Məhkəmə qərarları › İş №2(1-8)-173/2026

Ali Məhkəmə Qərardad — İş №2(1-8)-173/2026

23.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(1-8)-173/2026 23.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının İddiaçı cavabdeh X1 "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhməd Abbas oğlu Əhmədov (məruzəçi), X2 və İspəndiyar Əsəd oğlu Şəfiyevdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(102)-369/2025 nömrəli 2025ci il 30 sentyabr tarixli qətnaməsindən cavabdeh X1 "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Kassasiya şikayəti Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşmə ərizəsi təqdim edərək onun xx.xx.2011-ci il tarixdə istehsalatda xəsarət al mazdan əvvəl malik olduğu orta aylıq əmək haqqının düzgün hesablanaraq müvafiq olaraq kompensasiyanın hesablanması və əksik ödənilmiş kompensasiya məbləği ilə arada yaranmış fərqin ödənilməmiş aylara münasibətdə birdəfəlik ödənilməsi, istehsalatda qəza baş verən andan bugünə qədər 2023-cü il tarixinə indeksasiya edilməklə, eyni zamanda ödənilməyən kompensasiyadan hər günə görə zərərin ödənilməsi, düzgün hesablanmış aylıq kompensasiyanın hər ay cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-36/2024 nömrəli 2024-cü il 27 iyun tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçının əmək qabiliyyətinin itirilməsinə görə 2022-ci ilin avqust ayından 2024-cü ilin iyun ayı da daxil olmaqla 23 ay üçün ödənilmə yən aylıq ödəncə görə cəmi 2776,33 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 2024-cü ilin iyul ayından etibarən hər ay 120,71 manat məbləğində aylıq ödənc cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı və cavabdeh qətnamədən apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-369/2025 nömrəli 2025-ci il 30 sentyabr tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti rədd edilmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş 2024-cü il 27 iyun tarixli qətnamə iddianın bir qisminin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, əskik ödənilən ödəncin ödənilməsi məqsədi ilə 1.719 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, həmin hissədə iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. MPM-in 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Göründüyü kimi, hazırkı kassasiya şikayəti ilə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 4495 (2776,33+1719) manat olmaqla MPM-in 402.1-ci maddəsində nəzərdə tutulmuş məbləğdən azdır. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti Məcəllənin 402-ci və 407.1ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyrimümkün hesab edilməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.1 və 408.3cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülk i kollegiyasının 2(102)-369/2025 nömrəli 2025ci il 30 sentyabr tarixli qətnaməsindən cavabdeh X1 "xxxx" ASC-nin verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar