Məhkəmə qərarları › İş №2(1-8)-1733/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1733/2026

15.07.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1733/2026 15.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ilkin iddia ərizəsi üzrə və iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi; əmlakın- torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələbi və cavabdehin torpaq sahəsindən çıxarılması tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «torpaq sahəsinin boşaldılması» tələbi barədə ilkin iddia ərizəsi və iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı «mülkiyyətdə olan torpaq sahəsindən istifadəyə icazə verilməsi» tələbi barədə qarşılıqlı iddia ərizəsi üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Sabirabad şəhəri, H.Əliyev prospekti, 6-cı dalan 3B ünvanında yerləşən 0.073 ha. mübahisəli torpaq sahəsinə dair İddiaçı adına tam mülkiyyət hüququ (##.##.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli) qeydə alınmışdır.

2. X11 ilə X5 arasında bağlanmış və Sabirabad Regional «ASAN Xidmət” Mərkəzi Notariat Ofisinin xüsusi notarisu F.A.Qurbanov tərəfindən 4Ə-1274 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Sabirabad şəhəri, H.Əliyev prospekti dalan 6, ev 3 ünvanında (yeni qaydalara əsasən: ünvan 8) yerləşən fərdi yaşayış evini və 0.06 ha. həyətyanı torpaq sahəsini Cavabdeh tərəfindən 22000 manata satın alınmış və həmin alqı-satqı əsasında qeyd edilən əmlaklara dair onun mülkiyyət hüquqlarının qeydiyyatı barədə adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-dən ##.##.2025-ci il tarixli qeydiyyat nömrəsi 1324029723 olan çıxarış verilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

3. Ilk iddiaçı İddiaçı - cavabdeh X5 qarşı «torpaq sahəsinin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Sabirabad şəhəri, H.Əliyev prospekti, dalan 6, ev 3 ünvanında yerləşən 0.073 ha. həyətyanı torpaq sahəsindən cavabdeh X5 tərəfindən qanunsuz istifadənin dayandırılması, torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması və oradan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ilk iddia ərizəsi belə əsaslandırılmışdır ki, Sabirabad rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli 2(056)-75/2015№-li qətnaməsinə əsasən iddia tələbi təmin edilərək mərhum valideynlərimdən miras qalmış Sabirabad şəhəri, H.Əliyev prospekti, dalan 6, ev 3 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinə İddiaçı, digər ½ hissəsinə İddiaçı vərəsə kimi pay hüququnun, eləcə də həmin ünvanda yerləşən fərdi yaşayış evinin 0.06 ha. həyətyanı torpaq sahəsinin 0.03 ha. hissəsinin ½ hissəsində İddiaçı, digər ½ hissəsində İddiaçı vərəsə kimi pay hüququnun tanınması qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Həmçinin Sabirabad şəhəri, H.Əliyev prospekti, 6-cı dalan 3B ünvanında yerləşən 0.073 ha. torpaq sahəsinə dair onun adına DƏDRX-in ** saylı Şirvan Ərazi idarəsi tərəfindən (##.##.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli) Seriya RX *******№-li Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Xeyli müddət əvvəl qardaşı X2 valideynlərindən onlara miras qalmış daşınmaz əmlakın özünün payına düşən hissəsini, yəni Sabirabad şəhəri, H.Əliyev prospekti, dalan 6, ev 3 ünvanında yerləşən fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini ünvan 7 ünvanında yaşayan iddia tələbi üzrə cavabdeh X5. Alqı-satqı xərclərini cavabdehin həyat yoldaşı Fərman Mirzəliyev ödəmişdir. 2024-cü ilin yay ayında o, xüsusi mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz zəbt və istifadə olunduğunu müəyyən etdikdən sonra, o, cavabdehdən xüsusi mülkiyyətində olan 0.073 ha. torpaq sahəsinin könüllü boşaldılmasını və oradan çıxmasını tələb etsə də, cavabdeh onun tələblərinə məhəl qoymamış və torpağını qanunsuz istifadəsini davam etmişdir. Göstərilənlərə əsaslanaraq iddiasının təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunur.

5. Iddiaçı İddiaçı vəsatət verərək cavabdeh X5 iş üzrə əsl cavabdeh Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. Vəsatət belə əsaslandırılmışdır ki, məhkəmə prosesi zamanı ona məlum olmuşdur ki, mülki iş üzrə cavabdeh X5 Regional «ASAN Xidmət” Mərkəzi Notariat Ofisinin xüsusi notarisunun iştirakı ilə Sabirabad rayonu Cavad kand sakini X11 ilə ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlamış və Sabirabad şəhəri, H.Əliyev prospekti dalan 6, ev 3 ünvanında, yeni qaydalara əsasən ünvan 8 ünvanındakı fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini Cavabdeh satmış, sonuncu isə alqı-satqı müqaviləsi əsasında öz adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-dən ##.##.2025-ci il tarixli qeydiyyat nömrəsi 1324029723 olan çıxarış almışdır. Bu haqda məlumatı o, son 10 gün ərzində əldə etmişdir.

6. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı əsasında İddiaçı vəsatəti təmin edilərək, cavabdeh X5 iş üzrə əsl cavabdeh Cavabdeh ilə əvəz edilmişdir.

7. Eyni zamanda Cavabdeh - cavabdeh İddiaçı qarşı «mülkiyyətdə olan torpaq sahəsindən istifadəyə icazə verilməsi» tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan evinə gedib-gəlmək məqsədilə ona ünvan 2 ünvanında İddiaçı məxsus 0.073 ha. torpaq sahəsindən və həmin torpağın üzərində yerləşən qapı və darvazadan istifadəyə icazə verilməsi (Mülki Məcəllənin 255.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada) və həmin qapı və darvazadan istifadə olunmağına hər hansı formada yaradılan məhdudiyyətin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, Sabirabad şəh. H.Əliyev pr. 6-cı dalan ev 3 ünvanında yerləşən mübahisəli ərazidə iki torpaq sahəsi yerləşir, yəni həm ona məxsus 0.06 ha. torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi, eyni zamanda İddiaçı məxsus 0.073 ha. həyətyanı torpaq sahəsi yerləşir. Hər iki torpaq sahəsinə yeganə giriş-çıxış imkanları Sabirabad şəh. H.Əliyev pr. 6-cı dalan ev 3 ünvanında yerləşən dəmir qapıdır (darvaza). Həmin yeganə giriş-çıxış qapısı İddiaçı məxsus 0.073 ha. həyətyanı torpaq sahəsinin üzərindədir. Bu cür vəziyyəti elə İddiaçı və onun qardaşı yaratmışlar. Belə ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi İddiaçı və onun qardaşları tərəfindən vərəsəlik qaydasında miras əmlak kimi öz aralarında bölgü nəticəsində yaranmış, yəni miras əmlak olmuş torpaq sahəsi qardaşlar arasında bölünsə də, həmin torpaq sahəsinə giriş-çıxış imkanları bir darvazadan olmuşdur. Hazırda o, həmin qardaşlardan birinə əvvəllər məxsus olmuş 81. kv.m. sahədən ibarət fərdi yaşayış evini bəyənib almış və mülkiyyət hüququnu qeydə aldırmışdır və evindən istifadə etməsi üçün həyətyanı sahəyə giriş-çıxış qapısının vahid qapı olmasını bilməmişdir. Qeyd edir ki, İddiaçı əsas tələbi onun və digərlərinin ona məxsus həmin 0.073 ha. həyətyanı torpaq sahəsinin üzərində olan darvazadan və giriş çıxış yolundan istifadə etməməsidir. Belə olan halda onun 81. kv.m. sahədən ibarət mülkiyyətində olan fərdi yaşayış evindən istifadə etməyi üçün yol təminatı məhdudlaşdırılır. Nəzərə çatdırır ki, mülkiyyətində olan fərdi yaşayış evindən küçəyə çıxmağı üçün digər alternativ torpaq sahəsi və ya yol mövcud deyil. Hazırda Sabirabad şəh. H.Əliyev pr. 6-cı dalan ev 3 ünvanında İddiaçı məxsus 0.073 ha. həyətyanı torpaq sahəsinin üzərində yerləşən darvazadan hər iki torpaq sahəsinin mülkiyyətçiləri, yəni o və cavabdeh istifadə edir. Hazırkı qarşılıqlı iddia ərizəsində sadaladığı həmin hallar hakim tərəfindən təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə də təsdiq edilmişdir. Odur ki, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunur.

9. Cavabdeh (qarşılıqlı iddia tələbi üzrə iddiaçı) Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, qarşılıqlı iddianın təmin olunmasını, ilk iddia tələbinin isə rədd edilməsini xahiş edərək, əlavə olaraq bildirmişdir ki, təmsil etdiyi X11 ilə X5 arasında bağlanmış ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Sabirabad şəhəri, H.Əliyev prospekti dalan 6, ev 3 ünvanında, yeni qaydalara əsasən ünvan 8 ünvanındakı fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini Cavabdeh tərəfindən satın alınmış və onun adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-dən ##.##.2025-ci il tarixli qeydiyyat nömrəsi 1324029723 olan çıxarış verilmişdir. Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evindən küçəyə çıxmağı üçün digər alternativ torpaq sahəsi və ya yol mövcud deyil. Hazırda Sabirabad şəh. H.Əliyev pr. 6-cı dalan ev 3 ünvanında İddiaçı məxsus 0.073 ha. həyətyanı torpaq sahəsinin üzərində yerləşən darvazadan hər iki torpaq sahəsinin mülkiyyətçiləri, yəni o və cavabdeh İddiaçı istifadə edir. Ilkin iddia təmin olunduğu halda Cavabdeh 81. kv.m. sahədən ibarət mülkiyyətində olan fərdi yaşayış evindən istifadə etməsi üçün yol təminatı məhdudlaşdırılacaqdır və onun mülkiyyət hüquqları pozulacaqdır.

10. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ##.##.2025-ci il tarixli **/**** saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyində qeyd olunur ki, Sabirabad şəhəri, H.Əliyev prospekti, 6-cı dalan 3B ünvanında yerləşən mübahisəli ərazidə iki şəxsə aid torpaq sahəsi mövcuddur. Ilk iddiaçı İddiaçı məxsus və onun mülkiyyətinə verilmiş 0.073 ha. torpaq sahəsi və cavabdehə məxsus 0.06 ha. torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi mövcuddur. Hər iki torpaq sahəsinin çıxışı ünvan 5 ünvanındadır. Həmin küçəyə giriş-çıxış yolu və dəmir darvaza (darvazanın yerləşdiyi torpaq sahəsi) ilk iddiaçı İddiaçı mülkiyyətinə verilmiş 0.073 ha. torpaq sahəsinin hüdudları daxilindədir. Ilk iddiaçı İddiaçı iddiasının əsas tələbi cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) və digərlərinin həmin torpaq sahəsindən, darvazadan və giriş-çıxış yolundan istifadə etməməsidir. Belə olan halda cavabdehin və digərlərinin yol təminatı məhdudlaşdırılır və küçəyə birbaşa çıxış üçün həmin ərazidən başqa digər alternativ yol mövcud deyil. Hal-hazırda həmin darvazadan və torpaq sahəsindən hər iki tərəf istifadə edir. Qeyd edilənlər mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur.

11. Sabirabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, Cavabdeh mülkiyyətində olan evinə gedib-gəlmək məqsədilə ona ünvan 4 ünvanında İddiaçı məxsus 0.073 ha. torpaq sahəsindən və həmin torpağın üzərində yerləşən qapı və darvazadan istifadəyə icazə verilməsi (Mülki Məcəllənin 255-ci maddəsi ilə müəyyən olunmuş qaydada) və həmin torpaq sahəsindən, qapı və darvazadan Cavabdeh istifadə olunmasına hər hansı formada məhdudiyyətin yaradılmasının qadağan edilməsi həmçinin məhkəmə tikintitexniki ekspertizası tədqiqatının dəyərini təşkil edən xərcin əvəzi 50 manat pul vəsaitinin İddiaçı tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (Hakim Nurəddin Abuzər oğlu Bağırov).

12. Məhkəmə öz hüquqi mövqeyi ilə bağlı ilk növbədə işin faktiki halları kimi müəyyən etmişdir ki, ilk iddiaçı İddiaçı ilk iddiası üzrə boşaldılmasını tələb etdiyi və mülkiyyəti olan ünvan 6 ünvanında yerləşən 0.073 ha. torpaq sahəsinin üzərində hər hansı yaşayış və ya qeyriyaşayış binası və yaxud hər hansı digər tikili olmamaqla, faktiki olaraq İddiaçı tərəfindən həmin boş torpaq sahəsindən istifadə edilmir. Sabirabad şəhəri, H.Əliyev prospekti, 6-cı dalan 3B ünvanında yerləşən mübahisəli ərazidə iki şəxsə aid ayrı-ayrılıqda iki torpaq sahəsi mövcuddur. Bir torpaq ilk iddiaçı İddiaçı mülkiyyəti olan 0.073 ha. torpaq sahəsi, digər torpaq isə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məxsus 0.06 ha. torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi mövcuddur. ünvan 5 ünvanında hər iki torpaq sahəsinin vahid çıxışından küçəyə giriş-çıxış yolu və dəmir darvaza (darvazanın yerləşdiyi torpaq sahəsi) ilk iddiaçı İddiaçı mülkiyyətinə verilmiş 0.073 ha. torpaq sahəsinin hüdudları daxilində olmaqla üzərindən keçir. Ilk iddiaçı İddiaçı iddiasının əsas tələbi cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) və digərlərinin həmin torpaq sahəsindən, darvazadan və giriş-çıxış yolundan istifadə etməməsidir. Belə olan halda cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və digərlərinin yol təminatı məhdudlaşdırılır və küçəyə birbaşa çıxış üçün həmin ərazidən başqa digər alternativ yol mövcud deyil. Hal-hazırda həmin darvazadan və torpaq sahəsindən hər iki tərəf istifadə edir.

13. Məhkəmə hesab etmişdir ki, ilk iddiaçı İddiaçı mülkiyyətində olan və boşaldılmasını tələb etdiyi ünvan 6 ünvanında yerləşən 0.073 ha. torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən qapı və darvaza cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evinə və evin 0.06 ha. həyətyanı sahəsinə daxil olması üçün vahid giriş-çıxış yolu olduğundan, həmçinin cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh fərdi yaşayış evindən küçəyə birbaşa çıxış üçün həmin ərazidə 0.073 ha. torpaq sahəsindən başqa digər alternativ yol mövcud olmadığı üçün, ilk iddia tələbi təmin olunaraq Sabirabad şəhəri, H.Əliyev prospekti, dalan 6, ev 3 ünvanında yerləşən 0.073 ha. torpaq sahəsindən cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh çıxarılaraq torpaq sahəsini boşaltdığı halında, Cavabdeh faktiki olaraq mülkiyyətində olan fərdi yaşayış evindən və evin 0.06 ha. həyətyanı sahəsindən məhrum etmiş olur. Halbuki Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

14. Məhkəmə həmçinin hesab etmişdir ki ilk iddiaçı İddiaçı mülkiyyətində olan 0.073 ha. torpaq sahəsi üzərində hər hansı yaşayış və ya qeyri-yaşayış binası və yaxud hər hansı digər tikili olmamaqla, faktiki olaraq onun tərəfindən həmin boş torpaq sahəsi istifadə edilmədiyi halda, onun tərəfindən hüquqdan sui-istifadə etməklə həmin 0.073 ha. torpaq sahəsindən Cavabdeh istifadəsinə qadağa qoymaq yolu ilə cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evindən və evin 0.06 ha. həyətyanı sahəsindən istifadə və mülkiyyət hüquqları hər hansı şəkildə məhdudiyyət yaratması yolverilməzdir.

15. Məhkəmə qarşılıqlı iddiaçı Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evindən və evin 0.06 ha. həyətyanı sahəsindən istifadə hüquqlarına yaradıla biləcək məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qeyd etmişdir ki, mövcud vəziyyətdə mülkiyyətçinin hüquqlarının qorunmasını təmin edən qanunvericilikdə bir sıra maddi hüquq normaları müəyyən edlmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 26 və 60cı; “Insan

16. hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6cı; “Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyanın * saylı Protokolunun 1-ci; Mülki Məcəlləsinin 66.1, 140, 152.1 və 178.1-ci; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 12.1-ci; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 119.1, 217.4 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək ləğv olunması, ilkin iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin ##.##.2025-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit edilmiş mülkiyyət hüquqları məqsədli şəkildə kobudcasına pozulmuşdur. Məhkəmə qətnaməsi ilə açıq-aşkar qaydada qanunla qorunan mülkiyyət hüququna təhdid olunmuşdur. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam olaraq əsassız və qanunsuz, ələxsus ədalət prinsipinə ziddir. Məhkəmə qətnaməsi ilə açıqaşkar konstitusion hüququ və hüquqları kobudcasına və məqsədli şəkildə pozulmuşdur. Hüquqi əhəmiyyət kəsb edən faktlar məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarının məqsədli şəkildə pozulmaqla çıxarıldığını bir daha təsdiq edir. Cavabdeh onun xüsusi mülkiyyətində olan 0.073 ha həyətyanı torpaq sahənin 0.02 ha çox hissəsini (8 metr eni və 25 metr uzunu) qanunsuz zəbt edib öz torpaq sahəsinə qatmışdır. Birinci instansiya məhkəməsi isə bu qanunsuz hərəkətləri qanuni hal kimi qiymətləndirməklə nəticə etibarı ilə qanunazidd olan qətnamə çıxarmışdır. X7 Məhkəməsinin *-*(**)-***/**** saylı ## #### 2015-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və qardaşı X2 adına verilmiş ##.##.2012-ci il tarixli RX******* saylı reyestrdən çıxarış ləğv edilmişdir. Həmin məhkəmə qərarı bu gün də qanuni qüvvəsindədir. Sabirabad Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli 2(056)- **/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Sabirabad şəhəri, H.Əliyev prospekti dalan 6, ev 3 ünvanında yerləşən fərdi yaşayış evi ilə həyətyanı torpaq sahəsinin paylı mülkiyyətçiləri müəyyən edilmişdir (cavabdehin aldığı əmlak). Həmin məhkəmə qətnaməsi bu gün də qanuni qüvvəsindədir. DƏDRX-nin ** saylı Şirvan Ərazi Idarəsi tərəfindən adına verilmiş ##.##.2015-ci il tarixli ********** saylı RX ******* nömrəli reyestrdən çıxarışda miras payı mülkiyyət sahiblərinin adları qeydedilmişdir. Həmin çıxarış məhkəmə qaydasında mübahisələndirilməmiş və ləğv edilməmişdir. II qrup Qarabağ müharibəsi əlilidir. Məhkəmədə iddia qaldırarkən bütün dövlət rüsumu ödənişlərindən azaddır. Məhəkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizanın özü saxta rəy vermişdir. Belə ki, tikinti-texniki ekspertizasını aparan şəxs cavabdehin həmkəndlisi və yaxın qohumudur. Bu barədə vəsatətlə məhkəməyə müracət edərək əlavə və təkrar müstəqil ekspertiza təyin edilməsini xahiş etsə də, məhkəmə məqsədli şəkildə əsaslı və qanuni vəsatəti təmin etməmişdir. Işə baxan məhkəmə əvvəldən işə birtərəfli mövqedən yanaşmış, hüquqmüəyyənedici sənədlərə əhəmiyyət verməmiş, hüquqi əhəmiyyət kəsb edən sənədlərə hüquqi qiymət verməmiş və vermək istəməmiş, açıq-aşkar və məqsədli şəkildə birtərəfli mövqe tutmaqla cavabdehin maraqlarına uyğun olan və nəticə etibarı ilə konstitusiya qanunları ilə qorunan mülkiyyət hüquqlarını təhdid edən və kobudcasına pozan qanunazidd qətnamə çıxarmışdır.

19. İddiaçı apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmiş, izahatında əlavə olaraq göstərmişdir ki, mübahisəli torpaq sahəsi ona verilməmişdən qabaq ata mülkü olan torpaq sahəsinə girişçıxış yolu *** nömrəli binanın qarşısından idi. Ona verilən torpaq zibilxana idi və Icra Hakimiyyəti tərəfindən təmizlənərək ona verilmişdir. Iş materiallarında olan, iş üzrə rəy vermiş mütəxəsis tərəfindən tərtib olunan mübahisəli ərazinin yerquruluşu xəritəsindən aydın görmək mümkündür ki, cavabdehə satılmış ata mülkü olan torpaq sahəsinə əvvəllər giriş-çıxış yolu haradan olmuşdur. Əvvəllər ata mülkü olan torpaq sahəsinə giriş-çıxış yolu xəritədə işarələdiyi yerdən idi və orada qapıları olmuşdu. Mütəxəssis qarşı tərəfin həmkəndlisi və qohumu olduğu üçün saxta rəy vermişdir. Hazırda xəritədə işarələdiyi giriş-çıxış yoluna qarşı tərəf hasar çəkmişdir və artıq 3 ildir ki, həyətinə girə bilmir. Ata mülkü olan torpaq sahəsinə maşın yolu da, xəritədə işarələdiyi yerdən idi, sadəcə qarşı tərəf deyir ki, ona mübahisəli torpaqdan digər yola çıxış kimi istifadə etməsi daha əlverişlidir.

20. Məhkəmənin ## ###### 2026-cı il tarixli protokol qərardadı əsasında Sabirabad bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilməklə, həmçinin rəy vermiş mütəxəsis dəvət olunmaqla ## #### 2026-cı il tarixə mübahisəli torpaq sahələrinin yerində müayinəsi təşkil edilmişdir.

21. ## #### 2026-cı il tarixli yerində müayinə protokoluna əsasən ilk iddia üzrə iddiaçı İddiaçı göstərdiyi ərazidən cavabdehin mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxışın təmin olunmasının mümkünlüyü mütəxəssisin iştirakı ilə yoxlanılmış, ilk iddia üzrə iddiaçının əvvəllər mövcud olmuş yol kimi təqdim etdiyi ərazinin videogörüntüsü və fotoşəkilləri çəkilmişdir. Müəyyən olunmuşdur ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə yaxınlıqda yerləşən beş mərtəbəli yaşayış binasının qarşısından əvvəllər üç metr enində yol olmuş, həmin yoldan uzun müddət ərzində istifadə edilməmiş, bina sakinləri tərəfindən mənzillərinin su ehtiyaclarının təmin olunması üçün yolun üzərində dəmir və beton konstruksiyalardan istifadə edilməklə su çənləri quraşdırılaraq yol zəbt edilmişdir. Mübahisə predmeti üzrə rəy vermiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Şirvan Ərazi Idarəsinin mütəxəssisi X3 həmin yolun koordinatlarını ərazi idarəsinin elektron bazasına ötürərək yol kimi nəzərdə tutulan, üzərində bina sakinləri tərəfindən çənlər quraşdırılmış sahənin bələdiyyə mülkiyyətində olmaqla ümumi istifadədə olan küçələr və keçidlər kimi nəzərdə tutulmuş ərazi olduğunu bildirdi. Qeyd edilən hala dair mütəxəssisdən əvvəl vermiş olduğu rəyə əlavə olaraq növbəti məhkəmə baxış iclasına yazılı izahat təqdim etməsi xahiş olunmuşdur.

22. Məhkəmədə iddiaçı və cavabdeh İddiaçı apellyasiya şikayətini müdafiə edib, izahatında əlavə olaraq göstərmişdir ki, şikayətinin dəlilləri yerində müayinə aparılan zaman təsdiqini tapmış, cavabdehin mülkiyyətində olan torpaq sahəsinə yaxınlıqda yerləşən beş mərtəbə binanın həyətindən əvvəllər yol olduğu, sonradan həmin yoldan istifadə edilməməsi nəticəsidə bina sakinləri tərəfindən üzərində su çənləri quraşdırılmaqla yolun zəbt edildiyi müəyyən edilmişdir. Cavabdehin həmin yoldan istifadə etməklə mülkiyyətində olan torpaq sahəsinə sərbəst giriş-çıxışı təmin oluna bilər.

23. Məhkəmədə mübahisə predmeti üzrə rəy vermiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Şirvan Ərazi Idarəsinin mütəxəssisi X3 mütəxəsis rəyinə əlavə təqdim edərək bildirmişdir ki, İddiaçı ilə Cavabdeh arasında yaranmış mübahisəli torpaq sahəsi ilə bağlı Sabirabad Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli qərardadına əsasən verilmiş mütəxəssis rəyində və rəyə əlavə edilmiş yerquruluşu planında hər iki mülkiyyətçinin küçəyə (yola) çıxışı bir tərəfdən göstərilmişdir. Lakin ## #### 2026-cı ildə tarixdə yerli baxış zamanı cavabdeh Cavabdeh Sabirabad şəhəri, H.Əliyev prospekti dalan 6 ünvanında mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin küçəyə (yola) giriş-çıxışı elektron baza məlumatlarında İddiaçı mülkiyyətində olan torpaq sahəsindən yox, digər tərəfdən beş mərtəbəli yaşayış binası tərəfdən nəzərdə tutulmuşdur. Baxış zaman həmin giriş-çıxış tərəfdə müəyyən qanunsuz tikililərin olması və maneələrin yaranması müşahidə olunurdu. Lakin həmin giriş-çıxış yolunun göstəriciləri elektron kadastr məlumat bazasında mülkiyyətibələdiyyə, kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası isə infrastruktur (küçəkeçid) kimi göstərilmişdir.

24. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin # ###### 2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamənin qəbul edilməsi, ilk iddianın təmin edilməsi, xüsusi mülkiyyət hüququ əsasında iddiaçı İddiaçı məxsus olmaqla ünvan 9 ünvanında yerləşən 0.073 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsindən cavabdeh Cavabdeh qanunsuz istifadəsinin dayandırılması, torpaq sahəsi boşaldılaraq cavabdehin həmin torpaq sahəsindən çıxarılması, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “mülkiyyətdə olan torpaq sahəsindən istifadəyə icazə verilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərcinin Cavabdeh tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə).

25. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası öz mövqeyinə münasibətdə həmçinin apelyasiya şikayətinin dəlillərinə münasibətdə ilk növbədə işin halları baxımından müəyyən etmişdir ki, ilk iddia üzrə iddiaçının cavabdehin qanunsuz sahiblik və istifadəsindən tələb etdiyi Sabirabad şəhəri, Heydər Əliyev prospekti, 6-cı dalan, 3B ünvanında yerləşən 0.073 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam pay üzrə xüsusi mülkiyyət hüququ əsasında iddiaçı İddiaçı xüsusi mülkiyyətindədir. Bundan başqa Sabairabad rayonu, Heydər Əliyev prospekti, 6-cı dalan, ev 3 ünvanında yerləşən 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa edilmiş 81 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi tam pay üzrə ilk iddia üzrə cavabdeh Ismayılova Nisəxanım Ülkər qızının xüsusi mülkiyyətindədir. Qeyd olunan torpaq sahələri qonşu torpaq sahələri olmaqla, faktiki vəziyyətdə hər ikisinə giriş-çıxış bir yerdən, ilk iddia üzrə iddiaçı İddiaçı Tofıiq oğlunun mülkiyyətində olan torpaq sahəsindəndir, daha doğrusu Cavabdeh öz torpaq sahəsinə giriş-çıxışı dalan tərəfdə olan küçədən İddiaçı torpaq sahəsinə açılan darvazadan və torpağından istifadə edilməklə təmin olunur.

26. Məhkəmə kollegiyası həmçinin müəyyən etmişdir ki, İddiaçı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsinin aradan qaldırılmasını, torpağının boşaldılmasını, sonuncu isə yola alternativ çıxışının olmadığını bəyan etməklə İddiaçı mülkiyyətində olan torpaq sahəsindən və həmin torpağın üzərində yerləşən qapı və darvazadan servitut qaydasında istifadəsinə icazə verilməsi və həmin qapı və darvazadan istifadə olunmağına hər hansı formada yaradılan məhdudiyyətin qadağan edilməsini tələb edirlər.

27. Kollegiya qeyd etmişdir ki, iş üzrə təyin olunmuş ekspertizanın rəyində Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evi və torpaq sahəsinə giriş-çıxış kimi istifadə edə biləcəyi altenativ yolun olmadığı göstərilsə də, apellyasiya şikayətinin dəlilləri üzrə aparılan araşdırmalar çərçivəsində rəy vermiş mütəxəsisin iştirakı ilə yerində müayinə aparılmış, tərtib edilmiş müayinə protokolu, sonradan mütəxəsisin rəyə verdiyi əlavə məlumatlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə yaxınlıqda yerləşən beş mərtəbəli yaşayış binasının qarşısından əvvəllər üç metr enində yol olmuş, həmin yoldan uzun müddət ərzində istifadə edilməmiş, bina sakinləri tərəfindən mənzillərinin su ehtiyaclarının təmin olunması üçün yolun üzərində dəmir və beton konstruksiyalardan istifadə edilməklə su çənləri quraşdırılaraq yol zəbt edilmişdir. Bina sakinləri tərəfindən üzərində üzərində su çənləri quraşdırılmış həmin sahə bələdiyyə mülkiyyətində olmaqla, ümumi istifadədə olan küçələr və keçidlər kimi nəzərdə tutulmuş ərazidir.

28. Kollegiya bildirmişdir ki, ilk iddia üzrə iddiaçı mülkiyyətçi olaraq əmlakına qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edir. Mövcud durumda yeganə istisna ilk iddia üzrə cavabdehin mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxışı üçün altenativ yolun mövcud olmamasıdır ki, bu halda cavabdeh servitut qaydasında iddiaçının mülkiyyətiində olan torpaq sahəsindən istifadəsi imkanının tanınmasını tələb edə bilər. Lakin aparılan araşdırmaların nəticəsi olaraq müəyyən olunmuşdur ki, ilk iddia üzrə cavabdehin mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxışının təmin olunması üçün yaxınlıqda yerləşən beş mərtəbə binanın həyətindən əvvəllər altenativ yol olmuşdur. Uzun müddət yol kimi istifadəsiz qalması nəticəsində bina sakinləri tərəfindən mənzillərinin su ehtiyaclarının təmin olunması üçün həmin yolun üzərində dəmir və beton konstruksiyalardan istifadə edilməklə su çənləri quraşdırılaraq, yol zəbt edilmişdir. Həmin ərazi bələdiyyə mülkiyyətində olmaqla ümumi istifadədə olan küçələr və keçidlər kimi nəzərdə tutulmuş sahədir. Odur ki, ilk iddia üzrə cavabdeh bələdiyyədən, bələdiyyə mülkiyyətində olmaqla ümumi istifadədə olan, küçələr və keçidlər kimi nəzərdə tutulmuş sahədən yol kimi istifadəsinin təmin olunması üçün zəruri addımlar atılmasını tələb etməklə, torpaq sahəsinə əvvəllər mövcud olmuş yolunun bərpasına nail ola, həmin yoldan sərbəst istifadə edə bilər.

29. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5 və 157.2-ci; Torpaq Məcəlləsinin 82, 84 və 111-ci; Mülki Prosessual Məcəllənin 4.1, 9.1, 9.3, 14.2, 77.1, 88, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 372.1, 372.2, 372.6, 372.7, 384, 385.2 və 402.1-ci maddələrinə həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006- cı il tarixli qərarına istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. Qətnamədən Cavabdeh (vəkil- Vəkil) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının # ##### 2026-cı il tarixli, *(*-*)-**/**** saylı qətnaməsinin ləğv edilərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşıyönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Apellyasiya Məhkəməsi bu normaları nəzərə almayaraq ilkin iddianı təmin, qarşılıqlı iddiamı isə rədd etmişdir. Hər ikiməhkəmə müəyyən etmişdir ki, mənim mülkiyyətimdə olan həyətyanı sahəmə və fərdi yaşayış evimə giriş-çıxış üçün faktiki olaraq bir yolum vardır. Həmin yol da ilkin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən keçir, ilkin iddiaçı isə uzun müddətdir ki, bu cür istifadəyə imkan versə də hazırda vermək istəmir. Belə olduğu halda isə mənim yeganə istifadə etdiyim yol bağlanacaqdır. Hazırda istifadə etdiyim yolun bağlanması mülkiyyətimdən istifadəyə maneə yaradacağı ilə yanaşı, həmçinin hər hansı fövqəladə hal (yanğın və s.) zamanı mənim və ailəmin həyat və sağlamlığı üçün təhlükə yaradacaq. Hesab edirəm ki, darvazanın və yolun iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşdiyi müəyyən edilsə də, faktiki olaraq istifadə edə biləcəyim alternativ yolumun olmadığına görə Mülki Məcəllənin 175.1-ci maddəsində nəzərdə tutulan qaydada zəruri keçidlə təmin edilmə məsələm apellyasiya məhkəməsi tərəfindən müzakirə edilməli idi. Bu normanın tələbipozulmuşdur. Belə ki, Apellyasiya Məhkəməsi bu normanın tələblərini nəzərə almadan ilkin iddiaçının tələbini təmin etmiş, mənim tələbimi isə təmin etməmişdir. Halbuki, məhkəmə özü müəyyən etmişdir ki, torpaq sahələrimiz qonşu olmaqla, faktiki vəziyyətdə hər ikisinə giriş-çıxış bir yerdən, ilk iddia üzrə iddiaçı İddiaçı mülkiyyətində olan torpaq sahəsindəndir, yəni mənim torpaq sahəmə giriş-çıxış İddiaçı torpaq sahəsinə açılan darvazadan və torpağından keçən yoldan istifadə edilməklə təmin olunur. Lakin, əfsuslar olsun ki, apellyasiya məhkəməsi bu halı müəyyən etsə də mənim faktiki olaraq yeganə giriş-çıxış yolumun bağlanmasına şərait yaratmış və mülkiyyətimdə olan torpaq sahəsindən və üzərində olan fərdi yaşayış evindən istifadəmi dayandırmışdır. Apellyasiya Məhkəməsi ilkin iddianı təmin,qarşılıqlı iddianı isə rədd edərkən onu da nəzərə almamışdır ki, hazırkı vəziyyəti ilkin iddiaçı İddiaçı yaratmışdır. Belə ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsi İddiaçı və onun qardaşı tərəfindən vərəsəlik qaydasında miras əmlak kimi öz aralarında bölünsə də, hər iki torpaq sahəsinə giriş-çıxış imkanları bir darvazadan olmuşdur. Hazırda da mən həmin qardaşlardan birinə əvvəllər məxsus olmuş 81 kv.m sahədən ibarət fərdi yaşayış evini alaraq mülkiyyət hüququmu qeydə aldırmışam.Aldıqdan sonra da məndən əvvəlki mülkiyyətçilərin istifadə etdiyi darvazadan və giriş-çıxış yolundan istifadə etmişəm və bu yaxınlara kimi də mənə istifadəmlə bağlı heç kim maneə yaratmamışdır. Lakin hazırda İddiaçı istəyir ki, mən həmin darvazadan və giriş çıxış yolundan istifadəmi dayandırım. İddiaçı qeyd edir ki, güya mənim aldığım həyətə giriş başqa ərazidən olmuşdur. Lakin İddiaçı qeyd etdiyi ərazi boş torpaq sahəsi olmamaqla bələdiyyə torpağıdır və həmin ərazidə yaxınlıqdakı binanın sakinlərinin su çənlərinin estakadaları yerləşdirilmişdir. Apellyasiya Məhkəməsi də bütün bunları nəzərə almadan İddiaçı göstərdikləri ilə razılaşmışdır. Halbuki, apellyasiya məhkəməsi mülkiyyətimdə olan evimə gedib-gəlmək məqsədilə mənə ünvan 4 ünvanında İddiaçı məxsus həyətyanı torpaq sahəsindən və həmin torpaqda yerləşən darvazadan istifadəmə icazə verilməli (Mülki Məcəllənin 255-ci maddəsi ilə müəyyən olunmuş qaydada) və həmin torpaq sahəsindən və darvazadan istifadə etməyimə hər hansı formada məhdudiyyətin yaradılmasını qadağan etməli idi. Bunormanın tələbi pozulmuşdur. Belə ki, bu normanın tələbinə görə Azərbaycan Respublikasında mulkiyyət toxunulmazdır və dovlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Bu normaların tələblərinə zidd olaraq apellyasiya məhkəməsi mənim mülkiyyət hüquqlarımı (sahiblik və istifadə hüquqlarımı) ilkin iddiaçının qanunsuz hərəkətlərindən müdafiə etməmiş və qanunla qoruya bilməmişdir. Göstərilənprosessual hüquq normasının tələbi pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Belə ki,apellyasiya məhkəməsi həyətyanı sahəmə və fərdi yaşayış evimə faktiki olaraq bir giriş-çıxış yolunun olmasını müəyyən etsə də, hazırkı işi MM-nin 169.1,175.1, 255, 257.2-ci maddlərinin tələbləri baxımından araşdırmamış və qeyd etdiyim hüquq normalarına qiymət verməmişdir. Göstərilənprosessual hüquq normalarının tələbləri pozularaq qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, apellyasiyaməhkəməsi mülkiyyətimdə olan həyətyanı torpaq sahəsinə girişçıxışın təmin olunmasını yaxınlıqda yerləşən beş mərtəbəli binanın həyətindən əvvələr alternativ yol olmasını müəyyən etsə də, qətnaməsində özü qeyd etmişdir ki, həmin ərazi uzun müddət (yəni məndən əvvəlki mülkiyyətçilər tərəfindən) yol kimi istifadə edilmədiyindən bina sakinləri tərəfindən su ehtiyaclarının təmin olunması üçün dəmir və beton konstruksiyalı su çənləri vasitəsi ilə zəbt edilmişdir. Məhkəmənin gəldiyi nəticə ilə düşünsək, belə çıxır ki, mən faktiki istifadə etdiyim yoldan məhrum edilməliyəm və bələdiyyəyə və eyni zamanda bina sakinlərinə qarşı zəbt etdikləri ərazi ilə bağlı iddia qaldırmalıyam. Həmin iddialar hansı müddətdə və necə nəticələnəcəyi sual altında olmaqla, bu müddət ərzində mən də mülkiyyətimdə olan həyətyanı sahədən və üzərində olan fərdi yaşayış evindən məhrum olmalıyam. Apellyasiya məhkəməsinin gəldiyi nəticə bundan ibarətdir ki, bu nəticə də mülki qanunvericiliyin tələblərinə ziddir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

33. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

34. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

35. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

36. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

37. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

38. Maddə 158. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: -girov hüququ; əmlakdan istifadə hüququ və servitutlar. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

39. Maddə 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrıayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir.

40. Maddə 255.2. Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir.

41. Maddə 255.4. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər.

42. Maddə 256.1. Servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir.

43. Maddə 257. Servitut almış şəxs (ixtiyarlı şəxs) servitutun saxlanması və həyata keçirilməsi üçün tələb olunan hər şeyi edə bilər, lakin o öz hüququndan imkan daxilində elə istifadə etməlidir ki, bu, yüklü olan mülkiyyətçinin mənafelərinə zidd olmasın və ona lüzumsuz narahatlıq yaratmasın. Servitutla yüklü olan mülkiyyətçi servitutun həyata keçirilməsinin qarşısını alan və ya onu çətinləşdirən heç bir hərəkət etməməlidir.

44. Maddə 261. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq tələb edə bilər. Haqqın miqdarı tərəflərin razılaşması ilə, razılaşmaya gəlmək mümkün olmadıqda isə məhkəmənin qərarı ilə müəyyənləşdirilir.

45. Maddə 262. Yüklü olan və ya ixtiyarı verilmiş daşınmaz əşya tamamilə məhv olarkən hər cür servituta xitam verilir. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Fiziki və ya hüquqi şəxsə mənsub daşınmaz əşya servitutla yüklü olma nəticəsində öz təyinatına uyğun istifadə edilə bilmədikdə mülkiyyətçi servituta xitam verilməsini məhkəmə yolu ilə tələb edə bilər. Servituta xitam verilməsi daşınmaz əmlakın dövlət reyestrində qeyd edilməlidir. Əgər ixtiyarı verilmiş daşınmaz əşyanın mülkiyyətçisi yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi olursa, o, servituta xitam verə bilər. Xitam verilənədək servitut əşya hüququ kimi saxlanılır. Əgər ixtiyarı verilmiş daşınmaz əşya üçün servituta hər cür maraq itmişdirsə, yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi ona xitam verilməsini tələb edə bilər. Əgər ixtiyarı verilmiş daşınmaz əşyanın mülkiyyətçisinin hələ də marağı varsa, lakin bu marağı yüklülüyə nisbətən cüzidirsə, onda kompensasiya müqabilində servitut qismən və ya tamamilə əvəz edilə bilər.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

46. Maddə 54 (bənd 1). Servitut - bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır.

47. Maddə 54 (bənd 3). Servitut - torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır.

48. Maddə 54 (bənd 4). Torpaq sahəsinə aşağıdakı servitutlar müəyyən edilə bilər: torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək; torpaq sahəsindən fərdi, kommunal, mühəndis, elektrik və digər xətt və şəbəkələrin çəkilməsi və təmiri üçün istifadə etmək; torpaq sahəsində drenaj işləri aparmaq; torpaq sahəsində su toplamaq və içməli su götürmək (malqaranı suvarmaq); torpaq sahəsindən mal-qaranı keçirmək; yerli şəraitə və adətlərə uyğun olaraq, özgənin torpaq sahəsində ot biçmək və mal-qara otarmaq; torpaq sahəsindən axtarış, tədqiqat və digər işlərin aparılması üçün müvəqqəti istifadə etmək; qonşu sahədə dayağı olan və ya müəyyən hündürlükdə qonşu sahəsinə keçən tikililər və qurğular ucaltmaq; qonşu sahədə müəyyən hündürlükdən artıq olan tikililərin və qurğuların ucaldılmasını qadağan etmək; torpaq sahəsində qoruyucu meşə əkinləri və zolaqları salmaq və digər təbiətqoruyucu obyektlər yaratmaq; qanunvericiliyə zidd olmayan hallarda torpaq sahəsi üzərində digər servitutlar.

49. Maddə 82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi ilə bağlı öhdəliklərə, məhdudiyyətlərə, torpaq üzərində qoyulmuş servitutlara əməl etməyə borcludurlar.

50. Maddə 84.1. Topaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

51. Maddə 84.3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

55. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiya məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

63. Apellyasiya məhkəməsi işin halları üzrə müəyyən etmişdir ki, ekspertizanın rəyində Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evi və torpaq sahəsinə giriş-çıxış kimi istifadə edə biləcəyi altenativ yolun olmadığı göstərilsə də, apellyasiya şikayətinin dəlilləri üzrə aparılan araşdırmalar çərçivəsində rəy vermiş mütəxəsisin iştirakı ilə yerində müayinə aparılmış, tərtib edilmiş müayinə protokolu, sonradan mütəxəsisin rəyə verdiyi əlavə məlumatlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə yaxınlıqda yerləşən beş mərtəbəli yaşayış binasının qarşısından əvvəllər üç metr enində yol olmuş, həmin yoldan uzun müddət ərzində istifadə edilməmiş, bina sakinləri tərəfindən mənzillərinin su ehtiyaclarının təmin olunması üçün yolun üzərində dəmir və beton konstruksiyalardan istifadə edilməklə su çənləri quraşdırılaraq yol zəbt edilmişdir. Bina sakinləri tərəfindən üzərində üzərində su çənləri quraşdırılmış həmin sahə bələdiyyə mülkiyyətində olmaqla, ümumi istifadədə olan küçələr və keçidlər kimi nəzərdə tutulmuş ərazidir.Ilk iddia üzrə cavabdeh bələdiyyədən, bələdiyyə mülkiyyətində olmaqla ümumi istifadədə olan, küçələr və keçidlər kimi nəzərdə tutulmuş sahədən yol kimi istifadəsinin təmin olunması üçün zəruri addımlar atılmasını tələb etməklə, torpaq sahəsinə əvvəllər mövcud olmuş yolunun bərpasına nail ola, həmin yoldan sərbəst istifadə edə bilər.

64. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbləri ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

65. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və dəlillərə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

67. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli # ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar