Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(1-8)-111/2026 18.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı "xxxx" Bankı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə, Cavabdeh3 MTK-ya və Cavabdeh4 qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 6 noyabr tarixli, 2-2(103)-65/2025 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə, Cavabdeh3 MTK-ya və Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətini nəzərd ən keçirərək MÜƏYYƏN ETDİ:
1. İddiaçı "xxxx" Bankı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC, Cavabdeh3 MTK və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulmasının ipoteka predmetlərinə yönəldilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-283/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 MMC-nin **********55219 saylı kredit müqaviləsi üzrə 3.661.032,57 ABŞ dolları əsas borc məbləğinin, 96.715,44 ABŞ dolları faiz borcunun, 183.052 ABŞ dolları dəbbə pulunun, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü ilə kimi illik 5 % ilə hesablanan 127620 ABŞ dolları faiz borcunun, dövlət rüsumunun və mediasiya xərcinin əvəzi olaraq 4249 manatın və ipoteka predmetlərinə tutmanın yönəldilməsi b arədə bildirişlərin qeydiyyata alınmasına görə 495 manatın ödənilməsini təmin etmək üçün tələb üzrə tutmanın aşağıdakı ipoteka predmetlərinə yönəldilməsi: Cavabdeh4 məxsus olan Sumqayıt şəhəri, Bakı-Quba yolunun 32-ci kilometrində istifadəsində olan 0.7804 ha torpaq sahəsində yerləşən 6 mərtəbəli, 12013.0 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəsinə yönəldilməsi, həmin əmlak açıq hərracda satılması, əmlakın ilkin satış qiyməti 6.200. 000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçı "xxxx" Bankı ASC-nin borc tələbi ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh4 qaytarılması; Cavabdeh3 MTK-ya məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 106 (Yeni qaydalarla: AZ10 32, ünvan 1 ünvanında yerləşən 850 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlak açıq hərracda satılması, əmlakın ilkin satış qiyməti 2.700.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçı "xxxx" Bankı ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh3 MTK-ya qaytarılması; Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, ev 29 ünvanda yerləşən 92.5 kv.m. ümumi sahədən ibarət 76 nömrəli mənzilə yönəldilməsi, həmin əmlak açıq hərracda satılması, əmlakın ilkin satış qiyməti 225.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçı "xxxx" Bankı ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 qaytarılması; Cavabdeh1 məxsus olan ünvan 2 ünvanda yerləşən 141.6 kv.m. ümumi sahədən ibarət 77 nömrəli mənzilə yönəldilməsi, həmin əmlak açıq hərracda satılması, əmlakın ilkin satış qiyməti 340.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçı "xxxx" Bankı ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 qaytarılması; Cavabdeh1 məxsus olan ünvan 3 ünvanda yerləşən 409.0 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiyməti 286.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçı "xxxx" Bankı ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh1 qaytarılması və qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
3. İddiaçı "xxxx" Bankı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdehlər də apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən ləğv edilməsi, Cavabdeh2 MMC ilə bağlanmış **********55219 saylı kredit müqaviləsi üzrə əsas bocun 3.247.543 ABŞ dollar tutulması, Cavabdeh2 MMC-nin 96.715,44 ABŞ dolları faiz borcunun, 183.052 ABŞ dolları dəbbə pulunun, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü ilə kimi illik 5 % ilə hesablanan 127.620 ABŞ dolları fa iz borcunun tutulması hissəsində rədd edilməsi, Cavabdeh4 məxsus olan Sumqayıt şəhəri, Bakı-Quba yolunun 32-ci kilometrində istifadəsində olan 0.7804 ha torpaq sahəsində yerləşən 6 mərtəbəli, 12 013.0 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəsinə bazar qiymətinin dəyişdirilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 6 noyabr tarixli, 2-2(103)-65/2025 nömrəli qətnaməsi ilə iddiaçı və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)283/2024 nömrəli, 2024-ci il 20 iyun tarixli qətnaməsi Sumqayıt şəhəri, Bakı-Quba yolunun 32-ci km-ində yerləşən Cavabdeh4 mülkiyyətində olan əmlak kompleksinin ilkin satış qiymətinin məbləği hissə sində və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsmunun tutulması hissəsində dəyişdirilmiş, Sumqayıt şəhəri, Bakı-Quba yolunun 32-ci km-ində yerləşən Cavabdeh4 mülkiyyətində olan əmlak kompleksinin ilkin satış qiyməti 6.286.000 (altı milyon iki yüz səksən altı min) manat məbləğində müəyyən edilmiş, iddia ərizəsinin verilməsinə dair iddiaçı tərəfindən ödənillmiş dövlət rüsumunun əvəzi olaraq 4528.93 manat (4249+279.93) pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
6. İddiaçı tərəfindən kassasiya şikayəti verilərək, həmin qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir.
7. Cavabdehlər də kassasiya şikayəti verərək, hə min qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
8. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayətin geri qaytarılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
9. Belə ki, MPM-nin 407.4-cü maddəsinin tələbinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. 10. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulmalıdır.
11. İş materiallarından görünür ki, iddianın qiyməti ümumilikdə 4.758.862,05 ABŞ dolları (8.090.065 manat) təşkil edir. 12. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 8.1.3 və 8.6-cı maddələrinin tələblərinə əsasən, hazırkı halda iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 2417,5 manat təşkil edir.
13. Lakin, cavabdehlər tərəfindən kassasiya şikayəti verilərkən cəmi 2265 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu hal isə kassasiya şikayətinin geri qaytarılması üçün əsasdır.
14. Belə ki, MPM-in 408.1, 408.1.3-cü maddələrinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
15. Həmçinin, cav abdehlərin kassasiya şikayəti prosessual müddət ötürülməklə verilmişdir.
16. Belə ki, apellyasiya məhkəməsinin qətnaməsi cavabdehlərin nümayəndəsi olan Vəkil1 elektron kabinet vasitəsilə 2025-ci il 21 noyabr tarixində təqdim edilmişdir, lakin kassasiya şikayəti 2026-cı il 26 yanvar tarixində məhkəmə sisteminə yüklənmişdir. Halbuki MPM-in 405.0.1-ci maddəsinə görə kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilməlidir. Göründüyü kimi kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 2 aylıq müddət ötürülmüş, eyni zamanda müddətin bərpasına dair ərizə verilməmişdir.
17. MPM-in 408.1, 408.1.4-cü maddələrində isə təsbit edilmişdir ki, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edil məsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
18. Qeyd olunanları və MPM-in 404-1.2-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş həmin kassasiya şikayətinin geri qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
19. Kassasiya şikayətinin qeyri-mümkün olmasına apelyasiya məhkəməsi qiymət verdikdən sonra iddiaçı "xxxx" Bankı ASC-nin kassasiya şikayətinə baxılacaqdır.
20. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və MPM-in 407-408-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 6 noyabr tarixli, 2-2(103)-65/2025 nömrə li qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC, Cavabdeh3 MTK və Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin və şikayət qaytarılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.