Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1741/2026 02.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan şəhər * nömrəli tam orta məktəbinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X17-Xızı Regional Təhsil Idarəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 cəlb olunmaqla) qarşı iddiasına dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbi, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan şəhər * nömrəli tam orta məktəbə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunma, məcburi işburaxmaya görə əmək haqqının və gecikdirilmiş hər gün üçün ödəncin verilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il ## ###### tarixli, *(*-*)-**/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Abşeron rayonu Xırdalan şəhər * nömrəli tam orta məktəbinin direktoru X3 ilə İddiaçı arasında ##.##.2008-ci il tarixində əmək müqaviləsi bağlanmış, İddiaçı həmin məktəbdə riyaziyyat müəlliməsi olaraq işə qəbul edilmişdir.
2. Abşeron rayonu Xırdalan şəhər * nömrəli tam orta məktəbinin həmkarlar Komitəsinin sədrinin məktəbin direktoruna ünvanladığı məktubda qeyd edilmişdir ki, məktəbin riyaziyyat müəllimi İddiaçı əmək funksiyalarını və xidməti vəzifəsini icra etməməsi, o cümlədən “Ümumi Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 23.3.5, 23.3.8-ci maddələri ilə müəyyən edilmiş vəzifələrinə və “Təhsilverənlərin etik davranış Qaydaları”na əməl etməməsi əmək vəzifələrini kobud şəkildə pozma hesab olunduğuna görə İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi məsələsinə Abşeron rayon, Xırdalan şəhər * nömrəli tam orta məktəbin Həmkarlar Komitəsinin ##.##.2024-cü il tarixli iclasında baxılmış və İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsası ilə ləğv olunması məqsədəmüvafiq hesab edilmişdir.
3. Əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2024-cü il tarixli, *** saylı əmrlə Abşeron rayonu, Xırdalan şəhər * nömrəli tam orta məktəbində riyaziyyat müəllimi işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ##.##.2024-cü il tarixindən ləğv edilməsi qərara alınmışdır.
4. Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə Xırdalan şəhər * nömrəli tam orta məktəbinin iddiaçı İddiaçı barəsində «töhmət» intizam tənbeh tədbirinin verilməsi barədə ##.##.2024-cü il tarixli *** saylı əmrinin ləğv edilməsi qət edilmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli, 2(012)- ****/**** nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı İddiaçı cavabdeh Xırdalan Şəhər * saylı tam orta məktəbinə qarşı “töhmət” intizam tənbehi haqqında əmrin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Xırdalan şəhər * saylı tam orta məktəbin direktoru nümayəndə2 iddiaçının işdən azad edilməsi barədə ##.##.2024-cü il tarixli *** nömrəli əmrinin ləğv olunması, iddiaçının həmin məktəbin riyaziyyat müəllimi vəzifəsinə işinə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, hər gecikdirilmiş gün üçün iddiaçıya əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Iddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı ##.##.2008-ci ildə Xırdalan şəhəri * saylı tam orta məktəbinə riyaziyyat fənni üzrə müəllimə təyin edilmiş, üzərinə düşən vəzifələri layiqincə və bacarıqla yerinə yetirmişdir. Işlədiyi müddət ərzində iddiaçı heç bir əmək intizamı qaydasının pozuntusuna yol verməmiş və buna görə də intizam cəzası almamışdır. Iddiaçının Məktəbdə bu sahədə yaranmış nöqsan və qanunsuzluqlara qarşı çıxmağı məktəb direktoru nümayəndə2 xoşuna gəlməmiş, bu səbəbdən iddiaçıya qərəzli münasibət sərgiləmişdir. Qərəzli münasibətdən irəli gələrək məktəbin direktoru tərəfindən ## ### 2024-cü il tarixli *** saylı əmrlə iddiaçının barəsində töhmət intizam tənbeh tətbiq edimişdir. Həmin əmrin ləğv edilməsi üçün iddiaçı Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, №»*(***)-****/**** saylı qətnaməsinə əsasən iddia ərizəsi təmin edilmiş, məktəbin iddiaçının barəsində töhmət intizam tənbeh tədbirinin tətbiq edilməsi barədə ## ### 2024-cü il tarixli *** saylı əmri ləğv edilmişdir. Iddianı təmin edərkən məhkəmə qeyd etmişdir ki, töhmət “Müəllimələrin etik davranış qaydaları” haqqında qərara əsasən verilmişdir. Lakin, sözügedən qərar ləğv olunaraq qüvvədən düşmüş və onun yerinə “Təhsilverənlərin etik davranış qaydaları” təsdiq edilmişdir. Amma Məktəbin ## ### 2024-cü il tarixli *** saylı əmrində iddiaçıya töhmət verilmənin əsaslarında “Təhsilverənlərin etik davranış qaydaları”na istinad olunmuş, əvvəlki qüvvədən düşmüş qaydalara əsaslanılmışdır. Beləliklə, əmr maddi hüquq normalarının pozulması ilə verilmişdir” Buna görə məhkəmə iddianı əsaslı hesab etmişdir. Qətnamədən aydın görünür ki, məhkəmədə cavabdeh intizam tənbehi verilməsini onunla əsaslandırmışdır ki, guya iddiaçı davamlı olaraq özünə məxsus sosial media səhifəsində işlədiyi şagird və müəllim kontingenti arasında heç bir sübut olmadan rəhbərliyin rüşvətxor olmasına dair həqiqətə uyğun olmayan və böhtan mənfi fikirlər formalaşdırmağa çalışmış, valideynlərin və müəllimlərin şəxsi həyatlarına müdaxilə etmişdir. Məhkəmə tərəfindən həmin töhmət əsassız və qanunsuz olduğundan ləğv edildiyi halda, az keçməmiş tənqidlərinə görə iddiaçını təqib edən Məktəbin direktoru nümayəndə2 məhkəmədə səsləndirdiyi eyni əsaslara istinad etməklə iddiaçını işdən azad etmişdir. Halbuki direktorun gətirdiyi dəlillər iddiaçının işdən azad edilməyi üçün heç vaxt əsas ola bilməz. Direktor hesab edirsə ki, iddiaçı böhtan atır və məktəb müəllimləri, valideyn və şagirdlər arasında nüfuzuna xələl gətirən əməllərə yol verir, onda bununla bağlı direktor məhkəməyə müraciət edə bilərdi. Lakin Məktəbin direktorunun ## ###### 2024-cü il tarixli, *** saylı əmri ilə iddiaçını əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. Işdən azad edilməyinin əsasları barədə məlumat tələb etsə də iddiaçıya heç bir məlumat verilməmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Lakin cavabdehin əsaslandırmalarından görünür ki, iddiaçının işdən azad edilməyi heç də əmək funksiyalarını və ya üzərinə düşən öhdəliklərini yerinə yetirməməyi ilə bağlı olmamışdır. Iddiaçının dərs verdiyi sinif göstəricilərinə görə məktəbdə qabaqcıl sinif olmaqla nümunəvidir, şagird və valideynlər arasında yüksək nüfuza və hörmətə malikdir. Direktor iddiaçını məktəbdəki qanunsuzluq və nöqsanları işıqlandırdığı, buna görə onları tənqid etdiyi üçün, habelə iddiaçını təhqir etdiyinə görə Məktəbi məhkəməyə verdiyi üçün təqib edərək işdən azad etmişdir. Nöqsan və qanunsuzluqlara göz yummaq, məktəb rəhbərliyini qanunsuz əməllərinə görə tənqid etməmək iddiaçının əmək funksiyalarına daxil deyildir və üzərinə əmək müqaviləsi ilə belə bir öhdəlik də qoyulmamışdır. Direktor nümayəndə2 iddiaçını öz vəzifə səlahiyyətlərindən istifadə edərək haqlı tənqidlərinə görə vəzifədən azad etməsi sırf qanunsuz əməldir, vəzifəsindən sui-istifadədir. Direktor bu əmək mübahisəsinin sonunda qanun qarşısında cavab verməlidir. Qanunvericiliyin tələbinə əsasən əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin işdən azad olduqdan sonra əmək kitabçası vaxtında iddiaçıya təqdim edilməmişdir. Əmr ##.##.2024-cü il tarixdə, iddiaçının tələbi ilə ona verilmişdir. Iddiaçı qanuna "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mübahisənin sülh yolu ilə həll edilməsi üçün mediasiya təşkilatına müraciət etsə də, cavabdeh mediasiya prosesində iştirak etməkdən imtina etmişdir. Bu barədə mediasiya təşkilatından iddiaçıya ## ###### 2024-cü il tarixdə müvafiq arayış verilmişdir.
8. Birinci instansiya məhkəməsində məktəbin direktoru nümayəndə2 iddianı qəbul etməyərək bildirmişdir ki, o, 2-3 ildir ki, məktəbin direktoru vəzifəsində işləyir. Həmin vaxtdan etibarən məktəbdə riyaziyyat müəlliməsi işləyən iddiaçının davranışları və hərəkətləri barəsində məlumatı olmuşdur. Lakin o, məsələnin böyüməməsi üçün əlindən gələni etmişdir. Iddiaçının onu təhqir etməsinə, şagird və müəllim kollektivi arasında nüfuzunu aşağı salmasına baxmayaraq, onun iddiaçıya qarşı heç bir qərəzi olmamışdır. Lakin iş o yerə gəlmişdir ki, artıq kütləvi şəkildə valideynlər, müəllimlər iddiaçı ilə bağlı şikayətlərlə, ərizələrlə ona müraciət etmişlər. Bundan əlavə, töhmətlə bağlı digər məhkəmə prosesində iştirak etmiş 63 yaşlı Mətanət adlı müəlliməyə qiymətləndirmədən 59 bal topladığına görə təhqiramiz və alçaldıcı sözlər demişdir. Iddiaçının hərəkətləri son həddədir. Hətta ondan əvvəlki rəhbərliyin iddiaçının hərəkələrinə göz yumması qəribədir, ola bilər ki, həmin rəhbərliyin iddiaçıdan çəkindiyi hallar olmuşdur. Bundan əlavə, iddiaçı Aysel adlı müəllimənin 9-cu sinfinə daxil olaraq şagirdləri təhdid etmişdir. Həmçinin iddiaçı ona yaxınlaşaraq 5 “e” sinfinin ona verilməsini istəmiş, o isə iddiaçıya 5 “ə” sinfini verə biləcəyini bildirmişdir. Otaqdan çıxdıqdan sonra iddiaçı onun 5 “e” sinfini satdığını deyərək qışqırmışdır. Bu məsələlər 2024-cü ilin aprel ayından başlamışdır. Iddiaçı ona “Paşinyanın yerlisisən, ermənisən” sözlərini işlətməsi ona ən çox təsir edən və toxunan haldır. Iddiaçı müəllim adına layiq deyil, müəllim adına yaraşmayan hərəkətlər etmiş, nalayiq ifadələr səsləndirmişdir. Bu səbəbdən iddiaçının məktəbdə işləməsi qəbul edilməzdir.
9. Birinci instansiya məhkəməsində cavabdehin vəkili və nümayəndəsi vəkil4 iddiaya etirazında bildirmişdir ki, açıq-aşkar qanunsuz olduğuna görə iddia ərizəsinin dəlilləri ilə razılaşmır. Əvvəla, ##.##.2024-cü il tarixli töhmət intizam tənbehinin verilməsi ilə bağlı Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsinin əsassızlığı barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilmiş və sözügedən qətnaməyə apellyasiya məhkəməsində baxılacaqdır. Bu səbəbdən iddiaçıya verilmiş intizam tənbehi hüquqi mövqe baxımından hazırkı vaxtadək öz qüvvəsindədir. Eyni zamanda ##.##.2024-cii il tarixdə iddiaçıya verilmiş töhmət tənbehi hazırkı iddia tələbinin predmetinə daxil deyildir və həmin faktla heç bir əlaqə və bağlılığı yoxdur. Iddiaçının işdən azad olunmasına səbəb davamlı olaraq etik davranış qaydalarına və pedaqoji etika normalarına riayət etməməsi, yaratdığı özünə məxsus sosial media səhifəsində işlədiyi məktəbin adına xələl gətirən və nüfuzunu aşağı salan, məktəb rəhbərliyi və pedaqoji kollektivin digər üzvləri barədə müəllim adına yaraşmayan qeyri-etik və təhqiramiz məzmunlu ifadələr paylaşması, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını və vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi və bununla bağlı məktəb rəhbərliyinə daxil olmuş çoxsaylı şikayətlər, sənədlər və barəsində toplanmış material olmuşdur. Qanunun tələbi baxımından iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Iddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Iddia ərizəsi ümumi, qeyri-müəyyən və mücərrəd fikirlərdən ibarət olmaqla, orada qanuniliyi mübahisələndirilən əmrin ləğv edilməsi üçün konkret və aydın dəlilə və ya fakta istinad edlməmişdir. Buna görə də iddiaçının tələbi qanuni və əsaslı sayıla bilməz. Işin faktiki hallarına gəldikdə, qeyd edilməlidir ki, iddiaçı tərəfindən “Təhsilverənlərin etik davranış Qaydaları”nın tələbləri davamlı şəkildə pozularaq, özünə məxsus sosial media səhifəsində işlədiyi məktəbin direktorunun, müavinlərinin, müəllimlərin əmək fəaliyyətinə və nüfuzuna xələl gətirən, müəllim adına yaraşmayan qeyri-etik və təhqiramiz ifadələr işlətməsi, işlədiyi məktəbin şagird və valideyn kontingenti arasında heç bir sübut olmadan məktəbin rəhbərliyinin rüşvətxor olmasına dair həqiqətə uyğun olmayan və böhtan xarakterli mənfi fikirlər formalaşdırmağa çalışması, valideynlərin və müəllimlərin şəxsi həyatlarına müdaxilə etməsi müəyyən edilmişdir. Məktəbdə riyaziyyat müəllimi vəzifəsində işləyərkən iddiaçının elik davranış qaydalarına və pedaqoji etika normalarına riayət etməməsi, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını və vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi və kobud şəkildə pozması, o cümlədən, “Ümumi təhsil haqqında" Qanununun 23.3.5-ci və 23.3.8-ci maddələri ilə müəyyən edilmiş vəzifələrinə və “Təhsilverənlərin etik davranış Qaydalar»ının loyallıq etik davranış prinsipinə dair 2.3-cti və 2.3.2-ci bəndlərinin, mədəni davranış prinsipinə dair 2.4. 2.4.1-ci və 2.4.2-ci bəndlərinin, ictimai etimad davranış prinsipinə dair 2.6, 2.6.2-ci və 2.6.3-cti bəndlərinin, xidməti davranış qaydasına dair 3.3-cü bəndinin və xidməti fəaliyyətdən kənar davranış qaydasına dair 4.3-cii bəndinin tələblərinə əməl etməməsi barədə yazılı müraciətlər (ərizə, təqdimat, məlumat, arayış, protokol, akt və s.) daxil olmuşdur. Bundan başqa, etik davranış qaydalarına və pedaqoji etika normalarına riayət etməməsi, yaratdığı özünə məxsus sosial media səhifəsində işlədiyi məktəbin adına xələl gətirən və nüfuzunu aşağı salan, məktəb rəhbərliyi və pedaqoji kollektivin digər üzvləri barədə müəllim adına yaraşmayan qeyri-etik və təhqiramiz məzmunlu idafələr paylaşması, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını və vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi və kobud şəkildə pozması ilə əlaqədar iddiaçı səbəbini göstərmədən izahat verməkdən, dəfələrlə dəvət edilməsinə baxmayaraq, onunla bağlı məsələnin məktəbin pedaqoji şurasının yığıncağında və həmkarlar təşkilatının yığıncağında müzakirəsi zamanı orada iştirak etməkdən səbəblərini göstərmədən imtina etmişdir. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” yarımbəndinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda, işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edə bilər. Beləliklə, iddiaçının yuxarıda qeyd olunan hərəkətləri onunla bağlanmış əmək müqaviləsində müəyyənləşdirilmiş əmək funksiyalarını və vəzifə borcunu (öhdəliklərini) kobud şəkildə pozması kimi qiymətləndirilərək onunla əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin iddiaçının davranışına mövqe bildiriləndə nəzərə alınmalıdır ki, halhazırda Məktəbdə 6000-ə yaxın şagird təhsil alır, pedaqoji kollektiv üzvlərinin sayı isə 450 nəfərdən artıqdır. Beləliklə, iddiaçı tərəfindən “Təhsilverənlərin etik davranış Qaydaları”nın tələblərinin pozulduğu təsdiqini tapdığına görə Əmək Məcəlləsinə əsasən onun əmək müqaviləsinə xitam verilməsi qanuni və əsaslı olmuşdur.
10. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X17-Xızı Regional Təhsil Idarəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (bundan sonra “üçüncü şəxs”) qismində işə cəlb etmişdir.
11. Üçüncü şəxsin nümayəndəsi iddia ərizəsinə münasibətdə bildirmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi haqqında əmr ##.##.2024-cü il tarixində imzalanmışdır. Məktəbin direktoru iddiaçının mütəmadi olaraq etik davranış qaydalarını pozmasına dair 04 oktyabrda təmsil etdiyi Idarəyə müraciət ünvanlamış və Idarə tərəfindən qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Sözügedən məsələ ilə bağlı müvafiq araşdırma aparılmış və iddiaçının mütəmadi olaraq məktəb, direktor, müəllimlər və Abşeron-Xızı Regional Təhsil Idarəsi barəsində sosial şəbəkələrdə paylaşımlar etdiyi məlum olmuşdur. Odur ki, iddiaçının əmək qanunvericiliyini pozması halları nəzərə alınmış, lakin əmək müqaviləsinə xitam verilməsi səlahiyyətinin məktəb direktorunda olması, müəllimənin izahatı alındıqdan sonra intizam məsuliyyətinin olub-olmamasının müəyyən edilməsi direktora bildirilmişdir. Bundan əlavə Təhsil nazirinin ## #### 2009-cu il tarixli, *** №-li əmri ilə təsdiq edilmiş “Sinif rəhbərinin əsasnaməsi”ndən də davranış qaydaları barədə məlumat öz əskini tapmışdır.
12. Birinci instansiya məhkəməsində şahid X8 bildirmişdir ki, o, Məktəbinin 9 “a” sinfinin rəhbəridir. Onun əvvəllər iddiaçı ilə münasibəti yaxşı olsa da, hazırda münasibətləri yoxdur. Belə ki, iddiaçı onun sinfinin riyaziyyat müəlliməsidir. Hər dəfə sinfinin şagirdlərinin yanında onu, rəhbərliyi pisləmiş və uşaqlara mənfi təsir göstərmişdir. Qeyd edir ki, sinfin şagirdləri iddiaçının onun barəsində “it balası sinif rəhbəriniz” ifadəsini işlətmişdir. Iddiaçı şəxsi ədavət məsələlərini şagirdlərin yanında danışır. Sosial şəbəkədə paylaşaraq onun köstəbəyə oxşadığını demişdir. Direktorun nəinki iddiaçıya, heç bir müəlliməyə qarşı qərəzi, pis münasibəti olmamışdır. Iddiaçının məktəbin 80 faizi ilə münasibəti pisdir. Iddiaçı Məktəbin direktoruna, direktor müavininə, müəllimlərə təhqiramiz adlar qoymuş, ələ salmışdır. Odur ki, valideynlər iddiaçının həmin sinfə dərs keçməməsi barədə ərizələr yazmışlar.
13. Birinci instansiya məhkəməsində şahid X4 bildirmişdir ki, onun oğlu Əkbər Babayev məktəbdə X8 oxuyur. Həmin sinifdə riyaziyyat dərsini iddiaçı keçir. Belə ki, onun övladı epilepsiya xəstəsidir. Oğlu dərsdən gələndə həyəcanlı və pis vəziyyətdə gəlmişdir. Iddiaçı dərsdə uşaqlara direktorun və müəllimlərin haqqında danışmış və təhqiramiz ifadələr səsləndirmişdir. Iddiaçı Aysel müəllimə haqqında “it balası” ifadəsini səsləndirmişdir. Bundan əlavə, övladı dərsə 1 dəqiqə gecikmiş və iddiaçı heç bir güzəşt etmədən və qayib çox olarsa buraxılış imtahanına buraxılmayacağını bilərək qayib yazmışdır. Iddiaçı riyaziyyat dərsini keçmək əvəzinə, uşaqların yanında onlara aidiyyəti olmayan məsələlər danışır.
14. Birinci instansiya məhkəməsində şahid X5 bildirmişdir ki, onun oğlu Aysel müəllimənin sinfində oxuyur. Belə ki, övladı evə gələndə iddiaçının onlara dərs keçmədiyini və yalnız müəllimlər barəsində təhqirlər etdiyini bildirmişdir. Iddiaçının etdikləri onun övladına çox təsir etmişdir. Odur ki, onun iddiaçı ilə şəxsi qərəzi yoxdur, sadəcə iddiaçı dərs keçmir, yalnız telefonda sosial şəbəkələrə daxil olur və müəllimləri, sinif rəhbərini pisləyir.
15. Birinci instansiya məhkəməsində şahid X1 bildirmişdir ki, onun övladı 11-ci sinifdə oxuyur və iddiaçı həmin sinfin sinif rəhbəridir. Onun övladı əlaçıdır və qırmızı attestat almışdır. Lakin iddiaçının müəllimlər, direktor barədə dedikləri onun övladına təsir göstərmişdir və hazırda övladı iddiaçıya görə psixoloji təzyiq altındadır.
16. Abşeron Rayon Məhkəməsinin (hakim Habil Əhmədov) ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
17. Birinci instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı barəsində verilən əmrin əsası kimi onun əmək funksiyalarını və xidməti vəzifəsini icra etməməsi, o cümlədən “Ümumi Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 23.3.5, 23.3.8- ci maddələri ilə müəyyən edilmiş vəzifələrinə və “Təhsilverənlərin etik davranış Qaydaları”na əməl etməməsi olmuşdur ki, işəgötürən də bunu əmək vəzifələrini kobud şəkildə pozma kimi qiymətləndirmişdir. Göstərilənlərlə əlaqədar məktəbin Həmkarlar Komitəsinin ##.##.2024, ##.##.2024-cü il və ##.##.2024-cü il tarixlərdə iclasları keçirilmiş və sonuncu iclasın qərarına əsasən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi məsələsinə məktəbin Həmkarlar Komitəsinin ##.##.2024-cü il tarixli iclasında baxılmış və onunla bağlanmış əmək müqaviləsinin göstərilən əsas ilə ləğv olunması məqsədəmüvafiq hesab edilmişdir. Həmçinin mübahisələndirilən əmrin və məktəbin Həmkarlar Komitəsinin iclasının qərarı qəbul edilməmişdən əvvəl Məktəbdə riyaziyyat müəllimi vəzifəsində işləyərkən iddiaçının elik davranış qaydalarına və pedaqoji etika normalarına riayət etməməsi, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını və vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi, kobud şəkildə pozması, o cümlədən, “Ümumi təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 23.3.5-ci və 23.3.8-ci maddələri ilə müəyyən edilmiş vəzifələrinə və “Təhsilverənlərin etik davranış Qaydalarrnın loyallıq etik davranış prinsipinə dair 2.3-cti və 2.3.2-ci bəndlərinin, mədəni davranış prinsipinə dair 2.4. 2.4.1-ci və 2.4.2-ci bəndlərinin, ictimai etimad davranış prinsipinə dair 2.6, 2.6.2-ci və 2.6.3-cti bəndlərinin, xidməti davranış qaydasına dair 3.3-cü bəndinin və xidməti fəaliyyətdən kənar davranış qaydasına dair 4.3-cii bəndinin tələblərinə əməl etməməsi barədə yazılı müraciətlər (ərizə, təqdimat, məlumat, arayış, protokol, akt və s.) Xırdalan şəhər * nömrəli tam orta məktəbinə daxil olmuş, bununla bağlı xidməti araşdırma aparılmış və ##.##.2024-cü il tarixli araşdırma komissiyasının aktı, daha sonra isə Məktəbin yuxarıda qeyd edilən Həmkarlar Komitəsinin qərarı təqdim edilmişdir.
18. Birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əsasən etik davranış qaydalarına və pedaqoji etika normalarına riayət etməməsi, yaratdığı özünə məxsus sosial media səhifəsində işlədiyi məktəbin adına xələl gətirən və nüfuzunu aşağı salan, məktəb rəhbərliyi və pedaqoji kollektivin digər üzvləri barədə müəllim adına yaraşmayan qeyrietik və təhqiramiz məzmunlu ifadələr paylaşması, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını və vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi və kobud şəkildə pozması ilə əlaqədar riyaziyyat müəllimi vəzifəsində işləyərkən iddiaçı səbəbini göstərmədən izahat verməkdən, dəfələrlə dəvət edilməsinə baxmayaraq, onunla bağlı məsələnin məktəbin pedaqoji şurasının yığıncağında və həmkarlar təşkilatının yığıncağında müzakirəsi zamanı orada iştirak etməkdən səbəblərini göstərmədən imtina etmişdir.
19. Birinci instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı barəsində verilmiş ##.##.2024-cü il tarixli 125 №li “töhmət” əmrinin Abşeron Rayon Məhkəməsinin ##.##.2024cü il tarixli qətnaməsi ilə ləğv edildikdən sonra tənqidlərinə görə onu təqib edən məktəbin direktoru nümayəndə2 məhkəmədə səsləndirdiyi eyni əsaslara istinad etməklə onu işdən azad etməsini göstərsə də, bu və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmrinin əsassız, qanunsuz verildiyi üçün ləğv edilməli olmasına dair irəli sürdüyü dəlillərini təsdiq edən hər hansı sübutlar təqdim etməmişdir.
20. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, prosessual normaların tələbinə görə iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır.
21. Birinci instansiyası məhkəməsinin qənaətinə görə cavabdehin iddiaçı barəsində verdiyi ##.##.2024-cü il tarixli *** nömrəli əmrin əmək qanunvericiliyinə uyğun olması və əmək müqaviləsinə xitam verilməsi üçün hüquqi əsasların həm də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının KQ-** nömrəli ## ### 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydalar’ının “Loyallıq” prinsipi adlanan 2.3-ci, “Mədəni davranış" prinsipi adlanan 2.4-cü, “Qərəzsizlik” prinsipi adlanan 2.5-ci, “Ictimai etimad” prinsipi adlanan 2.6-cı və ‘‘Insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət” prinsipi adlanan 2.7-ci bəndlərinin tələblərinə tam uyğun olmasına dair dəlilləri daha inandırıcı və mötəbərdir.
22. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün kifayət qədər ciddi əsaslar mövcud olmuşdur. Belə ki, əvvəla müəyyən edilmişdir ki, iddiaçı barəsində verilən əmrdə ##.##.2024-ci il tarixdə iddiaçıya verilmiş töhmət intizam cəzasının ləğv edilməsinə dair Abşeron Rayon Məhkəməsinin qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəsini almasa da, faktiki olaraq iddiaçıya ##.##.2024-cü il tarixli *** saylı əmrlə verilmiş «Töhmət» intizam təhbehi qüvvədədir.
23. Həmçinin iddiaçıya ##.##.2024-cü il tarixli *** saylı əmrlə “töhmət” intizam təhbehi ona görə verilmişdir ki, iddiaçı əmək intizamını kobud şəkildə pozmuş, nəticədə müəllimlərin və valideynlərin narazılıqlarına səbəb olmuşdur.Qeyd edilən hal iş materiallarında olan ##.##.2024-cü il, ##.##.2024-cü il və ##.##.2024-cü il tarixdə tərtib edilmiş aktlarda öz əksini tapmışdır. Həmçinin məhkəmədə iddiaçıya məxsus sosial şəbəkələrdəki statusların görüntüləri təqdim edilmiş, həmin statuslarda onun məktəbin kollektivi və valideynlər haqqında yazıları öz əksini tapmışdır. Bununla əlaqədar iddiaçı məhkəmə baxışında həmin yazıların ona məxsus olmadığını mübahisələndirmiş, lakin cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş fləşkarta baxış keçirilən zaman, həmin statusların ona məxsus olduğunu iddiaçı etiraf etmişdir.
24. Bundan əlavə, iddiaçının davamlı olaraq etik davranış qaydalarına və pedaqoji etika normalarına riayət etməməsi, yaratdığı özünə məxsus sosial media səhifəsində işlədiyi məktəbin adına xələl gətirən və nüfuzunu aşağı salan, məktəb rəhbərliyi və pedaqoji kollektivin digər üzvləri barədə müəllim adına yaraşmayan qeyri-etik və təhqiramiz məzmunlu ifadələr paylaşması, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını və vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsini təsdiq edən çoxsaylı sübutlar təqdim edilmişdir.
25. Belə ki, iş materiallarına əlavə edilmiş diskə baxış keçirilən zaman səs və videogörüntülərdən iddiaçının bu ifadələri səsləndirməsi müəyyən edilmişdir:
26. - 1-ci səs yazısı-“Həmin o müdürün mənə dedi ki, bu məktəbdə inandığım, güvəndiyim yeganə zavuc Nisə müəllimədir, başqa heç kimə inanmır, Könül də gəlib müəllimlərlə çaşka-loşkadır, bir-birlərinə Könka filan deyirlər, Könül özünə hörmət qoymur, hamısını əlimin altında işlədirəm. Bax sənin haqqında bunları deyirlər. Könül, sən mənim əxlaqım haqqında, həyat yoldaşının guya ki məni döyməsi haqqında sözlər desən də, gözünlə görməmisən. Çox sagol hər şeyə görə”;
27. - 2-ci səs yazısı-“Hər vaxtınız xeyir, yeri gəlsə mən 04 noyabr tarixindən məktəbdən qanuni uzaqlaşmışdım. Lakin bundan 10-15 gün əvvəl mən uşaqlara ev tapşırığı vermişdim. Orada yüz faiz özünü axırıncı yola qoyan Aygün müəllimə olacaq, bir də gücləri idman müəlliminə çatır, bir də ki hərbi müəllimi belə deyək ki, onların buyruqçusudur. Bu müəlimlər uşaqların qiymətini kəsəcəklər. Lakin digər müəllimlərə qiymətlə bağlı tapşırıq vermişdim. Onun Arzunun qiymətlərindən xəbəri yoxdur. Sadəcə olaraq siz niyə susursuz, bu sizin uşaqlarınıza yazılan qiymətdir. Yeganə bu sinifdir ki, tapşırıq altında qiymətlər yazılmışdır. Göz görə-görə içəri girir ancaq Ismayılın başını sığallayır;
28. - 3-cü səs yazısı-“Uşaqlar, kimsə bir söz deyirsə, onu isbat etməlidir, isbat edə bilmirsə birbaşa cinayət məsuliyyəti daşıyır. Bunu ona görə sizə bildirirəm ki, siz artıq həddibuluğa çatmış uşaqlarsız və bu sizin üçün təcrübədir. Sizin valideynlərinizə hörmətim isə sonsuzdur. Siz mənim dərsimdə iştirak etməlisiz. Sizin summativləriniz pis vəziyyətdədir. Başınızı salın aşağı dərsinizi oxuyun, boş-boş məsələlərə qulaq asmayın. 18 oktyabr tarixində o qadın sizin valideynləriniz olmadığı halda, valideynləri kimi təqdim etdiyi şəxsləri şahid kimi gətirmişdir. Mən sizə dərs keçmişəm, aqresiv olmamışam, amma sizin valideynləriniz niyə belə edir. Sizin sinif birbaşa nazirlik tərəfindən nəzarətə götürüləcək. Direktorunuz da cavab verəcək”.
29. Birinci instansiya məhkəməsi xüsusilə vurğulamışdır ki, iddiaçının “WhatsApp” səhifəsində paylaşdığı məlumatlara məktəbin müəllimləri, şagirdləri və onların valideynləri də baxması halı inkar edilmir və bu paylaşımlar onun işlədiyi məktəbin adına xələl gətirən və nüfuzunu aşağı salan, məktəb rəhbərliyi və pedaqoji kollektivin digər üzvləri barədə müəllim adına yaraşmayan qeyri-etik və təhqiramiz məzmunlu ifadələr kimi qiymətləndirilir.
30. Həmçinin birinci instansiyası məhkəməsi şahid ifadələrinə də qiymət verərək qeyd etmişdir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır.
31. Birinci instansiyası məhkəməsi hazırkı iş üzrə dindirilmiş şahidlərin dediklərini şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmasını, iddiaçının qeyrietik hərəkətləri barədə bildiklərini aydın və müfəssəl təsvir etmələrini, hər birinin verdiyi ifadələrin bir-biri ilə uzlaşmasını və hadisələri məntiqi ardıcıllıqla əks etdirilmələrini nəzərə alaraq şahid ifadələrini mötəbər sübut kimi qiymətləndirdiyini göstəmişdir.
32. Beləliklə, birinci instansiyası məhkəməsinin mövqeyinə görə işin müəyyən edilmiş faktiki halları onu deməyə əsas verir ki, işəgötürən əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən iddiaçıya münasibətdə əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Həmçinin Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirməklə yanaşı, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur.
33. Birinci instansiyası məhkəməsi qənaətinə görə iddiaçının yol verdiyi araşdırma zamanı müəyyən edilən pozuntulara görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuların xarakterinə adekvat olduğundan, eləcə də onun kollektivdə nüfuzunu, törətdiyi xətanın xarakterini nəzərə alaraq işəgötürən tərəfindən ən sərt tənbeh tədbiri kimi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsində haqlı olmuşdur.
34. Birinci instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin mübahisələndirilən əmrin ləğv edilməsinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia tələbinin bu hissəsi əsassızdır və təmin edilə bilməz. Iddianın mübahisələndirilən əmrin ləğv edilməsi hissəsi əsassız olduğu üçün digər tələblər, yəni, iddiaçının əvvəlki işinə bərpa edilməyi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, hər gecikdirilmiş gün üçün ona əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi kimi tələblər törəmə tələblər olduğuna görə prosessual qənaət prinsipi baxımından həmin hissələri də əsassızdır və onlara ayrıca hüquqi qiymət verilməsinə zərurət yoxdur.
35. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsi, 12-ci maddəsinin İ hissəsinin “b” bəndi, 68-ci maddəsinin İ hissəsi, 70-ci maddəsinin “ç” bəndi, 71-ci maddəsinin II hissəsi, 72, 76, 311-ci maddələri, 186cı maddəsinin İ, III hissələri, 300-cü maddəsinin İ hissəsi, Mülki Prosessual Məcəllənin 14.2, 80, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
36. Iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
37. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Insan Hüquqlarının və X18 haqqında Konvensiyanın 6-cı maddəsinin tələbləri pozulmuşdur. Həmin maddəyə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Məhkəmə iddiaçını bu hüququnun pozuntusuna yol vermişdir. Belə ki, cavabdehin gətirdiyi şahidlərin qərəzli yanaşmaları olmuşdur, məhkəmədə təqdim edilən şahid ifadələri əsasən məktəb rəhbərliyinə yaxın şəxslərdən ibarət olmuşdur. Bütün şahidlərin mövqeləri vahid, təlimatlandırılmış formada idi və onların ifadələri arasında obyektiv müstəqil müşahidə fərqliliyi yox idi. Qeyd edilənlər şahid ifadələrinin mötəbərliyi üçün əsaslı şübhədir. Bu hallara əsasən məhkəmənin verdiyi qərar ədalətsizdir, məhkəmə qeyd edilən halları nəzərə almadan qərar qəbul etmişdir. Iddiaçının sosial şəbəkələrdə ifadə etdiyi fikirlər Avropa Insan Hüquqları Konvensiyasının 10-cu maddəsinə və Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddələrinə əsasən qorunan ifadə və fikir azadlığı hüququnun təzahürüdür. Qətnamədən açıq görünür ki, işdən azad edilmənin əsas motivlərindən biri iddiaçının sosial şəbəkə yazıları olmuşdur. Halbuki bu paylaşımlar ədavət, zorakılıq və ya nifrət çağırışları xarakteri daşımamış, yalnız ictimai əhəmiyyət daşıyan məsələlərə şəxsi münasibətin ifadəsi olmuşdur. Qarşı tərəfin iddialarında və məhkəmə çıxışlarında dəfələrlə vurğulanmışdır ki, iddiaçının işdən azad edilməsinə səbəb onun məktəb kollektivi ilə münasibətlərindəki guya problemlər deyil, daha çox iddiaçının məktəb rəhbərliyinə qarşı sosial şəbəkələrdə və digər vasitələrlə tənqidi ifadələr işlətməsi olmuşdur. Bu hal göstərir ki, cavabdeh (direktor) əmək funksiyalarının icrasından kənar, sırf şəxsi maraqlardan çıxış edərək, öz vəzifə səlahiyyətlərini aşmış və iddiaçının ifadə etdiyi tənqidi fikirlərə qarşı cavab vermişdir. Beləliklə, Məktəb direktorunun hərəkətləri Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsi (fikir və söz azadlığı) və Insan hüquqlarının və X18 haqqında Avropa Konvensiyasının 10-cu maddəsinin (ifadə azadlığı hüququnun müdafiəsi) kobud şəkildə pozulmasına səbəb olmuşdur. Hüquqi baxımdan vurğulanmalıdır ki, işəgötürənin işçiyə qarşı hər hansı intizam tənbehi və ya əmək müqaviləsinə xitam tədbiri yalnız obyektiv, qanuni əsaslarla həyata keçirilməli, şəxsi zəmində, xüsusilə də ifadə azadlığına görə qisas məqsədi ilə edilməməlidir. Cavabdeh tərəfindən iddiaçının işdən çıxarılmasının hüquqi baxımdan əsaslandırılmadığı, tənqidi ifadələrə şəxsi qərəzlə cavab verildiyi və nəticədə əmək qanunvericiliyi ilə təmin edilmiş bərabərlik və azadlıq prinsiplərinin pozulduğu tam aşkar görünməkdədir. “Alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir.” Qanunun bu norması aydın şəkildə deyir ki, şahid hansı məlumatı verirsə, onun haradan, necə əldə olunduğunu dəqiq izah etməlidir. Əgər şahid bu mənbəni dəqiq göstərmirsə, onun dedikləri hüquqi cəhətdən sübut sayıla bilməz. Burada “alınma mənbəyi” dedikdə, şahidin şəxsi müşahidəsi, bilavasitə iştirak etdiyi hadisə və ya dəqiq mənbəyi (məsələn: kimdən, necə, nə zaman, hansı şəraitdə eşitdiyi) göstərməsi nəzərdə tutulur. Şahid ifadəsi şəxsin öz müşahidəsinə əsaslanmalıdır. Ifadələr standart, şablon və təkrar xarakter daşıyırsa, bu onların təlimatlandırılmış və qeyri-obyektiv olduğuna dəlalət edir. Mülki Prosessual Məcəllənin 104.3-cü maddəsinə əsasən alınma mənbəyini göstərməyən şahidin verdiyi məlumatlar sübut hesab edilə bilməz. Iş materiallarından görünür ki, məhkəmə tərəfindən qəbul edilən şahid ifadələri dəqiq müşahidəyə və ya bilavasitə əldə olunmuş məlumata deyil, şaiyə xarakterli, qeyrimüəyyən “uşaqlar danışıb”, “eşitmişəm” kimi dolayı məlumatlara əsaslanır. Bu cür ifadələr MPM-in 104.3-cü maddəyə əsasən sübut hesab edilməməli və qətnamənin əsaslandırılmasında nəzərə alınmamalı idi. Məhkəmə bu hüquqi tələbi pozaraq, sübutsuz, mənbəyi təsdiqlənməmiş ifadələrə əsaslanaraq qətnamə çıxarmışdır. Heç bir şahid hadisənin bilavasitə şahidi olmamış, öz şəxsi müşahidəsi ilə faktları təsdiqləməmişdir. Göstərilən hallara əsasən məhkəmənin verdiyi qərar ədalətsizdir, məhkəmə qeyd edilən halları nəzərə almadan qərar qəbul etmişdir.
38. “Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir”. Məhkəmə cavabdehlərin izahatlarına qeyri-obyektiv yanaşmışdır. Qətnamədən görünür ki, məhkəmə cavabdeh tərəfin, xüsusən məktəb direktoru və Abşeron-Xızı Regional Təhsil Idarəsinin nümayəndəsinin izahatları əsasında nəticəyə gəlmişdir. Halbuki, bu şəxslər cavabdeh statusunda olduqları üçün, onların ifadələri prosessual baxımdan işin nəticəsində birbaşa maraqlı şəxslərin izahatı hesab olunur və onların izahatları yalnız başqa obyektiv sübutlarla təsdiqləndiyi halda sübut kimi qəbul edilə bilərdi. Hazırkı iş üzrə isə bu izahatlar heç bir obyektiv sübutla təsdiqlənməmiş, sadəcə subyektiv bəyanatlara istinad olunmuşdur.
39. Şahidlərin işəgötürənlə asılılığı vardır və ifadələri obyektiv olmamışdır. Şahid qismində ifadə verən şəxslər (Süleymanova Aysel və başqaları) işəgötürənin birbaşa tabeliyində olan şəxslər olmuş, onların ifadələrinin azad, təzyiqsiz və qərəzsiz verilməsi təmin edilməmişdir. Məhkəmə tərəfindən qəbul edilmiş şahid ifadələri təbii müşahidəyə deyil, əvvəlcədən hazırlanmış və təlimatlandırılmış ümumi ittihamlara əsaslanır. Ifadələrdəki eyniliklər və təkrarlar şahid ifadələrinin mötəbərliyində şübhə üçün əsasdır. Ifadələrdən də göründüyü kimi, şahidlərin fərdi müşahidəsi olmamışdır. Bu hallar Avropa Insan Hüquqları Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) və Mülki Prosessual Məcəllənin sübutların mötəbərliyi tələbləri baxımından ciddi pozuntu sayılır.
40. Məhkəmə sübutları birgə və hərtərəfli qiymətləndirməmişdir. MPM-in 88-ci maddəsinə görə, məhkəmə sübutlara bütöv kompleks şəkildə, obyektiv yanaşmalı idi. Ancaq burada təkcə cavabdeh və onun marağında olan şəxslərin ifadələri əsasında subyektiv qərar verilib, iddiaçının irəli sürdüyü dəlillər, müdafiə mövqeyi və hüquq prinsipləri lazımi qaydada nəzərə alınmayıb. Nəticə olaraq, MPM-in 88-ci maddəsinin tələb etdiyi obyektivlik, qərəzsizlik, tamlıq və hərtərəflilik prinsipləri pozulmuşdur. Məhkəmə yalnız birtərəfli izahatlara əsaslanmış, sübutların məcmusunu tam, qərəzsiz və obyektiv qiymətləndirməmişdir.
41. Məhkəmə tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar tam, obyektiv və hərtərəfli araşdırılmamışdır. Belə ki, iddiaçının işdən azad edilmənin əsas səbəbi kimi göstərilən əmək funksiyalarının pozulması dəqiqləşdirilməmiş, iddiaçının hansı öhdəliyi necə və hansı nəticə ilə pozduğu dəqiq müəyyən edilməmiş, eyni zamanda iddiaçının ifadə azadlığı çərçivəsində sosial şəbəkələrdə səsləndirdiyi tənqidi fikirlərin işdən çıxarılma üçün əsas olub-olmaması hüquqi baxımdan qiymətləndirilməmişdir. Cavabdehin tabeliyində olan və tərəfsizliyi şübhə doğuran şahidlərin ifadələri arasında fərqlilik olmaması, ifadələrin standart və təlimatlandırılmış olması, mənbələrin göstərilməməsi (Mülki Prosessual Məcəllənin 104.3-cü maddəsinin pozulması), işəgötürənin qərəzli davranışının, mediasiya prosedurundan yayınmanın nəticələrinin nəzərə alınmaması, iddiaçının peşəkar fəaliyyətinə və şagird nailiyyətlərinə obyektiv qiymət verilməməsi halları da araşdırılmamışdır. Həmçinin, ##.##.2024-cü il tarixli intizam tənbehi barədə Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə həmin töhmət ləğv edildikdən bir müddət sonra ##.##.2024-cü il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi faktı cavabdeh tərəfindən iddiaçıya qarşı davamlı qərəzli münasibətin mövcudluğunu açıq surətdə sübut edir. Töhmət tədbiri artıq məhkəmə tərəfindən qanunsuz sayılıbsa, buna əsaslanan və ardıcıl şəkildə verilən daha ağır tədbirin, yəni işdən azad etmənin da eyni motivlərlə, şəxsi qərəzlə həyata keçirildiyi araşdırılmalı idi. Məhkəmə bu zəruri faktı araşdırmadan, cavabdehin iddiaçıya qarşı qərəzli münasibətini qiymətləndirmədən qərar qəbul etmişdir.
42. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Almaz Süleymanova, Fuad Məmmədov) *(***)-***/**** nömrəli, # #### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
43. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən “WhatsApp” səhifəsində paylaşılan qeyri-etik və təhqiramiz məzmunlu ifadələr iddiaçının ifadə azadlığı çərçivəsində sosial şəbəkələrdə səsləndirdiyi tənqidi fikirlər kimi qiymətləndirilə bilməz.
44. Iddiaçı şahid ifadələrinin şübhə doğurmasını göstərsə də, buna dair məhkəməyə mötəbər və təkzibolunmaz sübutlar təqdim etməmişdir. Belə ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri məhkəmə tərəfindən digər sübutlarla yanaşı qiymətləndirilir.
45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığını göstərərək, hesab etmişdir ki, iddiaçının yol verdiyi pozuntulara görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuların xarakterinə adekvat olmuşdur.
46. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35 (İ, II və VII hissələrinə), Əmək Məcəlləsinin 10, 68.1, 70 (ç), 71.2, 72, 76, 186.2-ci maddələri, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının KQ-** nömrəli ## ### 2024-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydalarının 4.3, 3.5, 5.1-ci bəndləri ilə əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
47. Iddiaçı İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
48. Ali Məhkəmənin Mülki kollegiyasının (hakimlər Aqil Abbasov (məruzəçi), Əhməd Nurməmmədov və Rəşad Həsənov) *(***)-****/**** nömrəli iş üzrə ##.##.2025-ci il tarixli qərarı ilə iddiaçı İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
49. Məhkəmə kollegiyası bildirmişdir ki, çıxarışlarda əks edilən məlumatların iddiaçıya aid olması, aid olduğu halda, həmin məlumatların “xxxx”na uyğun(suz)luğuna, həmçinin iddiaçının deməsinə görə ona qarşı qərəzli münasibətin olub-olmamasına birinci instansiya məhkəməsi qiymət verməmişdir. Iddiaçı apellyasiya şikayətində də cavabdeh tərəfindən ona qarşı qərəzli münasibətin olması barədə dəlillərinə birinci instansiya məhkəməsinin qiymət verməməsini, şahid ifadələrinin sübut kimi qəbuledilməzliyini, əmək funksiyalarını pozmamasını, bu səbəbdən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz olması barədə dəlillər göstərmişdir.
50. Məhkəmə kollegiyası hesab etmişdir ki, hər iki tərəfin istinad etdikləri faktiki hallar baxımından xeyli sayda mübahisəli məsələlər olmasına, baxmayaraq, işə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi həmin məsələlərə aydınlıq gətirməmiş, iddiaçının dəlillərinə heç bir hüquqi qiymət verməmişdir.
51. Məhkəmə kollegiyası qeyd etmişdir ki,apellyasiya instansiyası məhkəməsi mübahisəyə dair tərəflərin, o cümlədən iddiaçının mövqeyini ümumi şəkildə əks etdirmiş, sonra da mübahisəli əmrin qanunvericiliyin tələblərinə uyğun çıxarıldığını və iddiaçının işə bərpa edilməsinə əsas olmadığını bildirmişdir.
d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
52. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il ## ###### tarixli *(*-*)-**/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
53. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, kassasiya instansiya məhkəməsinin işdə “WhatsApp” sosial şəbəkə hesabından xeyli sayda çıxarışların olması, həmin çıxarışlarda əks edilən məlumatların iddiaçıya aid olması barədə hala qiymət verilməməsi ilə bağlı qeyd olunmalıdır ki, işin araşdırılmış hallarına, şahid ifadələrinə və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlara əsasən qeyd olunan paylaşımların iddiaçı tərəfindən edilməsi öz təsdiqini tapmışdır. Belə ki, istər birinci instansiyada icraat zamanı məhkəmə iclasında baxış keçirilən zaman, istərsə də apellyasiya baxışı zamanı təqdim olunmuş fləşkartdakı yazılara məhkəmə kollegiyası tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilərkən səsləndirilən üç səs və video görüntülərdəki ifadələrin iddiaçıya aid olduğu müəyyən edilmişdir: 1-ci səs yazısı: “Həmin o müdürün mənə dedi ki, bu məktəbdə inandığım, güvəndiyim yeganə zavuc Nisə müəllimədir, başqa heç kimə inanmır, Könül də gəlib müəllimlərlə çaşka-loşkadır, birbirlərinə Könka filan deyirlər, Könül özünə hörmət qoymur, hamısını əlimin altında işlədirəm. Bax sənin haqqında bunları deyirlər. Könül, sən mənim əxlaqım haqqında, həyat yoldaşının guya ki məni döyməsi haqqında sözlər desən də, gözünlə görməmisən. Çox sagol hər şeyə görə”. 2-ci səs yazısı: “Hər vaxtınız xeyir, yeri gəlsə mən 04 noyabr tarixindən məktəbdən qanuni uzaqlaşmışdır. Lakin bundan 10-15 gün əvvəl mən uşaqlara ev tapşırığı vermişdim. Orada yüz faiz özünü axırıncı yola qoyan Aygün müəllimə olacaq, bir də gücləri idman müəlliminə çatır, birdəki hərbi müəllimi belə deyək ki, onların buyruqçusudur. Bu müəllimlər uşaqların qiymətini kəsəcəklər. Lakin digər müəllimlərə qiymətlə bağlı tapşırıq vermişdim. Onun Arzunun qiymətlərindən xəbəri yoxdur. Sadəcə olaraq siz niyə susursuz, bu sizin uşaqlarınıza yazılan qiymətdir. Yeganə bu sinifdir ki, tapşırıq altında qiymətlər yazılmışdır. Göz görə-görə içəri girir ancaq Ismayılın başını sığallayır”. 3-cü səs yazısı: “Uşaqlar, kimsə bir söz deyirsə, onu isbat etməlidir, isbat edə bilmirsə birbaşa cinayət məsuliyyəti daşıyır. Bunu ona görə sizə bildirirəm ki, siz artıq həddi-buluğa çatmış uşaqlarsız və bu sizin üçün təcrübədir. Sizin valideynlərinizə hörmətim isə sonsuzdur. Siz mənim dərsimdə iştirak etməlisiz. Sizin summativləriniz pis vəziyyətdədir. Başınızı salın aşağı dərsinizi oxuyun, boş-boş məsələlərə qulaq asmayın. 18 oktyabr tarixində o qadın sizin valideynləriniz olmadığı halda, valideynləri kimi təqdim etdiyi şəxsləri şahid kimi gətirmişdir. Mən sizə dərs keçmişəm, aqresiv olmamışam, amma sizin valideynləriniz niyə belə edir. Sizin sinif birbaşa nazirlik tərəfindən nəzarətə götürüləcək. Direktorunuz da cavab verəcək”.
54. Qeyd olunmalıdır ki, iddiaçının “WhatsApp” səhifəsindəki paylaşımlarına məktəb kollektivi, o cümlədən müəllimlər, şagirdlər və onların valideynlərinin də baxması inkar edilmədiyindən, sözügedən paylaşımlardakı ifadələr iddiaçının söz azadlığı çərçivəsində sosial şəbəkələrdə səsləndirdiyi tənqidi fikirlər kimi qiymətləndirilməməlidir.
55. Belə ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının KQ-** nömrəli ## ### 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydalar’ının 4.3-cü bəndinə əsasən təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır. Həmin Qaydaların 3.5-ci bəndində göstərilir ki, müəssisə rəhbərinin qanuni göstərişlərinin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur. Həmin Qaydaların 5.1ci bəndinə əsasən, etik davranış qaydalarına əməl olunmasına nəzarəti müəssisə rəhbəri həyata keçirir.
56. Göründüyü kimi məhkəmə kollegiyasının baxış keçirdiyi iddiaçı tərəfindən “WhatsApp” sosial şəbəkə hesabında paylaşılan məlumatlar “Təhsilverənlərin etik davranış Qaydalar’ının tələblərinə uyğun olmamışdır.
57. “xxxx”na uyğun(suz)luğuna gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı “WhatsApp” səhifəsində paylaşdığı məlumatlar, habelə şagird valideynlərinin şikayətləri, məktəbin fizika müəllimi A.Süleymanovanın ##.##.2024-cü il tarixli yazılı şikayəti, şikayətin yoxlanılması məqsədilə yaradılmış araşdırma komissiyasının, o cümlədən direktor müavinlərinin təqdimatları, aktlar, habelə barəsində qəbul edilmiş töhmət intizam tədbirindən nəticə çıxarmayaraq davamlı olaraq məktəbin direktor və pedaqoji kollektivinin digər üzvləri barəsində müəllim adına yaraşmayan qeyri-etik ifadələr işlətməklə “Təhsilverənlərin etik davranış Qaydalar’ının tələblərini pozmuşdur.
58. Iddiaçının şahid ifadələrinin dəqiq müşahidəyə və ya bilavasitə əldə olunmuş məlumata deyil, şaiyə xarakterli, qeyri-müəyyən “uşaqlar danışıb”, “eşitmişəm” kimi dolayı məlumatlara əsaslanması, şahid qismində ifadə verən şəxslər (Süleymanova Aysel və başqaları) işəgötürənin birbaşa tabeliyində olan şəxslər olmuş, onların ifadələrinin azad, təzyiqsiz və qərəzsiz verilməsi təmin edilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, işə aid olan hallar barəsində hər hansı məlumata malik olan şəxsin şahid kimi məhkəməyə dəvət olunmasını MPM-nin 62-ci maddəsi qadağan etmir.
59. Qeyd olunmalıdır ki, hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. Hazırki iş üzrə dindirilmiş şahidlərin göstərdikləri şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmasını, iddiaçının qeyri-etik hərəkətləri ilə bildiklərini aydın və müfəssəl təsvir etməsini, hər birinin verdiyi ifadə bir-biri ilə uzlaşmasını və hadisələr məntiqi ardıcıllıqla əks etdirilməsini nəzərə alaraq şahid ifadələrini mötəbər sübut kimi qiymətləndirir.
60. Nəzərə alınmalıdır ki, şahidin hüquqi marağından başqa, tərəflərdən biri və ya hər ikisi ilə xüsusi münasibətlərdə olması (xidməti asılılıq, qohumluq münasibətləri və s.) şəxsi şahid qismində cəlb etmək üçün maneçilik yaratmır. Çünki şahidin fikri deyil, işin halları barəsində verdiyi məlumat sübut əhəmiyyətə malikdir. Bu mənada məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin bu dəlilini əsaslı hesab etmir.
61. Cavabdehin iddiaçıya qarşı qərəzli münasibəti olması ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının etik davranış qaydalarına və pedaqoji etika normalarına riayət etməməsi, yaratdığı özünə məxsus sosial media səhifəsində işlədiyi məktəbin adına xələl gətirən və nüfuzunu aşağı salan, məktəb rəhbərliyi və pedaqoji kollektivin digər üzvləri barədə müəllim adına yaraşmayan qeyri-etik və təhqiramiz məzmunlu ifadələr paylaşması, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını və vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi və kobud şəkildə pozması ilə əlaqədar izahat verməsi üçün dəfələrlə dəvət edilməsinə baxmayaraq, onunla bağlı məsələnin məktəbin pedaqoji şurasının yığıncağında və həmkarlar təşkilatının yığıncağında müzakirəsi zamanı orada iştirak etməkdən səbəblərini göstərmədən imtina etmişdir. Qeyd olunmalıdır ki, sübutetmə yükü daşıyan iddiaçı tərəfindən ona qərəzli münasibətin olması barədə məhkəmə kollegiyasına hər hansı bir sübut təqdim edilməmiş, hər hansı konkret və aydın dəlilə istinad etməmişdir. Iddiaçının bu mövqeyi ümumi, qeyrimüəyyən
62. və mücərrəd fikirlərdən ibarət olmuşdur.
63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.
64. Göründüyü kimi iddiaçıya qarşı qərəzli münasibət olmamış, əksinə iddiaçı tərəfindən məktəbin rəhbərliyinə və kollektivin qarşı dəfələrlə qərəzli münasibət göstərilmişdir. Yaratdığı özünə məxsus sosial media səhifəsində işlədiyi məktəbin adına xələl gətirən və nüfuzunu aşağı salan, məktəb rəhbərliyi və pedaqoji kollektivin digər üzvləri barədə müəllim adına yaraşmayan idafələr paylaşması, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını və vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsini təsdiq edən çoxsaylı sübutlar təqdim edilmişdir.
65. Məhkəmə kollegiyası iddiaçının əmək funksiyalarını pozmamasını, bu səbəbdən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz olması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı hesab edir ki, iddiaçının işin müəyyən edilmiş faktiki halları onu deməyə əsas verir ki, işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən iddiaçıya münasibətdə Azərbaycan Respublikası Əmək qanunvericiliyinin tələbləri pozulmamışdır.
66. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə aparan məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
67. Beləliklə işin araşdırılmış hallarına, məhkəmə iclasında tədqiq olunmuş sübutlara və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə mahiyyəti üzrə gəldiyi nəticə düzgün olduğundan, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
68. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 35, 60-cı maddələrinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10, 68 (1), 70 (“ç”), 71 (2), 72, 76, 186 (2)-ci maddələrinə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının KQ-** nömrəli ## ### 2024-cı il tarixli qərarı ilə təsdiq edilmiş “xxxx”nın 3.5; 4.3; 5.1-ci bəndlərinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
69. Iddiaçı İddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(3-8)-69/2026saylı, ## ###### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
70. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsində hadisə 2022-ci ildə olmuş, yəni həmin tarixdən sonra iddiaçı Nərgiz Ismayılova iddia ərizəsi ilə məhkəməyə müraciət edəndə aradan 3 ilə yaxın vaxt keçmiş, nədənsə hazırkı iş üzrə cavabdehə qarşı İddiaçı iddia ərizəsi ilə müraciət etdikdən sonra X7 Həziyevaya qarşı məhkəməyə müraciət etmişdir. Həmçinin Xırdalan şəhər * nömrəli tam orta məktəbinin ##.##.2024-cü il tarixli *** saylı əmrinə əsasən iddiaçı barəsində “töhmət” intizam tənbeh tədbirinin verilməsi, qanunvericiliyin norması düzgün tətbiq edilmədiyi üçün Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı , ##.##.2024-cü il tarixli qətnaməsi ilə ləğv edilmiş, apellyasiya instansiyasında baxılan zaman isə 6 aylıq müddət keçmişdir. Apellyasiya instansiya məhkəməsi bu halları qətnamədə göstərməklə işə obyektiv baxılmamasını göstərir.
71. Apellyasiya instansiya məhkəməsi yanlış nəticəyə gəlmiş, həmçinin kassasiya instansiya məhkəməsinin qətnaməni ləğv edib yenidən apellyasiya məhkəməsinə qaytararkən qərarında şərh edilən göstərişlər apellyasiya instansiya məhkəməsi tərəfindən əməl olunmamışdır. Belə ki, apellyasiya instansiya məhkəməsi iş materiallarında olan səsləri yox cavabdeh tərəfindən məhkəməyə yeni təqdim edilmiş səsləri araşdırmışdır. Lakin, nə iş materiallarında olan səslərdə, nə də ki, cavabdeh tərəfindən sonradan araşdırılan səs yazılarında və “WhatsApp” sosial şəbəkə hesabında paylaşılan məlumatlarda onların İddiaçı ## ### 2024-cü il tarixli *** saylı əmrinə əsasən verilmiş “töhmət” intizam tənbehindən sonra əmək müqaviləsinin ləğv edildiyi *** saylı, ## ###### 2024-cü il tarixli əmrinə qədər olan tarix aralığında baş verməsi təsdiqini tapmamışdır.
72. Iş materiallarında olan səs yazıları və statuslardan da, aydın şəkildə görünür ki, İddiaçı işdən xaric olunandan sonra ona qarşı qarayaxma kompaniyası başladılmış və bəzilərinə cavab verilmişdir. Həmin hadisələr də, 2025-ci ildə baş vermişdir.
73. Bundan başqa, direktor nümayəndə2 və müəllimə Aysel Süleymanova valideynləri aldadaraq ərizə yazdırmış, bununla bağlı ərizə yazan valideyn Gülnarə Əliyevanın səs yazısı apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş, iş materiallarında olduğu halda qətnamədə buna münasibət bildirilməmişdir.
74. Həmçinin, məktəbin 11C sinifinin şagirdlərinin valideynlərinə də, iddiaçı barədə ərizə yazmaları üçün təzyiq edilmişdir. 11C sinifinin şagirdləri artıq məktəbi bitirməyə az vaxt qaldığı üçün direktorun tələbinə əməl etməmişlər. Həmin vaxt direktor sinifə girərək şagirdləri hədələmiş, təhqir etmişdir. Bunları 11C sinifinin şagirdlərinin valideynləri X11, X2 və X10 tərəfindən təsdiq etmələri üçün vəsatət verib şahid qismində məhkəmədə dindirilmələrini xahiş etsələr də, məhkəmə kollegiyası tərəfindən vəsatətləri təmin edilməmişdir.
75. Məhkəmədə şahid qismində dindirilmiş X1 oğlu Ismayıl Seyfəddinov iddiaçıya qarşı münasibəti yaxşı olmuşdur. Xarici dillə bağlı imtahanın nəticəsini belə iddiaçıya “Whatsapp” proqramı vasitəsi ilə göndərmiş və minnətdarlığını bildirmişdir. İddiaçı işdən çıxandan sonra X1 ona qarşı qeyri-etik ifadələri “Whatsapp” proqramı vasitəsilə yazmışdır. Həmin yazışmaları apellyasiya instansiya məhkəməsinə təqdim etsələr də, qətnamədə münasibət bildirilməmişdir.
76. Bundan başqa, məhkəmə guya İddiaçı tərəfindən paylaşılanların kütləvi şəkildə yayıldığı qənaətinə gəlsə də, iş materiallarında bunun kim tərəfindən görülməsi ilə bağlı heç bir sübut mövcud deyildir. Həmçinin qətnamədə də, bununla bağlı heç nə göstərilməmişdir.
77. Apellyasiya məhkəməsi birinci instansiyanın məntiqi və əsaslandırılmış qiymətləndirməsini nəzərə almadan, birbaşa olaraq bu qərəzli və subyektiv sübutlara istinad etmiş, onları əlavə araşdırma aparmadan, şahidləri təkrar dindirib ifadələrinin ardıcıllığını, mötəbərliyini yoxlamadan hüquqi dəyər vermiş və nəticədə obyektiv mühakimə prinsipini ciddi şəkildə pozmuşdur. Belə yanaşma sübutların tam, hərtərəfli və qərəzsiz araşdırılmamışdır. Nəticə olaraq, 88-ci maddənin tələb etdiyi obyektivlik, qərəzsizlik, tamlıq və hərtərəflilik prinsipləri pozulmuşdur. Məhkəmə yalnız birtərəfli izahatlara əsaslanmış, sübutların məcmusunu tam, qərəzsiz və obyektiv qiymətləndirməmişdir.
78. Apellyasiya instansiyası birinci instansiya məhkəməsində təqdim olunmuş və orada etibarlı sübut kimi qəbul edilməmiş şahid ifadələrini yenidən məhkəmə baxışında dindirmədən, onları təkrar tədqiq etmədən, birbaşa olaraq əsas sübut kimi qəbul etmiş, və qərar çıxararkən bu ifadələrə istinad etmişdir.
79. Iddiaçı tərəfindən iddianın əsasını təşkil edən sübutlar birinci instansiya məhkəməsindən təqdim edilmişdir. Lakin nə birinci instansiya məhkəməsi nədə ki, apellyasiya instansiya məhkəmələri münasibət bildirməmişdir. Sonuncu apellyaisya instansiya məhkəməsində məhkəmə kollegiyası cavabdehin təqdim etdiyi əsassız, təsir altında hazırlanmış sənədləri təkzib edəcək iddiaçı tərəfindən verilmiş vəsatətləri təmin etməmiş, şahidləri dindirməmiş, sübutları araşdırmamışdır.
80. Bundan başqa, apellyasiya instansiya məhkəməsi “Whatsapp yazışmalarının mülki iş materiallarına əlavə edilməsi haqqında”, “Ərizə yazmış valideynin səs yazısı olan DVD diskin mülki iş materiallarına əlavə edilməsi haqqında” və “Şahidlərin dindirilməsi haqqında” vəsatətləri təmin etmədən prosessual hüquq normasını pozmuşdur. Halbuki həmin vəsatətlərlə statusların və paylaşımların ## ### 2024-cü il tarixli *** saylı əmrinə əsasən verilmiş “töhmət” intizam tənbehindən sonra əmək müqaviləsinin ləğv edildiyi *** saylı, ## ###### 2024-cü il tarixli əmrinə qədər olan tarix aralığında baş vermədiyini, ərizə yazanların direktorun təzyiqi ilə yazıldığını təsdiq edəcəkdi.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
81. Cavabdeh tərəf kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, işə yenidən baxılan zaman apellyasiya instansiya məhkəməsində həqiqətə nail olunmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmış, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilmiş, gəlinən nəticə faktlar və sübutlarla əsaslandırılmış, bununla da maddi və prosessual hüquq normaları düzgün tətbiq edildiyini bildirərək iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(3-8)- **/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsinin isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
82. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; əmək qanunvericiliyinin tələblərinə əməl etmək və s. göstərilmişdir.
83. Maddə 68 (1). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
84. Maddə 70 (“ç”). Işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər.
85. Maddə 71 (2). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol veirlir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
86. Maddə 72.Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
87. Maddə 76. Işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
88. Maddə 186 (2). Işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının KQ-** nömrəli ## ### 2024-cı il tarixli qərarı ilə təsdiq edilmiş “xxxx”
89. Bənd 3.5. Müəssisə rəhbərinin qanuni göstərişlərinin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.
90. Bənd 4.3. Təhsil verən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır.
91. Bənd 5.1. Etik davranış qaydalarına əməl olunmasına nəzarəti müəssisə rəhbəri həyata keçirir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
92. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
93. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
94. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
95. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
96. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
97. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
98. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
99. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
100. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
101. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya məhkəməsinə təqdim etdikləri bir sıra sübutlara münasibət bildirilməməsi barədə dəlilinmə əsasən bildirir ki, Azərbaycan Respublikasının MPM-in 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
102. Qeyd edilənlərə baxmayaraq iddiaçı tərəfin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmaqla apellyasiya məhkəməsinə təqdim etmələri müəyyən edilmir.
103. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişlərini icra etmiş, işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətlərinin dəlillərində göstərilən hüquqi məsələlərə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
104. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
105. Yuxarıda qeyd edilənlərə görə də iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
106. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası
qərara aldı:
Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)- **/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.