Məhkəmə qərarları › İş №2(1-8)-1573/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1573/2026

23.06.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1573/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı1 və iddiaçı2 cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpasından imtina, şikayətin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Iddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı1 və iddiaçı2 cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “torpaq sahəsindən istifadə etmək üçün onun əvvəlki vəziyyətinə, yəni əkinbiçinə yararlı vəziyyətə gətirilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından iddiaçı iddiaçı4 (vəkil vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:

1. Iddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı1 və iddiaçı2 (bundan sonra iddiaçılar, yaxud ad, soyadı) cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra cavabdeh, yaxud MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Aqrar Islahat Komissiyasının ## ####### 1998-ci il tarixli, ** nömrəli qərarına əsasən ona və ailə üzvlərinə verilmiş iki hissədən ibarət, ümumilikdə 1,12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin “xxxx” MMC-nin vəsaiti hesabına istifadə etmək üçün yararlı vəziyyətə gətirilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Iş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

2. Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Zülfüqar Əhmədov) ilə iddianın qismən təmin edilməsi, Şərur Rayon Aqrar Islahat Komissiyasının ## ####### 1998-ci il tarixli, ** nömrəli qərarına əsasən iddiaçı4 və ailə üzvlərinə verilmiş iki hissədən ibarət ümumilikdə 1,12 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 0,57 hektar hissəsinin istifadə edilməsi üçün “xxxx” MMC-nin vəsaiti hesabına yararlı vəziyyətə gətirilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh MMC-dən alınaraq iddiaçı iddiaçı4 ödənilməsi, iddiaçı tərəfindən ## ##### 2025-ci il tarixli, ********** nömrəli qəbz əsasında ödənilmiş dövlət rüsumunun 35 manatlıq hissəsinin özünə qaytarılması, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

3. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-***/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, qətnamə tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilməklə iddianın rədd edilməsi qət olunmuşdur. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:

5. Qətnamədən iddiaçı iddiaçı4 (vəkili vəkil2) ## ###### 2026-cı il tarixdə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin # ###### 2025-ci il tarixli qətnaməsinin tamamilə ləğv olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması üçün qərar qəbul olunmasını xahiş etmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, # ###### 2026-cı il tarixli qərardadı ilə apellyasiya instansiyası məhkəməsinin # ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı iddiaçı4 verdiyi kassasiya şikayəti müddət buraxıldığından qeyri-mümkün hesab edilmiş, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

7. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə apellyasiya instansiyası məhkəməsinin # ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı iddiaçı4 və onun vəkili vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

8. Iddiaçı iddiaçı4 və onun vəkili vəkil2 ## #### 2026-cı il tarixdə vəsatətlə müraciət edərək apellyasiya instansiyası məhkəməsinin # ###### 2025-ci il tarixli qətnaməsi üzrə kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

9. Vəsatət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin # ###### 2025-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərardadı ilə qeyri mümkün hesab edilərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Məhkəmə qətnaməsinin iddiaçının nümayəndəsi və vəkili vəkil2 elektron kabinetinə 2025-ci il ## ###### tarixində yerləşdirilməsi nəzərə alınarsa, qətnamədən kassasiya şikayəti vermə müddətinin sonu 2025-ci 13 yanvar tarixidir. Belə olan halda iddiaçı şikayəti ən geci 2025-ci 14 yanvar tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirməli idi. Buna baxmayaraq, “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, iddiaçı şikayəti 2026-ci il ## ###### tarixdə sistemə yükləmişdir. Bununla da qətnamədən şikayət verilməsi üçün qanunla nəzərdə tutulan 2 aylıq prosessual müddət 1 gün ötürülmüşdür. Eyni zamanda iddiaçı müddətin bərpası barədə vəsatət də verməmişdir. Göründüyü kimi, iddiaçı kassasiya şikayətini 2 aylıq müddət ərzində verməmiş, müddətin bərpası ilə bağlı müraciət etməmiş, apellyasiya məhkəməsi də müddətin ötübötməməsinə qiymət verməmişdir. Nəticədə prosessual müddət ötürülməklə verilən kassasiya şikayəti kassasiya instansiyasına göndərilmişdir.

10. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili vəkil1 müddətin bərpasına dair vəsatətə etiraz ərizəsi verərək ərizədə iddiaçının vəkilinin “vəsatət” adıyla ərizə verdiyini qəbul etsələr belə, bu ərizədə nəinki üzrlü səbəb, ümumiyyətlə müddətin ötürülməsi ilə bağlı hər hansı bir səbəbin göstərilməməsini, sadəcə hadisələrin xronoloji ardıcıllığının kassasiya instansiyasının qərardadından “copypaste” edilməsini, iddiaçının 2 aylıq prosessual müddəti 4 ay sonra bərpa etməyə çalışmasının heç cür qəbul edilən olmamasını, kassasiya instansiyasının şikayəti qaytararkən (##.##.2026) artıq iddiaçının vəkilinə hansı əsasla işin geri qaytarıldığının bəlli olmasını, buna baxmayaraq, həmin qərardaddan 38 gün sonra müddətin bərpası ilə bağlı ərizə verməsini, hətta apellyasiya instansiyasının qərardadından yalnız 15 gün sonra müddətin bərpası ilə birgə kassasiya şikayəti ilə məhkəməyə müraciət etməsini qeyd edərək, müddətin bərpası ilə bağlı tələbin təmin olunmamasını xahiş etmişdir.

11. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ilə (hakimlər Mehdi Əliyev (sədrlik edən və məruzəçi), Zamiq Əliyev və Mehman Allahverdiyev) iddiaçı iddiaçı4 və onun vəkili vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin # ###### 2025ci il tarixli qətnaməsindən iddiaçı iddiaçı4 və onun vəkili vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ## ###### 2025-ci il tarixdə iddiaçı iddiaçı4 və onun vəkili vəkil2in elektron kabinetinə yerləşdirilmişdir. Buna baxmayaraq, iddiaçı və onun vəkili tərəfindən verilmiş kassasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminə ## ###### 2026-cı il tarixdə, yəni qanunla müəyyən edilmiş son gündən 1 gün sonra “Elektron məhkəmə” informasiya sisteminə yüklənmişdir.

13. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı və onun vəkili tərəfindən təqdim edilmiş vəsatətdə kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verilməməsinin səbəbi kimi hər hansı obyektiv, onların iradəsindən asılı olmayan, üzrlü hal göstərilməmişdir. Vəsatətin məzmunundan görünür ki, yalnız iş üzrə baş vermiş prosessual hərəkətlərin ardıcıllığı qeyd olunmuş, lakin müddətin niyə buraxıldığı, həmin gecikmənin hansı səbəbdən baş verdiyi və bu səbəbin nə üçün üzrlü hesab edilməli olduğu ümumiyyətlə qeyd edilməmişdir.

14. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, cavabdeh tərəfin etirazında göstərilən hallar da iş materialları ilə öz təsdiqini tapır. Belə ki, iddiaçı və onun vəkili kassasiya şikayəti verilərkən müddətin bərpası barədə müraciətində prosessual müddətin ötürülməsinin üzrlü səbəblərini göstərməmişdir. Prosessual müddətlər mülki mühakimə icraatında hüquqi müəyyənlik, sabitlik və məhkəmə aktlarının yekunluğunu təmin etmək məqsədi daşıyır.

15. Məhkəmə kollegiyası hesab etmişdir ki, kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılması üzrlü səbəblərlə bağlı olmamış, müddətin bərpası üçün qanuni əsaslar mövcud deyildir.

16. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1, 130.1, 133.1, 405-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

17. Qərardaddan iddiaçı iddiaçı4 (vəkil vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, elektron sistemdə işləmə zamanı problem yarandığından bir gün şikayətin gec göndərilməsi kollegiya tərəfindən üzürlü hesab olunmalı idi. Çünki son zamanlar elektron sistemdə dayanmaların olması məhkəmə sisteminə bəllidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

19. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

20. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

21. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

22. Maddə 128.3. Illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

23. Maddə 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.

24. Maddə 129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır.

25. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

26. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

27. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

28. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

29. Maddə 135.7 “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır.

30. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

31. Maddə 402.2.2 və 402.2.3. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında və kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.

32. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

33. Maddə 408.1.4. Kassasiya şikayəti kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

36. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

37. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı iddiaçı4 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Iddiaçı iddiaçı4 və vəkil vəkil2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin buraxılması səbəblərinin üzrlü hesab olunmasına dair kassasiya şikayətinin dəlilləri əsassızdır.

43. Qeyd olunmalıdır ki, iddiaçı iddiaçı4 (Vəkili vəkil2) apellyasiya instansiyası məhkəməsinin qərardadından verdiyi kassasiya şikayətini, apellyasiya instansiyası məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərkən elektron sistemdə işləmə zamanı problemin yaranması, şikayətin bir gün gec göndərilməsinin kollegiya tərəfindən üzürlü hesab edilməli olması ilə əsaslandırmışdır.

44. Lakin apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, mübahisəli # ###### 2025-ci il tarixli qətnamə ## ###### 2025-ci il tarixdə iddiaçı4 nümayəndəsi və vəkil vəkil2 şəxsi elektron kabinetinə yerləşdirilmiş, buna baxmayaraq, iddiaçı və onun nümayəndəsi və vəkili tərəfindən verilmiş kassasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminə ## ###### 2026-cı il tarixdə, yəni qanunla müəyyən edilmiş son gündən 1 gün sonra “Elektron məhkəmə” informasiya sisteminə yüklənmişdir. Iddiaçı və onun vəkili tərəfindən təqdim edilmiş vəsatətdə kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verilməməsinin səbəbi kimi hər hansı obyektiv, onların iradəsindən asılı olmayan, üzrlü hal göstərilməmiş, yalnız iş üzrə baş vermiş prosessual hərəkətlərin ardıcıllığı qeyd olunmuş, lakin müddətin niyə buraxıldığı, həmin gecikmənin hansı səbəbdən baş verdiyi və bu səbəbin nə üçün üzrlü hesab edilməli olduğu ümumiyyətlə qeyd edilməmişdir.

45. Eyni zamanda iddiaçı iddiaçı4 və vəkil vəkil2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərkən elektron sistemdə işləmə zamanı problemin yaranmasını qeyd etsələr də, həmin dəlili müddətin bərpası barədə vəsatətdə qeyd etməmişlər. Eyni zamanda, göstərilən dəlillə bağlı kassasiya şikayətinə hər hansı sübut əlavə edilməmişdir.

46. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənara çıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər.

47. Avropa Insan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək qeyd olunmalıdır ki, məhkəmə “Miraqall Eskolano və digərləri Ispaniyaya qarşı” iş üzrə ## ###### 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

48. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ### 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

49. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin qətnaməsindən qanunla müəyyən edilmiş 2 ay müddəti ərzində kassasiya şikayəti verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.

50. Buraxılmış müddətin bərpası haqqında ərizə verilərkən onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (məsələn şəxsin özünün xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.). Iddiaçı iddiaçı4 və vəkil vəkil2 isə kassasiya şikayəti verilməsi barədə müddətin bərpa edilməsi haqqında ərizəsində, kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verilməməsinin üzürlü olmasını təsdiq edən halları göstərilməmiş, yalnız iş üzrə baş vermiş prosessual hərəkətlərin ardıcıllığını qeyd etmişlər. Lakin kassasiya şikayəti verilməsinin son günü ## ###### 2026-cı il tarix olduğu halda, kassasiya şikayəti 1 gün gecikdirilməklə ## ###### 2026-cı il tarixdə verildiyindən, yuxarıda qeyd olunanlar müddətin ötürülməsinin üzürlü hesab edilməsi üçün əsas ola bilməz.

51. Göründüyü kimi iddiaçı iddiaçı4 və vəkil vəkil2 qətnamədən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş iki aylıq müddətdən səmərəli istifadə etməmiş, kassasiya şikayətinin verilməsini müddətin sonuncu günlərinə saxlamış, müddət keçdikdən sonra verilmiş, kassasiya şikayətinin isə elektron-məhkəmə informasiya sisteminə 1 gün gecikdirməklə yerləşdirməsini formal dəlillərlə əlaqələndirməyə çalışmışlar ki, bu halda qətnamədən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 2 ay müddəti üzürlü səbəb olmadan ötürmüşlər.

52. Bu səbəbdən müddətinin bərpasına dair ərizənin təmin edilməməsi və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı iddiaçı4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar