Məhkəmə qərarları › İş №2(1-8)-1598/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1598/2026

18.08.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1598/2026 18.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə), cavabdeh3 iddiaçı1 və iddiaçı2 qarşı birləşdirilmiş iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): torpaq sahəsinin boşaldılması və əldən çıxmış faydanın ödənilməsi, gecikdirilmiş müddət üçün illik 5 faiz pul vəsaitinin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsinin boşaldılması və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair və cavabdeh3 iddiaçı1 və iddiaçı2 qarşı “gecikdirilmiş müddət üçün illik 5 faiz pul vəsaitinin tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən Həsənov Elşad Qüdrət oğlu tərəfindən verilmiş kassasiya şikayətinə 18 avqust 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: Işin halları

1. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsi ünvanında yerləşən torpaq sahəsi ##.##.2019-cu il tarixdən xüsusi mülkiyyət hüququ üzrə iddiaçı2 məxsusdur.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2008-ci il tarixli, *-***/**** saylı qətnaməsi ilə iddia təmin edilərək cavabdeh3 Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən iddiaçı1 məxsus 0,04 hektar torpaq sahəsindən və mənzildən çıxarılması, 17000 ABŞ dolları məbləğində pulun Azərbaycan manatı hesabı ilə iddiaçı1 alınaraq cavabdeh3 verilməsi və qarşılıqlı iddianın rədd olunması qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2008-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Suraxanı Rayon Məhkəməsinin hazırki iş üzrə ## #### 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2009-cu il tarixli, *(***)-**/** saylı qərarı ilə cavabdeh3 şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Işlər üzrə Məhkəmə kollegiyasının *(***)-****/**** nömrəli, # ######## 2008-ci il tarixli qətnaməsinin behin qaytarılmasının dəyişdirilmədən saxlanılması hissəsində ləğv olunması, behin ikiqat məbləğdə, yəni 34000 ABŞ dollarının ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə iddiaçı1 alınıb cavabdeh3 verilməsi qərara alınmışdır.

5. cavabdeh3, cavabdeh2 ünvan 2 ünvanında, cavabdeh1 Biləsuvar rayonu, Çaylı kəndi ünvanında qeydiyyatdadır.

6. ##.##.2006-ci il tarixli evlərin alqı-satqı müqaviləsinə əsasən alıcı cavabdeh3 və satıcı iddiaçı1 arasında razılaşma yolu ilə mənzilin dəyəri 23000 ABŞ dolları müəyyən edilmiş (mənzilin yerləşdiyi ünvan Oktay Şabanov küçəsi ünvansız), qarşılıqlı razılaşma ilə 17000 ABŞ dolları məbləğdə beh qoyulmuş, qalan 6000 ABŞ dolları pulun ## ######## 2006-cı ildə veriləcəyi qərarlaşdırılmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2005-ci ildən – ##.##.2024-cü ilədək olan dövr ərzində birgə iddiaçılar – iddiaçı1 və iddiaçı2 mülkiyyət hüquqları pozulmaqla cavabdehlər tərəfindən əmlakdan qanunsuz istifadə nəticəsində əldən çıxmış fayda kimi 59900 manat məbləğində zərərin birgə cavabdehlər – cavabdeh1, cavabdeh3 və cavabdeh2 müştərək qaydada tutularaq birgə iddiaçılar iddiaçı1 və iddiaçı2 ödənilməsi, həmçinin iş üzrə cavabdehlər cavabdeh1 və cavabdeh2 birgə iddiaçılara məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən 0,04 ha torpaq sahəsindən və onun üzərində yerləşən tikilidən çıxarılmalarına, o cümlədən, iş üzrə məhkəmə xərclərini təşkil edən 300 manat hüquqi yardım məbləği və 300 manat məbləğində ödənilmiş dövlət rüsumu məbləğinin birgə cavabdehlərdən müştərək qaydada tutularaq birgə iddiaçılara ödənilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişlər.

8. Iddiaçılar iddiaçı1 və iddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkili) nümayəndə1 daha sonra ərizə təqdim edərək ##.##.2006-ci ildən – ##.##.2024-cü ilədək olan dövr ərzində birgə iddiaçılar – iddiaçı1 və iddiaçı2 mülkiyyət hüquqları pozulmaqla cavabdehlər tərəfindən əmlakdan qanunsuz istifadə nəticəsində əldən çıxmış fayda kimi 58690 manat məbləğində zərərin birgə cavabdehlər – cavabdeh1, cavabdeh3 və cavabdeh2 müştərək qaydada tutularaq birgə iddiaçılar iddiaçı1 və iddiaçı2 ödənilməsi, həmçinin iş üzrə cavabdehlər cavabdeh1 və cavabdeh2 birgə iddiaçılara məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən 0,04 ha torpaq sahəsindən və onun üzərində yerləşən tikilidən çıxarılmalarına, o cümlədən, iş üzrə məhkəmə xərclərini təşkil edən 300 manat hüquqi yardım məbləği və 300 manat məbləğində ödənilmiş dövlət rüsumu məbləğinin birgə cavabdehlərdən müştərək qaydada tutularaq birgə iddiaçılara ödənilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Iddiaçılar iddiaçı1 və iddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkili) nümayəndə1 daha sonra ərizə təqdim edərək ##.##.2005-ci ildən – ##.##.2024-cü ilədək olan dövr ərzində birgə iddiaçılar – iddiaçı1 və iddiaçı2 mülkiyyət hüquqları pozulmaqla cavabdehlər tərəfindən əmlakdan qanunsuz istifadə nəticəsində əldən çıxmış fayda kimi 85750,32 manat məbləğində zərərin birgə cavabdehlər – cavabdeh1, cavabdeh3 və cavabdeh2 müştərək qaydada tutularaq birgə iddiaçılar iddiaçı1 və iddiaçı2 ödənilməsi, həmçinin iş üzrə cavabdehlər cavabdeh1 və cavabdeh2 birgə iddiaçılara məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən 0,04 ha torpaq sahəsindən və onun üzərində yerləşən tikilidən çıxarılmalarına, o cümlədən, iş üzrə məhkəmə xərclərini təşkil edən 300 manat hüquqi yardım məbləği və 300 manat məbləğində ödənilmiş dövlət rüsumu məbləğinin birgə cavabdehlərdən müştərək qaydada tutularaq birgə iddiaçılara ödənilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Iddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı iddiaçı1 ##.##.2004-cü il tarixində notarial alqı-satqı müqaviləsi əsasında əldə etmiş olduğu Azərbaycan Respublikası DTXK-nın Bakı şəhər şöbəsi tərəfindən ##.##.2004-cü il tarixdə verilmiş 9305-ci reyestr kitabında JN- 10462D, KOD 0060036 nömrəsi ilə qeydə alınmış Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0,04 ha torpaq sahəsinin mülkiyyətçisi olan zaman torpaq yerləşdiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük yaşayış ünvanında 2 ev inşa etmişdir. Həmin evlərin tikilməsində məqsəd onlardan birində öz ailəsi ilə məskunlaşmaq və digər evi kirayə verərək dolanışığının təmin edilməsindən ibarət olmuşdur. Iddiaçı iddiaçı1 tərəfindən qeyd edilən kirayə məqsədini həyata keçirmək üçün təxminən 2005-ci il tarixdə o, cavabdehlər cavabdeh3 və cavabdeh1 kirayəşin olaraq tanımış və öz evlərinə buraxmışdır. Təxminən bir neçə ay sözügedən evdə kirayə qaldıqdan sonra cavabdeh3 bu evi almaq niyyətində olduğunu iddiaçı1 bildirmişdir. Həmçinin bildirmişdir ki, alqı-satqı üçün tələb edilən vəsaitin bir qismi hazırda özündədir, digər qismini isə həyat yoldaşı Rusiya Federasiyasından gələn zaman özü ilə gətirəcəkdir. Beləliklə, tərəflər arasında müvafiq razılaşma əldə edilmişdir. Tərəflər arasındakı alqı-satqı razılaşmasının məzmununa əsasən, birgə iddiaçılar evi cavabdehin ailəsinə ümumilikdə 23000 ABŞ dolları məbləğində satmağı razılaşmışlar. Lakin, cavabdeh tərəf bildirmişdir ki, 17000 ABŞ dolları məbləğini indi, 6000 ABŞ dolları məbləğini isə 2 ay vaxt verilməklə ödəyə biləcəkdir. Həmin 6000 məbləği Rusiyadan cavabdeh3 özü vasitəsi ilə gətirəcəkdir. iddiaçı1 cavabdehin təklifi ilə razılaşaraq münasibətlərini rəsmiləşdirməyi qərara alaraq həmin ərazidə alqı-satqı vasitəçiliyi xidmətləri göstərən ofisə yaxınlaşaraq orada çalışan X3 müraciət etmişlər. Sonuncu tərəfindən sözügedən mövzu tərəflər – cavabdeh cavabdeh3 ilə iddiaçı iddiaçı1 arasında imzalanmış ##.##.2005-ci il tarixli beh müqaviləsi ilə rəsmiləşdirilmişdir. Müqavilənin məzmununda da göründüyü kimi müqavilə rəsmiləşdirilən zaman iddiaçı1 hüquqmüəyyənedici sənəd kimi müvafiq şəhadətnamayə malik olmuşdur. Müqavilə imzalanandan sonra Muradovun cavabdeh və onun ailəsinə vermiş olduğu müddət birmişdir. Cavabdeh tərəf pulun ödənişini iki ilə yaxın müddət ərzində ödəməmiş və iddiaçıiddiaçı1 məhkəməyə müraciət etmişdir.

11. Iddiaçı cavabdeh3 cavabdehlər iddiaçı1 və iddiaçı2 qarşı gecikdirilmiş müddət üçün hesablanmış illik 5 faiz pul vəsaitinin tutulması tələbinə dair iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, 31733,28 ABŞ dolları məbləğində faiz, 320 manat məbləğində hüquqi yardım xərci və 252 manat məbləğində dövlət rüsumunun əvəzinin müştərək qaydada iddiaçı1 və iddiaçı2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Iddia tələbi onunla əsaslandırılmışdır ki, aralarında bağlanmış ## ### 2006-cı il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçı1 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsində (indiki Çöllük küçəsi) yerləşən torpaq sahəsində yerləşən evi ona satmağı öhdəsinə götürmüşdür. Lakin sonradan bununla bağlı aralarında mübahisə yaranmışdır. Suraxanı Rayon Məhkəməsinin ## #### 2008-ci il tarixli qətnaməsinə əsasən onun Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən 0,04 ha torpaq sahəsindən və mənzildən çıxarılması, cavabdeh iddiaçı1 isə 17000 ABŞ dolları məbləğində pulun Azərbaycan manatı hesabı ilə alınaraq ona verilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin qətnaməni dəyidirmədən saxlamış, verdiyi kassasiya şikayəti Ali Məhkəmənin MIÜMK tərəfindən qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin MIÜMK-nın 2(103)- 2968/2008 № li iş üzrə ## ######## 2008-ci il tarixli qətnaməsi behin qaytarılmasının dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilmiş, behin ikiqat məbləğdə, yəni 34000 ABŞ dollarının ödənildiyi gün Azərbaycan manatına məzənnəsi ilə cavabdeh iddiaçı1 alınaraq ona verilməsi qərara alınmışıdır. Məhkəmənin qərarı qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Suraxanı rayon Icra və probasiya şöbəsinə göndərilmişdir. Lakin iyirmi ilə yaxın vaxt keçməsinə baxmayaraq bu günə qədər cavabdeh iddiaçı1 34000 ABŞ dolları məbləğində pulu ona ödəməmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsində (indiki Çöllük küçəsi) yerləşən torpaq sahəsi və onun üzərində inşa edilmiş ev cavabdehlərin nikahda olduğu dövrdə əldə edilmiş və ər-arvadın ümumi birgə mülkiyyəti olmuşdur. Beləliklə də cavabdeh iddiaçı1 qeyd edilən evi A hissədə mülkiyyətçi olan digər cavabdehin razılığı əsasında satmışdır. Həmçinin cavabdeh iddiaçı1 17000 ABŞ dolları məbləğində pulu təkcə ona məxsus olan vəsait kimi deyil, ər-arvadın ümumi birgə əmlakının satışından əldə edilmiş pul kimi almışdır. Məhkəmə aktı ilə cavabdeh iddiaçı1 pulun alınması qət edilsə də, həmin pul məbləğinin ondan alındığı gündən bu günə qədər cavabdehlər həmin puldan müştərək şəkildə bəhrələnmişdir. Buna görə də cavabdehlər ödəməli olduqları pul məbləğinin ödənilməsini iyirmi ilə yaxın müddət ərzində gecikdirdiyi üçün cavabdehlərdən pul məbləğinin ödənilməsinin gecikdirdikləri bütün müddət üçün illik beş faiz məbləğində pulun ödənilməsini tələb etmək niyyətindədir. Pulun ödənilməsinin gecikdirildiyi bütün müddət üçün hesablanmış illik beş faiz 31733,28 ABŞ dolları təşkil edir.

13. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan e-*(***)- ****/**** saylı mülki iş e-*(***)-***/**** saylı mülki işlə bir icraatda birləşdirilmişdir.

14. iddiaçı1 iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük yaşayış ünvanında yerləşən torpaq sahəsində iki ev inşa olunmuş və evlərdən birinin kirayə verilməsi məqsədilə tikmişlər. 2005-ci ildən cavabdehlər həmin ünvanda kirayə yaşamağa başlamış və sonradan evi almaq niyyətində olduqlarını bildirmişlər. Bu məqsədlə onlar arasında ##.##.2006-cı il tarixdə evlərin alqı-satqı müqaviləsi bağlanmış və evə dair 17000 ABŞ dolları beh verilmiş və yerdə qalan pulun 6000 ABŞ dolları pulun 4 ay ərzində verilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh tərəf müqavilənin tələblərini pozduğundan o iki il sonra məhkəməyə müraciət etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2008-ci il tarixli, *-***/**** saylı qətnaməsinə əsasən iddia təmin edilərək, cavabdeh3 Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən iddiaçı1 məxsus 0,04 hektar torpaq sahəsindən və mənzildən çıxarılması, 17000 ABŞ dolları məbləğində Azərbaycan manatı hesabı ilə iddiaçı1 alınaraq cavabdeh3 verilməsi və qarşılıqlı iddianın rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2008-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Suraxanı Rayon Məhkəməsinin hazırkı iş üzrə ## #### 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2009-cu il tarixli, *(***)-**/** saylı qərarı ilə cavabdeh cavabdeh3 şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi MIÜMK-nın *(***)-****/**** nömrəli iş üzrə # ######## 2008-ci il tarixli qətnaməsi behin qaytarılmasının dəyişdirilmədən saxlanılması hissəsində ləğv olunması, beh ikiqat məbləğdə, yəni 34000 ABŞ dolları ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə iddiaçı1 alınıb cavabdeh cavabdeh3 verilməsi qərara alınmışdır. Icra sənədi Suraxanı rayon Icra şöbəsinə yönləndirilsə də, həmin qətnamə icra olunmamış qalmışdır. Belə ki, o, dəfələrlə icra şöbəsində olmuş, müxtəlif instansiyalara məktublar ünvanlamış, lakin icra sənədi icra olunmamış vəziyyətdə qalmışdır. O, həmin fərdi yaşayış evini satmaq və cavabdehə olan borcunu ödəmək niyyətindədir, lakin cavabdehlər evdən çıxmaq niyyətlərinin olmadığını bildirmişdir. Cavabdehlər 2005-ci ildən həmin ünvanda fasiləsiz yaşamaqla kirayə haqqı belə ödəməmişlər və bu halda o maddi zərərə uğramışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması, beh müqaviləsinin ləğv olunmasının onun təqsirindən baş vermədiyini, cavabdeh tərəfin müqavilə öhdəliyini yerinə yetirmədiyini əsas gətirərək ikinci iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. iddiaçı1 və iddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkili) nümayəndə1 ilkin iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük yaşayış ünvanında yerləşən torpaq sahəsi hal-hazırda iddiaçı2 mülkiyyətindədir və həmin torpaq sahəsində iki fərdi yaşayış evi vardır. Həmin evlərdən birində iddiaçı öz ailə üzvləri ilə birlikdə məskunlaşmış, digər evdə isə cavabdeh öz ailə üzvləri ilə yaşayır. Həmin torpaq sahəsində iki evin tikilməsində məqsəd evlərdən birinin kirayə verilməsi olmuşdur. Bununla bağlı cavabdeh3 ailə üzvləri ilə birlikdə 2005-ci ildə həmin evdə kirayə yaşamağa başlamış, lakin sonradan evi bəyənərək almaq niyyətində olduğunu bildirmiş və iddiaçı ilə 23000 ABŞ dollarına razılaşmışlar. Bununla bağlı olaraq tərəflər arasında ##.##.2006-cı il tarixdə evlərin alqısatqı müqaviləsi bağlanmış və evə dair 17000 ABŞ dolları beh verilmiş və yerdə qalan pulun 6000 ABŞ dolları pulun 4 ay ərzində verilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh tərəf müqavilənin tələblərini pozduğundan iddiaçı iki il sonra məhkəməyə müraciət etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2008-ci il tarixli, 2- ***/**** saylı qətnaməsinə əsasən iddia təmin edilərək, cavabdeh3 Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən iddiaçı1 məxsus 0,04 hektar torpaq sahəsindən və mənzildən çıxarılması, 17000 ABŞ dolları məbləğində Azərbaycan manatı hesabı ilə iddiaçı1 alınaraq cavabdeh3 verilməsi və qarşılıqlı iddianın rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2008-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Suraxanı Rayon Məhkəməsinin hazırkı iş üzrə ## #### 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2009-cu il tarixli, 2(102)- **/** saylı qərarı ilə cavabdeh3 şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi MIÜMK-nın *(***)-****/**** nömrəli iş üzrə # ######## 2008-ci il tarixli qətnaməsi behin qaytarılmasının dəyişdirilmədən saxlanılması hissəsində ləğv olunması, behin ikiqat məbləğdə, yəni 34000 ABŞ dolları ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə iddiaçı1 alınıb cavabdeh3 verilməsi qərara alınmışdır. Icra sənədi Suraxanı rayon Icra şöbəsinə yönləndirilsə də, həmin qətnamə icra olunmamış qalmışdır. Belə ki, iddiaçı dəfələrlə icra şöbəsində olmuş, müxtəlif instansiyalara məktublar ünvanlamış, lakin icra sənədi icra olunmamış vəziyyətdə qalmışdır. Iddiaçı cavabdehə təklif etmişdir ki, evi satmaq üçün evə müştəri gətirməsinə şərait yaratsın, lakin cavabdeh buna şərait yaratmamışdır. Iddiaçı həmin fərdi yaşayış evini satmaq və cavabdehə olan borcunu ödəmək niyyətindədir, lakin cavabdehlər evdən çıxma niyyətlərinin olmadığını bildirmişdir. Iş üzrə qiymətləndirmə rəyinə əsasən cavabdehlər uzun müddət həmin fərdi yaşayış evində yaşadığından 85750,32 manat kirayə haqqı ödəməlidir. Cavabdehlər 2005-ci ildən həmin ünvanda fasiləsiz yaşamaqla kirayə haqqı belə ödəməmişlər və bu halda iddiaçı maddi zərərə uğramışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını, beh müqaviləsinin ləğv olunmasının onun təqsirindən baş vermədiyini, cavabdeh tərəfin müqavilə öhdəliyini yerinə yetirmədiyini əsas gətirərək ikinci iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

16. cavabdeh3 etibarnamə üzrə nümayəndəsi (vəkili) vəkil5 ikinci iddia tələbini müdafiə edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış ## ### 2006-cı il tarixli müqaviləyə əsasən iddiaçı1 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsində (indiki Çöllük küçəsi) yerləşən torpaq sahəsində yerləşən evi cavabdeh3 satmağı öhdəsinə götürmüşdür. Lakin sonradan bununla bağlı aralarında mübahisə yaranmışdır. Suraxanı Rayon Məhkəməsinin ## #### 2008-ci il tarixli qətnaməsinə əsasən onun Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən 0,04 ha torpaq sahəsindən və mənzildən çıxarılmağı, iddiaçı1 isə 17000 ABŞ dolları məbləğində pulun Azərbaycan manatı hesabı ilə alınaraq ona verilməsi qət edilmişdir. Verdiyi kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin MIÜMK tərəfindən qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin MIÜMK-nın *(***)-****/**** nömrəli iş üzrə # ######## 2008-ci il tarixli qətnaməsi behin qaytarılmasının dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilmiş, behin ikiqat məbləğdə, yəni 34000 ABŞ dollarının ödənildiyi gün Azərbaycan manatına uyğun məzənnə ilə iddiaçı1 alınaraq ona verilməsi qərara alınmışıdır. Məhkəmənin qərarı qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Suraxanı rayon Icra və probasiya şöbəsinə göndərilmişdir. Lakin iyirmi ilə yaxın vaxt keçməsinə baxmayaraq bu günə qədər iddiaçı1 34000 ABŞ dolları məbləğində pulu ona ödəməmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsində (indiki Çöllük küçəsi) yerləşən torpaq sahəsi və onun üzərində inşa edilmiş ev cavabdehlərin nikahda olduğu dövrdə əldə edilmiş və ər-arvadın ümumi birgə mülkiyyəti olmuşdur. Beləliklə də iddiaçı1 qeyd edilən evi A hissədə mülkiyyətçi olan digər cavabdehin razılığı əsasında satmışdır. Həmçinin iddiaçı1 17000 ABŞ dolları məbləğində pulu təkcə ona məxsus olan vəsait kimi deyil, ər-arvadın ümumi birgə əmlakının satışından əldə edilmiş pul kimi almışdır. Məhkəmə aktı ilə iddiaçı1 pulun alınması qət edilsə də, həmin pul məbləğinin ondan alındığı gündən bu günə qədər cavabdehlər həmin puldan müştərək şəkildə bəhrələnmişdir. Buna görə də cavabdehlər ödəməli olduqları pul məbləğinin ödənilməsini iyirmi ilə yaxın müddət ərzində gecikdirdiyi üçün cavabdehlərdən pul məbləğinin ödənilməsinin gecikdirdikləri bütün müddət üçün illik beş faiz məbləğində pulun ödənilməsini tələb etmək niyyətindədir. Pulun ödənilməsinin gecikdirildiyi bütün müddət üçün hesablanmış illik beş faiz 31733,28 ABŞ dolları təşkil edir.

17. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş ##.##.2024-cü il tarixli daşınmaz əmlakın kirayə dəyərinin müəyyən edilməsi barədə arayışdan görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən iddiaçı2 məxsus, ünvan 1) ünvanı və bilavasitə yaxın ətraf ərazidə, xüsusi mülkiyyətdə olan, 0,02 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 100 kv metrdən ibarət olan, 3 otaqlı, kürsülü, 1 mərtəbəli, orta təmirli fərdi yaşayış evlərinin 2006-ci ilin may ayından 2024-cü ilin dekabr ayınadək orta aylıq kirayə haqqının yekun məbləği 58690 manat təşkil edir.

18. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinə əsasən ilkin iddianın qismən təmin edilməsi, cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 birgə qaydada ##.##.2006-cı il tarixdən ##.##.2025-ci il tarixə kimi aylıq kirayə haqqı olmaqla, cəmi 80045,71 manat pul vəsaitinin tutularaq iddiaçı2 ödənilməsi, cavabdeh1 və cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən iddiaçı2 məxsus olan 0,04 ha torpaq sahəsindən və onun üzərində yerləşən tikilidən çıxarılması, iş üzrə ödənilmiş 299,70 (iki yüz doxsan doqquz manat, yetmiş qəpik) manat dövlət rüsumunun cavabdeh3, cavabdeh1 və cavabdeh2 birgə qaydada tutularaq iddiaçı2 ödənilməsi, iş üzrə ödənilməmiş – 30,44 manat dövlət rüsumunun cavabdeh3, cavabdeh1 və cavabdeh2 birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi, ilkin iddianın qalan hissədə təmin olunmaması, ikinci iddianın qismən təmin olunması, iddiaçı1 ##.##.2009-cu il tarixdən ##.##.2024-cü ilə kimi gecikdirilmiş vaxt üçün 34000 ABŞ dollarına münasibətdə illik beş faiz hesablanmaqla 27058,33 ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) tutularaq cavabdeh3 ödənilməsi, iş üzrə ödənilmiş 320 manat hüquqi xidmət və 252 manat dövlət rüsumunun iddiaçı1 tutularaq cavabdeh3 ödənilməsi, qətnamənin cavabdeh1 və cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən iddiaçı2 məxsus olan 0,04 ha torpaq sahəsindən və onun üzərində yerləşən tikilidən çıxarılması, cavabdeh3, cavabdeh1 və cavabdeh2 birgə qaydada ##.##.2006-cı il tarixdən ##.##.2025-ci il tarixə kimi aylıq kirayə haqqı olmaqla, cəmi 80045,71 manat pul vəsaitinin tutularaq iddiaçı2 ödənilməsi və iddiaçı1 ##.##.2009-cu il tarixdən ##.##.2024-cü ilə kimi gecikdirilmiş vaxt üçün 34000 ABŞ dollarına münasibətdə illik beş faiz hesablanmaqla 27058,33 ABŞ dollarının (pul tutulduğu anda ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) tutularaq cavabdeh3 ödənilməsi hissələrinin eyni vaxtda icra edilməsi, ikinci iddianın qalan hissədə təmin olunmaması, iddiaçı1, iddiaçı2 və cavabdeh3, cavabdeh1 və cavabdeh2 birgə qaydada 500 manat xidmət haqqının tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir.

19. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında ##.##.2006-ci il tarixdə evlərin alqı-satqı müqaviləsi bağlanmış, satıcı iddiaçı1 və alıcı cavabdeh3 olmaqla razılaşma yolu ilə mənzilin dəyəri 23000 ABŞ dolları müəyyən edilmişdir. Qarşılıqlı razılaşma ilə 17000 ABŞ dolları məbləğdə behin (mənzilin yerləşdiyi ünvan Oktay Şabanov küçəsi ünvansız) qoyulması və qalan 6000 ABŞ dolları ## ######## 2006-cı ildə verilməsi razılaşdırılmışdır. Tərəflər arasında öhdəlik yerinə yetirilmədiyindən iddiaçı1 cavabdeh3 qarşı mənzildən və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2008-ci il tarixli, *-***/**** saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdeh3 Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən iddiaçı1 məxsus 0,04 hektar torpaq sahəsindən və mənzildən çıxarılması, 17000 ABŞ dolları məbləğində Azərbaycan manatı hesabı ilə iddiaçı1 alınaraq cavabdeh3 verilməsi və qarşılıqlı iddianın rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2008-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Suraxanı Rayon Məhkəməsinin iş üzrə ##.##.2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2009-cu il tarixli, *(***)-**/** saylı qərarı ilə cavabdeh3 şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi MIÜMK-nın *(***)-****/**** nömrəli iş üzrə ##.##.2008-ci il tarixli qətnaməsi behin qaytarılmasının dəyişdirilmədən saxlanılması hissəsində ləğv olunması, beh ikiqat məbləğdə, yəni 34000 ABŞ dolları ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə iddiaçı1 alınıb cavabdeh3 verilməsi qərara alınmışdır. Mülki iş üzrə icra sənədi Icra şöbəsinə göndərilsə də, icra sənədi icra olunmamış vəziyyətdə qalmışdır. Hazırda iddiaçı cavabdehlərin 2005-ci ildən hal-hazıradək həmin evdə yaşadıqlarını, ona məxsus evdən faydalandıqlarını, lakin kirayə haqqlarını ödəmədiklərini əsas gətirərək ona maddi zərər vurulduğunu və cavabdehlərdən kirayə haqqının tutulmasını və onların mənzildən çıxarılmasını tələb etmişdir. Cavabdeh tərəf isə öz növbəsində iddia tələbi ilə məhkəməyə müraciət edərək pulun ödənilməsinin gecikdirildiyi bütün müddət üçün hesablanmış illik beş faiz olaraq 31733,28 ABŞ dollarının tutulmasını tələb edir. Iddiaçı tərəf cavabdehdən aldığı behin ikiqat miqdarda geri qaytara bilməməsi halını onunla əsaslandırır ki, cavabdeh evdən çıxdıqdan sonra o evi satmaq və ona olan borcu ödəmək niyyətində olmuşdur. Lakin cavabdehlər evdən çıxmamış, bununla bağlı olaraq dəfələrlə müxtəlif instansiyalara məktublar ünvanlamış, məhkəmə qətnaməsi üzrə qət olunmuş məbləğ ödənilməmiş qalmışdır. O, cavabdehlərin 2005-ci ildən hal-hazıradək həmin evdə yaşadıqlarını, ona məxsus evdən faydalandıqlarını, lakin kirayə haqqlarını ödəmədiklərini əsas gətirərək ona maddi zərər vurulduğunu və cavabdehlərdən kirayə haqqının tutulmasını və onların mənzildən çıxarılmasını tələb etmişdir.

20. Məhkəmə qeyd etmişdir ki, icra sənədi üzrə tərəflər həm borclu, həm də tələbkar olmaqla icra sənədinin icrasını tələb etsələr də, icra sənədi icra olunmamış vəziyyətdə qalmışdır. Məhkəmə hesab etmişdir ki, hazırkı halda tərəflər arasında yaranmış hal öhdəliklərin qarşılıqlı icrası qaydasında həll olunmalıdır. Belə ki, məhkəmə qətnaməsinin qəbul edilməsindən 15 il ötməsinə baxmayaraq, icra sənədi icra olunmamış və tərəflər icra sənədinin icra olunmamasında qarşılıqlı olaraq bir-birini təqsirli hesab edirlər.

21. Məhkəmə hesab etmişdir ki, icra sənədinin əvvəlki vəziyyətdə qalması hər iki tərəfin hüquqlarını pozur. Belə ki, iddiaçı tərəf cavabdehlərin 2006-cı ildən onlara məxsus olan evdə yaşadıqlarını, lakin onların həmin evdə yaşamaları üçün hər hansı hüquqlarının mövcud olmadığını, həmin evdə qanunsuz olaraq yaşadıqlarını əsas gətirərək maddi ziyana məruz qaldıqlarını bildirməklə cavabdehlərdən müqavilə bağlanan tarixdən aylıq kirayə haqqlarını tələb etmişlər.

22. Məhkəmə hesab etmişdir ki, iddiaçıların həmin tələbi əsaslıdır. Belə ki, cavabdeh tərəf həmin evə dair verilmiş behin ona qaytarılmaması səbəbindən evdən çıxmadığını və halhazırda həmin mübahisəli evdə yaşadığını bildirmişdir.

23. Ikinci iddia tələbinə münasibətdə məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2009-cu il tarixli, *(***)-**/** saylı qərarı ilə cavabdeh3 şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi MIÜMK-nın *(***)-****/**** nömrəli iş üzrə ##.##.2008-ci il tarixli qətnaməsi behin qaytarılmasının dəyişdirilmədən saxlanılması hissəsində ləğv olunması, beh ikiqat məbləğdə, yəni 34000 ABŞ dolları ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə iddiaçı1 alınıb cavabdeh cavabdeh3 verilməsi qərara alınsa da, həmin tarixdən bu günə kimi pul vəsaiti qarşı tərəfə ödənilməmiş qalmışdır. Bu halda məhkəmə hesab edir ki, tərəf həmin pul vəsaitinin ona vaxtında qaytarılmaması səbəbindən gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə münasibətdə illik beş faizin ödənilməsini tələb etməkdə haqlıdır.

24. Məhkəmə hesab etmişdir ki, tərəflər öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli olsalar da, hər iki tərəf icra sənədinin icrasından yayınmaqla icra sənədinin icra olunması üçün nəzərdə tutulmuş müddəti pozmuşlar.

25. Məhkəmə qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsi ünvanında yerləşən torpaq sahəsi ##.##.2019-cu il tarixdən xüsusi mülkiyyət hüququ üzrə iddiaçı2 məxsusdur və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evlərinə münasibətdə onun qanuni gözləntisi vardır.

26. Beləliklə məhkəmə hesab etmişdir ki, tərəflər arasında ##.##.2006-ci il tarixdə evlərin alqı-satqı müqaviləsi bağlandığından, aylıq kirayə haqqının tutulması ##.##.2006-cı il tarixdən başlanmalıdır. Ikinci iddia üzrə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə münasibətdə illik beş faizin hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2009-cu il tarixli, *(***)-**/** saylı qərarının qəbul edildiyi müddətdən hesablanmalıdır.

27. Məhkəmə xərcləri ilə bağlı məsələni həll edərək məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 299,70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh tərəfindən ikinci iddia ərizəsi ilə bağlı məhkəməyə müraciət etmək üçün 320 manat məbləğində nümayəndəyə ödənilən xərc və 252 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, nümayəndəyə ödənilən xərc və ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi tərəflərdən tutulmalıdır

28. Məhkəmə iş üzrə keçirilən qiymətləndirmə tədqiqatının dəyərinə görə iddiaçı1, iddiaçı2 və cavabdeh3, cavabdeh1 və cavabdeh2 birgə qaydada 500 (beş yüz) manat xidmət haqqı tutularaq "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməli olmasını hesab etmişdir.

29. Birinci instansiya məhkəməsi qətnamənin icra üsulunu müəyyən edərək qətnamənin qət etdi hissəsində göstərilən cavabdeh1 və cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən iddiaçı2 məxsus olan 0,04 ha torpaq sahəsindən və onun üzərində yerləşən tikilidən çıxarılması, cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 birgə qaydada ##.##.2006-cı il tarixdən ##.##.2025-ci il tarixə kimi aylıq kirayə haqqı olmaqla, cəmi 80045,71 manat pul vəsaiti tutularaq iddiaçı2 ödənilməsi və iddiaçı1 ##.##.2009-cu il tarixdən ##.##.2024-cü ilə kimi gecikdirilmiş vaxt üçün 34000 ABŞ dollarına münasibətdə illik beş faiz hesablanmaqla 27058,33 ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) tutularaq cavabdeh3 ödənilməsi hissələri eyni vaxtda icra edilməli olması qənaətinə gəlmişdir.

30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 441.1, 441.2, 441.3, 441.4, 445.1, 445.2.1, 445.2.2 və 445.7-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 107, 119.1, 217.3, 217.4 və 218.3-cü, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, II və III hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli qərarına, Avropa Insan Hüquqları Məhkəməsinin Saghinadze və başqalarının Gürcüstana qarşı *****/** nömrəli, ## ### 2010-cu il tarixli qərarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

31. cavabdeh3 apellyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin iddiaçı1 və iddiaçı2 iddia tələblərinin qismən təmin edilməsi hissədə ləğv edilib həmin hissədə də iddianın rədd olunması və öz iddiasının təmin edilməmiş hissədə ləğv edilib, həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

32. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehə və onun həyat yoldaşı cavabdeh1, oğlu cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2005-ci ildən ##.##.2024-cü ilədək olan dövr ərzində onların birgə mülkiyyət hüquqları pozulmaqla əmlakdan qanunsuz istifadə nəticəsində əldən çıxmış fayda kimi 69900 manat məbləğində zərərin ilkin iddia üzrə cavabdehlərdən müştərək qaydada tutularaq onlara ödənilməsi, həmçinin iş üzrə cavabdehlər cavabdeh1 və cavabdeh2 iddiaçılara məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən 0,04 ha torpaq sahəsindən və onun üzərində yerləşən tikilidən çıxarılmalarına, o cümlədən, iş üzrə məhkəmə xərclərini təşkil edən 300 manat hüquqi yardıma görə, 300 manat ödənilmiş dövlət rüsumuna görə pulun cavabdehlərdən tutularaq onlara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə prossesi dövründə iddiaçılar iddia tələbini, mülkiyyətlərində olan torpaq sahəsindən qanunsuz istifadə nəticəsində əldən çıxmış fayda hissəsində 58690 manatadək azaltmışlar. Daha sonra birgə iddiaçılar iddia tələbinin həcmini artıraraq, mülkiyyət hüquqları pozulmaqla cavabdehlər tərəfindən əmlakdan qanun istifadə nəticəsində əldən çıxmış fayda ilə bağlı hissədə iddianı 85750,32 manat göstərərək, həmin məbləğdə pulun cavabdehlərdən tutulmasını məhkəmədən xahiş etmşdirlər. Həmçinin o, cavabdehlər iddiaçı1 və iddiaçı2 qarşı məhkəməyə iddia ərizəsi təqdim edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2009-cu il tarixli, 2(102)- **/**** saylı qərarı ilə cavabdeh iddiaçı1 tutularaq ona ödənilməli olan 34000 ABŞ dolları məbləğində pulun ödənilməsinin gecikdirilmiş müddəti üçün illik 5% nəzərə alınmaqla hesablanmış 31733,28 ABŞ dollarının, həmçi hüquqi yardıma görə ödənilmiş 320 manat, dövlət rüsumu kimi ödənilmiş 252 manat məbləğində pulun müştərək qaydada cavabdehlərdən tutulularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçı Muradovlar iddia tələbini onunla əsaslandırılmışlar ki, iddiaçı iddiaçı1 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük yaşayış ünvanında mülkiyyətində olan 0,04 ha torpaq sahəsində inşa etdiyi 2 evdən birinə, təxminən 2005-ci il tarixdə cavabdehi və həyat yoldaşını kirayə kimi buraxmışdır. Iddiaçının qənaətinə görə adıçəkilən evdə cavabdeh ailə üzvləri ilə bir neçə ay yaşadıqdan sonra həmin evi almaq qərarına gəlmiş və alqı-satqı ofisinin nümayəndəsinin iştirakı ilə sözügedən evi 23000 ABŞ dolları məbləğində qiymətləndirərək həmin puldan 17000 ABŞ dollarını beh müqaviləsi bağlanan zaman, qalan 6000 ABŞ dollarını isə 4 ay ərzində ödəməsi barədə öhdəlik gütürmüşdür. Iddiaçıların digər qənaətinə görə satılmış evə görə ödənilməmiş 6000 ABŞ dollarını 2 il ərzində ödəmədiyi üçün 2008-ci ildə ərazi üzrə məhkəməyə müraciət etmişlər. Iddia ərizəsində qeyd olunanlardan əlavə iddiaçılar məhkəmədə verdikləri izahatlarla diqqətə çatdırmışdırlar ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2008-ci il tarixli, 2- ***/**** saylı qətnaməsinə əsasən iddia tələbləri təmin edilmiş, 17000 ABŞ dolları iddiaçılara qaytarmaqla alqı-satqı predmeti olan evdən və 0,04 ha torpaq sahəsindən cavabdeh cavabdeh3 çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2008-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2009-cu il tarixli, *(***)-**/**** saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ##.##.2008-ci il tarixli qətnaməsi behin qaytarılmasının dəyişdirilmədən saxlanılması hissəsində ləğv olunması, behin ikiqat məbləğdə, yəni 34000 ABŞ dolları məbləğində qaytarılması qərara alınmışdır. Məhkəmə tərəfindən qəbul edilmiş qərar icra olunması üçün aidiyyəti üzrə göndərilmiş, lakin icra olunmamışdır. Iddiaçıların qənətinə görə, cavabdeh3 sözügedən məhkəmə aktının icrasına, mübahisəli tikilinin satılmasına mane olmuş, o səbəbdən həmin daşınmaz əmlakı satıb 34000 ABŞ dollar məbləğində pulu qaytara bilməmişdir. Bundan başqa, iddiaçılar məhkəməyə bildirmişlər ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük yaşayış ünvanında mülkiyyətində olan 0,04 ha torpaq sahəsində inşa etdikləri tikilini və torpaq sahəsini uzun müddət ərzində cavabdeh3 istifadə etdiyi üçün onlara 85750,32 manat kirayə haqqı ödəməlidir. cavabdeh3 məhkəməyə təqdim etdiyi iddia ərizəsində məhkəmənin diqqətinə çatdırmışdır ki, ilkin iddia üzrə iddiaçı, cavabdeh iddiaçı1la imzaladığı ##.##.2006-cı il tarixli beh müqaviləsinə əsasən ona ödədiyi 17000 ABŞ dolları və 6000 ABŞ dolları borc müqabilində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük yaşayış ünvanındakı torpaq sahəsində yerləşən evi və torpaq sahəsini cavabdeh3 satmağı öhdəsinə götürmüşdür. Müqavilə bağladıqdan bir müddət sonra məlum olmuşdur ki, evin hər hansı hüquq müəyyənedici sənədləri olmamış və iddiaçı1 həm tikiliyə dair sənədləri uzun müddət ərzində qaydasına sala bilməmişdir. Hər dəfə cavabdehdən notariusa gedib alqı-satqı müqaviləsini rəsmiləşdirməyi tələb etdikdə, müxtəlif bəhanələrlə notariusa getməkdən yayınmışdır. Bu səbəbdən cavabdehlə aralarında yaranmış mübahisə məhkəmədə araşdırılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2008-ci il tarixli *-***/**** saylı qətnaməsinə əsasən iddiaçı1 iddia tələbləri təmin edilərək, onun cavabdeh cavabdeh3 17000 ABŞ dolları məbləğində pul qaytarması şərti ilə alqı-satqı predmeti olan ev və 0,04 ha torpaq sahəsindən çıxarılmağı qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2008-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2009-cu il tarixli, *(***)-**/**** saylı qərarı ilə cavabdeh cavabdeh3 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ##.##.2008-ci il tarixli qətnaməsi behin qaytarılmasının dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilmiş, behin ikiqat məbləğdə, yəni 34000 ABŞ dolları məbləğində qaytarılması qərara alınmışdır. Lakin iddiaçı1 təqsiri üzündən məhkəmə qərarı uzun müddət ərzində icra olunmamışdır. Həmin dövrdə cavabdeh3 iddiaçı1 tərəfindən ona 34000 ABŞ dollarının veriləcəyi təqdirdə mübahisəli evdən və torpaq sahəsindən dərhal çıxmağa hazır olmuşdur. Lakin iddiaçı1 məhkəmə qərarı əsasında ödəməli olduğu nəinki 34000 ABŞ dolları məbləğində pulu, həmdə ona əlbəəl verdiyi 17000 ABŞ dolları məbləğində pulunu belə qaytarmamışdır. Həmin dövrdə, cavabdeh3 və ailəsi hər hansı mənzilə sahib olmadığı bir vaxtda mübahisəli tikilini tərk etmək imkanları olmamış, iddiaçı1 ona verməli olduğu 34000 ABŞ dollarını nə zaman qaytaracağını gözləmişdir. iddiaçı1 məhkəmə qərarı əsasında qaytarılmalı olan məbləği ona qaytarmadığından icra məmurunun təqdimatı əsasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2028-ci il tarixli qərardadı ilə 10 gün müddətinə həbs edilmiş, qərardaddan verilən apellyasiya şikayəti təmin edilməmişdir. Ötən illər ərzində M.Murdov cavabdeh cavabdeh3 aid olan 34000 ABŞ dollarını qaytarmamaqla ona xeyli ziyan vurmuşdur. iddiaçı1 ona vurduğu ziyanı gecikdirilmiş müddət üçün hesablamış və 34000 ABŞ dollarının illik 5%-i 31.733,28 ABŞ dolları təşkil etdiyindən M.Muadova və onun həyat yoldaşı iddiaçı2 qarşı həmin məbləğdə iddia irəli sürmüşdür. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ilə iddiaçı1 və iddiaçı2 iddiası qismən təmin edilmiş, cavabdeh cavabdeh3 və ailə üzvləri olan cavabdeh1 və cavabdeh2 müştərək qaydada ##.##.2006-cı il tarixdən ##.##.2025-ci il tarixə kimi aylıq kirayə haqqı olmaqla, cəmi 80045,71 manat pul vəsaiti tutularaq iddiaçılara, ailə üzvləri olan cavabdeh1 və cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən iddiaçı2 məxsus olan 0,04 ha torpaq sahəsindən və onun üzərində yerləşən tikilidən çıxarılması, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının iddia tələbi qismən təmin olunaraq iddiaçı1 ##.##.2009-cu il tarixdən ##.##.2024-cü ilə kimi gecikdirilmiş vaxt üçün 34000 ABŞ dollarına münasibətdə illik 5% hesablanmaqla 27058,33 ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) tutularaq cavabdeh cavabdeh3 ödənilməsi, hər iki iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin tərəflərdən tutulması qət edilmişdir. Hesab edir ki, məhkəmənin qətnaməsi Muradovların iddia tələbinin qismən təmin edilməsi hissəsində, həmçinin onun iddia tələbi təmin olunmayan hissəsində əsassız və qanunsuzdur, odur ki, həmin qətnamə həmin hissələrdə ləğv edilməklə Muradovların iddia tələbi rədd edilməli, onun iddia tələbi isə tam olaraq təmin edilməlidir. Qeyd edir ki, hazırkı mübahisənin başlanması 2006-cı ilə təsadüf edir. Həmin dövdə o, mübahisə predmeti olan 0,02 ha torpaq sahəsində tikilmiş evi bəyənib iddiaçı1 almışdır. Sözügedən evə dair onlar ##.##.2006-cı ildə beh müqviləsini imzalamışdırlar ki, 4 ay sonra alqı-satqı müqaviləsini imzalasınlar. Lakin həmin vaxtadək və ondan sonra, uzun illər ərzində iddiaçı1 cavabdeh3 satdığı evə dair rəsmi alqı-satqı müqaviləsi bağlamamışdır. Yuxarıda qeyd olunduğu kimi, həmin dövrdə aralarında yaranan mübahisə məhkəmə araşdırmasının predmeti olmuş və son nəticədə Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2009-cu il tarixli qərarı ilə bitmişdir. Adıçəkilən məhkəmə aktına əsasən 34000 ABŞ dolları pul müqabilində cavabdeh3 iddiaçı1 məxsus tikilidən və torpaq sahəsindən çıxmalıdır. Lakin iddiaçı1 məhkəmə qərarı ilə qət edilmiş pulu ona verməmiş və bu səbəbdən o mübahisə predmeti olan tikilidən və torpaq sahəsindən çıxa bilməmişdir. Çünki onun və ailəsinin yaşamağa digər evi olmamışdır. Satıcı nəinki 34000 ABŞ dollarını, hətta cavabdeh cavabdeh3 ona ##.##.2006-cı ildə əlbəəl verdiyi 17000 ABŞ dolları belə qaytarmamış, lakin sənədsiz evdən çıxmağını tələb etmişdir. Həmin tikilini cavabdeh3 tərk edəcəyi təqdirdə iddiaçı1 ona pul qaytarması qətiyyən ağlabatan olmamışdır. Çünki, sənədsiz evi satıb ona pul verə bilməzdi. Evin sənədi olsaydı o, cavabdeh cavabdeh3 əsas müqaviləni – alqı-satqı müqaviləsini rəsmiləşdirərdi. Mülki işin materialları ilə sübuta yetirilir ki, iddiaçı1 halhazırkı vaxtadək mübahisə predmeti olan tikiliyə dair hər hansı hüquqmüəyyənedici sənəd əldə edə bilməmişdir. Yaşamağa evinin olmaması, əlində olan pul vəsaitinin hamısının iddiaçı1 olması vəziyyəti qarşılıqlı icra ilə bağlı ilk addım onun tərəfindən atılmasını şərtləndirmişdir. Yəni, iddiaçı1 ona verməli olduğu pulu qaytarmalı idi ki, o mübahisəli sənədsiz evi hər an tərk etsin. Sənədsiz evi tərk edib sonra aylarla, illərlə onun satışından əldə olunacaq pulu ona ödənilməsini gözləmək absurd bir hərəkət olardı. Məhkəmə qətnaməsinin pulun qaytarılması ilə bağlı hissəsinin birinci olaraq icra edilməsi və bununla bağlı sənədsiz evdən dərhal çıxması real olduğu üçün icra məmuru tərəfindən iddiaçı1 barəsində məcburi icra tədbirləri görülmüş, barəsindən 10 gün müddət inzibati həbs seçilmiş, digər tədbirlər həyata keçirilmişdir. Məhkəmə qətnaməsinin uzun illər ərzində icra olunmaması iddiaçı1 günahı üzündən baş verdiyi üçün onun və ailə üzvlərinin ona hər hansı məbləğdə pul ödəməyinə gətirib çıxarmamalıdır. cavabdeh3 iddiaçı1 müqaviləsi əsasında 17000 ABŞ dolları ödədiyi evdə kirayəçi kimi yaşamamışdır. Onların arasında hər hansı kirayə müqaviləsi yoxdur. Aralarında evin alqısatqısına dair beh müqaviləsi və həmin müqavilədən irəli gələn məhkəmə qərarları mövcuddur. Məhkəmə ondan və ailə üzvlərindən ağla sığmayan məbləğdə kirayə pulunun tutulmasına dair qətnamə qəbul edən zaman mülki qanunvericilikdə yer almış mənzil kirayə müqaviləsi ilə bağlı normaların pozuntusuna yol vermişdir. Heç bir kirayə müqaviləsi olmadığı halda məhkəmə hansı əsasla ondan və ailə üzvlərindən kirayə haqqı tutmalıdır. cavabdeh3 pul verib ev almaq niyyətində olmuş və bunu ilkin müqavilə - beh müqaviləsi bağlamaq yolu ilə ##.##.2006-cı ildə həyata keçirmişdir. iddiaçı1la bağladığı müqavilə kirayə müqaviləsi deyildir. Muradovların iddia ərizəsində qeyd etdiyi iddia tələbinə diqqət yetirilsə, məlum olur ki, iddiaçılar əldən çıxmış faydanın tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə cavabdeh3 və onun ailə üzvlərindən kirayə pulunu tutmuşdur. Əgər məhkəmə mövcud olmayan kirayə müqaviləsi əsasında və onlar arasında yaranmayan kirayə mühasibətləri əsasında qətnamə qəbul edirsə, o zaman mülki qanunvericiliyin kirayə müqaviləsinə aid müddəalara istinad edib gəldiyi nəticəni əsaslandırmalı idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə görə, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinın istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Birinci instansiya məhkəməsi tərəflər arasında mübahisəni araşdırıb belə nəticəyə gəlmişdir ki, cavabdeh3 və ailə üzvlərindən ##.##.2006-cı il tarixdən ##.##.2025-ci il tarixə kimi aylıq kirayə haqqı olmaqla, cəmi 80045,71 manat məbləğində pul vəsaiti tutularaq iddiaçılara verilməlidir. Lakin məhkəmənin şikayət olunan qətnaməsində kirayə müqaviləsi və kirayə münasibətləri ilə bağlı maddi hüquq normalarına heç bir istisna yoxdur. Məhkəmə mövcud olmayan kirayə müqaviləsi üzrə kirayə haqqının tutulmasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin kirayə müqaviləsi ilə bağlı normalarla deyil, digər normalarla əsaslandırmışdır. Birinci instansiya məhkəməsi kirayə pulunun cavabdeh3 və ailə üzvlərindən tutulmasını əsaslandırmaq üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə istinad etmişdir. cavabdeh3 hesab edir ki, məhkəmənin qeyd edilən maddi hüquq normalarına istinad etməsi pozuntu kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə müəyyən etməmişdir ki, iddiaçı1 və onun həyat yoldaşına hansı zərər vurulmuşdur və hansı hüququ pozulmuşdur. Əgər məhkəmə nəzərdə tutursa ki, cavabdeh3 Muradovların sənədi olmayan evinə və torpaq sahəsinə əvəzsiz yiyələnmişdirsə, o zaman bu həqiqətə uyğun deyil. Mülki işin materiallarından məlum olur ki, mübahisəli sənədsiz evə görə cavabdeh cavabdeh3 17000 manat pul ödəyib sonradan alqı-satqı müqaviləsi bağlamaq məqsədi ilə beh müqaviləsi bağlamışdır. Lakin iddiaçı1 təqsiri üzündən sonrakı müqaviləni bağlamaq mümkün olmamış, bu səbəbdən Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2009-cu il tarixli qərarı ilə behin ikiqat məbləğdə, yəni 34000 ABŞ dol məbləğində qaytarılması qərara alınmışdır. 2009cu ilin əvvəlindən bu tərəfə iddiaçı1 ona ödənilməli olduğu 34000 ABŞ dolları ödənilməmiş qalmışdır. Belə halda, zərər vurulan şəxs cavabdeh3 olur, yoxsa Muradovlar? 34000 ABŞ dolları məbləğində cavabdeh3 aid və iddiaçı1, 23000 ABŞ dolları məbləğində qiymətləndirdiyi sənədsiz ev və torpaq sahəsi onun istifadəsində. Zərər kimə vurulub, ona yoxsa Muradovlara? Ötən müddət ərzində mübahisəli sənədsiz ev cavabdeh cavabdeh3 tərəfindən texniki cəhətdən saxlanılmış, mühafizə edilmiş, carı təmir iş aparılmış, sair istismar xərcləri olmuşdur. Belə halda zərər çəkmiş şəxs o hesab olunur, yoxsa Muradovlar? Qeyd olunanlar məhkəmənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə istinadının düzgün olmadığını, maddi hüquq normasının tətbiqində səhvə yol verildiyinə kifayət qədər əsas verir. Bundan başqa, birinci instansiya məhkəməsi gəldiyi nəticəsini əsaslandırmaq üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 444-cü maddəsinə istinad etmişdir. Mülki Məcəllənin istinad edilən 441.1-ci maddəsinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Həmin Məcəllənin 441.2-ci maddəsinə əsasən, mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəli icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 441.3-cü maddəsinə əsasən, əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Həmin Məcəllənin 441.4-cü maddəsinə əsasən, əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Odur ki, məhkəmənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin qarşılıqlı icra ilə bağlı 441-ci maddəsinə istinad etməsini maddi hüquq pozuntusu hesab edir. Bundan başqa, məhkəmə qətnamədə hüquqi əsaslandırma apararaq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki işin materiallarından görünür ki, iddiaçıların cavabdeh cavabdeh3 və ailə üzvlərinə qarşı məhkəməyə təqdim etdikləri iddia ərizəsinə “xxxx” MMC tərəfindən verilmiş daşınmaz əmlakın kirayə dəyərinin müəyyən edilməsi barədə qiymətləndirmə arayışı əlavə etmişlər. Yəni bu sübut onlar tərəfindən təqdim edilən sübutdur. Şikayət olunan qətnamədən başa düşmək olmur ki, hansı səbəbdən məhkəmə Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə uyğun qaydada iddiaçı tərəfindən təqdim edilmiş sübutdan istifadə etmədən öz təşəbbüsü ilə əldə etdiyi sübuta, “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən istifadə edərək qərar qəbul etmişdir. Bu prosessual qaydaya ziddir. Istinad olunan prossesual norma məhkəməni vəzifəli edir ki, məhkəmə qətnamə qəbul edən zaman tərəflərin təqdim etdikləri sübutlardan istifadə etsin. Odur ki, cavabdeh cavabdeh3 belə hesab edir ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutdan istifa etmədən və bunun səbəbini qətnamədə əsaslandırmadan öz təşəbbüsü ilə əldə etdiyi sübutdan istifadə etməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbini pozmuşdur. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işdəki sübutlara, o cümlədən cavabdeh3 izahatına, onun tərəfindən təqdim edilmiş sübutlara, onunla iddiaçı1 arasında əvvəl olmuş məhkəmə işi üzrə qəbul olunmuş qərarların icra olunmaması ilə bağlı məsələlərə düzgün qiymət verməmişdir. Məhkəmə sübutları düzgün qiymət verməməklə müəyyən edə bilməmişdir ki, onların arasında kirayə müqaviləsi yoxdur. Məhkəmə sübutları düzgün qiymət versəydi, o zaman mövcud olmayan kirayə müqaviləsini və aralarında yaranmamış kirayə münasibətlərini rəhbər tutub cavabdeh3 və ailə üzvlərindən ağlabatmayan məbləğdə kirayə pulunu tutmazdı. Məhkəmə öz təşəbbüsü ilə əldə etdiyi sübuta, “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə düzgün qiymət verməmişdir. Həmin rəy obyektiv həqiqəti və mövcud reallığı əks etdirmir. Ümumiyyətlə adıçəkilən rəydə əks olunan məlumatlar məhkəmə tərəfindən yoxlanmamış, işdəki digər mütəxəssis rəyi ilə müqayisə olunub qiymətləndirilməmişdir və bu səbəbdən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, məhkəmə iş üzrə müəyyən edilmiş hallara uyğun qətnamə qəbul etməmişdir. Ona görə də Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin iddiaçı1 və iddiaçı2 iddia tələblərinin qismən təmin edilmiş hissədə ləğv edilib həmin hissədə də iddianın təmin edilməməsi və onun iddiasının təmin edilməmiş hissədə ləğv edilib, həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur.

33. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, ünvan 1) ünvanında yerləşən fərdi yaşayış evinin ##.##.2005-ci ildən ##.##.2025-ci il dövrü əhatə edən müddət ərzində aylıq kirayə dəyərlərinin ümumi dəyəri 85750 manat təşkil edir. “xxxx” MMC-nin xidmət haqqı 500 manat təşkil edir.

34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Səadət Səlimova (sədrlik edən və məruzəçi), Akif Isgəndərov və Azad Imanov) cavabdeh3 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ilk iddianın təmin edilən “cavabdeh3, cavabdeh1 və cavabdeh2 birgə qaydada ##.##.2006-cı il tarixdən ##.##.2025-ci il tarixə kimi aylıq kirayə haqqı olmaqla, cəmi 80045,71 manat pul vəsaitinin tutularaq iddiaçı2 ödənilməsi” hissəsində tam və ikinci iddianın təmin edilməyən hissəsində qismən ləğv edilib həmin hissələrdə yeni qətnamə qəbul edilməsi, cavabdeh3, cavabdeh1 və cavabdeh2 birgə qaydada ##.##.2006-cı il tarixdən ##.##.2025-ci il tarixə kimi əsassız varlanmaya görə cəmi 80045,71 manat pul vəsaitinin iddiaçı2 xeyrinə tutulması, ikinci iddianın qismən təmin edilməsi, iddiaçı1 ##.##.2006-cı il tarixdən ##.##.2009-cu ilə kimi gecikdirilmiş vaxt üçün 17000 ABŞ dollarına münasibətdə illik beş faiz hesablanmaqla 2231,22 ABŞ dolları (ödənişin icra edildiyi gün manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) cavabdeh3 xeyrinə tutulması, ikinci iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin cavabdeh1 və cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən iddiaçı2 məxsus olan 0,04 ha torpaq sahəsindən və onun üzərində yerləşən tikilidən çıxarılması, cavabdeh3, cavabdeh1 və cavabdeh2 birgə qaydada ##.##.2006-cı il tarixdən ##.##.2025-ci il tarixə kimi, əsassız varlanmaya görə, cəmi 80045,71 manat pul vəsaitinin tutularaq iddiaçı2 ödənilməsi və iddiaçı1 ##.##.2006-cı il tarixdən ##.##.2009-cu ilə kimi gecikdirilmiş vaxt üçün 17000 ABŞ dollarına münasibətdə illik beş faiz hesablanmaqla 2231,22 ABŞ dolları, ##.##.2009-cu il tarixdən ##.##.2024-cü ilə kimi gecikdirilmiş vaxt üçün 34000 ABŞ dollarına münasibətdə illik beş faiz hesablanmaqla 27058,33 ABŞ dolları olmaqla cəmi 29289,55 ABŞ dolları ödənişin icra edldiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının manatın ABŞ dollarına münasibətdə müəyyən etdiyi məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutularaq cavabdeh3 ödənilməsi hissələrinin eyni vaxtda icra edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin apelyatorun özünə aid edilməsi qət edilmişdir.

35. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, qarşılıqlı olaraq mülki hüquqları və vəzifələri müəyyən edilmiş qanuni qüvvəsini alan məhkəmə aktına əsasən verilən icra sənədi üzrə həm tələbkar və həm də borclu olan iddiaçı1 və X1 uzun müddət məhkəmə aktları üzrə yaranan vəzifələrini icra etməmiş, nəticədə X1 hüquqi əsasının olmaması məhkəmə aktı ilə müəyyən edilən Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən 0,04 hektar torpaq sahəsində yerləşən evdə ailə üzvləri ilə birlikdə yaşamaqda, iddiaçı1 isə X1 məxsus 17000 ABŞ dolları pul vəsaitini ##.##.2006-cı il tarixdən ##.##.2009-cu il tarixədək olan dövrdə, ##.##.2009-cu il tarixdən hal-hazıradək isə cəmi 34000 ABŞ dolları pul vəsaitini özündə saxlamaqda davam edir.

36. Məhkəmə iddiaçı1 və X1 məhkəmə aktını icra etməmələrinin səbəbi olaraq göstərdikləri dəlillərə münasibət bildirib qeyd etmişdir ki, hazırkı mübahisənin yaranmasına əsas olan bu dəlillər məhkəmə aktının üzrlü səbəblərdən icrasız qalması qənaətinə gəlinməsi, hər hansı bir tərəfin vurduğu ziyandan azad edilməsi üçün əsas ola bilməz. Belə ki, qanuni qüvvəsini alan məhkəmə aktlarından aydın görünür ki, tərəflərin həmin aktlardan yaranmış vəzifələrinin icrası biri digərindən asılı edilməmişdir.

37. Apellyasiya məhkəməsi tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib apellyasiya şikayətinin ilk iddianın təmin edilən və cavabdeh3 mübahisələndirmək hüququ olan hissəsi ilə bağlı dəlilləri üzrə qeyd etmişdir ki, tərəflər arasında kirayə müqaviləsindən irəli gələn hüquq münasibətlərinin mövcud olması araşdırılan sübutlarla öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi bu tələbin hüquqi əsası olaraq maddi hüquq normasını düzgün müəyyən etməmişdir. Belə ki, araşdırma zamanı bu tələblər üzrə cavabdehlərin hüquqi əsasları olmadan iddiaçı iddiaçı2 mülkiyyətində olan torpaq sahəsində sonuncunun birgə nikah dövründə inşa edilən, mülkiyyət hüququnun yaranmasına gözləntisi olan evində yaşamaları müəyyən olunmuşdur. Bu cavabdehlər qanuni və ya müqavilə əsasları olmadan, hər hansı bir vəsait ödəmədən qeyd edilən ünvanda yaşamaqla əsassız varlanmışlar.

38. Məhkəmə varlanmış şəxslərin məhrum olana qaytarmalı olduqları məbləği müəyyən edərkən birinci instansiya məhkəməsində keçirilən “xxxx” MMC-in ##.##.2025- ci il tarixli mütəxəssis rəyi ilə müəyyən olunan qiymətlərlə razılaşır. Belə ki, bu tələb üzrə iddiaçı fərdi yaşayış evini bu müddət ərzində ən azından kirayə verib gəlir əldə edə bilərdi. Tədqiq olunan mütəxəsis rəyindən isə müəyyən olunur ki, ünvan 1) ünvanında yerləşən fərdi yaşayış evinin iddia edilən dövrü əhatə edən müddət ərzində aylıq kirayə dəyərlərinin ümumi məbləği müəyyən edilərkən mütəxəsislər tərəfindən həmin ərazidə təşəkkül tapmış qiymətlər hər il üçün ayrı-ayrılıqda araşdırılmış, analoji əmlakların kirayə haqqı, bənzər əmlakların kirayə dəyərləri müqayisəli şəkildə təhlil edilməklə əmlakın real kirayə dəyəri müəyyən edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, iddiaçıya vurulan ziyanın müəyyən edilməsi üçün əlavə qiymətləndirmə aparılmasına zərurət yoxdur.

39. Istinad olunanlara əsasən apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdeh3, cavabdeh1 və cavabdeh2 birgə qaydada ##.##.2006- cı il tarixdən ##.##.2025-ci il tarixə kimi aylıq kirayə haqqı olmaqla, cəmi 80045,71 manat pul vəsaitinin tutularaq iddiaçı2 ödənilməsi” hissəsində ləğv edilərək həmin hissədə cavabdeh3, cavabdeh1 və cavabdeh2 birgə qaydada ##.##.2006-cı il tarixdən ##.##.2025-ci il tarixə kimi əsassız varlanmaya görə cəmi 80045,71 manat pul vəsaitinin tutularaq iddiaçı2 ödənilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

40. Məhkəmə apellyasiya şikayətinin ikinci iddia ərizəsinin təmin edilməyən hissəsi ilə bağlı dəlilləri üzrə qeyd etmişdir ki, araşdırma zamanı tərəflər arasında bağlanmış əhəmiyyətsiz olan ##.##.2006-cı il tarixli evlərin alqı-satqı müqaviləsinə əsasən, satıcı iddiaçı1 alıcı cavabdeh3 17000 ABŞ dolları məbləğində pulu beh olaraq alması müəyyən olunduğundan, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2009-cu il tarixli, *(***)-**/** saylı qərarı ilə cavabdeh cavabdeh3 şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Işlər üzrə Məhkəmə kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ##.##.2008-ci il tarixli qətnaməsi behin qaytarılmasının dəyişdirilmədən saxlanılması hissəsində ləğv olunaraq behin ikiqat məbləğdə, yəni 34000 ABŞ dolları ödənildiyi gün Azərbaycan manatının məzənnəsi ilə iddiaçı1 alınıb cavabdeh cavabdeh3 verilməsi qərara alındığından, həmin tarixdən bu günə kimi pul vəsaiti cavabdeh3 oluna ödənilməmiş qalmışdır.

41. Ona görə də məhkəmə hesab etmişdir ki, qanuni qüvvəsini alan məhkəmə aktına əsasən cavabdeh3 məxsus pul vəsaitinin iddiaçı1 tutulmalı olması müəyyən olunduğundan, həmin pul vəsaitinin ##.##.2006-cı il tarixdən ##.##.2009-cu il tarixədək olan dövr üçün məbləği 17000 ABŞ dolları olduğundan iddiaçı1 gecikdirilmiş ##.##.2006-cı il tarixdən ##.##.2009-cu il tarixədək olan vaxt üçün gecikdirilmiş 17000 ABŞ dolları məbləğinə münasibətdə illik beş faiz olaraq 2231,22 ABŞ dollarının ödənilməsini də tələb etməkdə cavabdeh3 haqlıdır.

42. Istinad olunanlara əsasən apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ikinci iddia tələbinin təmin edilməyən hissəsində qismən ləğv edilib həmin hissədə iddia qismən təmin edilərək ##.##.2006-cı il tarixdən ##.##.2009-cu ilə kimi gecikdirilmiş vaxt üçün gecikdirilən 17000 ABŞ dolları məbləğində pul vəsaitinə münasibətdə illik beş faiz hesablanmaqla 2231,22 ABŞ dolları (ödənişin icra edildiyi gün manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) iddiaçı1 cavabdeh3 xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməli, iş üzrə qəbul edilən yeni qətnaməyə əsasən yaranan vəzifələrin icrası birinci instansiya məhkəməsinin qətnaməsində müəyyən edilmiş icra üsuluna əlavə edilməklə qətnamə bu hissədə dəyişdirilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

43. cavabdeh3 (vəkil vəkil4) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin “cavabdeh3, cavabdeh1 və cavabdeh2 birgə qaydada ##.##.2006-cı il tarixdən ##.##.2025-ci il tarixə kimi əsassız varlanmaya görə cəmi 80045,71 manat pul vəsaitinin iddiaçı2 xeyrinə tutulması” hissəsində ləğv edilməsi, iddiaçı1 və iddiaçı2 iddia tələblərinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

44. Kassasiya şikayəti apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. iddiaçı1 Xanməmməd oğlunun vəkili vəkil1 kassasiya şikayətinə etiraz edərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

46. Maddə 25. (İ V hissə). Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

47. Maddə 60 (İ, II, III və IV hissələr). Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

48. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

49. Maddə 14.2. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, ….mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, ….başqa şəxsə zərər vurulması və əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır.

50. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

51. Maddə 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

52. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

53. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

54. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

55. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

56. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

57. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

58. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

59. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

60. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

61. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya və əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli * nömrəli Qərarı

62. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

63. Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir;

64. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair ## ###### 2016-cı il tarixli Qərarı

65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

66. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

67. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

68. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

69. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

70. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

71. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

72. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

73. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

74. Cavabdeh və qarşılıqlı iddiaçı Həsənov Elşad Qüdrət oğlu tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qarşılıqlı iddia ərizəsində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman qeyd edilmiş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

75. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

76. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh və qarşılıqlı iddiaçı Həsənov Elşad Qüdrət oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar