Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-55/2025 19.12.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X1 (sədrlik edən və məruzəçi), Kuimova Vera Gennadiyevna və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması” tələbləri barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-47/2025 nömrəli 2025-ci il 28 avqust tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) aç ıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ASC-nin Biznes Mərkəzi filialı (borcverən) və Cavabdeh1 (borcalan) arasında RB/BM -00241 nömrəli xx.xx.2023-cü il tarixli baş kredit müqaviləsi bağlanmış və tərəflər aşağıda göstərilən şərtlər barədə razılığa gəlmişlər; 1.1. Bu müqavilənin predmeti borcverənin bu müqavilənin əsasında və bu müqavilənin ayrılmaz tərkib hissələri hesab edilən borcverənlə bağlanılacaq ayrıca razılaşmalar üzrə verilməsi üçün borcalana aşağıdakı şərtlərlə bərpa olunan zəmanət limitini ayırması, borcalanın isə razılaşmalar üzrə limit çərçivəsində borcverən tərəfindən verilən kredit, kredit xətti, qarantiya və akkreditivdən (bundan sonra-"kredit") bu müqavilədə və razılaşmalarda nəzərdə tutulmuş şərtlər daxilində istifadə etməsi və krediti qaytarmasına dair pul öhdəliyidir: 1.1.1. 50.000 manat təşkil edən kreditin maksimal məbləği; 1.1.2. 60 ayadək təşkil edən kreditin qaytarılma müddəti; 1.1.3. 30%-dək təşkil edən kredit üzrə ödəniləcək illik faiz dərəcəsi;... 1.2....Razılaşmalarda ayrı qayda nəzərdə tutulmayıbsa, aşağıdakı hallarda borcverən öz mülahizəsinə əsasən bu müqavilə çərçivəsində verilmiş bütün kreditlərin və ya onlardan birinin yaxud bir neçəsinin qalıq məbləğinin vaxtından əvvəl qaytarılmasını və qaytarılma anınadək hesablanmış faizlərin ödənilməsini borcalandan tələb edə bilər: 1.2.7. Borcalan tərəfindən hər hansı razılaşma üzrə əsas borcun qaytarılması və/və ya faizlərin ödənilməsi həyata keçirilmədikdə və ya müvafiq ödənişlər 3 ardıcıl ay ərzində 2 dəfə geçikdirildikdə;... 1.4. Borcalan bu müqav ilə və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ayrıca razılaşma(lar) əsasında ona verilmiş kredit öhdəliklərini və ya kredit öhdəliklərindən hər hansı birini bu müqavilədə və ya həmin razılaşma(lar)da nəzərdə tutulmuş şərtlərlə icra etməzsə və ya lazımınca icra etməzsə, borcverən borcalana verdiyi bütün kreditlərin vaxtından əvvəl qaytarılmasını tələb edə və qanunvericiliklə nəzərdə tutulmuş qaydada təminatların hamısına tutma yönəldə bilər. 2.1. Borcalanın bu müqavilə, o cümlədən razılaşmalar üzrə öhdəliklərinin icrasının əsas təminatı aşağıdakılardır: 1) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, reyestr nömrəsi **********76-10301 olan 17 yanvar 2023-cü il tarixli hüq uqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 2-ci kvartalda yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, xüsusi mülkiyyətli 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində ümumi sahəsi 65.30 m2 xüsusi mülkiyyətli 466 nömrəli fərdi yaşayış evi, yeni qaydalarla: AZ1039, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sara Aşurbəyli küçəsi 6; 2) Cavabdeh2 zaminliyi. 3.4. Bu müqavilə ilə tənzimlənməyən münasibətlər bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalar, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktları ilə tənzimlənir.
2. İddiaçı ASC (borcverən), Cavabdeh1 (borcalan) və Cavabdeh2 (zamin) arasında RB/BM-00241 nömrəli xx.xx.2023-cü il tarixli baş kredit müqaviləsi üzrə zaminlik müqaviləsi bağlanmış və tərəflər aşağıda göstərilən şərtlər barədə razılığa gəlmişlər. 1.1. Bu müqavilənin predmeti "Rabitəbank” ASC və Cavabdeh1 arasında bağlanılan xx.xx.2023-cü il tarixli RB/BM-00241 saylı baş kredit müqaviləsinə, o cümlədən həmin müqavilə əsasında bağlanacaq razılaşmalara (bundan sonra birlikdə "kredit müqaviləsi”) əsasən, borcverən qarşısında kredit öhdəliyi olan borcalan tərəfindən bu öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. 4.1. Zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan borcverən qarşısında birgə məsuliyyət daşıyırlar. 4.2. Faizlərin, vaxtı keçmiş faizlərin, dəbbə (penya) pullarının və cərimələrin borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində borcverənə dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin borcverən qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır.
3. İddiaçı ASC (ipoteka saxlayan) və Cavabdeh1 (ipoteka qoyan-borcalan) arasında bağlanmış RB/BM-00241 nömrəli xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsinin müvafiq bədlərində tərəflər aşağıda göstərilən şərtlər barədə razılığa gəlmişlər; 1.1. İpoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlak(lar)ı "xxxx" ASC və Cavabdeh1 arasında bağlanılan xx.xx.2023-cü il tarixli RB/BM-00241 saylı baş kredit müqavila sinə, o cümlədən həmin müqavilə əsasında bağlanacaq razılaşmalara (bundan sonra birlikdə-kredit müqaviləsi) əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana (borcverənə) sonrakı ipotekaya (bundan sonra “ipoteka”) verir. 2.1. İpotekanın predmeti: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, reyestr nömrəsi **********76-10301 olan 17 yanvar 2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 2-ci kvartalda yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, xüsusi mülkiyyətli 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində ümumi sahəsi 65.30 m2 xüsusi mülkiyyətli 466 nömrəli fərdi yaşayış evidir. Yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sara Aşurbəyli küçəsi, 6. 2.2-2.2.5. İpoteka predmetinə tutma yönəldiləcəyi halda ipoteka predmetinin ilkin satış qiyməti aşağıda adları göstərilən müstəqil qiymətləndiricilərdən birinin rəyi əsasında müəyyən edilir: "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC.
4. İpoteka saxlayanın tələbi əsas borc, faizlər, dəbbə pulu, vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinin saxlanılması və salamatlılığının təmin edilməsi xərclərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə və digər xərclərin ödənilməsi daxil edilməklə tam həcmdə təmin edilir. 9.3. Aşa ğıdakı hallarda ipoteka saxlayan ipoteka ilə təmin edilmiş əmlaka tutma yönəltmək hüququna malikdir: 9.3.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrası 90 təqvim günü və daha çox müddətə gecikdirildikdə; 9.3.2. İpoteka qoyan, habelə borcalan tərəfindən ipoteka ilə təmin olunmuş öhdəlik üzrə aylıq ödənişlər 12 ay ərzində 3 dəfədən və ya ardıcıl olaraq 2 dəfədən çox gecikdirildikdə...
4. İddiaçı ASC-nin Biznes Mərkəzi filialı ilə Cavabdeh1 arasında bağlanmış RB/BM00241/1 nömrəli xx.xx.2023-cü il tarixli yeniləmə və dəyişdirmə barədə saziş üzrə tərəflər aşağıda göstərilən şərtlər barədə razılığa gəlmişlər; 1.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə edilmiş və xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş dəyişikliklərin tətbiqi və gələcəkdə kredit götürülməsi ilə bağlı rəsmiləşdirmə pr oseslərinin təkmilləşdirilməsi və sürətləndirilməsi məqsədilə tərəflər arasında bağlanılmış ilkin baş kredit müqaviləsi bu saziş imzalandığı tarixdən bu sazişin 1.4-cü bəndində qeyd olunan sənədlər imzalanmaqla yenilənmiş redaksiyada qəbul olunur. 1.3. İlkin baş kredit müqaviləsinin yenilənməsi borcalanın, zaminlərin, ipoteka qoyanların və həmin müqavilə çərçivəsində öhdəlik götürmüş və ya öhdəliyi yaranmış digər şəxslərin yaranmış öhdəliklərinin yenilənməsi, dəyişdirilməsi, azalması və ləğvi üçün əsas deyildir. 1.4. İlkin baş kredit müqaviləsi yenilənərək tərəflər arasında bu sazişin 1 saylı əlavəsi olan “Kredit məhsulları üzrə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər” və 2 saylı əlavəsi olan “Kredit limitinin ayrılması müqaviləsi” imzalanır. İlkin baş kredit müqaviləsi və yen i imzalanacaq sənədlər bir bütün hesab olunur və xx.xx.2023-cü il tarixdən sonra yaranan münasibətlər üzrə ilkin baş kredit müqaviləsi ilə yeni imzalanacaq sənədlər arasında ziddiyyət yaranacağı təqdirdə “Kredit məhsulları üzrə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər” və “Kredit limitinin ayrılması müqaviləsi” üstün götürülür.
5. Borcverənlə borcalan arasında bağlanmış RB/BM-00241/1 nömrəli xx.xx.2023-cü il tarixli razılaşmanın 1-ci (kredit barədə məlumat) bəndinə əsasən, kreditin məbləği 50.000 manat, illik faiz dərəcəsi 18%, təminatı RB/BM-00241 nömrəli xx.xx.2023-cü il tarixli kredit limitinin ayrılması üzrə razılaşmanın təminatları, təyinatı dövriyyə vəsaitlərinin artırılması, müddəti 36 ay, FİFD 19% və ödəniş qaydası annuitetdən ibarətdir. Həmin razılaşmanın 3.1-ci yarımb əndinə görə, müştəri aldığı krediti ümumi şərtlərdə və bu razılaşmada nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “kreditin ödəniş cədvəli”nə uyğun olaraq banka qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri, gecikmə faizlərini, habelə digər ödənişləri ödəməyi öhdəsinə götürür.
6. Borcalan müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir.
7. Kredit müqaviləsinin müddəti bitməmişdir. İş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “iddiaçı”) 2024-cü il 25 noyabr tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən xx.xx.2023-cü il tarixli RB/BM00241 saylı baş kredit müqaviləsi əsasında verilmiş xx.xx.202 3-cü il tarixli RB/BM-00241/1 saylı kredit müqaviləsi üzrə əsas borca görə 42.255,26 manat, faiz borcuna görə 3.287,11 manat olmaqla, cəmi 45.542,37 manatın, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində DƏDKR Publik Hüquqi şəxsin Bakı Şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və ödənilmiş 227 manat dövlət rüsumunun tutulması, Cavabdeh1 tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 2-ci kvartal, 466 saylı fərdi yaşayış evinin - yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sara Aşurbəyli küçəsində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində ümumi sahəsi 65,30 m2-də olan 6 saylı fərdi yaşayış evinin (bundan sonra ipoteka predmeti) ilkin satış qiyməti müəy yənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına qeyd olunan məbləğlərdə pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli RB/BM-00241 saylı baş kredit müqaviləsi əsasında bağlanan xx.xx.2023-cü il tarixli RB/BM-00241/1 saylı kredit müqaviləsi (razılaşma) üzrə 50.000 manat limit ayrılmış, sonuncunun müraciəti ilə ona illik 18% dərəcəsi olmaqla, 36 ay müddətinə 50.000 manat kredit verilmişdir.
10. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icr asına təminat olaraq xx.xx.2023-cü il tarixdə iddiaçı ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin göstərilən baş kredit müqaviləsi əsasında verilmiş xx.xx.2023-cü il tarixli RB/BM-00241/1 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 11. xx.xx.2023-cü il tarixli RB/BM-00241 saylı baş kredit müqaviləsi əsasında verilmiş xx.xx.2023-cü il tarixli RB/BM-00241/1 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehlər dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar öhdəliklərinin icra edil məsindən qərəzli olaraq yayınmışlar.
12. Maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixli RB/BM-00241/1 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 42.255,26 manat, faiz borcuna görə 3287,11 manat olmaqla, cəmi 45.542,37 manat təşkil edir.
13. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi ipoteka predmeti iddiaçı qarşısında xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, ipoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır.
14. İddiaçı tərəfindən müvafiq bilidirişlə ipoteka qoyan cavabdehə və ipoteka predmeti kimi çıxış edən əmlaka tutmanın yönəldiməsinə dair bildirişin rəsmi qaydada qeydə alınması barədə müvafiq reyestr orqanına müraciət olunmuş, bildiriş həmin orqanda qeydə alınmışdır.
15. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 279, 295, 427.3, 385.1, 442, 445.1, 445.2.1-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki-Prosessual Məcəllə) 36.2 və 172.1.2-ci maddələrinə, İpoteka haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra “İpoteka haqqında” Qanun) 34.1.1, 36, 37.3, 39.1 və 59.3-cü (xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada) maddələrinə istinad etmişdir.
16. Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)-47/2025 nömrəli, 2025-ci il 28 avqust tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 42.255,26 manat, faiz borcu üzrə 3.287,11 manat olmaqla, ümumilikdə 45.542,37 manatın, 227 manat dövlət rüsumu və 51 manat xidmət haqqının alınaraq iddiaçıya ödənilməsi, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2025-ci il tarixli 137 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 manat ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydada alınıb Naxçıvan MR Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X7 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.Wİ.F.T BİK: NAXCAZ21) ödənilməsi, "Real Prays” MMCnin 14 iyul 2025-ci il tarixli FŞ 0716 saylı qiymətləndirmə hesabatına əsasən müəyyən olunmuş 500 manat xərcin cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya ödənilməsi, cavabdehlərdən alınması qeyd edilən məblə ğlər ödənilmədiyi təqdirdə tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin fərdi yaşayış evinin satış qiymətinin 45.000 manat müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsaitin cavabdehlərin iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın satılması nəticəsində əldə olunan məbləğ öhdəliyin icrasını təmin etmədikdə qalan məbləğin cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim Qabil Məmmədov).
17. Birinci instansiya məhkəməsi mövqeyini aşağıdakı qaydada əsaslandırmışdır. İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli RB/BM-00241 saylı baş kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən xx.xx.2023-cü il tarixli RB/BM-00241/1 saylı kredit müqaviləsi üzrə iddiaçı Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 18% olmaqla 50.000 manat kredit verilməsini, sonuncu isə kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəlik iddiaçı tərəfindən lazımi qaydada icra olunmuş, kredit məbləğinin borcalanın hesabına köçürülməsini təsdiq edən sərəncam-order iş materiallarına əlavə edilmişdir.
18. Cavabdeh1 ödəniş cədvəlinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri həyata keçirməyi öhdəsinə götürmüş, eyni zamanda öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka predmeti ipoteka müqaviləsi əsasında iddiaçının xeyrinə yüklü edilmişdir.
19. Cavabdeh1 müqavilə üzrə öhdəliyi icra etmədiyindən, iddiaçı tərəfindən ona borcun qaytarılması ilə bağlı xəbərdarlı q məktubu göndərilmiş, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmiş, buna baxmayaraq Cavabdeh1 tərəfindən öhdəliyin icra edilməsi istiqamətində müsbət irəliləyiş olmamış, nəticədə kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2024-cü il tarixə 42.255,26 manat əsas borc, 3.287,11 manat faiz borcu olmaqla, ümumilikdə 45.542,37 manat borc öhdəliyi yaranmışdır. Qeyd olunan borc məbləğlərinin yaranmasına dair xx.xx.2024-cü il tarixli maliyyə arayışı iş materiallarına əlavə olunmuşdur. 20. xx.xx.2025-ci il tarixli 137 nömrəli ekspert rəyi sübut növü kimi qəbul edilməməlidir, iddia tələbində əsas borca görə 42.255,26 manat, faiz borcuna görə 3.287,11 manat olmaqla, cəmi 45.542,37 manat tələb olunduğundan ekspert rəyində əsas borcun 42.839,93 manat, faiz borcunun 2.848,86 manat - ümumilikdə borcun 45.688,79 manat olması iddia tələbindən yüksək olduğundan məhkəmə tələbdən kənara çıxılmaması nəticəsində qalmağı qanuni hesab edir.
21. İddia tələbinin tutmanın ipoteka ilə yüklü edilmiş ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsinə dair hissədə məhkəmə qeyd edir ki, tərəflər kredit müqaviləsindən irəli gələn öhdəliklərin ipoteka ilə təmin edilməsi məqsədilə kredit müqaviləsinin təminatı kimi zəruri şərtlər göstərilməklə xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsi bağlamışlar. Bu hal ipoteka saxlayana əsas verir ki, öhdəlik icra edilmədiyi halda öz tələbini ipoteka predmeti olan əşya hesabına təmin etsin.
22. İpoteka müqaviləsində ilkin satış qiyməti ipoteka qoyanla ip oteka saxlayanın razılaşması əsasında müəyyən edilməmiş, "Real Prays” MMC-nin 14 iyul 2025-ci il tarixli FŞ 0716 saylı qiymətləndirmə hesabatına əsasən ipoteka predmeti olan daşınmaz əmlakın hazırkı tarixə bazar qiyməti 51.000 manat, likvid dəyəri 45.000 manat qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdə, ipoteka predmeti olan sözügedən daşınmaz əmlakın ilkin satışı likvid dəyər qiyməti ilə 45.000 manat müəyyən edilməlidir.
23. İş üzrə 227 manat dövlət rüsumu və "Real Prays” MMC-nin 14 iyul 2025-ci il tarixli FŞ 0716 saylı qiymətləndirmə hesabatına əsasən müəyyən olunmuş 500 manat xərc cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya, məhkəmə-mühasibat ekspertizası üzrə tədqiqatın aparılması üçün müəyyən olunmuş 60 manat ekspertiza xərci cavabdehlərdə n alınıb Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunan hesaba ödənilməlidir.
24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə, 60-cı maddəsinin İİ hissəsinə, 127-ci maddəsinin İİ və Vİİ hissələrinə, Mülki Məcəllənin 6.2, 14.2-14.2.1, 269.1, 269.2, 271.2, 307.6, 317.1, 319.1, 385.1, 386.1, 405.1, 425.1, 427.3, 442, 445.2-445.2.1, 739.1, 739.2 və 741-ci, MülkiProsesual Məcəllənin 76.1, 76.2, 77.1, 81, 88, 103.1, 107, 108.1-108.1.1, 108.2, 112.1112.1.1, 115.0-115.0.1, 119.1, 119.2, 218.1, 220.4, 220.5 və 222.2-ci, “İpoteka haqqında” Qanunun 1.0.6, 4.1.1, 4.1.2, 4.1.4, 10, 34.1-34.1.1, 39.3 və 39.3.3, 47.5-ci, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1 və 8.1.3-cü maddələrinə, Azər baycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan conra Konstitusiya Məhkəməsi Plenumu) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 9 aprel tarixli Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin “Yvon Fransaya qarşı” iş üzrə 2003-cü il 24 aprel tarixli (&37), “X4rşı” iş üzrə 2010-cu il 16 fevral tarixli və "Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli Qərarlarına istinadla əsaslandırmışdır.
25. Cavabdehlər apellyasiya şikayəti verərək e-2-2(123)-47/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnamənin ləğv edilməsini, işdə olan və təqdim edilmiş sübutlar əsasında yeni qətnamə qəbul olunmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri
26. İşin halları üzrə - xx.xx.2023 -cü il tarixli RB/BM-00241 saylı baş kredit müqaviləsinə əsasən iddiaçı ilə cavabdehin (Cavabdeh1) aralarında bağlanmış xx.xx.2023-cü il tarixli RB/BM-00241 saylı kredit müqaviləsi üzrə verilmiş kredit məbləğinin ödənilməmiş əsas və faiz hissəsi artıq hesablanmışdır. Bu hal iddiaçının cavabdehlərdən müştərək qaydada tələb etdiyi borc məbləği ilə Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 137 nömrəli ekspert rəyi arasında yaranmış fərqlə təsdiq edilmişdir. Belə bir vəziyyətdə məhkəmə tərəfindən iddiaçının tələb məbləğini əsas götürməsi tamamilə qanunsuzdur. Çünki yaranmış ziddiyyətlərin aradan qaldırılması xüsusi bilik tələb etdiyindən məhkəmə bu hal üzrə yekun nəticəyə gəlməməklə, iş üzrə təkrar məhkəmə-mühasibat ekspertizası təyin etməli idi.
27. Mülki Məcəllənin 319.2-ci maddəsi üzrə - birinci instansiya məhkəməsi əmlakın açıq hərracda satılması nəticəsinə gəlməzdən, əmlakın iddiaçının qarşılıqlı qazılıq əsasında bazar qiymətinə satılması üçün cavabdehlərə şərait yaratmaq imkanını təmin edə bilərdi. Lakin məhkəmə bu imkanı təmin etməməklə, göstərilən maddənin tələblərinin pozulmasına yol vermişdir. 28. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12ci maddəsi üzrə - ipoteka predmeti "xxxx" MMC tərəfindən faktiki dəyərindən iki dəfə aşağı qiymətləndirilmişdir.
29. Mülki-Prosessual Məcəllənin 9.1, 9.2, 9.3-cü maddələri üzrə - birinci instansiya məhkəməsi cavabdehlərin iştirakı olmadan işə baxıb qətnamə qəbul etmişdir.
30. Mülki-Prosessual Məcəllənin 14.2 və 88-ci maddələri üzrə - məhkəmə özü sübut topl amamalı, tərəflərə sübutları təqdim etmək üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir.
31. Mülki-Prosessual Məcəllənin 97.1-ci maddəsi üzrə - işə baxılarkən xüsusi bilik tələb olunan sualların izah edilməsi mütəxəssisin səlahiyyətinə aid edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi
33. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, iddiaçının nümayəndəsi, cavabdehlər və cavabdehlərin vəkil-nümayəndəsi məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki-Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən on ların iştirakları olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
34. İş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur.
35. Apellyasiya baxışında; - komission məhkəmə-mühasibat ekspertizasının təyin olunması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/5209 nömrəli, 2025-ci il 27 noyabr tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, “kreditin tarixi” vərəqəsi məlumatları və xx.xx.2023cü il tarixli RB/MB-00241/1 saylı kredit razılaşmasında qeyd olunan ş ərtlərə əsasən Cavabdeh1 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə olan borcu 45.688,79 AZN məbləğində müəyyən olunur, o cümlədən: əsas borc 42.839,93 AZN, faiz borcu 2848,86 AZN təşkil edir. Aparılmış tədqiqatın dəyəri 100 manatdır. - təkrar məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilməsi ilə əlaqədar "xxxx" MMC tərəfindən verilmiş 26/BD nömrəli, 2025-ci il 1 dekabr tarixli daşınmaz əmlakın qiymətləndirilməsi hesabatı ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 2-ci kvartal, ev 466 (yeni qaydalarla: AZ1039, ünvan 1 ünvanındakı, 0.12 ha torpaq sahəsi üzərində yerləşən, Cavabdeh1 məxsus 65.30 m2 ümumi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin xx.xx.2025-ci il tarixə olan bazar dəyəri 55.000 manat, likvid dəyəri 47.000 m anat təşkil edir. 1457 nömrəli xx.xx.2025-ci il tarixli hesab-fakturaya əsasən, aparılmış tədqiqatın dəyəri 500 manatdır. Göstərilən ekspert rəyi və qiymətləndirmə hesabatı üzrə heç bir etiraz daxil olmamışdır. - iddiaçının təqdim etdiyi MD161225-260 nömrəli xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, təkrar məhkəmə-qiymətləndirmə ekspertizası təyin olunması ilə bağlı aparılmış tədqiqat üzrə 500 manat xərcin 260 manatı iddiaçı tərəfindən "xxxx" MMCyə ödənilmişdir. Apellyasiya baxışının hədləri
36. Kollegiya Mülki-Prosessual Məcəllənin 372.6-372.7-ci maddələrinin tələblərini nəzərə alaraq apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən onun əsaslılığını tam, həmçinin şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin maddi və prosessual hüqu q normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq
37. Mülki Məcəllə; Maddə
279. Girovla təmin edilən tələb Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Maddə
295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə
317. İpoteka ilə yüklü ol an əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə
319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 319.2. İpoteka ilə təmin edilən tələb icra edilmədikdə, ipoteka saxlayan və borclu ipoteka tələbi təmin edilən anda satışın açıq hərracdan fərqli olan başqa formaları barədə razılığa gələ bilərlər. Razılıqda həmçinin nəzərdə tutula bilər ki, ipoteka predmeti borclunun borclarının tam hesablanması şərtilə bazar qiymə tinə satılsın və (və ya) satış zamanı ipoteka predmeti olmuş mənzili (yaşayış sahəsini) əldə edən şəxs qarşısında gələcəkdə borcluya və onun ailə üzvlərinə həmin mənzilin (yaşayış sahəsinin) kirayəçisi olmaq hüququ verən şərt qoyulsun. Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtl ərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə
427. Öhdəliyin icrası müddəti 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 4 48.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Madd ə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır... (maddənin bu mətni 2023-cü il oktyabrın 1-dək qüvvədə olmuşdur). Maddə
743. Kredit müqaviləsinin anlayışı 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür (2023-cü ilin oktyabrın 1-dən qüvvəyə minmişdir).
38. Mülki-Prosessual Məcəllə; Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübutetmə vəzifəsi 77.
1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə
115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə
185. İşdə iştirak edən şəxslərin, nümayəndələrin və vəkillərin məhkəmə iclasına gəlməməsinin nəticələri 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzr ə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə
222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Maddə
226. Bir neçə iddiaçının xeyrinə və ya bir neçə cavabdehə qarşı çıxarılan qətnamə 226.2. Məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkə məsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.... 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə
384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi:... 384.0.3. qətnaməni dəyişdirə bilər;... Maddə
393. Apellyasiya instansiyası m əhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsi Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə
402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə
405. Kassasiya şikayəti vermə müddəti 405.0. Apellyasiya instan siyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;... Maddə
406. Kassasiya şikayəti vermə qaydası 406.1. Kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 39. “İpoteka haqqında” Qanun; M a d d ə
34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;
40. Q iymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu (bundan sonra “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun); Maddə
4. Qiymətləndirmə fəaliyyətinin istiqamətləri 4.1. Qiymətləndirmə fəaliyyəti aşağıdakı istiqamətlərdə həyata keçirilir:... 4.1.2. daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi;...
41. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Bu maddənin mənasına görə, “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülməlidir. Gələcəkdə yaranacaq əsas öhdəliyi təmin edən zaminlik müqaviləsi üzrə öhdəlik həmin müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmalı əsas öhdəliyin yarandığı andan əmələ gəlir. Bu halda kreditor zaminə qarşı olan tələblərini yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə müvafiq olaraq borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə irəli sürə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.
43. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq kommersiya mübahisəsinə dair işin həlli ilə bağlı aşağıdakıları qeyd edir.
44. Hazırkı iş üzrə mübahisə iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023cü il tarixli RB/BM-00241 saylı baş kredit müqaviləsi əsasında bağlanan xx.xx.2023-cü il tarixli RB/BM-00241/1 saylı kredit (razılaşma) müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (zamindən) xx.xx.2024-cü il tarixə tələb olunan “əsas və faiz borcu” məbləğlərindən ibarət olan pul vəsaitinin iddiaçıya ödənilməsi, habelə tələbin ilkin satış qiyməti müəyyənləşdirilməklə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sav alan yaşayış massivi, 2-ci kvartal, ev 466 - yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sara Aşurbəyli küçəsi, 6 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına göstərilən borcun və məhkəmə xərclərinin iddiaçıya ödənilməsi ilə bağlıdır.
45. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış göstərilən baş kredit və kredit (razılaşma), zaminlik və ipoteka müqavilələri Mülki Məcəllədə müəyyənləşdirilmiş tələblərə əməl olunmaqla bağlanmış etibarlı əqdlər olmaqla həmin müqavilələrin etibarsızlığına dəlalət edən hər hansı bir hal müəyyən edilməmişdir.
46. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə g örə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında icra edilir. Yəni qanunvericiliyin tələbinə görə, müqavilə münasibətlərindən irəli gələn mübahisələrin həlli zamanı məhkəmələr ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas götürməlidirlər.
47. Baş kredit müqaviləsinə əsasən, iddiaçı ilə Cavabdeh1 borcverənin bu müqavilənin əsasında və bu müqavilənin ayrılmaz tərkib hissələri hesab edilən borcverənlə bağlanılacaq ayrıca razılaşmalar üzrə verilməsi üçün borcalana maksimal məbləği 50.000 manat, qaytarılma müddəti 60 ayadək və kredit üzrə ödəniləcək illik faiz dərəcəsi 30%-dək təşkil edən, bərpa olunan zəmanət limitini ayırması, borcalanın isə razılaşmalar üzrə limit çərçivəsində borcverən tərəfindən verilən kreditdən bu mü qavilədə və razılaşmalarda nəzərdə tutulmuş şərtlər daxilində istifada etməsi və krediti qaytarması, borcalanın bu müqavilə, o cümlədən razılaşmalar üzrə öhdəliklərinin icrasının əsas təminatının ipoteka predmeti və Cavabdeh2 zaminliyinin olması barədə razılığa gəlmişlər (müqavilənin 1.1-1.1.3, 2.1-ci bəndləri).
48. İddiaçı ilə cavabdehlər arasında bağlanmış xx.xx.2023-cü il tarixli baş kredit müqaviləsi üzrə zaminlik müqaviləsinə görə, həmin müqavilənin predmeti iddiaçı və Cavabdeh1 arasında bağlanılan baş kredit müqaviləsinə, o cümlədən həmin müqavilə əsasında bağlanacaq razılaşmalara (kredit müqavilələrinə) əsasən, borcverən qarşısında kredit öhdəliyi olan borcalan tərəfindən bu öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. Zaminl iklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan borcverən qarşısında birgə məsuliyyət daşıyırlar. Faizlərin, vaxtı keçmiş faizlərin, dəbbə (penya) pullarının və cərimələrin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində borcverənə dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin borcverən qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır (müqavilənin 1.1, 4.1 və 4.2-ci bəndləri).
49. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsinə görə, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan ipoteka predmetini baş kredit müqavilasinə, o cümlədən həmin müqavilə əsasında bağlanacaq razılaşmalara (kredit müqavilələrinə) əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana (borcverənə) sonrakı ipotekaya verir. İpoteka saxlayanın tələbi əsas borc, faizlər, dəbbə pulu, vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinin saxlanılması və salamatlılığının təmin edilməsi xərclərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə və digər xərclərin ödənilməsi daxil edilməklə tam həcmdə təmin edilir (müqavilənin 1.1, 2.1 və 4-cü bəndləri). 50. xx.xx.2023-cü il tarixli yeniləmə və dəyişdirmə barədə sazişə görə, iddiaçı ilə Cavabdeh1 razılığa gəlmişlər ki, Mülki Məcəlləyə edilmiş və xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş dəyişikliklərin tətbiqi və gələcəkdə kredit götürülməsi ilə bağlı rəsmiləşdirmə proseslərinin təkmilləşdirilməsi məqsədilə tərəflər arasında bağlanılmış ilkin baş kredit müqaviləsi bu saziş imzalandığı tarixdən yenilənmiş redaksiyada qəbul olunur. İlkin baş kredit müqaviləsinin yenilənməsi borcalanın, zaminin, ipoteka qoyanın yaranmış öhdəliklərinin yenilənməsi, dəyişdirilməsi, azalması və ləğvi üçün əsas deyildir. İlkin baş kredit müqaviləsi yenilənərək tərəflər arasında bu sazişin 1 saylı əlavəsi olan “Kredit məhsulları üzrə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər” və 2 saylı əlavəsi olan “Kredit limitinin ayrılması müqaviləsi” imzalanır. İlkin baş kredit müqaviləsi və yeni imzalanacaq sənədlər bir bütün hesab olunur və xx.xx.2023-cü il tarixdən sonra yaranan münasibətlər üzrə ilkin baş kredit müqaviləsi ilə yeni imzalanacaq sənədlər arasında ziddiyyət yaranacağı tə qdirdə “Kredit məhsulları üzrə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər” və “Kredit limitinin ayrılması müqaviləsi” üstün götürülür (müqavilənin 1.1, 1.3 və 1.4-cü bəndləri).
51. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə (razılaşmaya) əsasən, kreditin məbləği 50.000 manat, illik faiz dərəcəsi 18%, təminatı RB/BM-00241 nömrəli xx.xx.2023-cü il tarixli kredit limitinin ayrılması üzrə razılaşmanın təminatları, təyinatı dövriyyə vəsaitlərinin artırılması, müddəti 36 ay, FİFD 19% və ödəniş qaydası annuitetdən (1807,62 man.) ibarət olmaqla müəyyən edilmiş və Cavabdeh1 aldığı krediti ümumi şərtlərdə və bu razılaşmada nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “kreditin ödəniş cədvəli”nə uyğun olaraq banka qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri, gecikmə faizlərini, habelə digər ödənişləri ödəməyi öhdəsinə götürmüşdür. (müqavilənin 1.1-1.2, 1.5-1.9 və 3.1-ci bəndləri).
52. İş materiallarından məlum olur ki, Cavabdeh1 Mülki Məcəllənin 425.1 və 427.3cü maddələrinin tələblərinə əməl etməyərək iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmişdir, iddiaçı isə öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malikdir (baş kredit müqaviləsinin 1.2, 1.2.7 və 1.4cü, ipoteka müqaviləsinin 9.3-9.3.2-ci, kredit müqaviləsinin 3.1-ci bəndləri).
53. Mülki-Prosessual Məcəllənin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan ma ddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan xx.xx.2023-cü il tarixli baş kredit müqaviləsinə münasibətdə kollegiya nəzərə alır ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borcverən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borcalana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Mülki Məcəllənin 739.1 və 739.2-ci maddələri - 2023-cü il oktyabrın 1-dək qüvvədə olmuşdur). xx.xx.2023-cü il tarixli razılaşma (kredit müqaviləsinə) müna sibətdə isə qeyd olunur ki, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür (Mülki Məcəllənin 743.1-ci maddəsi - 2023-cü ilin oktyabrın 1-dən qüvvəyə minmişdir).
54. Öhdəliyin icrasının zaminliklə təmin edilməsi ilə bağlı qeyd olunur ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Borclu zaminliklə təmin edilmiş öhd əliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (Mülki Məcəllənin 470.1, 470.2, 472.1 və 472.2-ci maddələri).
55. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Bu maddənin mənasına görə, “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülməlidir. Gələcəkdə yaranacaq əsas öhdəliyi təmin edən zaminlik müqaviləsi üzrə öhdəlik həmin müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmalı əsas öhdəliyin yarandığı andan əmələ gəlir. Bu halda kreditor zaminə qarşı olan tələblərini yalnız Mülki Məcəllənin 472.1-ci maddəsinə müvafiq olaraq borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə irəli sürə bilər.
56. Öhdəliyin icrasının girov (ipoteka) ilə təmin edilməsi üzrə kollegiya tərəfindən Mülki Məcəllənin 279, 295, 317.1 və 319.1-ci maddələrinə istinad olunur (bax qətnamənin 37-ci bəndi). Həmçinin “İpoteka haqqında” Qanunun 34.1-34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır.
57. Cavabdeh1 tərəfindən öhdəliklərin lazımınca icra edilməməsinə münasibətdə isə kollegiya tərəfindən Mülki Məcəllənin 385.1, 425.1, 427.3, 442, 448.1 və 448.2-ci maddələrinə istinad edilir (bax - qətnamənin 37-ci bəndi).
58. Apellyasiya şikayətinin “kredit müqaviləsi üzrə verilmiş kredit məbləğinin ödənilməmiş əsas və faiz hissəsinin artıq hesablanması və s.” (bax qətnamənin 26-cı bəndi) dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, iddiaçı tərəfindən cavabdehlərdən xx.xx.2024-cü il tarixli maliyyə arayışına müvafiq olaraq iddia tələbi üzrə əsas borca görə 42.255,26 manat, faiz borcuna görə 3287,11 manat olmaqla, cəmi 45542,37 manatın tutularaq iddiaçıya ödənilməsi xahiş olunmuş, birinci instansiya məhkəməsində 2025-ci il 24 yanvar tarixli qərardadla təyin edilmiş məhkəmə-mühasibat ekspertizasına əsasən verilmiş 137 nömrəli xx.xx.2025-ci il tarixli məhkəmə ekspertizasının rəyi ilə Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixə əsas borcunun 42.839,93 manat, faiz borcu nun 2.848,86 manat, cəmi borcunun 45.688,79 manat olması müəyyən edilmiş (İ cild, i/v.202203), birinci instansiya məhkəməsi “rəydə göstərilən ümumi məbləğin iddia tələbindən yüksək olduğuna” görə həmin rəyi sübut növü kimi qəbul etməyərək iddia tələbini qeyd olunan hissədə iddia ərizəsində göstərilən həcmdə təmin etmişdir.
59. Həmçinin qeyd olunan eyni bir qərardadla məhkəmə-mühasibat ekspertizası ilə yanaşı məhkəmə-qiymətləndirmə ekspertizası da təyin olunaraq iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, məhkəmə-mühasibat ekspertizasının keçirilməsi Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunsa da, faktiki olaraq həmin ekspertiza Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində də ke çirilərək 9/1389 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə olan borcu 45.647,54 manat məbləğində müəyyən olunur, o cümlədən əsas borc 42.255,26 manat və faiz borcu 3.392,28 manatdır (İ cild, i/v 225-226).
60. Apellyasiya baxışında komission məhkəmə-mühasibat ekspertizası təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/5209 nömrəli 2025-ci il 27 noyabr tarixli ekspert rəyi ilə 137 nömrəli xx.xx.2025-ci il tarixli məhkəmə ekspertizasının rəyində göstərilən eyni nəticəyə gəlinməklə müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə olan borcu 45.688,79 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc 42.839,93 manat, faiz borc u 2.848,86 manat təşkil edir.
61. Kollegiya komission məhkəmə-mühasibat ekspertizası üzrə verilmiş ekspert rəyini sübut növü kimi qəbul etməklə yanaşı, həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi ilkin məhkəmə-mühasibat ekspertizası üzrə Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə ekspertizasının rəyini sübut növü kimi qəbul etməməkdə haqlı olmamışdır.
62. Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlardan göründüyü kimi, iddia tələblərindən kənara çıxmaya qanuni haqq qazandıran heç bir müstəsna hal müəyyən olunmur. Ona görə də, kollegiya iddia tələbinin birin ci hissəsinə münasibətdə cavabdehlərdən əsas borca görə iddia tələbində göstərildiyi kimi 42.255,26 manat, faiz borcuna görə isə sonuncu ekspert rəyində göstərildiyi kimi 2.848,86 manat nəzərə alınmaqla iddianın qismən təmin olunmasını qanuni hesab edir.
63. Apellyasiya şikayətinin “Mülki Məcəllənin 319.2-ci maddəsinin tələblərinin pozulması - birinci instansiya məhkəməsinin əmlakın açıq hərracda satılması nəticəsinə gəlməzdən, əmlakın iddiaçının qarşılıqlı qazılıq əsasında bazar qiymətinə satılması üçün cavabdehlərə şərait yaratmaq imkanını təmin edə bilməsi, lakin məhkəmənin bu imkanı təmin etməməsi” dəlilinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya kredit öhdəliyi üzrə sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə edilmiş, iddia ərizəsi ilə məhkəməyə müraciət olunma zdan əvvəl Cavabdeh1 xx.xx.2024-cü il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş, cavabdehlərə xx.xx.2024-cü il tarixdə borcun ödənilməsi barədə bildiriş və xx.xx.2024-cü il tarixdə iddia ərizəsinin surəti göndərilmiş, lakin cavabdehlər tərəfindən öhdəliyin icrası ilə bağlı heç bir hərəkət edilməmişdir. 64. “İpoteka haqqında” Qanunun 41.4-cü maddəsinə görə isə, tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs, hərracların keçirilməsi qaydası, habelə hərrac baş tutmadıqda sonrakı prosedurlar, tərəflərin hüquq və vəzifələri və əmlakın satış qiyməti tərəflərin ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandıqdan sonra müəyyən edilən razılığı ilə müəyyən olunur.
65. Hazırkı kommersiya mübahisəsinə dair iş 2024-cü il 25 noyabr tarixdə birinci instansiya məhkəməsinin icraatına daxil olmuş və 2025-ci il 28 avqust tarixdə yekun məhkəmə aktı çıxarılmışdır. İş materiallarından isə bu 9 aydan artıq müddətdə də cavabdehlər tərəfindən borcun ödənilməsi və ipoteka predmetinin açıq hərracdan fərqli olan başqa formada, eləcə də bazar qiymətinə satılması ilə bağlı iddiaçıya müraciət edilməsi barədə heç bir hal müəyyən olunmur.
66. İddiaçı ilə cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinin 9.3-9.3.2-ci bəndlərinin, “İpoteka haqqında” Qanunun 34.1-34.1.3-cü və Mülki Məcəllənin 319.1-ci maddələrinin məzmununa əsasən, borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirdikdə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
67. Kollegiya şikayətin “Mülki-Prosessual Məcəllənin 9.1-9.3-cü maddələrinin tələblərinin pozulması - birinci instansiya məhkəməsinin cavabdehlərin iştirakı olmadan işə baxıb qətnamə qəbul etməsi” dəlilləri ilə bağlı qeyd edir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən 8 dəfə məhkəmə iclası təyin olunmuş, cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, heç bir iclasa gəlməmiş, gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişlər. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə görə isə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat o lmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
68. Apellyasiya şikayətinin “Mülki-Prosessual Məcəllənin 14.2 və 88-ci maddələrinin tələblərinin pozulması - məhkəmə özü sübut toplamamalı, tərəflərə sübutları təqdim etmək üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir” dəlilləri ilə əlaqədar kollegiya qeyd edir ki, işə baxılarkən birinci instansiya məhkəməsinin özü tərəfindən hər hansı sübutun “toplanması” halı müəyyən olunmamı şdır, yalnız məhkəməmühasibat və məhkəmə qiymətləndirmə ekspertizaları təyin edilmiş və müvafiq rəylər alınmışdır ki, bu da Mülki-Prosessual Məcəllənin 97.1-ci maddəsinin tələblərinə uyğundur.
69. Qeyd edildiyi kimi hazırkı kommersiya mübahisəsinə dair iş 2024-cü il 25 noyabr tarixdə məhkəmənin icraatına daxil olmuş və 2025-ci il 28 avqust tarixdə yekun məhkəmə aktı çıxarılmışdır. Həmin müddətdə cavabdehlər tərəfindən iş üzrə iddiaya qarşı heç bir etiraz, heç bir sübut göndərilməmiş və ya təqdim olunmamış, laqeyid münasibət sərgilənmiş və cavabdehlər heç bir məhkəmə iclasında iştirak etməmişlər. Ona görə də məhkəmənin “tərəflərə sübutları təqdim etmək üçün şərait yaratması” dedikdə, apellyatorların hansı şəraiti nəzərdə tutmaları anlaşılan deyil. İddiaçı iddia tələbi üzrə istinad etdiyi hallara dair sübutlarını məhkəməyə təqdim etmiş, məhkəmə isə sübutları Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinə müvafiq olaraq qiymətləndirmişdir.
70. Şikayətin “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin tələblərinin pozulması - ipoteka predmetinin "xxxx" MMC tərəfindən faktiki dəyərindən iki dəfə aşağı qiymətləndirilməsi dəlili ilə əlaqədar bildirilir ki, apellyatorlar tərəfindən qeyd olunan normanın pozulması və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməmişdir, ona görə də kollegiya tərəfindən həmin dəlilin hüquqi qiymətləndirilməsi aparılmır.
71. İpoteka predmetinin “dəyərindən iki dəfə aşağı qiymətləndirilməsi” dəlilinə münasibətdə isə apellyasiya baxışında təkrar məhkəmə-qiymətləndirmə ekspertizası təyi n olunmuş, qiymətləndirmənin aparılması xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsində nəzərdə tutulan qaydada "xxxx" MMC və ya "xxxx" MMC yaxud "xxxx" MMC-yə həvalə olunması üçün Azərbaycan Qiymətləndiricilər Palatasına tapşırılmış və "xxxx" MMC tərəfindən verilmiş 26/BD nömrəli, 2025-ci il 1 dekabr tarixli daşınmaz əmlakın qiymətləndirilməsi hesabatı ilə müəyyən olunmuşdur ki, ipoteka predmeti olan torpaq sahəsi və fərdi yaşayış evinin xx.xx.2025-ci il tarixə olan bazar dəyəri 55.000 manat, likvid dəyəri 47.000 manat təşkil edir. Həmin qiymətləndirmə hesabatının sübut kimi qəbul olunmasını kollegiya məqsədəmüvafiq hesab etmişdir.
72. Şikayətin “Mülki-Prosessual Məcəllənin 97.1-ci maddəsinin tələbinin pozulması işə baxılarkən xüsusi bilik tələb olunan sualların izah edilməsinin mütəxəssis in səlahiyyətinə aid edilməsi” dəlilinə münasibətdə kollegiya bildirir ki, 2023-cü il 8 dekabr tarixdə qəbul olunmuş “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun 2024-cü il 1 iyul tarixdən qüvvəyə minmiş, həmin Qanunun 4-cü maddəsinə əsasən, daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi qiymətləndirmə fəaliyyətinin istiqaməti kimi müəyyən olunmuşdur. Digər tərəfdən xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsinin 2.2-2.2.5-ci bəndlərində iddiaçı ilə Cavabdeh1 ipoteka predmetinə tutma yönəldiləcəyi halda, ipoteka predmetinin ilkin satış qiymətinin yuxarıda adları göstərilən müstəqil qiymətləndiricilərdən birinin rəyi əsasında müəyyən edilməsi barədə razılığa gəlmişlər.
73. Məhkəmə kollegiyası şərh olunanlara əsasən, istinad olunan qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, qətnamənin icrası zamanı anlaşılmazlığın yaranmaması üçün Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 nömrəli xx.xx.2005-ci il tarixli qərarının 5 və 6.8-ci bəndlərinin tələblərinə riayət edilməlidir. Qeyd olunan qərarın; 5-ci bəndinə görə, məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir. 6.8-ci bəndinə müvafiq olaraq, qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir.
74. Kollegiya qeyd edir ki, Mülki-Prosessual Məcəllədə qətnamənin dəyişdirilməsinin əsasları müəyyən edilməmiş dir. Apellyasiya instansiyası məhkəməsinin bu səlahiyyəti iddianın tam və ya qismən təmin olunması haqqında birinci instansiya məhkəməsinin qətnaməsində elə bir dəyişikliyin edilməsini nəzərdə tutur ki, bu zaman iddia həmin qətnamədə göstərilən qaydada deyil, fərqli qaydada təmin edilmiş olur. Başqa sözlə, qətnamənin dəyişdirildiyi halda apellyasiya instansiyası məhkəməsi hüquqların və vəzifələrin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş həcmini və ya həyata keçirilməsi mexanizmini (üsul və qaydalarını) dəyişdirir.
75. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki: - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, - Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-47/2025 nömrəli 2025-ci il 28 avqust tarixli qətnaməsi “İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 42.255,26 manat, faiz borcu üzrə 3.287,11 manat olmaqla, ümumilikdə 45.542,37 manat alınıb iddiaçı "Rabitəbank” ASC-yə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 227 manat məbləğində dövlət rüsumu və 51 manat məbləğində xidmət haqqı alınaraq iddiaçı "Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2025-ci il tarixli 137 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X7 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.Wİ.F.T BİK: NAXCAZ21) ödənilsin. "Real Prays” MMC-nin 14 iyul 2025-ci il tarixli, FŞ 0716 saylı qiymətləndirmə hesabatına əsasən müəyyən olunmuş 500 manat məbləğində xərc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb iddiaçı "Rabitəbank” ASC-yə ödənilsin. Cavabdehlərdən alınması qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma mülkiyyət hüququ Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 2-ci kvartalda yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, xüsusi mülkiyyətli 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində ümumi sahəsi 65.30 kv.m xüsusi mülkiyyətli 466 nömrəli, yeni qaydalarla: AZ1039, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sara Aşurbəyli küçəsi 6 fərdi yaşayış evinə yönəldilsin. Həmin fərdi yaşayış evinin satış qiyməti 45000 manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılsın” hissələrində dəyişdirilməli, - İddia qismən təmin olunmalı, - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 42.255,26 manat, faiz borcu üzrə 2.848,86 manat olmaqla, ümumilikdə 45.104,12 manat alınıb iddiaçı "Rabitəbank” ASC-yə ödənilməli, - ödənilmiş tələblərin məbləğinə (99,04%) mütənasib olaraq; iddia ərizəsinin verilməsinə görə ödənilən 227 manat dövlət rüsumunun 2,18 manatı iddiaçının özünə aid edilməli, 224,82 manatı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Bakı Şəhər Ərazi İdarəsinə bildirişin qeydə alınması üçün ödənilmiş 51 (15+36) manat dövlət rüsumu və xidmət haqqı Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb "Rabitəbank” ASC-yə ödənilməli, - Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2025-ci il tarixli 137 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən, aparılmış tədqiqatın dəyəri olan 60 manatın 59,42 manatı müştərək qaydada Cavabdeh1 və Cavabdeh2, 0,58 manatı "Rabitəbank” ASC-dən alınıb Naxçıvan MR Maliyyə Nazirliyinin (VÖEN **********, hesab AZ21NABZ********************) X7 MR İdarəsində olan hesabına (Kod 502906, VÖEN **********, Müxbir hesab AZ88NABZ***** ***************, SWİFT BİK NAXCAZ21) ödənilməli, - "Real Prays” MMC-nin 14 iyul 2025-ci il tarixli FŞ 0716 saylı qiymətləndirmə hesabatına əsasən müəyyən olunmuş 500 manat xərcin 495,20 manatı Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb "Rabitəbank” ASC-yə ödənilməli, 4,80 manatı iddiaçının özünə aid edilməli, - cavabdehlərdən alınması qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma Cavabdeh1 xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 2-ci kvartal, ev 466 - yeni qaydalarla: AZ1039, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sara Aşurbəyli küçəsi, 6 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və ümumi sahəsi 65.30 m2 olan fərdi yaşayış evinə yönəldilməli, - həmin torpaq sahəsi və fərdi yaşayış evinin satış qiyməti (likvid dəyər i) 47.000 manat müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılmalı, - qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, - apellyasiya baxışı zamanı 2025-ci il 4 noyabr tarixli qərardadla təyin edilmiş; Təkrar məhkəmə-qiymətləndirmə ekspertizasına görə ipoteka predmetinin qiymətləndirilməsi üzrə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 500 manat xərcin 255,20 manatı alınıb İddiaçı ASC-yə, 240 manatı tutularaq "xxxx" MMC-nin (VÖEN **********) "xxxx" ASC-nin Müştəri Xidməti Departamentindəki hesabına (kod 805250, müxbir hesab AZ03NABZ********************, hesab AZ20İBAZ********************, SWİFT İBAZAZ2X) ödənilməli, - komission məhkəmə-mühasibat ekspertizasına görə aparılmış tədqiqatın dəyəri olan 100 manatın 99,04 manatı müştərək qaydada Cavabdeh1 və Cavabdeh2, 0,96 manatı İddiaçı ASC-də n tutularaq - büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı - X2 (kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22), Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, hesab AZ34CTRE********************) hesabına keçirilməli, - apellyasiya şikayəti verilərkən Cavabdeh1 tərəfindən ödənilmiş 113,50 manat dövlət rüsumunun 112,41 manatı cavabdehin özünə aid edilməli, 1,09 manat İddiaçı ASCdən alınıb Cavabdeh1 verilməlidir. Nəticəvi hissə
76. Mülki Prosessual Məcəllənin 365, 382, 384.0 və 384.0.3, 392, 393, 402.1, 405.0-405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən tə min olunsun. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-47/2025 nömrəli 2025-ci il 28 avqust tarixli qətnaməsi “İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 42.255,26 (qırx iki min iki yüz əlli beş manat iyirmi altı qəpik) manat, faiz borcu üzrə 3.287,11 (üç min iki yüz səksən yeddi manat on bir qəpik) manat olmaqla, ümumilikdə 45.542,37 (qırx beş min beş yüz qırx iki manat otuz yeddi qəpik) manat alınıb iddiaçı "Rabitəbank” ASC-yə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 227 (iki yüz iyirmi yeddi) manat məbləğində dövlət rüsumu və 51 (əlli bir) manat məbləğində xidmət haqqı alınaraq İddiaçı "Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə E kspertizası Mərkəzinin 11 mart 2025-ci il tarixli 137 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X7 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.Wİ.F.T BİK: NAXCAZ21) ödənilsin. "Real Prays” MMC-nin 14 iyul 2025-ci il tarixli, FŞ 0716 saylı qiymətləndirmə hesabatına əsasən müəyyən olunmuş 500 manat məbləğində xərc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb iddiaçı "Rabitəbank” ASC-yə ödənilsin. Cavabdehlərdən al ınması qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma mülkiyyət hüququ Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 2-ci kvartalda yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, xüsusi mülkiyyətli 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində ümumi sahəsi 65.30 kv.m xüsusi mülkiyyətli 466 nömrəli, yeni qaydalarla: AZ1039, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sara Aşurbəyli küçəsi 6 fərdi yaşayış evinə yönəldilsin. Həmin fərdi yaşayış evinin satış qiyməti 45000 (qırx beş min) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılsın” hissələrində dəyişdirilsin. İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 42.255,26 (qırx iki min iki yüz əlli beş manat iyirmi altı qəpik) ma nat, faiz borcu üzrə 2.848,86 (iki min səkkiz yüz qırx səkkiz manat səksən altı qəpik) manat olmaqla, ümumilikdə 45.104,12 (qırx beş min yüz dörd manat on iki qəpik) manat alınıb iddiaçı "Rabitəbank” ASC-yə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilən 227 (iki yüz iyirmi yeddi) manat dövlət rüsumunun 2,18 (iki manat on səkkiz qəpik) manatı iddiaçının özünə aid edilsin, 224,82 (iki yüz iyirmi dörd manat səksən iki qəpik) manatı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Bakı Şəhər Ərazi İdarəsinə bildirişin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat dövlət rüsumu və xidmət haqqı Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb "Rabitəbank” ASC-yə ödən ilsin. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2025ci il tarixli 137 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən, aparılmış tədqiqatın dəyəri olan 60 (altmış) manatın 59,42 (əlli doqquz manat qırx iki qəpik) manatı müştərək qaydada Cavabdeh1 və Cavabdeh2, 0,58 (əlli səkkiz qəpik) manatı "Rabitəbank” ASC-dən alınıb Naxçıvan MR Maliyyə Nazirliyinin (VÖEN **********, hesab AZ21NABZ********************) X7 MR İdarəsində olan hesabına (Kod 502906, VÖEN **********, Müxbir hesab AZ88NABZ********************, SWİFT BİK NAXCAZ21) ödənilsin. "Real Prays” MMC-nin 14 iyul 2025-ci il tarixli FŞ 0716 saylı qiymətləndirmə hesabatına əsasən müəyyən olunmuş 500 (beş yüz) manat xərcin 495,20 (dörd yüz doxsan beş manat iyirmi qəpik) manatı Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb "Rabitəbank” ASC-yə ödənilsin, 4,80 (dörd manat səksən qəpik) manatı iddiaçının özünə aid edilsin. Cavabdehlərdən alınması qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma Cavabdeh1 xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 2-ci kvartal, ev 466 - yeni qaydalarla: AZ1039, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sara Aşurbəyli küçəsi, 6 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və ümumi sahəsi 65.30 m2 olan fərdi yaşayış evinə yönəldilsin. Həmin torpaq sahəsi və fərdi yaşayış evinin satış qiyməti (likvid dəyəri) 47.000 (qırx yeddi min) manat müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı 2025-ci il 4 noyabr tarixli qərardadla təyin edilmiş; Təkrar məhkəmə-qiymətləndirmə ekspertizasına görə ipoteka predmetinin qiymətləndirilməsi üzrə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 500 (beş yüz) manat xərcin 255,20 (iki yüz əlli beş manat iyirmi qəpik) manatı alınıb İddiaçı ASC-yə, 240 (iki yüz qırx) manatı tutularaq "xxxx" MMC-nin (VÖEN **********) "xxxx" ASC-nin Müştəri Xidməti Departamentindəki hesabına (kod 805250, müxbir hesab AZ03NABZ********************, hesab AZ20İBAZ********************, SWİFT İBAZAZ2X) ödənilsin. Komission məhkəmə-mühasibat ekspertizasına görə aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) manatın 99,04 (doxsan doqquz manat dörd qəpik) manatı müştərək qaydada Cavabdeh1 və Cavabdeh2, 0,96 (doxsan altı qəpik) manatı İddiaçı ASC-dən tutularaq - büdcə təsnifatının kodu 14259 5, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı - X2 (kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22), Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, hesab AZ34CTRE********************) hesabına keçirilsin. Apellyasiya şikayəti verilərkən Cavabdeh1 tərəfindən ödənilmiş 113,50 (yüz on üç manat əlli qəpik) manat dövlət rüsumunun 112,41 (yüz on iki manat qırx bir qəpik) manatı cavabdehin özünə aid edilsin, 1,09 (bir manat doqquz qəpik) manat İddiaçı ASC-dən alınıb Cavabdeh1 verilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi gündən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı gündən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi gündən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı gündən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.