Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1706/2026 01.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər X1, cavabdeh3 və cavabdeh1 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 qarşı istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyaının ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından cavabdeh cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 2 saylı ünvanda olan fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdeh3 və cavabdeh1 Salyan şəhəri M.Dadaşov küçəsi ** saylı ünvanda olan fərdi yaşayış evindən çıxarılması və evin tamamilə boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Salyan Rayon Məhkəməsinin e-*(***)****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılma barədə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh3 və cavabdeh1 Salyan şəhəri M.Dadaşov küçəsi ** saylı ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin İddiaçı təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Rüstəm Alıyev)
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Qətnаmədən nаrаzı qаlаn cavabdeh cavabdeh3 аpellyаsiyа şikаyəti vermişdir.
4. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
5. Həmin qətnamə cavabdeh3 Elektron kabinetinə ## ###### 2025-ci il tarixdə yerləşdirilmiş, cavabdeh3 isə ## ###### 2026-cı il tarixdə kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verildiyinə görə geri qaytarılmışdır.
7. cavabdeh3 həmin qərardaddan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, qətnamədən verilən kassasiya şikayətinin icraata qəbul edilərək, mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədən Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
9. ## ##### 2026-cı il tarixində cavabdeh3 buraxılmış prosessual müddətin bərpasına dair ərizə ünvanlayaraq Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.
10. Ərizə onunla əsaslandırılmışdır ki, vəsatət verən elektron kabinetdən faktiki istifadə edə bilmədiyinə görə məhkəmə aktından vaxtında xəbər tuta bilməmiş, yalnız qətnamə poçtla çatdırıldıqdan sonra məlumatlı olmuşdur. Bu hal müddətin buraxılmasının üzrlü səbəbi kimi qiymətləndirilməlidir. Elektron kabinetdən faktiki istifadə edə bilməyən adi vətəndaş üçün məhkəmə aktının yalnız elektron mühitdə yerləşdirilməsi əsasında müddətin “bitmiş” sayılması kassasiya instansiyasına çıxışı həddindən artıq məhdudlaşdırır. Müddətin bərpası institutu məhz belə hallarda məhkəmə müdafiəsinin real təminatı üçün tətbiq edilməlidir.
11. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)****/**** nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair cavabdeh cavabdeh3 tərəfindən verilmiş ərizə rədd edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “AZEMIS” Elektron Məhkəmə informasiya Sistemindən çıxarışdan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)****/**** saylı qətnaməsi ##.##.2025-ci il tarixdə cavabdeh3 elektron kabinetinə yerləşdirilmişdir. Kassasiya şikayəti cavabdeh3 nümayəndəsi vəkil nümayəndə2 tərəfindən ##.##.2026-cı il tarixdə imzalanmışdır. 13.Bundan əlavə, məhkəmə kollegiyası qeyd etmişdir ki, “AZEMIS” Elektron Məhkəmə informasiya Sistemindən çıxarışdan görünür ki, cavabdeh3 adına olan elektron kabinet “elektron ünvan 1” adlı e-mail ünvanı ilə təsdiq olunmuşdur. 14.Bununla yanaşı, məhkəmə tərkibi qeyd etmişdir ki, kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə də ağlabatan müddətdə təqdim edilməmişdir. Belə ki, kassasiya şikayətinin geri qaytarılmasına dair # ###### 2026-cı il tarixli qərardad ərizəçinin elektron kabinetinə həmin gün yerləşdirildiyi halda, buraxılmış prosessual müddətin bərpasına dair ərizə yalnız # ##### 2026-cı il tarixdə təqdim edilmişdir. Cavabdeh cavabdeh3 bu müddət ərzində ərizənin gec təqdim edilməsinə dair hər hansı əsaslandırılmış üzrlü səbəb göstərməmişdir ki, bu da prosessual hüquqlardan lazımi qaydada və ağlabatan müddətdə istifadə edilmədiyini təsdiq edir. 15.Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdehin hüquqları məhz peşəkar hüquqşünas – vəkil tərəfindən həyata keçirilir. Vəkilin isə nümayəndə qismində tam səlahiyyətli şəxs olaraq bu hüquqların vaxtında realizə olunmamasının doğuracağı hüquqi nəticələri bilməməsi mümkün deyildir. 16.Nəzərə alınmalıdır ki, MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 17.Məhkəmə kollegiyası hesab etmişdir ki, ərizəçinin buraxılmış prosessual müddətin bərpası barədə göstərdiyi səbəblər üzrlü hesab edilə bilməz. Belə ki, iş materiallarına əsasən şikayət olunan qətnamə elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizəçiyə vaxtında çatdırılmışdır. Lakin buna baxmayaraq, kassasiya şikayəti prosessual müddət bitdikdən sonra təqdim edilmiş və ərizədə göstərilən vəsatət verənin elektron kabinetdən faktiki istifadə edə bilməməsinə görə məhkəmə aktından vaxtında xəbər tuta bilməməsi barədə arqumentlər isə iş üzrə prosessual hərəkətlərin vaxtında həyata keçirilməsinə mane olan obyektiv və qarşısıalınmaz hal kimi qiymətləndirilə bilməz. 18.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, cavabdeh cavabdeh3 şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməməlidir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
19.Cavabdeh cavabdeh3 (vəkil nümayəndə2) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadının tam ləğv edilməsini, cavabdeh3 Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən kassasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddəti üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. 20.Şikayət onunla əsaslandırılmışdır ki, şikayət olunan qərardadda məhkəmə ərizəçinin müddətin bərpası barədə vəsatətini “ağlabatan müddətdə verilməmiş” hesab etmişdir. Lakin MPM-in 133-cü maddəsi buraxılmış prosessual müddətin bərpası barədə ərizənin verilməsi üçün ayrıca konkret müddət müəyyən etmir. Bundan əlavə, # ###### 2026-cı il tarixli kassasiya şikayətinin geri qaytarılması barədə qərardaddan şikayət verilmiş və həmin məsələ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasında ## #### 2026-cı il tarixli qərarı ilə yekunlaşmışdır. Həmin qərar ## ##### 2026-cı il tarixdə elektron kabinetə əlavə edilmişdir. Bu baxımdan ## ##### 2026-cı il tarixdə müddətin bərpası barədə vəsatət verilməsi ağlabatan müddət daxilində hüquqi müdafiə vasitəsindən istifadə kimi qiymətləndirilməlidir. 21.Məhkəmənin qərardadda MPM-in 120 və 174.5-ci maddələrinə istinad etməsi əsassız və qeyri-mütənasibdir. Ərizəçi məhkəməyə çıxış və kassasiya şikayəti vermək hüququndan istifadə etmişdir. Hüquqi müdafiə vasitəsindən istifadə edilməsi əsassız və ya vicdansız prosessual davranış kimi qiymətləndirilə bilməz. 22.Hazırkı işin predmeti ərizəçinin və ailə üzvünün yaşayış sahəsindən çıxarılması ilə bağlıdır. Bu səbəbdən işin nəticələri ərizəçi üçün ağır sosial və hüquqi nəticələr doğurur. Belə hallarda məhkəmələr prosessual müddətlərin tətbiqində xüsusilə diqqətli olmalı, formalizmin ədalətli məhkəmə araşdırması hüququnu üstələməsinə yol verməməlidir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil omamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
25. Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
26. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
27. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
28. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8- ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
29. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
30. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadından cavabdehin verdiyi kassasiya şikayətinin dəlilləri əsassızdır.
36. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
37. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.).
38. Hazırkı işin materiallarından müəyyən olunur ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)****/**** saylı qətnaməsi ##.##.2025-ci il tarixdə cavabdeh3 elektron kabinetinə yerləşdirilmişdir. Kassasiya şikayəti cavabdeh3 nümayəndəsi və vəkili nümayəndə2 tərəfindən ##.##.2026-cı il tarixdə imzalanmışdır.
39. Daha sonra, kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verildiyinə görə kassasiya şikayətinin geri qaytarılmasına dair # ###### 2026-cı il tarixli qərardad ərizəçinin elektron kabinetinə həmin gün yerləşdirilməsinə baxmayaraq, buraxılmış prosessual müddətin bərpasına dair ərizə # ##### 2026-cı il tarixdə təqdim edilmişdir. Cavabdeh cavabdeh3 bu müddət ərzində ərizənin gec təqdim edilməsinə dair hər hansı əsaslandırılmış üzrlü səbəb göstərməmişdir.
40. Hazırkı kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin göstərdiyi dəlillər formal mülahizələdən ibarətdir. Göstərilən dəlillər üzrlü səbəb kimi qəbul edilə bilməz.
41. “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
42. Beləliklə, kassasiya kollegiyası izah edir ki, zəruri prosessual hərəkətlərinin vaxtında həyata keçirilməməsi buraxılmış müddətin bərpası üçün üzrlü hal kimi qiymətləndirilə bilməz və bunun mənfi hüquqi nəticələrini məhz kassator daşımalıdır.
43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassator tərəfindən müddətin ötürülməsini üzrlü edən, onun iradəsi və hərəkətlərindən asılı olmayan səbəblərə istinad edilmədiyindən və belə səbəblərə dair sübutlar apellyasiya məhkəməsinə təqdim edilmədiyindən müddətin bərpasına dair ərizəsi əsassız olmuşdur.
44. Odur ki, kassasiya şikayətinin buraxılmış prosessual müddətin bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyaının ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.