Məhkəmə qərarları › İş №2(1-8)-1610/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1610/2026

01.07.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1610/2026 01.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh5, X7, cavabdeh2, cavabdeh3, cavabdeh6 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər:Mülkiyyət hüququnun qorunması; icarədarın ailə üzvlərinin mənzildən istifadə hüququnun itirilməsinin əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh5, X7, cavabdeh2, cavabdeh3, cavabdeh6, cavabdeh1 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsı tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ##### 2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. ünvan 1, ** saylı mənzil Sumqayıt şəhər Icra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmiş ##.##.2006-cı il tarixli order əsasında iddiaçı İddiaçı ayrılmışdır və hazırda dövlət mənzil fondundadır.

2. Cavabdehlər iddiaçının ailə üzvləri (cavabdeh5-qızı, Rzayeva (Iskəndərova) Nubar Ilham qızı-nəvə, cavabdeh2-qızı, cavabdeh3-nəvə, cavabdeh6-nəvə, cavabdeh1-nəvə) olmaqla həmin ünvanda 2009-cu ilədək yaşayış yeri üzrə qeydiyyata alınmışlar.

3. İddiaçı ünvan 1 ünvanında yaşayır, lakin onun ailə üzvləri cavabdeh5 Qulu qızı, X7, cavabdeh2, cavabdeh3 Tahir oğlu, X8, X12 və X13 həmin mənzildə yaşamırlar.

4. cavabdeh1 ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında müqavilə əsasında əyani şöbədə ##.##.2020-ci il tarixindən Rusiya Federasiyası Səhiyyə Nazirliyi “A.İ.Yevdakimov adına X4 və Stomatoloji Universiteti” “Müalicə işi hazırlıq ixtisası” üzrə təhsil alır. Hazırda IV kursdadır və təhsilin təxmini bitirmə tarixi ##.##.2026-cı ildir.

5. cavabdeh6 X11 X30 Universitetində “Ortopedik stomatologiya”, 31.08.75 hazırlıq istiqaməti üzrə ali təhsilin əsas tədris proqramında təhsil alır, ## ###### 2023-cü il tarixli **** nömrəli əmr ilə ## ######## 2023- cü ildən qəbul olunmuşdur. Təhsilin başlanması ## ######## 2023-cü il, təhsili təxmini başa vurma müddəti ## ###### 2025-ci ildir.

6. X17 Şəhər Təhsil və Elm Departamenti “A.S.Qriboyedov adına 1529 Nömrəli Məktəb”də ## ###### 2023-cü il tarixli *** nömrəli qəbul haqqında əmrə əsasən hal-hazırda 9-11 sinfində təhsil alır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh5, X9, cavabdeh2, cavabdeh3, cavabdeh6, cavabdeh1 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh5 Qulu qızının, cavabdeh2, cavabdeh3 Tahir oğlunun, X7, X8, X12 və yetkinlik yaşına çatmamış X13 iddiaçı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ** saylı mənzildən yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Sonradan iddiaçı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh6 və cavabdeh1 soyadlarının iddia ərizəsinin xahiş hissəsində səhvən “Rzayev (Rzayeva)” kimi qeyd edilməsinin nəzərə alınmasını xahiş etmişdir.

9. Iddiaçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən ** saylı mənzil Azərbaycan Respublikası Sumqayıt şəhər Icra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən ##.##.2006-cı il tarixdə order əsasında iddiaçı İddiaçı verilmişdir. Bu günə qədər elə iddiaçı sözügedən ünvanda həm faktiki olaraq yaşayır, həm də pasport qeydiyyatındadır. Sözügedən mənzilə iddiaçıdan başqacavabdeh5 Quluyevna, cavabdeh2, cavabdeh3 Tahir oğlu, X7, X8 və X18 və yetkinlik yaşına çatmamış X13 da qeydiyyatı mövcuddur. Bu şəxslər iddiaçının uşaqları, nəvələri və gəlinləridir. Artıq bir neçə müddətdir ki, sözügedən ünvanda yaşamırlar. Faktiki olaraq uzun illərdir ki, Rusiyadadırlar. Həmin şəxslərin sözügedən mənzilə qeydiyyatı mülkiyyətçinin hüquqlarına əsassız müdaxilə təşkil edir. Hesab edir ki, cavabdehin həmin mənzilə yaşayış-istifadə hüququ itirilmiş hesab edilməlidir. Çünki cavabdehlər 20 ildən artıqdır ki, həmin mənzildə daimi yaşamırlar, mənzildə onlara aid hər hansı bir əşya yoxdur. Onlar daimi yaşamaq üçün Rusiya Federasiyasına köçüblər və orada yaşayırlar. Iddiaçının deməsinə görə, orada Rusiya vətəndaşlığı da əldə ediblər. Cavabdehlərin həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır və bu isə öz növbəsində iddiaçın həmin mənzili özəlləşdirmək hüququna müdaxilə təşkil edir. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş və əlavə olaraq qeyd etmişdi ki, sözügedən mənzil 2006-cı ildə order əsasında iddiaçıya ayrılıb. Iddiaçı hazırda həmin evdə yaşayır. cavabdeh5 və cavabdeh2 iddiaçının qızı, digərləri gəlinlər və nəvələridir. Cavabdehlər bu ünvanda yaşamırlar, sadəcə formal olaraq qeydiyyatdadırlar. Onu da məhkəmənin nəzərinə çatdırır ki, hazırda Rusiyada yaşayırlar, onların sözügedən mənzildə qeydiyyatda olması iddiaçının hüquqlarını pozur. Cavabdehlərin hazırki mənzillə heç bir əlaqəsi yoxdur. Evdəki əşyalardan istifadə etmirlər. Onu da məhkəmənin nəzərinə çatdırır ki, hər kəsin övladı xarici ölkədə təhsil ala bilər, lakin bu valideynlərin də ora köçməli olduğu mənasına gəlmir. Qeyd edilənləri nəzərə alaraq nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

11. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil vəkil1 iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Cavabdeh cavabdeh2 iddiaçının qızıdır. Onun övladları xarici ölkədə - Rusiyada universitetə daxil olublar, anaları da onlara baxmaq üçün ora gedib. Digər uşağa burada baxacaq biri olmayacağı üçün onu da özü ilə aparıb. O da məktəbdə oxuyur. Cavabdeh cavabdeh2 məhz təhsillə bağlı ölkə xaricinə gedib gəlir. Bir daha qeyd edir ki, cavabdehlər Azərbaycan Respublikası vətəndaşıdırlar. Rusiya Federasiyasında təhsil icazəsi ilə yaşayırlar. cavabdeh2 böyük övladı üçüncü kursda təhsil alır. Həmin vaxtdan etibarən onlar ölkəyə gedib gəlirlər. Cavabdehlərin həmçinin mübahisəli mənzildə əşyaları var. Onu da bildirir ki, bu işlə bağlı ikinci dəfə məhkəməyə müraciət olunub. Lakin həmin məhkəmə qərarını əldə edə bilməyib. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi.

12. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər cavabdeh5, X7 və cavabdeh3 ünvan 1, ** saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, iddia tələbinin cavabdehlər cavabdeh2, cavabdeh6, cavabdeh1 və yetkinlik yaşına çatmamış X13 münasibətdə təmin edilməməsi qət edilmişdir (hakim Günel Tanrıveriyeva).

13. Işə baxan məhkəmə ilk növbədə müəyyən etmişdir ki, ünvan 1 İddiaçı ayrılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının mübahisəli yaşayış sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iddiaçının həmin mənzilə gözlənilən mülkiyyət hüququ və hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ vardır.

14. Məhkəmə qeyd etmişdir ki, mübahisənin həlli, yəni cavabdehlərin mübahisəli mənzildən olan istifadə hüququnun itirilib-itirilməməsinin müəyyən edilməsi üçün onların bu yaşayış sahəsini tərk etməsinin səbəbləri araşdırılmalı və bu tərk etmənin daimi və yaxud müvəqqəti əsaslarla olmasına qiymət verilməlidir.

15. Məhkəmə bildirmişdir ki, bu münasibətləri tənzimləyən yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri baxımından bu kateqoriya işlər üzrə əsas şərt icarəçi və ya qeydiyyatda olan şəxslərin mənzildə 6 ay və daha artıq müddətdə üzrsüz səbəbdən yaşamamasını və hüquqları mübahisələndirilən şəxslərin başqa yerdə daimi yaşayış yerlərinin olmasını sübut etməkdir.

16. Məhkəmə iş materiallarında olan sübutları qiymətləndirərək, belə qənaətə gəlmişdir ki, cavabdehlərdən cavabdeh5, X7, cavabdeh3 mübahisəli mənzili məhz daimi əsaslarla tərk etmişdirlər

17. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, cavabdehlərdən cavabdeh5, X7, cavabdeh3 uzun müddət sözügedən mənzildə yaşamamaları ilk növbədə iş materiallarında olan həmin cavabdehlərin dövlət sərhədindən hərəkəti barədə məlumatlarla təsdiq olunur. Digər tərəfdən cavabdehlər cavabdeh5, X7 və cavabdeh3 mübahisəli mənzili məcburi olaraq deyil, könüllü olaraq tərk etmişdirlər. Belə ki, onlar bu müddət ərzində mənzilə köçürülmə barədə iddia qaldırmamış və ya mənzildən istifadəyə maneə törədilməsi ilə bağlı hər hansı orqana şikayət etməmişdir. Bu isə, cavabdehlərin müvəqqəti deyil, məhz daimi əsaslarla mübahisəli mənzildən köçməsi faktını təsdiq edir.

18. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia həmin cavabdehlərə münasibətdə təmin edilməli, cavabdehlər cavabdeh5, X7, cavabdeh3 ünvan 1 ünvanına istifadə hüququna xitam verilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh2, cavabdeh6, cavabdeh1 və yetkinlik yaşına çatmamış X13 münasibətdə təmin edilməməlidir. Belə ki, cavabdeh6, cavabdeh1 və yetkinlik yaşına çatmamış X13 Federasiyasında ali və orta təhsil alırlar. cavabdeh2 isə onların valideynidir. Məhkəmə işin qeyd edilən hallarını nəzərə alaraq hesab edir ki, həmin cavabdehlərin mübahisəli mənzildə yaşamamasının səbəbləri müvəqqəti əsaslarla bağlıdır, onlar mənzili daimi əsaslarla tərk etməmişdirlər. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlər cavabdeh2, cavabdeh6, cavabdeh1 və yetkinlik yaşına çatmamış X13 mübahisəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilə bilməz.

19. Məhkəmə sonda qeyd etmişdir ki, iddiaçı tərəf həmin cavabdehlərin Rusiya Federasiyasının vətəndaşı olduqlarını bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (## ####### 2009-cu ilədək qüvvədə olan) 60-cı maddəsinin 6-cı hissəsi və 87-ci maddəsinin 2-ci hissəsi; Mülki Məcəlləsinin (## ####### 2009-cu ilədək qüvvədə olan) 139-1.1.11-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə həmçinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Konstitusiya Məhkəməsinin ## #### 1999-cu il tarixli qərarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

21. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmamasına dair hissədə ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən mənzil 2006-cı ildə order əsasında iddiaçıya ayrılıb. Iddiaçı hazırda həmin evdə yaşayır. cavabdeh5 və cavabdeh2 iddiaçının qızı, digərləri gəlinlər və nəvələridir. Cavabdehlər bu ünvanda yaşamırlar, sadəcə formal olaraq qeydiyyatdadırlar. Cavabdehlər hazırda Rusiyada yaşayırlar, onların sözügedən mənzildə qeydiyyatda olması iddiaçının hüquqlarını pozur. Cavabdehlərin hazırki mənzillə heç bir əlaqəsi yoxdur. Evdəki əşyalardan istifadə etmirlər. Cavabdehlərin övladları xaricdə təhsil alır. Valideynlər isə bildirir ki, uşaqları xarici ölkədə təhsil aldığına görə cavabdehlər də Rusiyaya köçüb. Hər övladı xarici ölkədə təhsil alan şəxs həmin ölkəyə köçmür. Cavabdehlər övladlarının xarici ölkədə təhsil almasını bəhanə edərək sözügedən mənzilə qeydiyyatlarını saxlamışlar. Bu isə öz növbəsində mülkiyyətçi kimi iddiaçının hüquqlarını məhdudlaşdırır. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Göründüyü kimi, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etsə də, iddia tələbini cavabdehlərin bir qisminə münasibətdə təmin etdiyi halda, maddi hüquq normasını yanlış təfsir etməklə, cavabdehlərin digər qisminə münasibətdə iddianı təmin etməmiş, bunu onunla əsaslandırmışdır ki, həmin cavabdehlə sözü gedən mənzildə uzun müddət yaşamamaları daimi deyil, müvəqqəti xarakter daşıyır. Halbuki, sərhədkeçmə məlumatları da təsdiq edir ki, həmin cavabdehlər uzun müddətdir xaricdə yaşayırlar və bu baxımdan onların yaşadıqları xarici ölkədə orta və ali təhsil almaları heç də onların məhz təhsil məqsədilə həmin ölkəyə getmələrini və həmin ölkədə yaşamalarının müvəqqəti olmasını deməyə əsas vermir. Əksinə həmin hal təsdiq edir ki, cavabdehlər xaricdə daimi yaşayırlar. Məhkəmə öz qətnaməsini çıxararkən işin hallarını tam və dəqiq araşdırmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdehlər başqa ölkədə faktiki olaraq yaşadıqları halda iddianı tam təmin etməmişdir. Məhkəmə açıq bir formada iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozmuşdur. Cavabdehlərin müəyyən dövrlərdə Azərbaycan Respublikasının ərazisinə daxil olmaları o demək deyildir ki, onlar sözügedən mənzildə yaşayır. Məhkəmənin nəzərindən baxsaq onda hesab etmək olar ki, iddiaçının mülkiyyətində olan mənzilə gəlib orada bir neçə gün qalan hər bir kəsin mülkiyyət hüququ yaranır. Belə bir hal qəbul edilməzdir. Bir halda ki, cavabdehlər sözügedən mənzildə yaşamır, onların həmin mənzildə heç bir əşyası yoxdur onda cavabdehlərin qeydiyyatı da formal xarakter daşıyır. Bu səbəbdən də məhkəmənin qətnaməsini əsassız hesab edirlər. Həmçinin elə hesab edirlər ki, məhkəmə iddianı tam təmin etməli və sözügedən mənzildə faktiki olaraq yaşamayan cavabdehlərin hamısının həmin mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir.

23. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (Sədrlik edən və məruzəçi hakim X2, hakimlər X5 və X10 ibarət tərkibdə).

24. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə tam olaraq razılaşan apellyasiya instansiyası məhkəməsi öz mövqeyinə münasibətdə həmçinin apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk növbədə qeyd etmişdir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. 48. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Kollegiya işin halları baxımından müəyyən etmişdir ki, birinci instansiya məhkəməsindəki icraat zamanı cavabdeh cavabdeh2 nümayəndəsi iddia tələbini etiraf etməyərək bildirmişdir ki, cavabdeh cavabdeh2 iddiaçının qızıdır. Onun övladları xarici ölkədə - Rusiyada universitetə daxil olublar, anaları da onlara baxmaq üçün ora gedib. Digər uşağa burada baxacaq biri olmayacağı üçün onu da özü ilə aparıb. O da məktəbdə oxuyur. Cavabdeh cavabdeh2 məhz təhsillə bağlı ölkə xaricinə gedib-gəlir. Cavabdehlər Azərbaycan Respublikası vətəndaşıdırlar. Rusiya Federasiyasında təhsil icazəsi ilə yaşayırlar. cavabdeh2 böyük övladı üçüncü kursda təhsil alır. Həmin vaxtdan etibarən onlar ölkəyə gedib gəlirlər. Cavabdehlərin həmçinin mübahisəli mənzildə əşyaları var.

26. Kollegiya həmçinin müəyyən etmişdir ki, cavabdehin nümayəndəsinin göstərdiyi dəlillər öz təsdiqini tapır. Belə ki, işdəki arayışlarala müəyyən olunur ki, cavabdeh1 və cavabdeh6 Rusiya Federasiyasında Ali təhsil alırlar, X17 isə məktəbdə oxuyur.

27. Kollegiya hesab etmişdir ki, iddiaçı göstərilən cavabdehlərin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiklərini və ya digər yaşayış sahəsinə köçdüklərini, mübahisəli mənzillə əlaqələrini kəsdiklərini sübuta yetirmədiyindən, əksinə göstərilənlər cavabdeh tərəfin təqdim etdiyi sübutlarla təkzib edildiyindən, birinci instansiya məhkəməsinin iddia tələbinin cavabdehlər cavabdeh2, cavabdeh6, cavabdeh1 və yetkinlik yaşına çatmamış X13 münasibətdə təmin edilməməsi barədə gəldiyi nəticə əsaslı olmuşdur.

28. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (##.##.2009-cu il tarixədək qüvvədə olan) 53, 54, 60 və 87-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 218, 372 və 384-cü maddələrinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” ##.##.1999-cu il tarixli Qərarına istinad etmişdir.

Kassasiya instansiyası məhkəməsində birinci icraat

29. Iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti illə eyni məzmunda əsaslandırılmış və əsas dəlili onu ehtiva etməkdədir ki, cavabdehlər mübahisəli ünvanda yaşamırlar, sadəcə formal olaraq qeydiyyatdadırlar. Cavabdehlər hazırda Rusiyada yaşayırlar, onların sözügedən mənzildə qeydiyyatda olması iddiaçının hüquqlarını pozur. Cavabdehlərin hazırkı mənzillə heç bir əlaqəsi yoxdur. Evdəki əşyalardan istifadə etmirlər. Cavabdehlərin övladları xaricdə təhsil alır. Valideynlər isə bildirir ki, uşaqları xarici ölkədə təhsil aldığına görə cavabdehlər də Rusiyaya köçüb. Hər övladı xarici ölkədə təhsil alan şəxs həmin ölkəyə köçmür. Cavabdehlər övladlarının xarici ölkədə təhsil almasını bəhanə edərək sözügedən mənzilə qeydiyyatlarını saxlamışdır. Bu isə öz növbəsində mülkiyyətçi kimi iddiaçının hüquqlarını məhdudlaşdırır. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Göründüyü kimi, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etsə də, iddia tələbini cavabdehlərin bir qisminə münasibətdə təmin etdiyi halda, maddi hüquq normasını yanlış təfsir etməklə, cavabdehlərin digər qisminə münasibətdə iddianı təmin etməmiş, bunu onunla əsaslandırmışdır ki, həmin cavabdehlə sözü gedən mənzildə uzun müddət yaşamamaları daimi deyil, müvəqqəti xarakter daşıyır. Halbuki, sərhədkeçmə məlumatları da təsdiq edir ki, həmin cavabdehlər uzun müddətdir xaricdə yaşayırlar və bu baxımdan onların yaşadıqları xarici ölkədə orta və ali təhsil almaları heç də onların məhz təhsil məqsədilə həmin ölkəyə getmələrini və həmin ölkədə yaşamalarının müvəqqəti olmasını deməyə əsas vermir. Əksinə həmin hal təsdiq edir ki, cavabdehlər xaricdə daimi yaşayırlar. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən ## ####### 2009- cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 6-cı hissəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin pozulduğu qeyd edilmişdir

31. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## #### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına (iddianın rədd edildiyi hissə) qaytarılması qərara alınmışdır (hakimlər X19 (məruzəçi), X3 və X1 ibarət tərkibdə).

32. Işi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi ilk öncə qeyd etmişdir ki, apellyasiya məhkəməsi mübahisəni həll edərkən tərəflər arasında mənzillə bağlı münasibətlər yaranan dövrdə ##.##.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60cı maddəsinə düzgün olaraq istinad etsə də, apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən 60-cı maddənin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” ##.##.1999-cu il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə uyğun qətnamə qəbul etməmişdir.

33. Kollegiya işin mübahisəsiz halı kimi müəyyən etmişdir ki, ##.##.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü və 54-cü maddələrinə əsasən cavabdehlərin iddiaçıya orderlə verilmiş yaşayış sahəsinə onunla birlikdə yaşayan ailə üzvləri kimi istifadə hüququ olmuşdur. Məcəllənin 60-cı maddəsində bu hüququn itirilmə əsası müəyyən edilərək qeyd edilmişdir ki, ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsinə hüquqları yalnız altı ay saxlanılır və altı aydan uzun müddətə yaşayış sahəsini tərk etmiş şəxslərin istifadə hüququ xitam olunur.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu ##.##.1999-cu il tarixli Qərarına istinad edən kollegiya daha sonra bildirmişdir ki, hazırkı halda apelyasiya instansiyası məhkəməsi cavabdehlər- ##.##.2000-ci il təvəllüdlü cavabdeh6 və ##.##.2003-cü il təvəllüdlü cavabdeh1 hazırda təhsil ilə əlaqədar başqa ölkədə yaşadıqlarının sübutlarla təsdiq edildiyinə əsaslanaraq onların yaşayış sahəsini daimi əsaslarla tərk etmədiklərinə dair qənaətə gəlmişdir. Həmin sübutlara əsasən cavabdeh6 Rusiya Federasiyasında təhsil müddəti ##.##.2023-cü il tarixdən, cavabdeh1 təhsil müddəti ##.##.2020-ci il tarixdən başladığı halda, Dövlət Sərhəd Xidmətinin təqdim etdiyi məlumatlara əsasən cavabdeh1 və cavabdeh2 2019-cu ildən Azərbaycan Respublikasından getmiş (sorğuda son 5 ilin məlumatları tələb edildiyi üçün cavabdeh6 Azərbaycan Respublikasından ilk dəfə hansı tarixdə çıxdığı cavabda öz əksini tapmamışdır), cavabdeh1 2019-cu ildən sonra ölkəyə qayıtmamış, cavabdeh2 isə 2019-2023-cü illər ərzində Azərbaycan Respublikasına çox qısa müddət üçün (qonşuların tərtib etdiyi akta əsasən anasını görmək üçün) gəlib -getmişdir.

35. Məhkəmə kollegiyası hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin qeydiyyatda olduqları mənzili daimi əsaslarla tərk edib-etməməsi ilə bağlı girişçıxış məlumatlarına əsasən hər bir cavabdehin ölkədən hansı tarixdə və hansı məqsədlə getməsi, son 5 ildə Azərbaycan Respublikasında hansı müddətdə olması, bu məlumatların onların həyatlarını başqa yaşayış yerində qurmaları barədə qənaətə gəlməyə əsas verib-vermədiyi çəkişmə prinsipinə riayət edilməklə əlavə araşdırma aparılaraq istinad edilən Mənzil Məcəlləsinin 60-cı və 87-ci maddələrinin tələbləri baxımından qiymətləndirilməlidir. Hüquqi dəyərləndirmə hər bir cavabdehə münasibətdə ayrılıqda, yekunda isə onların bir ailənin üzvləri olduqları nəzərə alınaraq birlikdə aparılmalıdır.

36. Məhkəmə kollegiyası hüquqi mövqeyini ##.##.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53, 54, 60 və 87-ci maddələrinə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1, 217.2, 217.3, 407.2 və 416.1-ci həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu ##.##.1999-cu il tarixli Qərarına istinadən əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

37. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2024-cü il tarixli qətnaməsinin cavabdehlər cavabdeh2, cavabdeh6, cavabdeh1 və X17 aid hissədə ləğv edilməsi, və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilərək cavabdehlər cavabdeh2, cavabdeh6, cavabdeh1 və X17 ünvan 1, ** saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir (hakimlər- hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər hakimlər X6 və X14 ibarət tərkibdə).

38. Təkrar apellyasiya araşdırılması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbləri baxımından (kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.) işə yanaşan apellyasiya məhkəməsi mübahisəyə dair ilk növbədə apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir.

39. Kollegiya qeyd etmişdir ki, ünvan 1, ** saylı mənzil Sumqayıt şəhər Icra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmiş ##.##.2006-cı il tarixli order əsasında iddiaçı İddiaçı ayrılması və həmin mənzilin dövlət mənzil fondunda aid olmaqla cavabdehlərin mübahisəli mənzildə istifadə hüquqlarının olması işin mübahisəsiz halıdır.

40. Kollegiya bildirmişdir ki, baxılan iş üzrə mübahisələndirilən hissədə iddia tələbi cavabdehlər cavabdeh2, cavabdeh6, cavabdeh1 və yetkinlik yaşına çatmamış X13 mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədədir.

41. Kollegiya həmçinin bildirmişdir ki, iddia ərizəsinin məzmunundan görünür ki, mübahisəli mənzilə order 2006-cı il tarixdə verildiyindən, hazırkı mübahisəyə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir.

42. Kollegiya həmçinin müəyyən etmişdir ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, ünvan 1, ** saylı mənzil dövlət mənzil fonduna aid olmaqla ##.##.2006-cı il tarixli order əsasında iddiaçı İddiaçı ayrılmış və onun övladları, o cümlədən nəvələri olan cavabdehlər 2009cu ilədək həmin mənzilə qeydiyyata düşmüşlər.

43. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən cavabdeh2 cavabdeh6 cavabdeh1, X17 ölkə hüdudlarından hansı tarixdə kənara çıxmaları və ölkəyə geri qayıtmaları barədə dövlət sərhədindən hərəkətləri barədə IAMAS bazasına istinad edən kollegiya vurğulamışdır ki, cavabdehlər ölkədə qısa müddətlərdə qalmışdır. Belə ki, son 5 ildə olan məlumatlarına nəzər yetirdikdə müəyyən olunur ki, cavabdeh cavabdeh2 ##.##.2019-##.##.2019, ##.##.2020-##.##.2020, ##.##.2023- ##.##.2023, ##.##.2023-##.##.2023, ##.##.2024- ##.##.2024, ##.##.2024-##.##.2024, cavabdeh1 ##.##.2019-##.##.2019, ##.##.2024- ##.##.2024, cavabdeh6 ##.##.2023-##.##.2023, Amaliya Pənahova ##.##.2023-##.##.2023, ##.##.2024- ##.##.2024, ##.##.2024-##.##.2024-cü il tarixlərdə qısa müddətlərdə ölkədə olmuşdur.

44. Bununla bağlı kollegiya həmçinin bildirmişdir ki, göründüyü kimi cavabdeh2 ##.##.2024-cü il tarixdə, cavabdeh1 ##.##.2024-cü il tarixdə, cavabdeh6 ##.##.2023-cü il tarixdə, X17 isə ##.##.2024-cü il tarixdə sonuncu dəfə ölkədən çıxış etmələrinə baxmayaraq, sonradan ölkəyə giriş etməmişlər.

45. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, yuxarıda qeyd olunan məlumatlar cavabdehlərin həyatlarını başqa yaşayış yerində qurmaları barədə qənaətə gəlməyə kifayət qədər əsas verdiyindən, başqa sözlə cavabdehlərin daimi əsaslarla həmin mənzili tərk etmələri öz təsdiqini tapdığından, onlara aid hissədə iddianı təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir.

46. Məhkəmə kollegiyası həmçinin kassasiya instansiya məhkəməsinin çəkişmə prinsipini təmin edilməsi, eləcə də cavabdehlərin ölkədən hansı məqsədlə getmələrini araşdırmaq üçün tərəflərin iştirakının təmin edilməsi barədə göstərişinə gəldikdə qeyd etmişdir ki, cavabdehlərin iştirakını təmin etmək üçün görülmüş tədbirlər (iş materiallarında olan ünvanlarına bildirişlər göndərilməsi) heç bir nəticə verməmişdir.

47. Məhkəmə kollegiyası hüquqi mövqeyini ## ####### 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60 və 87-ci; Mülki Prossesual Məcəlləsinin 217.2, 372.1, 372.7, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 və 420-ci həmçinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2011-ci il tarixli qərarı, Konstitusiya Məhkəməsinin ##.##.2013-cü il tarixli qərarı və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 1999-cu il tarixli qərarına istinadən əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a)Kassasiya şikayətinin dəlilləri

48. Qətnamədən cavabdeh cavabdeh2 (vəkil-vəkil1 Boris oğlu) kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ##### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin tamamilə ləğv olunması, iddia tələbinin qismən təmin olunması, iddianın cavabdeh2, cavabdeh6, cavabdeh1 və yetkinlik yaşına çatmamış X13 münasibətdə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

49. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyiizahatlarla, sənədlərlə əsaslandırmalı, yalnız tərəflərin təqdim etdiklərisübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda bunu etməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qərar qəbul edilərkən prosessual hüquq normalarının çoxsaylı pozuntularına yol verilmişdir və bu pozuntular nəticəsində düzgün olmayan qətnamə qəbul edilmişdir. Belə ki, iddianın predmetini mübahisəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi təşkil edir. Mübahisənin həlli, yəni cavabdehlərin mübahisəli mənzildən olan istifadə hüququnun itirilib itirilməməsinin müəyyən edilməsi üçün onların bu yaşayış sahəsini tərk etməsinin səbəbləri araşdırılmalı və bu tərk etmənin daimi və yaxud müvəqqəti əsaslarla olmasına qiymət verilməlidir. Iddia cavabdeh2, cavabdeh6, cavabdeh1 və yetkinlik yaşına çatmamış X13 münasibətdə təmin edilməməlidir. Belə ki, cavabdeh6, cavabdeh1 və yetkinlik yaşına çatmamış X13 Federasiyasında ali və orta təhsil alırlar. cavabdeh2 isə onların valideynidir. Həmin cavabdehlərin mübahisəli mənzildə yaşamamasının səbəbləri müvəqqəti əsaslarla bağlıdır, onlar mənzili daimi əsaslarla tərk etməmişdirlər. Bu səbəbdən cavabdehlər cavabdeh2, cavabdeh6, cavabdeh1 və yetkinlik yaşına çatmamış X13 mübahisəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilə bilməz. Bundan başqa iddiaçı tərəf həmin cavabdehlərin Rusiya Federasiyasının vətəndaşı olduqlarını bildirsə də, bu barədə məhkəməyə hər hansısübut təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tamvə obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdaredir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. Iddiaçı öz izahatlarında bildirsə də ki, cavabdehlər xaricə daimi əsaslarla köçüb və Rusiya vətəndaşlığı əldə ediblər, bu halı nəzərdə tutan sübutlar məhkəməyə təqdim etməmişdir.

50. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sumqayıt Apellyasiya Məhkəməsi bu mübahisəni bir tərəfli qaydada aparmağı ilə yanaşı həmdə, iddiaçının istifadə etdiyi hər sözü sübut kimi qiymətləndirmişdir.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

51. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır

Tətbiq edilən hüquq

##.##.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

52. Maddə 53. Icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. Icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

53. Maddə 54. Icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. Icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

54. Maddə 60. Icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

55. Maddə 87. Icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

60. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

61. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

62. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

65. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

66. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

67. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

68. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən mübahisələndirilən hissəsdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

69. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

70. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

71. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara ardıcıl hüquqi qiymət verilməklə, yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

72. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə bir daha qeyd edir ki, son 5 ildə olan məlumatlarına nəzər yetirdikdə müəyyən olunur ki, cavabdeh cavabdeh2 ##.##.2019-##.##.2019, ##.##.2020-##.##.2020, ##.##.2023- ##.##.2023, ##.##.2023-##.##.2023, ##.##.2024- ##.##.2024, ##.##.2024-##.##.2024, cavabdeh1 ##.##.2019-##.##.2019, ##.##.2024- ##.##.2024, cavabdeh6 ##.##.2023-##.##.2023, Amaliya Pənahova ##.##.2023-##.##.2023, ##.##.2024- ##.##.2024, ##.##.2024-##.##.2024-cü il tarixlərdə qısa müddətlərdə ölkədə olmuşdur. cavabdeh2 ##.##.2024-cü il tarixdə, cavabdeh1 ##.##.2024-cü il tarixdə, cavabdeh6 ##.##.2023-cü il tarixdə, X17 isə ##.##.2024-cü il tarixdə sonuncu dəfə ölkədən çıxış etmələrinə baxmayaraq, sonradan ölkəyə giriş etməmişlər. Cavabdehlər həyatlarını başqa yaşayış yerində qurduqlarından belə nəticəyə gəlmək olar ki, onlar daimi əsaslarla mübahisəli mənzili tərk etmişlər.

73. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

74. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ##### 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar