Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1595/2026 01.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Füzuli rayonu * nömrəli tam orta məktəbinə qarşı (Azərbayan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X5 Regional Təhsil Idarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: Əmək münasibətlərindən irəli gələn mübahisələr, işə bərpa, ödənilməmiş əmək haqqı və məzuniyyət haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və X4 ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Füzuli rayonu * nömrəli tam orta məktəbinə qarşı (Azərbayan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X5 Regional Təhsil Idarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “işə bərpa” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli ## #### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. ##.##.2025-ci il tarixli, *** nömrəli əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ##.##.2025-cı il tarixdə xitam verilmişdir. Xitamın əsası olaraq göstərilmişdir ki, ## #### 2025-ci il tarixdə İddiaçı təkrar sertifikatlaşdırmanın test imtahan mərhələsində iştirak etmədiyinə görə onunla bağlanılmış əmək müqaviləsinə *** nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c" bəndinə müvafiq olaraq xitam verilmişdir.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Qarabağ regional şöbəsi tərəfindən İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, iddiaçı keçirilən sertifikasiya imtahanından 13 bal toplayaraq uğursuz nəticə göstərmiş və ##.##.2025-ci il tarixdə keçirilən imtahanda iştirak etməmişdir. Həmçinin qeyd edilmişdir ki, o, xəstəlik vərəqəsi üzrə (№ XV***********) ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinə qədər əmək funksiyasından azad olunmuş və işə başlama tarixi ##.##.2025-ci il müəyyən edilmişdir. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə ## #### 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada iştirak etmədiyiz üçün sertifikatlaşdırmadan keçməmiş hesab edilmiş və əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən ## #### 2025-ci il tarixdə *** saylı əmrlə ləğv edilmişdir. Onun ödənişsiz məzuniyyətdə olmağı barədə müəsissə tərəfindən təsdiqedici heç bir sənəd təqdim edilməmişdir.
3. Azərbayan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X5 Regional Təhsil Idarəsi tərəfindən İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılma məqsədi ilə ## #### 2025-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırma imtahanında “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən və ya imtahanda iştirak etməyən şəxslər təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onlarla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasın Əmək Məcəlləsinin müvafiq bəndinə əsasən ləğv edilmişdir.
4. Azərbaycan Respublikası “xxxx” X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, AA****/**** nömrəli arayışı ilə, İddiaçı sağ əlin hər iki dizin, sağ aşıq-baldır və sol daban nahiyəsinin əzilməsi diaqnozu qoyulmuşdur.
5. İddiaçı Füzuli rayonu * saylı tam orta məktəbin direktoru Svetlana Məmmədovaya ünvanlamış olduğu ##.##.2025-ci il tarixli ərizədən görünür ki, səhhəti ilə bağlı ona 3 aylıq məzuniyyət verilməsini sonuncudan xahiş etmişdir.
6. ** saylı Şəhər Poliklinikası tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, XV*********** nömrəli sığortaolunanın xəstəlik vərəqəsi ilə, İddiaçı 11-##.##.2025-ci il, 14-##.##.2025-ci il və 17-##.##.2025-ci il tarixləri arasında əmək funksiyalarını icra etməkdən azad edilmiş, işə başlama tarixi ##.##.2025-ci il olaraq müəyyən edilmişdir.
7. Bakı * saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayış əsasında müəyyən olunmuşdur ki, həmin tarixdə işə bərpa tələbi üzrə keçirilməsi nəzərdə tutulmuş mediasiya sessiyasında iddiaçı İddiaçı iştirak etmiş və 60 manat mediasiya xərci ödəmiş, lakin cavabdeh tərəf iştirak etməmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. Iddiaçı İddiaçı cavabdeh Füzuli rayonu * nömrəli tam orta məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi haqqında ##.##.2025-ci il tarixli, *** nömrəli əmrin ləğv edilməsi, ödənilməmiş əmək haqqı və məzuniyyət haqqının ödənilməsi, işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Iddia ərizəsi onunla əsaslandırmışdır ki, o, 14 ildən artıq ingilis dili müəllimi kimi fəaliyyəti göstərmişdir. ##.##.2025-ci il tarixdə işə gedərkən xəsarət almış, bu səbəbdən səhhətinə görə həkim məsləhəti ilə müvəqqəti işdən ayrılmışdır. Travmatologiya və Ortopediya Institutu ##.##.2025-ci il tarixədək ona arayış vermiş, müalicənin davamı isə yaşadığı ərazi üzrə ** saylı şəhər poliklinkasında davam etdirilmişdir. Həkim məsləhəti ilə ##.##.2025-ci il tarixdən etibarən 3 aylıq öz hesabına məzuniyyət ərizəsi tərtib edərək iş yoldaşı Aynurə və digər müavin Ilahənin iştirakı ilə direktora təqdim edilmişdir. ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək bülletendə olmuşdur. Sonra direktor ərizəni gizlədərək ##.##.2025-ci il tarixdən 14-15 gün öz hesabına məzuniyyət əmri vermişdir. Lakin iddiaçı həmin tarixlərə məzuniyyət üçün ərizə yazmamış, həmin məzuniyyət əmrinin surəti və işdən çıxarılmağı barədə əmrin surəti bugünədək ona verilməmişdir. Iddiaçının anası ilə direktor və digər müavin Arzu arasında məhkəmə mübahisəsi olduğu üçün özünün yazdığı məzuniyyət ərizəsi qəsdən gizlədilmişdir. X6 onu qanunsuz, əsassız və qərəzli olaraq işdən çıxarmışdır. Həmçinin iddiaçıya əmək haqqı və 56 gün üçün məzuniyyət haqqı ödənilməmiş, ##.##.2025ci il tarixdə işdən çıxarılsa da sonuncu əmək haqqı ##.##.2025-ci il tarixdə gecikdirilərək (27 AZN) ödənilmişdir. Iddiaçı məsələnin həlli üçün mediasiyaya müraciət etsə də, razılaşma əldə olunmadığından məhkəməyə müraciət etməli olmuşdur. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə buraxılmış iddia müddətinin bərpası barədə ərizə təqdim edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı hüquqşünas olmadığı üçün əmək mübahisələrində iddia müddəti anlayışının nə olduğunu bilməmişdir. Öz savadı çərçivəsində aidiyyəti olan bütün idarə və təşkilatlara mütəmadi olaraq şikayət etmişdir. Həmçinin həm özünün, həm də anasının ağır xəstəliyi ilə əlaqədar bəzən bu işlə məşğul olmağa fiziki cəhətdən də imkanı olmamışdır. Ona görə də iddia ərizəsinin məzmununda qeyd etdiyi üzürlü səbəbləri də nəzərə alaraq, onun işdən çıxarılmağı ilə əlaqədar əmrdən şikayət vermə müddəti bərpa edilməsini xahiş etmişdir.
10. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbayan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X5 Regional Təhsil Idarəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət etmişdir.
11. Məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbayan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X5 Regional Təhsil Idarəsinin nümayəndəsi nümayəndə1 iddia ərizəsinə qarşı vermiş olduğu etirazın məzmununa uyğun izahat verərək bildirmişdir ki, Füzuli rayon * nömrəli tam orta ümumtəhsil məktəbində müəllimi vəzifəsində çalışmış İddiaçı ## #### 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın test imtahanı mərhələsində iştirak etməmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ##.##.2025-ci il tarixli, *-**-**/*-*-**F/**** nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ##.##.2025-cı il tarixdə xitam verilmiş və həmin əmrin icrası tərəflərindən təmin edilmişdir. Azərbaycan Respublikasının “Vətəndaş müraciəti haqqında” ## ######## 2015-ci il tarixli, **** nömrəli Qanununa əsasən vətəndaş, müraciətinə baxan orqanın vəzifəli şəxsləri tərəfindən qəbul edilmiş qərarla razılaşmadıqda, həmin qərardan məhkəməyə şikayət vermək hüququna malikdir. Lakin bu qayda yalnız müraciətə baxılmasından narazılıqla bağlı məhkəməyə şikayət imkanını müəyyən edir və Əmək Məcəlləsi ilə müəyyən edilmiş iddia müddətlərinin hesablanmasına hər hansı təsir göstərmir. Bu baxımdan iddiaçının X2 Xidmətinin cavabını gözlədiyini bildirməsi onun üçün müəyyən edilmiş iddia müddətinin dayandırılması və ya uzadılması üçün hüquqi əsas sayılmır. Işçiyə 3 ay müddətinə ödənişsiz məzuniyyətin verilməsi məsələsinə dair bildirmişdir ki, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə əsasən ödənişsiz məzuniyyət yalnız işəgötürənlə işçinin qarşılıqlı razılığı əsasında həmçinin kollektiv müqavilədə nəzərdə tutulan hallar və əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlər çərçivəsində verilir. Qanunvericiliyə əsasən, belə məzuniyyətin müddəti tərəflərin mülahizəsinə uyğun olaraq altı aydan çox olmamaqla müəyyən edilə bilər. Bu səbəbdən iddiaçının tələb etdiyi 3 (üç) aylıq ödənişsiz məzuniyyət yalnız işəgötürənlə işçinin qarşılıqlı razılığı olduğu halda verilə bilər və bu, birtərəfli qaydada tələb edilə bilən hüquq hesab edilmir. Iddiaçı ## ### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək xəstəlik vərəqəsində olmuşdur. ## #### 2025-ci il tarixdən-## #### 2025-ci il tarixdək xəstəlik vərəqəsində olmuş və ## #### 2025-ci il tarixdən işdə hesab olunmuşdur. ## #### 2025-ci il tarixdə təkrar sertifikatlaşdırmanın test imtahan mərhələsində iştirak etmədiyinə görə onunla bağlanılmış əmək müqaviləsinə *** nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c" bəndinə müvafiq olaraq xitam verilmişdir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq İddiaçı son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü, yəni ## #### 2025-ci il tarixdə ödənilmişdir. Buna görə də yuxarıda təqdim olunanlar əsasında iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
12. Füzuli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Elmir Ismayılov).
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ##.##.2025-ci il tarixli, *** nömrəli əmrdən çıxarış əsasında müəyyən olunur ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ##.##.2025-cı il tarixdə xitam verilmişdir. Həmin çıxarışda xitamın əsası olaraq göstərilir ki, ## #### 2025-ci il tarixdə İddiaçı təkrar sertifikatlaşdırmanın test imtahan mərhələsində iştirak etmədiyinə görə onunla bağlanılmış əmək müqaviləsinə *** nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c" bəndinə müvafiq olaraq xitam verilmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, işə bərpa edilməsi barədə işəgötürənin özünə, həmçinin müxtəlif vaxtlarda digər idarə və təşkilatlara ərizələrlə müraciət etmiş, məhkəməyə isə hazırkı iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə müraciət etmişdir.
15. Göründüyü kimi iddiaçı tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ötürülmüş olur.
16. Məhkəmə hesab etmişdir ki, işəgötürən tərəfindən əmək qanunvericiliyinin hər hansı formada pozulması, iddiaçı tərəfindən iddia müddətinin ötürülməməsinə dəlalət etmir. Iddiaçı faktiki olaraq ##.##.2025-ci il tarixdən işdən azad edilməsini bilmiş, həmin tarixdən əmək haqqı almamış, işə çıxmaması barədə xəbərdarlıq edilmiş, belə olan halda mövcud vəziyyətin hər hansı ikili şərhi üçün zəmin yaranmamış və obyektiv olaraq iddiaçı üçün hüququnun pozulduğu həmin vaxtdan aşkar olmuşdur. Belə ki, iş materiallarından da aydın olduğu kimi, iddiaçı əmək müqaviləsinə xitam verildiyini öyrəndiyi tarixdən başlayaraq işə bərpa edilməsi barədə işəgötürənin özünə, həmçinin müxtəlif vaxtlarda digər idarə və təşkilatlara ərizələrlə müraciət etmiş, öz narazılığını bildirmiş, müxtəlif nüsxələr toplamışdır.
17. Belə olan halda, məhkəmə hesab etmişdir ki, qeyd olunan məsələ ilə bağlı iddiaçı mahiyyəti üzrə məhkəməyə də müraciət edə bilərdi. Beləliklə, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2 377.1-ci maddələri, Əmək Məcəlləsinin 296-cı maddəsi, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2013-cü il tarixli qərarı, Insan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə ## #### 2009-cu il tarixli qərarı ilə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, XV*********** nömrəli xəstəlik vərəqəsinə əsasən aydın şəkildə müəyyən olunur ki, o, ##.##.2025-ci il tarixindən ##.##.2025ci il tarixinə qədər əmək funksiyasından azad olunmuşdur. Bundan əvvəl isə ##.##.2025- ##.##.2025-ci il tarixləri arasında əmək funksiyasından azad olunmuşdur. Işə başlama tarixi isə ##.##.2025-ci il olmuşdur. Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma imtahanında isə məhz bu səbəbdən iştirak edə bilməmişdir. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasına əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar olaraq imtahanda iştirak etmək hüququna malikdirlər. Tərəfindən şahidlərin qarşısında məktəb direktoruna 3 aylıq məzuniyyətə çıxmağı barədə ərizə ilə müraciət olunsa da, məhkəmə bu hala münasibət bildirməyərək, qətnaməsində qeyd etmişdir ki, guya tərəflərin razılığı ilə o məzuniyyətə buraxılmışdır. Halbuki, məktəb direktoru bilərəkdən onun məktubunu gizlədərək ona cavab verməmişdir. Iş materiallarında olan Azərbayan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X5 Regional Təhsil Idarəsi tərəfindən olunan müraciətinə ##.##.2025-ci il tarixli cavabından görünür ki, müəyyən tarixlərdə müxtəlif səbəblərdən işdə olmamışdır. Işdə olmadığı zamanlarda tarif cədvəli üzrə olan dərs saatları məktəbin daxilində digər ixtisas müəlliminə əvəzçilik şəklində əvəz edilmişdir. Həmin dövrdə məktəb rəhbəri vəzifəsini icra edən X3 işində verdiyi nöqsanlara görə əmək müqaviləsinin uzadılması məqsədilə müvafiq hesab edilməmiş, barəsində intizam tədbirləri görülmüş və əmək müqaviləsinə xitam verilmişdir. Cavab məktubunda qeyd olunan “müxtəlif səbəblərdən işdə olmamağı” səhhətində olan ağır problemlərlə bağlıdır ki, bunun təsdiqi olaraq tərəfindən Xəstəlik kağızı təqdim olunmuşdur. Bu səbəblə məzuniyyətə çıxmağı isə onun ən təbii haqqı və hüququdur. O vaxtki məktəb direktorunun xəstəliyinə görə işə fiziki olaraq çıxmağının mümkünsüz olmasını və bu səbəbdən də sertifikatlaşdırma imtahanında iştirak edə bilməməyini əsas gətirərək əmək müqaviləsinə özbaşına xitam əmri verməsi ədalətsiz və insanlığa sığmayan addımdır. Məhz bu səbəblərdən də, yuxarıda adıkeçən məktubda da qeyd olunduğu kimi, direktorun işində verdiyi nöqsanlar dedikdə bu hal nəzərdə tutulmuşdur. Direktorun onu əsassız səbəblərə görə işdən çıxarmasında anası ilə əvvəlcədən aralarında olan mübahisə ilə birbaşa əlaqəsinin olması istisna deyildir. Məhkəmə qətnaməsində qeyd olunur ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Lakin, tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ##.##.2025-ci il tarixli, *-**- **/*-*-**F/**** nömrəli əmək müqaviləmə xitam verilməsi ilə bağlı Əmrdən şikayət ünvanlamış, həmçinin dəfələrlə hüquqlarının pozulması ilə bağlı dövlət orqanlarına şikayətləri olmuşdur. Həmin müraciətlərinə cavablar gəldikdən sonra artıq pozulan hüquqlarının yalnız məhkəmə yolu ilə bərpa oluna biləcəyi anlaşılmışdır. Bundan sonra isə tərəfindən məhkəməyə müraciət olunmadan öncə Mediasiyaya müraciət olunmuş, arayış təqdim olunmuş və məhkəməyə müraciət olunmuşdur.Tərəfindən dövlət orqanlarına müraciət etdiyi dövrdə, həmçinin Mediasiyaya müraciət etməli olduğu da nəzərə alınaraq qanunvericiliyin tələblərinə əsasən məhkəməyə müraciət etmək üçün iddia müddəti dayanmış hesab olunmalıdır. Beləliklə, iş materiallarında olan sənədlərdən və işin faktiki halından aydın şəkildə bu qənaətə gəlmək olar ki, onun əmək müqaviləsinə əsassız yerə xitam verilmiş, əslində məktəb rəhbərliyinin nöqsanlarına görə onun hüquqları kobud şəkildə pozulmuşdur.
21. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli 12 mart 2026-cı il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Füzuli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir (hakimlər: Mahir Əsədli-sədrlik edən və məruzəçi, Tofiq Heydərov və Novruzova Aytən).
22. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuş olsa da, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır.
23. Məhkəmə tərkibi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
24. Belə ki, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
25. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
26. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin müddətin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
27. Məhkəmə kollegiyası isə hesab etmişdir ki, hazırkı mübahisədən görünür ki, iddia müddətinin tətbiqinə dair ərizə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmişdir.
28. Mülki Prosessual Məcəllənin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər.
29. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
30. Məhkəmə tərkibi qeyd etmişdir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinin məzmunundan görünür ki, iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Burada mübahisə tərəfi dedikdə isə iddianın yönəldiyi cavabdeh nəzərdə tutulur. Halbuki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisənin predmeti üzrə tərəf hesab olunmamaqla iddia tələbi də ona qarşı yönəlmir. Bu səbəbdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş belə ərizə iddia müddətinin tətbiqi üçün əsas hesab edilə bilməz.
31. Bununla da, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instaniya məhkəməsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəni əsas tutaraq iddia tələbini rədd etməkdə səhvə yol vermişdir.
32. Məhkəmə tərkibi iddia tələbi və apellyasiya şikayətinin dəlillərini qarşılıqlı tədqiq edərək qeyd etmişdir ki, iddia tələbi əsassız olmuşdur.
33. Belə ki, ##.##.2025-ci il tarixli, *** nömrəli əmrdən çıxarış əsasında müəyyən olunur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ##.##.2025-cı il tarixdə xitam verilmişdir. Həmin çıxarışda xitamın əsası olaraq göstərilir ki, ## #### 2025-ci il tarixdə İddiaçı təkrar sertifikatlaşdırmanın test imtahan mərhələsində iştirak etmədiyinə görə onunla bağlanılmış əmək müqaviləsinə *** nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c" bəndinə müvafiq olaraq xitam verilmişdir.
34. Hal-hazırda iddiaçı həmin əmri mübahisələndirməklə əmrin ləğv edilməsi, ödənilməmiş əmək haqqı və məzuniyyət haqqının ödənilməsi və işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Bundan əlavə iddiaçı apellyasiya şikayətində bildirmişdir ki, iddiaçı tərəfindən əvvəlcə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən şikayət edilmiş, həmçinin hüquqlarının pozulması ilə bağlı müxtəlif dövlət orqanlarına müraciətlər olunmuşdur. Həmin müraciətlərə cavab verildikdən sonra hüquqların yalnız məhkəmə qaydasında bərpa olunmasının mümkün olduğu aydın olmuşdur. Bundan sonra isə məhkəməyə müraciət edilməzdən əvvəl qanunvericiliyin tələbinə uyğun olaraq mediasiyaya müraciət edilmiş və müvafiq arayış alındıqdan sonra məhkəməyə iddia verilmişdir. Bu səbəbdən qeyd olunan müddətdə iddia müddəti dayanmış hesab olunmalıdır.
35. Məhkəmə tərkibi hesab etmişdir ki, hal-hazırda iddia müddəti məsələsi mübahisə üzrə əsas məsələ hesab edilə bilməz. Belə ki, iddia müddətinin tətbiqi barədə ərizə cavabdeh tərəfindən deyil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmişdir. Eyni zamanda Mülki Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Bu səbəbdən məhkəmənin iddia müddətini öz təşəbbüsü ilə tətbiq etmək səlahiyyəti yoxdur.
36. Bununla belə məhkəmə tərkibi qeyd etmişdir ki, iddiaçı məhkəməyə ünvanladığı ərizələrdə əmək kitabçasını ##.##.2025-ci il tarixdə aldığını bildirmişdir.
37. Məhkəmə tərkibi isə hesab etmişdir ki, işəgötürən tərəfindən əmək qanunvericiliyinin hər hansı formada pozulması iddiaçı tərəfindən iddia müddətinin ötürülməməsinə özlüyündə dəlalət etmir. Iddiaçı faktiki olaraq işdən azad edilməsini bilmiş və belə olan halda hüququnun pozulduğunu həmin vaxtdan bilməsi üçün obyektiv əsaslar mövcud olmuşdur.
38. Bununla yanaşı, iş materiallarından görünür ki, o, əmək müqaviləsinə xitam verildiyini öyrəndiyi vaxtdan etibarən işəgötürənə, eləcə də müxtəlif dövlət orqanlarına çoxsaylı müraciətlər etmiş, öz narazılığını bildirmiş və müxtəlif sənədlər toplamışdır.
39. Məhkəmə tərkibi hesab etmişdir ki, iddiaçı bu hərəkətlərlə yanaşı, mahiyyəti üzrə birbaşa məhkəməyə də müraciət edə bilərdi.
40. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı mübahisə üzrə iddia tələbinin rədd edilməsinə səbəb olan əsas hal iddianın özü-özlüyündə əsassız olmuş olmasıdır.
41. Iddiaçının Füzuli rayonu * saylı tam orta məktəbin direktoru Svetlana Məmmədovaya ünvanlamış olduğu ##.##.2025-ci il tarixli ərizədən görünür ki, səhhəti ilə bağlı ona 3 aylıq məzuniyyət verilməsini sonuncudan xahiş etmişdir.
42. ** saylı Şəhər Poliklinikası tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, XV*********** nömrəli sığortaolunanın xəstəlik vərəqəsinin surətindən görünür ki, İddiaçı 11-##.##.2025-ci il, 14-##.##.2025-ci il və 17-##.##.2025-ci il tarixləri arasında əmək funksiyalarını icra etməkdən azad edilmiş, işə başlama tarixi ##.##.2025-ci il olaraq müəyyən edilmişdir.
43. Iddiaçı tərəf dəfələrlə 3 aylıq məzuniyyətə çıxmaq barədə məktəbə ərizə ilə müraciət etdiyini, lakin həmin ərizələrin direktor tərəfindən nəzərə alınmadığını və gizlədildiyini bildirsə də, mübahisə üzrə əsas məsələ həmin müraciətin müvafiq qaydada əmrləşdirilməməsidir.
44. Hazırkı iş üzrə isə tərəflər arasında ödənişsiz məzuniyyət verilməsi ilə bağlı qarşılıqlı razılıq əldə olunmamışdır və bu barədə hər hansı əmrin mövcudluğu da müəyyən edilməmişdir.
45. Apellyasiya baxışı zamanı iştirak edən üçüncü şəxsin nümayəndəsi də izahında bildirmişdir ki, sertifikasiya imtahanından yayınma hallarının qarşısının alınması məqsədilə iddiaçı tərəfindən verilmiş ərizə nəzərə alınmamış və tərəflər arasında bu barədə razılaşma olmamışdır. Bu baxımdan iddiaçının 3 aylıq məzuniyyətdə olması barədə iddiası iş materialları ilə təsdiq olunmamışdır. Həmçinin əmək müqaviləsinə xitam verilməsi haqqında ##.##.2025-ci il tarixli, *** nömrəli əmr işçinin hər hansı məzuniyyətdə olmadığı dövrdə qanunvericiliyin tələblərinə uyğun bir şəkildə verilmişdir.
46. Müvafiq əmrin verilməsinə səbəb kimi göstərilmişdir ki, ## #### 2025-ci il tarixdə İddiaçı təkrar sertifikatlaşdırmanın test imtahan mərhələsində iştirak etmədiyinə görə onunla bağlanılmış əmək müqaviləsinə *** nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir.
47. Məhkəmə tərkibi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.2-ci bəndinə əsasən sertifikatlaşdırmada ilk dəfə üzrlü səbəblərə görə iştirak etməyən şəxslərə 1 il müddətində iş yeri saxlanılmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ verilir. Lakin hazırkı iş üzrə iddiaçı ilk imtahandan kəsilmiş, təkrar sertifikatlaşdırmanın imtahan mərhələsində də iştirak etməmiş və buna səbəb kimi xəstə olmasını göstərmişdir. Lakin nəzərə alınmalıdır ki, iddiaçının təqdim etdiyi xəstəlik vərəqələri onun müəyyən müddət ərzində əmək funksiyalarını icra etməkdən azad edilməsini təsdiq etsə də, həmin hallar qanunvericilikdə təkrar sertifikatlaşdırmada iştirak etməmək üçün üzrlü səbəb kimi nəzərdə tutulmamışdır. Həmçinin həmin sənədlər iddiaçının ümumilikdə əmək fəaliyyətinə münasibətdə verilmiş olub, konkret olaraq sertifikatlaşdırma imtahanında iştirak etməməsinə qanuni əsas yaratmamışdır.
48. Hazırda iddiaçının sertifikatlaşdırmada iştirak etməməsi, qanunvericilikdə nəzərdə tutulmuş minimal tələblərə əməl etməməsi kimi qiymətləndirilmiş və buna görə də sertifikatlaşdırmadan keçməmiş hesab olunmuşdur.
49. Məhkəmə tərkibi qeyd etmişdir ki, cavabdehin əmrinin hüquqi əsasını Əmək Məcəlləsinin 70-ci maddəsinin “c”xxxx“Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndi təşkil edir.
50. Belə ki, həmin normalar dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə sertifikatlaşdırmadan təkrar keçməyən təhsilverənlərlə bağlanmış əmək müqaviləsinə tədris ilinin sonunda xitam verilməsini müəyyən edir.
51. “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.2-ci bəndinə əsasən, sertifikatlaşdırmanın məqsədi təhsilverənlərin peşəkarlıq səviyyəsini, ixtisas yararlılığını və tədris keyfiyyətini müəyyən etməkdən ibarətdir.
52. Sertifikatlaşdırma təhsilverənin fəaliyyətini obyektiv və normativ meyarlar əsasında qiymətləndirən prosedur olub, onun nəticələri təhsil keyfiyyətinin təmin edilməsinə, yəni həm də ictimai və dövlət maraqlarına xidmət edir.
53. Beləliklə, məhkəmə tərkibi hesab etmişdir ki, iddiaçının sertifikatlaşdırmada iştirak etməməsi və təkrar sertifikatlaşdırmadan keçməməsi onun peşəkarlıq səviyyəsinin qanunla müəyyən edilmiş minimal tələblərə cavab vermədiyini göstərir.
54. “Təhsil haqqında” Qanunun 33.3.1, 33.3.2 və 33.3.8-ci maddələrinə əsasən təhsilverən dövlət təhsil siyasətinin həyata keçirilməsində iştirak etməli, təhsil proqramlarının mənimsənilməsini təmin etməli və attestasiyadan keçməlidir.
55. Sertifikatlaşdırma testi təhsilverən üçün gözlənilməz və xüsusi riskli tədbir olmayıb, yalnız minimal tələbləri müəyyən edən qanuni və zəruri prosedurdur.
56. Buna görə də, cavabdehin *** nömrəli əmri Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə və sertifikatlaşdırma Qaydalarının 5.4-cü bəndinə uyğun olaraq verilmişdir və qanunvericiliyin tələblərinə əsasən əsaslı hesab olunmalıdır.
57. Məhkəmə tərkibi hesab etmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin ləğv olunması barədə iddiası əsassızdır və təmin edilməməlidir.
58. Məhkəmə tərkibi həmçinin hesab etmişdir ki, iddiaçının ödənilməmiş əmək haqqı və məzuniyyət haqqının ödənilməsi, eləcə də işə bərpa olunması tələbləri iş materiallarında təsdiqini tapmamış və hüquqi əsaslarla əsaslandırılmamışdır. Belə ki, Sertifikatlaşdırmada iştirak etməməsi və təkrar sertifikatlaşdırmadan keçməməsi səbəbindən cavabdehin *** nömrəli əmri qanunvericiliyə uyğun verilmişdir. Bu səbəbdən iddiaçının ödənilməmiş əmək haqqı, məzuniyyət haqqı və işə bərpa olunması tələbləri əsassızdır və təmin edilməməlidir.
59. Məhkəmə öz mövqeyini Əmək Məcəllənin 67-2-ci maddəsinin 1-ci bəndinə, 67-2-ci maddəsinin 4-cü bəndinə, 70-ci maddəsinin “c” bəndində “Təhsil haqqında” Azərbaycan Respublikasının qanununa istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
60. Iddiaçı (vəkil nümayəndə3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
61. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində iddiaçının guya sertifikasiya imtahanından yayınmaq məqsədilə əvvəlcədən xəstələnməsi barədə faktiki olaraq fərziyyə xarakterli nəticəyə gəlmişdir. Lakin iş materiallarında belə nəticəyə gəlməyə əsas verən heç bir sübut mövcud deyildir. Əksinə, iş materiallarına əlavə edilmiş xəstəlik vərəqələri, tibbi arayışlar və müalicə sənədləri açıq şəkildə təsdiq edir ki, iddiaçı həqiqətən sağlamlıq problemləri ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməmişdir. XV*********** nömrəli xəstəlik vərəqəsinə əsasən iddiaçının ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinədək əmək funksiyasından azad olunması rəsmən təsdiq edilmişdir. Bundan əvvəl də ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinədək xəstəlik səbəbindən əmək funksiyasını yerinə yetirmədiyi müəyyən olunur. Bu sənədlər dövlət səhiyyə müəssisələri tərəfindən verilmiş rəsmi sənədlər olmaqla sübut qüvvəsinə malikdir və onların həqiqiliyini təkzib edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.Belə olan halda, məhkəmənin iddiaçının guya sertifikasiya imtahanını bildiyi üçün əvvəlcədən xəstələnməsi barədə nəticəyə gəlməsi yalnız ehtimal və subyektiv mülahizədir. Məhkəmənin fərziyyə xarakterli yanaşması obyektivlik və qərəzsizlik prinsipinin pozulmasına səbəb olmuşdur.
62. Ikinci mühüm məsələ iddiaçının məktəb rəhbərliyinə təqdim etdiyi məzuniyyət ərizəsi ilə bağlıdır. Iş materiallarından görünür ki, iddiaçı ##.##.2025-ci il tarixindən etibarən səhhəti ilə əlaqədar 3 aylıq öz hesabına məzuniyyət verilməsi barədə ərizə təqdim etdiyini bildirmiş, həmin ərizənin məktəb rəhbərliyi tərəfindən qəbul olunduğunu və bu zaman digər əməkdaşların da iştirak etdiyini qeyd etmişdir. Lakin məktəb rəhbərliyi həmin ərizəyə “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun cavab verməmiş, ərizənin taleyi barədə iddiaçıya hər hansı rəsmi məlumat təqdim etməmişdir. Qanunvericiliyə əsasən dövlət və təhsil müəssisələri vətəndaş müraciətlərinə müəyyən edilmiş müddətdə baxmalı və əsaslandırılmış yazılı cavab verməlidirlər. Lakin iş materiallarından görünür ki, məktəb rəhbərliyi ərizəni gizlətmiş, ona münasibət bildirməmiş və bununla da iddiaçının hüquqi müəyyənlik hüququnu pozmuşdur. Məhkəmə isə bu xüsusata ümumiyyətlə hüquqi qiymət verməmişdir. Halbuki iddiaçının əsas arqumentlərindən biri məhz təqdim etdiyi ərizənin qərəzli şəkildə gizlədilməsi olmuşdur. Məhkəmə həmin ərizənin aqibətinin araşdırılması, qeydiyyata alınıb-alınmaması, cavab verilib-verilməməsi, məktəb tərəfindən daxili sənəd dövriyyəsinin aparılması kimi halları araşdırmalı idi. Bu hallar araşdırılmadan iş üzrə tam və obyektiv nəticəyə gəlmək mümkün deyildir.
63. Üçüncü məsələ Qarabağ Regional Təhsil Idarəsinin cavab məktubunda istifadə edilmiş “müxtəlif səbəblərdən işdə olmamışdır” ifadəsi ilə bağlıdır. Həmin ifadə formal və səthi xarakter daşıyır. Əslində isə iş materiallarındakı tibbi sənədlərdən aydın olur ki, iddiaçının işdə olmaması səhhətində yaranmış ciddi problemlərlə və müvəqqəti əmək qabiliyyətini itirməsi ilə əlaqədar olmuşdur. Başqa sözlə, söhbət intizamsızlıqdan və ya özbaşına işə çıxmamaqdan deyil, qanunvericiliyin tanıdığı müvəqqəti əmək qabiliyyətsizliyi hüququndan gedir. Azərbaycan Respublikasının əmək qanunvericiliyi işçiyə xəstəliklə əlaqədar əmək funksiyasını müvəqqəti yerinə yetirməmək hüququ verir və belə hallarda işçi intizam pozuntusu etmiş şəxs kimi qiymətləndirilə bilməz. Buna baxmayaraq, məktəb rəhbərliyi və təhsil idarəsi həmin vəziyyəti “işdə olmama” kimi təqdim etmiş, məhkəmə isə bunun hüquqi mahiyyətini araşdırmamışdır. Halbuki iddiaçının işdə olmamasının səbəbi rəsmi tibbi sənədlərlə təsdiqlənmişdir və buna hüquqi qiymət verilməsi vacib idi.
64. Dördüncü mühüm hal ondan ibarətdir ki, iddiaçı bildirir ki, məktəb rəhbərliyi onun təqdim etmədiyi halda 01 may – 14 may tarixləri üçün guya öz hesabına məzuniyyət rəsmiləşdirmişdir. Iddiaçı həmin tarixlər üçün ərizə yazmadığını açıq şəkildə göstərmişdir. Əgər həqiqətən də işçi tərəfindən belə ərizə təqdim edilməmişdirsə, məktəb rəhbərliyi tərəfindən onun adından məzuniyyət rəsmiləşdirilməsi ciddi qanun pozuntusu və sənəd saxtalaşdırılması əlaməti kimi qiymətləndirilə bilər.Məhkəmə isə bu məsələni araşdırmamış, həmin məzuniyyət əmrinə əsas olan ərizənin mövcud olub-olmamasını tələb etməmiş, sənədin həqiqiliyini yoxlamamışdır. Halbuki bu hal əmək müqaviləsinə xitam verilməsinin əsaslı olub-olmamasının müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Əgər işçi tərəfindən ərizə verilməmişdirsə, sonradan həmin müddətin onun əleyhinə istifadə olunması hüquqi baxımdan yolverilməzdir. Beşinci və ən mühüm məsələlərdən biri məktəb rəhbərliyinin iddiaçı barəsində “nöqsanlara yol verdiyi üçün əmək müqaviləsinin uzadılmasının məqsədəuyğun hesab edilməməsi” barədə mövqeyidir. Lakin iş materiallarında iddiaçının konkret hansı nöqsanlara yol verdiyini təsdiq edən mötəbər və obyektiv sübutlar yoxdur. Hər hansı intizam tənbehi barədə qanuni əsaslandırılmış sənəd, xidməti araşdırma, izahat alınması, xəbərdarlıq və ya digər prosessual tədbirlərin həyata keçirildiyi tam şəkildə sübuta yetirilməmişdir.Əmək qanunvericiliyinə görə işçinin əmək müqaviləsinə xitam verilməsi üçün onun konkret təqsiri sübuta yetirilməlidir. Lakin məhkəmə nə məktəb rəhbərliyinin iddia etdiyi “nöqsanların” mahiyyətini araşdırmış, nə də həmin nöqsanların iddiaçının xəstəliyi ilə əlaqəli olubolmamasına
65. hüquqi qiymət vermişdir.Əksinə, iş materiallarından görünür ki, iddiaçı uzun illər müəllim kimi fəaliyyət göstərmiş, yalnız sağlamlıq problemləri səbəbindən müvəqqəti olaraq əmək funksiyasını yerinə yetirə bilməmişdir. Belə olan halda, onun xəstəliyinin sonradan “nöqsan” kimi təqdim edilməsi əmək hüquqlarının pozulması kimi qiymətləndirilə bilər.
66. Bundan əlavə, iddiaçı ilə məktəb direktoru arasında şəxsi qərəz və ailəvi mübahisənin mövcud olması barədə arqumentlər də məhkəmə tərəfindən araşdırılmamışdır. Halbuki qərəzlilik ehtimalı əmək müqaviləsinə xitam verilməsinin motivlərini qiymətləndirmək baxımından mühüm əhəmiyyət daşıyırdı.
67. Bundan başqa, apellyasiya instansiyası tərəfindən iddiaçının sertifikasiya imtahanından yayınma hallarının qarşısını alınması məqsədilə iddiaçı tərəfindən verilmiş ərizə nəzərə alınmamış və tərəflər arasında bu barədə razılaşma olmamışdır ifadəsinə münasibətdə iddiaçı qeyd etmişdir ki, Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələb əsasən müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Apellyasiya şikayətinin dəlillərindən də biri iddiaçı tərəfindən məzuniyyət verilməsi üçün müvafiq orqana müraciət etməsi və orqan tərəfindən ərizəçiyə qanunla müəyyən olunmuş qaydada cavab verilməməsi göstərilmişdir ki, bu halı da apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır. Cavab verilməməsinin səbəbi ümumiyyətlə araşdırılmamışdır.
68. Bundan əlavə Əmək Məcəlləsinin 118-ci maddəsində qeyd olunmuşdur ki, işçi tərəfindən illik norma yerinə yetirilsə də ona qanunla müəyyən edilmiş məzuniyyət pulu da hesablanmamışdır.
69. Bundan başqa, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** nömrəli qərarı ilə təsdiq edilmiş Dövlət ümumi təhsil müəssələrində işləyən təhsilverənlərin sertifikasiyalaşdırma qaydasının 5.2-ci bəndinə istinad etməsi Təhsil haqqında qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Təhsil haqqında Azərbaycan Respublikası Qanununun 36-2.6-ci maddəsinə əsasən Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri HYPERLINK "https://e-qanun.az/framework/46943" \h Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsi qadağandır. Bundan əlavə işçinin qanunvericilikdə təkrar sertifikatlaşdırmada iştirak etməmək üçün üzürlü səbəb kimi nəzərdə tutulmamış hüququnun olmaması həmin işçinin hər iki instansiya məhkəmələri tərəfindən hər hansı maddi normaya istinad etmədən iddia tələbinin fərziyyə əsasında rədd edilməsi hesab edilir ki, ciddi qanun pozuntusudur, bu hal da məhkəmə tərəfindən ümumiyyətlə araşdırılmamışdır.
70. Beləliklə, apellyasiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış, sübutlara ayrı-ayrılıqda və məcmu halda hüquqi qiymət verməmiş, bir sıra nəticələri fərziyyələr əsasında formalaşdırmışdır.
71. Apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** nömrəli qərarı ilə təsdiq edilmiş Dövlət ümumi təhsil müəssələrində işləyən təhsilverənlərin sertifikasiyalaşdırma qaydasının 5.2-ci bəndinə istinad etməsi Təhsil haqqında qanunvericiliyin tələblərinə ziddir. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
72. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
73. Maddə 67-2 (1-ci bəndi). Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər.
74. Maddə 67-2 (4-cü bəndi) “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır
75. Maddə 70 “c” bəndi. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilir.
“Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”
76. Bənd 1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.2ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) (bundan sonra - təhsil müəssisələri) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir.
77. Bənd 1.2. Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər.
78. Bənd 5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
79. Bənd 5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
80. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
81. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
82. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
83. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
84. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
85. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
86. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
87. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
88. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
89. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
90. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
91. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və tərəflərin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
92. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
93. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
94. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli 12 mart 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.