Məhkəmə qərarları › İş №2(1-8)-1776/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1776/2026

10.09.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1776/2026 10.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh X1rşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## ######## 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. xxxxnin ##.##.2014-cü il tarixli əmrinə əsasən, İddiaçı ##.##.2014-cü ildən 2014/2015-ci tədris ilinin sonunadək əmək müqaviləsi əsasında “Fizika” kafedrasına dosent vəzifəsinə işə qəbul olunmuş, aylıq əmək haqqı elmi-pedaqoji stajı 20 ildən yuxarı olmaqla ştat cədvəlinə uyğun müəyyən edilmiş və “Əməkdar müəllim” fəxri adına görə nəzərdə tutulan müavinətin ödənilməsi qərara alınmışdır.

2. xxxxnin ##.##.2014-cü il tarixli əmrinə əsasən, “Fizika” kafedrasının dosenti İddiaçı ##.##.2014-cü ildən həmin kafedra üzrə dosent vəzifəsinə keçirilmiş müsabiqədən uğurla keçmiş hesab edilmişdir.

3. xxxxnin ##.##.2019-cu il tarixli əmrinə əsasən, “Fizika” kafedrasının müəllimi İddiaçı kafedrada dərs yükünün azalması ilə əlaqədar olaraq ##.##.2019-cu ildən 2019/2020-ci tədris ilinin sonunadək tutduğu vəzifə üzrə 0,75 ştata keçirilmişdir.

4. xxxxnin Elmi Şurasının ##.##.2019-cu il tarixli iclas protokolundan müəyyən edilmişdir ki, yaşı 70-dən yuxarı olan professor-müəllim heyətinə (müsabiqə yolu ilə seçilmiş şəxslərə) 1 ştatdan artıq, yaşı 75-dən yuxarı olan professor-müəllim heyətinə illik müqavilə əsasında 0,5 ştatdan artıq dərs yükünün verilməməsi qərara alınmışdır.

5. xxxxnin ##.##.2019-cu il tarixli əmrinə əsasən, “Fizika” kafedrasının 0,75 ştat dosenti İddiaçı ##.##.2019-cu ildən tutduğu vəzifə üzrə tam ştata keçirilmişdir.

6. xxxxnin ##.##.2020-ci il tarixli əmrinə əsasən, 2019/2020-ci tədris ilində seçki müddəti başa çatan Universitet müəllimi İddiaçı ##.##.2020-ci ildən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddəti başa çatdığı üçün) tutduğu vəzifədən azad edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş ##.##.2020-ci il tarixdə altsistemə daxil edilmişdir.

7. xxxxnin ##.##.2020-ci il tarixli əmrinə əsasən, İddiaçı ##.##.2020-ci ildən 2020/2021-ci tədris ilinin sonunadək əmək müqaviləsi əsasında “Fizika” kafedrasına 0,75 ştat dosent vəzifəsinə qəbul edilmiş, aylıq əmək haqqı 712,5 manat müəyyən olunmuşdur.

8. ##.##.2020-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, bağlanmış əmək müqaviləsi müddətli olmuş və ##.##.2021-ci il tarixinədək qüvvədə olmuşdur.

9. xxxxnin ##.##.2021-ci il tarixli əmrinə əsasən, 2020/2021-ci tədris ilində əmək müqaviləsi əsasında tədris ilinin sonunadək işə qəbul edilmiş Universitet müəllimi, “Mühəndis fizikası və elektronika” kafedrasının 0,75 ştat dosenti İddiaçı ##.##.2021-ci ildən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddəti başa çatdığı üçün) tutduğu vəzifədən azad edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş ##.##.2021-ci il tarixdə altsistemə daxil edilmişdir.

10. xxxxnin ##.##.2021-ci il tarixli əmrinə əsasən, İddiaçı ##.##.2021-ci ildən 2021/2022-ci tədris ilinin sonunadək əmək müqaviləsi əsasında “Mühəndis fizikası və elektronika” kafedrasına dosent vəzifəsinə qəbul edilmiş, aylıq əmək haqqı 950 manat müəyyən olunmuşdur.

11. ##.##.2021-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, əmək müqaviləsi müddətli olmuş və ##.##.2022-ci il tarixədək bağlanmışdır.

12. xxxxnin ##.##.2022-ci il tarixli əmrinə əsasən, 2021/2022-ci tədris ilində işə qəbul edilmiş Universitet müəllimi, “Mühəndis fizikası və elektronika” kafedrasının dosenti İddiaçı ##.##.2022-ci ildən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddəti başa çatdığı üçün) tutduğu vəzifədən azad edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş ##.##.2022-ci il tarixdə altsistemə daxil edilmişdir.

13. xxxxnin ##.##.2022-ci il tarixli əmrinə əsasən, İddiaçı ##.##.2022-ci ildən 2022/2023-cü tədris ilinin sonunadək ştat cədvəlinə uyğun aylıq əmək haqqı ilə “Mühəndis fizikası və elektronikası” kafedrasına dosent vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətli olmuş və ##.##.2023-cü il tarixədək bağlanmışdır.

14. xxxxnin ##.##.2023-cü il tarixli əmrinə əsasən, 2022/2023-cü tədris ilində işə qəbul edilmiş Universitet müəllimi, “Mühəndis fizikası və elektronikası” kafedrasının dosenti İddiaçı ##.##.2023-cü ildən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddəti başa çatdığı üçün) tutduğu vəzifədən azad edilmişdir.

15. Cavabdeh X2 ilə İddiaçı arasında ##.##.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən, sonuncu “Mühəndis fizikası və elektronikası” kafedrasının dosenti vəzifəsinə qəbul edilmişdir. AR Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığı əsasında ##.##.2025-ci il tarixədək 1 il 11 ay 21 gün müddətinə bağlanmışdır.

16. Müqavilənin 4.1-ci bəndinə əsasən, İddiaçı hər ay 1.600 manat əmək haqqı ödənilmiş, 4.27-ci bəndinə əsasən isə əsas məzuniyyət müddəti 56 təqvim günü müəyyən edilmişdir.

17. Cavabdeh ##.##.2023-cü il tarixli əmrinə əsasən, İddiaçı ##.##.2023-cü ildən 2023/2024cü tədris ilinin sonunadək ştat cədvəlinə uyğun aylıq əmək haqqı ilə “Mühəndis fizikası və elektronikası” kafedrasına dosent vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi müddətli olmuş və ##.##.2024-cü il tarixədək bağlanmışdır.

18. Cavabdeh X2 M-*** nömrəli, ##.##.2025-ci il tarixli əmrinə əsasən, xxxxnin “Mühəndis fizikası və elektronikası” kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi İddiaçı 2024/2025-ci iş ili üzrə ##.##.2025-ci ildən ##.##.2025-ci il tarixinədək 56 təqvim günü müddətinə əmək məzuniyyəti verilmişdir.

19. Cavabdeh X2 ##.##.2025-ci il tarixli əmrinə əsasən, AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə və Universitetin Nizamnaməsinin 4.11-ci bəndinə uyğun olaraq, “Mühəndis fizikası və elektronikası” kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin başa çatması ilə əlaqədar ##.##.2025-ci il tarixdən xitam verilmişdir.

İş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsindəki icraat

20. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Cavabdeh PHŞ (bundan sonracavabdeh) qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işəgötürənin ##.##.2025-ci il tarixli “işçinin əmək müqaviləsinə xitam verilməsi” haqqında əmrinin ləğv edilməsi; Cavabdeh PHŞ-də dosent vəzifəsinə işə bərpa edilməsi; cavabdehlə arasında müddətsiz əmək müqavilənin bağlanılması; cavabdeh tərəfindən aylıq əmək haqqının 1.600 manat olması nəzərə alınmaqla ##.##.2025-ci il tarixdən iş üzrə məhkəmə aktı icra edilən günədək məcburi iş buraxmaya görə əmək haqqının birdəfəlik ödənilməsi; mediasiya prosesi üçün ödənilmiş 50 manat rüsumun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Elektron informasiya sistemi və əmək kitabçasına əsasən, iddiaçı ##.##.2014-cü ildən ##.##.2025-ci ilədək müxtəlif dövrlərdə Cavabdeh PHŞ-də əsas iş yeri üzrə çalışmışdır. İddiaçıya dərs yükünün ayrılmaması ilə bağlı müraciətinə cavab olaraq Universitet tərəfindən göndərilmiş məktubda onun elmi fəaliyyətinin, elmi nəşrlərinin və kadr hazırlığında iştirakının olmadığı göstərilmişdir. İddiaçı həmin hallarla razılaşmayaraq bildirmişdir ki, 11 il ərzində onun fərdi iş planları X3 tərəfindən təsdiq edilmiş, bu isə elmi və pedaqoji fəaliyyətinin qəbul edildiyini göstərmişdir. Həmçinin məktubda onun hazırladığı 20 laboratoriya işinin laboratoriya işi hesab edilməməsi qeyd edilmişdir. İddiaçı bunun əsassız olduğunu, fiziki prosesləri nümayiş etdirən qurğuların məhz laboratoriya işlərinin mahiyyətinə uyğun gəldiyini bildirmişdir. İddiaçı hesab etmişdir ki, işəgötürən tərəfindən göstərilən hallar əmək müqaviləsinə xitam verilməsi üçün real və qanuni əsas olmamış, ona qarşı qərəzli münasibət nəticəsində irəli sürülmüşdür. xxxxnin Elmi Şurasının ##.##.2019-cu il tarixli qərarı ilə yaşı 70-dən yuxarı professor-müəllim heyətinə 1 ştatdan artıq, yaşı 75-dən yuxarı şəxslərə isə 0,5 ştatdan artıq dərs yükünün verilməməsi müəyyən edilmişdir. İddiaçı həmin qərarın AR Əmək Məcəlləsinin əmək hüquqlarının məhdudlaşdırılmasına dair müddəalarına zidd olduğunu və tətbiqinin qanunsuz sayılmalı olduğunu qeyd etmişdir. İddiaçıya görə, əmək müqaviləsinə formal olaraq müddətin başa çatması əsası ilə xitam verilsə də, faktiki səbəb işəgötürənin ona qarşı qərəzli münasibəti olmuşdur. O, qeyd etmişdir ki, ##.##.2014-cü ildən ##.##.2020-ci ilədək davam edən əmək münasibətləri 5 ildən artıq olduğuna görə həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən müddətsiz əmək müqaviləsi hesab edilməli idi. Sonrakı dövrlərdə isə ilkin əmək münasibətinə formal xitam verilərək hər tədris ili üçün yeni müddətli müqavilələr bağlanılmışdır. Tərəflər arasında 2014-cü ildən davam edən əmək münasibətləri faktiki olaraq fasiləsiz və davamlı xarakter daşımış, AR Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulan müddətli müqavilə bağlanması üçün əsaslar mövcud olmamışdır. Bu səbəbdən əmək müqavilələrinin müddətli formada bağlanması işəgötürənin qanunvericilikdən yayınmaq məqsədi daşıyan formal hərəkəti olmuşdur. Bundan əlavə, ali təhsil müəssisələrində çalışan müəllimlərin 56 təqvim günü əmək məzuniyyəti hüququ olduğu, əmək müqavilələrinin isə tədris ili üzrə bağlanaraq növbəti tədris ilində yeniləndiyi qeyd edilmişdir. Əmək müqaviləsinin 2.3-cü bəndinə əsasən müqavilə AR Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun bağlanmışdır. İddiaçı, AR Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, belə hallarda tərəflərin həqiqi iradəsi və əmək münasibətlərinin faktiki xarakteri araşdırılmalıdır. İddiaçıya görə, uzun müddət davam edən, əvvəllər müddətsiz xarakter daşıyan əmək münasibətlərinin sonradan işəgötürənin təşəbbüsü ilə müddətli müqavilələrlə əvəz edilməsi tərəflərin həqiqi iradəsini əks etdirməmişdir. Həmçinin qeyd edilmişdir ki, əmək müqaviləsinə əsasən müqavilənin bitmə tarixi ##.##.2025-ci il göstərilsə də, işəgötürənin *** nömrəli əmri ilə əmək münasibətlərinə ##.##.2025-ci il tarixdə xitam verilmişdir.

22. Cavabdeh iddia tələbinə qarşı etirazını onunla əsaslandırmış ki, iddiaçı əmək müqavilələrinin müddətli bağlanmasından xəbərdar olmuş və müqavilələrin müddəti başa çatdıqda onlara xitam verilmişdir. Əmək müqaviləsinin qüvvədə olduğu müddətdə iddiaçı fəaliyyətini davam etdirmişdir. Qeyd edilmişdir ki, məzuniyyət müddətində əmək münasibətləri qüvvədə olduğundan, iddiaçının əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə xitam verilmişdir. Xitam zamanı son haqq-hesab aparılmış və istifadə olunmamış məzuniyyətlə bağlı ödənişlər həyata keçirilmişdir. Cavabdeh iddiaçının əmək fəaliyyətinin fasiləsiz olması barədə mövqeyi ilə razılaşmayaraq göstərmişdir ki, hər bir əmək müqaviləsi ayrıca hüquqi sənəd olmaqla müstəqil qiymətləndirilməlidir. Müqavilənin müddətinin başa çatması ilə bağlı bildiriş elektron qaydada təqdim edilmişdir. Həmçinin qeyd edilmişdir ki, ali təhsil müəssisələrində professor və kafedra müdiri kimi vəzifələr qanunvericiliyə uyğun olaraq müəyyən müddətə tutulur. İddiaçının əmək müqaviləsinə xitam verilməsi yaş həddi və ya hər hansı qərəzli münasibətlə bağlı olmamışdır.

23. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

24. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında sonuncu əmək müqaviləsi ##.##.2023-cü il tarixdə bağlanmış və müqavilənin 2.3-cü bəndinə əsasən ##.##.2025-ci il tarixədək müddətə nəzərdə tutulmuşdur. İddiaçı, AR Əmək Məcəlləsinin 45.5ci maddəsinə istinad edərək, 5 ildən artıq fasiləsiz çalışdığı üçün müqavilənin müddətsiz hesab edilməli olduğunu iddia edir. Lakin iş materiallarında olan əmrlər və əmək müqaviləsi bildirişləri göstərir ki, iddiaçı ilə müxtəlif tarixlərdə (2014-2025-ci illər arasında) müddətli əmək müqavilələri bağlanılmış və hər tədris ilinin sonunda qanunvericiliklə müəyyən edilmiş qaydada (AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndi ilə) xitam verilmişdir.

25. Məhkəmə qeyd etmişdir ki, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilməsi və yeni tədris ilindən yenidən müddətli müqavilənin bağlanılması tərəflər arasında yeni bir müqavilə münasibəti yaratmışdır.

26. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında əmək münasibətləti faktiki olaraq ##.##.2025-ci il tarixdə başa çatmışdır.

27. Həmçinin, cavabdeh ##.##.2025-ci il tarixdə (müddətin bitməsinə bir həftədən çox qalmış) iddiaçını müqavilənin uzadılmayacağı barədə elektron formada xəbərdar etmişdir.

28. Belə ki, işəgötürənin əmrinə əsasən, xxxxnin Mühəndis fizikası və elektronika kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi X5 2024/2025-ci iş ili üzrə 56 (əlli altı) təqvim günü müddətinə ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək əmək məzuniyyəti verilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında işçinin məzuniyyətdə olması səbəbindən əmrin məzuniyyətin bitdiyi günün ertəsi, yəni ##.##.2025-ci il tarixində verildiyini bildirmişdir.

29. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinə əməl edilmişdir və müqaviləyə xitam verilməsi əsaslı olmuşdur.

30. Məhkəmə öz hüquqi mövqeyini AR Əmək Məcəlləsinin 2.3, 10-1.1, 10- 1.2, 10-1.3, 11, 12.1, 45.1-45.5, 46.1, 47, 50.5, 50.6, 68.1, 68.2, 73.1, 83.1, 83.2, 84, 172.4, 300-cü, habelə MPM-nin 216-220 və 360-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

31. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

32. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, onunla işəgötürən arasında faktiki olaraq 11 ildən artıq davam edən fasiləsiz əmək münasibətləri mövcud olmuş, lakin əmək müqaviləsinə formal olaraq müddətli müqavilənin müddətinin başa çatması əsası ilə xitam verilmişdir. Qeyd edilmişdir ki, iddiaçı hər tədris ilində əvvəlcədən dərs yükü almış, kafedra iclaslarında fənn bölgüsü aparılmış, fərdi iş planları və digər tədris sənədləri hazırlanaraq təsdiq edilmişdir. Bu isə onun əmək fəaliyyətinin növbəti dövrlərdə də davam edəcəyinin işəgötürənə əvvəlcədən məlum olduğunu göstərmişdir. İddiaçı hesab etmişdir ki, əvvəlki əmək müqavilələrinə xitam verildikdən qısa müddət sonra eyni vəzifə üzrə yenidən müddətli müqavilələrin bağlanması əmək münasibətlərinin faktiki olaraq davamlı xarakter daşıdığını göstərir. Belə ki, müqavilələrin hər tədris ilinin sonunda formal şəkildə dayandırılması və yeni tədris ilində yenidən bağlanması əmək qanunvericiliyinin tələblərindən yayınmaq məqsədi daşımışdır. Bundan əlavə, ilkin əmək müqaviləsi ##.##.2014-cü ildən ##.##.2020-ci ilədək davam etmiş və 5 ildən artıq müddəti əhatə etmişdir. Həmin dövrdə qüvvədə olan Əmək Məcəlləsinin müddəalarına əsasən, müddətli əmək müqaviləsinin maksimum müddəti 5 il olduğundan, bu müddətdən artıq davam edən əmək münasibəti müddətsiz əmək müqaviləsi kimi qiymətləndirilməli idi. İddiaçı həmçinin göstərmişdir ki, dosent vəzifəsinə seçilmə müddəti ilə bağlı AR Təhsil Nazirliyinin *** nömrəli əmri ilə təsdiq edilmiş Əsasnamənin tələbləri pozulmuşdur. Nəticə etibarilə, iddiaçıya görə, işəgötürənin məqsədi əmək münasibətlərinin faktiki xarakterinə uyğun olaraq müddətsiz əmək müqaviləsi bağlamaq deyil, müddətli müqavilədən istifadə etməklə gələcəkdə əmək münasibətlərinə xitam vermək imkanını saxlamaq olmuşdur.

33. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)-***/**** saylı qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Rəşid Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

34. Məhkəmə kollegiyası ilk olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuş, iddiaçının işdən azad olunması barədə əmr verilərkən mövcud qanunvericiliyin tələbləri pozulmamışdır.

35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ##.##.2014-cü il tarixli əmrə əsasən, iddiaçı ##.##.2014-cü ildən 2014/2015-ci tədris ilinin sonunadək əmək müqaviləsi əsasında “Fizika” kafedrasına dosent vəzifəsinə qəbul edilmişdir. xxxxnin ***-Ş(ş) nömrəli, ##.##.2014-cü il tarixli əmrinə əsasən, iddiaçı ##.##.2014-cü ildən həmin kafedra üzrə dosent vəzifəsinə müsabiqədən keçmiş sayılmışdır. ##.##.2019-cu il tarixli əmrə əsasən, kafedrada dərs yükünün azalması ilə əlaqədar iddiaçı ##.##.2019-cu ildən 2019/2020-ci tədris ilinin sonunadək tutduğu vəzifədə 0,75 ştata keçirilmiş, ##.##.2019-cu il tarixli əmrə əsasən ##.##.2019-cu ildən tutduğu vəzifədə tam ştata keçirilmişdir. İşəgötürənin ##.##.2020-ci il tarixli əmrə əsasən, 2019/2020-ci tədris ilində seçki müddəti başa çatmış iddiaçı ##.##.2020-ci ildən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddəti başa çatdığı üçün) tutduğu vəzifədən azad edilmişdir.

36. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, ilkin əmək münasibətlərindən sonra tərəflər arasında bir neçə dəfə müddətli əmək müqaviləsi bağlanmış və iddiaçı həmin müqavilələr əsasında dosent vəzifəsində fəaliyyətini davam etdirmişdir.

37. Belə ki, 2020–2025-ci illər ərzində bağlanmış əmək müqavilələri üzrə iddiaçı hər tədris ili üçün “Fizika”, daha sonra isə “Mühəndis fizikası və elektronika” kafedrasında dosent vəzifəsinə qəbul edilmiş, müqavilə müddətlərinin başa çatması əsası ilə əmək münasibətlərinə xitam verilmişdir. Sonuncu əmək müqaviləsinə isə işəgötürənin K-*** nömrəli, ##.##.2025-ci il tarixli əmrinə əsasən ##.##.2025-ci ildən müddətin başa çatması ilə əlaqədar xitam verilmişdir.

38. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının tutduğu dosent vəzifəsinin seçkili vəzifə olduğu və müsabiqə yolu ilə tutulduğu müəyyən edilmişdir. İddiaçı 2014-cü ildə keçirilmiş müsabiqə nəticəsində 5 il müddətinə dosent vəzifəsinə qəbul edilmiş, həmin müddət başa çatdıqdan sonra isə növbəti illərdə tədris ili üzrə müddətli əmək müqavilələri əsasında fəaliyyətini davam etdirmişdir.

39. 2023-cü ildə dosent vəzifəsi üzrə iki dəfə müsabiqə keçirilsə də, iddiaçı həmin müsabiqələrdə iştirak etməmişdir. Məhkəmə kollegiyası onun müsabiqədə iştirak etməməsi ilə bağlı gətirdiyi əsasları əsassız hesab etmişdir.

40. Məhkəmə kollegiyası qeyd etmişdir ki, seçki müddəti başa çatdıqdan sonra iddiaçı ilə tədris ili üzrə bağlanmış müddətli əmək müqavilələri əmək münasibətlərinin müddətsiz xarakter almasına əsas verməmişdir. Əmək müqaviləsinin müddətinin başa çatması qanunvericilikdə nəzərdə tutulan xitam əsaslarından biri olmuşdur.

41. Məhkəmə kollegiyası həmçinin müəyyən etmişdir ki, əmək müqaviləsində bitmə tarixi ##.##.2025-ci il göstərilsə də, əmək münasibətlərinə ##.##.2025-ci il tarixdə xitam verilməsi iddiaçının həmin tarixədək əmək məzuniyyətində olması ilə əlaqədar olmuşdur.

42. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbinin digər hissələri əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvindən irəli gəldiyindən və əsas tələb təmin edilmədiyindən, həmin tələblərə ayrıca hüquqi qiymət verilməsinə ehtiyac olmamışdır.

43. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Əmək Məcəlləsinin 45.1, 45.2, 45.3, 45.4, 45.5, 47, 50.5, 50.6, 68.2, 73.1, 73.2, 83.1, 83.2-ci maddələrinə, “Ali Təhsil müəssisələrində Professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnamənin 1.1, 1.3, 1.4, 1.6, 3.7-ci bəndlərinə, habelə MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

44. İddiaçı (vəkil vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

45. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının dərs yükünün ayrılmaması və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənin mövqeyi əsaslandırılmamış olmuşdur. Universitetin cavab məktubunda iddiaçının elmi fəaliyyəti, nəşrləri və hazırladığı laboratoriya işləri ilə bağlı iradlar göstərilmişdir. Kassator həmin məlumatların həqiqətə uyğun olmadığını bildirmiş, iddiaçının Scopus bazasında indekslənən jurnallarda məqalələrinin, eləcə də yeni laboratoriya işlərinin olduğunu qeyd etmişdir. Həmçinin 11 il ərzində onun fərdi iş planlarının X3 tərəfindən təsdiq edildiyi və bunun elmi-pedaqoji fəaliyyətinin qəbul edildiyini göstərdiyi vurğulanmışdır. Kassator hesab etmişdir ki, işəgötürənin məktubunda göstərilən hallar iddiaçıya qarşı qərəzli münasibətin göstəricisi olmuş və əmək müqaviləsinə xitam verilməsi üçün real hüquqi əsas təşkil etməmişdir. Həmçinin ##.##.2019-cu il tarixli Elmi Şura qərarı ilə yaş meyarına əsasən dərs yükünə məhdudiyyət qoyulmasının əmək hüquqlarını pozduğu və həmin qərara əsaslanaraq iddiaçıya dərs yükünün ayrılmamasının qanunsuz olduğu bildirilmişdir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, tərəflər arasında əmək münasibətlərinin faktiki fasiləsiz xarakter daşıdığını təsdiq edən hallar mövcuddur. Belə ki, xitam və yeni işə qəbul əmrləri arasında hər tədris ili üzrə eyni əmək fəaliyyətinin davam etdirilməsi, iyul aylarında məzuniyyət ödənişlərinin verilməsi və növbəti tədris ilində fəaliyyətin bərpası əmək münasibətlərinin davamlı olduğunu göstərmişdir. Kassator həmçinin bildirmişdir ki, əvvəlki xitam əmrləri barədə iddiaçı lazımi qaydada məlumatlandırılmamış, həmin əmrlərin surətləri və əmək kitabçası vaxtında təqdim edilməmişdir. Bundan əlavə, məzuniyyətin rəsmiləşdirilməsi ilə bağlı sənədlərin tam təqdim olunmadığı, məzuniyyət müddətinin düzgün hesablanmadığı və bu səbəbdən iddiaçının məzuniyyətdə olduğu dövrdə ##.##.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olduğu qeyd edilmişdir.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

47. Kassasiya şikayətinə AR MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

48. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

49. Maddə 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

50. Maddə 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən ci 51. edilmədən bağlanmalıdır.

52. Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

53. Maddə 50.5. Müvafiq vəzifəni tutmaq üçün elan olunmuş müsabiqənin qalibi ilə işəgötürən müəyyən edilmiş qaydada müddətli və ya müddətsiz əmək müqaviləsi bağlayır.

54. Maddə 50.6. Müsabiqə yolu ilə vəzifəni tutmuş işçinin əmək müqaviləsinə xitam verilməsi, habelə onların digər əmək münasibətləri heç bir istisnaya yol verilmədən yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada tənzim edilir.

55. Maddə 68.2. “b” bəndi. İşçi ilə bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi, əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır.

56. Maddə 73.1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.

57. Maddə 73.2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər.

58. Maddə 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

59. Maddə 83.2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir.

“Ali Təhsil müəssisələrində Professor-müəllim və kafedra müdiri vəzifəlrinin tutulması qaydaları haqqında” Əsasnamə

60. Bənd 1.1. Ali təhsil müəssisələrində kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vakant vəzifələri bir qayda olaraq müsabiqə yolu ilə 5 il müddətinə tutulur. Ali təhsil müəssisəsi və ya kafedralar yeni təşkil edildikdə yüksək ixtisaslı mütəxəssisləri işə cəlb etmək zərurəti yarandıqda və digər müstəsna hallarda ayrıayrı şəxslər həmin vəzifələri sonradan yalnız müsabiqədən keçməklə (bir ildən çox olmamaq şərtilə) müddətli əmək müqaviləsi bağlamaqla rektorun əmri ilə təyin olunurlar. Həmin müqavilənin müddətinin təkrar uzadılmasına yol verilmir.

61. Bənd 1.3. Seçki və ya təyinatla tutulduğu müddət başa çatan, eləcə də vakant kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vəzifələrinə müsabiqə elan olunur.

62. Bənd 1.4. Professor vəzifəsini tutmaq üçün müsabiqədə professorlar və elmlər doktorları, dosent vəzifəsi tutmaq üçün müsabiqədə isə professorlar, dosentlər, elmlər doktorları və elmlər namizədləri iştirak edə bilərlər.

63. Bənd 1.6. Dosent, baş müəllim və assistentlər X3nda seçilirlər. Müstəsna hallarda rektorun əsaslandırılmış əmri ilə həmin seçkilər ali məktəbin elmi şurasında keçirilə bilər.

64. Bənd 3.7. Yeni müddətə vəzifəni tutmaq üçün ərizə verməmiş və ya müsabiqədən keçməmiş şəxslər cari semestrin sonundan gec olmayaraq tutduqları vəzifədən rektor tərəfindən azad edilir və əmək kitabçasında aşağıdakı qeydiyyat aparılır: "Seçki müddəti qurtardığına görə tutduğu vəzifədən azad edilir". Bu halda kafedra müdirləri sonradan müsabiqədə iştirak etmək şərtilə ən çoxu bir il müddətinə rektorun əmri ilə həmin ali məktəbdə müvafiq işlə təmin olunur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

65. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

66. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

67. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

68. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

69. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

70. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

71. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

72. Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

73. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanıldı.

Kassasiya məhkəməsinin hüquqi mövqeyi

74. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

75. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

76. Belə ki, apellyasiya məhkəməsi ilk olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuş, iddiaçının işdən azad olunması barədə əmr verilərkən mövcud qanunvericiliyin tələbləri pozulmamışdır.

77. Belə ki, işin müəyyən edilmiş hallarına görə, ##.##.2014-cü il tarixli əmrə əsasən, iddiaçı ##.##.2014-cü ildən 2014/2015-ci tədris ilinin sonunadək əmək müqaviləsi əsasında “Fizika” kafedrasına dosent vəzifəsinə qəbul edilmişdir. xxxxnin ***-Ş(ş) nömrəli, ##.##.2014-cü il tarixli əmrinə əsasən, iddiaçı ##.##.2014-cü ildən həmin kafedra üzrə dosent vəzifəsinə müsabiqədən keçmiş sayılmışdır. ##.##.2019-cu il tarixli əmrə əsasən, kafedrada dərs yükünün azalması ilə əlaqədar iddiaçı ##.##.2019-cu ildən 2019/2020-ci tədris ilinin sonunadək tutduğu vəzifədə 0,75 ştata keçirilmiş, ##.##.2019-cu il tarixli əmrə əsasən ##.##.2019-cu ildən tutduğu vəzifədə tam ştata keçirilmişdir. İşəgötürənin ##.##.2020-ci il tarixli əmrinə əsasən, 2019/2020-ci tədris ilində seçki müddəti başa çatmış iddiaçı ##.##.2020-ci ildən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddəti başa çatdığı üçün) tutduğu vəzifədən azad edilmişdir.

78. Apellyasiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, ilkin əmək münasibətlərindən sonra tərəflər arasında bir neçə dəfə müddətli əmək müqaviləsi bağlanmış və iddiaçı həmin müqavilələr əsasında dosent vəzifəsində fəaliyyətini davam etdirmişdir.

79. Belə ki, 2020–2025-ci illər ərzində bağlanmış əmək müqavilələri üzrə iddiaçı hər tədris ili üçün “Fizika”, daha sonra isə “Mühəndis fizikası və elektronikası” kafedrasında dosent vəzifəsinə qəbul edilmiş, müqavilə müddətlərinin başa çatması əsası ilə əmək münasibətlərinə xitam verilmişdir. Sonuncu əmək müqaviləsinə isə işəgötürənin K-*** nömrəli, ##.##.2025-ci il tarixli əmrinə əsasən ##.##.2025-ci il tarixdən müddətin başa çatmasına görə xitam verilmişdir.

80. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının tutduğu dosent vəzifəsinin seçkili vəzifə olduğu və müsabiqə yolu ilə tutulduğu müəyyən edilmişdir.

81. İddiaçı 2014-cü ildə keçirilmiş müsabiqə nəticəsində 5 il müddətinə dosent vəzifəsinə qəbul edilmiş, həmin müddət başa çatdıqdan sonra isə növbəti illərdə tədris ili üzrə müddətli əmək müqavilələri əsasında fəaliyyətini davam etdirmişdir. 2023-cü ildə dosent vəzifəsi üzrə iki dəfə müsabiqə keçirilsə də, iddiaçı həmin müsabiqələrdə iştirak etməmişdir.

82. Apellyasaiya məhkəməsi iddiaçının müsabiqədə iştirak etməməsi ilə bağlı gətirdiyi əsasları əsassız hesab etmişdir. Belə ki, seçki müddəti başa çatdıqdan sonra iddiaçı ilə tədris ili üzrə bağlanmış müddətli əmək müqavilələri əmək münasibətlərinin müddətsiz xarakter almasına əsas verməmişdir. Əmək müqaviləsinin müddətinin başa çatması qanunvericilikdə nəzərdə tutulan xitam əsaslarından biri olmuşdur.

83. Apellyasiya məhkəməsi eyni zamanda qeyd etmişdir ki, əmək müqaviləsində bitmə tarixi ##.##.2025-ci il göstərilsə də, əmək münasibətlərinə ##.##.2025-ci il tarixdə xitam verilməsi iddiaçının həmin tarixədək əmək məzuniyyətində olması ilə əlaqədar olmuşdur. İddia tələbinin digər hissələri isə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvindən irəli gəldiyindən və əsas tələb təmin edilmədiyindən, həmin tələblərə ayrıca hüquqi qiymət verilməsinə ehtiyac olmamışdır.

84. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

85. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya məhkəməsi

Q ə r a r a aldı: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)- ***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar