Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1728/2026 02.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron-X1 İdarəsi Sumqayıt şəhər Bülbül adına * nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri, Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli iş üzrə 16 mart 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə # ######## 2026-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı əmək kitabçasının surətində olan qeydlərə əsasən, o, Sumqayıt Şəhər Bülbül adına * saylı Uşaq İncəsənət Məktəbində ##.##.2007-ci il tarixdə müəllim vəzifəsinə işə qəbul edilmiş və işəgötürənin ##.##.2025-ci il tarixli, ** saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir.
2. AR Mədəniyyət Nazirliyi, Abşeron-X1 İdarəsi Bülbül adına * saylı Uşaq İncəsənət Məktəbin işçilərin attestasiyası üzrə ##.##.2025-ci il tarixli attestasiya vərəqəsindən müəyyən edilmişdir ki, İddiaçı attestasiyası zamanı Komissiya tərəfindən onun cavabları ilə bağlı “Motsartın C-dur Sonatasını çox zəif ifa etdi. T.Quliyev– Marş “Cəmilərin albomu” məcmuəsindən əsərini üzdən oxudu. Qammaları çox zəif ifa etdi. Musiqi ədəbiyyatı haqqında anlayışı yoxdur” kimi qeydlər edilmişdir. Səsvermənin nəticələri lehinə – 0, əleyhinə – 5 kimi müəyyən edilmişdir.
3. İşəgötürənin ## ##### 2025-ci il tarixli, ** saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən müəyyən edilmişdir ki, Sumqayıt Şəhəri, Bülbül adına * saylı Uşaq İncəsənət Məktəbin “Fortepiano müəllimi” vəzifəsində çalışan İddiaçı Vəli qızı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə (“peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə”) əsasən ## ##### 2025-ci il tarixdən xitam verilmişdir.
4. Sumqayıt * saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan müəyyən edilmişdir ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Sumqayıt Şəhəri, Bülbül adına * saylı Uşaq İncəsənət Məktəbinin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh AR Mədəniyyət Nazirliyinin Abşeron- X1 İdarəsi Bülbül adına * saylı Uşaq İncəsənət Məktəbinə (bundan sonra - cavabdeh) qarşı iddia qaldıraraq, işəgötürənin ## ##### 2025-ci il tarixli, ** saylı əmrinin ləğv edilməsi, işə bərpa olunana qədər işəgötürənin təqsiri ucbatından buraxılmış iş günlərinə görə itirilmiş əmək haqqının işəgötürən tərəfindən tam ödənilməsi, yekun məhkəmə aktı çıxarılanadək hər gecikdirilmiş gün üçün əmək haqqının 3 faizi məbləğində pul vəsaitinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi işin faktiki hallarına istinad olunaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, attestasiya qərəzli olaraq keçirilmiş və işdə, bu halları təsdiq edən sübutlar olmuşdur. Belə ki, keçirilmiş attestasiya zamanı verilmiş suallar iddiaçının ixtisasına, peşəsinə və əmək funksiyasına uyğun olmamış, onun fəaliyyətini tam əhatə etməmişdir. Həmçinin müəyyən edilmişdir ki, ##.##.2025-ci il tarixli, ** nömrəli işdən azad etmə barədə əmrdə həmin əmrin verilməsi üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilməmişdir. İddiaçı tərəfindən bu hal AR Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinin pozulması kimi qiymətləndirilmişdir. Belə ki, qeyd olunan maddənin tələbinə əsasən, əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin (sərəncamın, qərarın) məzmununda əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Beləliklə, müəyyən edilmişdir ki, iddiaçının mövqeyinə görə, əmrdə onun verilməsi üçün əsas olan sənədlərin siyahısı öz əksini tapmamışdır.
7. Sumqayıt Şəhəri Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddia qismən təmin edilərək, işəgötürənin ##.##.2025-ci il tarixli, ** saylı əmrinin ləğv edilməsi, iddiaçının cavabdehdə “fortepiano” müəllimi vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
8. Məhkəmə işə əlavə edilmiş sübutları araşdıraraq müəyyən etmişdir ki, iddiaçı ## ######## 2007-ci il tarixdən Sumqayıt şəhər Bülbül adına * saylı Uşaq İncəsənət Məktəbində fortepiano müəllimi vəzifəsinə işə qəbul edilmişdir. ## #### 2025-ci il tarixdə Bülbül adına * saylı Uşaq İncəsənət Məktəbində işçilərin attestasiyası keçirilmiş və iddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Bundan sonra, işəgötürənin ## ##### 2025-ci il tarixli, ** saylı əmrinə əsasən Bülbül adına * saylı Uşaq İncəsənət Məktəbinin fortepiano müəllimi- iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir.
9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçının attestasiyası “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının” pozulması ilə keçirildiyindən, onun attestasiyanın nəticələrinə görə işdən çıxarılması qanunsuz olmaqla yanaşı, dövlətin bəzi ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi siyasətinə zidd olmuşdur.
10. Məhkəmə qeyd etmişdir ki, AR Nazirlər Kabinetinin ## ### 2001-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “AR işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na əsasən, attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları və vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilməlidir.
11. Məhkəmə onu da qeyd etmişdir ki, təqdim edilmiş attestasiya vərəqəsindən görünür ki, iddiaçı fortepiano müəllimi olmasına baxmayaraq, ona daha çox nəzəri xarakterli suallar verilmişdir. AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində nəzərdə tutulmuşdur ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
12. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, işəgötürən iddiaçının uzun müddət fortepiano müəllimi vəzifəsində qüsursuz fəaliyyətini nəzərə almadan onunla bağlanmış əmək müqaviləsinə xitam vermiş və bu zaman əmrin tərtibində AR Əmək Məcəlləsinin 71-ci maddəsində müəyyən edilmiş tələbi pozmuşdur.
13. Belə ki, həmin maddəyə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. İşəgötürən Bülbül adına * nömrəli Uşaq İncəsənət Məktəbi ## ##### 2025ci il tarixli, ** nömrəli əmrdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır.
14. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi işə bərpa və işə məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində əsaslı olduğundan təmin olunmalıdır və ##.##.2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Abşeron-X1 İdarəsi Bülbül adına * saylı Uşaq İncəsənət Məktəbi tərəfindən iddiaçıya ödənilməlidir.
15. Məhkəmə qeyd etmişdir ki, işəgötürən işçi ilə əmək müqaviləsinə xitam verərkən, yəni işdən çıxarılmasında özünü haqlı hesab edərkən işəgötürən tərəfindən işçiyə əmək haqqının ödənilməsindən söhbət gedə bilməz. Yəni belə bir şəraitdə iddiaçı cavabdeh tərəfindən əmək haqqının verilməsinin gecikdirilməsinin cavabdehin iradəsindən və imkanlarından asılı olan hal kimi qiymətləndirilə bilməz.
16. Cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə ## ##### 2025-ci il tarixli əmr məhkəmə tərəfindən qanunsuz hesab edildiyindən və məcburi iş buraxmaya görə əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qərar məhkəmə tərəfindən qəbul edildiyindən, məcburi iş buraxmaya görə əmək haqqının gecikdirilməsində cavabdeh təqsirli hesab edilə bilməzdir.
17. Məhkəmə qeyd etmişdir ki, iddia qismən təmin olunmalı və işəgötürənin ##.##.2025-ci il tarixli, ** saylı əmri ləğv edilməlidir. İddiaçı cavabdehdə “fortepiano” müəllimi vəzifəsinə bərpa edilməlidir. Məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
18. Məhkəmə öz hüquqi mövqeyini AR Əmək Məcəlləsinin 2.2, 2.3, 3.3, 3.5, 65.1, 65.2, 65.3, 65.4, 65.5, 65.6, 65.7, 67.1, 67.2, 71.3, 83.1, 83.2, 300.1-ci maddələrinə, AR Nazirlər Kabinetinin ## ### 2001-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “AR işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 1.2, 2.4, 2.6, 3.7, 3.1, 3.2, 3.3-cü bəndlərinə, hağelə MPM-nin 14.2, 77.1, 88, 107, 119.1, 119.2, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə hüquqi qiymətləndirmə apararkən nə iddiaçının prosessual davranışını, nə “Mediasiya haqqında” Qanunun, nə də əmək qanunvericiliyinin tətbiqinə dair tələbləri düzgün nəzərə almamışdır. İddiaçı, Attestasiya Komissiyasının qərarının qərəzli olduğunu qeyd edərək həmin qərarı mübahisələndirərkən, bir aylıq müddətin ötürülməsini məhkəmə nəzərə almamışdır. Belə ki, “İşçilərin attestasiyasının keçirilməsi” haqqında ## ### 2001-ci il tarixli Qərarın 3.6-cı maddəsində qeyd edilmişdir ki, “Attestasiya ilə, o cümlədən attestasiyanın nəticələrinə görə işçinin işdən çıxarılması və ya başqa vəzifəyə (peşəyə) keçirilməsi haqqında mübahisəli məsələlər qanunvericiliyə müvafiq surətdə məhkəmələrdə baxılıb həll edilir.” Burada “müvafiq qanunvericilik” dedikdə Əmək Məcəlləsinin nəzərdə tutulduğu qeyd edilmişdir. İddiaçı, AR Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş məhkəməyə müraciət üçün müəyyən edilmiş bir təqvim ayı müddətini əsassız şəkildə ötürmüş, lakin bu müddətin bərpası üçün qanunla müəyyən olunmuş əsasları və hüquqi meyarları məhkəməyə təqdim etməmişdir. Həmçinin “Mediasiya haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən, mediasiya prosesinin bu Qanunda nəzərdə tutulmuş qaydada ilkin mediasiya sessiyasında iştirak edildiyi andan başlanmış hesab olunduğu qeyd edilmişdir. Nəticə olaraq, ## ##### 2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr imzalanmış, ## ### 2025-ci il tarixində isə mediasiya sessiyası keçirilmişdir. Beləliklədə iddiaçı tərəfindən bir aylıq müddətin ötürüldüyü və iddianın əsassız olaraq qaldırıldığı bildirilmişdir. Bu baxımdan, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş təsdiqedici sübutlar, yəni əmrin verilmə tarixi, onun əməkdaş tərəfindən qəbul edilməsi, məlumatlandırmanın elektron sistemdə əks olunması və digər obyektiv məlumatlar məhkəmə tərəfindən lazımi qaydada qiymətləndirilməmişdir. Həmçinin məhkəmənin AR Əmək Məcəlləsinin 83.2-ci və 296.3-cü maddələrinin tələblərini nəzərə almadığı və maddi hüquq normalarının tətbiqində səhvə yol verdiyi qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnamədə iddianın əsaslı olduğunu qeyd etdiyi, lakin bu əsaslılığın hansı hüquqi və faktiki meyarlara söykəndiyini kifayət qədər əsaslandırmadığı bildirilmişdir. Məhkəmənin yalnız AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə istinad etdiyi və həmin normanın tətbiqini düzgün qiymətləndirmədiyi qeyd olunmuşdur. Apellyasiya şikayətində göstərilmişdir ki, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi işəgötürənə işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının və tutduğu vəzifəyə uyğunluğunun əmək funksiyasının tələblərinə cavab verməməsi halında əmək müqaviləsinə xitam vermək səlahiyyəti vermişdir. Bu səlahiyyətin məhkəmə tərəfindən sübutlar araşdırılmadan məhdudlaşdırılması qanunsuz və əsassız hesab edilmişdir. Məhkəmənin iddiaçının attestasiyasının “AR işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın pozulması ilə həyata keçirildiyini və işçiyə öz vəzifə və ixtisasına uyğun olmayan suallar verildiyini qeyd etdiyi, lakin bu qənaəti təsdiq edən konkret faktlara əsaslanmadığı göstərilmişdir. İddiaçının ##.##.2007-ci il tarixli əmək müqaviləsində onun “fortepiano” müəllimi vəzifəsində işlədiyi, həmçinin şöbə və pedaqoji şura iclaslarında, akademik konsertlərdə, dinləmə, baxış, yoxlama-sorğu və imtahanlarda, açıq və nümunəvi dərslərdə, metodik məruzələrdə və digər tədbirlərdə iştirak etmək kimi əmək funksiyalarının müəyyən edildiyi qeyd edilmişdir. Buna görə də Attestasiya Komissiyası tərəfindən iddiaçıya verilmiş sualların onun ixtisas və peşəsinə uyğun olduğu və qərarın qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyi bildirilmişdir. Həmçinin qeyd edilmişdir ki, iddiaçının attestasiya zamanı suallara cavab verə bilməməsi və verilmiş musiqi parçalarını pianoda ifa edə bilməməsi video görüntülərdə öz əksini tapmışdır. Apellyasiya şikayətində cavabdehin nümayəndəsi kimi iclasda iştirak edən * saylı Uşaq İncəsənət Məktəbinin nümayəndəsi Həsənov İlham Mirzəməmməd oğlunun iddianı qəbul etməsinin qanunauyğun olmadığı, bunun məktəb kollektivində mövcud olan iş yoldaşı münasibətləri ilə bağlı olduğu qeyd edilmişdir. Həmçinin əmək müqaviləsinə əsasən işəgötürənin Abşeron-X1 İdarəsi olduğu üçün həmin İdarənin təşkil etdiyi Attestasiya Komissiyasının qərarının əsaslılığını qiymətləndirmək məsələsinin məktəb nümayəndəsinin səlahiyyətinə aid olmadığı göstərilmişdir. Nəticə olaraq, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmadığı halda, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq işəgötürənin əmrinin ləğv edilməsinin qanunsuz və əsassız olduğu qeyd edilmişdir. Cavabdehin işçinin peşəkarlıq səviyyəsinin kifayət qədər olmamasına dair Attestasiya Komissiyasının rəyinə əsaslanaraq əmək müqaviləsinə xitam verməsinin qanuni və əsaslı olduğu bildirilmişdir.
21. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)- ***/**** nömrəli qətnaməsi ilə (hakimlər Ayaz Mahmudov sədrlik edən, məruzəçi, Lalə Rəhimli və Afiq Hüseynzadə) apellyasiya şikayəti təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddiaçının cavabdehə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etməmiş və qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddiaçının cavabdehə qarşı qaldırdığı, işəgötürənin # ##### 2025-ci il tarixli, ** saylı əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa olunana qədər işəgötürənin təqsiri ucbatından buraxılmış iş günlərinə görə itirilmiş əmək haqqının işəgötürən tərəfindən tam ödənilməsi, yekun məhkəmə aktı çıxarılanadək hər gecikdirilmiş gün üçün əmək haqqının 3 faizi məbləğində pul vəsaitinin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tələbinin faktiki əsası kimi ona istinad etmişdir ki, onun işdən azad edilməsi barədə verilmiş əmr qanunsuzdur.
24. Belə ki, o, cavabdehdə ##.##.2007-ci il tarixdə konsertmeyster ixtisası üzrə müəllim vəzifəsinə işə qəbul edilmiş və 18 il müddət ərzində həmin vəzifədə çalışmış və hər hansı intizam pozuntusuna yol verməmiş, əmək vəzifələrini vicdanla yerinə yetirmişdir. Cavabdeh tərəfindən ##.##.2025-ci il tarixində attestasiya imtahanı keçirilmiş və həmin imtahanda iştirak etmişdir. Attestasiya zamanı ona ixtisasına uyğun olmayan sahələrdən suallar verilmiş, ümumiyyətlə, attestasiya qərəzli şəkildə keçirilmiş və onun nəticəsi qeyri-məqbul hesab edilmişdir. Daha sonra attestasiya komissiyasının qərarı əsasında onun işdən azad edilməsi barədə müvafiq əmr imzalanmışdır. O, hesab etmişdir ki, həmin əmr əsassız olduğundan ləğv edilməlidir.
25. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçı incəsənət təhsil müəssisəsində uzun illər fortepiano müəllimi vəzifəsində işləmişdir. Müəssisədə attestasiya keçirilməsi məqsədilə komissiya yaradılmış və cavabdehdə işçilərinin attestasiyası keçirilmişdir. Nəticələrə dair komissiya üzvləri iclas keçirmiş və iddiaçı vəzifəsinə uyğun olmayan hesab edilmişdir. Bu qərardan sonra isə məktəbin rəhbərliyi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ** saylı, ##.##.2025-ci il tarixli əmr imzalamışdır.
26. İddiaçı iddia etmişdir ki, attestasiya komissiyasının üzvləri onun illər boyu icra etdiyi işə uyğun olmayan, digər sahələri əhatə edən və daha çox nəzəri mövzular üzrə suallar vermişlər. Onun ixtisasına aidiyyəti olmayan sualların verilməsi komissiyanın ona qarşı qərəzli olmasına dəlalət etmişdir.
27. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçının attestasiya vərəqəsinə əsasən, attestasiyadan keçən şəxsə verilən suallar və cavablar aşağıdakılardan ibarət olmuşdur: 1. Vyana klassikləri kimlərdir- cavablamışdır; 2. Listin hansı etüdləri yazmışdır – cavablamamışdır; 3. Romantizm dövrünün nümayəndələri – cavablamışdır; 4. Şubertin fortepiano yaradıcılığı haqqında danışmaq – cavablamamışdır; 5. Şopenin yaradıcılığı haqqında danışmaq – cavablamamışdır; 6. Etüd yazan bəstəkarlar – cavablamamışdır. Komissiyada keçirilmiş səsvermənin nəticələrinə əsasən (lehinə 0, əleyhinə 5) iddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir.
28. Məhkəmə kollegiyası iddiaçının attestasiyanın keçirilməsində qanunsuzluq edilməsi barədə dəlilini araşdırmaq məqsədilə imtahanın videoyazısını (disk formasında) məhkəmə iclasında nümayiş etdirmişdir. Videoçəkilişdə iddiaçının iddia ərizəsində qeyd edilən halların təsdiqinə dair hər hansı nüans müşahidə edilməmiş, əksinə videoçəkilişdən iddiaçının əksər suallara ümumiyyətlə cavab verə bilmədiyi müəyyən olunmuşdur. Bununla bağlı iddiaçının mövqeyi öyrənildikdə, sonuncu verilən sualların onun ixtisası və fəaliyyəti ilə bağlı olmadığını bildirmişdir.
29. Apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarət olmuşdur ki, attestasiya keçirilən zaman komissiya tərəfindən işçiyə (iddiaçıya) ünvanlanan suallar onun tutduğu vəzifəyə uyğun olmamışdır.
30. Apellyasiya şikayətinin dəlillərinə əsasən, məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Milli Konservatoriyasına müvafiq sorğu ünvanlanmış və verilmiş sorğuya ##.##.2026-cı il tarixli, ** nömrəli məktubla cavab verilmişdir. Həmin məktubda bildirilmişdir ki, iddiaçının attestasiya vərəqəsində qeyd olunan suallara Azərbaycan Milli Konservatoriyasının “Fortepiano” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim Naibə Şahməmmədova tərəfindən baxılmış və tərtib olunan sualların ixtisasa uyğunluğu müəyyən edilmişdir.
31. Məhkəmə kollegiyası iddiaçının bu dəlili ilə bağlı qeyd etmişdir ki, keyfiyyətlilik, səmərəlilik və inteqrasiya prinsipləri, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrların hazırlanması məqsədləri elmi inkişafın ən yeni nailiyyətlərinin mənimsənilməsini və müasir tələblərə uyğunlaşmağı tələb etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mövcud qanunvericiliyə əsasən, attestasiya nəticəsində vəzifəyə uyğun hesab edilməyən iddiaçı ilə əmək müqaviləsinə xitam verilibverilməməsi
32. işəgötürənin səlahiyyətinə aid olmuşdur. Bu səbəbdən də işəgötürən Attestasiya Komissiyasının qərarına istinad edərək iddiaçının işdən azad edilməsi barədə verdiyi əmr əmək qanunvericiliyinin tələblərinə zidd olmamışdır.
33. Bu səbəbdən məhkəmə kollegiyası qeyd etmişdir ki, əmrin ləğv edilməsi barədə iddia tələbi təmin edilməməlidir. İşdən azad olunma barədə əmr ləğv edilmədiyindən, iddia tələbinin digər hissələri, yəni işə bərpa olunma və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbləri də təmin edilməməlidir.
34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qeyd edilən maddi hüquq normalarının tələblərinə əməl edilmiş, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hər hansı pozuntuya yol verilməmişdir.
35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmadığından, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verildiyindən, qətnamə ləğv edilməli və iş üzrə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir.
36. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Əmək Məcəlləsinin 11 f bəndi, 12 “c” bəndi, 16.1, 67.1, 68.1,70 c bəndi, 71.3, 76.1, 76.2-ci maddələrinə, habelə MPM-in 14.2,77 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
37. İddiaçı (vəkil İsmayılzadə Turan Tahir qızı) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər bir sübut mötəbərliyi və kifayətliliyi baxımından qiymətləndirilməlidir. Sübutların əldə olunduğu mənbələrin mötəbərliyi məhkəmə tərəfindən qiymətləndirildikdən sonra onun kifayətliliyi məsələsi aydınlaşdırılmalıdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin müəyyən etdiyi halları və gəldiyi hüquqi nəticələri təkzib edən mötəbər sübutlara istinad etməmiş, işçinin peşə yararsızlığını yalnız attestasiya komissiyasının formal rəyi ilə əsaslandırmışdır. Halbuki həmin rəyin obyektivliyi və qanunauyğunluğu məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmamışdır. Məhkəmə iddiaçının tutduğu vəzifəyə uyğun olmamasını hansı konkret peşə göstəriciləri ilə müəyyən etdiyini dəqiqləşdirməmişdir. İddiaçının 18 il işləməsi onun peşə yararlığının göstəricisi olmuşdur. Bu müddət ərzində ona peşəsini yerinə yetirməməsi və ya yerinə yetirə bilməməsi ilə əlaqədar heç bir irad tutulmamış, peşə qüsurları sübuta yetirilməmişdir (dərs keçə bilməməsi, metodiki çatışmazlıqları, ixtisas biliklərinin zəifliyi, şagirdlərlə işləyə bilməməsi). İddiaçıya alternativ iş təklif olunması və həmkarlar ittifaqının rəyinin olub-olmaması məsələləri hər iki məhkəmə tərəfindən araşdırılmamışdır.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
40. Maddə 11. Bənd “f”. Bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biridir.
41. Maddə 12. Bənd “c”. Əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir.
42. Maddə 16. Birinci hissə. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.
43. Maddə 68. Birinci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
44. Maddə.70. Bənd “c”. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
45. Maddə 71. Üçüncü hissə. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
46. Maddə 76. Birinci hissə. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
47. Maddə 76. İkinci hissə. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən, həmin məhkəmə aktı bütövlükdə yoxlanıldı.
Kassasiya məhkəməsinin hüquqi mövqeyi
59. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
60. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
61. Belə ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdehdə ##.##.2007-ci il tarixdə “konsertmeyster ixtisası üzrə müəllim” vəzifəsinə işə qəbul edilmiş və 18 il müddət ərzində həmin vəzifədə çalışmış və hər hansı intizam pozuntusuna yol verməmiş, əmək vəzifələrini vicdanla yerinə yetirmişdir. Cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə attestasiya imtahanı keçirilmiş və iddiaçı həmin imtahanda iştirak etmişdir.
62. Hazırda iddiaçı iddia edir ki, attestasiya zamanı ona ixtisasına uyğun olmayan sahələrdən suallar verilmiş, ümumiyyətlə attestasiya qərəzli şəkildə keçirilmiş və onun nəticəsi qeyri-məqbul hesab edilmişdir. Daha sonra, attestasiya komissiyasının qərarı əsasında onun işdən azad edilməsi barədə müvafiq əmr imzalanmışdır. Bu səbəbdən də həmin əmr əsassız olduğundan ləğv edilməlidir.
63. Apellyasiya məhkəməsi iddiaçının tələbləri ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı cavabdehdə uzun müddət fortopiano müəllimi vəzifəsində işləmiş, cavabdehdə attestasiya keçirilməsi məqsədilə komissiya yaradılmış və işçilərin attestasiyası keçirilmişdir. Attestasiyanın nəticələrinə dair komissiya üzvləri iclas keçirmiş və iddiaçı vəzifəsinə uyğun olmayan hesab edilmişdir. Bu qərardan sonra isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürən tərəfindən ##.##.2025-ci il tarixli, ** saylı əmr imzalanmışdır.
64. İddiaçı həmçinin iddia etmişdir ki, attestasiya komissiyasının üzvləri onun illər boyu icra etdiyi işə uyğun olmayan, digər sahələri əhatə edən və daha çox nəzəri mövzular üzrə suallar vermişlər. Onun ixtisasına aidiyyəti olmayan sualların verilməsi komissiyanın ona qarşı qərəzli olmasına dəlalət edir.
65. Apellyasiya məhkəməsi eyni zamanda müəyyən etmişdir ki, iddiaçının attestasiya vərəqəsinə əsasən, attestasiyadan keçən şəxsə verilən suallar və cavablar aşağıdakılardan ibarət olmuşdur: 1. Vyana klassikləri kimlərdir- cavablamışdır; 2. Listin hansı etüdləri yazmışdır – cavablamamışdır; 3. Romantizm dövrünün nümayəndələri – cavablamışdır; 4. Şubertin fortepiano yaradıcılığı haqqında danışmaq – cavablamamışdır; 5. Şopenin yaradıcılığı haqqında danışmaq – cavablamamışdır; 6. Etüd yazan bəstəkarlar – cavablamamışdır. Komissiyada keçirilmiş səsvermənin nəticələrinə əsasən (lehinə 0, əleyhinə 5) iddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir.
66. Apellyasiya məhkəməsi iddiaçının attestasiyanın keçirilməsində qanunsuzluq edilməsi barədə dəlilini araşdırmaq məqsədilə imtahanın videoyazısını (disk formasında) məhkəmə iclasında nümayiş etdirmişdir. Videoçəkilişdə iddiaçının iddia ərizəsində qeyd edilən halların təsdiqinə dair hər hansı nüans müşahidə edilməmiş, əksinə videoçəkilişdən iddiaçının əksər suallara ümumiyyətlə cavab verə bilmədiyi müəyyən olunmuşdur. Bununla bağlı iddiaçının mövqeyi öyrənildikdə, sonuncu verilən sualların onun ixtisası və fəaliyyəti ilə bağlı olmadığını bildirmişdir.
67. Apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarət olmuşdur ki, attestasiya keçirilən zaman komissiya tərəfindən iddiaçıya ünvanlanan suallar onun tutduğu vəzifəyə uyğun olmamışdır.
68. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Milli Konservatoriyasına müvafiq sorğu ünvanlanmış və verilmiş sorğuya ##.##.2026-cı il tarixli məktubla cavab verilmişdir. Həmin məktubda bildirilmişdir ki, iddiaçının attestasiya vərəqəsində qeyd olunan suallara Azərbaycan Milli Konservatoriyasının “Fortepiano” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim Naibə Şahməmmədova tərəfindən baxılmış və tərtib olunan sualların ixtisasa uyğunluğu müəyyən edilmişdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, mövcud qanunvericiliyə əsasən, attestasiya nəticəsində vəzifəyə uyğun hesab edilməyən iddiaçı ilə əmək müqaviləsinə xitam verilibverilməməsi
69. işəgötürənin səlahiyyətinə aid olmuşdur. Bu səbəbdən də işəgötürən Attestasiya Komissiyasının qərarına istinad edərək iddiaçının işdən azad edilməsi barədə verdiyi əmr əmək qanunvericiliyinin tələblərinə zidd olmamışdır. Bu səbəbdən də əmrin ləğv edilməsi barədə iddia tələbi təmin edilməməlidir. İşdən azad olunma barədə əmr ləğv edilmədiyindən, iddia tələbinin digər hissələri, yəni işə bərpa olunma və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbləri də təmin edilməməlidir.
70. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qeyd edilən maddi hüquq normalarının tələblərinə əməl edilmiş, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hər hansı qanun pozuntusuna yol verilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmadığından, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verildiyindən, qətnamə ləğv edilməli və iş üzrə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir.
71. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi
Q ə r a r a aldı: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(*- *)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.