Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1640/2026 15.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar iddiaçı2, iddiaçı1 cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: etibarnamənin qanunsuz hesab olunması, bağışlama müqaviləsinin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar iddiaçı2, iddiaçı1 cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 qarşı “etibarnamənin qanunsuz hesab olunması, bağışlama müqaviləsinin etibarsızlığı, çıxarışın ləğv olunması, mülkiyyətin rəsmiləşdirilməsi tələbinə dair” tələbinə dair iddia ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il # #### tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. X1 və cavabdeh2 birgə nikahdan iddiaçı2, iddiaçı1 və cavabdeh3 oğlu anadan olmuşlar. cavabdeh1 cavabdeh2 bacısı, X1 isə baldızıdır.
2. ünvan * saylı ev * saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2008ci il tarixli 4Ə484 reyestr saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ##.##.2008ci il tarixdə cavabdeh1 adına qeydiyyatdan keçmişdir.
3. * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli cavab məktubuna əsasən, həmin əmlak sökülmüş, Xətai rayon Icra Hakimiyyəti Başçısının 421 №li ##.##.2009-cu il tarixli sərəncamından çıxarışa, Xətai rayon Icra Hakimiyyəti Başçısının 194 №li ##.##.2009-cu il tarixli sərəncamından çıxarışa, razılaşdırılmış eskiz layihəyə əsasən ##.##.2012-ci il tarixdə ünvan * saylı fərdi yaşayış evi kimi cavabdeh1 adına qeydiyyatdan keçmişdir.
4. cavabdeh1 ##.##.2024-cü il tarixdə * saylı Bakı «Asan xidmət» mərkəzində notariat ofisində cavabdeh3 reyestrdə 7E-24560 nömrə ilə qeyd olunmuş etibarnamə vermiş və ünvan 5 ünvanda yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evi ##.##.2024-cü il tarixli, reyestrdə 4 Ə-2816 № ilə qeydə alınmış bağışlama müqaviləsinə əsasən cavabdeh3 tərəfindən anası cavabdeh2 adına rəsmiləşdirilmiş, hazırda da mülkiyyətindədir.
5. cavabdeh1 Azərbaycan Respublikasının Qaçqınlar Komitəsinin Xətai rayon sektorunun müdirinə ##.##.2015-ci il tarixdə ** saylı Notariat kontorunda notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o özünə məxsus ünvan * saylı ünvanda yerləşən evdə Cəbrayıl rayonundan məcburi köçkün olan qonşusu X1 7 nəfərdən ibarət ailə üzvlərinin məskunlaşmasına razıdır.
6. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ##.##.2024-cü ildə vəfat etmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh cavabdeh1 qarşı «mülkiyyətin rəsmiləşdirilmsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hal-hazırda Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən ##.##.2008-ci il tarixdə verilmiş ****** qeydiyyat nömrəli çıxarışla mülkiyyət hüquqları rəsmiləşdirilmiş cavabdeh cavabdeh1 mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinin 1\4 hissədə iddiaçı iddiaçı2 Vaşid qızının, 1\4 hissədə isə iddiaçı1 adına rəsmiləşdirilməklə mülkiyyətlərinə keçirilməsi vəzifəsinin (öhdəliyinin) cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Iddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçıların atası mərhum X1 hazırki iş üzrə cavabdehin adına rəsmiləşdirilmiş olduğu və hazırda da onun mükiyyətində olan Bakı şəhəri, Xətai rayonu, H.Aslanov küçəsi, 33№li fərdi yaşayış evini və həmin evin yerləşdiyi torpaq sahəsini əldə etmişdir. Vaxtı ilə cavabdehlə iddiaçıların atası razılaşmışlar ki, haqqında danışılan fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi bir müddət cavabdehin adında qalsın, sonra yenidən həm torpaq sahəsi, həm də onun üzərində inşa edilmiş fərdi yaşayış evini Vahid Dadaşovun özünə və ya onun istədiyi şəxsin adına qaytarar. Qeyd edilən fərdi yaşayış evinə mülkiyyət hüququ cavabdehin adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən ##.##.2008-ci il tarixdə verilmiş ****** qeydiyyat nömrəli müvafiq çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh mərhum X1 arvadının bacısı, yəni, baldızı olmuşdur. X2 saglığında cavabdeh onun şəxsən özünə, haqqında danışılan mübahisəli evə dair əlli il müddətinə etibarnamə belə vermişdir. Həmçinin cavabdeh Azərbaycan Respublikasının Qaçqınlar Komitəsinin Xətai rayon sektorunun müdirinə ##.##.2015-ci il tarixdə notariat qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək X1 ailə üzvləri haqqında danışılan fərdi yaşayış evində məskunlaşmasına razılıq vermişdir. Bütün bunlar onu bildirir ki, bu rəsmiləşdirilmiş sənədlərin hamısı Vahid Dadaşovun sağlığında olmuş və həmin fərdi yaşayış evində də cavabdeh heç vaxt yaşamamışdır. Göstərilən mülkiyyət münasibətləri ancaq formal xarakter daşımış və hətta bu günləri cavabdeh də bilir ki, evin həqiqi mülkiyyət sahibi Vahid Dadaşov olmuşdur. Bunu hətta cavabdehin ailə üzvləri və eləcə də, qohumlar içərisində təsdiq edəcək bir çox şəxslər vardır və evin Vahid Dadaşov tərəfindən əldə edildiyini, ona məxsusluğunu, həm də daim həmin evdə cavabdehin deyil, Vahid Dadaşovun yaşadığını təsdiqləyə bilərlər. X1 uzun sürən ağır xəstəlikdən ##.##.2024-cü il tarixdə ölmüşdür. Xəstəliyinin səbəbi kimi qaraciyər xərçəngi olmuş və bu zaman onun vaxtı olmamışdır ki, bu ərəfədə adı çəkilən fərdi yaşayış evini və həmin evin yerləşdiyi torpaq sahəsini öz adına yenidən rəsmiləşdirsin. Iddiaçılar X1 övladları olmaqla həm də mülki qanunvericiliyin tələb və göstərişləri üzrə qanun üzrə vərəsələri sayılırlar. Bu səbəbdən iddiaçıların hər biri cavabdehə müraciət edərək atalarından qalan bu əmlakı onların adlarına keçirmələrini istəmələrinə baxmayaraq X1 ölümündən sonra müxtəlif bəhanələr gətirərək yayınmağa başlamışdır. Baxmayaraq ki, bunu cavabdeh özü də yaxşı bilir ki, fərdi yaşayış evi X1 olduğundan onun övladlarına və digər vərəsələri olarsa, onlara çatmaladır. Lakin cavabdeh üzərinə düşən bu öhdəliyi mənəvi borcunu yerinə yetirməkdən yayınmaqla haqqı olanları iddiaçılara verməkdən imtina edir.
9. Məhkəmə baxışı dövründə iddiaçılar iddia tələblərinin həcminin artırılması və bununla əlaqədar digər şəxslərin iş üzrə cavabdeh qismində cəlb olunmaları barədə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən ##.##.2008-ci il tarixdə verilmiş ****** qeydiyyat nömrəli çıxarışla mülkiyyət hüquqları rəsmiləşdirilmiş cavabdeh cavabdeh1 mülkiyyətində olan ünvan 3 saylı ünvanda yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinə dair onun cavabdeh3 xeyrinə ##.##.2024-cü il tarixlə * saylı Bakı «Asan Xidmət» mərkəzində yerləşən notariat ofisində verdiyi 7 E-24560 №li etibarnamənin etibarsız hesab olunması, ünvan 1 ünvanda yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinə dair cavabdeh1 adından etibarnamə ilə nümayəndəsi qismində iştirak etmiş cavabdeh3 tərəfindən anası cavabdeh2 adına rəsmiləşdirilmiş ##.##.2024-cü il tarixli, reyestrdə 4 Ə-2816 № ilə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab olunması, ünvan 2 ünvanda yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinə dair mülkiyyət hüquqları barədə verilmiş çıxarışın ləğv olunması və iddia ərizəsi üzrə verilmiş ilkin iddia tələblərinin dəyişdirilmədən qüvvədə saxlanması nəzərə alınmaqla qətnamə qəbul edilməsi xahiş edilmişdir.
10. Cavabdehlər cavabdeh3 və cavabdeh2 adından nümayəndələri tərəfindən verilmiş iddia ərizəsinə etirazda göstərilmişdir ki, ünvan * saylı evin torpaq sahəsini 2009-cu ildə cavabdeh3 almış, həmin torpaq sahəsində ev inşa etmiş, mübahisəli evi xalası cavabdeh1 adına rəsmiləşdirmişdir. Sonradan mübahisəli ev üçün xalasından ##.##.2024-cü il tarixdə etibarnamə almış, həmin etibarnamə əsasında evi ##.##.2024-cü ildə anası cavabdeh2 hədiyyə etmişdir. Bu zaman qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Iddiaçı tərəf mübahisəli evin və onun altındakı torpaq sahəsinin mərhum ataları Vahid Dadaşova məxsus olduqlarını göstərsələr də bu faktı təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsi hazırki iş üzrə iddiaçıların maraqları baxımından nəzərə alınmamalıdır. Mülkiyyətçi öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və sərəncam vermək hüququ vardır. Qanunvericiliyə əsasən torpaq üzərində mülkiyyət hüququnun əldə edilməsi dövlət qeydiyyatından keçdikdən sonra yaranır. Istər iddiaçıların, istərsə də onların mərhum ataları X1 mübahisəli evə və onun altındakı torpaq sahəsinə mülkiyyətlərini təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Cavabdeh cavabdeh1 iddia ərizəsinin təmin olunması barədə Bakı şəhəri, * saylı Notariat ofisində verdiyi ərizəsindən elə həmin * saylı ofisdə də imtina etmiş və bu barədə ərizəsini məhkəməyə ünvanlanmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələbləri baxımından mübahisəli ev və onun altındakı torpaq sahəsi iddia edildiyi qaydada alınsa idi, bu o deməkdir ki, onun 1\2 hissəsi cavabdeh2 birgə nikah dövründə əldə edilmiş əmlak kimi payıdır və yalnız yerdə qalan 1\2 hissəsi miras kütləsinə daxil olmaqla onda cavabdeh2 payı 5\8 hissə, qalan digər vərəsələrin hər birinin payı isə 1\8 müəyyən edilə bilər. Lakin yuxarıda göstərildiyi kimi nə mübahisəli evin, nə də onun altındakı torpaq sahəsinin mərhum X1 məxsus olması və ya onun mülkiyyətində olması barədə heç bir sübut yoxdur.
11. Cavabdeh cavabdeh1 * saylı Notariat ofisi tərəfindən ##.##.2025-ci il tarixdə imzası təsdiq edilmiş ************* saylı ərizə ilə müraciət edərək göstərmişdir ki, o, e-*(***)-****/**** nömrəli iş üzrə iddiaçılar iddiaçı1 və iddiaçı2 tərəfindən ona qarşı verilmiş “mənzilə mülkiyyət hüququ üzrə payın ayrılması tələbinə dair” iddia ərizəsi ilə tanışdır və həmin iddia tələbləri tərəfindən qəbul olunur. Verilmiş iddia tələblərində göstərilən bütün xüsusatlar tam həqiqəti əks etdirir, heç bir etiraz və qarşılıqlı tələb irəli sürmədən tam qəbul edir. Xahiş edir ki, iddiaçılar tərəfindən verilmiş iddia ərizəsinin tam şəkildə təmin olunması barədə müvafiq qətnamə qəbul edilsin.
12. Həmçinin cavabdeh cavabdeh1 * saylı Notariat ofisi tərəfindən ##.##.2025-ci il tarixdə imzası təsdiq edilmiş ************* saylı ərizə ilə müraciət edərək göstərmişdir ki, o, ##.##.2025-ci il tarixdə Bakı şəhəri, * saylı notariat ofisində 8i*** reyestr nömrəsi ilə təsdiq edilmiş ərizə vermişdir. Fikrini dəyişməsi səbəbindən yuxarıda qeyd edilən ərizədən imtina edir. Xahiş edir ki, yuxarıda göstərilən ərizədən imtina etməyi barədə «Elektron notariat» informasiya sistemində qeyd yazılmasını və ərizə başqa notariat ofisində təsdiq edilibsə bu ərizənin dərhal sistem vasitəsilə ərizəni təsdiq etmiş notariusa göndərilməsi təmin edilsin.
13. Cavabdeh cavabdeh1 * saylı Notariat ofisi tərəfindən ##.##.2025-ci il tarixdə imzası təsdiq edilmiş ************* saylı ərizə ilə müraciət edərək göstərmişdir ki, e-*(***)-****/**** nömrəli iş üzrə iddiaçılar iddiaçı1 və iddiaçı2 tərəfindən ona qarşı verilmiş “mənzilə mülkiyyət hüququ üzrə payın ayrılması tələbinə dair” iddia ərizəsi ilə razı deyildir, ərizədə göstərilənləri düzgün anlamamış və ona görə ##.##.2025-ci il tarixli 8i-*** reyestr nömrəli ərizəyə xitam vermişdir.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əlizadə Maarif ifadəsində göstərmişdir ki, o, Vahid Dadaşovu 15 ildir tanımış və yaxın dostu olmuş, Elnarəni və Gülnazı tanıyır. Bildirmək istəyir ki, o mübahisəli evdə Fərhad adlı şəxsin təklifi ilə elektrik və santexnik işləri görmüş, materialları Ceyhun alırdı, əmək haqqını isə Vahid verirdi. Lakin bu işlərin nə vaxt olmasını uzun müddət keçdiyi üçün xatırlaya bilmir.
15. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Adilə Paşayeva) ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələblərinin rədd olunması qət edilmişdir.
16. Məhkəmə işin faktiki və araşdırılmış halları ilə bağlı qeyd etmişdir ki, mübahisəli evin * saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2008-ci il tarixli 4Ə-484 reyestr saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ##.##.2008-ci il tarixdə cavabdeh1 adına alınması faktı mübahisəsizdir, lakin bu evin faktiki olaraq kim tərəfindən onun adına alınması mübahisələndirilir. Iddiaçı tərəf bunun mərhum Vahid Dadaşov tərəfindən, cavabdeh tərəf isə onun oğlu cavabdeh3 tərəfindən alınmasını göstərir.
17. Məhkəmə belə qənaətə gəlmişdir ki, evin 2008-ci ildə 24 yaşı olan cavabdeh3 tərəfindən alınması faktı, atasının həmin vaxt sağ olması baxımından az inandırıcı olsa da, hər bir halda heç biri tərəfindən həmin evin almasını təsdiq edən sübut növü təqdim edilməmişdir. Müqavilə tərəfi kimi məhkəmə cavabdeh1 qəbul edir və yuxarıda göstərildiyi kimi dəqiqləşdirilmiş iddia üzrə onun adına olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən ##.##.2008-ci il tarixdə verilmiş ****** qeydiyyat nömrəli çıxarışla, (həmçinin sonradan verilmiş ##.##.2012-ci il tarixli qeydiyyat nömrəsi 1112094477 olan sonuncu çıxarışla) mülkiyyət hüquqları mübahisələndirilmir.
18. Iddiaçı tərəf mübahisəli evin atadan qalmış miras əmlak kimi qiymətləndirilməklə mülkiyyət paylarının tanınmasını tələb etməsi ilə əlaqədar məhkəmə hesab etmişdir ki, mübahisəli əmlak cavabdeh1 mülkiyyəti olduğu üçün o mərhum X1 (hətta o evi öz vəsaiti hesabına cavabdehin adına almış olsa da belə) qalmış miras əmlak kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı tərəfin evin mərhum X1 tərəfindən cavabdeh1 adına formal olaraq rəsmiləşdirilməsinə dair sübutları olmuş olsa da belə, qeyd edildiyi kimi * saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2008-ci il tarixli 4Ə-484 reyestr saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və onun əsasında sonuncunun adına ##.##.2008-ci il tarixdə verilmiş ****** qeydiyyat nömrəli çıxarış (sonradan verilən##.##.2012-ci il tarixli qeydiyyat nömrəsi 1112094477 olan sonuncu çıxarış) mübahisələndirilmədiyindən əmlak cavabdeh1 məxsus kimi qiymətləndirilir.
19. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfin * saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2008-ci il tarixli 4Ə-484 reyestr saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və onun əsasında sonuncunun adına ##.##.2008-ci il tarixdə verilmiş ****** qeydiyyat nömrəli çıxarış (##.##.2012-ci il tarixli qeydiyyat nömrəsi 1112094477 olan sonuncu çıxarış) mübahisələndirilmədiyi halda cavabdeh1 tərəfindən cavabdeh3 xeyrinə ##.##.2024-cü il tarixlə * saylı Bakı «Asan Xidmət» mərkəzində yerləşən notariat ofisində verdiyi 7 E-24560 №li etibarnamənin və ondan sonrakı hüquqi nəticələri mübahisələndirilməsi əhəmiyyətsizdir.
20. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən etibarnamənin və onun əsasında bağışlanma müqaviləsinin bağlanması mülki və notariatla bağlı qanunvericiliyin tələblərinə uyğun aparılmış və onların etibarsızlığı, həmçinin də bu əqdin əsasında cavabdeh2 adına rəsmiləşdirilmiş ünvan 2 ünvanda yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarını təsdiq edən ##.##.2024-cü il tarixli qeydiyyat nömrəsi 1124170406 reyestr nömrəsi 01001300046- 10301 olan çıxarışın ləğv olunması üçün heç bir hüquqi əsaslar müəyyən edilməmişdir.
21. Məhkəmə iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş şahidin ifadəsinə qiymət verərək hesab etmişdir ki, şahidin verdiyi məlumatlar iddiaçı tərəfin tələbinin əsaslı olmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Şahid xatırlamadığı dövrdə mənzildə təmir işi aparmış, mərhumun ona əmək haqqı, oğlu Ceyhunun isə material almasını göstərməkən başqa mübahisə ilə bağlı əhəmiyyətli məlumat verməmişdir.
22. Məhkəmə hesab etmişdir ki, mübahisəli evin, nə də onun altındakı torpaq sahəsinin mərhum X1 məxsus olması və ya onun mülkiyyətində olması barədə heç bir sübut təqdim edilmədiyi üçün iddiaçıların irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia tələbləri əsassızdır.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 139.1, 324, 337.1, 337.3, 337.4, 359.1, 362.1, 362.2, 399.1, 666.1, 1146, 1151.1, 1159.1.1-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100.3-cü maddəsinə, "M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2013-cü il tarixli Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Qərarına, Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il # ##### tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 80, 106.1, 217.3, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Iddiaçılar apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il, e-*(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsi və iddia tələblərinin tam təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdirlər.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, verilmiş iddia tələbləri çox olsa da, lakin əsas tələb cavabdehlərdən cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinin və onun üzərində vaxtı ilə inşa edilmiş fərdi yaşayış evinin iddiaçıların mərhum ataları Dadaşov Vahidə məxsus olması səbəbindən, həmin əmlaklara paylarının müəyyən olunmasıdır. Bu tələblə cavabdeh cavabdeh1 əzəldən razıdır. Hətta dəfələrlə ididaçılara da demişdir ki, digər cavabdeh cavabdeh3 və anaları cavabdeh2 buna imkan vermir və onlar razı deyillər ki, iddiaçılar öz paylarını əldə etsinlər. Bundan başqa, cavabdeh cavabdeh3 hər dəfə cavabdeh1 müxtəlif vaxtlarda hədələyərək əvvəlcə ondan etibarnamə almağa nail olmuş, daha sonra isə iddia tələbinin qəbul etməsi barədə ## ###### 2025-ci il tarixdə notariat qaydada verdiyi ərizəni güc və hədə-qorxu tətbiq etməklə dəyişdirməyə nail olmuşdur. Qeyd edilməlidir ki, Gülbəst hədə qorxu ilə verdiyi etibarnaməni növbəti gün ləğv etmiş və Ceyhunun zənglərinə cavab verməmişdir(Ləğv etmə barədə ərizə əlavə olunur). Lakin bu xüsusatlara keçməmişdən qabaq, əvvəlcə işə baxan məhkəmənin işin həlli istiqamətində düzgün araşdırma aparmaması və işə aid olmayan məsələlərin həlli istiqamətində hüquq normalarına istinadı barədə bildirilməlidir. Belə ki, işin mahiyyətindən də görünür ki, mübahisə üzrə tələb hansısa vərəsəlik münasibətlərindən irəli gəlməyib, iddiaçıların atalarına məxsus olan, lakin mülkiyyət hüquqları qeydə alınmış, cavabdeh cavabdeh1 mülkiyyətində olan əmlaklara iddiaçıların paylarının müəyyən olunmasıdır. Məhkəmə də burada payların müəyyən olunması tələbini bilə-bilə, qəsdən işin vərəsəlik hüquq münasibətləri ilə bağlı olması "fikrini" ortaya atmışdır. Buna görə də çalışmışdır ki, mübahisəinin həllində vərəsəlik hüquq münasibətlərini tənzimləyən normaları tətbiq etsin. Bu isə düzgün olmamış, çünki mübahisə predmeti tam başqa münasibətlər üzərindən qurulmuşdur. Məhkəmənin ikinci yanaşması, cavabdeh cavabdeh1 adına verilmiş mülkiyyət hüququ barədə olan sənədlərin mübahisələndirilməməsinə dair mövqeyini ortaya qoymasıdır. Işin mübahisəsiz tərəfi odur ki, həqiqətdə də həm torpaq sahəsi, həm də onun üzərində olan fərdi yaşayış evi cavabdeh1 mülkiyyətindədir. Sadəcə olaraq, həmin əmlakları cavabdeh1 özü də razıdır ki, iddiaçılara və hətta digər cavabdehlərə onların hər birinə çatacaq paylarını versin. Bunu cavabdehlərdən Gülnaz və Ceyhun da təsdiq etmişlər ki, fərdi yaşayış evinin təmiri və tikilməsində Ceyhun iştirak etmişdir. Bütün bunlar ona dəlalət edir ki, mübahisəli əmlakların cavabdeh1 heç bir aidiyyəti olmamışdır. Istinad edilən hüquq normasının mahiyyətinə baxanda tam şəkildə müəyyən olunur ki, bu norma iddiaçılara münasibətdə pozulmuşdur. Işə baxan məhkəmə araşdırma zamanı cavabdeh1 hansı səbəbdən cavabdeh3 verdiyi etibarnaməni qısa zamanda (yəni bir gün sonra olmaqla) ləğv etməsi məqamını da araşdırmamışdır. Çünki qeyd edilən etibarnamə Gülbəst tərəfindən Ceyhuna verilir və Ceyhun da bir gün sonra əmlakı digər cavabdehə cavabdeh2 bağışlayır. Daha sonra, cavabdeh1 Ceyhuna verdiyi etibarnaməni ləğv edir. Çünki cavabdeh1 bütün vaxtlarda qeyd edir ki, Ceyhun evi əldə etmək üçün həmişə onu (Gülbəsti) təhdid etmiş, hədələmiş və bu hədə - qorxu ilə də mübahisəli əmlakları anasının adına rəsmiləşdirməyə nail olmuşdur. Bu hədələr sonralar davam etdiyindən, cavabdeh1 ## ###### 2025-ci il tarixdə məhkəməyə notariat qaydada təsdiq edilmiş və iddia tələblərini qəbul etməsi barədə ərizənin ləğv edilməsi halında da tətbiq edilmişdir. Bunu da məhkəməyə tərəflərindən təqdim edilmiş, Gülbəstin özü tərəfindən göndərilən ##.##.2025-ci il tarixli səs yazısından ətraflı şəkildə görmək olar. Bu səs yazısı məhkəməyə təqdim edilmiş olsa da, işə baxan hakim həmin səs yazısı ilə bağlı nə araşdırma aparmış, nə də ki, bu barədə yekun məhkəmə qərarında göstərməmişdir. Bütün bunlar onu göstərir ki, işə baxmış məhkəmə işə formal olaraq yanaşmış və işdə olan sübutları tam araşdırmamış, iddiaçılar tərəfindən məhkəməyə dəvət edilmiş şahidlərdən X3 məhkəməyə teleqram vasitəsi ilə ünvanladığı müraciətini belə qərarda göstərməmişdir. Baxmayaraq ki, iddiaçılar tərəfindən təqdim edilmiş cəmi bir şahid dindirilmişdir. Digər şahidin fikirlərini məhkəmə qətnamədə nə göstərmiş, nə də ki bunu işin halına hansı hüquqi cəhətdən təsir etməsi barədə əsaslandırma aparmamışdır. Hansı ki, şahidin ifadəsi özü iştirak etməsə də, yazılı şəkildə məhkəməyə verilmişdir. Qeyd olunan prosessual normaların tələbinə əsasən və məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaqla bərabər, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu normanı işə baxan məhkəmə öz qətnaməsində də qeyd edir. Maddi hüquq normalarının pozulması hissəsində qeyd edir ki, cavabdehlərdən cavabdeh1 ilk əvvəl iddia tələblərinin qəbul olunması barədə notariat qaydada təsdiq edilmiş ərizəsini məhkəməyə təqdim etmişdir. Bu onunla əlaqədardır ki, cavabdeh1 bilir ki, mübahisə predmeti olan fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə dair onun heç bir hüququ yoxdur və həmin əmlaklar mərhum Vahid Dadaşova məxsus olmuşdur. Vahid Dadaşovun ölümündən sonra da dəfələrlə bu əmlakların iddiaçı və digər cavabdehlər arasında bölünməsi və hər birinin payının ayrı-ayrılıqda verilməsi fikrində olmuşdur. Ancaq digər cavabdehlər buna imkan verməmiş, məhkəmədən kənar qaydada cavabdeh1 daim təhdid və qorxu içində saxlamışlar (xüsusən də cavabdeh3 tərəfindən). Bu hallardan biri də cavabdeh1 məcburiyyət qarşısında notariat orqanına apararaq iddianın qəbuluna dair ərizənin (cavabdeh1 tərəfindən yazılmış və notarius tərəfindən də təsdiq edilmiş) ləğv olunması və Ceyhun və cavabdeh2 xeyrinə olan formatda yeni ərizənin verilməsinə nail olmalarıdır. Bununla bağlı cavabdeh1 da ##.##.2025-ci il tarixində özü səs yazısı göndərərək ağlaya-ağlaya telefon vasitəsi ilə iddiaçılardan iddiaçı1 bildirmişdir. Həmin səs yazısı tərəflərindən məhkəməyə təqdim olunmuş və məhkəmə tərəfindən də dinlənilmişdir. Bu hallar onu göstərir ki, cavabdeh1 hər hansı bir basqı, qorxu, hədə və qanunsuz hərəkətlər olmasa, iddiaçılar onlara çatmalı olan paylarını hüquqi cəhətdən əldə edəcəklər. Lakin işə baxmış məhkəmə həmin səs yazısında olan məsələlərə qiymət verməmişdir. Sanki belə bir yazı təqdim olunmamışdır. Bununla belə, səs yazısının təqdim olunması məhkəmənin hazırlıq iclasının keçirlməsini özündə əks etdirən video görüntülərdə (məhkəmənin protokolunda) bu açıq aydın görünür. Səs yazısının maddi sübut olması prosessual qanunla istisna olunmur. Məhkəmə də MPM- nin 14-cü maddəsində qeyd edildiyi kimi, işdə olan bütün sübutlara tam, ədalətli və dəqiq olmaqla qiymət verməlidir. Yalnız bundan sonra işdə olan sübutlara qiymət vermə anlamı yarana bilər. Hazırkı vəziyyətdə təqdim edilmiş səs yazısı haqqında qətnamədə belə bildirilmir (göstərilmir). Bütün bu hallar onun göstəricisidir ki, işə baxmış hakim sübutlara tam qiymət verməmiş, normal araşdırma aparmamış və yekun qərar qəbul edilərkən təfsilatı ilə araşdırılmalı olan sübutları araşdırmamışdır. Digər araşdırılmayan sübutlar sırasında iddiaçılar tərəfindən şahid qismində məhkəməyə cəlb olunmuş X3 məhkəməyə teleqram vasitəsi ilə ünvanladığı yazılı müraciətinin qətnamədə bildirməməsidir. Müraciətdə birbaşa müəyyən olunur ki, mübahisəli fərdi yaşayış evi Vahid Dadaşov tərəfindən tikilməklə, ona məxsus olmuşdur. Nəticə etibar ilə, işə baxmış hakim işdə olan sübutlar araşdırmamaqla yanaşı, işin həqiqi tərəflərini tam, düzgün və ədalətlə baxmamışdır. Bu da istinad olunan prosessual hüquq normalarının kobud pozuntusunu özündə əks etdirmişdir. Işə baxan məhkəmə tərəfindən işin əsas faktiki hallarından biri olan, cavabdeh1 digər cavabdeh cavabdeh3 tərəfindən təzyiq və hədə-qorxusu ilə əmlakları ələ keçirməsi halının düzgün dəqiqləşdirilməməsidir. Bu hal işin əsasını təşkil edir. Çünki, burada tərəflər arasında hansısa vərəsəlik münasibətləri olmadığından, sırf əmlaklarda iddiaçıların özlərinə aid hissədə paylarının olması barədə hüquqi tələb olmuşdur. Bu da cavabdeh3 cavabdeh1 etdiyi təzyiqlər və hədə-qorxular üzərindən icra olunmaması ilə nəticələnmişdir. Əgər bu hədə-qorxular və qanunsuz təzyiqlər olmasa idi, tərəflər arasında məhkəmə mübahisəsinə də ehtiyac qalmayacaqdı. Bunun da səbəbi, cavabdeh1 həmin əmlakları hər bir şəxsin öz payına uyğun özlərinə vermək istəməsidir. Ona görə ki, əmlakların cavabdeh1 aid olmamasını onun özü də bilir və qəbul edir. Hətta cavabdehlər Ceyhun və Gülnaz da təsdiq edirlər ki, ev cavabdeh1 məxsus olmamışdır, onun adına formal olaraq müvəqqəti rəsmiləşdirilmişdir. Sadəcə olaraq, qorxu və hədələr ucbatından bu günləri iddiaçıların hüquqları kobud pozulmuşdur ki, bu barədə maddi və prosessual hüquq normasının əsaslandırılmış hissələrində göstərilmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Fuad Talışınski (sədrlik edən və məruzəçi), Günel Abbasova və Məmməd Məmmədov) 2026-cı il # #### tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
27. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlillər öz təsdiqini tapmır və sübuta yetirildiyi halda belə iddiaçıların təqdim edilmiş tələbə münasibətdə subyektiv hüquqları bilavasitə cavabdeh cavabdeh1 subyektiv hüquqları ilə bağlıdır ki, sonuncu iddiaçıların xeyrinə hərəkətlər etməmiş, habelə digər cavabdehlərə münasibətdə etibarnamə və bağışlama müqaviləsini mübahisələndirməmişdir. Mübahisəli evin * saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2008-ci il tarixli 4Ə-484 reyestr saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ##.##.2008-ci il tarixdə cavabdeh1 adına alınması faktı mübahisəsizdir, iddiaçı tərəf bunun mərhum Vahid Dadaşov tərəfindən, cavabdeh tərəf isə onun oğlu cavabdeh3 tərəfindən alınmasını göstərir.
28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli cavab məktubundan görünür ki, ünvan * saylı ev * saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2008-ci il tarixli 4Ə-484 reyestr saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ##.##.2008-ci il tarixdə cavabdeh1 adına qeydiyyatdan keçmişdir, mərhum X1 qalmış miras əmlak kimi qiymətləndirilə bilməz. ##.##.2008-ci il tarixli 4Ə-484 reyestr saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və onun əsasında cavabdeh1 adına ##.##.2008-ci il tarixdə verilmiş ****** qeydiyyat nömrəli çıxarış mübahisələndirilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən, Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Eyni zamanda cavabdeh1 iddia tələblərini tam qəbul etməsi belə, iddianın təmin edilməsi üçün əsas deyildir. Halbuki, cavabdeh1 əvvəl qəbul etdiyi iddiadan sonra imtina etmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Bakı şəhəri Xəzər RPI-nin ## #### 2025-ci il tarixli cinayət işinin rədd edilməsi haqqında qərarda qeyd edilmişdir: “ təhqiqat araşdırması zamanı izahatı alınmış cavabdeh1 nümayəndəsi, etibarnamə əsasında iddiaçı2 ərizəsi ilə tanış olaraq bildirmişdir ki, cavabdeh1 heç kəs tərəfindən zor, habelə hədəqorxuya yönəlmiş hərəkətlər olmamış, cavabdeh1 öz ixtiyarı ilə bacısı oğlu cavabdeh3 adına Xətai rayonu, H.Aslanov prospekti, İ.Abbasov küç., yerləşən əmlakı köçürmüşdür. Hadisə ilə bağlı heç kəsdən şikayət və tələbinin olmadığını, habelə bu cür məsələlərlə bağlı gələcəkdə narahat edilməsini istəmədiyini bildirmişdir”. Mülki Məcəllənin 351.3-cü maddəsinə əsasən: Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.
30. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıların sözügedən əmlaka dair heç bir hüquqları mövcud olmamışdır. Iddiaçıların digər şəxsin mülkiyyətində olan əmlaklara öz irəli sürdükləri arqumentlər baxımından mülkiyyət paylarının tanınması üçün əsaslarının olmaması ilə əsaslandıran məhkəmə bunu vərəsəlik hüquqları baxımından belə nəzərdən keçirərək aidiyyətinin olmadığı qənaətinə gələrək düzgün olaraq qeyd etmişdir ki, “(iddia təmin olunarsa) əmlak əvvəlki vəziyyətinə, yəni cavabdeh1 mülkiyyətinə qayıdır ki, bu halda da iddiaçıların sonuncunun əmlakına vərəsə olaraq atadan qalmış miras kimi mülkiyyət paylarına dair iddiaları əsaslı sayıla bilmir.” Iddiaçılar apellyasiya şikayətlərində məhkəmənin işin vərəsəlik hüquq münasibətləri ilə bağlı olması və mübahisənin həllində vərəsəlik hüquq münasibətlərini tənzimləyən normalarının tətbiq etməsini düzgün olmadığını qeyd edərək, mübahisə predmeti tam başqa münasibətlər üzərindən qurulduğuna istinad etsələr də, bu istinadları faktoloji sübutlarla bərabər təqdim etməmişlər.
31. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.2, 140, 337.1-337.4, 351.3, 359.1-359.4, 362.1, 362.2, 377.1, 666.1, 668.1.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli Qərarında və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair ## #### 2022-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə, Azərbaycan Respublikasının MPM-in 77.1, 81, 82.1, 217.1-217.4, 218.1, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
32. Iddiaçı iddiaçı1 Vahid oğlu (vəkil vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı işdə iddiaçıların mərhum atası Vahid Dadaşov faktiki olaraq əmlakı əldə etmiş, bu əmlakı öz vəsaiti ilə almış, onu təmir etmiş, orada yaşamış və bütün bu müddət ərzində həmin əmlakın əsl sahibi olmuşdur. Yalnız formal olaraq qeydiyyatın başqasının adında olması mülkiyyətin Konstitusiya müdafiəsini aradan qaldırmır. Məhkəmə yalnız rəsmi sənədlərə əsaslanaraq, faktiki mülkiyyət münasibətlərini araşdırmadan qərar qəbul etməklə Konstitusiyanın 13-cü maddəsini pozmuşdur. Iddiaçıların atası Vahid Dadaşov vəfat etdikdən sonra onun qanuni vərəsələri olan iddiaçılar atalarından qalan faktiki mülkiyyəti üzrə öz paylarını tələb etmişlər. Cavabdehlərin hədə-qorxu, aldatma və qanunsuz müqavilə əməliyyatları vasitəsilə bu mülkiyyəti ələ keçirməsi Konstitusiyanın 29-cu maddəsini birbaşa pozur. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin bu fundamental xətasını düzəltmədən qərarı saxlamışdır.
34. Birinci instansiya qətnaməsi: (1) işdə mövcud bir çox sübutu — o cümlədən audio yazını, şahidin yazılı müraciətini, 50 illik etibarnaməni — ümumiyyətlə qərarda qeyd etməmişdir; (2) iddia tələblərini rədd edərkən faktiki mülkiyyət münasibətlərini deyil, yalnız rəsmi qeydiyyatı əsas götürmüşdür; (3) hədə-qorxu iddiasına ümumiyyətlə toxunmamışdır. (4) Gülbəst Quliyevanın heç bir məhkəmə iclaslarına hansı səbəbdən gəlməməsi araşdırılmamışdır (Bu hal özü hədə-qorxu iddiasının həqiqiliyini göstərir). Apellyasiya instansiyası isə bu qüsurları düzəltmədən qərarı saxlamışdır. Bu — hər iki məhkəmə tərəfindən MPM 217.1-ci maddəsinin pozulmasıdır.
35. Məhkəmə tərəfindən düzgün araşdırılmamış əsas faktiki hal — cavabdeh1 cavabdeh cavabdeh3 tərəfindən sistemli hədə-qorxu tətbiq edilməsi faktıdır. Bu hal işin əsasını təşkil edir, çünki hədə-qorxu olmasa idi: etibarnamə verilməyəcəkdi; bağışlama müqaviləsi bağlanmayacaqdı; iddianın qəbulu haqqında notariat ərizəsi ləğv etdirilməyəcəkdi; məhkəmə mübahisəsinə ehtiyac olmayacaqdı. Məhkəmə həmçinin əmlakın faktiki mülkiyyətçisinin Vahid Dadaşov olması faktını işin mühüm halı kimi araşdırmamışdır. Halbuki, işdə iştirak etmiş bütün tərəflər — həm iddiaçılar, həm üç cavabdehin özləri, həm şahidlər — bu faktı açıq şəkildə etiraf etmişlər. Heç bir tərəf evin Gülbəstə məxsus olduğunu iddia etməmişdir. Belə bir halda məhkəmənin sadəcə hədə-qorxu əsasında alınmış sənədlərə əsaslanması işin həqiqi hallarını görmək istəməməkdən başqa bir ciddi təəssürat yaratmır. Məhkəmə iddia tələbinin mahiyyətini də düzgün müəyyən etməmişdir: bu tələb vərəsəlik münasibətlərindən deyil, bilavasitə faktiki mülkiyyət hüququndan irəli gəlir. Məhkəmənin mübahisəyə vərəsəlik hüquq münasibətləri çərçivəsindən yanaşması kökündən yanlışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
37. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
38. Maddə 140.Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
39. Maddə 337.1. bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
40. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
41. Maddə 337.3.Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
42. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
43. Maddə 377.1. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır.
44. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər;
45. Maddə 359.2. Özgə mənafeyi üçün olsa da, öz adından fəaliyyət göstərən şəxslər (kommersiya vasitəçiləri, müflisləşmə zamanı müsabiqə idarəçiləri, vərəsəlik zamanı vəsiyyət icraçıları və i.a.), habelə gələcəkdə mümkün ola biləcək əqdlər barəsində danışıqlara başlamağa vəkil edilmiş şəxslər təmsilçi deyildirlər;
46. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz;
47. Maddə 359.4. Xarakterinə görə yalnız şəxsən bağlana bilən əqdlərin, eləcə də bu Məcəllədə göstərilən digər əqdlərin təmsilçi vasitəsilə bağlanmasına yol verilmir.
48. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
49. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.
50. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur.
51. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli Qərarı
52. Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.Ibrahimovun şikayəti üzrə 2004- cü il 12 aprel tarixli Qərar).
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair ## #### 2022-ci il tarixli Qərarı
53. Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır:- əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il ## ##### tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ibrahimovun şikayəti üzrə 2004cü il ## ##### və T.Qasımovanın şikayəti üzrə 2020-ci il # ###### tarixli Qərarları).
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
61. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
62. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın iddiaçı1 münasibətdə rədd edilən hissəsində yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
66. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissə üzrə işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətlərinin dəlillərində göstərilən hüquqi məsələlərə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə yoxlanılan hissədə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
67. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
68. Yuxarıda qeyd edilənlərə görə də iddiaçı iddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddianın iddiaçı1 münasibətdə rədd edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası
qərara aldı:
Iddiaçı iddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi iddianın iddiaçı1 münasibətdə rədd edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.