Məhkəmə qərarları › İş №2(1-8)-1656/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1656/2026

18.08.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1656/2026 18.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh İsgəndərov Ələsgər Zirəddin oğluna qarşı iş üzrə QƏRARİ (Açar: kassasiya şikayətindən imtina, kassasiya icraatına xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh İsgəndərov Ələsgər Zirəddin oğluna qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1İddiaçı4)-297/2İddiaçı25 nömrəli, 27 yanvar 2İddiaçı26-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı (vəkil vəkil1) kassasiya şikayətinə 18 avqust 2İddiaçı26-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı məhkəmədə iddia qaldıraraq, Gədəbəy rayonu Düzyurd kəndində yerləşən, dövlət mülkiyyəti olaraq Gədəbəy rayonu Düzyurd kənd tam orta məktəbinin balansında olan İddiaçı.3İddiaçı ha torpaq sahəsinin İddiaçı.164 ha hissəsindən cavabdeh İsgəndərov Ələsgər Zirəddin oğlunun çıxarılması və vəkilə ödənilmiş 65 manat xərcin əvəzinin cavabdeh İsgəndərov Ələsgər Zirəddin oğlundan alınaraq Gədəbəy rayonu Düzyurd kənd tam orta məktəbinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 2(İddiaçı42)-769/2İddiaçı24 saylı, 3İddiaçı.İddiaçı9.2İddiaçı24-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Gədəbəy rayonu Düzyurd kəndində yerləşən, Gədəbəy rayonu Düzyurd kənd tam orta məktəbinin qanuni istifadəsinə və sahibliyinə verilmiş 3İddiaçıİddiaçıİddiaçı kv.m torpaq sahəsinin zəbt olunmuş 14İddiaçıİddiaçı kv.m hissəsindən cavabdeh İsgəndərov Ələsgər Zirəddin oğlunun çıxarılması, vəkilə ödənilmiş 65 manat xərcinin və 95 manat mütəxəssis xərcinin əvəzi cavabdeh İsgəndərov Ələsgər Zirəddin oğlundan alınaraq Gədəbəy rayonu Düzyurd kənd tam orta məktəbinin hesabına ödənilməsi, cavabdeh İsgəndərov Ələsgər Zirəddin oğlundan 1İddiaçıİddiaçı manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. (hakim Marif Kazımov) Cavabdeh İsgəndərov Ələsgər Zirəddin oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1İddiaçı4)-297/2İddiaçı25 nömrəli, 27 yanvar 2İddiaçı26-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməklə, iddia tələbi rədd edilmişdir. (hakimlər Mustafa Mustafayev (sədrlik edən və məruzəçi), Əkrəm Qəhrəmanov, Rəhman Muradov) İddiaçı İddiaçın nümayəndəsi (direktoru) İbrahimova Kəklik Zahid qızı (vəkil vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Ali Məhkəmənin Mülki kollegiyasının 2(1-8)-1656/2İddiaçı26 nömrəli, 3 iyun 2İddiaçı26cı il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmiş və şikayətə yazılı icraat qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi (məktəbin direktoru) İbrahimova Kəklik Zahid qızı elektron məhkəmə informasiya sistemi vasitəsilə işə baxan məhkəmə kollegiyasına müraciət edərək, kassasiya şikayətindən imtina etdiklərini, imtina ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 41İddiaçı.1-ci maddəsinə görə kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 41İddiaçı.2-ci maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Mülki Prosessual Məcəllənin 41İddiaçı.3-cü maddəsinə görə kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Məhkəmə kollegiyası kassasiya şikayətindən imtina barədə ərizəni iş materialları ilə müqayisəli şəkildə araşdırıb hesab edir ki, kassasiya şikayətindən imtina qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı, Mülki Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar və digər tərəfin kassasiya şikayəti olmadığı, eləcə də nümayəndənin (məktəb direktorunun) müvafiq səlahiyyəti olduğu üçün qəbul edilməli və Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1İddiaçı4)- 297/2İddiaçı25 nömrəli, 27 yanvar 2İddiaçı26-cı il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayəti üzrə kassasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənləri əsasən və MPM-in 41İddiaçı və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı kassasiya şikayətindən imtinası qəbul edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1İddiaçı4)-297/2İddiaçı25 nömrəli, 27 yanvar 2İddiaçı26-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı kassasiya şikayəti üzrə kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar