Məhkəmə qərarları › İş №2(1-8)-178/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-178/2026

26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpo
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-178/2026 26.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb olunmaqla) iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, öhdəliyin icra edilməməsi, əldən çıxmış fayda, kredit borcun gecikdirilməsinə görə dəbbə pulu (cərimə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər İspəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və X1 ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb olunmaqla) “tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 15 oktyabr tarixli 2(103)-4402/2025 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC (Bank) və "xxxx" MMC (borcalan) arasında imzalanmış 2021-ci il 17 iyun tarixli DKM/**********83021 nömrəli kredit müqaviləsinə əsasən Bank borcalana illik 12% dərəcəsi ilə 60 ay müddətinə 250.000 manat məbləğində kredit verməyi, borcalan isə k reditdən tikinti sektorunda tikinti-layihə işlərinin görülməsi məqsədilə istifadə etməyi, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. - Müqavilənin 2.4-cü bəndinə əsasən kreditin verildiyi müddətin ilk 6 aylıq dövrü borcalana güzəşt müddəti müəyyən edilir və bu müddət ərzində əsas borc məbləğinin qaytarılması ilə bağlı hər hansı bir ödəniş həyata keçirilmir. Qeyd edilən müddət ərzində yalnız faktiki istifadə edilmiş kredit məbləğinə hesablanan faizlər Borcalanın kredit borcunun yarandığı aydan başlamaqla, hər ayın 17-dən gec olmayaraq Borcalan tərəfindən Banka ödənilir. - Müqavilənin 6.2-ci bəndinə əsasən Borcalan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri poz ulduqda, Borcalan Banka ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15% dərəcəsi ilə hesablanan penya ödəyir. 2. "xxxx" ASC (ipoteka saxlayan), Cavabdeh (ipoteka qoyan) və "xxxx" MMC (borcalan) arasında imzalanmış 2021-ci il 17 iyun tarixli DKM/**********83021/İP nömrəli ipoteka müqaviləsinə əsasən, yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə borcalanın öhdəliyinin icrasının təmin edilməsi məqsədilə xüsusi mülkiyyət hüququ ilə ipoteka qoyana məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 27-29, mənzil 102 (yeni qaydalarla: AZ1014, ünvan 1 ünvanında 19 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən 190.30 kv.m. ümumi, 100,5 kv.m. yaşayış, 89,8 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı mənzil Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. - Müqavil ənin 3.5-ci bəndində ipoteka predmetinin bazar qiyməti 450.000 manat, likvid qiyməti 420.000 manat müəyyən edilmişdir. - Müqavilənin 3.9-cu bəndinə əsasən bu müqavilənin məqsədləri üçün tərəflər müstəqil, obyektiv və səriştəli hesab etdikləri daşınmaz əmlak qiymətləndiricilərinin aşağıdakı siyahısı ilə razılaşırlar: 1. "xxxx" MMC, 2. "xxxx" MMC, 3. "xxxx" MMC.

3. Həmin ipoteka müqaviləsi 2021-ci il 22 iyun dövlət qeydiyyatına alınaraq, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 27-29, mənzil 102 (yeni qaydalarla: AZ1014, ünvan 1 ünvanında yerləşən mənzilin "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydə alınmışdır.

4. Kreditor tərəfindən ipoteka predmetinə tutulmanın yönəldilməsi haqqında ipotekaqoyan Cavabdeh xx.xx.2023-cü il tarixli bildiriş göndərilmiş, eyni zamanda həmin bildiri şin qeydiyyata alınması üçün xx.xx.2023-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə ərizə verilmiş, bildiriş xx.xx.2023-cü ildə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ipoteka predmeti qismində çıxış edən cavabdehə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 27-29, mənzil 102 (yeni qaydalarla: AZ1014, ünvan 1 ünvanında 19 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən 190.30 kv.m. ümumi, 100,5 kv.m. yaşayış, 89,8 k v.m yardımçı sahədən ibarət, 4 otaqlı mənzilə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və və həmin əmlakın satışından əldə olunan vəsaitlər hesabına borcalan "xxxx" MMC-nin (bundan sonra - üçüncü şəxs) xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı qarşısındakı 205.425,78 manat məbləğində əsas, kreditdən istifadəyə görə xx.xx.2023-cü il tarixinədək illik 12% dərəcəsi ilə hesablanmış 10.306,78 manat məbləğində adi faizlər, xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək illik 11% dərəcəsi ilə hesablanmış 37.248,34 manat məbləğində əldən çıxmış fayda, xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 51.507,55 manat məbləğində penya olmaqla, cəmi 304.488,45 manat, ipoteka predmetlərinə tutmanın yönəldi lməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 45 manat və iddia ərizəsinin verilməsinə görə 594,49 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına istinad olunmaqla belə əsaslandırılmışdır ki, müqavilə üzrə üçüncü şəxs öhdəliklərini kobud şəkildə pozmuş, əsas borcun və faizlərin mühüm hissəsini ödəməmişdir. xx.xx.2023-cü il tarixinə üçüncü şəxsin iddiaçı qarşısında ümumi borcu 223.607,21 manat təşkil edir. Bunun 205.425,78 manatı vaxtı keçmiş əsas borc, 18.181,43 manatı isə hesablanmış və ödənilməmiş faizlərdir. Həmçinin kredit müqaviləsində nəzərdə tutulduğu kimi həmin tarixə 6.399,47 manat məbləğində penya hesablanmışdır. Buna görə də iddiaçı nın borcu vaxtından əvvəl tələb etmək və tələbi ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. Bu barədə cavabdehə bildiriş göndərilmiş, bildirişin qeydiyyata alınıb iddiaçı tərəfindən tutmanın yönəldilməsi prosedurunun başlanması ilə əlaqədar müvafiq quruma müraciət olunsa da, borc ödənilməmişdir. Bu səbəbdən, xx.xx.2023-cü il tarixdən qətnamə qəbul edilənədək əsas borca 12% dərəcəsi ilə faiz və 15% dərəcəsi ilə penya hesablanaraq ipoteka predmetinin dəyərindən tutulmalıdır.

7. Məhkəmənin qərardadı əsasında "xxxx" MMC-nin verdiyi 2024-cü il 26 avqust tarixli 47 nömrəli qiymətləndirmə hesabatı ilə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 27-29, mənzil 102 (yeni qaydalarla: AZ1014, ünvan 1 ünvanında yerləşən mənzilin bazar dəyəri 430.000 manat, likvid dəyəri 4 18.000 manat müəyyən edilmişdir.

8. Məhkəmə mühasibatlıq və təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasına əsasən Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 2025-ci il 8 yanvar tarixli 9/10029 nömrəli ekspert rəyi ilə rəyin tədqiqat hissəsində göstərilənlər, təqdim edilmiş iş materiallarında olan ödənişləri özündə əks etdirən maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə "xxxx" MMC-nin iddiaçıya əsas və faiz borcu xx.xx.2023-cü il tarixə: əsas borc üzrə 211.821,16 manat, faiz borcu üzrə 11.137,26 manat; xx.xx.2023-cü il tarixə: əsas borc üzrə 211.821,16 manat, faiz borcu üzrə 19.257,07 manat; xx.xx.2024-cü il tarixə: əsas borc üzrə 211.821,16 manat, faiz borcu üzrə 44.887,43 manat müəyyən edilmişdir. 9. “X2 M ərkəzi” MMC-nin 2025-ci il 17 yanvar tarixli YDQM 004-002/2025 nömrəli rəyi ilə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 27-29, mənzil 102 (yeni qaydalarla: AZ1014, ünvan 1 ünvanında yerləşən 19 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən 190.30 kv.m ümumi 100.50 kvşm yaşayış 89.80 kv.m yardımçı sahədən ibarət 4 otaqlı mənzilin qiymətləndirmə tarixinə bazar dəyəri 498.000 manat, likvid dəyəri 435.000 manat müəyyən edilmişdir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2025-ci il tarixli 15 may tarixli e2(004)-31/2025 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq, aşağıdakılar qət edilmişdir (hakim Ayşən Sultanova-Məmmədova): - cavabdehə məxsus olan və ipoteka predmeti qismində çıxış edən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 27-29, mənzil 102 (ye ni qaydalarla: ünvan 1 ünvanında 19 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən 190.3 kv.m. ümumi, 100.5 kv.m. yaşayış, 89.8 kv.m. yardımçı sahədən ibarət, 4 otaqlı mənzilə tutmanın yönəldilməsi; - ipoteka predmetinin açıq hərracdan satılması; - həmin əmlakın satışından əldə olunan vəsait hesabına borc alan üçüncü şəxsin xx.xx.2021-ci il tarixli DKM/**********83021 nömrəli kredit müqaviləsi üzrə 205.425,78 manat məbləğində əsas borc, kreditdən istifadəyə görə xx.xx.2023-cü il tarixinədək illik 12% dərəcəsi ilə hesablanmış 10.306,78 manat məbləğində faiz, xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək illik 11 % dərəcəsi ilə hesablanmış 37.248,34 manat məbləğində əldən çıxmış fayda, 1.000 manat məbləğində penya olmaqla, cəmi 253.980,90 manat və ipoteka predmetlərinə tutmanın y önəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 45 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması; - ipoteka predmetinin ilkin satış qiymətinin 435.000 manat müəyyən edilməsi; - cavabdehdən ödənilmiş 594,49 manat dövlət rüsumunun 543.98 manat hissəsinin tutularaq, iddiaçıya ödənilməsi və qalan hissəsinin iddiaçıya aid edilməsi; - iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 145 manat pulun cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ödənilməsi; - iddianın qalan hissədə təmin olunmaması.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək illik 11% dərəcəsi ilə hesabl anmış 37.248,34 manat məbləğində əldən çıxmış faydanın tutulması” hissəsi əsaslıdır, iddiaçı tərəfindən verilmiş biznes kreditləri üzrə orta faiz dərəcəsi illik 11% təşkil etmişdir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə də uyğun olaraq, kreditor əldən çıxmış fayda formasında zərərin ödənilməsini tələb edə bilər. Bu səbəbdən həmin tələb təmin edilməlidir.

12. Məhkəmə “xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək illik 15% dərəcəsi ilə hesablanmış 51.507,55 manat məbləğində penyanın tutulması” hissəsi üzrə qeyd etmişdir ki, bu tələb qismən təmin olunmalı, müəyyən edilmiş penyanın məbləği yüksək olduğundan azaldılaraq 1.000 manat müəyyən edilməlidir.

13. Həmçinin məhkəmə bildirmişdir ki, ipoteka ilə yüklü edilmiş mənzilə tutmanın yönəldilməsi, əmlakın açıq hərracdan satılması və əldə olunmuş vəsaitin borca yönəldilməsi barədə tələb əsaslıdır və təmin edilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti “X2 Mərkəzi” MMC-nin rəyinə əsasən 435.000 manat müəyyən edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun tutulması tələbi də iş materialları ilə təsdiq olunduğundan təmin edilməlidir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra- MM) 21.2, 317.1, 319.1, 319.6, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 462.1, 739.1 və 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33, 34.1, 39.1 və 47.5-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 76.1, 76.2, 77.1, 88, 101.7, 103.1, 1 06.1, 107, 119.1 və 217.4-cü maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə əldən çıxmış faydanı müəyyən edərkən yalnız iddiaçı tərəfindən təqdim edilmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək verilmiş biznes kreditləri üzrə statistik arayışa istinad etmişdir. Halbuki, həmin arayış i ddianın bu hissədə təmin edilməsi üçün kifayət etmir. Şikayətdə həmçinin göstərilmişdir ki, məhkəmə tələb edilən 51.507,55 manat məbləğində penyanı 1.000 manatadək azaltmış, lakin bu məbləğin hansı meyarlara əsasən müəyyən edildiyini qətnamədə əsaslandırmamışdır. Bundan başqa, cavabdeh kredit üzrə əhəmiyyətli məbləğdə ödənişlər etmiş, həmin ödənişləri təsdiq edən sübutlar birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Lakin məhkəmə iddianı qismən təmin edərkən bu ödənişləri nəzərə almamışdır.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 15 oktyabr tarixli, 2(103)-4402/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - 37.248,34 manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsində ləğv olunm ası, həmin hissədə iddia tələbinin qismən təmin edilərək, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış 18.344,88 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən iddiaçının xeyrinə tutulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun apellyatorun özünə aid edilməsi qət olunmuşdur (hakimlər - Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski).

18. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi yalnız əldən çıxmış fayda və penya məbləğinin müəyyən edilməsi hissəsində mübahisələndirilmişdir.

19. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandıraraq qeyd edi b ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri də mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə y anaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır.

20. Kollegiya iddia tələbinin və apellyasiya şikayətinin əldən çıxmış fayda məbləğinin müəyyən edilməsi hissəsinə münasibətdə qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki M əcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445. 7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.

21. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən müddəalara əsasən hesab edir ki, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdiyindən, qətnamə həmin hissədə ləğv edilərək cavabdehdən gecikdirilmiş vaxt üçün 5% illik faiz dərəcəsi olmaqla 18344.88 manat tutularaq iddiaçıya ödənilməlidir.

22. Apellyasiya məhkəməsi penya ilə bağlı dəlilə münasibətdə bildirmişdir ki, mülki qanunvericiliyə əsasən dəbbə pulu öhdəliyin ic ra edilməməsinə görə ödənilən məbləğdir və məhkəmə tənasübsüz yüksək dəbbə pulunu azalda bilər. Kollegiya hesab etmişdir ki, 51.507,55 manat məbləğində penya həddən artıq yüksək olduğundan, birinci instansiya məhkəməsi penyanı 1.000 manatadək azaltmaqla düzgün nəticəyə gəlmişdir.

23. Məhkəmə kollegiyası gəldiyi nəticəni MM-nin 5.3, 21.2, 425, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 462.1, 467, 739.1 və 739.2-ci, MPM-nin 14.2, 77.1, 107, 119.1, 217.4, 372.6, 384.0.2 və 385-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

24. İddiaçı (Vəkil2) qətnamədən kassasiya şikayəti verərək, onun “əldən çıxmış fayda” hissəsində ləğv olunması və iddia tələbinin əldən çıxmış faydaya münasibətdə 37.248,34 manat məbləğində təmin edilməsi barədə yeni qərar çıxarılmasını, həmçinin kassasiya şikayətinin verilməsinə görə 298 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qətnaməni qismən ləğv etməklə iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İddiaçı tərəfindən göstərilən dövr üzrə eyni növ və oxşar şərtlərlə verilmiş kreditlərə dair statistik arayış məhkəməyə təqdim edilmişdir. Həmin arayışlara əsasən, daşınmaz əmlakın girovu ilə verilmiş biznes kreditləri üzrə orta illik faiz dərəcəsi 11% təşkil etmişdir. Əldən çıxmış fayda da məhz bu orta bazar göstəricisi əsasında hesablanmışdır. Bu hesablama metodu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına da uyğundur. Həmin qərara görə kreditor, öhdəliyin icra edilməməsi nəticəsində faiz formasında yaranmış zərəri (əldən çıxmış faydanı) mücərrəd qaydada, yəni bazara uyğun orta faiz dərəcəsinə əsasən hesablaya bilər. Bu zaman kreditorun konkret kredit əməliyyatını sübut etməsi tələb olunmur.

26. Həmçinin Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi yalnız kreditorun daha böyük məbləğ tələb etmək üçün əsasları olmadığı hallarda tətbiq edilir. Göründüyü kimi, apellyasiya instansiyası MM-i n 445.7-ci maddəsini tətbiq etməklə və illik 5 % faizlə məhdudlaşmaqla yanlış nəticəyə gəlmiş, iddia tələbinin əldən çıxmış fayda hissəsini əsassız olaraq qismən təmin etmişdir. Kassasiya şikayəti “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 24 dekabr və 2023-cü il 29 mart tarixli Qərarlarına istinadla əsaslandırılmışdır.

27. Cavabdeh (Vəkil1) qətnamədən kassasiya şikayəti verərək, onun iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. 2

8. Kassator qeyd etmişdir ki, apellyasiya məhkəməsi həm penya, həm də əldən çıxmış faydanın məbləğini müəyyən edərkən səhv nəticəyə gəlmiş, qanunvericiliyi düzgün tətbiq və şərh etməyərək, əldən çıxmış fayda azaldılaraq illik 5% həcmində müəyyən edilmişdir. Bu məbləğ əsas borca mütənasib deyil və iqtisadi cəhətdən əsaslandırılmamışdır. Bundan əlavə cavabdeh bildirmişdir ki, kollegiya tələb olunan penya məbləğini dəyişdirmədən 1.000 manat məbləğində saxlamış, lakin həmin məbləğin hansı meyarlar əsasında müəyyən edildiyini əsaslandırmamışdır. Həmçinin cavabdeh kredit üzrə əhəmiyyətli ödənişlər etmiş, həmin ödənişləri təsdiq edən sübutlar birinci instansiya məhkəməsinə təqdim olunsa da, hər iki məhkəmə tərəfindən bu ödənişlər nəzərə alınmamışdır.

29. Kassasiya şikayəti MM-nin 21.2, 317.1, 319.1, 399.3, 399.4, 445 və 449-cu maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, m allarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətna mənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Qərarı Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, krediti n peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzi nin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı halda, iddiaçı kassasiya şikayətində qətnaməni “əldən çıxmış fayda” hissəsində, cavabdeh isə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bü tövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvaf iq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

35. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. İddia tələbinin hüquqi əsasları apellyasiya məhkəməsi tərəfindən kifayət qədər ətraflı araşdırılmışdır. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

36. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

37. İddiaçının istinad etdiyi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında kreditorun dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) əvəzi olaraq mücərrəd qaydada hesablanma qaydasında gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb etməsinin mümkünlüyü təsbit edilməklə yanaşı qeyd olunur ki, zərərin miqdarı hesablanarkən kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir.

38. Həmin Qərarda kredit münasibətləri üzrə mübahisələr zamanı mədələyə təkcə hüquqi baxımdan deyil, həmçinin iqtisadi və etik normalar baxımından da yanaşmaq la zım olduğu da qeyd olunub.

39. Qeyd olunan Qərarda ifadə olunan hüquqi mövqe ondan ibarət olub ki, istənilən halda məhkəmələr bu kimi məsələlərə baxarkən müqavilə azadlığı, azad sahibkarlıq fəaliyyəti, sosial dövlət və s. kimi müxtəlif konstitusiya dəyərləri arasında balansı gözləməli, işlə əlaqədar hər hansı qərarı qəbul etməmişdən əvvəl onun iqtisadi və sosial nəticələrini qabaqcadan görməlidirlər.

40. Həımçinin iş materiallarından göründüyü kimi, apelyasiya instansiya məhkəməsi düzgün olaraq cavabdehə cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlmiş, həmçinin işin hallarını nəzərə alaraq, cərimənin məbləğini azaltmaqla 1000 manat məbləğdə müəyyən etmişdir. Кollegiya hesab edir ki, bu məbləğ işin hallarına görə tənasübsüz dərəcədə yüksək sayıla bilməz.

41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

42. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

43. Məhkəmə kollegiya sı hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

44. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 15 oktyabr tarixli 2(103)4402/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar