Məhkəmə qərarları › İş №2(1-8)-1679/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1679/2026

23.07.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1679/2026 23.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, əmrin ləğv edildiyi tarixdən işə bərpa olan günə kimi orta aylıq əmək haqqının ödənilməsi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, əmrin ləğv edildiyi tarixdən işə bərpa olan günə kimi orta aylıq əmək haqqının ödənilməsi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC (vəkil vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli hökmünə əsasən, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Keyfiyyətə nəzarət və xəritələrin tərtibi şöbəsinin 11-ci dərəcəli mühəndisi vəzifəsində işləyən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinin tələbinə uyğun olaraq cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cəza təyin edilməmiş, İddiaçı barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilərək o, dərhal məhkəmə iclas zalından həbsə alınmışdır.

2. Həmin cinayət işi üzrə İddiaçı və qeyriləri Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişlər ona görə ki, təqsirləndirilən şəxslər Cavabdeh MMC-də Keyfiyyətə nəzarət və xəritələrin tərtibi şöbəsinin 11-ci dərəcəli mühəndisi vəzifəsində işləyən İddiaçı və həmin Cəmiyyətin Yerquruluşu və ünvan şöbəsinin Yerquruluşu sektorunda 7-ci dərəcəli mühəndisi vəzifəsində işləyən qeyrisi ilə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirtmək məqsədilə baxılan iş üzrə zərər çəkmiş şəxs Pərvin Süleymanovun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində yerləşən magistral neft və qaz kəmərlərinin mühafizə zonası olmaqla “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər torpaqlar” kateqoriyasına aid dövlət mülkiyyəti olan 2,35 ha torpaq sahəsinin satın alınmasında və qeyd olunan sahəyə aid çıxarışın verilməsində köməklik göstərilməsi üçün 2019-cu ilin noyabr ayında Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 36 ünvanında yerləşən ** saylı notarial ofisin yaxınlığında təqsirləndirilən şəxs qeyrisinə edilmiş müraciətlə əlaqədar həmin məsələnin müsbət həll olunması, yəni torpaq sahələrinə çıxarışın verilməsi üçün tanışlarının olduğunu, torpaq sahələrinə baxış keçirdikdən sonra tanışları ilə məsləhətləşərək məlumat verəcəyini bildirib, 2020-ci ilin mart ayının ortalarında İddiaçı və qeyrisi birlikdə qeyd olunan torpaq sahəsinə baxış keçirdikdən sonra qrup üzvləri ilə aralarında əvvəlcədən əldə edilmiş ümumi razılığa uyğun olaraq, 2020-ci ilin mart ayının sonlarında Binəqədi rayonu, Biləcəri qəsəbəsində, “Biləcəri dairəsi” adlanan ərazidə yerləşən kafedə həmin 2,35 ha torpaq sahəsinin hissələrə bölünərək 25 şəxsin adına rəsmiləşdirməklə satışını təşkil etmək və sonradan bölünmüş sahələrə dair çıxarış almaq imkanına malik olmasını, hissələrə ayrılmış hər bir torpaq sahəsinin satın alınması və çıxarış verilməsi üçün 10.000 manat olmaqla, ümumilikdə 250.000 manat məbləğində pul vəsaitinin təqsirləndirilən şəxs qeyrisinə verilməsinin zəruri olmasını qabaqcadan əlbir olduğu İddiaçı və digəri ilə birlikdə zərər çəkmiş şəxs Pərvin Süleymanova aldatmaqla bildirib, təqsirləndirilən şəxs qeyrisi özü barədə yaratdığı inam və etibardan sui-istifadə edərək sonuncunun qeyd olunan vəsaiti hissəhissə ödənilməsi təklifi ilə əlaqədar ilkin olaraq torpaq sahələrinin bir hissəsini Pərvin Süleymanovun, qalan hissəsini isə təqsirləndirilən şəxs qeyrisinin öz tanışlarının adına rəsmiləşdirilməsi, vəsait tam ödənildikdən sonra qalan sahələrin də Pərvin Süleymanovun tanışlarının adına keçirilməsi şərti ilə razılaşaraq, sonuncu ilə sövdələşdikdən sonra həmin adla 2020-ci ilin iyun ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidə 7.000 manat, 2020-ci ilin iyul ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən parkda qabaqcadan əlbir olduğu qeyrisi vasitəsi ilə 12.000 manat, 2020ci ilin avqust ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən “Karamel” adlanan kafedə qabaqcadan əlbir olduğu qeyrisi vasitəsi ilə 8.000 manat, 2020-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 4 ünvanında yerləşən “Karvansaray” restoranında qabaqcadan əlbir olduqları təqsirləndirilən şəxs İddiaçı vasitəsi ilə 15.000 manat olmaqla cəmi 42.000 manat məbləğində pul vəsaitini aldıqdan sonra cinayətkar əməllərini davam etdirərək üzərilərinə götürdükləri öhdəlikləri guya yerinə yetirməsi görüntüsü yaratmaq məqsədilə İddiaçı və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə öncədən yəni, 2020-ci ilin oktyabr ayında Bakı şəhəri ərazisində istintaqa məlum olmayan ünvanda kompüter proqram təminatından istifadə etməklə hazırladıqları bilə-bilə yalan məlumatların göstərildiyi rəsmi sənəd hesab olunan zərər çəkmiş şəxs Pərvin Süleymanovun adına 1.000 kv.m., Ramin Süleymanovun adına 1.000 kv.m., Məmməd Məmmədovun adına 800 kv.m., Məsmə Xudaquliyevanın adına 1.000 kv.m., Vüsalə Zülfəliyevanın adına 700 kv.m., Arzu Abbasovun adına 800 kv.m., Ruslan Cavadovun adına 1.000 kv.m., Nazim Əhmədovun adına 1.000 kv.m., Mətanət Manafovanın adına 800 kv.m., öz adına 1.000 kv.m. ölçüdə torpaq sahəsinin ayrılması barədə Yeni Suraxanı bələdiyyəsinin ## #### 2005-ci il tarixli, * nömrəli qərarlarını, həmin tarixli “Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alğı-satqı” müqavilələrini, Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbə bələdiyyəsinin yer quruluşu planından çıxarışları, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən qeyd olunan müvafiq ölçüdə torpaq sahələrinin koordinatı cədvəllərini, Bakı şəhəri, Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin ərazisində ayrılması nəzərdə tutulan 2,35 ha torpaq sahəsinin yer quruluşu planlarını, həmçinin qeyd olunan torpaq sahələrinin satılması ilə əlaqədar həmin bələdiyyəlinin hesabına vəsaitlərin ödənilməsi barədə Seriya ÇBÜ № **/***, Seriya ÇBÜ № **/***, Seriya ÇBÜ № **/***, Seriya ÇBÜ № **/***, Seriya ÇBÜ № **/***, Seriya ÇBÜ № **/***, Seriya ÇBÜ № **/*** nömrəli kassa mədaxil order qəbzlərini tərtib etməklə axımlı printer qurğusu vasitəsi ilə çap etdikdən sonra istintaqa məlum olmayan mənbədən əldə etdikləri Yeni Suraxanı bələdiyyəsinin möhürünün əksini relyef klişe vasitəsilə qeyd olunan sənədlərin üzərinə birbaşa vurulmasını və Yeni Suraxanı bələdiyyəsinin sədrinin imzasını saxtalaşdırılmaqla çəkilməsini təmin etdikdən sonra həmin saxta sənədləri 2020-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 201A ünvanında yerləşən “Karamel” restoranında Pərvin Süleymanova təqdim etməklə, həmin məqsədlə 2020-ci ilin oktyabr ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinin ərazisində qabaqcadan əlbir olduqları təqsirləndirilən şəxs qeyrisi vasitəsi ilə 5.000 manat pul vəsaitini alıb, yenidən üzərilərinə götürdükləri öhdəlikləri guya yerinə yetirməsi görüntüsü yaratmaq məqsədilə İddiaçı və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öncədən, yəni 2020-ci ilin oktyabr ayında Bakı şəhəri ərazisində olan naməlum ünvanda kompüter proqram təminatından istifadə etməklə hazırladıqları bilə-bilə yalan məlumatların göstərildiyi rəsmi sənəd hesab olunan Bilal Baxşəliyevin adına 1.000 kv.m., Abbas Mirzəyevin adına 1.000 kv.m., Alik Dünyamalıyevin adına 1.000 kv.m., Kənan Nəcəfovun adına 400 kv.m., Vidadi Qocayevin adına 1.000 kv.m., Güloğlan Balayevin adına 1.000 kv.m., Ramin Məmmədovun adına 1.000 kv.m., Soltanəli Nuriyevin adına 1.000 kv.m., Səbuhi Teyyubovun adına 1.000 kv.m. ölçüdə torpaq sahəsinin ayrılması barədə Yeni Suraxanı bələdiyyəsinin ## #### 2005-ci il tarixli * nömrəli qərarlarını, həmin tarixli “Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alğı-satqı” müqavilələrini, Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbə bələdiyyəsinin yer quruluşu planından çıxarışları, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən qeyd olunan müvafiq ölçüdə torpaq sahələrinin koordinatı cədvəllərini, Bakı şəhəri, Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin ərazisində ayrılması nəzərdə tutulan 2,35 ha torpaq sahəsinin yer quruluşu planlarını, qeyd olunan torpaq sahələrinin satılması ilə əlaqədar həmin bələdiyyəlinin hesabına vəsaitlərin ödənilməsi barədə Seriya ÇBÜ № **/***, Seriya ÇBÜ № **/***, Seriya ÇBÜ № **/***, Seriya ÇBÜ № **/***, Seriya ÇBÜ № **/***, Seriya ÇBÜ № **/***, Seriya ÇBÜ № **/***, Seriya ÇBÜ № **/***, Seriya ÇBÜ № **/*** nömrəli kassa mədaxil order qəbzlərini tərtib etməklə, axımlı printer qurğusu vasitəsi ilə çap etdikdən sonra naməlum mənbədən əldə etdikləri Yeni Suraxanı bələdiyyəsinin möhürünün əksini relyef klişe vasitəsilə qeyd olunan sənədlərin üzərinə birbaşa vurulmasını və Yeni Suraxanı bələdiyyəsinin sədrinin imzasını saxtalaşdırılmaqla çəkilməsini təmin etdikdən sonra həmin saxta sənədləri 2020-ci ilin oktyabr ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 201A ünvanında yerləşən “Karamel” restoranında Pərvin Süleymanova təqdim etdikdən sonra, yenidən üzərilərinə götürdükləri öhdəlikləri guya yerinə yetirməsi görüntüsü yaratmaq məqsədilə İddiaçı və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə öncədən yəni, 2020-ci ilin oktyabr ayında Bakı şəhəri ərazisində istintaqa məlum olmayan ünvanda kompüter proqram təminatından istifadə etməklə hazırladıqları bilə-bilə yalan məlumatların göstərildiyi rəsmi sənəd hesab olunan Rahil Almazovun adına 1.000 kv.m., Yalçın Məmmədovun adına 1.000 kv.m., Emin Əliyevin adına 1.000 kv.m., Tofiq Balayevin adına 1.000 kv.m., Ramil Calalovun adına 1.000 kv.m., Seymur Babayevin adına 1.000 kv.m. ölçüdə torpaq sahəsinin ayrılması barədə Yeni Suraxanı bələdiyyəsinin ## #### 2005-ci il tarixli * nömrəli qərarlarını, həmin tarixli “Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alğı-satqı” müqavilələrini, Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbə bələdiyyəsinin yer quruluşu planından çıxarışları, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən qeyd olunan müvafiq ölçüdə torpaq sahələrinin koordinatı cədvəllərini, Bakı şəhəri, Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin ərazisində ayrılması nəzərdə tutulan 2,35 ha torpaq sahəsinin yer quruluşu planlarını, qeyd olunan torpaq sahələrinin satılması ilə əlaqədar həmin bələdiyyəlinin hesabına vəsaitlərin ödənilməsi barədə Seriya ÇBÜ № **/***, Seriya ÇBÜ № **/***, Seriya ÇBÜ № **/***, Seriya ÇBÜ № **/***, Seriya ÇBÜ № **/***, Seriya ÇBÜ № **/*** nömrəli kassa mədaxil order qəbzlərini tərtib etməklə, axımlı printer qurğusu vasitəsi ilə çap etdikdən sonra naməlum mənbədən əldə etdikləri Yeni Suraxanı bələdiyyəsinin möhürünün əksini relyef klişe vasitəsilə qeyd olunan sənədlərin üzərinə birbaşa vurulmasını və Yeni Suraxanı bələdiyyəsinin sədrinin imzasını saxtalaşdırılmaqla çəkilməsini təmin etdikdən sonra həmin saxta sənədləri tamah niyyətilə 2020-ci ilin noyabr ayının əvvəllərində qeyd olunan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 201A ünvanında yerləşən “Karamel” restoranında Pərvin Süleymanova təqdim etdikdən sonra, həmin məqsədlə 2020-ci ilin noyabr ayının əvvəllərində həmin ünvanda qabaqcadan əlbir olduqları qeyrisi vasitəsi ilə 3.000 manat, 2020-ci ilin noyabr ayının sonlarında qeyd olunan ünvanda qabaqcadan əlbir olduqları İddiaçı vasitəsi ilə 6.000 manat olmaqla ümumilikdə 56.000 manat pul vəsaitini zərər çəkmiş şəxs Pərvin Süleymanovdan alıb, qabaqcadan əlbir olan təqsirləndirilən şəxslər İddiaçı və qeyriləri aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə yolu ilə zərər çəkmiş Pərvin Süleymanova məxsus ümumilikdə 56.000 manat məbləğində pul vəsaitini ona vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, təqsirləndirilən şəxslər İddiaçı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə hüquq verən rəsmi sənədləri qanunsuz olaraq istifadə etmək məqsədilə vahid tamah niyyətilə saxtalaşdırmaqla hazırlamış, 2020-ci ilin dekabr ayının ortalarında Suraxanı rayon icra hakimiyyətinin və rayon polis idarəsinin əməkdaşları tərəfindən rəsmiləşdirmə işi apardığı torpaq sahələrinin qanunsuz olaraq zəbt olunduğu zərər çəkmiş Pərvin Süleymanova bildirilməsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” Publik hüquqi şəxsi * saylı Bakı ərazi idarəsi Suraxanı rayon şöbəsi vasitəsi ilə təqdim olunmuş sənədlərin saxta olduğunu öyrənməsi ilə sonuncu aldadıldığını başa düşərək qalan pul vəsaitini verməkdən imtina etdiyinə görə bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək təqsirləndirilən şəxslər İddiaçı və qeyriləri qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Pərvin Süleymanova məxsus cəmi 250.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə ona külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişlər.

3. İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmdən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarına əsasən apellyasiya şikayətinin təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə İddiaçı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəza təyin edilməsi hissəsində ləğv edilmiş, Cinayət Məcəlləsinin 73-1.3-cü və Cinayət- Prosessual Məcəlləsinin 43.3-cü maddələrinə əsasən İddiaçı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə və cinayət işinin icraatına həmin hissədə xitam verilmiş, İddiaçı dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

4. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2025-ci il tarixli K*** nömrəli əmrinə əsasən, İddiaçı ##.##.2025-ci il tarixdən Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “ç” bəndinə əsasən işdən azad edilmiş və onunla bağlanmış xxxx xitam verilmişdir. Əmrin verilməsi üçün əsas kimi Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli hökmü qeyd olunmuşdur.

5. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2025-ci il tarixli K*** nömrəli əmrinə əsasən, İddiaçı xxxx xitam verilməsi barədə xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2025-ci il tarixli K*** nömrəli əmrinin şərh hissəsində “74-cü maddəsinin 1-ci hissəsinin “ç” sözləri “70-ci maddəsinin “ç” sözləri ilə əvəz edilməsi əmr olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra cavabdeh, yaxud MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış “xxxx” xitam verilməsi ilə bağlı cavabdeh MMC-nin verdiyi ##.##.2025-ci il tarixli, K*** nömrəli əmrin qanunsuz hesab edilməsi, onun əvvəlki işinə – mühəndis vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının və MMC-nin qanunsuz hərəkəti nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq 3.000 manat məbləğində pulun MMC-dən onun xeyrinə tutulması, əmrin ləğv, onun isə işə bərpa edilməsi nəzərə alınaraq onun adına açılmış “xxxx” müvafiq düzəlişin edilməsi öhdəliyin MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 26 il müddətində fasiləsiz olaraq cavabdeh MMC-də mühəndis vəzifəsində əmək müqaviləsi ilə işləmişdir. Onun barəsində Cinayət Məcəlləsinin 178.2.3 və 320.1-ci maddələri ilə icraatı başlanmış cinayət işinin istintaqı başa çatdıqdan sonra iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin iş üzrə çıxartdığı ##.##.2025-ci il tarixli hökmlə o, qeyd edilən maddələrdə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, o, Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə 1 il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar ona Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cəza təyin edilməmişdir. Həmin hökmü nəzərə almış MMC, onunla bağlanmış “xxxx” Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “ç” bəndinə əsasən xitam verilməsi haqqında ##.##.2025-ci il tarixdə əmr vermişdir. Əmrdə qeyd olunur ki, onun barəsində çıxarılmış məhkəmə hökmünə əsasən, o, müəyyən vəzifə və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmişdir. Buna görə də, onunla bağlanmış “xxxx” xitam verilməlidir. Hesab edir ki, əmr qanunsuzdur. Belə ki, onun həmin hökmdən verdiyi apellyasiya şikayətinə əsasən cinayət işinə baxmış Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası iş üzrə çıxartdığı ##.##.2025-ci il tarixli qərarla apellyasiya şikayətinin təmin edilməsini və Bakı Ağır Cinayətlər Məhkəməsinin qeyd edilən həmin hökmünün Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə ona cəzanın təyin edilməsi hissəsində ləğv edilməsini və zərərçəkmiş şəxslərə zərərin ödənilməsi nəzərə alınmaqla cinayət təqibinə və cinayət işinin icraatına xitam verilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının həmin qərarı dərhal qüvvəyə minmişdir. Göründüyü kimi, əmr verilən vaxt əmrdə istinad edilmiş əsas artıq mövcud olmamışdır. Lakin MMC bunu nəzərə almamışdır.

8. Cavabdeh iddiaya qarşı etiraz vermiş və etirazı onunla əsaslandırmışdır ki, Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “ç” bəndinə görə, işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə, işçi ilə bağlanmış xxxx xitam verilməlidir. İş materiallarından da görünür ki, iddiaçı, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinmiş, ona Cinayət Məcəlləsinin 178.3.2-cü maddəsi ilə 1 il müddətində dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar olaraq ona Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cəza təyin edilməmişdir. Hökm qanuni qüvvəsini alanadək, Əmək Məcəlləsinin 62-ci maddəsinin “c” bəndinə əsasən (iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai təhlükəli əməllər törətdikdə) – iddiaçı vəzifədən uzaqlaşdırılmışdır. Daha sonra iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında cinayət işinə baxmış Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası iş üzrə çıxartdığı ##.##.2025-ci il tarixli qərarla Cinayət Məcəlləsinin 178.3.2-cü maddəsi ilə cinayət təqibinə və cinayət işinin icraatına xitam verilməsini qərara almış, lakin Cinayət Məcəlləsinin 320.1 və 46.2-ci maddəsi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü dəyişməz qalmışdır. Nəticə etibarilə, iddiaçını müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası qüvvədə saxlanılmışdır. Bu isə o deməkdir ki, iddiaçı ilə bağlanmış “xxxx” Əmək Məcəlləsinin 74cü maddəsinin 1-ci hissəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün əsas olmuşdur. Buna görə də, iddia tələbi rədd edilməlidir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-****/**** nömrəli, # ######## 2025-ci il tarixli qətnaməsi ilə (hakim Aytəkin Əsədzadə) iddianın qismən təmin edilməsi, iddiaçı ilə bağlanmış “xxxx” yuxarıda qeyd edilən əsasla xitam verilməsi haqqında MMC-nin verdiyi ##.##.2025-ci il tarixli, K*** nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki işinə - cavabdeh MMC-nin Layihələrin ekspertizası və keyfiyyətə nəzarət şöbəsinin mühəndisi vəzifəsinə bərpa edilməsi, ##.##.2025-ci il tarixdən, iddiaçı işə bərpa olunacağı tarixədək olan müddət (məcburi işburaxma müddəti) üçün iddiaçıya əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin MMC-nin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisələndirilən ##.##.2025-ci il tarixli əmrin əsası olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli hökmü, hüquqi əsas olaraq Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “ç” bəndi göstərilmişdir. Əmək Məcəlləsinin 74cü maddəsinin 1-ci hissəsinin “ç” bəndinə əsasən işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq xxxx xitam verilir. Hazırkı iş üzrə sadalanan cəzalara məhkum edilmə barədə qanuni qüvvəyə minmiş hökm mövcud deyil, buna görə də iddiaçının əmək müqaviləsinin ləğv edilməsi barədə əmr qanunsuz və əsassızdır.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 1 il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü verilsə də bu hökm qanuni qüvvəsini almamış, iddiaçıya münasibətdə yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli hökmü İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəza təyin edilməsi hissəsində ləğv olunmuş, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə və cinayət işinin icraatına həmin hissədə xitam verilmişdir. Göründüyü kimi, əmək müqaviləsinin ləğv edilməsi barədə əmr ləğv edilmiş məhkəmə hökmünə əsaslanmaqla qanunsuz verilmişdir. Odur ki, həmin əmr ləğv edilməli, paralel olaraq iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir.

12. Məhkəmə hesab etmişdir ki, bu tələblər əsaslı olduğundan qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün, yəni ##.##.2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan əmək haqqının ödənilməsi ilə bağlı tələb də təmin edilməlidir.

13. Məhkəmə eyni zamanda mənəvi zərərinin əvəzinin tutulması hissəsində iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Belə ki, Ali Məhkəmə Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ##.##.2008-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən mənəvi zərərin tutulması barədə iddiaların təmin olunması üçün şəxsin mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olmalıdır. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, hazırkı işin halları baxımından cavabdehin iddiaçıya münasibətdə qanunsuz hərəkətləri öz təsdiqini tapsa da, mənəvi zərərinin əvəzinin tutulması üçün zəruri olan digər faktiki hallarının heç biri iddiaçı tərəfindən sübuta yetirilməmişdir.

14. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı xxxx hansı məzmunda düzəliş aparılmalı olmasını əsaslandırmamış, eyni zamanda məhkəmə xərclərinin nədən ibarət olmasını göstərməmişdir. Ona görə bu hissələrdə də tələb təmin edilə bilməz.

15. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12, 16, 74, 300-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

16. Qətnamədən cavabdeh MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış birinci instansiya məhkəməsi tərəfindən keçirilən iclasların hər birində cavabdeh MMC-nin nümayəndəsi iştirak edilmiş və işlə bağlı məsələlərə, ona verilmiş suallara dolğun izah vermiş, müvafiq sübutları birinci instansiya məhkəməsinə təqdim etmişdir. Lakin birinci instansiya məhkəməsi cavabdeh MMC-nin nümayəndəsinin təqdim edilən sübutları və ətraflı izahları araşdırmamışdır. Bundan başqa nəzərə alınmalıdır ki, bu barədə iddia tələbi olmadığı halda, işə baxmış birinci instansiya məhkəməsi iddiaçı ilə bağlanmış “xxxx” xitam verilməsi haqqında əmrin ləğv edilməsini qət etməklə, iddia tələbindən kənara çıxmışdır ki, bu da yolverilməzdir. Çünki Mülki Prosessual Məcəllənin (MPM) 218.3-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddiaçı ilə bağlanmış “xxxx” xitam verilməsi haqqında MMC-nin verdiyi ##.##.2025-ci il tarixli, K*** nömrəli əmri qeydiyyata alınarkən müəyyən edilmişdir ki, əmrdə uyğunsuzluğa yol verilmiş, buna görə də, MMC-nin ##.##.2025-ci il tarixli K*** nömrəli əmrlə əvvəlki əmrə dəyişiklik edilmiş, iddiaçı ilə bağlanmış “xxxx” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi əmrləşdirilmişdir. Buna görə də, hazırkı iş üzrə apellyasiya icraatı qaydasında iş üzrə yekun məhkəmə aktı qəbul edilərkən, bu hal da qətnamənin ləğv edilməsi üçün əsas olan faktor kimi nəzərə alınmalıdır.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər – Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Günel Abbasova və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “ç” bəndinə görə, işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə, işçi ilə bağlanmış xxxx xitam verilməlidir.

20. Lakin iş materiallarından görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən əmr verilən vaxt əmrdə istinad edilmiş əsas artıq mövcud olmamışdır. Lakin MMC bunu nəzərə almamışdır.

21. Buna görə də qəbul edilməlidir ki, MMC-nin verdiyi həmin əmr əsaslandırılmamışdır. Başqa sözlə, əmr, Əmək Məcəlləsinin “xxxx xitam verilməsi haqqında əmrin (sərəncamın, qərarın) məzmunu” adlı 84-cü maddəsinin 1-ci hissəsinin üçüncü bəndinin tələbinə (xxxx xitam verilməsinin əsasının əmrdə göstərilməsinin məcburiliyi haqqında tələbə) cavab vermir. Bununla da müəyyən edilir ki, həmin əmr etibarsız, qanunsuz və əsassızdır. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdeh MMCyə qarşı

22. iddia tələblərini əks etdirən iddia ərizəsindən görünür ki, həmin tələblər sırasında “qanunsuz əmrin ləğv edilməsi haqqında” tələb yoxdur. Lakin işə baxmış birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə qət etmişdir ki, əmr ləğv edilsin.

23. Cavabdeh MMC qətnamədən verdiyi apellyasiya şikayətində bildirir ki, bu barədə iddia tələbi olmadığı halda, işə baxmış birinci instansiya məhkəməsi iddiaçı ilə bağlanmış “xxxx” xitam verilməsi haqqında əmrin ləğv edilməsini qət etməklə, iddia tələbindən kənara çıxmışdır ki, bu da yolverilməzdir. Çünki MPM-in 218.3-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

24. Müzakirə edilən məsələnin mahiyyətini nəzərə alan məhkəmə kollegiyası qeyd etmişdir ki, bu kimi hal mövcud olsa da, iddia ərizəsində ifadə edilmiş digər tələb – iddiaçının əvvəlki işinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi haqqında tələb iddia ərizəsində qeyd edilməyən həmin tələbi özündə ehtiva edir. Buna görə də, məhkəmə kollegiyası bildirmişdir ki, həmin tələbin mütləq şəkildə iddia ərizəsində göstərilməsi məcburi olmamışdır.

25. Digər tərəfdən məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh MMC, MPM-nin 218.3-cü maddəsinə istinad edərək, maddənin birinci cümləsinin tələbini nəzərə alsa da, həmin maddənin ikinci cümləsinin tələbini nəzərə almır. Halbuki, MPM-in 218.3-cü maddəsinin tam mətni ondan ibarətdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

26. Qeyd edilən prosessual normanın tələblərini nəzərə alan Məhkəmə bildirmişdir ki, Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə, bu maddənin birinci hissəsində (bax hazırkı qətnamənin 18-ci bəndinə) nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər (bax hazırkı qətnamənin 19-cu bəndinə).

27. Odur ki, göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi iddiaçı ilə bağlanmış “xxxx” xitam verilməsi haqqında MMC üzrə verilmiş əmri ləğv etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsinin həmin nəticəsi “iddia tələbindən kənara çıxma” kimi qiymətləndirilə bilməz. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin bu nəticəsinə aid dəlili əsassızdır.

28. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, “xxxx” cavabdeh MMC bildirir ki, iddiaçı ilə bağlanmış “xxxx” xitam verilməsi haqqında MMC-nin verdiyi ##.##.2025-ci il tarixli, K*** nömrəli əmri qeydiyyata alınarkən müəyyən edilmişdir ki, əmrdə uyğunsuzluğa yol verilmiş, buna görə də, MMC-nin ##.##.2025-ci il tarixli K*** nömrəli əmrlə əvvəlki əmrə dəyişiklik edilmiş, iddiaçı ilə bağlanmış “xxxx” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi əmrləşdirilmişdir. Buna görə də, hazırkı iş üzrə apellyasiya icraatı qaydasında iş üzrə yekun məhkəmə aktı qəbul edilərkən, bu hal da qətnamənin ləğv edilməsi üçün əsas olan faktor kimi nəzərə alınmalıdır.

29. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, MPM-in “Apellyasiya instansiya məhkəməsində işə baxılmanın hədləri” adlı 372-ci maddəsinin tələblərinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2.).

30. İş materiallarından isə görünür ki, MMC-nin qeyd etdiyi “##.##.2025-ci il tarixli əmrə dəyişiklik edilməsi haqqında” əmr, hazırkı mülki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edildiyi tarixdən 3 aydan, həmin qətnamədən apellyasiya şikayətinin verilməsi tarixindən isə 1 aydan çox müddət keçdikdən sonra verilmişdir. Bununla da müəyyən edilir ki, hazırkı işdə MPM-in 372.2-ci maddəsində nəzərdə tutulmuş hal baş verməmişdir.

31. Odur ki, göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, MMC-nin ##.##.2025-ci il tarixli əmri sübut kimi nəzərə alına bilməz. “xxxx” ifadə edilmiş bu dəlil əsassızdır və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

32. MMC-nin nümayəndələrinin apellyasiya baxışı zamanı səsləndirdikləri dəlilə iddiaçının, əmək fəaliyyəti zamanı hüquq pozuntusuna yol verməsini və cinayət əməli törətməsinə görə iddiaçının işə bərpasının qeyri-mümkün olması dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, bu dəlil də, əsassızdır. Belə ki, Məhkəmənin yuxarıda göstərilən mövqeyinə görə, “##.##.2025-ci il tarixli əmrə dəyişiklik edilməsi haqqında” MMCnin ##.##.2025-ci il tarixli əmr hazırkı işə baxılan zaman sübut kimi nəzərə alına bilməz. MMC-nin ##.##.2025-ci il tarixli əmrində isə iddiaçı ilə bağlanmış “xxxx” müzakirə edilən bu əsasla xitam verilməsi nəzərdə tutulmamışdır.

33. İşə baxmış birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə əmrin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi ilə yanaşı iddiaçı işə bərpa olunacağı tarixədək olan müddət (məcburi işburaxma müddəti) üçün iddiaçıya əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin MMC-nin üzərinə qoyulmasını qət etmişdir. Cavabdeh MMC qətnamənin bu hissəsinin də ləğv edilməsini xahiş etmişdir.

34. Birinci instansiya məhkəməsinin bu nəticəsinin əsaslılığının yoxlanılması ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər, işəgötürən xxxx bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır.

35. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74, 75, 79, 84, 300-cü maddələrinə və Mülki Prosessual Məcəllənin 218.3, 372, 384, 385-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

36. Qətnamədən cavabdeh MMC (vəkil vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı 1 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməsi barədə əlavə cəzası qüvvədə qalmış, əks halda məhkəmə kollegiyası qərarında əlavə cəzadan da azad edilməsini xüsusi göstərməli və ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək İddiaçı 2 ay 10 (on) gün müddətində cəzaçəkmə müəssisəsində cəza çəkməsinə münasibət bildirməli idi. Bir halda ki, məhkəmə qərarı ilə əlavə cəza qüvvədə qalmış, belə olan halda isə əmək qanunvericiliyinin tələblərinə əsasən işəgötürənin, hazırkı halda isə cavabdehin iradəsindən asılı olmayan səbəblərə görə iddiaçı İddiaçı xxxx xitam verməli idi. Cavabdeh bu normanın imperativ tələblərindən kənara çıxa bilməzdi. Beləliklə də, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamənin çıxarılması üçün heç bir hüquqi əsas olmamışdır, məhkəmə kollegiyası bununla bağlı yanlış mövqe sərgiləmişdir.

38. Məhkəmə kollegiyası göstərilən maddi hüquq normasının pozulmasına yol verərək nəzərə almamışdır ki, maddənin adından da göründüyü kimi, xxxx tərəflərin iradəsindən asılı olmayaraq xitam verilməli idi. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçı İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ciil tarixli hökmü ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında və dövlət müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirmək hüququndan məhrum edilmişdir, Bakı Apellyasiya Məhkəməsinin *(***)- ***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə İddiaçı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəza təyin edilməsi hissələrində ləğv olunmuş, Cinayət Məcəlləsinin 73-1.3 və Cinayət- Prosessual Məcəlləsinin 43.3-cü maddələrinə əsasən İddiaçı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə və iş üzrə icraata xitam verilmiş, İddiaçı dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

39. Deməli, məhkəmə ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək İddiaçı 2 ay 10 (on) gün müddətində cəzaçəkmə müəssisəsində cəza çəkməsini, cinayət məsuliyyətindən bəraətverici əsaslarla azad edilməməsini və tutduğu vəzifənin ona verdiyi səlahiyyətlərdən sui istifadə edərək cinayət əməlini törətməsini nəzərə almış, iddiaçı İddiaçı 1 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməsi barədə əlavə cəzası qüvvədə qalmış, əks halda məhkəmə kollegiyası qərarında əlavə cəzadan da azad edilməsini xüsusi göstərməli idi. Bir halda ki, məhkəmə qərarı ilə əlavə cəza qüvvədə qalmış, belə olan halda isə göstərilən maddi hüquq normasının tələblərinə əsasən işəgötürənin, hazırkı halda isə cavabdeh iradəsindən asılı olmayan səbəblərə görə iddiaçı İddiaçı xxxx xitam verməli idi. Cavabdeh bu normanın imperativ tələblərindən kənara çıxa blməzdi.

40. Məhkəmə kollegiyası göstərilən prosessual hüquq normalarının pozulmasına yol verərək iddiaçını KYLTM MMC-nin Layihələrin ekspertizası və keyfiyyətə nəzarət şöbəsinin mühəndisi vəzifəsinə işə bərpa edilməsi barədə Qətnaməni ədalət prinsipini pozmaqla qəbul edilmişdir. Belə ki, Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə təqsiri sübuta yetirilmiş iddiaçı İddiaçı Cinayət Məcəlləsinin 73-1.3 və Cinayət-Prosessual Məcəlləsinin 43.3cü maddələrinə əsasən cinayət məsuliyyətindən azad olunsa da qeyd olunan cinayəti həmin vəzifədə işləyərkən vəzifənin ona verdiyi səlahiyyətlərindən və statusdan istifadə edərək törətmişdir. Həmin şəxs cinayət məsuliyyətindən azad olunsa da bəraət almamış və onun cinayəti törətməkdə təqsiri tam sübuta yetirilmişdir. O məsuliyyətdən zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəməklə, dövlət büdcəsinə ödəniş etməklə azad olunmuşdur. Bu da onu göstərir ki, həmin şəxsin birbaşa nəzarəti həyata keçirən və strateji qərarların ekspertizasını icra edən şəxs kimi işə bərpa olunması qeyri mümkündür. İşə bərpa olunacağı təqdirdə vəzifənin ona verdiyi səlahiyyətlərdən istifadə edərək təkrarən eyni cinayət əməllərini törətməsi mümkündür. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

41. İddiaçı cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, etirazını iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış, etirazda kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.

42. Maddə 2 (3-cü hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması və digər prinsiplərə əsaslanır.

43. Maddə 3 (3-cü hissə). İşəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir.

44. Maddə 10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və daxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur.

45. Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti. 1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrinə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada xitam vermək.

46. Maddə 16 (1-ci hissə). 1. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, etnik mənsubiyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, mənşəyinə, yaşına, ailə vəziyyətinə və ailə vəzifələrinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı birbaşa və ya dolayı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.

47. Maddə 42 (1-ci hissə). Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

48. Maddə 62 (1-ci hissə). İşəgötürən (“c” bəndi) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə, mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər.

49. Maddə 68 (1-ci hissə). xxxx yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

50. Maddə 68 (2-ci hissəsinin “a” bəndi). Tərəflərdən birinin təşəbbüsü xxxx xitam verilməsinin əsaslarından biridir.

51. Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

52. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

53. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

54. Maddə 72. a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

55. Maddə 74 (1-ci hissə). Tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq xxxx aşağıdakı hallarda xitam verilir: ç) İşçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə.

56. Maddə 76 (1-ci hissə). İşəgötürən tərəfindən xxxx bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

57. Maddə 186 (1-ci hissə). İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

58. Maddə 84 (1-ci hissə). xxxx xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət və ya bələdiyyə orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; xxxx xitam verilməsinin əsası və həmin əsasın nəzərdə tutulduğu bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; xxxx xitam verilən gün, ay və il; xxxx xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

59. Maddə 84 (3-cü hissə). xxxx xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

60. Maddə 186 (2-ci hissə). İşçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan həmin hissənin “ç” bəndində nəzərdə tutulmuş “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” intizam tənbehini verə bilər.

61. Maddə 187 (2-ci hissə). İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

62. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

63. Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.

64. Maddə 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır.

65. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

66. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

68. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

69. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

71. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

72. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

73. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

74. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

75. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

76. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

77. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

78. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

79. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

80. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

81. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin edilməsi hissəsində mübahisələndirdiyindən, məhkəmənin aktı həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

82. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, apellyasiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

83. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Keyfiyyətə nəzarət və xəritələrin tərtibi şöbəsinin 11-ci dərəcəli mühəndisi vəzifəsində işləyən iddiaçı İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli hökmünə əsasən, Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinin tələbinə uyğun olaraq cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cəza təyin edilməmiş, İddiaçı barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilərək o, dərhal məhkəmə iclas zalından həbsə alınmışdır. Həmin hökmdən İddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarına əsasən apellyasiya şikayətinin təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə İddiaçı Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə təqsirli bilinərək cəza təyin edilməsi hissəsində ləğv edilmiş, Cinayət Məcəlləsinin 73-1.3 və Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddələrinə əsasən İddiaçı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə və cinayət işinin icraatına həmin hissədə xitam verilmiş, İddiaçı dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh MMC-nin ##.##.2025-ci il tarixli K*** nömrəli əmrinə əsasən, İddiaçı ##.##.2025-ci il tarixdən Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “ç” bəndinə əsasən işdən azad edilmiş və onunla bağlanmış xxxx xitam verilmişdir. Əmrin verilməsi üçün əsas kimi Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli hökmü qeyd olunmuşdur.

84. İddiaçı iddia ərizəsində həmin halları göstərmiş, həmçinin onun Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmündən verdiyi apellyasiya şikayətinə əsasən cinayət işinə baxılaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının iş üzrə çıxartdığı ##.##.2025-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin qeyd edilən həmin hökmünün Cinayət Məcəlləsinin 178.3.2-cü maddəsi ilə ona cəzanın təyin edilməsi hissəsində ləğv edilməsini və zərərçəkmiş şəxslərə zərərin ödənilməsi nəzərə alınmaqla cinayət təqibinə və cinayət işinin icraatına xitam verilməsinin qərara alınmasını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının həmin qərarının dərhal qüvvəyə minməsini, əmr verilən vaxt əmrdə istinad edilmiş əsasın artıq mövcud olmamasını, lakin MMC-nin bunu nəzərə almamasını qeyd edərək, onunla bağlanmış “xxxx” xitam verilməsi ilə bağlı cavabdeh MMC-nin verdiyi ##.##.2025-ci il tarixli, K*** nömrəli əmrin qanunsuz hesab edilməsi, onun əvvəlki işinə – mühəndis vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının və MMC-nin qanunsuz hərəkəti nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq 3.000 manat məbləğində pulun MMC-dən onun xeyrinə tutulması, əmrin ləğv, onun isə işə bərpa edilməsi nəzərə alınaraq onun adına açılmış “xxxx” müvafiq düzəlişin edilməsi öhdəliyin MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

85. İddianın təmin edilməsi barədə nəticəyə gəlmiş birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış apellyasiya məhkəməsi qətnaməni dəyişdirmədən saxlayarkən qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən əmr verilən vaxt əmrdə istinad edilmiş əsas artıq mövcud olmamışdır. Lakin MMC bunu nəzərə almamışdır. Buna görə də qəbul edilməlidir ki, MMC-nin verdiyi həmin əmr əsaslandırılmamışdır. Başqa sözlə, əmr, Əmək Məcəlləsinin “xxxx xitam verilməsi haqqında əmrin (sərəncamın, qərarın) məzmunu” adlı 84-cü maddəsinin 1-ci hissəsinin üçüncü bəndinin tələbinə (xxxx xitam verilməsinin əsasının əmrdə göstərilməsinin məcburiliyi haqqında tələbə) cavab vermir.

86. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdeh MMCyə qarşı iddia tələblərini əks etdirən iddia ərizəsindən görünür ki, həmin tələblər sırasında “qanunsuz əmrin ləğv edilməsi haqqında” tələb yoxdur. Lakin işə baxmış birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə qət etmişdir ki, əmr ləğv edilsin. Lakin, bu kimi hal mövcud olsa da, iddia ərizəsində ifadə edilmiş digər tələb – iddiaçının əvvəlki işinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi haqqında tələb iddia ərizəsində qeyd edilməyən həmin tələbi özündə ehtiva edir. Həmin tələbin mütləq şəkildə iddia ərizəsində göstərilməsi məcburi olmamışdır. Cavabdeh MMC, MPM-nin 218.3-cü maddəsinə istinad edərək, maddənin birinci cümləsinin tələbini nəzərə alsa da, həmin maddənin ikinci cümləsinin tələbini nəzərə almır. Halbuki, MPM-inin 218.3-cü maddəsinin tam mətni ondan ibarətdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

87. Apellyasiya məhkəməsi eyni zamanda qeyd etmişdir ki, MMC-nin iddiaçı ilə bağlanmış “xxxx” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinin əmrləşdirilməsi barədə “##.##.2025-ci il tarixli əmrə dəyişiklik edilməsi haqqında” ##.##.2025ci il tarixli əmri sübut kimi nəzərə alına bilməz. MMC-nin ##.##.2025-ci il tarixli əmrində iddiaçı ilə bağlanmış “xxxx” müzakirə edilən həmin əsasla xitam verilməsi nəzərdə tutulmamışdır.

88. Kassasiya instansiyası məhkəməsi apellyasiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır və qeyd edir ki, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

89. Bu isə onu ehtiva edir ki, Əmək Məcəlləsi işəgötürən və işçi arasında olan əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsiplərinə əsaslanır və hər hansı fərqli yanaşmaya yol vermir.

90. Əmək Məcəllənin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir.

91. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinə əsasən isə əmək münasibətləri sahəsində işəgötürənin ....c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək hüquqları vardır.

92. İddiaçının işəgötürən tərəfindən işdən azad edilməsi üçün əmrdə istinad etdiyi Əmək Məcəlləsinin 74-cü maddəsində tərəflərin iradəsindən asılı olmayan hallarda xxxx xitam verilməsinin əsasları müəyyən olunmuşdur. Bu əsaslardan biri də, himin maddənin 1-ci hissəsinin “ç” bəndində müəyyən olunmuş “işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə;” əsasıdır. Həmin bəndə əsasən, işçi həbs edildikdə yalnız azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə xxxx xitam verilə bilər.

93. Hazırkı işin faktiki hallarından göründüyü kimi, cavabdeh MMC-də 11-ci dərəcəli mühəndisi vəzifəsində işləmiş iddiaçı, işəgötürən tərəfindən həvalə edilmiş vəzifənin ona verdiyi səlahiyyətlərdən sui-istifadə edərək, bilavasitə həmin işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirməklə qəsdən ağır cinayət törətdiyinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə, Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinin tələbinə uyğun olaraq cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cəza təyin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli qərarına əsasən iddiaçı Cinayət Məcəlləsinin 73-1.3 və Cinayət- Prosessual Məcəlləsinin 43.3-cü maddələrinə əsasən Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət məsuliyyətindən, yəni həmin maddə ilə təyin edilmiş əsas və əlavə cəzadan azad edilməklə barəsində cinayət təqibinə və cinayət işinin icraatına həmin hissədə xitam verilmiş, İddiaçı dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş, hökm qalan hissədə, yəni iddiaçının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.

94. Lakin apellyasiya instansiya məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmünə əsasən iddiaçının məhkəmə iclas zalında həbsə alınıb həmin vaxtdan ##.##.2025-ci il tarixə kimi 2 ay 10 gün müddətində cəzaçəkmə müəssisəsində cəza çəkməsini, yəni qeyd olunan müddət ərzində üzürlü səbəb olmadan işə gəlməməsini, bu dövr ərzində iddiaçının işəgötürənlə əmək münasibətlərinin faktiki olaraq kəsilməsini, həmçinin həmin müddətdə iddiaçıya təyin edilmiş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməsi barədə əlavə cəzanın qüvvədə olmasını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli qərarına əsasən cinayət məsuliyyətindən bəraətverici əsaslarla azad edilməməsini, iddiaçıya münasibətdə birinci instansiya məhkəməsinin hökmünün Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinməsi hissəsində dəyişdirilmədən saxlanılmasını, yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmünün həmin hissədə qüvvədə olmasını, iddiaçının işəgötürən tərəfindən həvalə edilmiş vəzifənin ona verdiyi səlahiyyətlərdən sui-istifadə edərək, bilavasitə həmin işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirməklə qəsdən ağır cinayət törətməsini nəzərə almamış, işin həmin hallarına hər hansı hüquqi qiymət verilməmiş, hökm qanuni qüvvəsini alanadək, iddiaçının işəgötürən tərəfindən Əmək Məcəlləsinin 62-ci maddəsinin “c” bəndinə əsasən (iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai təhlükəli əməllər törətdikdə) –vəzifəsindən kənarlaşdırılıb-kənarlaşdırılmamasını araşdırmamışdır.

95. Həmçinin apellyasiya məhkəməsi nəzərə almamışdır ki, zərərçəkmiş şəxslə barışmasına və dəymiş ziyanı tamamilə ödəməsinə, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsinə görə iddiaçı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 73-1.3 və Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddələrinə əsasən Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsə də, bu hal onun əvvəllər işlədiyi cavabdeh MMC-yə işə bərpa olunması üçün birmənalı əsas kimi qəbul edilə bilməz.

96. Belə ki, işəgötürən tərəfindən həvalə edilmiş vəzifənin ona verdiyi səlahiyyətlərdən sui-istifadə edərək, bilavasitə həmin işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirməklə qəsdən ağır cinayət törətmiş şəxslə yenidən əmək münasibətlərini davam etdirib-etdirməmək işəgötürənin səlahiyyətlərinə aid olduğundan, əks yanaşma əmək müqavilələrinin sərbəst bağlanması, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəsin əmək müqaviləsi bağlamağa məcbur edilə bilməməsi barədə Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinin tələbinə ziddir.

97. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdeh MMCyə qarşı yönəlmiş iddia ərizəsində onun işdən azad edilməsi barədə əmrin qanunsuz hesab edilməsi göstərilsə də, həmin əmrin ləğv edilməsi haqqında tələb irəli sürülməsə də, apellyasiya məhkəməsi həmin əmrin ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərkən, MPM-in 218.3-ci maddəsinə istinad edərək iddia ərizəsində ifadə edilmiş digər tələb – iddiaçının əvvəlki işinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi haqqında tələbin iddia ərizəsində qeyd edilməyən həmin tələbi özündə ehtiva etməsini, buna görə də, həmin tələbin mütləq şəkildə iddia ərizəsində göstərilməsinin məcburi olmaması barədə nəticəyə gəlsə də, həmin halın hakimin iddia tələblərindən kənara çıxa bilməsi ilə bağlı qanunda göstərilən müstəsna hal olub-olmamasına, əgər müstəsna haldırsa hansı müstəsnalığa malik olmasına hüquqi qiymət verməmişdir.

98. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya şikayətində cavabdeh MMC bildirir ki, iddiaçı ilə bağlanmış “xxxx” xitam verilməsi haqqında MMC-nin verdiyi ##.##.2025-ci il tarixli, K*** nömrəli əmri qeydiyyata alınarkən, əmrdə uyğunsuzluğa yol verilməsi, buna görə də, MMC-nin ##.##.2025-ci il tarixli K*** nömrəli əmrlə əvvəlki əmrə dəyişiklik edərək, iddiaçı ilə bağlanmış “xxxx” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsini əmrləşdirilməsini qeyd etsə də, apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə işəgötürən arasında bağlanmış xxxx Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün əsasların olub-olmamasını yoxlamamaqda haqlı olmamışdır.

99. Məhkəmə kollegiyası qeyd edir ki, işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur (Əmək Məcəlləsinin 72-ci maddəsi “e” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilir (Məcəllənin 70-ci maddəsinin “ç” bəndi). Eyni zamanda Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsaslara əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun (Məcəllənin 71.2-ci maddəsi)

100. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh MMC-nin iddiaçı ilə olan xxxx xitam verilməsi barədə əmrinin verilməsi üçün əsas kimi Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü qeyd olunsa da, apellyasiya instansiya məhkəməsi işin hallarına Mülki Prosessual Məcəllənin 88, 106-cı maddələrinin tələblərinə uyğun hüquqi qiymət verməmişdir.

101. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası hesab edir ki, işçi və işəgötürən faktiki bərabər vəziyyətdə deyillər. Lakin bu o demək deyildir ki, işçinin əmək münasibətlərinin icrası zamanı vəzifələrini kobud şəkildə pozması halı yaranmışdırsa işəgötürən onunla əmək münasibətlərinə son verə bilməz. İşçinin zəif tərəf olması onun hüquqdan sui-istifadə etməsinə şərait yaratmamalıdır. İşçinin əmək fəaliyyəti zamanı kobud səhvlərə yol verməsi, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi nəticəsində onun təqsirliliyi müəyyən edildiyi halda işəgötürənin onunla əmək müqaviləsinin davam etdirilməsinə məcbur edilməsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsinə dair təməl prinsipinin pozulmasına səbəb olur.

102. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə ediləcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiq etmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il ## ######## və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il # ##### tarixli Qərarları)

103. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.

104. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadığından, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə iddianın qismən təmin olunması barədə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.

105. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

106. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88, 106-cı maddələrinin tələbləri baxımından düzgün qiymət verməlidir.

107. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar