Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3683/2025 23.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X1” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “hərracın və qiymətləndirmənin nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: hərracdan satılan əmlakın ilkin satış qiyməti, hərracda bağlanılan əqdin etibarsız hesab edilməsi, hərracın keçirilməsi qaydası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apelly asiya Məhkəməsinin Mülki kollegiyasının 27 avqust 2025-ci il tarixli, 2(103)3952/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı 30 yanvar 2013-cü il tarixli, 213/003 saylı kredit müqaviləsi üzrə 41400,64 ABŞ dolları əsas borcun, 4773,87 ABŞ dolları məbləğində faiz borcunun, 200 ABŞ dolları məbləğində penyanın, cəmi 46374,51 ABŞ dolları pulun (tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), 8 manatın poçt xidmətlərinə görə və 30 manat dövlət rüsumun un “X1” QSC-nin xeyrinə tutulması, tələbin banka girov qoyulmuş İddiaçı məxsus “Mercedes Benz GL550” markalı, **-VE-*** dövlət nömrə nişanlı avtomobilinə yönəldilməsi, avtomobilin açıq hərracda satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun “X1” QSC-yə ödənilməsi qət edilmişdir. 2. "xxxx" MMC-nin 3460 nömrəli 22 may 2023-cü il tarixli qiymətləndirmə hesabatına görə, “Mercedes Benz GL550” markalı (**-VE-*** dövlət qeydiyyat nişanlı) avtomobilin bazar dəyəri 25.000 manat, likvid dəyəri isə 22.500 manat müəyyən edilmişdir.
3. Cavabdeh MMC-nin 16 iyun 2023-cü il tarixli açıq hərracın keçirilməsinə dair 156 nömrəli bildirişinə əsasən, “Mercedes Benz GL550” markalı (**-VE-*** dövlət qeydiyyat nişanlı) avtomobilin dəyəri 25.000 manat olmaqla, 06 iyul 2023-cü il tarixdə saat 11:00-da açıq hərracın keçiriləcəyi bildirilmişdir.
4. Cavabdeh MMC-nin 08 iyul 2023-cü il tarixli açıq hərracın keçirilməsinə dair 156-1 nömrəli bildirişinə əsasən, “Mercedes Benz GL550” markalı (**-VE-*** dövlət qeydiyyat nişanlı) avtomobilin dəyəri 15% endirimlə 21250 manat olmaqla, 27 iyul 2023-cü il tarixdə saat 11:00-da açıq hərracın keçiriləcəyi bildirilmişdir.
5. Cavabdeh MMC-nin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 123 nömrəli, 11 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli icra qeydi və Xətai rayon icra şöbəsinin 14 iyun 2023-cü il tarixli sifariş məktubu əsasında İddiaçı məxsus “Mercedes Benz GL550” markalı, **-VE-*** qeydiyyat nişanlı avtomobil ilkin satış qiymətindən 25% aşağı qiymətə 159 37,50 manata ipoteka saxlayan “X1 Azərbaycan” QSC tərəfindən əldə edilmişdir.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2024-cü il tarixli rəyinə əsasən, aparılmış tədqiqat nəticəsində Respublikada yerləşən avtobazarlarda, internet saytlarında mövcud olan qiymətlərə Mərkəzdə olan məlumatlardan və eləcə də, ekspertiza təyini haqqında qərardadda göstərilən 2009-cu il buraxılışlı, “Mercedes Benz GL550” markalı (**-VE-*** dövlət qeydiyyat nişanlı) avtomobilin normal vəziyyətdə orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 30.000,00 manat müəyyən olunur.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 yanvar 2025-ci il tarixli rəyinə əsasən, qərardadda göstərilən 2009-cu il buraxılışlı, “Mercedes Benz GL550 ” markalı (**-VE-*** dövlət qeydiyyat nişanlı) avtomobilin normal vəziyyətdə 2024-cü il tarix üçün orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 30.000,00 manat müəyyən olunmaqla, likvid dəyəri 27.000 (30.000-10%) manat müəyyən olunur. Avtomobilin 2023-cü il tarixə olan satışı və qiyməti barədə məlumat olmadığından qeyd edilən tarixə likvid dəyərini müəyyən etmək mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC tərəfindən “Mercedes Benz GL550” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı keçirilmiş 123 nömrəli, 11 avqust 2023-cü il tarixli protokolun və qiymətləndirilmənin nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, 30 yanvar 2013-cü il tarixli kredit müqaviləsi ilə “X1” QSC tərəfindən İddiaçı illik 16 % hesablanmaqla 36 ay müddətinə 51.386 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ilə bank arasında bağlanmış 30 yanvar 2013cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədi ilə girov qoyan İddiaçı mülkiyyətində olan “Mercedes Benz GL550” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobili (2009-cu il buraxılışlı, Rəngi: ağ) “X1” QSC-yə girov qoymaqla ona olan hüquq və maraqları girov saxlayana vermiş və bu barədə 30 yanvar 2013-cü il tarixli, 213/003 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bank iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və Məhkəmənin 24 dekabr 2 014-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 30 yanvar 2013-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 46374,51 ABŞ dollarının (tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 8 manatın poçt xidmətlərinə görə və 30 manat dövlət rüsumu “X1” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin banka girov qoyulmuş İddiaçı məxsus “Mercedes Benz GL550” markalı, 90-VE125 dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobil açıq hərracda satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun “X1” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 dekabr 2014-cü il tarixli qərardadı ilə İddiaçı məxsus “Mercedes Benz GL550” markalı, **-VE-*** dövlət qeyd iyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Lakin, etibarnamə ilə iddiaçının etibar etdiyi şəxs və onun etibar etdiyi şəxslər avtomobili qaytarmadığından həmin vaxt avtomobilin hərracda satılması mümkün olmamışdır. “Mercedes Benz GL550” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı əldə edərkən avtomobilin bank tərəfindən qiymətləndirilməsi həyata keçirilmişdir. Avtomobilə 30 yanvar 2013-cü il tarixdə 70000 ABŞ dolları qiymət qoyularaq, 40000 ABŞ dolları kredit verilmişdir. 14 sentyabr 2020-ci il tarixdə yəni 6 il sonra polis orqanları tərəfindən tapılıb, icra və probasiya şöbəsinə təhvil verildikdən sonra Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzində “Mercedes Benz GL 550” minik markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil qiymətləndirilərək, ilkin satış qiy məti 35000 manat təşkil etdiyi məlum olmuşdur. Halbuki, 2014-cü il tarixdə həmin əmlakın dəyəri onun indiki qiymətindən qat-qat artıq olacaqdır və onun satışı ilə “X1 Azərbaycan” QSC-yə olan borc tam ödənilə bilərdi və məhkəmə qərarında qeyd edildiyi kimi qalan vəsait İddiaçı qaytarılmalı idi. Daha sonra, bilinməyən səbəblərlə əmlak yenidən qiymətləndirməyə verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli icra vərəqəsi əsasında Xətai rayon İcra və Probasiya Şöbəsi tərəfindən “Mercedes Benz GL550” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi məqsədilə "xxxx" MMC-yə müraciət edilmiş, həmin MMC tərəfindən sözügedən avtomobilin qiymətləndirilməsi həyata keçirilmiş və avtomobilin qiymətləndirmə dəyəri 25.000 manat təşkil etmişdir. Avto mobil ilə bağlı hərracın keçirilməsi Cavabdeh MMC-yə həvalə edilmişdir. Cavabdeh MMC tərəfindən hərracın yekunlarına dair 123 nömrəli, 11 avqust 2023-cü il tarixli protokol tərtib edilmişdir. Həmin hərraca əsasən “Mercedes BenzGL550” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobili “X1 Azərbaycan” QSC 25.000-15%-25%=15937,5 manata əldə etmişdir. Sözügedən əmlak çox ucuz qiymətə satılmışdır. Belə ki, həmin avtomobilin bank tərəfindən qiymətləndirilməsi həyata keçirilmiş sözügedən avtomobil 70.000 ABŞ dolları dəyərində qiymətləndirilmişdir. “Mercedes Benz GL550” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil dəyərindən çox ucuz qiymətləndirilməməli və həmin dəyərdə hərraca çıxarılmamalı idi. “Mercedes Benz GL550” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı hərr acın nəticələri məhkəmə qaydasında etibarsız hesab edilməli və əmlak yenidən qiymətləndirilərək hərraca çıxarılmalıdır.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, 2(005)67/2025 nömrəli qətnaməsi ilə (hakim S.Nuriyeva) iddia tələbi təmin edilməmişdir
11. Birinci instansiya məhkəməsi ona istinad etmişdir ki, qanunvericiliyə əsasən, borcluya məxsus əmlak yalnız tərəflərin razılığı və ya məhkəmənin qərarı ilə qiymətləndirilmədiyi halda icra məmuru borclunun əmlakının qiymətləndirilməsi üçün qərar qəbul edə bilər. Hazırkı iş üzrə ipoteka predmetinin dəyəri barədə razılıq olmadığından və əmlak Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmədiyindən, Xətai rayon İcra şöbəsinin 30 mart 2023-cü il tarixli qərarı və 30 m art 2023-cü il tarixli müraciətinə əsasən “Mercedes Benz GL550” markalı, **-VE-*** dövlət nömrə nişanlı avtomobilin qiymətləndirilməsi keçirilmişdir. "xxxx" MMC-nin 3460 №li, 22 may 2023-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, “Mercedes Benz GL550” markalı (**-VE-*** dövlət qeydiyyat nişanlı) avtomobilin bazar dəyəri 25.000 manat, likvid dəyəri isə 22.500 manat müəyyən edilmişdir.
12. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması olsa da, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində qeyd olunan “razılaşma” ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur. İpoteka müqaviləsi bağlanarkən ipoteka predmetinə tutma yönəldilib-yönəldilməyəcəyi, hansı tarixdə yönəldiləcəyi və s. bəlli ol madığından tərəflər əmlakın hərraca çıxarılacağı təqdirdə ilkin satış qiymətini deyil, ipoteka predmetinin dəyərini müəyyənləşdirmişlər.
13. Tərəflər arasında ipoteka müqaviləsi 30 yanvar 2013-cü il tarixdə bağlanmış müqavilənin 3-cü bəndində qeyd edilmişdir ki, ipoteka predmeti olan “Mercedes Benz GL550” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyəri 73.286 ABŞ dolları məbləğində qiymətləndirilir. 14. “Dəyər” anlayışı ilə “ilkin satış qiyməti” anlayışı eyniləşdirilməli deyil, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra müəyyənləşdirilən qiymətdir.
15. Digər tərəfdən ipoteka müqaviləsinin bağlanmasından uzun müddət keçməsi (2013-cü il), avtomobilin hərracının bundan 10 il sonra 2023-cü il tarixdə keçirilməsi nəzərə alınmaqla, bu müddət ərzində 2009-cu il buraxılışlı nəqliyyat vasitəsinin 2023-cü il tarixə dəyərinin dəyişməsi, onun köhnəlməsi mümkündür.
16. Bu səbəbdən ipoteka müqaviləsində göstərilən qiymət – avtomobilin dəyəri bir müddətdən sonra, xüsusilə də 10 il keçdikdən sonra real olmaya bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz.
17. Belə olan halda məhkəmə hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, habelə məhkəmə qətnaməsi ilə müəyyən olunmadığı nəzərə alınmaqla icra məmuru 2023-cü il tarixdə “Mercedes Benz GL550” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hərracı çıxarılması zamanı onun ilkin satış qiymə tinin müəyyən olunması məqsədilə qiymətləndiriciyə sifariş məktubu ilə müraciət etməkdə haqlı olmuşdur.
18. Məhkəmə Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş ekspert rəyinin mötəbərliyini qiymətləndirərək qeyd etmişdir ki, icra sənədinin icrası mərhələsində "xxxx" MMC tərəfindən təqdim edilmiş qiymətləndirmə rəyi və məhkəmə prosesi zamanı keçirilmiş ekspertiza nəticəsində verilmiş rəy ilə müəyyən edilmiş məbləğlər müqayisə edilərkən “Mercedes Benz GL550” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin likvid dəyərinin sonuncu rəyə nisbətən aşağı qiymətləndirildiyi müəyyən edilmişdir.
19. Bununla belə məhkəmə, qeyd olunan rəydə göstərilən məbləğin avtomobilin 2023-cü il tarixə olan dəyərini əks etdirmədiyini, məbləğlər arasında ciddi fərq olmadığını, habelə iddiaçı tərəfindən əmlakın daha yüksək dəyərdə olmasını təsdiq edən hesabat (rəy) təqdim edilməməsini nəzərə alaraq qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi barədə tələbi əsaslı hesab etməmişdir.
20. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Mercedes Benz GL550” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması Cavabdeh MMC tərəfindən hərraca dair qanunvericiliyin tələblərinə müvafiq olaraq keçirilmiş və hərrac mərkəzi "xxxx" MMC tərəfindən təqdim edilmiş qiymətləndirmə rəyinə uyğun qiymət ilə hərracın keçirilməsində haqlı olmuşdur.
21. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 317.1, 319, 415, 416-cı, “İpoteka haqqında” Qanunun 1, 39, 41, 42, 43, 53, 62-ci, “İcra haqqında” Qanunun 53-cü, Mülki Prosessual Məcə llənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
22. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 avqust 2025-ci il tarixli, 2(103)-3952/2025 nömrəli qətnaməsi ilə (hakim S.Bəhrəmzadənin sədrliyi və məruzəsi ilə, hakimlər V.Sadıqov və M.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi nin 17 aprel 2025-ci il tarixli, 2(005)-67/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, hazırkı iş üzrə ipoteka predmetinin dəyəri barədə razılıq olmadığından və əmlak Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmədiyindən, Xətai rayon İcra şöbəsinin 30 mart 2023-cü il tarixli qərarı və 30 mart 2023-cü il tarixli müraciətinə əsasən “Mercedes Benz-GL550” markalı, **-VE-*** dövlət nömrə nişanlı avtomobilin qiymətləndirilməsi keçirilmişdir. "xxxx" MMC-nin 3460 №-li 22 may 2023-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, “Mercedes Benz GL550” markalı (**-VE-*** dövlət qeydiyyat nişanlı) avtomobilin bazar dəyəri 25.000 manat, likvid dəyəri isə 22.500 manat müəyyən edilmişdir.
25. Belə ki, “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması olsa da, “İpoteka haqqında” Qanun un 39.3.3-cü maddəsində qeyd olunan “razılaşma” ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur.
26. İpoteka müqaviləsi bağlanarkən ipoteka predmetinə tutma yönəldilib yönəldilməyəcəyi, hansı tarixdə yönəldiləcəyi və s. bəlli olmadığından tərəflər əmlakın hərraca çıxarılacağı təqdirdə ilkin satış qiymətini deyil, ipoteka predmetinin dəyərini müəyyənləşdirmişlər. Tərəflər arasında ipoteka müqaviləsi 30 yanvar 2013-cü il tarixdə bağlanmış müqavilənin 3-cü bəndində qeyd edilmişdir ki, ipoteka predmeti olan “Mercedes Benz-GL550” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyəri 73.286 ABŞ dolları məbləğində qiymətləndirilir. “Dəyər” anlayışı ilə “ilkin satış qiyməti” anlayışı eyniləşdirilməli deyil, ilkin satış qiy məti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra müəyyənləşdirilən qiymətdir.
27. Digər tərəfdən, ipoteka müqaviləsinin bağlanmasından uzun müddət keçməsi (2013-cü il), avtomobilin hərracının bundan 10 il sonra 2023-cü il tarixdə keçirilməsi nəzərə alınmaqla, bu müddət ərzində 2009-cu il buraxılışlı nəqliyyat vasitəsinin 2023-cü il tarixə dəyərinin dəyişməsi, onun köhnəlməsi mümkündür.
28. Bu səbəbdən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ipoteka predmeti olan “Mercedes Benz GL550” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiymətinin müəyyənləşdirilməsinə dair qiymətləndirmə şirkətinin verdiyi rəyə uyğun gəlmiş olduğu nəticəsi ilə razılaşmış, İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, habelə məhkəmə qətnaməsi ilə müəyyən olunmadığı nəzərə alınmaqla icra məmuru 2023-cü il tarixdə “Mercedes Benz GL550” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hərracı çıxarılması zamanı onun ilkin satış qiymətinin müəyyən olunması məqsədilə qiymətləndiriciyə sifariş məktubu ilə müraciət etməkdə haqlı olmuşdur.
29. Göründüyü kimi “Mercedes Benz GL550” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması Cavabdeh MMC tərəfindən hərraca dair qanunvericiliyin tələblərinə müvafiq olaraq keçirilmiş və hərrac mərkəzi "xxxx" MMC tərəfindən təqdim edilmiş qiymətləndirmə rəyinə uyğun qiymət ilə hərracın təşkil edilmişdir. Nəticədə hərraca çıxarılmış avtomobil qüvvədə olan qanunvericiliyin tə ləblərinə uyğun olaraq “X1” Qapalı Səhmdar Cəmiyyətinə satılmışdır. Belə olan halda, hərraca çıxarılmış əmlak “İpoteka haqqında”, “İcra haqqında” Azərbaycan Respublikası Qanunlarının və Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir.
30. Beləliklə, hazırkı mübahisə üzrə Cavabdeh MMC-nin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 123 №-li, 11 avqust 2023-cü il tarixli protokolun etibarlılığını şübhə altına alan hal müəyyən edilməmişdir. Cavabdeh MMC-nin “Mercedes Benz-GL550” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dair keçirdiyi hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş və “Açıq hərracın yekunları barədə protokol” protokol tərtib edilərkən qanunvericiliyin tələbl ərinə tam əməl edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı Mülki Məcəllənin 319.5, 415.1, 415.2, 415.4, 416.1, 416.2-ci, “İpoteka haqqında” Qanunun 41.1, 41.2, 41.3, 41.5, 42.1, 42.8, 43.1, 43.2, 43.4, 43.5, 43.7, 43.7-1, 43.8, 44, 46.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.1, 217.3, 217.4, 384.0.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
32. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 avqust 2025-ci il tarixli, 2(103)-3952/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respub likası Konstitusiyasının 60 və 71-ci, Mülki Məcəllənin 269.1, 317.1, 319.1, 319.4, 415.2, 416.1, 416.2, 560.2-ci, Mülki Prosessual Məcəllənin 88, 217.1, 217.2, 217.3, 217.4-cü maddələrinin pozulması ilə qəbul edilmişdir.
34. Belə ki, kassasiya şikayəti iddia ərizəsindəki dəlillərə istinad edilməklə, əlavə olaraq göstərilmişdir ki, məhkəmə məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəylərinə düzgün hüquqi qiymət verməmiş və yanlış olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən “Mercedes Benz GL550” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 2023-cü il tarixə olan likvid dəyərinə dair hər hansı bir sübut (hesabat, rəy və s.) məhkəməyə təqdim edilməmişdir. Halbuki, məhkəmə-əmtəəşünaslıq ekspertizası hesab edir ki, 2025-ci il tarixə avtomobilin likvid qiyməti 27000 manat təşkil edir. 2023-cü ildə isə avtomobilin dəyəri 2025-ci ildə müəyyən edilən 27000 manatdan az deyil, çox təşkil edəcəyi mübahisə mövzusu belə ola bilməz. Göründüyü kimi, məhkəmə işdə olan sübutlara yanlış hüquqi qiymət verdiyindən yanlış nəticəyə gəlmişdir. Bundan başqa, Cavabdeh MMC tərəfindən keçiriləcək hərrac barədə iddiaçıya bildiriş verilmədiyindən iddiaçı hərracda iştirak edə bilməmiş, artan yekunla davam edən hərrac prosesindən avtomobilin uyğun qiymətə satılmasına nail ola bilməmişdir. İddiaçının qeyd edilən avtomobilini 35000 manata qonşusu almaq istəmiş, lakin iddiaçı hərrac barəsində məlumatsız olduğundan qonşusunun avtomobili 35000 manata alışında iştirakını təmin edə bilməmişdir ki, nəticədə bank dolayı yolla avtomobili 15937 manat 50 qəpik olmaqla dəyərindən 19063 manat ucuz əl də etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11 iyul 2024-cü il tarixli ekspert rəyinə əsasən avtomobilin dəyəri 30000,00 manat müəyyən olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 yanvar 2025-ci il tarixli ekspert rəyi ilə isə avtomobilin likvid dəyəri 27000 (30000-10%) manat müəyyən olunmuşdur. Lakin məhkəmə məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəylərinə düzgün hüquqi qiymət verməmiş və yanlış olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən “Mercedes Benz GL550” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 2023-cü il tarixə olan likvid dəyərinə dair hər hansı bir sübut (hesabat, rəy və s.) məhkəməyə təqdim edilməmişdir.
35. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olar aq yazılı icraat qaydasında baxılmışdır.
36. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
37. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
38. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunve riciliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 40. “İpoteka haqqında” Azərbaycan Respublikas ı Qanununun: 1.0.9-cu maddəsinə (mübahisəli hüquq münasibətləri yaranan dövrdə qüvvədə olmuş redaksiyada) əsasən ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 42.1-ci maddəsinə (mübahisəli hüquq münasibətləri yaranan dövrdə qüvvədə olmuş redaksiyada) əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bild irişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci maddəsinə (mübahisəli hüquq münasibətləri yaranan dövrdə qüvvədə olmuş redaksiyada) əsasən hərrac təşkilatçısı ipoteka pre dmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. 43.7-ci maddəsinə (mübahisəli hüquq münasibətləri yaranan dövrdə qüvvədə olmuş redaksiyada) əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti o lan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsa sən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassas iya instansiyası məhkəməsinin mövqeyi:
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə tam razılaşır.
44. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində mübahisəli əmlakla bağlı ke çirilmiş hərracın nəticələrini onun ilkin satış qiymətinin aşağı müəyyən edilməsi əsası ilə mübahisələndirmişdir.
45. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi bu dəlilə işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən hüquqi qiymət verilmiş, o cümlədən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və əldə olunan sübutlara əsasən hərrac keçirilən zaman ipoteka predmeti olan avtomobilin likvid dəyərinin onun real dəyərindən kəskin fərqlənməməsi nəticəsinə gəlinmişdir.
46. Digər tərəfdən şikayətin bu dəlili üzrə qeyd olunmalıdır ki, hazırkı işdə cavabdeh qismində göstərilən Cavabdeh MMC qiymətləndirmə həyata keçirən təşkilat olmamışdır. Cavabdeh hərracın təşkilatçısı olmaqla, onun tərəfindən hərracın keçirilməsi və hərracın nəticələrinə dair yekun protokol tə rtibi zamanı qanun pozuntusuna yol verilməsi müəyyən olunmamışdır.
47. Belə ki, iş materiallarından görünür ki, ipoteka predmetinin ilkin satış qiyməti hazırkı iş üzrə cavabdeh tərəfindən deyil, işdə iştirak etməyən "xxxx" MMC-nin 22 may 2023-cü il tarixli hesabatı ilə müəyyən olunmuşdur. Həmin MMC iddiaçı tərəfindən işə cəlb edilməmiş, ona qarşı tələb irəli sürülməmiş və müvafiq hesabat qanunvericiliklə müəyyən olunmuş qaydada mübahisələndirilməmişdir.
48. Kassasiya şikayətində iddiaçı həmçinin onun hərrac barədə lazımi qaydada məlumatlandırılmamasını, ipoteka predmetinin almaq istəyən müştərisinin olduğunu göstərmişdir.
49. Məhkəmə kollegiyası iddiaçının bu dəlilini də apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas kimi qiymətləndirə bilmir. Belə ki, iddiaçı iddia əri zəsində və ümumiyyətlə birinci instansiya məhkəməsindəki icraatda belə dəlillər irəli sürməmiş və müvafiq sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. Aşağı instansiya məhkəməsinin araşdırma predmetini təşkil etməyən hal isə kassasiya məhkəməsi tərəfindən qiymətləndirilə bilməz.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 avqust 2025-ci il tarixli, 2(103)-3952/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.