Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1686/2026 18.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təmirə çəkilmiş xərclərin ödənilməsi, sübuetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “evin bərpasına və təmirinə çəkilmiş xərclərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı1 kassasiya şikayətinə ## ###### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli e-*(***)***/**** saylı qətnaməsi ilə iddiaçı cavabdeh2 cavabdehlər iddiaçı2, X1, iddiaçı1 və X3 qarşı «zəbt olunmuş mənzilin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş; cavabdehlər iddiaçı2, X1, iddiaçı1 və X3 Bakı şəhəri S.Vurğun küçəsi dalan 2-də yerləşən * nömrəli yaşayış evinin ** nömrəli mənzilindən çıxarılmaları və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi; iddiaçı cavabdeh2 Bakı şəhəri S.Vurğun küçəsi dalan 2-də yerləşən * nömrəli yaşayış evinin ** saylı mənzilə köçürülməsi; qətnamənin cavabdeh iddiaçı2 Bakı şəhəri S.Vurğun küçəsi dalan 2-də yerləşən * nömrəli yaşayış evinin ** saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas olması, iddia tələbinin qalan hissədə təmin edilməməsi; iddiaçı iddiaçı1 cavabdeh cavabdeh2 qarşı «alqı-satqı müqaviləsinin (əqdin) etibarlı hesab edilməsi» tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli *(***)****/**** saylı qətnaməsi ilə cavabdeh iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli *(***)- ***/**** saylı qərarı ilə cavabdeh (iddiaçı) iddiaçı1 kassasiya şikayəti təmin edilməmiş; Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ####### 2023-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli e*(***)***/**** saylı qətnaməsi ilə iddiaçı iddiaçı1 cavabdeh «xxxx» X4 * saylı Bakı Ərazi Idarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cavabdeh2 cəlb edilməklə) «çıxarışın qüvvədən düşmüş hesab edilməsi və qeydiyyat yazısının ləğv edilməsi, sahiblik və istifadə hüququnun tanınması» tələbinə dair iddiası təmin edilməmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı iddiaçı1 və onun övladı – iş üzrə digər iddiaçı iddiaçı2 iddiaçı iddiaçı1 bacısı olan cavabdeh cavabdeh1 və sonuncunun övladı – iş üzrə digər cavabdeh cavabdeh2 qarşı birgə iddia ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri S.Vurğun küçəsi, dalan 2-də yerləşən * nömrəli yaşayış evinin ** nömrəli mənzilinin bərpası üçün onlar tərəfindən cavabdehlərə verilmiş 12.500 ABŞ dollarının əvəzinin ödənilməsi məqsədi ilə rəsmi məzənnəyə uyğun olaraq 21.500 manat, mənzilə köçən zaman onlar tərəfindən cavabdehlər əlavə olaraq verilmiş 1.200 ABŞ dollarının əvəzinin ödənilməsi məqsədi ilə rəsmi məzənnəyə uyğun olaraq 2.040 manat, mənzili sonuncu dəfə təmir edilməsi üçün onlar tərəfindən cavabdehlərə verilmiş pulun əvəzi olaraq 10.000 manat, mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmuş iddiaçı2 qeydiyyatdan çıxması ilə əlaqədar kompensasiya olaraq 10.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 220 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı iddiaçı1 bacısı olan cavabdeh1 və sonuncunun qızı cavabdeh2 ilə 2000-ci ildə razılığa gəlmişlər ki, onlar iddia ərizəsində qeyd edilən lakin istismar üçün tam yararsız olan yaşayış sahəsini alıb, bərpa edərək, həmin yaşayış sahəsində birlikdə yaşayacaqlar. Razılığa da uyğun onlar hərəkət etmiş, yaşayış sahəsini almış, oranı bərpa edərək, ötən illər ərzində oranı dəfələrlə təmir etdirmişlər.Yaşayış sahəsinin bərpası üçün iddiaçı1 tərəfindən cavabdehlərə 12.500 ABŞ dolları məbləğində pul verilmişdir. Yaşayış sahəsini bərpa və təmir etdikdən sonra, iddiaçı1, oğlu iddiaçı2 ilə birlikdə həmin sahəyə köçərkən cavabdehlər əlavə olaraq 1.200 ABŞ dolları məbləğində pul vermişdir. Yaşayış sahəsini sonuncu dəfə təmir etdirən zaman iddiaçılar tərəfindən cavabdehlərə 10.000 manat məbləğində pul verilmişdir.Bunlara və aralarında əldə olunmuş razılığa baxmayaraq hazırkı iş üzrə cavabdeh cavabdeh2, yaşayış sahəsinin xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi “Daşınmaz əmlakın dövlət reyestrində” onun adına qeydiyyata alınmasından istifadə edərək, hazırkı iş üzrə iddiaçılara qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onların yuxarıda qeyd edilən yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Nəsimi Rayon Məhkəməsi də, həmin iddiaya dair *(***)-***/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.Hazırkı iş üzrə iddiaçılar həmin qətnaməni mübahisələndirsələr də, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış, bununla da, Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onların yuxarıda qeyd edilən yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Nəsimi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş və icra edilmşdir.Odur ki, iddiaçıları hesab edirlər ki, yaşayış sahəsinin bərpası və sonuncu təmiri üçün ödənilmiş pul vəsaiti cavabdehlərdən müştərək qaydada onların xeyrinə tutulmalıdır.Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı2 həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Belə olan halda iddiaçı2 qeydiyyatdan çıxarılması üçün cavabdehlər tərəfindən ona 10.000 manat məbləğində kompensasiya ödənilməlidir. Belə ki, onun həmin yaşayış sahəsindən istifadə etmək hüququ var və onun bu hüquqa xitam verilməsi üçün kompensasiya ödənilməlidir.
7. Cavabdeh cavabdeh2 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən mənzil onun xüsusi mülkiyyətində olan daşınmaz əmlakdır. O həmin mənzili özünün və anasının – iş üzrə digər cavabdeh cavabdeh1 vəsaiti hesabına bərpa və təmir etdirib. Bununla bağlı iddiaçılar tərəfindən onlara hər hansı vəsait ödənilməyib və bunu təsdiq edə biləcək sübutlar da iddiaçılar tərəfindən məhkəməyə təqdim edilməyib. Bu hal, Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi və qüvvəyə minmiş *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsindən də müəyyən edilir. Həmin qətnamədən həmçinin görünür ki, mənzil ona məxsusdur, cavabdehlər həmin evdə onun razılığı ilə müvəqqəti yaşamış, bunun üçün ona ayda simvolik olaraq 100 ABŞ dolları ödəmiş, cavabdehlərin həmin mənzildən istifadə hüquqları yaranmamış, cavabdehlərin həmin mənzildə onun razılığı olmadan bundan sonra yaşamalarının qanuni əsası yoxdur. Odur ki, o, iddianın rədd edilməsini xahiş etmişdir.
8. Iddiaçıların sifarişi ilə tərtib edilmiş “xxxx” MMC-nın ## ######## 2025-ci il tarixli rəyinə əsasən ünvan 1 ünvanda aparılmış tikinti-təmir işlərinin təqrib dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 16993.5(on altı min doqquz yüz doxsan üç manat əlli qəpik) manat, o cümlədən tikinti işlərinin dəyəri 6225.0 manat, təmir işlərinin dəyəri 10768.5 manat məbləğində müəyyən olunur.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. (Hakim Tağıyev Ceyhun)
10. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar iddia tələblərinin əsası kimi istinad etdikləri hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişlər.
11. Iddiada qeyd edilən tələblərin sübuta yetməməsi, həmçinin hazırkı iş üzrə tərəflər üçün preyudisial xarakter daşıyan və *(***)-***/**** saylı iş üzrə Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi, qanuni qüvvəyə minmiş ##.##.2023-cü il tarixli qətnamədən də müəyyən edilir.
12. Bundan əlavə, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş ekspert rəyi mötəbər sübut deyil. Həmin ekspert rəyi hazırki iş üzrə fundamental sualların heç birini (evin iddiaçılar tərəfindən sökülübsökülmədiyini, bünövrədən yenidən inşa edilib-edilmədiyini, hansı zaman kəsiyində bu işlərin aparıldığını və s.) cavablandırmır. Bu cür prinsipial (əhəmiyyətli, vacib) sualları cavablandırmadığı üçün onun hesablama aparılması, bu hesablamanın aparılması qaydası və s. hissəsinə də qiymət verilməsinə zərurət yoxdur. Beləliklə, iddia əsaslı deyil və təmin edilə bilməz.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2,1097.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Iddiaçı iddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətinin əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil etmiş və əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Rayon Məhkəməsi nəzərə almamışdır ki, digər məhkəmələrin baxışı olmuş mülki işlər üzrə tələblər hazırkı iddia tələbindən, mübahisə predmeti və istinad olunan hallar fərqli olmuşdur. Bundan başqa, hazırki iddia tələbi ilə bağlı iddiaçılar işə baxmış Rayon Məhkəməsinə “xxxx” MMC-nin mütəxəssisləri tərəfindən verilmiş **/**-***/** saylı, ##.##.2025-ci il tarixli “Daşınmaz əmlakın qiymətləndirilməsi haqqında” hesabatı təqdim etmişlər, lakin Rayon Məhkəməsi həmin rəyi nəzərə almamış, rəyə hüquqi münasibət bildirilməmişdir. Halbuki, həmin hesabatda qeyd edilmişdir ki, mübahisəli mənzildə aparılmış tikinti-təmir işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 16.993,5 manat təşkil edir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Məmməd Məmmədov(sədrlik edən və məruzəçi), Günel Abbasova, Fuad Talışinski)
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılar mübahisəli mənzilin bərpasına və təmirinə görə cavabdehlərə, o cümlədən mənzilin mülkiyyətçisi olan cavabdeh2 iddia ərizəsində qeyd edilən məbləğlərdə pul verdiklərini bildirsələr də, bu halı təsdiq edə biləcək, sübutları məhkəmələrə təqdim etməmişlər.
18. Iddiaçıların istinad etdikləri və “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli “Daşınmaz əmlakın qiymətləndirilməsi haqqında” hesabata gəldikdə isə qeyd edilməlidir ki, həmin hesabatda mübahisəli mənzildə tikinti-təmir işlərinin görülməsi və görülmüş işlərin dəyəri qeyd edilsə də, həmin işlərin məhz iddiaçıların vəsaiti hesabına həyata keçirilməsi öz əksini tapmır.
19. Bunları və cavabdehlərin iddiaçıların bu tələbinə etiraz etmələrini nəzərə alan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi həmin “Daşınmaz əmlakın qiymətləndirilməsi haqqında” hesabatı nəzərə almamaqda və iddianın “mübahisəli mənzilin bərpasına və təmirinə görə çəkilmiş xərclərin əvəzinin cavabdehlərdən tutulması barədə” hissəsini təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qeyd edilən bu nəticəsinə aid dəlilləri əsassızdır.
20. Iddianın “mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmuş iddiaçı2 qeydiyyatdan çıxması ilə əlaqədar kompensasiya olaraq 10.000 manat məbləğində pulun cavabdehlərdən tutulması barədə” hissəsinə gəldikdə də məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi bu tələbi də təmin etməməkdə haqlı olmuşdur.
21. Belə ki, Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı iş üzrə qəbul etdiyi və artıq qanuni qüvvəyə minmiş ##.##.2023-cü il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə müəyyən edilmişdir ki, hazırkı iş üzrə iddiaçılar iddiaçı2 və iddiaçı1 mübahisəli mənzildə mənzilin mülkiyyətçisi olan cavabdeh2 razılığı ilə müvəqqəti yaşamış, cavabdehlərin həmin mənzildən istifadə hüquqları yaranmamış, cavabdehlərin həmin mənzildə cavabdeh2 razılığı olmadan bundan sonra yaşamalarının qanuni əsası yoxdur.
22. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilmişdir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 157.6, 1097.1-ci və Mülki Prosessual Məcəllənin 77.1 və 14.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Iddiaçı iddiaçı1 (vəkili Nümayəndə Elburus oğlu) kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbini dəyişdirməmişdən qabaq iş üzrə dindirilmiş şahidlər təsdiq etmişlər ki, mübahisli yaşayış sahəsi iddiaçı1 və onun ailəsi tərəfindən sökülüb yenidən tikilmiş, habelə təmir işləri aparılmışdır. Məhkəmə həmin qətnaməyə istinad edən zaman nədənsə həmin hallara diqqət yetirməmişdir. Bütün bu hallar qətnamədə öz əksini tapmışdır. Beləliklə, məhkəmə qərəzli olaraq işi obyektiv araşdırmamış, ümumiyyətcə, iddia tələblərinə tam şəkildə qətnaməsində münasibət bildirməmişdir. Belə ki, yaşayış sahəsi ilə bağlı pul tələbindən başqa iddiaçı2 həmin mənzilə 2000-ci ildən köçərək yaşaması həmin yaşayış evinə istifadə hüququ yaratmışdır. Bu səbəblə onun qeydiyyatdan çıxarılması zamanı ona kompensasiya məsələsi də həll edilməli idi. Lakin həmin vaxt iddia tələbi dəyişdirildiyinə görə, kompensasiya deyil, alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə qarşılıqlı iddia tələbi qoyulduğuna görə, iddiaçı2 kompensasiya almaq tələbi qoyulmamışdır. Bundan başqa, iddia tələbi ilə bağlı mütəxəssis rəyi təqdim edilmiş, qətnamədə bir cümlə belə həmin rəyə hüquqi münasibət bildirilməmişdir. Həmçinin, məhkəmənin ilk baxış iclasının təxirə salınması xahiş etsə də, məhkəmə qanunsuz və əsassız olaraq həmin vəsatəti təmin etməmiş, prosessual qanunun tələblərini pozmuş, çıxış üçün şərait yaratmamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.6. Istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını
27. yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvini xahiş edib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
32. Işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halına görə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməyib.
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməməsinə istinad edərək, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.
34. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı faktı təsdiq edən sübutlar, mötəbər, ziddiyyətsiz və əsaslı şübhələrdən kənar olmaqla yanaşı, sübut edilən faktın varlığı barədə etibarlı nəticəyə gəlməyə əsas verməlidir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə görə də məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
36. “Mahmudov Rusiyaya qarşı” ## #### 2007-ci il tarixli qərarında X2 Məhkəməsinin hüquqi mövqeyi belə olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbti probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur və bu zaman sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallardan irəli gələ bilər. (§68)
37. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında da X2 Məhkəməsi öxşar hüquqi mövqe göstərərək, məhkəmənin sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartlarının təbiq edilməsini müəyyən etmişdir.
38. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yerilməsi iddiaçının üzərinə düşdüyü və buna baxmayaraq, iddiaçı onları sübuta yetirə bilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.
40. Apellyasiya instansiyası məhkəməsinin işdəki sübutları qiymətləndirməsi MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün olmuşdur. Buna görə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.
41. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: iddiaçı iddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.