən torpaq sahəsi və tikili boşaldılaraq ona təhvil verilməlidir.
20. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh da Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yaşayan, AZE09559940, ##.##.1976-cı il təvəllüdlü İddiaçı 60000 min manat pul və iddia ərizəsi rüsumu 270 manat, ümumilikdə 60270 manat tutularaq ona ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o, ##.##.2020-ci il tarixində ünvan 7 ünvanında qeydiyyatda olan Şahid şahidlər X21 və şahid X22 iştirakı ilə 22000 manata Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi Telman Nərimanov küçəsi ev 11 yerləşən 0,02 ha torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evini almışdır. O həmin əmlakın çıxarışı olmadığı üçün rəsmi qaydada alqı-satqı edə bilməmiş, amma buna baxmayaraq, həmin torpaq sahəsinin və evin texniki pasportun əsli ondadır və həmin sənədlər ona evi satan R. Mehtiyeva tərəfindən verilmişdir. O da evi sonradan öz adına rəsmiləşdirilməsini fikirləşmiş, çünkü mülkiyyətçinin vərəsələrinin yəni X29 Tamara Malik qızının 1999-cu ildə evin X5 satılması ilə bağlı Suraxanı rayon Icra Hakimiyyətinin Yeni Suraxanı üzrə icra nümayəndəliyinin möhürü ilə təsdiq olunmuş qeyri rəsmi alqı-satqı aktı, onların razılıq qəbzləri və etibarnaməsi vardır. Hətta hal-hazırda onu məhkəməyə iddiaçı kimi vermiş olan İddiaçı, maraqlı şəxs1 və X17 razılıq qəbzləri vardır. Lakin 1999-cu ildən 2024-cü ilə kimi onlar nə Rüstəm Mehtiyevi, nə də onu məhkəməyə verməyiblər, amma çıxarış alandan sonra onu məhkəməyə veriblər. O bu evi həyətlə birlikdə vicdanlı alıcı kimi almış və sübutları da vardır. 1999-cu ildə Yeni Suraxanı qəsəbə nümayəndəliyinin iştirakı ilə faktiki alqı-satqı baş vermişdir. Bundan sonra yəni 1999-cu ildən həmin evdə onlar faktiki yiyələnmiş və 2020 ilə qədər istifadə etmişlər. O da 2020 ilin mart ayından həmin evi alandan sonra orada əlavə təmir işləri və yenidən qurma işlərini aparıb həmin evə küllü miqdarda pul xərcləmişdir. 2020 ildə həmin təmirsiz ev 41500 qiymətləndirilib, amma hal-hazırda isə evi və həyəti 60000 manata qiymətləndirilir. Hal hazırda isə onu istifadəsində olan evin qiyməti 60000 min manatdır.
22. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclasında bildirmişdir ki, fərdi yaşayış evi və torpaq sahəsi iddiaçının ulu babasına məxsus olmuş, illərlə həmin ərazi onlar tərəfindən istifadə edilmişdir. Onun nənəsi, babası və atası vəfat etmiş və vərəsəliyi bu yaxın zamanlarda rəsmiləşdirə bilmiş və bunun nəticəsində çıxarış-mülkiyyət sənədi almışdır. Iddiaçı vərəsəlik hüququnu təsdiq edən sənədləri əldə etdikdən sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. 1999-cu ildə həyətdə yerləşən “B” tikilisi Şahid icarəyə verilmiş, sonradan o həmin sahədən çıxmaqdan imtina etmişdir. İddiaçı nənəsi yaşlı olduğundan müvafiq sənədləşdirmə işi aparılmamış və hər hansı bir orqana müraciət etməmişdir. Bununla bağlı bir neçə dəfə ona şifahi şəkildə evi boşaltması ilə bağlı xəbərdarlıq edilsə də, o bundan imtina etmişdir. Iddiaçı yalnız vərəsəlik hüququ ilə bağlı sənədləri əldə etdikdən sonra iddia qaldıra bilmişdir. Şahid 2020-ci ildə evi cavabdeh Cavabdeh satmışdır. Bununla bağlı hər hansı bir sənədləşdirmə, alqı-satqı aparılmamışdır. 2020-ci ildə Cavabdeh faktiki olaraq orada yaşadığı dövrdə iddiaçı tərəf dəfələrlə ona bildirmişdir ki, bu ev qanunsuz olaraq Şahid tərəfindən satılmış və orada tikinti təmir işlərinin aparılmaması barədə məlumat verilmişdir. Cavabdeh ilə İddiaçı arasında hər hansı bir alqı-satqı müqaviləsi olmamış, fərdi yaşayış evinə və torpaq sahəsinə hüququ olmayan şəxslər tərəfindən şifahi razılaşma, yazılı əqdlər alqı-satqı kimi qəbul edilə bilməz. Belə ki, onlar əmlaka hüquq olmayan şəxslər tərəfindən verilmiş sənədlərdir. Hesab edir ki, iddia tələbi əsaslıdır və maddi sübutlarla təsdiq olunur. Qeyd edilənlərə əsasən məhkəmədən ilkin iddia tələbinin təmin edilməsini və ikinci iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
23. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, o sözügedən evi 2020-ci ildə Şahid 22000 manata almışdır. Evi aldığı zaman Malik və digər şəxslər də razılıq vermiş, bununla bağlı əlyazmaları mövcuddur. O, Rənaya 22 000 manat məbləğində pul ödənişi etmiş, 30 minə yaxın məbləğdə evdə yaxşılaşdırma işlərini həyata keçirmişdir. Hətta Malik orada elektrik işini görmək istəmiş, lakin bununla bağlı aralarında razılıq olmamışdır. O mülkün Malikə məxsus olmasını və onun da vərəsə olmasını bilməmişdir. O həmin evin Malikə məxsus olmasını bilsəydi, evin təmir olunması üçün əlavə xərclər çəkməzdi və evin alınması üçün Rənaya verdiyi pulu geri tələb edərdi. Lakin Malik həmin evin ona məxsus olması barədə ona heç bir məlumat verməmiş, o həmin evdə təmir-tikinti işləri aparmış və altı ildir ki, həmin ünvanda yaşamışdır. O həmin əmlakın çıxarışı olmadığı üçün rəsmi qaydada alqı satqı edə bilməmiş, amma buna baxmayaraq, həmin torpaq sahəsinin və evin texniki pasportun əsli ondadır və həmin sənədlər evi satan Şahid tərəfindən ona verilmişdir. O da evi sonradan öz adına rəsmiləşdirilməsini fikirləşmiş, çünki mülkiyyətçinin vərəsələrinin yəni X29 Tamara Malik qızının 1999-cu ildə evin X5 ilə bağlı Suraxanı rayon Icra Hakimiyyətinin Yeni Suraxanı üzrə icra nümayəndəliyinin möhürü ilə təsdiq olunmuş qeyri rəsmi alqı-satqı aktı, onların razılıq qəbzləri və etibarnaməsi vardır. Hətta hal-hazırda onu məhkəməyə iddiaçı kimi vermiş olan İddiaçı, maraqlı şəxs1 və X17 razılıq qəbzləri vardır. Lakin 1999-cu ildən 2024-cü ilə kimi iddiaçı nə Rüstəm Mehtiyevi, nə də onu məhkəməyə verməmişdir. Hal-hazırda isə ona zərər dəydiyi üçün pul tələb edir. Qeyd edilənlərə əsasən ikinci iddia tələbinin qəbul edilməsini xahiş etmişdir.
24. Məhkəmə iclasında üçüncü şəxs Tabdarova (Məmmədova) Nətəvan Cəfər qızı izahat verərək bildirmişdir ki, həmin ev onun nənəsi tərəfindən kirayəyə verilmişdir. Ona məxsus olan ev isə ayrıdır. Əlyazmaları Rənanın onlara yazdırdığını bildirmişdir.
25. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir (hakim Leyla Talıbova).
26. Birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsi iddiaçının nənəsinin verdiyi müvafiq etibarnamə əsasında qeyri-rəsmi olaraq satılmış və qarşılığında pul alınmışdır. Iddiaçı həmin evin kirayəyə verilməsini bildirsə də, bununla bağlı olaraq hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, əksinə cavabdeh tərəf əmlakın qeyri-rəsmi olaraq satılmasını sübut etmişdir. Bundan əlavə məhkəmə iddiaçıya məxsus olan fərdi yaşayış evindən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən başqa bir şəxsin 20 il ərzində qeyri-rəsmi istifadəsini inandırıcı hesab etmir.
27. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı İddiaçı nənəsi X25 tərəfindən mübahisəli ev və evin yerləşdiyi həyətyanı torpaq sahəsi Şahid atasına satılmışdır. Lakin aralarında rəsmi alqı-satqı olmamış, “satış” etibarnamə əsasında baş tutmuşdur. Şahid həmin evdə uzun müddət yaşamış, evə dair bütün kommunal xidmətlər onun tərəfindən ödənilmişdir. Daha sonra həmin fərdi yaşayış evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsi qeyri-rəsmi qaydada hazırkı cavabdeh Cavabdeh satılmışdır. Iddiaçı sonradan qanun üzrə vərəsə kimi miras əmlakdan pay alaraq və mülkiyyət hüququ əldə edərək fərdi yaşayış evinin və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin uzun müddət öncə satılması halı iddiaçıya məlum olduğu halda, “mülkiyyət hüququ”ndan sui-istifadə edərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mahiyyətcə hüquqdan sui-istifadə xarakteri daşıyan hazırkı iddia tələbi təmin edilə bilməz. Odur ki, iddia rədd edilməlidir.
28. Həmçinin məhkəmə hesab etmişdir ki, ikinci iddiaya ayrıca münasibət bildirməyə artıq zərurət qalmamışdır. Belə ki, artıq məhkəmə torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin iddiaçıya təhvil verilməli olması hissəsində rədd olunmalı qənaətinə gəldiyindən, cavabdehin həmin fərdi yaşayış evinin dəyərini iddiaçıdan tələb etməsi halı da istisna edilməlidir.
29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4, 159, 161, 164.1, 165.1, 166.3, 180.1-180.3, 357, 560.1, 560.2, 560.3.4-cü Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88, 107, 119-cu maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
30. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - tərəfindən qaldırılmış iddia dair hissədə ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı, X1 qızı X25 nəvəsidir. X1 X33 ilə nikahda olmuş, Quliyev Malik 1961-ci ildə, Kudryavtseva Olqa isə 1983-cü ildə vəfat etmişlər. Onların nikahlarından olan X25 isə 2005-ci ildə vəfat etmişdir. X25 maraqlı şəxs1la nikahda olmuş, onların nikahlarından X6 doğulmuşdur. X6 2016-cı ildə vəfat etmişdir. X18 ilə nikahından İddiaçı doğulmuşdur. X1 məxsus ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi miras əmlak kimi nəsildən nəsilə keçmiş və hazırda 1/3 hissədə onun istifadəsindədir. Onun adına vərəsəlik şəhadətnaməsi verilmiş, müvafiq şəhadətnamə əsasında İddiaçı torpaq sahəsi və tikilinin 1/3 hissəsinə mülkiyyət hüququ tanınaraq müvafiq çıxarış verilmişdir. Torpaq sahəsinin 2 sot hissəsində köhnə tikili olmuş və həmin tikilini cavabdehin nənəsi X25 aylıq dolanışığını təmin etmək üçün Mehtiyev Rüstəm və Şahid adlı şəxsə kirayə vermişdir. Daha sonra X23 Tamaranın ahıl olmasından istifadə edərək ondan 3 illik etibarnamə də almışdır. Evdə kirayə qalan Şahid daha sonra evi boşaltmaqdan imtina etmiş, mülkə qanunsuz olaraq yiyələnmişdir. 1999-cu ildə etibarnamə verən Quliyeva Tamara 2005 ci ildə vəfat etmişdir. O zaman əllərində hər hansı bir hüquqi sənəd olmayan vərəsələr zəbt edilmiş sahədən qeyd edilən icarəçiləri çıxara bilməmişlər. Şahid isə bundan istifadə edərək evi istədiyi formada istifadə edərək yararlanmış, nəticədə 2020-ci ildə qanunsuz olaraq ona satmışdır. Iş üzrə cavabdeh tərəf onun ilə hər hansı bir razılığa gəlməmişdir, hətta o evin damını təmir etdirmək istədikdə evin onlara məxsus olduğunu, hər hansı yaxşılaşdırma işlərinin aparılmaması barədə xəbərdarlıq etmişdir. Lakin yenə də torpaq sahəsi və evə dair hüquqi sənədlər qaydasında olmadığından müvafiq olaraq iddia tələbi irəli sürə bilməmişdir. Cavabdeh uzun illərdən sonra vərəsəlik hüququnu ilə bağlı təsdiqedici sənədləri əldə etdikdən sonra iddia tələbi ilə Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. Suraxanı rayon Məhkəməsi qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli **/**** saylı ekspertiza rəyindən görünür ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi ##.##.2025-ci il tarixli 3-21-3-30/2 *****/**** saylı mütəxəssis rəyində onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, T.Nərimanov küçəsi, ev 11 Yeni qaydalarla: AZ1050, ünvan 3) ünvanında yerləşən fərdi yaşayış evinin (ümumi sahəsi 85.30 kv.m) və 0.0477 ha torpaq sahəsinin koordinatları ilə faktiki istifadəsində olan ev və torpaq sahəsi üstüstə düşdüyü müəyyən edilmişdir. Qeyd edilən ekspertiza rəyi məhkəmə tərəfindən ümumiyyətlə qiymətləndirilməmişdir. Sual olunur əgər ekspert rəyi işi üçün əhəmiyyət kəsb etmirdisə, onda nə üçün mülki iş bu qədər uzadılaraq rəy alınması üçün aylarla təxirə salınırdı? 2. Məhkəmə sübutlar siyahısında Suraxanı rayonu Icra Hakimiyyətinin Yeni Suraxanı qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş akta istinad edərək göstərir ki, akta əsasən, X4, X25 2 yaşayış otağından, açıq eyvandan, ayaqyolundan və həyət sahəsindən ibarət həyətyanı sahəsi 2500 ABŞ dollarına almışdır. Birincisi, qəsəbə üzrə icra nümayəndəliyinin belə bir aktı təsdiq etmək səlahiyyəti olmamışdır. Nə vaxtdan qəsəbə nümayəndəliyi notariat orqanının səlahiyyətini icra edir? Icra nümayəndəliyinin belə bir səlahiyyəti varsa, onda mülki qanunvericilik, notariat orqanlarının təlimatı nə üçündür? Ikincisi, aktın tarixi yoxdur, akt özü kiril əlifbası ilə tərtib edildiyi halda nədənsə möhürü latın əlifbası ilədir. Üçüncüsü, aktda qeyd edilən Quliyeva T. hissəsində çəkilmiş imza sonuncunun verdiyi etibarnamədəki imzadan fərqlidir. Bütün bu hallar aktın həqiqi olmadığını deməyə əsas verir. Bütün bunlara baxmayaraq birinci instansiya məhkəməsi həmin aktı sübut olaraq qəbul etmişdir. Məhkəmə qarşı tərəfin maraqlarından çıxış edərkən daha bir “sübuta” istinad etmişdir. Belə ki, iş üzrə ##.##.1999-cu il tarixli etibarnaməyə istinad edilərək etibarnaməyə əsasən X25 X4, Bakı şəhəri, Kirov qəsəbəsi, Puşkin küçəsi, II-li ünvanda yerləşən evinin yaşayış sahəsi 32,5 kv.m və yardımçı sahəsi 22.5 kv.m olan hissədən istifadə etmək, sərəncam vermək, satmaq və satışında əldə edilən pulun alınmasını etibar edildiyi göstərilmişdir. Məhkəmə qəsdən etibarnamənin müddətini qeyd etməmişdir. Belə ki, adıçəkilən etibarnamə əmlakın kirayə verildiyi 3 il müddətinə verilmiş, 2002-ci ildə etibarnamənin müddəti bitdiyi və X25 sağ olduğu halda etibarnamə yenilənməmişdir. Işin qeyd edilən faktiki halına şahid Şahid tərəfindən açıqlama verilməmişdir. Buna baxmayaraq məhkəmə qeyd edilən hissədə sübutu mötəbər hesab etmişdir. Şahid ifadəsi ilə bağlı məhkəmənin diqqətinə onu da çatdırmaq istəyirəm ki, şahid Şahid özünün ifadəsində və təqdim etdiyi sənədlərlə də ziddiyyətli məqam var. Belə ki, o, fərdi yaşayış evini Tamara Quliyevadan aldığını iddia edir. Məhkəmə Şahid tərəfindən verilmiş ##.##.2020-ci il tarixli akta da istinad edir. Həmin akta əsasən, Şahid, Cavabdeh ona məxsus X3 Nərimanov ev 11-də yerləşən 0.02 ha torpaq sahəsinin 3 otaqlı fərdi yaşayış evini 22 000 manata satmış və Cavabdeh 22 000 manata şahidlərin iştirakı ilə aldığını qeyd edir. Lakin, məhkəmə iş materiallarında olan Şahid eyni tarixdə ** saylı notariat ofisində verdiyi ərizədən qərəzli şəkildə yan keçir. Adıçəkilən ərizədə Şahid hazırki ünvanda yerləşən 0.02 ha torpaq sahəsində “özü tikdiyi” 3 otaqlı, bir mərtəbəli fərdi yaşayış evini Cavabdeh verdiyini bildirir. Əlbəttə ki, işin hallarını bilən birinci instansiya məhkəməsi üçün belə ziddiyyətli sübutlar sual doğurmur. Iş materiallarında olan İddiaçı, maraqlı şəxs1 və maraqlı şəxs2 “tərəfindən tərtib edilmiş əlyazmalar” iş üzrə araşdırmaq zamanı heçdə onlar tərəfindən tərtib edilmədiyi, imzalanmadığı müəyyən edilsə də, məhkəmə həmin ərizələri də mötəbər sübut olaraq qəbul etmişdir.
32. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Ilham Cəfərov - sədrlik edən və məruzəçi, Məhəmməd Rüstəmli və Fərrux Qasımov).
33. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə toplanmış sübutların məcmusuna görə mübahisəli əmlak üzərində faktiki istifadə və sərəncam hüququ uzun müddət əvvəl X25 tərəfindən digər şəxslərə verilmiş, həmin şəxslər isə uzun illər ərzində əmlakdan açıq, fasiləsiz və maneəsiz şəkildə istifadə etmişlər.
34. Iş üzrə toplanmış sübutların məcmusuna əsasən mübahisəli əmlak üzərində faktiki istifadə və sərəncam hüququ uzun müddət əvvəl X25 tərəfindən digər şəxslərə verilmiş, həmin şəxslər isə uzun illər ərzində əmlakdan açıq, fasiləsiz və maneəsiz şəkildə istifadə etmişlər.
35. Apellyasiya şikayətində göstərilmişdir ki, iş üzrə alınmış ekspertiza rəyinə birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan ekspertiza rəyində mübahisəli əmlakın koordinatlarının və faktiki istifadə olunan sahənin üst-üstə düşməsi müəyyən edilmişdir. Lakin həmin rəy yalnız əmlakın texniki göstəricilərinin müəyyən edilməsinə aiddir və tərəflər arasında yaranmış mübahisənin mahiyyətinə – yəni əmlakın uzun müddət əvvəl faktiki olaraq başqa şəxslərə verilməsi və onların istifadəsində olması faktına hüquqi qiymət vermir. Ekspertiza rəyinin iddia tələbinin təmin edilməsi üçün həlledici sübut hesab edilməməsi məhkəmə tərəfindən düzgün qiymətləndirilmişdir.
36. Apellyasiya şikayətində göstərilmişdir ki, Suraxanı rayonu Icra Hakimiyyətinin Yeni Suraxanı qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş akt notariat qaydasında təsdiq edilmədiyindən sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, həmin akt notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsi olmasa da, iş üzrə mövcud olan digər sübutlarla birlikdə qiymətləndirildikdə mübahisəli əmlakın faktiki olaraq başqa şəxslərə verilməsi halını təsdiq edən sənədlərdən biridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə hər bir sübutu ayrı-ayrılıqda və sübutların məcmusu şəklində qiymətləndirir. Bu baxımdan həmin aktın digər sübutlarla birlikdə qiymətləndirilməsi birinci instansiya məhkəməsi tərəfindən düzgün həyata keçirilmişdir.
37. Iddiaçı apellyasiya şikayətində etibarnamənin 3 il müddətinə verildiyini və sonradan yenilənmədiyini qeyd etmişdir. Məhkəmə kollegiyası etibarnamənin müddətinin bitməsi ilə bağlı dəlilə qiymət verərək bildirmişdir ki, həmin etibarnaməyə əsasən həyata keçirilmiş faktiki münasibətlərin mövcudluğunu və əmlakın digər şəxslərin istifadəsinə verilməsi faktını aradan qaldırmır. Iş materiallarında olan digər sübutlar– o cümlədən icra nümayəndəliyinin aktı, şahid ifadələri və sonrakı dövrlərə aid sənədlər– həmin münasibətlərin faktiki olaraq davam etdiyini təsdiq edir. Bu səbəbdən apellyasiya şikayətində göstərilən bu dəlil də əsassız hesab edilir.
38. Apellyasiya şikayətində göstərilmişdir ki, Şahid təqdim etdiyi sənədlər və ifadələri arasında ziddiyyət mövcuddur. Iş materiallarında olan ##.##.2020-ci il tarixli aktdan müəyyən edilir ki, Şahid mübahisəli əmlakın bir hissəsini Cavabdeh 22 000 manat müqabilində satmışdır. Bundan əlavə onun tərəfindən verilmiş ərizədə də həmin torpaq sahəsi və tikili ilə bağlı gələcəkdə hər hansı iddia və tələbinin olmayacağı göstərilmişdir. Bu sənədlər mübahisəli əmlakın cavabdehin faktiki istifadəsinə verildiyini təsdiq edir və birinci instansiya məhkəməsi tərəfindən həmin sübutlara düzgün hüquqi qiymət verilmişdir.
39. Apellyasiya şikayətində göstərilmişdir ki, iş materiallarında olan əlyazmalar iddiaçı və digər şəxslər tərəfindən tərtib edilməmişdir. Həmin əlyazmalar iş üzrə mövcud olan digər sübutlarla birlikdə qiymətləndirildikdə mübahisəli torpaq sahəsinin X25 tərəfindən X4 verilməsi faktının tərəflər tərəfindən də qəbul edildiyini göstərir.
40. Əlyazmaların mübahisələndirilməsi belə, iş materiallarında mövcud olan ##.##.1999-cu il tarixli etibarnamənin hüquqi qüvvəsini və ondan irəli gələn hüquqi nəticələri aradan qaldırmır. Həmin etibarnamə ilə X25 tərəfindən X4 mübahisəli əmlakdan istifadə etmək, ona sərəncam vermək, o cümlədən əmlakı satmaq və satışdan əldə olunan vəsaiti qəbul etmək səlahiyyətlərinin verilməsi faktı iş üzrə digər sübutlarla birlikdə təsdiq olunur və bu hal mübahisənin həlli üçün hüquqi əhəmiyyət kəsb edir.
41. Eyni zamanda kollegiya qeyd etmişdir ki, birinci instansiya icraatı zamanı ##.##.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Rəna Mehdiyeva ifadəsində bildirmişdir ki, o, mübahisəli yaşayış sahəsində kirayəçi kimi deyil, 1999-cu ildən 2020-ci ilədək faktiki sahib kimi yaşamış, həmin müddət ərzində kommunal xidmətlər üzrə ödənişləri həyata keçirmişdir; bu hal isə onun qeyd olunan əmlak üzərində sahiblik və istifadə hüququnu faktiki olaraq həyata keçirdiyini və sonradan əmlakın əldə olunmasına qədər davamlı sahiblik münasibətlərinin mövcud olduğunu təsdiq edir.
42. Bu baxımdan, Rəna Mehdiyevanın mübahisəli əmlakda 20 il müddətinə kirayəçi qismində yaşaması və ya həmin əmlaka qanunsuz sahiblik etməsi barədə irəli sürülmüş iddialar inandırıcı deyil, yalnız ehtimallara və formal mülahizələrə əsaslanan arqumentlər kimi qiymətləndirilir.
43. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı mübahisəli əmlakın uzun illər əvvəl faktiki olaraq digər şəxslərə verildiyini bildiyi halda yalnız sonradan vərəsəlik hüququ əsasında pay əldə etdikdən sonra həmin əmlakın boşaldılması barədə iddia qaldırmaqla mülkiyyət hüququndan hüququn təyinatına zidd şəkildə istifadə etmişdir.
44. Məhkəmə mövqeyini Mülki Məcəllənin 159, 161, 164.1, 165.1, 166.3, 180.1, 180.2, 180.3, 357, 560.1-560.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
45. İddiaçı (vəkil X13) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
46. Kassasiya şikayətində Mülki Məcəllənin 359.1, 362.1, 362.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, habelə mübahisənin həli üçün əhəmiyyətli olan hüquqi hallara tam və düzgün qiymət verməmişdir. Iş materiallarından görünür ki, mübahisəli daşınmaz əmlak ilkin olaraq X1 məxsus olmuş, onun ölümündən sonra miras açılmışdır. ##.##.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, həmin miras üzrə şəhadətnamə yalnız kassator İddiaçı verilmişdir. Bu isə onu təsdiq edir ki, X25 mübahisəli əmlaka dair vərəsəlik şəhadətnaməsi almamışdır. Doğrudur, Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirası faktiki qəbul etmiş sayılır, əgər əmlaka sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlamışdırsa. Lakin həmin norma mirasın qəbul edilməsini təsbit etsə də, vərəsəlik şəhadətnaməsi alınmadan miras əmlakı üzərində sərəncam hüququ vermir. Əksinə, Məcəllənin 1249-cu maddəsi imperativ qaydada müəyyən edir ki, vərəsə digər vərəsələrin gəlməsini gözləmədən mirasa sahiblik etməyə başlasa belə, vərəsəlik şəhadətnaməsi alınanadək mirasa dair sərəncam verə bilməz. Deməli, Tamara Quliyeva mirası faktiki qəbul etmiş sayılsa belə, şəhadətnamə almadan həmin əmlakı satmaq və ya satılması üçün üçüncü şəxsə səlahiyyət vermək hüququna malik olmamışdır. Bu baxımdan, Tamara Quliyevanın ##.##.1999-cu il tarixli etibarnamə ilə X4 mübahisəli evin bir hissəsini satmaq, sərəncam vermək və satışdan əldə edilən pulu almaq səlahiyyəti verməsi hüquqi cəhətdən əsassız olmuşdur. Çünki etibarnamə verən şəxs həmin anda mübahisəli əmlak üzərində sərəncam hüququna malik deyildi. Məcəllənin 152.1-ci maddəsinə əsasən isə əmlak üzərində sərəncam hüququ yalnız mülkiyyətçiyə məxsusdur. Şəxs yalnız özünə aid olan əmlakı özgəninkiləşdirə bilər. Bundan əlavə, hətta fərz olunsa ki, Tamara Quliyeva faktiki qəbul əsasında müəyyən mülki hüquqlar əldə etmişdi, yenə də daşınmaz əmlakın özgəninkiləşdirilməsi qanunun tələb etdiyi forma qaydalarına uyğun həyata keçirilməmişdir. Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Iş materiallarında isə Tamara Quliyeva ilə Mehdiyev Rüstəm arasında notarial qaydada bağlanmış hər hansı alqı-satqı müqaviləsi mövcud deyildir. Suraxanı rayon Icra Hakimiyyətinin Yeni Suraxanı qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş akt da xüsusi mülki hüquq münasibəti yaradan alqı-satqı müqaviləsini əvəz edə bilməz. Dövlət orqanının qeyri-normativ aktı mülkiyyət hüququnun keçməsi üçün müstəqil hüquqi əsas sayıla bilməz. Məcəllənin 19-cu maddəsinə görə, dövlət orqanının mülki qanunvericiliyə zidd olan aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Beləliklə, Tamara Quliyeva ilə Mehdiyev Rüstəm arasında mübahisəli əmlaka dair münasibət həm subyektin səlahiyyətsizliyi, həm də qanunla tələb olunan forma şərtlərinin pozulması səbəbindən başlanğıcdan hüquqi qüvvəyə malik olmamışdır. Məcəllənin 337.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.3-cü maddəyə görə, belə əqd əhəmiyyətsiz əqd hesab edilir və məhkəmə tərəfindən ayrıca etibarsız sayılmasından asılı olmayaraq bağlandığı andan etibarsızdır. 337.4-cü maddəyə əsasən isə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla heç bir hüquqi nəticə doğurmur. Bu hüquqi nəticə ondan ibarətdir ki, Tamara Quliyeva ilə Mehdiyev Rüstəm arasında hüquqi qüvvəsi olmayan münasibətdən sonrakı şəxslər üçün də hüquq yarana bilməzdi. Mülki hüququn ümumi prinsipi olan “nemo plus iuris ad alium transferre potest quam ipse habet” prinsipinə əsasən, heç kəs özündə olmayan hüququ başqasına ötürə bilməz. Buna görə də Mehdiyev Rüstəmin hüquqi əsas olmadan əldə etdiyi əmlakın sonradan Şahid keçməsi və onun da həmin əmlaka mülkiyyət hüququ əldə etməsi mümkün deyildir. Iş materiallarından görünür ki, ##.##.2020-ci il tarixli akt əsasında Şahid Cavabdeh Yeni ünvan 8 ünvanında yerləşən 0,02 ha torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evini 22.000 manata satmış, alıcı tərəfindən həmin məbləğin şahidlərin iştirakı ilə ödənildiyi qeyd edilmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi bu sənədə hüquqi qiymət verərkən Şahid sözügedən əmlaka hansı əsasla mülkiyyət hüququ əldə etməsini araşdırmamışdır. Əgər onun hüquq sələfi olan Mehdiyev Rüstəmin əldə etməsi hüquqi cəhətdən etibarsız olmuşdursa, Şahid da həmin əmlakı özünə məxsus kimi təqdim etməsi və satması hüquqi nəticə doğura bilməzdi. Eyni zamanda, iş materiallarında İddiaçı, maraqlı şəxs1 və maraqlı şəxs2 adından tərtib olunmuş əlyazmalar mövcuddur. Həmin yazılarda X34 Rüstəmə satdığı torpaqla bağlı heç bir iddia və tələblərinin olmadığı qeyd olunmuşdur. Lakin bu şəxslərin mübahisəli əmlaka dair sərəncam vermək, alqı-satqını təsdiqləmək və ya mülkiyyət hüququnu üçüncü şəxsə keçirmək səlahiyyəti olmamışdır. Sadə yazılı razılıq və ya izahat xarakterli sənədlər daşınmaz əmlak üzərində mülkiyyət hüququnun əmələ gəlməsi və ya keçməsi üçün qanuni əsas sayıla bilməz. Belə sənədlər notariat qaydasında bağlanmalı olan alqı-satqı müqaviləsini əvəz etmir. Üstəlik, kassasiya instansiyasında baxışın predmeti faktiki halların yenidən araşdırılması deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi üzrə kassasiya baxışında əsas məsələ maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub olunmamasının yoxlanılmasıdır. Bu səbəbdən iddiaçının həmin əlyazmaların ona məxsus olmaması barədə etirazı faktiki hal kimi qiymətləndirilsə də, kassasiya baxımından həlledici məsələ həmin sənədlərin hüquqi təbiətcə daşınmaz əmlakın özgəninkiləşdirilməsi üçün yetərli hüquqi əsas olub-olmamasıdır. Qanunun imperativ tələblərinə görə, bu cür sadə yazılı sənədlər heç bir halda notarial qaydada bağlanmalı daşınmaz əmlak müqaviləsini əvəz edə bilməz. Nəticə etibarilə, apelyasiya məhkəməsi ilkin hüquqi əsasın etibarsızlığını, sonrakı hüquq keçidlərinin həmin etibarsız əsasdan törəməsini və təqdim olunan aktlarla əlyazmaların daşınmaz əmlaka dair hüquq yarada bilməməsini nəzərə almadan, cavabdehin mübahisəli əmlaka mülkiyyət hüquqlarını legitim hesab etməklə Mülki Məcəllənin 14, 19, 144, 152, 337, 359, 362, 1243 və 1249-cu maddələrini düzgün tətbiq etməmişdir. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı sayıla bilməz.
47. Bundan əlavə, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi 560.3.4-cü maddəsini də düzgün tətbiq etməmişdir. Məhkəmə iddiaçının mübahisəli daşınmaz əmlakdan cavabdehlərin çıxarılması ilə bağlı tələbini “hüquqdan suiistifadə” kimi qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, cavabdehlərin uzun illər ərzində həmin evdə yaşamalarına etiraz edilməməsi və sonradan onların çıxarılmasının tələb olunması iddiaçının əvvəlki davranışı ilə ziddiyyət təşkil etmişdir. Lakin bu nəticə maddi hüquq normalarının yanlış təfsiri əsasında formalaşmışdır. Mülki hüquqda hüquqdan sui-istifadə institutu şəxsin formal olaraq ona məxsus hüquqdan istifadə etməsi zamanı bu davranışın vicdanlılıq, ədalət və hüquqi müəyyənlik prinsiplərinə zidd olaraq digər şəxsdə yaranmış əsaslı etimadı pozduğu hallara şamil edilir. Bu institutun tətbiqi üçün yalnız passiv davranış və ya uzun müddət ərzində iddia qaldırılmaması kifayət etmir. Bunun üçün konkret hüquqi şərtlər mövcud olmalıdır: hüquq sahibinin müəyyən davranışı nəticəsində qarşı tərəfdə qorunmağa layiq legitim etimad formalaşmalı, həmin etimada əsasən qarşı tərəf öz hüquqi və ya faktiki vəziyyətini dəyişməli və sonradan hüquq sahibinin davranışı əvvəlki mövqeyi ilə açıq ziddiyyət təşkil etməlidir. Hazırkı işdə həmin elementlərin heç biri mövcud deyildir. Iş materiallarından görünür ki, iddiaçı mübahisəli əmlaka dair hüquqlarını rəsmi qaydada yalnız 2024-cü ildə dövlət qeydiyyatına aldırmış və mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə etmişdir. Məhz bundan sonra o, öz mülkiyyət hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Bu hal göstərir ki, iddiaçının əvvəlki dövrdə eyni tələblə çıxış etməməsi onun hüququndan könülü imtinası və ya cavabdehlərin istifadəsinə razılığı kimi şərh oluna bilməz. Əksinə, həmin dövrdə iddiaçının mülkiyyət hüququnun rəsmi qeydiyyatı olmadığından, hüququnun müdafiəsi üçün seçdiyi müdafiə vasitələrinin həcmi obyektiv olaraq məhdud olmuşdur. Mülkiyyət hüququnun həyata keçirilməməsi, uzun müddət ərzində istifadə edilməməsi və ya etiraz edilməməsi hüququn itirilməsi anlamına gəlmir. Mülkiyyət hüququ yalnız qanunda birbaşa nəzərdə tutulmuş əsaslarla xitam tapa bilər və şəxsin susması və ya passiv davranışı özlüyündə mülkiyyət hüququndan imtina kimi qiymətləndirilə bilməz. Iddiaçı tərəfindən hüququndan açıq və birmənalı imtina edilmədiyi halda, məhkəmənin belə nəticəyə gəlməsi qanunsuzdur. Digər tərəfdən, cavabdehlərdə yarandığı iddia olunan etimad da hüquqi baxımdan qorunmağa layiq hesab edilə bilməz. Çünki onların istinad etdiyi hüquqi əsaslar əvvəldən etibarlı olmamışdır. Belə ki, mübahisəli əmlakın istifadəsinə dair əsas kimi göstərilən etibarnamənin müddəti bitmişdir. Bundan əlavə, 1999-cu il tarixli akt notarial qaydada bağlanmış daşınmaz əmlak alqı-satqı müqaviləsi olmayıb, hüquqi təbiətinə görə mülkiyyət hüququ yaradan sənəd sayıla bilməz. Həmçinin tərəflər arasında daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qanunla tələb olunan notarial qaydada rəsmiləşdirilmiş müqavilə mövcud olmamışdır. Belə olan halda, cavabdehlərin faktiki istifadəsi yalnız hüquqi əsası olmayan münasibətlərə söykənmişdir. Hüquqi əsası olmayan münasibətdən irəli gələn gözlənti isə legitim etimad kimi qoruna bilməz. Şəxs yalnız qanuni əsasla əldə etdiyi hüquqi vəziyyətin sabitliyinə güvənə bilər. Etibarsız əqddən və ya qanunsuz istifadə münasibətindən doğan faktiki istifadə isə qanun tərəfindən qorunan etimad yaratmır. Əksinə, cavabdehlər mübahisəli əmlakdan istifadə etdikləri dövrdə həmin istifadənin hüquqi əsasının notarial qaydada təsdiq olunmadığını, mülkiyyət hüququnun dövlət qeydiyyatında olmadığını və hüquq sələflərinin sənədlərinin mübahisəli xarakter daşıdığını bilməli idilər. Bu halda onların uzunmüddətli istifadə faktına əsaslanaraq mülkiyyətçi qarşısında üstün hüquqi mövqe əldə etmələri mümkün deyildir. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsinin yalnız cavabdehlərin uzun illər ərzində faktiki olaraq həmin evdə yaşamalarına əsaslanaraq iddiaçının sonradan mülkiyyət hüququnun müdafiəsi üçün iddia qaldırmasını hüquqdan suiistifadə kimi qiymətləndirməsi MM-in 560.3.4-cü maddəsinin hüquqi məzmununa uyğun deyildir. Çünki iddiaçının davranışında ziddiyyətli rəftar deyil, qanuni əsas əldə etdikdən sonra mülkiyyət hüququnun müdafiəsi üçün normal hüquqdan istifadə mövcuddur. Beləliklə, apelyasiya instansiyası məhkəməsi hüquqdan sui-istifadə institutunu mübahisənin faktiki hallarına uyğun olmayan şəkildə tətbiq etmiş, cavabdehlərin qanunsuz istifadəsini legitimləşdirmiş və bununla da iddiaçının konstitusion mülkiyyət hüququnun məhkəmə müdafiəsini əsassız olaraq məhdudlaşdırmışdır. Bu isə qətnamənin ləğv edilməsi üçün müstəqil əsas təşkil edir.
48. Bundan əlavə, apelyasiya instansiyası məhkəməsi işə baxarkən mühüm prosessual hüquq pozuntusuna lazımi hüquqi qiymət verməmiş və bununla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi normalarını düzgün tətbiq etməmişdir. Belə ki, MPM-in 149, 150.1.2 və 151.1-ci maddələri məhkəmə üçün məcburi prosessual şərtlərdir. Iş materiallarından görünür ki, ilkin iddia üzrə iddiaçı İddiaçı tərəfindən cavabdeh Cavabdeh qarşı verilmiş iddia ərizəsi üzrə qanunla müəyyən edilmiş 100 manat dövlət rüsumu ödənilmişdir. Lakin eyni iş üzrə cavabdeh Cavabdeh tərəfindən irəli sürülmüş qarşılıqlı iddia çərçivəsində pul tələbi irəli sürülsə də, həmin tələb üzrə qanunla müəyyən edilmiş 270 manat dövlət rüsumunun ödənilməsi iş materialları ilə təsdiq olunmur. Bu baxımdan, qarşılıqlı iddia üzrə dövlət rüsumunun ödənilməsi ilkin iddiada ödənilmiş rüsumla əvəz edilə bilməz. Hər bir ayrıca tələbin müstəqil dövlət rüsumu öhdəliyi vardır və bu öhdəlik yerinə yetirilmədən iddianın icraata qəbul olunması prosessual qanunvericiliyin açıq pozuntusudur. Birinci instansiya məhkəməsi dövlət rüsumunun ödənilməsi təsdiq edilmədən qarşılıqlı iddianı icraata qəbul etmiş, həmin çatışmazlığı aradan qaldırmadan işə mahiyyəti üzrə baxmış və nəticədə qətnamə qəbul etmişdir. Beləliklə, məhkəmə qanunda nəzərdə tutulmuş prosessual şərtlər olmadan cavabdehin qarşılıqlı tələbini mahiyyəti üzrə həll etmişdir ki, bu da tərəflərin prosessual hüquq bərabərliyi prinsipinə ziddir. Iddiaçı tərəfindən apelyasiya şikayəti verilərkən bu prosessual pozuntu ayrıca dəlil kimi göstərilsə də, apelyasiya instansiyası məhkəməsi həmin hala hüquqi qiymət verməmişdir. Bununla da apelyasiya instansiyası məhkəməsi özünün tam yoxlama funksiyasını həyata keçirməmiş, MPM-in 88 və 372.7-ci maddələrinin tələblərini pozmuşdur.
49. Belə ki, məhkəmə qətnamənin 53 və 60-cı bəndlərində Suraxanı Rayon Icra Hakimiyyətinin Yeni Suraxanı qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1999-cu il tarixli aktı mübahisəli əmlakın faktiki olaraq başqa şəxslərə verilməsini təsdiq edən sübut kimi qəbul etmişdir. Lakin həmin sənədin daşınmaz əmlakın alqı-satqısı üçün qanunla müəyyən edilmiş formaya uyğun olmaması, notarial qaydada təsdiq edilməməsi, belə əqdi rəsmiləşdirməyə səlahiyyəti olmayan orqan tərəfindən tərtib edilməsi, sənəddə kiril əlifbası ilə mətn olduğu halda möhürün latın əlifbasında olması, imzanın etibarnamədəki imza ilə uyğun gəlməməsi və sənədin tarixinin göstərilməməsi kimi mühüm ziddiyyətlər araşdırılmamış və bu hallara hüquqi qiymət verilməmişdir. Nəticədə məhkəmə mötəbərliyi yoxlanılmamış sənədə sübut qüvvəsi verərək onu iş üzrə əsas dəlilərdən biri kimi qəbul etmişdir. Eyni zamanda apelyasiya məhkəməsi ##.##.1999-cu il tarixli etibarnaməyə də düzgün hüquqi qiymət verməmişdir. Qətnamənin 53, 61 və 64-cü bəndlərində həmin etibarnamə mübahisəli əmlakın faktiki olaraq digər şəxslərə verilməsini təsdiq edən əsas sübutlardan biri kimi qiymətləndirilmişdir. Halbuki etibarnamənin müddətli olması, üç ilik müddətin keçməsi, sonradan yenilənməməsi, etibar edən X25 2005-ci ildə vəfat etməsi və ən əsası etibarnamənin daşınmaz əmlak üzərində mülkiyyət hüququ yaratmaması kimi hallar nəzərə alınmamışdır. Etibarnamənin hüquqi qüvvəsinin faktiki olaraq sona çatmasına baxmayaraq, məhkəmə ona hələ də hüquqi nəticə verərək sübut kimi istinad etmişdir ki, bu da sübutların hüquqi mahiyyətinin düzgün qiymətləndirilməməsi deməkdir.
50. Bundan əlavə, məhkəmə İddiaçı, maraqlı şəxs1 və Tabdarova (Məmmədova) Nətəvan Cəfər qızı adından tərtib olunmuş əlyazmaları da mübahisəli əmlaka dair iddia və tələblərin olmamasını təsdiq edən sübut kimi qəbul etmişdir. Lakin həmin şəxslər tərəfindən yazılmadığı, imzalanmadığı və həqiqiliyinin mübahisələndirildiyi barədə apelyasiya şikayətində açıq dəlilər irəli sürülməsinə baxmayaraq, məhkəmə əlyazmaların həqiqiliyini yoxlamamış, ekspertiza təyin etməmiş, imza aidiyyətini araşdırmamış və bu sənədlərin mötəbərliyini əsaslandırmamışdır. Bununla belə, həmin sənədlər digər sübutlarla birlikdə “faktiki münasibətlərin təsdiqi” kimi qəbul edilmişdir ki, bu da MPM-in 88-ci maddəsinin pozulmasıdır.
51. Məhkəmə həmçinin ##.##.2020-ci il tarixli akt və Şahid tərəfindən verilmiş ərizə arasındakı açıq ziddiyyətləri də araşdırmamışdır. Həmin aktda əmlakın “satıldığı” göstərildiyi halda, notariat qaydasında təsdiq edilmiş ərizədə həmin evin “özünə məxsus olduğu və özü tərəfindən tikildiyi” qeyd olunmuşdur. Bu ziddiyyətin hüquqi mahiyyəti müəyyən edilmədən məhkəmə həmin sənədlərə istinad etmiş və hansı sənədin həqiqi iradəni ifadə etdiyini araşdırmamışdır. Bundan başqa, ekspertiza rəyi də natamam qiymətləndirilmişdir. Həmin rəydə mübahisəli torpaq sahəsinin və tikilinin iddiaçının çıxarışında göstərilən koordinatlarla üst-üstə düşdüyü və cavabdehin istifadə etdiyi sahənin məhz iddiaçının mülkiyyətində olan əmlak olduğu müəyyən edilmişdir. Lakin məhkəmə bu nəticəni yalnız texniki xarakterli məlumat kimi qiymətləndirərək onun iddia predmetinin müəyyən edilməsində və mülkiyyət hüququnun təsdiqində oynadığı mühüm rolu nəzərə almamışdır. Eyni zamanda apelyasiya məhkəməsi sübutların məcmu şəkildə qiymətləndirilməsi prinsipini pozmuş, dövlət reyestrindən çıxarışa, vərəsəlik şəhadətnaməsinə və mülkiyyət hüququnun yalnız dövlət qeydiyyatı ilə yaranmasına dair imperativ normalara üstünlük verməmiş, əksinə faktiki istifadəyə və qeyri-rəsmi sənədlərə əsaslanaraq nəticəyə gəlmişdir. Bu isə sübutların obyektiv və qərəzsiz qiymətləndirilməsi prinsipinə ziddir. Nəhayət, məhkəmə ##.##.2020-ci il tarixli ərizəyə də hüquqi qiymət verməmişdir. Həmin sənəd yalnız imzanın təsdiqindən ibarət olub, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilə və ya mülkiyyət hüququ yaradan hüquqi sənəd deyil. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 324-cü maddəsinə əsasən əqd yalnız hüquqi nəticə yaratmağa yönəlmiş iradə ifadəsidir, lakin həmin ərizə belə hüquqi nəticə doğurmur. Eyni zamanda Məcəllənin 144.1 və 146.1-ci maddələrinə əsasən daşınmaz əmlak hüququ yalnız dövlət qeydiyyatı ilə yaranır. Iş materiallarında isə belə hüquqi qeydiyyatı təsdiq edən sənəd mövcud deyildir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi sübutları ayrı-ayrılıqda və məcmu halda tam, hərtərəfli və obyektiv qiymətləndirməmiş, ziddiyyətli və mötəbərliyi şübhəli sənədlərə həlledici əhəmiyyət vermiş, ekspertiza nəticələrini və dövlət qeydiyyatı ilə bağlı imperativ hüquq normalarını nəzərə almamışdır. Bu isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 88-ci maddəsinin tələblərinin kobud şəkildə pozulması ilə nəticələnmiş və qətnamənin qanuniliyi və əsaslılığını şübhə altına almışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
52. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
53. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
54. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
55. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
56. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
57. Maddə 157.6. Istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
58. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
59. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
60. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
61. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan xüsusən sui-istifadə hesab edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
64. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
67. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
68. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
69. Kassasiya şikayəti üzrə işə məhkəmə iclasında baxılması üçün əsaslar müəyyən edilmədiyindən iddia tərəfinin bu barədə vəsatəti təmin edilmir.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
71. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, mübahisənin obyekti olan daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət payı olsa da, işin müəyyən edilmiş faktiki halları baxımından Malik Məmədovun irəli sürdüyü tələblərin təmin olunması üçün qanuni əsaslar müəyyən edilmir.
72. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq olsa da, həmin Məcəllənin 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
73. Apellyasiya məhkəməsi işin yuxarıda qeyd olunan faktiki halları əsasında bu nəticəyə gəlmişdir ki, iddiaçı mübahisəli əmlakın uzun illər əvvəl faktiki olaraq digər şəxslərə verildiyini bildiyi halda yalnız sonradan vərəsəlik hüququ əsasında pay əldə etdikdən sonra həmin əmlakın boşaldılması barədə iddia qaldırmaqla mülkiyyət hüququndan hüququn təyinatına zidd şəkildə istifadə etmişdir.
74. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
75. Belə ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan xüsusən sui-istifadə hesab edilir (§ 53, 59- 61).
76. Kassasiya məhkəməsi iş üzrə aşağı məhkəmələrin gəldikləri nəticə ilə razılaşaraq qeyd edir ki, əşyanın bir hissəsinə mülkiyyətçisinin razılığı əsasında sahiblik və ondan istifadə edən, habelə müvafiq yaxşılaşdırmalar etmiş vicdanlı sahibin sərf etdiyi məsrəflər kompensasiya edilmədən onun çıxarılması tərəflərin mənafeləri arasında ədalətli tarazlığın pozulması və hüquqdan sui-istifadə qadağasının nəzərə alınmaması ilə nəticələnərdi.
77. Odur ki, mövcud vəziyyətdə ədalətli kompensasiya təklif etməmiş ilkin iddiaçının tələbinin təmin olunmaması yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olmuşdur.
78. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
79. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
80. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
81. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ## ##### 2026cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.