Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-2067/2025 12.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2, üçüncü şəxs Daşkəsən Bələdiyyəsinə qarşı iş üzrə QƏTNAMƏSI Açar sözlər: inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi və yoldan istifadəyə yaradılan maneənin aradan qaldırılması tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və X1 ibarət tərkibdə, X2 qızının katibliyi, Iddiaçı İddiaçı, onun nümayəndəsi (arvadı) X4, cavabdeh cavabdeh1 və digər cavabdeh cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (qızı) Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi və yoldan istifadəyə yaradılan maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)- **/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə ## ###### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ####### 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsi və 41,5 kv.metr fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ## ####### 2019-ci il tarixli, 14444 inventar nömrəli, 506013016772-***** reyestr nömrəli İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin Texniki Pasportunun surətlərindən görünür ki, fərdi yaşayış evi 1959-cu ildə tikilmişdir. Hazırda İddiaçı mülkiyyətində olan həmin evin həyətyanı torpaq sahəsinə aid yol vardır.
3. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Gəncə Ərazi Idarəsinin ## #### 2025-ci il tarixli *-**-*-**/*-****/**** nömrəli məktubundan görünür ki, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin Texniki pasport sənədində göstərilən yolun en uzunluğu və naturada yerləşmə mövqeyi, texniki pasportda qeyd olunan miqyasa (1:1000) və ölçülərə istinadən müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, Texniki pasport sənədində göstərilən yolun eni 5,0 (beş) metr, uzunluğu 35.0 (otuz beş) metr olduğu müəyyən edilmişdir. Həmin yol ilə cavabdehin faktiki istifadəsində olan tikilinin (qaraj) 10.6 kv.m hissədə üst-üstə düşməsi halı müəyyən olunmuşdur. Həmin yol İddiaçı mülkiyyətinə aid deyildir. Əlavə olaraq qeyd edilir ki, Texniki pasport sənədində göstərilən yol, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUIS və AZCAD) məlumatlarında bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olaraq göstərilmişdir.
4. Daşkəsən rayon Texniki Inventarlaşdırma bürosunun ## ###### 1990-cı il tarixli 41 inventar nömrəli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki pasportun surətindən görünür ki, Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbəsində yerləşən 22,6 kv.m, ümumi sahəsi 41,5 kv.m olan fərdi yaşayış evinin yardımçı tikililəri sırasında qarajın olması qeyd olunmuşdur.
5. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-028D Seriyalı KOD 50602018 olan Şəhadətnamənin surətindən görünür ki, Daşkəsən rayon Aqrar islahat Komissiyasının ## #### 1998-ci il tarixli ** saylı qərarı ilə cavabdeh1, X3, X5 və X6 birgə mülkiyyətinə Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbəsi ərazisindən 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir.
6. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Msələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Gəncə Ərazi Idarəsinin ## ##### 2025-ci il tarixli *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyindən görünür ki, cavabdeh cavabdeh1 tərəfindən inşa edilmiş, faktiki istifadəsində olan hamam, tövlə və sanitar qovşağın yerləşdiyi torpaq sahəsi Daşkəsən rayonu Aşağı Daşkəsən kəndi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş kompleks yerqurluşu layihəsinə və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-028D (kod ********) nömrəli Şəhadətnaməyə əsasən cavabdeh1 və ailə üzvülərinin mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsində yerləşmir. Cavabdeh cavabdeh1 tərəfindən inşa edilmiş, faktiki istifadəsində olan hamam, tövlə və sanitar qovşağın yerləşdiyi torpaq sahəsi Daşkəsən rayonu Aşağı Daşkəsən kəndi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş kompleks yerqurluşu layihəsinə və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-028D (kod ********) nömrəli Şəhadətnamənin planına əsasən ***BB nömrəli Bələdiyyə balansında (bələdiyyə mülkiyyətində) olan torpaq sahəsində yerləşir.Cavabdeh cavabdeh1 tərəfindən inşa edilmiş, faktiki istifadəsində olan hamam, tövlə və sanitar qovşağın yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin ##.##.2016-cı il tarixli *** nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr üçotu informasiya sistemi (TEKUIS və AZCAD) məlumatlarına istinadən bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Iddiaçının gediş-gəliş yolu kimi istifadə etmək istədiyi mübahisəli sahə torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUIS və AZCAD) məlumatlarında bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla həyətyanı sahə kimi göstərilmişdir. Iddiaçının gediş-gəliş yolu kimi istifadə etmək istədiyi mübahisəli sahə “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrində 506013016772- ***** reyestr nömrəli, ##.##.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın, ##.##.2019-cu il tarixli Texniki Pasport sənədinə əsasən İddiaçı mülkiyyətində olan 0,07 ha torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən edilmişdir.
7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Gəncə Ərazi Idarəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin cizgi planında görünür ki, Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbəsində “Torpağın mülkiyyətə verilməsinə dair” JN-028D (kod ********) nömrəli Şəhadətnaməyə əsasən cavabdeh1 və ailə üzvülərinin mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsi yolun üst hissəsində, 506013016772-***** reyestr nömrəli Çıxarışın ##.##.2019-cu il tarixli Texniki Pasport sənədinə əsasən İddiaçı mülkiyyətində olan 0,07 ha torpaq sahəsi isə yolun alt hissəsində yerləşir.
8. Daşkəsən rayon Texniki Inventarlaşdırma bürosunun ## ###### 1990-cı il tarixli 41 inventar nömrəli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki pasportun surətindən görünür ki, Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbəsində yerləşən 22,6 kv.m, ümumi sahəsi 41,5 kv.m olan fərdi yaşayış evinin yardımçı tikililəri sırasında qarajın olması qeyd olunmuşdur. Işə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-028D Seriyalı KOD 50602018 olan Şəhadətnamənin surətindən görünür ki, Daşkəsən rayon Aqrar islahat Komissiyasının ## #### 1998-ci il tarixli ** saylı qərarı ilə cavabdeh1, X3, X5 və X6 birgə mülkiyyətinə Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbəsi ərazisindən 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir.
9. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Gəncə Ərazi Idarəsinin ## ##### 2025-ci il tarixli *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyindən görünür ki, cavabdeh cavabdeh1 tərəfindən inşa edilmiş, faktiki istifadəsində olan hamam, tövlə və sanitar qovşağın yerləşdiyi torpaq sahəsi Daşkəsən rayonu Aşağı Daşkəsən kəndi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş kompleks yerqurluşu layihəsinə və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-028D (kod ********) nömrəli Şəhadətnaməyə əsasən cavabdeh1 və ailə üzvülərinin mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsində yerləşmir. Cavabdeh cavabdeh1 tərəfindən inşa edilmiş, faktiki istifadəsində olan hamam, tövlə və sanitar qovşağın yerləşdiyi torpaq sahəsi Daşkəsən rayonu Aşağı Daşkəsən kəndi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş kompleks yerqurluşu layihəsinə və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-028D (kod ********) nömrəli Şəhadətnamənin planına əsasən ***BB nömrəli Bələdiyyə balansında (bələdiyyə mülkiyyətində) olan torpaq sahəsində yerləşir.Cavabdeh cavabdeh1 tərəfindən inşa edilmiş, faktiki istifadəsində olan hamam, tövlə və sanitar qovşağın yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin ##.##.2016-cı il tarixli *** nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr üçotu informasiya sistemi (TEKUIS və AZCAD) məlumatlarına istinadən bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Iddiaçının gediş-gəliş yolu kimi istifadə etmək istədiyi mübahisəli sahə torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUIS və AZCAD) məlumatlarında bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla həyətyanı sahə kimi göstərilmişdir. Iddiaçının gediş-gəliş yolu kimi istifadə etmək istədiyi mübahisəli sahə “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrində 506013016772- ***** reyestr nömrəli, ##.##.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın, ##.##.2019-cu il tarixli Texniki Pasport sənədinə əsasən İddiaçı mülkiyyətində olan 0,07 ha torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən edilmişdir.
10. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Gəncə Ərazi Idarəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin cizgi planında görünür ki, Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbəsində “Torpağın mülkiyyətə verilməsinə dair” JN-028D (kod ********) nömrəli Şəhadətnaməyə əsasən cavabdeh1 və ailə üzvülərinin mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsi yolun üst hissəsində, 506013016772-***** reyestr nömrəli Çıxarışın ##.##.2019- cu il tarixli Texniki Pasport sənədinə əsasən İddiaçı mülkiyyətində olan 0,07 ha torpaq sahəsi isə yolun alt hissəsində yerləşir. cavabdeh1 üzvlərinin birgə mülkiyyətində Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi vardır. Tərəflərin mülkiyyətində olan torpaq sahələrinin bir-biri ilə qonşu sərhədləri mövcud deyildir. Onlar arasında yerləşən torpaq sahələri bələdiyyə mülkiyyətində olan torpaq sahələridir. Iddiaçı İddiaçı məxsus fərdi yaşayış evinin Texniki pasport sənədində onun mülkiyyətində olan torpaq sahəsinə yönələn yolun olması göstərilmişdir. Göstərilən yolun eninin 5.0 metr, uzunluğunun 35.0 metr olması və naturada yerləşmə mövqeyi, texniki pasportda qeyd olunan miqyasa və ölçülərə istinadən mütəxəssislər tərəfindən müəyyən edilmişdir. Həmin yolun üzərində iddiaçıya məxsus tikilinin (qarajın) bir hissəsinin yerləşməsi halı da müəyyən olunmuşdur. Texniki pasport sənədində göstərilən yol, torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olaraq göstərilmişdir. Texniki pasport sənədində göstərilən yol iddiaçının evinin yaxınlığından başlanır və kənd əhalisinin ümumi istifadəsində olan yola doğru istiqamətlənir. Həmin yoldan istifadə etməklə kənd əhalisinin ümumi istifadəsində olan yola, oradan isə Gəncə-Daşkəsən avtomobil yoluna çıxmaq mümkündür.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
11. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh1 və cavabdeh2 tərəfindən inşa edilmiş tikililərin onların hesabına sökülməsi və cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbəsində yerləşən evinə gedən yolda cavabdehlər cavabdeh1 və cavabdeh2 tərəfindən inşa edilmiş, tövlə, hamam və sanitar qovşağının sökülməsi, yolda əkilmiş gül kollarının çıxarılması və cavabdehlər tərəfindən yoldan istifadəyə yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Daşkəsən bələdiyyəsi müstəqil tərəf irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
13. Iddiaçı İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbəsində mülkiyyətində 0,07 ha həyətyanı torpaq sahəsi və onun üzərində fərdi yaşayış evi vardır. Cavabdeh cavabdeh1 və cavabdeh2 ilə qonşudurlar. Əvvəllər ona məxsus evə gediş-gəliş yolu mövcud olmuşdur. Sonradan cavabdehlər tərəfindən gediş-gəliş yolunun üzərində tövlə, hamam və sanitar qovşaq inşa edilərək yol bağlanmışdır. Dəfələrlə yolun açılmasını tələb etsə də, cavabdehlər ona heç bir əhəmiyyət verməmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
14. Daşkəsən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Kənan Vəliyev) iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh1 və cavabdeh2 məxsus olan, Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbəsində yerləşən tövlə, hamam və sanitar qovşağının arxa (sağ) hissəsindən keçməklə iddiaçı İddiaçı məxsus yaşayış evinə gedən yoldan istifadəyə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manat və mütəxəssis rəyi üçün ödənilmiş 95 manat vəsaitin 50 manat hissəsi cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutulub iddiaçı İddiaçı ödənilsin. 50 (əlli) manat məhkəmə ekspertizası xərcinin 25 (iyirmi beş) manatı iddiaçı İddiaçı, 25 (iyirmi beş) manatı Cavabdehlər cavabdeh1 və cavabdeh2 tutulub Büdcə təsnifat kodu: 142595, Büdcə səviyyəsi 3, SAP (XIIS) hesabı, adı Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ01360100000000003944, SFIFT BIK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VOEN: **********, Hesab: AZ**CTRE******************** nömrəli hesaba köçürülməsi qət edilmişdir.
15. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.6, 157.2, 157.4 və 157.8-ci maddələrinə və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.3 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
16. Həmin qətnamədən narazı qalan cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin tam təmin olunması, Daşkəsən Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan torpaq sahəsi 40 ilə yaxındır ki, onların faktiki istifadəsində və sərəncamlarındadır. Iş üzrə iddiaçının iddia etdiyi “guya ona məxsus olan” qarajın yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətindədir və həmin qaraja heç vaxt avtomobil yolu olmamışdır. Eləcədə iddiaçının avtomobil qarajı kimi qələmə verdiyi həmin tikili özbaşına tikili olmaqla heç vaxt avtomobil qarajı kimi istifadə olunmamışdır. Həmin tikili əl damı kimi həm iddiaçı həm də onlar tərəfindən istifadə olunmuşdur. Bundan əlavə iddiaçıya məxsus olan fərdi yaşayış evi nə gediş-gəliş yolu kəndin içərisindən mövcud olmuşdur və hal-hazırdada mövcuddur. Həmin hallar torpaqların elektron kdastr uçotu informasiya sistemi (TEKUIS) xəritəsindədə, yəni iddiaçıya məxsus olan fərdi yaşayış evinə gediş-gəliş yolunun kəndin içərisindən mövcud olması öz əksini tapmışdır. Buna görə də, məhkəmə işə baxarkən hazırkı iddianı təmin etməməli idi. Eləcədə məhkəmə tərəfindən mübahisə predmeti və açılmalı olan yolun bələdiyyə mülkiyyəti olması göstərilsədə, müvafiq mütəxəssis və ekspert rəylərində, həmin yolun yerləşdiyi ərazinin yaşayış məntəqələrinin torpaq sahələri kateqoriyasına aid olmaqla, həyətyanı torpaq sahəsi və ən əsası onların faktiki istifadələrində və sərəncamlarında olması göstərilmişdir. Bundan əlavə məhkəmə tərəfindən mühəndis-texniki ekspertizası təyin olunaraq və müvafiq suallar qoyulmaqla rəy verilməsi üçün aidiyyəti qurumlara qəradad göndərilmiş, lakin həm DƏDK və RPXŞ-nin * saylı Gəncə ərazi idarəsinin həm də Məhkəmə Ekspertiza Mərkəzinin rəylərində konkret olaraq iddiaçıya məxsus olan fərdi yaşayış evinə və bələdiyyə mülkiyyətində mövcud “güya ona məxsus” olan özbaşına tikili qaraja gediş-gəliş yolunun açılması barədə rəy verilməsinin səlahiyyətlərinə aid olmaması göstərilmişdir. Hesab edir ki, məhkəmə işə baxarkən bunlarıda nəzərə almamış və əsassız olaraq hazırkı iddianı təmin etmişdir. Ən əsası məhkəmə iclaslarında dəfələrlə şifahi və yazılı vəsatətlər verməklərinə baxmayaraq iddiaçının və onların mülkiyyətlərində olan həyətyanı torpaq sahələrinin arasında yerləşməklə bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaq sahələri kateqoriyasına aid həyətyanı torpaq sahəsinin təxminən 0.20 ha hissəsinin uzun illərdir iddiaçının faktiki istifadəsində və sərəncamında olması bildirilmiş və həmin ərazidəndə iddiaçıya əlavə 2-ci yolun verilməsinin mümkün olması bildirilmişdir. Lakin məhkəmə tərəfindən buna heç bir hüquqi qiymət verilməmiş və bunun mümkün olub-olmamasına dair mütəxəssis və ekspert qarşısında hər-hansı sual qoyulmamışdır. Məhkəmə tərəfindən prosessual hüquqlarından istifadə etməklə ekspert qarşısında işin həlli üçün əhəmiyyət kəsb edən suallar qoymaqlarında dırnaqarası şəkildə maneələr yaradılmış və bunun əsalandırılmış səbəbi barədə onlara məhkəmə tərəfindən heç bir məlumat verilməmişdir. Tərəflərindən rəsmi qaydada ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərdə (vəsatətlər əlavə olunur) əlavə məhkəmə mühəndistexniki ekspertizasının keçirilməsinə dair vəsatətlər verilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulması barədə vəsatətlər verilmişdir. İddiaçı faktiki istifadəsində və bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən gediş – gəliş yolunun ayrılması mümkündürmü? Elektron uçot xəritəsində İddiaçı məxsus fərdiyaşayış evinə digər ərazidən gediş – gəliş yolu (sxemlə göstərilməklə) mövcuddurmu? İddiaçı, eləcədə bizim faktiki istifadələrində və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ölçüsü neçə ha-dır? Faktiki istifadələrində olan torpaq sahəsindən gediş – gəliş yolunun açıldığı təqdirdə mülkiyyətlərində olan fərdi yaşayış evinə və digər yardımçı sahələrə hər-hansı tikinti texniki qaydalar baxımından zərər dəyməsi ehtimalı mövcuddurmu? Gediş – gəliş yolunun açılması İddiaçı faktiki istifadəsində və bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən (sxemlə göstərilməklə) mümkündürmü? Eləcədə iddia ərizəsində tələbin bilavasitə əsası olan və qeyri yaşayış sahəsinə (qaraja) gediş – gəliş yolunun açılması iddia olunan, qeyri yaşayış sahəsi (qaraj) iddiaçının və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşir? Həmçinin mübahisənin həlli məqsədi ilə məhkəmə tərəfindən ##.##.2025-ci il tarixə təyin olunmuş baxış iclasında uzun illər Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbə bələdiyyəsinin sədri vəzifəsində işləmiş Alagöz Hüseynova məhkəmə iclasında dindirilmiş və sonuncu izahatında həmin ərazidən heç vaxt gediş-gəliş yolunun olmamasını, həmin ərazidən bələdiyyədə saxlanılan xəritədə və eləcədə torpaqların elektron kdastr uçotu informasiya sistemi (TEKUIS) xəritəsindədə, iddiaçıya məxsus olan fərdi yaşayış evinə gediş-gəliş yolunun mövcud olmamasının öz əksini tapmasını göstərmişdir. Lakin məhkəmə qətnaməsində prosessual pozuntu olaraq ümumiyyətlə Alagöz Hüseynova iştirakı və izahatı göstərilməmişdir. Bundan əlavə Daşkəsən bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunsada və əvvəllər həmin bələdiyyənin sədri vəzifəsində işləmiş Alagöz Hüseynova məhkəmə iclasında izahat versədə, bunlara məhəl qoyulmamış, eləcədə bələdiyyədən iş üçün əhəmiyyət kəsb edən sübutlar alınmamışdır. Hesab edir ki, məhkəmənin göstərilən qətnaməsi qanunsuz və əsassız olduğu, maddi və prosessual hüquq normaları pozulmaqla, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olmuş bütün faktiki hallar aydınlaşdırılmadan qəbul olunduğu, bu isə qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə və faktlar nöqteyi-nəzərindən əsassız qərar qəbul edilməsinə səbəb olduğu üçün qətnamə ləğv olunmalı və tələbin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1, digər cavabdeh cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin edilməsini xahiş etmişlər.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı və onun nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişlər.
21. Iş üzrə digər cavabdeh cavabdeh2 və üçüncü şəxs Daşkəsən bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə, onlara məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMIS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almasına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Cavabdeh cavabdeh2 nümayəndəsi ilə təmsil olunmuşdur. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
22. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
23. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
24. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
25. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
28. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
30. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
“Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı protokolu (Azərbaycan Respublikasının ## ###### 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş)
31. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
32. Maddə 84. 1-ci hissə. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
33. Maddə 111. 1-ci hissə. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
34. Maddə 111. 2-ci hissə. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
35. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
42. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
43. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
45. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
46. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
48. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
50. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Daşkəsən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Beləliklə, işin halları ondan ibarətdir ki, iddiaçı İddiaçı mülkiyyətində Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbəsində 0,07 ha həyətyanı torpaq sahəsi və onun üzərində fərdi yaşayış evi vardır. O, cavabdehlər cavabdeh1 və cavabdeh2 ilə qonşudur. Əvvəllər iddiaçıya məxsus evə gediş-gəliş yolu mövcud olmuşdur. Sonradan cavabdehlər tərəfindən gediş-gəliş yolunun üzərində tövlə, hamam və sanitar qovşaq inşa edilərək yol bağlanmışdır. Iddiaçı dəfələrlə yolun açılmasını tələb etsə də, cavabdehlər ona heç bir əhəmiyyət verməmişdir. Ona görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir.
53. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi ilə bağlıdır və aşağıdakı hüquq normaları əsasında təhlil olunmalıdır.
54. Iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir və onların mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən toxunulmazdır və bu toxunulmazlığa təminat verilir.
55. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).
56. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
57. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
58. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1 və.111.2-ci maddələri).
59. Iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehlər tərəfindən inşa edilmiş qanunsuz tikililərin sökülməsini tələb etmək ixtiyarı vardır. Onun iddiası hüquqdan sui-istifadə ilə əlaqədar deyildir.
60. Belə ki, apellyasiya instansiyası tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, Daşkəsən rayonu Aşağı Daşkəsən kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ## ####### 2019-ci il tarixli, 14444 inventar nömrəli, 506013016772-***** reyestr nömrəli fərdi yaşayış evinin Texniki Pasport sənədinə əsasən İddiaçı mülkiyyətində olan 0.07 ha torpaq sahəsinə, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUIS və AZCAD) məlumatlarında gediş-gəliş yolu mövcud deyildir. Iddiaçı İddiaçı mülkiyyətində olan 0.07 ha torpaq sahəsinə, ##.##.2019-cu il tarixli 14444 invertar nömrəli Texniki Pasport sənədinin 1:1000 miqyaslı planında gediş-gəliş yolu mövcuddur. Həmin planda gediş-gəliş yolu uzunluq məsafəsinə və miqyasına uyğudur. Iddaçı İddiaçı mülkiyyətində olan 0.07 ha torpaq sahəsinə, ##.##.2019-cu il tarixli 14444 invertar nömrəli Texniki Pasport sənədində başqa alternativ gediş-gəliş yolu mövcud deyildir. Əraziyə baxış keçirilən zaman cavabdehin digər alternativ yol kimi iddia etdiyi hissə torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUIS və AZCAD) MƏLUMATLARINDA Məmmədov elnur Ənvər oğlunun istifadəsində olan torpaq sahəsinə gedən yolun olması müəyyən edilmişdir.
61. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyləri qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.
62. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.
63. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Çünki, mütəxəssis rəyi dəqiq və müfəssəl tərtib edilmiş, eyni zamanda həmin rəydə bütün ölçülər dəqiqliklə göstərilmişdir. Habelə, rəy verilən zaman ərazinin situasiya planı, ortofoto materialları və elektron baza məlumatlarına istinad edilmişdir.
64. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolunun üzərində cavabdehlər tərəfindən qanunsuz olaraq tikililər inşa edilmiş və hazırda həmin tikililərin mövcud olması iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir.
65. Kollegiya iş materiallarını göstərilən nomralar əsasında araşdıraraq hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar olmuş və birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə iddiaçının torpaq sahəsi üzərində pozulmuş mülkiyyət hüquqlarını haqlı olaraq bərpa etmişdir.
66. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
69. Məhkəmə Kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, baxılan iş üzrə iddiaçı İddiaçı mülkiyyətində Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbəsində 0,07 ha həyətyanı torpaq sahəsi və onun üzərində fərdi yaşayış evi vardır. O, cavabdehlər cavabdeh1 və cavabdeh2 ilə qonşudur. Əvvəllər iddiaçıya məxsus evə gediş-gəliş yolu mövcud olmuşdur. Sonradan cavabdehlər tərəfindən gediş-gəliş yolunun üzərində tövlə, hamam və sanitar qovşaq inşa edilərək yol bağlanmışdır. Iddiaçı dəfələrlə yolun açılmasını tələb etsə də, cavabdehlər ona heç bir əhəmiyyət verməmişlər. Cavabdehlərin iddiaçıya məxsus olan torpaq sahəsini üzərində qanunsuz tikililər inşa etməsi təyin edilmiş ekspertiza nəticəsinin ekspert rəyi və işdə olan digər subutlarla öz təsdiqini tapmışdır. Göründüyü kimi, cavabdehlərin apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla əsassızdır və təmin edilə bilməz.
70. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
71. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Daşkəsən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.