Məhkəmə qərarları › İş №2(1-8)-1690/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1690/2026

26.08.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1690/2026 26.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iddiasına dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: “mənzildən istifadə hüququna xitam verilməsi”; Mülki mübahisənin kateqoriyası: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr; Mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə iddiaçı İddiaçı cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı "mənzildən istifadə hüququna xitam verilməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il ## ###### tarixli *(*-*)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh5 tərəfindən kassasiya şikayəti Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında ##.##.2019-cu il tarixli, ********** nömrəli daşınmaz əmlakın Dövlət reyestrindan çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, məhəllə 2942B, ** saylı ev ** saylı mənzil (Yeni qaydalarla: AZ 1149, Baki şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsi, 68, M2, m.1) İddiaçı (bundan sonra mətndə-iddiaçı) mülkiyyətindədir.

2. Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Xətai Sektoru tərəfindən * saylı Vəkil Bürosuna göndərilən ##.##.2024-cü il tarixli, ** №-li məktuba əsasən, ## #### 2025-ci il tarixli *** nömrəli sorğuya cavab olaraq bildirilmişdir ki, Xətai rayonu, Əhmədli qəsəbəsi, Neapol küçəsi, məhəllə 2942B, ev 24, mənzil 73, yarımçıq tikilidə Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində pasport qeydiyyatında olan məcburi köçkünlər ##.##.1979-cu il təvəllüdlü cavabdeh5, həyat yoldaşı cavabdeh4 Novuruz qızı (1981), övladları cavabdeh8 (2002), cavabdeh7 (2004), qardaşı cavabdeh6 (1984), həyat yoldaşı cavabdeh3 (1984), övladları X2 (2013), X3 (2015), digər qardaşı cavabdeh2 (1989), həyat yoldaşı cavabdeh1 (1990), övladları X1 (2015) məskunlaşmışlar.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat:

3. Iddiaçı cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh8, cavabdeh7, cavabdeh6 cavabdeh3, cavabdeh2, cavabdeh1, yetkinlik yaşına çatmayan ailə üzvləri: 2013-cü il təvəllüdlü X2, 2015-ci il təvəllüdlü X3 və 2015-ci il təvəllüdlü X1 ilə birlikdə iddiaçının mülkiyyətində olan: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Neapol küçəsi, məhəllə 2942 B, ** saylı evin ** saylı mənzilindən (Yeni qaydalarla: AZ 1149, Baki şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsi, 68, M2, m.1) çıxarılmalarına və iddiaçı İddiaçı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Neapol küçəsi, məhəllə 2942 B, ** saylı evin ** saylı mənzilinə (Yeni qaydalarla: AZ 1149, Baki şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsi, 68, M2, m.1) köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddiaçı iddia ərizəsini belə əsaslandırılmışdır ki, iddiaçının atası X8 1990-1991-ci illərdə ** saylı Trestin * saylı Tikinti Idarəsində bənna işlədiyi zaman Baki şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Neapol küçəsi, məhəllə 2942 B, ** saylı evin ** saylı mənzilini (Yeni qaydalarla: AZ 1149, Baki şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsi, 68, M2, m.1) order əsasında almışdır. O, sonradan mənzili iddiaçıya bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş, qeydiyyat № ********** olan, ##.##.2019-cu il tarixli çıxarışa əsasən, Baki şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Neapol küçəsi, məhəllə 2942 B, ** saylı evin ** saylı mənzili (Yeni qaydalarla: AZ 1149, Baki şəhəri, Xətai rayonu, Səmədbəy Mehmandarov küçəsi, 68, M2, m.1) onun, yəni iddiaçı İddiaçı xüsusi mülkiyyətindədir. Məlum hadisələrdən sonra iddiaçının mülkiyyətində olan mənzil Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindən olan məcburi köçkünlər Ağayevlər ailəsi tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Onlar bu günə kimi iddiaçıya məxsus olan mənzildə yaşayırlar və mənzildən çıxmaq fikirləri yoxdur. Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Xətai rayon sektoru tərəfindən verilmiş ** nömrəli ## #### 2025-ci il tarixli arayışa əsasən, Baki şəhəri, ünvan 1, yarımçıq tikilidə Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində pasport qeydiyyatında olan məcburi köçkünlər: ##.##.1979-cu il təvəllüdlü cavabdeh5, həyat yoldaşı cavabdeh4 (1981), övladları cavabdeh8 (2002), cavabdeh7 (2004), qardaşı cavabdeh6 (1984), həyat yoldaşı cavabdeh3 (1984), övladları - X2 (2013), X3 (2015), digər qardaşı cavabdeh2 (1989), həyat yoldaşı cavabdeh1 (1990), övladları X1 (2015) məskunlaşmışlar. Göründüyü kimi, Ağayevlər ailəsinin iddiaçıya məxsus: Baki şəhəri, ünvan 1 ünvanında qeyri-qanuni yaşamaları iddiaçının mülkiyyət hüququnu pozur.

5. Iddiaçı İddiaçı məhkəmə iclasında iştirak edərək öz izahatında bildirmişdir ki, onun atası bu mənzili almışdır. Hazırda iddiaçı bu mənzilin mülkiyyətçisidir və çıxarışı var. Onun mənzili məcburi köçkünlər tərəfindən zəbt edilib. Indi isə törpaqlarımız azad edilib. O indi öz evinə köçmək istəyir. Cavabdehlərin mənzildən çıxarılması və iddiaçının mənzilə köçürülməsini xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, öz evi olduğu halda kirayədə yaşayır.

6. Cavabdeh cavabdeh5 məhkəmə iclasında iştirak edərək öz izahatında bildirmişdir ki, onlar məlum səbəblərdən həmin mənzildə yaşayır və onların kəndinin hazırda yenidən inşasına başlanılmayıb. Evlər orada hazır olanda getməyə hazırdırlar. Onlar 3 qardaşdırlar və 13 nəfər bir evdə yaşayırlar. Atası dünyasını dəyişmişdir. Kəndlərinin təməli qoyulmuşdur.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim S.Ə.Eyvazova) e-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlərin məcburi köçkün kimi mənzildə yaşamaları qanuni əsas hesab edilə bilməz. Belə ki, «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Cavabdehlərin məcburi köçkün kimi iddiaçıya məxsus mənzildə məskunlaşmaları iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozur.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 29 və 43cü maddələrinə; Avropa Konvensiyasına * saylı əlavə Protokolun 1-ci maddəsinə; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1, 27.2, 152.1, 152.5, 157.2 və 157.4cü maddələrinə; Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

10. Qətnamədən narazı qalan cavabdeh cavabdeh5 birinci instansiya məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddanın rədd edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin e-*(***)-****/**** saylı ## ####### 2025-ci il tarixli qətnaməsi qəbul edilərkən işdə olan materiallar, cavabdeh tərəfin məhkəmədə verdiyi izahatlar, işin faktiki halları araşdırılmadan sadəcə mülkiyyət hüququna istinad edilməklə qətnamə qəbul edilmiş, mənzildən istifadə hüququ üçün əsas yaranmış olan hallar, qeyd edilən mənzildən cavahdelərin istifadəsini zəruri qılan amillər ümumiyyətlə araşdırılmamışdır. “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin ## ######## 1998-ci il tarixli *** saylı sərəncamında da qeyd edildiyi kimi 1998-ci il və sonrakı illərdə məcburi köçkünlərin 1992—1994- cü illərdə müvəqqəti məskunlaşdıqları mənzillərdən çıxarılmasının qarşısının alınması, həmin ailələrin məskunlaşdıqları evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilmiş orderlərin hüquqi qüvvəsinin müvəqqəti dayandırılmasına dair məsələlərə hüquq-mühafizə orqanlarının nəzarətinin gücləndirilməsi üçün AR Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Ali Məhkəməsinə, Respublika Prokurorluğuna, şəhər və rayonların icra hakimiyyətlərinə müvafiq tapşırıqlar verilmişdir. Qeyd edilən sərəncam üzrə göstərilənlərdən də göründüyü kimi AR Prezidentinin sərəncamında məhkəmələrə və həmin məhkləmələrin qəbul etdikləri qərarları icra etməkdə olan AR Ədliyyə Nazirliyinin icra qurumlarına məcburi köçkünlərin müvəqqəti olaraq məskunlaşdıqları yaşayış evlərindən zorla və ya hər hansı bir məhkəmə qərarı ilə çıxardılmasında müəyyən güzəştlərin edilməsi, torpaqlar işğaldan azad edilənə qədər müvəqqəti məskunlaşdıqları evdən çıxardılmasına yol verilməməsinin zəruri olduğu göstərilmişdir. Bir anlıq düşünülsə ki, qeyd edilən qətnamə qanuni qüvvəyə mindikdən sonra hal-hazırda 3 ailənin ailə üzvlərinin bu qış mövsümündə evdən çıxardılması məsələsinin qətnamə üzrə icra edilməsi 3 ailənin gələcək müqəddəratını da çətinləşdirəcəkdir. Iddiaçı olan mülkiyyətçinin də tələbləri başa düşüləndir. Ancaq 2020-ci il tarixində işğal edilən torpaqlar işğaldan azad edildikdən sonra “Böyük Qayıdış və Köç” planı çərçivəsində məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıtmaqdadır. Cavabdehin və ailə üzvlərinin qeydiyyatda olduğu Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində tikinti və quruculuq işləri ilə bağlı təməl yeni atıldığı üçün həmin şəxslərin də qeyd edilən doğma topraqlarına qayıtması ancaq yaxın 2-3 il ərzində mümkün ola biləcəkdir. Onsuz da cavabdeh birinci instansiya məhkəməsinə hazırki mülki iş üzrə araşdırma aparılarkən də bu xüsusatı məhkəmənin diqqətinə çatdırmışdır. Yuxarıda da qeyd etdiyi kimi işin cavabdehlərin müvəqqəti məskunlaşdıqları və faktiki istifadə etdikləri mənzilin iddaçının mükiyyətində olması işin mübahisəsiz halıdır. Lakin məsələyə AR Konsitisuyasının və AR Mülki Məcəlləsinin mülkiyyətə dair müddəları ilə yanaşaraq cavabdehlərin iddiaçını mülkiyyətinə qanunsuz müdaxilə etməsi və hazırki qətnamə ilə iddiaçının mülkiyyət hüququnun qorunmaqla cavabdehlərin bu cür qanunsuz müdaxilə etməkdən çəkindirilməsi kimi yanaşılması doğru deyildir və məhkəmə qətnaməsinin əsasızlığına dəlalət edir. Gələcəkdə cavabdehlər onsuz da dövlət tərəfindən doğma yurdyuvalarında evlə təmin olunacağı və öz evlərinə qayıdacağı üçün belə bir qətnamənin qəbul edilməsi sadəcə gələcəkdə onsuz da boşaldılacaq mənzilə dair mübahisəni indidən anlamsız qalacaqdır. Yəni onsuz da ev boşaldılaraq iddiaçıya təhvil veriləcək, bunun üçün məhkəməyə müraciət edərək qətnamə qəbul etdirmək nəyə lazım idi. Sadəcə olaraq iddiaçının özünün mülkiyyətində olan, fəqət faktiki olaraq başqası tərəfindən istifadə edilən mənzil qısa bir zaman kəsiyindən sonra mübahisəsiz qaydada iddiaçıya təhvil veriləcəkdi. Hesab edir ki, birinci instansiya məhkəməsi işi araşdırarkən və qətnamə qəbul edərkən maddi hüquq norması kimi istinad etdiyi AR Prezidentinin müvafiq sərəncamını nəzərə almalı idi.

12. Cavabdeh cavabdeh5 məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Həmçnin bildirmişdir ki, əlavə müddət istəyirlər. Onların kəndinin tikintisinə başlayırlar. Evin tikintisi başa çatdıqdan sonra onlar evdən çıxmağa hazırdırlar. Evin onlara məxsus olmadığını bilirlər. Evin böyüyü kimi o şikayət vermişdir.

13. Iddiaçı İddiaçı məhkəmə iclasında iştirak edib və apellyasiya şikayətinə etiaz edərək bildirmişdir ki, qarşı tərəf 30 ildir ki, həmin evdə yaşayır. Onların hazırda yaşadığı ev pis vəziyyətdədir. O, özü tək anadır, evin qaytarılmasını xahiş edir. Mübahisəli ev 3 otaqlıdır, hazırda qarşı tərəfin ailə üzvləri orada yaşayır

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər- C.C.Musayeva (sədrlik edən və məruzəçi), F.F.Babayev, F.V.Abdıyev) (bundan sonra – apellyasiya instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli *(*-*)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh cavabdeh5 tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir.

15. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə müəyyən olunmuş hallar ondan ibarətdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, məhəllə 2942B, ** saylı ev ** saylı mənzil (Yeni qaydalarla: AZ 1149, Baki şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsi, 68, M2, m.1) İddiaçı xüsusi mülkiyyətindədir və onun bu hüququ ##.##.2019-cu il tarixdə qeydiyyata alınmışdır. cavabdeh5 ailə üzvləri ilə birlikdə həmin evdə məskunlaşması işin mübahisələndirilməyən halıdır.

16. Hazırkı iddia tələbi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus yaşayış sahəsindən orada yaşayan şəxslərin çıxarılması və s. barədədir. Iddiaçı tələbinin əsası kimi mübahisəli mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasına, cavabdehlərin isə hər hansı hüquqi əsas olmadan mənzili tərk etməmələrinə istinad etmişdir.

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı cavabdehlərin çıxarılmasını istədiyi daşınmaz əmlakın mülkiyyətçisidir, onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Beləliklə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.

18. Qeyd edilməlidir ki, mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələri onunla xarakterizə olunur ki, bu vasitələr mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia.

19. Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

20. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır; vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə bir-biri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər.

21. Beləliklə də, iddiaçı cavabdehlərin çıxarılmasını istədiyi mənzilin mülkiyyətçisidir, onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Buna baxmayaraq mübahisəli mənzilə hər hansı əşya hüququ olmayan cavabdeh iddiaçının mülkiyyət hüququnu sərbəst surətdə həyata keçirməsinə məhdudiyyətlər yaradır, bu isə qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir.

22. Belə ki, Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin IV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazılığı hüququ vardır.

23. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlinin dəlillərinə hüquqi qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində qeyd edilən formal etirazlar, eləcə də işin faktiki halları ilə bağlı dəlillər də həmin qətnamənin dəyişdirilməsi və ləğv edilməsi üçün əsas ola bilməz.

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 139.1 139-1.1.11, 140,152.1, 152.5, 157.2,164.2-ci maddələrinə, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununa əlavə olunmuş 8.0.11-ci maddəsinə, Azərbaycan Respublikasında mənzillərin özəlləşdirilməsi məsələləri ##.##.1993cü il tarixdə qəbul edilmiş «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» AR Qanununun 1-ci maddəsinə, “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” Qaydasının 1.3 və 1.4-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri:

25.

26. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, hazırkı qətnamə ilə iddiaçının mülkiyyət hüququnun qorunmaqla cavabdehlərin bu cür qanunsuz müdaxilə etməkdən çəkindirilməsi kimi yanaşılması doğru deyildir və məhkəmə qətnaməsinin əsasızlığına dəlalət edir. Gələcəkdə cavabdehlər onsuz da dövlət tərəfindən doğma yurd-yuvalarında evlə təmin olunacağı və öz evlərinə qayıdacağı üçün belə bir qətnamənin qəbul edilməsi sadəcə gələcəkdə onsuz da boşaldılacaq mənzilə dair mübahisəni indidən anlamsız qılacaqdır. Yəni onsuz da ev boşaldılaraq iddiaçıya təhvil veriləcək, bunun üçün məhkəməyə müraciət edərək qətnamə qəbul etdirmək nəyə lazım idi. Sadəcə olaraq iddiaçının özünün mülkiyyətində olan, fəqət faktiki olaraq başqası tərəfindən tərəfindən istifadə edilən mənzil qısa bir zaman kəsiyindən sonra mübahisəsuz qaydada iddiaçıya təhvil veriləcəkdi. Hesab edirik ki, istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi işi araşdırarkən və qətnamə qəbul edərkən maddi hüquq norması kimi istinad etdiyimiz AR Prezidentinin müvafiq sərəncamını nəzərə almalı idi. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz olaraq məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin məcburi köçkün statusuna malik olmasını, onun və ailə üzvlərinin başqa yaşayış yerinin olmamasını, uzun müddət həmin ünvanda yaşamasını və çıxarılmanın onun konstitusion yaşayış hüququna ağır müdaxilə təşkil etdiyini nəzərə almamışdır. Hesab edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya məhkəməsində qeyd edilən hallar əsasında apellyasiya instansiyası məhkəməsinin 2 (*-*)-***/**** saylı ## ###### 2026cı il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi üçün hüquqi əsaslar mövcuddur.

27. Kassasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 385, 386, 387 və 417-ci maddələrinə istinad edilmişdir. 35.Kassasiya şikayətinə qarşı etirazın dəlilləri: b)

28. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, məhkəmə kollegiyası tərəfindən işin halları tam, hərtərəfli, obyektiv, maddi və prosessual hüquq normalarının tələblərinə uyğun şəkildə araşdırılmış və ədalət, humanizm prinsiplərinə əsaslanan düzgün qətnamə qabul edilmişdir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qeyd olunan fikirlərin heç bir əsası yoxdur və Bakı Apellyasiya Məhkəməsi tərəfındən qəbul edilmiş qətnamənin ləğv edilməsi üçün səbəb ola bilməz. Bir daha qeyd edib ki, məhkəmə kollegiyası həqiqətə nail olmaq üçün işi hərtərəfli, tam və obyektiv şəkildə araşdırmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək, ədalətli, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bütün bunları nəzərə alaraq, cavabdeh cavabdeh5 va onun vəkili vəkil1 tərəfındən verilmiş kassasiya şikayətinin əsassız olduğundan təmin olunmamasını va Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-*)-***/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

29. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

30. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

31. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

32. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

33. Maddə 152.5.Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

34. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

«Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanunun Maddə 17(birinci hissə). Qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının HYPERLINK "https://eqanun.az/framework/4775" \o "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları"müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu

36. Maddə 5(hüquq münasibəti yarandığı vaxt qüvvədə olmuş redaksiya). Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” Qaydası

37. Bənd 1.3. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir.

38. Bənd 1.4. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri:

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh cavabdeh5 tərəfindən tam mübahisələndirdiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətlərinin dəlillərində göstərilən hüquqi məsələlərə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin yoxlanılan hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

53. Yuxarıda qeyd edilənlərə görə də cavabdeh cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar