Məhkəmə qərarları › İş №2(1-8)-1613/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1613/2026

23.07.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1613/2026 23.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdehlər cavabdeh7, cavabdeh5, cavabdeh6, cavabdeh3, cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi ** saylı Yevlax Ərazi İdarəsinə və Bərdə Regional “Asan xidmət” Mərkəzində Notariat Kontoruna qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: mirasda payın müəyyən edilməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh7, cavabdeh5, cavabdeh6, cavabdeh3, cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi ** saylı Yevlax Ərazi İdarəsinə və Bərdə Regional “Asan xidmət” Mərkəzində Notariat Kontoruna qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi, vəsiyyət üzrə vərəsəlik payının müəyyən edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # #### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı (vəkil vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Yevlax rayonu, Qoyunbinəsi kəndində 0,27 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 63,90 kv.m. olan fərdi yaşayış evi ##.##.2019-cu il tarixdə 2019004684 qeydiyyat nömrəsi ilə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. X1, # ###### 1955-ci il tarixdə X2 evlənmiş və həmin nikahlarından beş övladları olmuşdur.

3. X1 notariat kontorunda ## ###### 1988-ci il tarixdə tərtib olunmuş vəsiyyətnaməyə əsasən bütün əmlakını, o cümlədən Yevlax şəhəri, Qoyunbinəsi kəndində yerləşən yaşayış evini nəvəsi İddiaçı vəsiyyət etmişdir.

4. X1 ## #### 2016-cı il tarixdə vəfat etmiş və onun sağ qalmış vərəsələri: övladları cavabdeh6, cavabdeh3, cavabdeh4, X8 və cavabdeh7 olmuşdur.

5. Qanun üzrə vərəsəlik hüququ haqqında ## #### 2019-cu il tarixli şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş ********** qeydiyyat nömrəli ## ###### 2019-cu il tarixli çıxarışa əsasən, miras qalmış Yevlax rayonu, Qoyunbinəsi kəndində 0,27 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 63,90 kv.m. olan fərdi yaşayış evi vərəsələrdən yalnız bir nəfərin, yəni iddiaçı İddiaçı anası cavabdeh4 mülkiyyətinə rəsmiləşdirilmişdir.

6. Yevlax Rayon Məhkəməsinin *(***)****/**** nömrəli, ## #### 2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar cavabdeh7, cavabdeh5, cavabdeh6 və cavabdeh3 cavabdeh cavabdeh4 qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Yevlax Ərazi idarəsi və X3 Xidmət Mərkəzi) cavabdehə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında ## #### 2019-cu il tarixli vərəsəlik şəhadətnaməsinin və ********** qeydiyyat nömrəli ## ###### 2019-cu il tarixli çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsi, miras əmlakın vərəsələr arasında bərabər bölünməsinə dair iddiası rədd edilmişdir.

7. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # #### 2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar cavabdeh7, cavabdeh5, cavabdeh6 və cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Yevlax Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli, ## #### 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, “Qanun üzrə vərəsəlik hüququ haqqında ## #### 2019-cu il tarixli şəhadətnamə və “********** qeydiyyat nömrəli ## ###### 2019-cu il tarixli çıxarış”ın ləğv edilməsi, iddiaçıların cavabdeh cavabdeh4 Yevlax rayonu, Qoyun binəsi kəndində 0,27 ha torpaq sahəsi və 63,90 kv.m. fərdi yaşayış evindən paylar bərabər hissədə bölünməklə vərəsələrin hər birinin payının 1/5 hissədə müəyyən edilməsi qət olunmuşdur.

8. Həmin qətnamədən cavabdeh cavabdeh4 və vəkili X4 tərəfindən verilmiş kassasiya şikayəti, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2022-ci il tarixli qərarı ilə təmin edilməmiş, apellyasiya məhkəməsinin # #### 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

9. İddiaçı İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinə əsasən, işdə iştirak etməyə cəlb olunmayan, lakin məhkəmə aktı ilə maraqlarına toxunulan şəxs kimi Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədrinə ərizə ilə müraciət edərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli ##.##.2022ci il tarixli qətnaməsinin onun maraqlarına toxunduğunu nəzərə alaraq, ərizənin təmin olunması barədə qərardad çıxarılmasını, mülki işin kassasiya baxışından çıxarılaraq kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # #### 2022-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs kimi İddiaçı verdiyi ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

10. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2022-ci il tarixli qərarından məhkəmə aktı ilə maraqlarına toxunan şəxs kimi ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin **(***)-**/**** nömrəli, # #### 2023-cü il tarixli qərardadı ilə həmin ərizə geri qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

11. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər cavabdeh7, cavabdeh5, cavabdeh6, cavabdeh3, cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi ** saylı Yevlax Ərazi İdarəsinə və Bərdə Regional “Asan xidmət” Mərkəzində Notariat Kontoruna (bundan sonra cavabdehlər, yaxud ad, soyadı, Ərazi idarəsi, Notariat Kontoru) qarşı iddia ərizəsi və dəqiqləşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum babası X1 miras qalmış Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən 0,27 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 63,90 kv.m. olan fərdi yaşayış evinə dair cavabdehlər cavabdeh7, cavabdeh5, cavabdeh6, cavabdeh3, cavabdeh4 münasibətdə açılmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, 9010130115387-***** reyestr nömrəsi olan çıxarışın ləğv edilməsi, babası X1 miras qalmış 0,27 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 63,90 kv.m. olan fərdi yaşayış evinə dair onun vəsiyyəti üzrə vərəsə hesab edilməklə, həmin əmlaka münasibətdə vəsiyyət üzrə vərəsə olaraq mirasdan payının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 ilə X2 # ###### 1955-ci il tarixdə evlənmişlər. Birgə nikahlarından beş övladları olmuşdur. X2 vəfat etmişdir. Babası X1 isə ## #### 2016-cı il tarixdə vəfat etmişdir. X1 VAZ-21213 minik markalı **-GL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi, Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən torpaq sahəsini və fərdi yaşayış evi miras qalmışdır. Cavabdehlərdən anası cavabdeh4 başqa digərləri mirası nə faktiki, nə də rəsmi olaraq qəbul etməmişlər. Anası, o cümlədən onlara mirası faktiki olaraq qəbul etmişlər. Cavabdeh cavabdeh4 ## #### 2019-cu il tarixdə notariat ofisinə müraciət edərək, X1 miras qalmış VAZ-21213 minik markalı **-GL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini, Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən torpaq sahəsini və fərdi yaşayış evini rəsmi olaraq qəbul etmişdir. Bu barədə cavabdehin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh Əfruz Səfərov həmin vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə dair adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Daha sonra cavabdehlər cavabdeh7, cavabdeh5, cavabdeh6 və cavabdeh3 məhkəməyə müraciət edərək “Qanun üzrə vərəsəlik hüququ haqqında” ## #### 2019-cu il tarixli vərəsəlik şəhadətnamə və “********** qeydiyyat nömrəli ## ###### 2019-cu il tarixli çıxarış” ləğv edilməsi, X1 Yevlax rayonu, Qoyunbinəsi kəndində 0,27 ha torpaq sahəsi və 63,90 kv.m. fərdi yaşayış evindən paylar bərabər hissədə bölünməklə vərəsələrin hər birinin payı 1/5 hissədə müəyyən edilməsini xahiş etmişlər, həmin iddia ilə bağlı *(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnamə qəbul edilmiş, həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Mərhum X1 ## ###### 1988ci il tarixli Yevlax notariat kontorunda tərtib olunmuş vəsiyyətnaməyə əsasən bütün əmlakını, o cümlədən Yevlax şəhəri, Qoyunbinəsi kəndində yerləşən yaşayış evini ona vəsiyyət etmişdir. Həmçinin cavabdeh3 və Səfərov Əfruz Musa qızı vəsiyyətnamə üzrə payların onun adına rəsmiləşdirilməsi və etiraz etməmələri barədə ərizələri də mövcuddur. X3 Xidmət mərkəzində notariat ofisində Yevlax rayonu, Qoyunbinəsi kəndində 0,27 ha torpaq sahəsi və 63,90 kv.m. fərdi yaşayış evi ilə bağlı vərəsəlik şəhadətnaməsi verən zaman qüvvədə olan vəsiyyətnamə nəzərə almamışdır. Yevlax rayonu, Qoyunbinəsi kəndində 0,27 ha torpaq sahəsi və 63,90 kv.m. fərdi yaşayış evdən babası vəfat etdikdən sonra onunda vərəsəlik hüququn tanınmalı, müəyyən olunmuş pay üzərində mülkiyyət hüququn Daşınmaz Əmlakının dövlət reyestrindən qeydiyyata alınmışdır. Cavabdehlərin adına verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə və onun əsasında alınmış 901013015387-***** reyestr nömrəli çıxarış ləğv edilməli, onun vəsiyyətnamə üzrə vərəsəlik hüququn tanınması və müəyyən olunmuş pay üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın dövlət reyestrində qeydiyyat alınmalıdır.

13. Məhkəmə iclasında cavabdeh cavabdeh7 nümayəndəsi və vəkili vəkil2 izahatında bildirmişdir ki, iddia ərizəsində də göstərildiyi kimi Yevlax rayonu Qoyunbinəsi kəndində 0,27 ha torpaq sahəsi və 63,90 kv.m. fərdi yaşayış evi X1 məxsus olmuşdur. Onun ölümündən sonra İ dərəcəli vərəsəli sırasından 5 qız övladı olduğu halda, cavabdeh4 (hazırkı iddiaçı Azərin anası) vərəsə dairəsini kiçildərək bütün evi öz adına keçirmişdir. Həmin hal digər bacılar tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş, iş üzrə yekun məhkəmə qərarı ilə Yevlax rayonu Qoyunbinəsi kəndində 0,27 ha torpaq sahəsi və 63,90 kv.m. fərdi yaşayış evi 5 bacı arasında hər birinin payı 1/5 olmaqla bölünmüşdür. Əvvəl də qeyd etdiyi kimi, həmin məhkəmə mübahisələri zamanı cavabdeh qismində çıxış etmiş cavabdeh4 iddiaçının anasıdır və məhkəmə proseslərindən də məlumatlı idi. İddiaçı həmin proseslər zamanı üçüncü şəxs qismində işə qoşula bilərdi. Lakin o, yalnız Ali Məhkəmənin yekun qərarı çıxandan sonra guya ona vəsiyyətnamə qoyulduğunu bildirməyə başladı. Həmçinin Azərin hazırkı işdə nümayəndəsi olan Nümayəndə ifadəsində deyir ki, vəsiyyətnamə qoyulan gündən bilirdik ki, evi Azərə vəsiyyət edib. Nümayəndə da əvvəlki bütün məhkəmə iclaslarında iştirak edib. Həmin işlər üzrə nə çıxışlarında, nə də şikayət ərizələrində bu halı mübahisələndirməmişlər. Həm İddiaçı, həm də cavabdeh4 ünvan 1 ünvanında qeydiyyatdadırlar və İddiaçı həmin məhkəmə prosesləri zamanı daim məhkəmələrə gəlib-gedirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Əlavə olaraq bildirdi ki, iddiaçı İddiaçı ona vəsiyyətnamə verildiyini bildirsə də, miras əmlakı faktiki olaraq da qəbul etməmişdir. Belə ki, Ali Məhkəmənin Plenumunun 0# #### 2023-cü il tarixli, **(***)-**/**** saylı qərardadında da göstərilmişdir ki, “məhkəmə iş materiallarını tələb etməklə öyrənmiş və belə qənaətə gəlmişdir ki, İddiaçı mirası qəbul etdiyinə dair rəsmi müraciəti, mirası faktiki qəbul etdiyinə dair mübahisəsiz sübutları ərizəsinə əlavə etmədiyindən məhkəmə aktı ilə maraqlarına toxunan şəxs kimi qəbul edilməsi mümkün deyil. Hazırkı iddia tələbində də mirası faktiki qəbul etməsi barədə heç bir sübut təqdim etməmişdir. Bundan başqa bildirmək istəyirik ki, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # #### 2022-ci il tarixli qətnaməsi əsasında cavabdehlər hər biri öz payına mütənasib şəkildə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. Həmin çıxarışların da ləğv edilməsi mümkün deyildir. Çünki çıxarışlar qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında verilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı İddiaçı cavabdehlər cavabdeh7, cavabdeh5, cavabdeh6, cavabdeh3, cavabdeh4, Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Yevlax Ərazi İdarəsinə və X3 Xidmət Mərkəzinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi, vəsiyyət üzrə vərəsəlik payının müəyyən edilməsi.” tələbinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasında cavabdeh cavabdeh7 izahat verərək bildirmişdir ki, X1 onun atası, cavabdeh5, cavabdeh6, cavabdeh3 və cavabdeh4 isə bacılarıdır. Onlar 5 bacı olmuşlar. Yevlax rayonu Qoyunbinəsi kəndində 0,27 ha torpaq sahəsi və 63,90 kv.m fərdi yaşayış evi atasına məxsus olmuş, atasından onlara miras qalmışdır. Ümumiyyətlə, Azər uzun illərdir ölkə xaricindədir. Azər həmin evdə 1 gün belə yaşamamışdır. Atasına da ölən gününədək onlar baxmışdır. Bacısı Əfruz öz gəlini ilə yola getmədiyi üçün onlar, yəni bacılar hamısı razılıq vermişlər ki, gəlini və oğlu həmin evdə müvəqqəti yaşasınlar. Onlar da düşünmüşlər ki, “qoy ata ocaqlarında yaşayış olsun.” Lakin bacısı Əfruz və onun yoldaşı bundan sui-istifadə edib, notariusda atanın vərəsə dairəsini kiçildərək bütün evi öz adına keçirmişdir. Bacılar olaraq onlar da məhkəmədə həmin halı mübahisələndirmişlər. Uzun məhkəmə çəkişməsindən sonra ədalətli qərar qəbul olunmuş və miras 5 bacı arasında bölünmüşdür. Əgər hazırkı işdə deyildiyi kimi, əmlak oğluna miras qalmışdısa, niyə həmin vaxt bu vəsiyyətnaməni ortaya çıxarmırdılar? Əvvəlki məhkəmə mübahisəsi zamanı da Ali Məhkəmə işin hallarını düzgün qiymətləndirib qərarı ləğv etmişdir. İndi bütün məhkəmə mübahisəsi yekunlaşandan sonra yenidən iddia verirlər. Odur ki, iddia tələbinin əsassız olduğundan rədd olunmasını xahiş etmişdir.

15. Məhkəmə iclaslarında cavabdehlər cavabdeh6 və cavabdeh3 digər cavabdeh cavabdeh7 ilə eyni məzmunlu izahat vermişlər.

16. Yevlax Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)- ****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Aybəniz Babayeva) iddia tələbinin rədd edilməsi qət olunmuşdur.

17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Yevlax Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli, ## #### 2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar cavabdeh7, cavabdeh5, cavabdeh6 və cavabdeh3 cavabdeh cavabdeh4 qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Yevlax Ərazi idarəsi və X3 Xidmət Mərkəzi) cavabdehə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında ## #### 2019-cu il tarixli vərəsəlik şəhadətnaməsinin və ********** qeydiyyat nömrəli ## ###### 2019-cu il tarixli çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsi, miras əmlakın vərəsələr arasında bərabər bölünməsinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçılar cavabdeh7, cavabdeh5, cavabdeh6 və cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ######## 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti rədd edilmiş, Yevlax Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin ## ######## 2021-ci il tarixli qətnaməsindən cavabdeh7 tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qərarı ilə, cavabdeh7 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ali Məhkəmə qeyd edilən qərarını onunla əsaslandırmışdır ki, cavabdeh7, cavabdeh5, cavabdeh6 və cavabdeh3 atalarının vəfatından sonra miras əmlakın varlığından hali olmuş, həmin əmlak barədə iradə ifadələrini digər bacıları cavabdeh4 öz oğlu və gəlini ilə ailədaxili münaqişələrinin olmasını nəzərə alaraq, bacısı oğlunun və gəlinin həmin evə köçürülməsinə şifahi razılıq verməklə bildirmişlər. Bununla da, mirası faktiki qəbul etməklə, mülkiyyətçi funksiyalarını yerinə yetirmişlər.

18. Məhkəmə həmçinin qeyd etmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin # #### 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Yevlax Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, “Qanun üzrə vərəsəlik hüququ haqqında” ## #### 2019cu il tarixli vərəsəlik şəhadətnamə və “********** qeydiyyat nömrəli ## ###### 2019-cu il tarixli çıxarış”ın ləğv edilməsi, iddiaçıların cavabdeh cavabdeh4 Yevlax rayonu, Qoyun binəsi kəndində 0,27 ha torpaq sahəsi və 63,90 kv.m. fərdi yaşayış evindən paylar bərabər hissədə bölünməklə vərəsələrin hər birinin payının 1/5 hissədə müəyyən edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin # #### 2022ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh4 və vəkili X4 tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi # #### 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

19. Məhkəmə onu da qeyd etmişdir ki, hazırkı iddia tələbində iddiaçının tələbini əsaslandırdığı hallar İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2022-ci il tarixli qərarından məhkəmə aktı ilə maraqlarına toxunan şəxs kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna ünvanladığı ərizənin əsaslandırması ilə tamamilə eynidir. Ali Məhkəmənin Plenumunun **(***)-**/**** nömrəli, # #### 2023-cü il tarixli qərardadı ilə iddiaçının həmin ərizəsi geri qaytarılmışdır. Həmin qərardad məhkəmə hazırlıq iclası zamanı cavabdehin vəkili tərəfindən təqdim edilmişdir və məhkəmə həmin vaxt bu qərardadla tanış olmuşdur. Məhkəmə iclasları zamanı, iddiaçı İddiaçı vəkili və nümayəndəsi suallara cavab olaraq, yuxarıda qeyd edilən # #### 2023-cü il tarixli qərardaddan sonra yenidən İddiaçı tərəfindən Ali Məhkəmənin Plenumuna müraciət edilmədiyini və hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edildiyini bildirmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2022-ci il tarixli qərarı hal-hazırda qüvvədədir və ləğv edilməmişdir.

20. Məhkəmə daha sonra qeyd etmişdir ki, məhkəmə qərarının qanuni qüvvəyə minməsi nəticə etibarı ilə pozitiv və neqativ mənada özünü göstərir. Pozitiv mənada qanuni qüvvəyə minmiş məhkəmə qərarı preyudisial effektə malik olur. Neqativ mənada götürdükdə isə qanuni qüvvəyə minmiş məhkəmə qərarı həll edilmiş mübahisə üzrə təkrar məhkəmə icraatını, bir qayda olaraq, istisna edir.

21. Məhkəmə hesab etmişdir ki, hazırkı iddia tələbi üzrə iddiaçı İddiaçı əvvəlki məhkəmə mübahisəsində tərəf olmadığından və Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilə bilmədiyindən, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2022-ci il tarixli qərarı hal-hazırda qüvvədə olduğundan hazırkı iddia tələbi rədd edilməlidir.

22. Birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 71, 129-cu maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “Delcourt Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli, “X7rşı” iş üzrə ## ####### 1984-cü il tarixli qərarlarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 15.2, 77.1, 88, 106.1, 217.4, 419.4, 422, 423.2, 426-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

23. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qətnaməni qanunsuz və əsassızdır. Belə ki, məhkəmə işə birtərəfli və səthi yanaşmışdır. İşin həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri düzgün əsaslandırılmamışdır. Babası X1 vəfat etdikdən sonra ondan miras qalmış Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən 0,27 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 63,90 kv.m. olan fərdi yaşayış evinə qanun üzrə vərəsəlik işi açılan zaman, o, vəsiyyət üzrə vərəsə olaraq işə cəlb edilməmiş və bu hal da vəsiyyət üzrə vərəsə olaraq onun hüquqlarını pozur və mənafeyinə mühüm ziyan vurur. Babası X1 tərəfindən ona edilmiş vəsiyyətnamə qüvvədən düşməmişdir. Vəsiyyətnamənin qüvvədə olmasına dair o, Dövlət Notariat Arxivindən təsdiq edilmiş, hal-hazıradək qüvvədə olan vəsiyyətnaməni əldə edərək Məhkəməyə təqdim etmişdir. Məhkəmə mülki qanunvericiliyin tələblərinə istinad etməklə ədalətli, qanuni və əsaslı məhkəmə aktı qəbul etməli idi. Əfsuslar olsun ki, iş üzrə qəbul edilmiş məhkəmə aktı səthi və birtərəfli qəbul edilmiş, əsaslandırılmamışdır. Məhkəmə iddia tələbinin əsasını düzgün qiymətləndirməmişdir. Hansı ki, o, iddia tələbini əsaslandıraraq bildirmişdir ki, o, mərhum babasının vəsiyyət üzrə vərəsəsidir. Babası tərəfindən ona verilmiş vəsiyyətnamə mübahisələndirilməmiş, o cümlədən ləğv edilməmiş və etibarsız hesab edilməmişdir. Məhkəmə onu vəsiyyət üzrə vərəsə olaraq tanımamaqla birbaşa qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə onu vəsiyyət üzrə vərəsə olaraq tanınmamasını əsaslandırmamışdır. Məhkəmə iddia tələbini rədd etməklə onun vərəsəlik hüquqlarını pozmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən Dövlət vərəsəlik hüququna təminat verir.

25. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, # #### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Elçin Mehdiyev-sədrlik edən və məruzəçi, Elman İsayev və Taleh Musayev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin babası X1 vəfat etdikdən sonra ondan miras qalmış Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən 0,27 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 63,90 kv.m. olan fərdi yaşayış evinə qanun üzrə vərəsəlik işi açılan zaman, onun vəsiyyət üzrə vərəsə olaraq işə cəlb edilməməsi, bu halın vəsiyyət üzrə vərəsə olaraq onun hüquqlarını pozması və mənafeyinə mühüm ziyan vurmasına dair dəlilinə münasibətdə qeyd etmişdir ki, işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qərardadından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, # #### 2022-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs kimi İddiaçı verdiyi ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2022-ci il tarixli qərarından əlavə kassasiya qaydasında Ali Məhkəmənin Plenumuna müraciət etmək hüququ olması izah edilmişdir.

27. Beləliklə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən şikayətin dəlilində qeyd edilən məsələlər üzrə müvafiq qərardadlar qəbul edilmişdir.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin babası X1 tərəfindən ona edilmiş vəsiyyətnamənin mübahisələndirilməməsi, ləğv edilməməsi, etibarsız hesab edilməməsi, qüvvədən düşməməsi, məhkəmənin iddia tələbini rədd etməklə onun vərəsəlik hüquqlarını pozmasına dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman, yəni mirasın açıldığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

29. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, xeyrinə vəsiyyətnamənin qoyulması mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan normaların tələbləri baxımından iddiaçını mirasın qəbulu ilə bağlı prosedurlara riayət etmək vəzifəsindən azad etməmişdir.

30. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı İddiaçı tərəfindən mirasın qəbulu ilə bağlı notariata ərizə verilməsi və xeyrinə vəsiyyətnamə qoyulmuş mirası qanunla müəyyən edilmiş müddət ərzində faktiki olaraq da qəbul etməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

31. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ####### 2020-ci il tarixli qərarına əsasən vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur.

32. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.

33. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 1133.1, 1134.1, 1145, 1151.1, 1159.1, 1159.1.1, 1166, 1179.1, 1243.1-ci maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2020-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217, 218.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

34. Qətnamədən iddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, babası X1 vəfat etdikdən sonra ondan miras qalmış Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən 0,27 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 63,90 kv.m. olan fərdi yaşayış evinə qanun üzrə vərəsəlik işi açılan zaman, o, vəsiyyət üzrə vərəsə olaraq işə cəlb edilməmiş və bu hal da vəsiyyət üzrə vərəsə olaraq onun hüquqlarını pozur və mənafeyinə mühüm ziyan vurur. Bütün bu hallar əvvəlki məhkəmə instansiyalarında nəzərə alınmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

36. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

37. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

38. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

39. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

40. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

41. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar.

42. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

43. Maddə 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.

44. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

45. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. (## ###### 2023-cü il tarixədək qüvvədə olub) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

50. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

53. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

56. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Məhkəmə kollegiyası kassasiya şikayətinin, babası vəfat etdikdən sonra ondan miras qalmış əmlaka qanun üzrə vərəsəlik işi açılan zaman, iddiaçının vəsiyyət üzrə vərəsə olaraq işə cəlb edilməməsi və bu halın da vəsiyyət üzrə vərəsə olaraq onun hüquqlarını pozması barədə dəlilinə münasibət bildirərək həmin dəlili əsassız hesab edir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin oxşar dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, xeyrinə vəsiyyətnamənin qoyulması mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan normaların tələbləri baxımından iddiaçını mirasın qəbulu ilə bağlı prosedurlara riayət etmək vəzifəsindən azad etməmişdir. İddiaçı İddiaçı tərəfindən mirasın qəbulu ilə bağlı notariata ərizə verilməsi və xeyrinə vəsiyyətnamə qoyulmuş mirası qanunla müəyyən edilmiş müddət ərzində faktiki olaraq da qəbul etməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

60. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

61. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

62. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

64. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, 0# #### 2026cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar