Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1629/2026 15.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi”; Mülki mübahisənin kateqoriyası: Əmək münasibətlərindən irəli gələn mübahisələr; Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (İşə bərpa tələbi);Sübutetməyükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2026-cı il # #### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Həmkarlar İttifaqı Komitəsinin ##.##.2025-ci il tarixli qərarına əsasən, Xidmətin Təşkilati nəzarət baş idarəsinin rəisi, R Əziz Hidayevin ##.##.2025-ci il tarixli təqdimatına əsasən Xidmətin Suraxanı rayon idarəsinin kargüzarı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə razılıq verilmişdir.
2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ##.##.2025-ci il tarixli ** saylı əmrinə əsasən, hərbi vəzifəlilərə qarşı qanunsuz tələb irəli sürdüyünə görə İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməyə təqdim olunması kadr və kadr hazırlığı baş idarəsinə tapşırılmışdır.
3. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ##.##.2025-ci il tarixli Ə-193 ş/h saylı əmrinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda (72-ci maddəsinin e bəndi əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi)) müvafiq olaraq İddiaçı (bundan sonra mətndə-iddiaçı) ## #### 2025-ci il tarixdən Suraxanı rayon idarəsinin kargüzarı vəzifəsindən azad edilməklə əmək müqaviləsi ləğv edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (bundan sonra mətndə-cavabdeh Xidmət) qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Xidməti ilə iddiaçı aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ## #### 2025-ci il tarixli, Ə-***ş/h nömrəli əmrin etibarsız hesab edilməsi, iddiaçının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin kargüzarı vəzifəsinə işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün iddiaçıya əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia ərizəsini belə əsaslandırılmışdır ki, iddiaçı artıq 30 ildən çoxdur ki, hərbi komissarlıq və hərbi xidmətə çağırış strukturlarında əmək fəaliyyəti ilə məşğul olmuşdur. O, sonuncu iş yeri kimi uzun müddət Cavabdeh Bakı şəhəri, Suraxanı rayon idarəsinin kargüzarı vəzifəsində çalışmışdır. O, bu dövr ərzində dəfələrlə öz peşəkarlığına görə mükafatlar və fəxri fərmanlarla təltif olunmuşdur. Həmçinin, kollektiv içərisində öz peşəkarlığı və səriştəli olmağı ilə fərqlənmişdir. Təsadüfi deyil ki, əmək funksiyasını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində fərqləndiyinə görə ## ###### 2018-ci il tarixli əmrlə iddiaçıya təşəkkür elan edilmiş, ## ###### 2022-ci il tarixli əmrlə iddiaçıya pul mükafatı verilmiş, ## ###### 2020-ci il tarixində əmək funksiyasını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində fərqləndiyinə görə Xidmət tərəfindən Fəxri Fərmanla, ## #### 2021-ci il tarixində isə “Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi” tərəfindən Vətən Müharibəsi zamanı arxa cəbhədə göstərdiyi fədakarlığa görə Fəxri Fərmanla təltif edilmişdir. Diqqətinizə çatdırmaq istəyirik ki, Cavabdeh ## #### 2025-ci il tarixli, Ə-***ş/h nömrəli əmri (bundan sonra “Əmr”) ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam vermişdir. Əmrə əsasən, iddiaçı guya Əmək Məcəlləsinin 72-ci maddəsinin e bəndini (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) pozmuşdur. Cavabdeh əmrdə həmçinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin ## #### 2025-ci il tarixli, ** nömrəli əmrini əsas göstərmişdir. Diqqətinizə çatdırmaq istəyirik ki, cavabdeh Xidməti rəisinin ## #### 2025-ci il tarixli, ** nömrəli əmrində qeyd edilmişdir ki, iddiaçı cavabdehin adına mənfi rəyin formalaşmasına zəmin yaratdığına və bu hərəkətləri ilə Xidmətin adına xələl gətirdiyinə görə Suraxanı rayon idarəsinin kargüzarı vəzifəsindən azad edilməlidir (Əmək məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən). Lakin qeyd edilənlər tamamilə əsassız və qanunsuzdur. Belə ki, Asəf Qafarzadə ## ###### 2024-cu il tarixində oğlu Ramiz Qafarov üçün qılmalğaS“ vəziyyətinin müəyyən edilməsi akt”ını Suraxanı rayon idarəsinə təqdim etmiş və ilkin hərbi qeydiyyata alınmasını tələb etmişdir. İddiaçı sənədləri Vahid Elektron İnformasiya Sistemində qeydiyyata almış və # ###### 2025-ci il tarixində sənədləri Xidmətin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Şərur rayon şöbəsinə göndərilmişdir. Onu da qeyd etməyi zəruri hesab edirik ki, ## ###### 2025-ci il tarixində Ramiz Qafarov hərbi xidmətə yararlı hesab edilərək ilkin hərbi qeydiyyata alınmışdır. Lakin daha sonra, Asəf Qafarzadə Xidmətə müraciət edərək, İddiaçı ona qarşı guya qanunsuz tələblər irəli sürdüyünü bildirmişdir. Əslində isə belə bir hal baş verməmiş və Xidmət vətəndaş tərəfindən irəli sürülən şikayətin dəlillərini obyektiv araşdırmadan iddiaçı barəsində qanunsuz əmr qəbul etmişdir. İddiaçı cavabdehin mənafeyinə hər hansı xələl gətirməmiş, əksinə, öz vəzifəsini layiqincə icra etmişdir. Əlavə olaraq bildiririk ki, Xidmət tərəfindən işçiyə münasibətdə əmək müqaviləsinin xitamı zamanı kobud pozuntulara yol verilmişdir. Belə ki, əmr ## #### 2025-ci il tarixli olduğu halda əmrin özündə əmək müqaviləsinə ## #### 2025-ci il tarixdən xitam verilməsi göstərilmiş, əmrin surəti, əmək kitabçası işçiyə gec təqdim edilmiş və son haqqhesab Əmək Məcəlləsinin 83-cü maddəsinin tələbləri kobud surətdə pozulmaqla ödənilmişdir. Əmək münasibətlərinə xitam zamanı Cavabdeh Əmək Məcəlləsinin tələblərinə məhəl qoymamış, işçinin hüquqlarını pozmuş və qanunazidd davranmışdır.
6. İddiaçı iddia ərizəsinin məzmununun dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin 6-cı abzasının aşağıdakı redaksiyada qəbul edilməsini: - “R. Qafarov ## ###### 2024-cü il tarixində Suraxanı rayon idarəsinin Hərbi-həkim komissiyası tərəfindən müayinə edildikdən sonra Bakı Baş Səhiyyə Mərkəzinin * nömrəli Birləşmiş Şəhər Xəstəxanasında məcburi diaqnostik müayinələrdən keçmiş və atası A.Qafarzadə “Sağlamlıq vəziyyətinin müəyyən edilməsi akt”ını ## ###### 2024-cü il tarixində idarənin kargüzarı İddiaçı təqdim etmişdir. R.Qafarovun ilkin hərbi qeydiyyata alınması haqda məlumatların Xidmətin Vahid Elektron İnformasiya Sisteminə (VEİS) yüklənməsi üçün aidiyyatı sənədlər Suraxanı rayon idarəsi tərəfindən # ###### 2025-ci il tarixində Xidmətin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Şərur rayon şöbəsinə göndərilmiş və o, ## ###### 2025-ci il tarixində tibbi şəhadətləndirilməklə “hərbi xidmətə yararlı” hesab edilərək ilkin hərbi qeydiyyata alınmışdır.” xahiş etmişdir.
7. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ## #### 2025-ci il tarixli, Ə-***ş/h nömrəli əmrin ləğv edilməsi, İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin kargüzarı vəzifəsinə işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün iddiaçıya əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh Xidmət iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Xidmətin Həmkarlar İttifaqı Komitəsinin iclasının ##.##.2025-ci il tarixli protokoluna əsasən, Xidmətin Suraxanı rayon idarəsinin kargüzarı İddiaçı Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə müvafiq olaraq işdən azad edilməsinə razılıq verilmişdir. Müəyyən edilmişdir ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı rayonunda yaşayan ##.##.2008-ci il təvəllüdlü Ramiz Qafarov ötən ilin dekabr ayında şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün atası Asəf Qafarzadə ilə birlikdə “ASAN xidmət” mərkəzinə müraciət etmiş, lakin R.Qafarov ilkin hərbi qeydiyyata alınmadığından faktiki yaşadığı ərazi aidiyyəti üzrə Xidmətin Suraxanı rayon idarəsinə yönləndirilmişdir. R.Qafarov ##.##.2024-cü il tarixdə Suraxanı rayon idarəsinin Hərbi-həkim komissiyası tərəfindən müayinə edildikdən sonra Bakı Baş Səhiyyə Mərkəzinin * nömrəli Birləşmiş Şəhər Xəstəxanasında məcburi diaqnostik müayinələrdən keçmiş və atası A.Qafarzadə “Sağlamlıq vəziyyətinin müəyyən edilməsi aktını ##.##.2024-cü il tarixdə idarənin kargüzarı İddiaçı təqdim etmişdir. R.Qafarovun ilkin hərbi qeydiyyata alınması haqda məlumatların Xidmətin Vahid elektron informasiya sisteminə (VEİS) yüklənməsi üçün aidiyyəti sənədlər Suraxanı rayon idarəsi tərəfindən 07.01,2025-ci il tarixdə Xidmətin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Şərur rayon şöbəsinə göndərilmiş və o, ##.##.2025-ci il tarixdə tibbi şədahətləndirilməklə “hərbi xidmətə yararlı” hesab edilərək ilkin hərbi qeydiyyata alınmışdır. Vətəndaş A.Qafarzadənin şikayəti əsasında aparılmış xidməti təhqiqatla müəyyən edilmişdir ki, kargüzar İddiaçı 17 və ## ###### 2024cü il tarixlərdə R.Qafarovun sənədərinin Xidmətin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Şərur rayon şöbəsinə göndərilməsi müqabilində atası A.Qafarzadəyə qarşı qanunsuz tələblər irəli sürmüş, həmçinin qeyd olunan sənədlər ##.##.2025-ci il tarixdə göndərildiyi halda ##.##.2025-ci il tarixdə işin gedişatı ilə maraqlanan sonuncuya qarşı analoji hərəkətlərə yol verməklə vətəndaşın haqlı şikayətinə və Xidmət haqqında mənfi rəyin formalaşmasına zəmin yaratmışdır. Xidmət rəisinin ##.##.2025-ci il tarixli ** nömrəli əmrinə əsasən, əmək qanunvericiliyinin tələblərini pozaraq ilkin hərbi qeydiyyata alınmalı olan R.Qafarovun sənədlərinin Şərur rayon şöbəsinə göndərilməsi müqabilində valideyninə qarşı qanunsuz tələblər irəli sürməklə və həmin faktın araşdırılması prosesində yalan izahat verməklə vətəndaşın haqlı şikayətinə və Xidmət haqqında mənfi rəyin formalaşmasına zəmin yaratdığına, bu hərəkətləri ilə Xidmətin adına xələl gətirdiyinə görə Xidmətin Suraxanı rayon idarəsinin kargüzarı iddiaçının əmək müqaviləsi Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Həmçinin xidməti təhqiqat materialı hüquqi qiymət verilməsi üçün ##.##.2025-ci il tarixli *-**/*-***/**** nömrəli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Bununla da İddiaçı öz əməlləri ilə etdiyi hərəkətlərlə Xidmətin nüfuzuna və ictimaiyyət arasında qazandığı imicinə xələl gətirmiş və cavabdeh haqlı olaraq onun əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir. Onu da qeyd etmək istərdik ki, Xidmətin əməkdaşları qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, onlardan imtina etməlidir. Maddi və qeyrimaddi nemətlər, imtiyazlar və ya güzəştlər ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməklə yanaşı maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər onun qulluq keçdiyi dövlət orqanına akt üzrə təhvil verilməlidir. Xidmətin əməkdaşları xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan, və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Onlar vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir və etik davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. Həmçinin, Azərbaycan Respublikasının, dövlət orqanının nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. İnsanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. İddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli (hakim R.N.Qafarova) qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, işin materiallarından görünür ki, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası SHXÇDX ünvanlanmış məktubdan görünür ki, “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş X1 müraciətində qeyd edilmiş xüsusatların araşdırılaraq nəticəsi barədə Baş prokurorluğa və müraciət müəllifinə məlumat verilməsi xahiş olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Baş prokuroruna ünvanlanmış təqrirdən görünür ki, Qafarzadə Asəf Ramiz oğlu Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161- Qaynar 11. xətt” əlaqə mərkəzinə müraciət edərək, oğlu X2 hərbi xidmətə aparılması üçün qeydiyyatdan keçmək məqsədilə səfərbərlik və hərbi xidmətə çağırış xidmətinin Suraxanı rayon şöbəsində ** nömrəli otaqda adını bilmədiyi əmkdaş ondan 81 manat tələb etmişdir. Mübahisələndirilən əmrdə istinad edilən Azərbaycan Respublikasının Əmək Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
12. Göründüyü kimi, qeyd edilən normada əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilə bilməsi üçün 3 əsas nəzərdə tutulmuşdur ki, onlardan biri də bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrinin kobud şəkildə pozulmasıdır.
13. İddiaçı onun barəsində aparılan xidməti araşdırmanın əsassız olmasını bildirsə də, iddiaçıdan şikayət edən şəxsin qərəzli olaraq onun barəsində şikayət etməsini göstərsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut növü təqdim edə bilməmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinə, 11-ci maddəsinin 1-ci hissəsinin, “a”, “b” və “d” bəndlərinə, 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinə, 70-ci maddənin “ç” bəndinə, 71-ci maddəsinin 2-ci hissəsinə, 72-ci maddəsinin “e” bəndinə və 3-cü hissəsinə, 186-cı maddəsinin 1-ci və 2-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
15. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Cavabdeh ## #### 2025-ci il tarixli, Ə-***ş/h nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam vermişdir. Əmrə əsasən, İddiaçı guya Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndini (əmək fəaliyyətizamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) pozmuşdur. Cavabdeh Əmrdə həmçinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin ## #### 2025-ci il tarixli, ** nömrəli əmrini əsas göstərmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin ## #### 2025-ci il tarixli, ** nömrəli əmrində qeyd edilmişdir ki, iddiaçı cavabdehin adına mənfi rəyin formalaşmasına zəmin yaratdığına və bu hərəkətləri ilə Xidmətin adına xələl gətirdiyinə görə Suraxanı rayon idarəsinin kargüzarı vəzifəsindən azad edilməlidir (Əmək məcəlləsinin 70-cimaddəsinin ç bəndinəəsasən). Əmrdə qeyd edilənlər tamamilə qanunsuz və əsassızdır. Belə ki, Ramiz Qafarov ## ###### 2024-cü il tarixində Suraxanı rayon idarəsinin Hərbi-həkim komissiyası tərəfindən müayinə edildikdən sonra Bakı Baş Səhiyyə Mərkəzinin * nömrəli Birləşmiş Şəhər Xəstəxanasında məcburi diaqnostik müayinələrdən keçmiş və atası Asəf Qafarzadə “Sağlamlıq vəziyyətinin müəyyən edilməsi aktını ## ###### 2024-cü il tarixində idarənin kargüzarı İddiaçı təqdim etmişdir. Ramiz Qafarovun ilkin hərbi qeydiyyata alınması haqda məlumatların Xidmətin Vahid Elektron İnformasiya Sisteminə (VEİS) yüklənməsi üçün aidiyyatı sənədlər Suraxanı rayon idarəsi tərəfindən # ###### 2025-ci il tarixində Xidmətin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Şərur rayon şöbəsinə göndərilmiş və o, ## ###### 2025-ci il tarixində tibbi şəhadətləndirilməklə “hərbi xidmətə yararlı” hesab edilərək ilkin hərbi qeydiyyata alınmışdır. Lakin daha sonra, Asəf Qafarzadə Xidmətə müraciət edərək, İddiaçı ona qarşı guya qanunsuz tələblər irəli sürdüyünü bildirmişdir. Əslində isə belə bir hal baş verməmiş və Xidmət vətəndaş tərəfindən irəli sürülən şikayətin dəlillərini obyektiv araşdırmadan Ruhiyyə Mustafayeva barəsində qanunsuz əmr qəbul etmişdir. İddiaçı cavabdehin mənafeyinə hər hansı xələl gətirməmiş,əksinə, öz vəzifəsini layiqincə icra etmişdir. Eyni zamanda, Xidmət tərəfindən işçiyə münasibətdə əmək müqaviləsinin xitamı zamanı kobud pozuntulara yol verilmişdir. Belə ki, Əmr ## #### 2025-ci il tarixli olduğu halda Əmrin özündə əmək müqaviləsinə ## #### 2025ci il tarixdən xitam verilməsi göstərilmiş, əmrin surəti, əmək kitabçası işçiyə gec təqdim edilmiş və son haqq-hesab Əmək Məcəlləsinin 49.5 maddənin əmr və xitam rəsmiləşdirilməsi ilə bağlı tələbləri, eyni zamanda 83- cü maddəsinin tələbləri kobud surətdə pozulmaqla ödənilmişdir. Əmək münasibətlərinə xitam zamanı Xidmət Əmək Məcəlləsinin tələblərinə məhəl qoymamış, işçinin hüquqlarını pozmuş və qanunazidd davranmışdır. Xidmətin qərəzli və məqsədyönlü davranışı onun intizam tənbehini növünün seçilməsində də öz əksini tapmaqdadır. İddiaçının hər hansı bir hüquq pozuntusuna yol verməsi və ya əmək funksiyalarını yerinə yetirməməsi ilə bağlı hər hansı bir faktın mövcud olmamasına baxmayaraq, Xidmət tərəfindən intizam tənbehinin ən ağır forması — yəni əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğvi tətbiq edilmişdir. Halbuki, Əmək Məcəlləsinin 186.3-cü maddəsinə əsasən, Xidmət intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini (bu halda Xidmətin İddiaçıya verdiyi Fəxri Fərmanlar, mükafatlar və digərləri) onun törətdiyi xətanın xarakterini nəzərə almalı idi. Xidmətin qərəzli yanaşmasının bir digərfaktı Əmək Məcəlləsinin 71.3-cü maddəsinə tələblərin yerinə yetirilməməsidir. Belə ki, həmin maddəyə əsasən işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri ilə ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Lakin iddiaçı tərəfindən guya ciddi pozuntu törədilməsi ilə bağlı irəli sürülən hal Xidmət tərəfindən heç bir şəkildə sübuta yetirilməmişdir. Bu məqam Xidmət tərəfindən təqdim edilmiş materiallarda da öz əksini tapır. Belə ki, həmin materiallarda əsassız və sübuta yetirilməmiş mülahizələrdən və X1 tərəfindən Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə edilmiş müraciətin mövcudluğundan başqa hər hansı fakt və ya sübut yoxdur. Həmin müraciət araşdırılmamış, iş materialları üzrə Prokurorluq tərəfindən heç bir rəsmi münasibət verilməmişdir. Hətta, məhkəmə tərəfindən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sözügedən xüsusatla bağlı sorğu göndərilsə də, həmin sorğuya ümumiyyətlə cavab verilməmiş və məhkəmə də həmin hissədə əlavə araşdırma aparmamışdır. Xidmətin və eləcə də məhkəmənin yanaşmasından belə çıxır ki, əgər hər hansı bir vətəndaş dövlət qurumlarında işləyən şəxsdən şikayət verirsə, həmin şəxs işdən azad edilməlidir. Halbuki, bu yanaşma doğru deyil, vətəndaşın şikayətində göstərilən bütün xüsusatlar araşdırılmalı, həqiqətən dövlət qurumunda çalışan şəxsin şikayətdə istinad edilən hüquq pozuntularına yol verib-verməməsi dəqiq müəyyən edilməlidir. Hazırkı işdə isə Xidmətə prokurorluq orqanı tərəfindən araşdırılması üçün məlumat daxil olduqdan sonra Xidmət əməkdaşları obyektiv və hərtərəfli araşdırma aparmaq əvəzinə, məsələyə qərəzli yanaşaraq və əvvəldən müəyyən etdikləri nəticəyə nail olmaq üçün hər vəchlə işçini işdən azad etmək yolunu seçmişlər. Xüsusilə vurğulamaq istəyir ki, iş materiallarında iddiaçının korrupsiya hüquq pozuntusuna yol verməsi ilə bağlı hər hansı sübut yoxdur. Birinci növbədə belə bir hal baş versə idi,müvafiq orqan özü iddiaçını dəvət edib ən azından izahatını ala bilərdi. Lakin, belə bir hal baş verməmişdir. Hətta, prokurorluq orqanı buna lüzum görməmiş xidməti araşdırma aparmaq üçün bunu Xidmətin özünə göndərmişdir. Xidmətin təqdim etdiyi sənədlərdən iddiaçının vətəndaşa münasibətdə hər hansı hüquq pozuntusuna yol verməsi sübuta yetirilmir. Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən Əmək Müqaviləsinə xitam edilməsi zəruriyyətin olmaması eyni zamanda Əmək Məcəlləsinin72-ci maddəsinin normaları ilə da qənaətə gəlmək olar. Həmin maddədə əmək vəzifələrinin kobud şəkildə pozulması kimi hesab edilən hallar təsvir olunmaqdadır (Məsələn: Əmək funksiyasını pozduğuna görəəvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması;), və sadalanan halların heç biri iddiaçının fəaliyyəti nəticəsində baş verməmişdir və iddiaçının davranışı həmin maddədə sadalanan hallardan hər hansı birinə uyğun olduğunu sübut edilməmişdir. Məhkəmə “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş X1 müraciətin araşdırılaraq nəticəsi barədə Baş prokurorluğa və müraciət müəllifinə məlumat verilməsi barədə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası SHXÇDX ünvanlanmış məktuba və Azərbaycan Respublikasının Baş prokuroru Rnə ünvanlanmış təqrirə; Əmək Məcəlləsinin tələblərini pozularaq tərtib edilmiş və icra olunmuş Əmrə istinad etməklə kifayətlənmişdir. Halbuki, Əmrdə göstərilən xüsusatlarla bağlı sübutetmə yükünün cavabdehin üzərində olması ilə bağlı məsələyə diqqət yetirməmişdir. Əmrdə göstərilən hallar isə iş materiallarında olan və cavabdeh tərəfindən təqdim edilmiş sənədlərlə öz təsdiqini tapmır. Beləliklə, birinci instansiya məhkəməsi MPM-nin 14-cü maddəsinin tələblərini pozaraq sübutların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etməmiş, nəticədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Eyni zamanda, məhkəmə iş üzrə bütün sübutların araşdırılması prinsiplərini pozmuş, birtərəfli mövqe nümayiş etdirmiş və nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Xüsusilə vurğulamaq istəyir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (inirəlkilədhö) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70- ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Bu müddəa Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş hallara işçi tərəfindən yol verildiyini sübut edilməsi yükünün işəgötürənin üzərinə qoyulmasını müəyyən edir. Birinci instansiya məhkəməsi isə sübutetmə yükü ilə bağlı bu xüsusatı nəzərdən qaçırmışdır.
17. İddiaçının nümayəndəsi vəkil vəkil2 məhkəmə kollegiyasının iclasında iştirak edərək apellyasiya şikayətinin məzmununa uyğun izahat verib və qeyd edib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin ## #### 2025-ci il tarixli, ** nömrəli əmrində iddiaçının cavabdehin adına mənfi rəyin formalaşmasına zəmin yaratdığına və bu hərəkətləri ilə Xidmətin adına xələl gətirdiyinə görə Suraxanı rayon idarəsinin kargüzarı vəzifəsindən azad edilməsinin qeyd edildiyini, lakin əmrin qanuniliyinin cavabdeh tərəfindən əsaslandırılmadığını, iddiaçı tərəfindən cavabdehin mənafeyinə hər hansı xələl gətirilmədiyini, əksinə, öz vəzifəsini layiqincə icra etdiyini, həmçinin birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sorğu göndərildiyini, lakin həmin sorğuya cavab gəlmədiyi halda məhkəmənin yekun məhkəmə aktını qəbul etdiyini, bunun özünün də prosessual pozuntu olduğunu, iddiaçıya cavabdeh tərəfindən dəfələrlə ərizəsini yazıb çıxmasının, əks halda onu maddə ilə çıxaracaqlarını bildirdiklərini, bir vətəndaşın öz təsdiqini tapmayan əsassız şikayəti əsasında 30 ilin işçisinin belə ağır maddə ilə işdən azad edilməsinin qanunazidd olduğunu, iddiaçı tərəfindən həqiqətən də korrupsiya hüquqpozması olsa idi Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin bununla bağlı bir tədbir görə biləcəyini, lakin bir dəfə izahatının alınması üçün belə olsa Baş İdarəyə çağırılmadığını qeyd etmiş, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməsini xahiş etmişdir.
18. İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak edərək şikayətin dəlillərinə uyğun izahat verib və qeyd edib ki, vətəndaşın dekabr ayının sonlarına doğru oğlunun qeydiyyat məsələsinə baxılaraq sənədləşmənin aparılmasını və müvafiq məlumatların bazaya yerləşdirilməsini istədiyini, lakin vətəndaşa onun qeydiyyat ünvanı üzrə Şərur rayonuna müraciət edilməsinin izah edildiyini, hətta gec müraciət etdiyi üçün 31 manat rüsum ödəməliolduğunun da ona izah edildiyini, ilin sonu olduğundan və 25 dekabra qədər bütün məktublar göndərilməli olduğundan, yanvar ayının 6 da yəni bayramdan sonrakı ilk iş günündə vətəndaşın müraciətinin aidiyyatı üzrə baxılması üçün Şərur rayonuna göndərildiyini, onun tərəfindən vətəndaşdan öz xidməti vəzifəsini yerinə yetirməsi qarşılığında heç bir pul istənilmədiyini, vətəndaşın qərəzli olaraq belə yalan və əsası olmayan iddialar ortaya atdığını qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
19. Cavabdehin nümayəndəsi X4 məhkəmə kollegiyasının iclasında iştirak edərək apellyasiya şikayətini əsassız hesab etdiyini,iddiaçı tərəfindən vətəndaşdan xidməti vəzifəsinə zidd olaraq pul istənildiyini, iddiaçı izahatında birbaşa buna etiraf etməsə də, bunu inkar da etmədiyini, Azərbaycan Respublikası Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən göndərilmiş məktub əsasında iddiaçı barəsində xidməti araşdırma aparıldığını, yalnız iddiaçının və şikayət verən şəxsin izahatlarının alınması ilə araşdırmanın bitdiyini, və bu barədə Azərbaycan Respublikası Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də məlumat verildiyini, idarə tərəfindən həmin məlumatdan sonra onlara hər hansı məktubun daxil olmadığını, həmçinin iddiaçının vətəndaşdan 31 manat deyil, 81 manat tələb etdiyini,dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakimlər- F.Ş.Talışınski (sədrlik edən və məruzəçi), G.M.Abbasova, M.A.Məmmədov) iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ## #### 2025-ci il tarixli, Ə-***ş/h nömrəli əmrin ləğv edilməsi, İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin kargüzarı vəzifəsinə işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün İddiaçı əmək haqqı ödənilməsi qət edilmişdir.
21. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının işdən azad edilməsi ilə bağlı qəbul edilmiş əmr əsaslandırılmamışdır. Belə ki, vətəndaşın Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlamış şikayəti ərizəsi araşdırılması və nəticəsi barədə məlumat verilməsi üçün cavabdehə göndərilmiş, cavabdeh isə araşdırmanın nəticəsi olaraq iddiaçı ilə bağlanmış Əmək Müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermiş, araşdırmanın nəticəsi barədə məlumatı da Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərmiş, onlardan isə araşdırmanın nəticəsi barədə növbəti məktub daxil olmamış, hüquq pozuntusunun səciyyəsinin cinayət əməli ilə bağlı olması nəzərə alınaraq cinayət təqibinin aparılması müəyyən edilməmişdir. İddiaçının vətəndaşdan qanunsuz istəklərinin olması heç bir sübutla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən iddiaçının əməllərinin qanunsuz hesab edilməsi ilə bağlı hüquqi dəyərləndirmə aparılmamışdır. Belə olduğu təqdirdə öz təsdiqini tapmayan vətəndaşın şikayəti əsasında uzun illər iş təcrübəsi olan, əvvəllər hər hansı intizam məsuliyyətinə cəlb edilməyən işçinin bu qədər ağır maddə ilə işdən azad edilməsi Əmək qanunvericiliyinin təməl prinsipləri ilə ziddiyyət təşkil edir.
22. Birinci instansiya məhkəməsi iddiaçının barəsində aparılan xidməti araşdırmanın əsassız olmasını, iddiaçıdan şikayət edən şəxsin qərəzli olaraq onun barəsində şikayət etməsini sübut etmə yükünün iddiaçının üzərində olmasını qeyd etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, istinad edilən əməllər cinayət təqibi nəticəsində hüquq mühafizə orqanı, sonda da məhkəmə tərəfindən yekun qiymət verilməli olan əməldir ki, bu da təqsirsizlik prezumpsiyasına müvafiq təqsirləndirilən şəxsin belə öz təqsirsizliyini sübut etmək vəzifəsindən azad edir. Bundan əlavə, cavabdehin tərtib etdiyi müqaviləyə xitam verilmə barədə əmrində istinad edilən maddənin dispozitiv şərtinə müvafiq əsaslar da müəyyən edilməmişdir.
38. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2 və 3-cü hissələrinə, 72-ci maddəsinin “e” bəndinə, 83-cü maddəsinin 1 və 2-ci hissələrinə, 186-cı maddəsinin 1-4-cü hissələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 48, 77.1, 78.1, 81-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri:
51. Cavabdeh Xidmət (vəkil – vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
52. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası SHXÇDX ünvanlanmış məktubdan görünür ki, “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş X1 müraciətində qeyd edilmiş xüsusatların araşdırılaraq nəticəsi barədə Baş prokurorluğa və müraciət müəllifinə məlumat verilməsi xahiş olunmuşdur.
53. Azərbaycan Respublikasının Baş prokuroruna ünvanlanmış təqrirdən görünür ki, Qafarzadə Asəf Ramiz oğlu Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə müraciət edərək, oğlu X2 hərbi xidmətə aparılması üçün qeydiyyatdan keçmək məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırışüzrə Dövlət Xidmətinin Suraxanı rayon şöbəsində ** nömrəli otaqda adını bilmədiyi əmkdaş ondan 81 manat tələb etmişdir. Mübahisələndirilən əmrdə istinad edilən Azərbaycan Respublikasının Əmək Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Göründüyü kimi, qeyd edilən normada əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilə bilməsi üçün 3 əsas nəzərdə tutulmuşdur ki, onlardan biri də bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrinin kobud şəkildə pozulmasıdır.
54. İddiaçı onun arəsində aparılan xidməti araşdırmanın əsassız olmasını bildirsə də, iddiaçıdan şikayət edən şəxsin qərəzli olaraq onun barəsində şikayət etməsini göstərsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut növü təqdim edə bilməmişdir. Qeyd olunan məsələ ilə əlaqədar Xidmət tərəfindən araşdırma aparılmış və vətəndaş X1 müraciətində göstərdiyi hallar izahatlar və digər sübutlarla təsdiqini tapmışdır.
55. Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı rayonunda yaşayan ##.##.2008-ci il təvəllüdlü Ramiz Qafarov ötən ilin dekabr ayında şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün atası Asəf Qafarzadə ilə birlikdə “ASAN xidmət” mərkəzinə müraciət etmiş, lakin R.Qafarov ilkin hərbi qeydiyyata alınmadığından faktiki yaşadığı ərazi aidiyyəti üzrə Xidmətin Suraxanı rayon idarəsinə yönləndirilmişdir. R.Qafarov ##.##.2024-cü il tarixdə Suraxanı rayon idarəsinin Hərbi-həkim komissiyası tərəfindən müayinə edildikdən sonra Bakı Baş Səhiyyə Mərkəzinin * nömrəli Birləşmiş Şəhər Xəstəxanasında məcburi diaqnostik müayinələrdən keçmiş və atası A.Qafarzadə “Sağlamlıq vəziyyətinin müəyyən edilməsi aktını ##.##.2024-cü il tarixdə idarənin kargüzarı İddiaçı təqdim etmişdir. R.Qafarovun ilkin hərbi qeydiyyata alınması haqda məlumatların Xidmətin Vahid elektron informasiya sisteminə (VEİS) yüklənməsi üçün aidiyyəti sənədlər Suraxanı rayon idarəsi tərəfindən ##.##.2025-ci il tarixdə Xidmətin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Şərur rayon şöbəsinə göndərilmiş və o, ##.##.2025-ci il tarixdə tibbi şədahətləndirilməklə “hərbi xidmətə yararlı” hesab edilərək ilkin hərbi qeydiyyata alınmışdır.
56. Vətəndaş A.Qafarzadənin şikayəti əsasında aparılmış xidməti təhqiqatla müəyyən edilmişdir ki, kargüzar İddiaçı 17 və ## ###### 2024-cü il tarixlərdə R.Qafarovun sənədərinin Xidmətin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Şərur rayon şöbəsinə göndərilməsi müqabilində atasıA.Qafarzadəyə qarşı qanunsuz tələblər irəli sürmüş, həmçinin qeyd olunan sənədlər ##.##.2025-ci il tarixdə göndərildiyi halda ##.##.2025-ci il tarixdə işin gedişatı ilə maraqlanan sonuncuya qarşı analoji hərəkətlərə yol verməklə vətəndaşın haqlı şikayətinə və Xidmət haqqında mənfi rəyin formalaşmasına zəmin yaratmışdır. Həmçinin iddiaçı tərəfindən vətəndaşdan xidməti vəzifəsinə zidd olaraq pul istənildiyini, iddiaçı izahatında birbaşa buna etiraf etməsə də, bunu inkar da etmədiyi izahatından aşkar şəkildə görünür.
57. Xidmət rəisinin ##.##.2025-ci il tarixli ** nömrəli əmrinə əsasən, əmək qanunvericiliyinin tələblərini pozaraq ilkin hərbi qeydiyyata alınmalı olan R.Qafarovun sənədlərinin Şərur rayon şöbəsinə göndərilməsi müqabilində valideyninə qarşı qanunsuz tələblər irəli sürməklə və həmin faktın araşdırılması prosesində yalan izahat verməklə vətəndaşın haqlı şikayətinə və Xidmət haqqında mənfi rəyin formalaşmasına zəmin yaratdığına, bu hərəkətləri ilə Xidmətin adına xələl gətirdiyinə görə Xidmətin Suraxanı rayon idarəsinin kargüzarı İddiaçı əmək müqaviləsi Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Həmçinin xidməti təhqiqat materialı hüquqi qiymət verilməsi üçün ##.##.2025ci il tarixli *-**/*-***/**** nömrəli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Bununla da İddiaçı öz əməlləri ilə etdiyi hərəkətlərlə Xidmətin nüfuzuna və ictimaiyyət arasında qazandığı imicinə xələl gətirmiş və cavabdeh haqlı olaraq onun əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir.
58. Xidmətin əməkdaşları qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməklə yanaşı maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər onun qulluq keçdiyi dövlət orqanına akt üzrə təhvil verilməlidir. Xidmətin əməkdaşları xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan, və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Onlar vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir və etik davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. Həmçinin, Azərbaycan Respublikasının, dövlət orqanının nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. İnsanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.
59. Xidmət rəisinin ##.##.2025-ci il tarixli ** nömrəli əmrinə əsasən, əmək qanunvericiliyinin tələblərini pozaraq ilkin hərbi qeydiyyata alınmalı olan R.Qafarovun sənədlərinin Şərur rayon şöbəsinə göndərilməsi müqabilində valideyninə qarşı qanunsuz tələblər irəli sürməklə və həmin faktın araşdırılması prosesində yalan izahat verməklə vətəndaşın haqlı şikayətinə və Xidmət haqqında mənfi rəyin formalaşmasına zəmin yaratdığına, bu hərəkətləri ilə Xidmətin adına xələl gətirdiyinə görə Xidmətin Suraxanı rayon idarəsinin kargüzarı İddiaçı əmək müqaviləsi Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Həmçinin xidməti təhqiqat materialı hüquqi qiymət verilməsi üçün ##.##.2025ci il tarixli *-**/*-***/**** nömrəli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.
60. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubu və bunun əsasında vətəndaş A.Qafarzadənin şikayəti əsasında aparılmış xidməti təhqiqatla müəyyən edilmiş kargüzar İddiaçı 17 və ## ###### 2024-cü il tarixlərdə R.Qafarovun sənədərinin Xidmətin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Şərur rayon şöbəsinə göndərilməsi müqabilində atası A.Qafarzadəyə qarşı qanunsuz tələblər irəli sürməsi, həmçinin qeyd olunan sənədlərin ##.##.2025-ci il tarixdə göndərildiyi halda ##.##.2025-ci il tarixdə işin gedişatı ilə maraqlanan sonuncuya qarşı analoji hərəkətlərə yol verməklə vətəndaşın haqlı şikayətinə və Xidmət haqqında mənfi rəyin formalaşması məhkəmə tərəfindən nəzərə alınmamışdır.
61. Apellyasiya prosesində məhkəmə MPM-nin göstərilən tələblərinə əməl etməyərək sübutların qiymətləndirilməsinə obyektiv yanaşmamışdır.
51. Kassasiya şikayyətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 70-ci maddəsinin “ç” bəndinə, 71, 72, 80-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14.1,14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
52. İddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 Azad oğlu tərəfindən kassasiya şikayətinə qarşı etiraz verilərək cavabdehin Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətininin təmin edilməməsi, həmin qətnamənin dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Əmək Məcəlləsi (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya):
53. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
54. Maddə 71
2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
55. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; 56.
57. Maddə 186.
1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.
4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
60. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
61. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
64. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
65. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri:
66. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
67. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
68. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbini pozulmuşdur.
69. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının işdən azad edilməsi ilə bağlı qəbul edilmiş əmr əsaslandırılmamışdır. Belə ki, vətəndaşın Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlamış şikayəti ərizəsi araşdırılması və nəticəsi barədə məlumat verilməsi üçün cavabdehə göndərilmiş, cavabdeh isə araşdırmanın nəticəsi olaraq iddiaçı ilə bağlanmış Əmək Müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermiş, araşdırmanın nəticəsi barədə məlumatı da Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərmiş, onlardan isə araşdırmanın nəticəsi barədə növbəti məktub daxil olmamış, hüquq pozuntusunun səciyyəsinin cinayət əməli ilə bağlı olması nəzərə alınaraq cinayət təqibinin aparılması müəyyən edilməmişdir. İddiaçının vətəndaşdan qanunsuz istəklərinin olması heç bir sübutla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən iddiaçının əməllərinin qanunsuz hesab edilməsi ilə bağlı hüquqi dəyərləndirmə aparılmamışdır. Belə olduğu təqdirdə öz təsdiqini tapmayan vətəndaşın şikayəti əsasında uzun illər iş təcrübəsi olan, əvvəllər hər hansı intizam məsuliyyətinə cəlb edilməyən işçinin bu qədər ağır maddə ilə işdən azad edilməsi Əmək qanunvericiliyinin təməl prinsipləri ilə ziddiyyət təşkil edir.
70. Kassasiya kollegiyası qeyd edilən əsaslandırma ilə razılaşmır. Belə ki, məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iş üzrə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad edilməklə həmin Məcəllənin 72-ci maddəsinin “ e” bəndində nəzərdə tutulmuş hal-əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi halına görə xitam verilmişdir. Həmin halın müəyyən edilməsi üçün işçinin əməlində cinayət tərkibinin olmasının qanunvericilkdə nəzərdə tutulmuş qaydada müəyyən edilməsinə ehtiyac yoxdur. Yəni işçinin cinayət tərkibi yaratamayan əməlləri də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinin tərkibini formalaşdıra bilər.
71. Nəzərə alınmalıdır ki, iş materiallarında (iş v. 78-82) “X6 müraciəti əsasında aparılmış xidməti təhqiqatın nəticəsinə dair” rəy mövcuddur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin rəyə mülki prosessual hüquq normalarının tələbinə uyğun hüquqi qiymət verilməmişdir.
72. Həmçinin iş materialları ilə (iç v.70) təsdiq edilir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi ## ###### 2025-ci il tarixində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət ünvanlanaraq X10 barəsində cinayət işinin başlanıb-başlanılmaması, araşdırmanın aparılıb-aparılmamsı, araşdırmanın nəticəsi, hər hansı yekun qərarın qəbul edilib-edilməməsi barədə məlumat verilməsi xahiş olunmuşdur. Apellyasiya instansiyası həmin müraciətin nəticəsində hər hansı bir cavabın verilibverilmədiyini araşdıraraq müəyyən etməli, əgər cavab verilməmişdirsə müvafiq cavabın əldə edilməsi üçün prosessual imkanlardan istifadə edərək araşdırmanın nəticəsində işin hallarına məcmu şəkildə hüquqi qiymət verməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi göstərilən istiqamətdə də araşdırma və hüquqi dəyərləndirmə aparmamışdır.
73. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların araşdırılması və qiymətləndirilməsi ilə əlaqədar prosessual hüquq normalarının tələbini pozulmuşdur.
74. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması düzgün olmayan məhkəmə qətnaməsi qəbul edilməsi ilə nəticələnmişdir.
75. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
76. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» ## ###### 2005-ci il tarixli * saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
77. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarı).
78. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2006-cı il tarixli qərarı)
79. Yuxarıda göstərilənlərə görə də cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən şərh edilən nöqsanlar aradan qaldırılmalı, maddi və prosessual hüquq normalarının tələbinə uyğun, qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.
80. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.