Məhkəmə qərarları › İş №2(1-8)-1806/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1806/2026

10.09.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1806/2026 10.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X oğlunun cavabdehlər X oğlu və X qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi), həyətdən və yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı Iddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “həyətdən və yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Şamaxı Rayon Şəhriyar Bələdiyyəsinin torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Şamaxı Rayon Şəhriyar Bələdiyyəsinin ərazisində 0,06 ha torpaq sahəsinin Iddiaçı satılması barədə ## ###### 2005-ci il tarixli, ** saylı qərar qəbul edilmişdir.

2. Şamaxı Rayon Şəhriyar Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, ** saylı qərarının surətindən görünür ki, vətəndaş Iddiaçı fərdi mənzil inşa etmək üçün torpaq sahəsinin satılması barədə qərar qəbul edilmişdir.

3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şamaxı Ərazi Idarəsinin ## #### 2025-ci il tarixli məktubundan görünür ki, Iddiaçı adına Şamaxı rayonu, Şəhriyar qəsəbəsində 0,06 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

4. Şamaxı Bələdiyyəsinin ## ###### 2025-ci il tarixli məktubundan görünür ki, 2025-ci ildə keçmiş X9 Bələdiyyəsinə birləşərkən 2005-2015-ci illərə aid sənədlər Şamaxı Bələdiyyəsinə təhvil verilməmişdir.

5. ##.##.2014-cü il tarixli, 7E-**** reyestr nömrəli etibarnamənin surətindən görünür ki, Iddiaçı tərəfindən cavabdeh2 Şamaxı rayon Şəhriyar Bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarına əsasən ona məxsus olan Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yerləşən 0.06 hektar torpaq sahəsini idarə etməyi, mülkiyyət hüququnu təsdiq edən çıxarışı və ** saylı arayışı aldıqdan sonra onun üzərində sərəncam verməyi buna müvafiq olaraq öz mülahizəsinə görə məbləği və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş əqdləri o cümlədən, satmağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, adımdan ərizə verməyi, miras əmlakı qəbul etməyi və ya ondan imtina etməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədər digər hərəkətləri etməyi etibar edir.

6. Şamaxı regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin ## ###### 2025-ci il tarixli məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində Iddiaçı tərəfindən cavabdeh2 ##.##.2014-cü il tarixdə verilmiş 7E-**** reyestr nömrəli etibarnamə ##.##.2019-cu il tarixdə Iddiaçı tərəfindən verilmiş ərizə əsasında ləğv edilmişdir.

7. Abonent cavabdeh2 abonent kodu 245617500102568-dir. Sayğac (qaz sayğacı) Şamaxı rayonu, Şəhriyar qəsəbəsindəki yaşayış yerində yerləşdirilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 ona məxsus olan Şamaxı rayonu, Şəhriyar qəsəbəsində 0,06 ha ünvanda yerləşən evindən və həyətindən çıxarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir.

9. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlər cavabdeh2 və cavabdeh1 ona məxsus Quşçu kəndində yerləşən evinə el adəti ilə gəlin gətirib toy eləmişlər. Son vaxtlara kimi münasibəti çox yaxşı olduğundan Quşçu kəndində çətinlik çəkdiklərinə görə, onun Şamaxı rayonu, Şəhriyar qəsəbəsində ##.##.2005-ci il tarixli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon Şəhriyar Bələdiyyəsinin ona verdiyi həyatyanı qərarı ilə verilən 0,06 ha sahəsində hazır tikili 3 otaqlı evində müvəqqəti köçüb yaşamalarına icazə verib. Təxminən bir neçə ay bundan əvvəl eşidib ki, sayğacları heç bir əsas olmadan öz adlarına keçirdib sosial yardım alırlar. O, sayğacları ləğv etdirib öz adına qeydiyyata aldırmaq istəyib, ondan mülkiyyət sənədi istəyiblər. Şamaxı Rayon Dövlət Arxivinə müraciət edib ki, onun torpaq sahəsinin sənədlərini götürüb. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edib ki, evini, torpaq sahəsini qeydiyyata aldırıb. Ona məxsus evinin sayğaclarını adına keçirdib, cavabdehlərdə heç bir sənəd olmadan ona məxsus sayğacları necə adlarına keçirə bilmişlər.

10. Məhkəmə iclasında iştirak edən iddiaçı Iddiaçı izahat verərək bildirmişdir ki, evinin boşaldılmasını istəyir. Evi cavabdehlərə müvəqqəti yaşamağa görə verib. Torpağı 2005-ci ildə alıb. 2007-2008-ci illərdə evi tikib tam bitirib. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, həmin torpağa dair Elşənə etibarnaməni kefi yaxşı olanda verib. O, torpaq sahəsini Elşənə satmayıb. Elşən 2014-cü ildə heç yerdə işləməyib ki, onun torpaq almaq üçün pulu olsun. Daha sonra isə həmin Etibarnaməni ləğv etdirmişdir.

11. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 izahat verərək bildirmişdir ki, iddiaçı yalan danışır. Evi yoldaşı ilə birlikdə tikib. Cehiz əvəzinə atası evi tikməyə onlara kömək edib. Elşən torpağı qaynatasından 9000 manata alıb. Həmin torpaq sahəsində yoldaşı ilə birlikdə ev tikib orada yaşayıblar. Lakin torpağı və evi maddi imkanları olmadığından adlarına rəsmiləşdirməyiblər. Torpağa dair verilmiş etibarnamənin ləğvindən məlumatları olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, evi onun qardaşı tikib. Torpağı isə Elşən atasından pul ilə almışdır. Evin onlar tərəfindən tikilməsinə dair kifayət qədər sübutları var, lakin iddiaçı həmin şəxslərə hədəqorxu12.gəldiyindən onlar məhkməyə gəlmək istəmirlər.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verib bildirmişdir ki, o, usta kimi işləyir. Cavabdehləri tanıyır. 2-3 il bundan əvvəl Elşənin evinin döşəməsini o etmişdir. Bundan başqa həmin evdə giriş qapıları düzəldib, qaz çəkmişdir. Evin giriş döşəməsini o, vurmuşdur. Ev 3 otaq 1 eyvandan ibarətdir. Onu usta kimi tamilənin atası və Elşən çağırmışdır.

14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahat verib bildirmişdir ki, 2003-2005ci illərdə Şamaxıda yerləşən "xxxx" şirkətində işləyib. Iddiaçı ilə tanışlığı həmin vaxtlardan-2004cü ildən yaranmışdır. Alşan ev tikmək istədiyini bildirib və onun evində usta kimi işləməyini ona təklif edib. Evdə 2007-2008-ci ildə işləyib, hörgüsünü edib. Evin dam örtüyünü başqa usta vurub. Dam örtüyü vurulandan sonra suvaq vurub. Iddiaçı ona zəhmət haqqı olaraq 700-800 manat pul ödəyib. O, pulu fəhlə ilə 2 nəfər arasında bölüb. Digər işçinin adı Anardır.

15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verib bildirmişdir ki, 2005-2006cı illərdə Şamaxıda yerləşən "xxxx" şirkətində işləyib. 2008-2009-cu illərdə Israfilov Fəxrəddinlə birgə iddiaçının evində fəhlə olaraq çalışıb. Kürsüdən yuxarı, evin özünü tikiblər. Üzərindən uzun müddət keçdiyinə görə nə qədər ona nə qədər pul verildiyini dəqiq xatırlamır. Xatırladığına görə günü 10 manata işləyib. Ev 1 zal + 2 otaqdan ibarət idi. Şamaxı Rayon Məhkəməsinin (hakim Natiq Ismayılov) ##.##.2025-ci il tarixli, *(***)-

16. nömrəli qətnaməsi ilə cavabdehlər cavabdeh2 və cavabdeh1 iddiaçı Iddiaçı məxsus ****/**** Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.

17. Məhkəmə hesab etmişdir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehlərin iddiaçıya məxsus daşınmaz əmlakda olması iddiaçının əmlak üzərində mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur.

18. Məhkəmə həmçinin qeyd etmişdir ki, vahid mülkiyyət qaydasına uyğun olaraq, mübahisəli ev onun yerləşdiyi torpaq sahəsinin tərkib hissəsidir, dolayısı ilə də onlar vahid daşınmaz əşya hesab edilir.

19. Məhkəmə beləliklə də hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehlər cavabdeh2 və cavabdeh1 iddiaçı Iddiaçı məxsus Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evindən çıxarılmalıdır.

20. Məhkəmə həmçinin cavabdehlərə izah etmişdir ki, onlar torpaq sahəsinin alınması və fərdi yaşayış evinin onlar tərəfindən tikilməsi ilə bağlı çəkilən xərcləri iddiaçıdan tələb etmək hüququna malikdirlər. Onlar tərəfindən belə iddianın verilməməsi hazırkı iddianın təmin edilməməsi üçün əsas ola bilməz.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 139-1.1.3, 140, 152.1, 152.5, 157.1, 157.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 217.4 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin *(***)- ****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddiaçının iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia etdiyi torpaq sahəsini həyat yoldaşı cavabdeh2 özü öz əziyyətləri ilə tikdirmişlər. Onların min zülm əziyyətlərilə ərsəyə gətirdikləri evdən hal-hazırda iddiaçı onları çıxarmaq istəyir, bu tamamilə qanunsuz və ədalətsizdir. Iddiaçının iddia etdiyi torpaq sahəsi Bələdiyyə sənədi ilə onun adına olmuşdur. Həmin torpaq sahəsini onun həyat yoldaşı, atasına pulunu yəni 9000 manat pul ödəməklə əldə edib. Maddi imkanları olmadığından və yoldaşı atası və qaynatasının onlara gələcəkdə sənədlə bağlı problem yaratmayacağına əmin olduqlarından torpağı öz adlarıma rəsmiləşdirməmişlər. Torpaq sahəsini Elşən atasından aldıqdan sonra öz adına həmin torpaq sahəsinə dair atasından ##.##.2014-cü il tarixdə verilmiş 7E-**** reyestr nömrəli etibarnamə almışdır. Həmin etibarnamədə Iddiaçı tərəfindən cavabdeh2 Şamaxı rayon Şəhriyar Bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarına əsasən ona məxsus olan Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yerləşən 0.06 hektar torpaq sahəsini idarə etməyi, mülkiyyət hüququnu təsdiq edən çıxarışı və ** saylı arayışı aldıqdan sonra onun üzərində sərəncam verməyi buna müvafiq olaraq öz mülahizəsinə görə məbləği və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş əqdləri o cümlədən, satmağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, adından ərizə verməyi, miras əmlakı qəbul etməyi və ya ondan imtina etməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar edir. Alqı-satqı bağlanmış və onlar torpağın dəyərini ödəmişlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman Mülki Məcəllənin qüvvədə olmuş 335.2-ci maddəsinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Bu hal özü onu etiraf edir ki, iddiaçı o torpaq sahəsini onlara, yəni Elşənə satmışdır. Sual olunur ki, “Əgər satmasa idi həmin torpaqla bağlı niyə etibarnamə verirdi ki? Əlbəttə ki, bu, onların arasında olan alqı-satqının rəsmiləşdirilməsi üçün olunan hərəkətlərdir”.

24. Eyni zamanda məhkəmə evə dair iddiaçının hansı hüququnu, çıxarışını və ya digər hüquqmüəyyənedici sənədini görür ki, onları öz tikdikləri evdən çıxarır. Məhkəmə qanunsuzluq edib, alqı-satqının bağlanmasını tanımasa həmin torpaq sahəsindən çıxarılmaya münasibət bildirə bilər. Evin kimin tərəfindən inşa olunması, evə kimin nə qədər xərc qoyması araşdırıldıqdan sonra həmin evdən çıxarılma və ya digər tələblər təmin oluna bilər. Məhkəmə isə tamamilə qanunsuzluq edib, iddiaçının həmin evə heç bir hüququ olmadığı halda onları öz tikdikləri evdən çıxarıb evi iddiaçıya verir. Axı bu tamamilə ədalətsizlikdir.

25. Həmin tikintiyə 1 manatda olsun xərci çıxmayan iddiaçı hal hazırda el deyimində deyildiyi kimi nə yoğurdum nə yapdım hazırca kökə (yəni evi) tapdım ilə əsassız varlanmış olacaqdır. Halbuki o həmin evin dəyərini ödəməklə həmin evə sahib ola bilər. Torpaq sahəsi onun həyat yoldaşına satılıb və iddiaçı tərəfindən ona 99 illik etibarnamə verilmişdir. Bundan sonra həmin torpaq sahəsində onlar öz evlərini öz əziyyətləri ilə xərclərilə inşa etdirmişlər. Qaynatasıyla həyat yoldaşının arasında münasibətlər gərginləşdiyindən o bu iddianı qaldırıb. Bu hal “Estoppel prinsipi”nə ziddir, çünki o, onları daha çətin duruma salmaq üçün bu iddianı irəli sürür. Bu cür yanaşma hüququn sabitlik və dürüstlük prinsiplərinə, həmçinin ədalətli hüquq münasibətlərinin qorunmasına uyğun deyil. Iddiaçının iddiasında qeyd etdiyi sözlərdə açıq şəkildə göstərir ki, qarşı tərəf bu iddianı şəxsi emosiyalar fonunda irəli sürmüşdür. Bu yanaşma hüququn ədalət, sabitlik və hüquqi münasibətlərin qorunması prinsipləri ilə ziddiyyət təşkil edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Halbuki iddiaçı hüququndan sui-istifadə edib ondan əlavə qızıl-zinət əşyaları tələb edir. Eləcə də, mülki qanunvericiliyin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, ha belə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

26. Məcəllənin 560.3-cü maddəsi ilə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətləri həyata keçirməsi və s. Hüquqdan sui-istifadə olaraq müəyyən edilmişdir. Həmçinin bildirir ki, yoldaşı Elşən də bu qətnamədən narazıdır. X1 adına olduğundan onun adından müraciət edirlər. O da məhkəmədə çıxış edib öz sözlərini bildirəcək. Eyni zamanda yoldaşı Elşən fərdi yaşayış evini inşa etdirərkən maddi imkanı olmadığından onlar Şamaxı rayon Icra Hakimiyyətinə müraciət etmişlər. Müraciətlərini sağ olsunlar cavabsız qoymamışlar. Onlar onlara 1287 manat dəyərində qapı pəncərənin alınıb quraşdırılmasına köməklik göstərmişlər. Bu özü də sübut edir ki, həmin fərdi yaşayış evi onlara məxsus olmuşdur.

27. Qənaətlərinə görə məhkəmə heç bir əsas olmadan iddianı təmin etməklə Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin tələblərini pozmuşdur. Halbuki onların mülkiyyət hüquqlarını kobud şəkildə pozulmuş. Iddiaçı isə hüququ olmayan evə hüququ əldə edərək onların həmin evdən çıxarılmaqlarına nail olmuşdur. Bu qanunsuzluqdur. Zənnlərincə əgər işə baxan məhkəmə sübütlara obyektiv qiymət verib, işi hərtərəfli, qanuna müvafiq araşdırsaydı, iddia ərizəsini rədd etməliydi.

28. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(*-*)-**/**** nömrəli mülki iş üzrə ## #### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər L.Rəhimli (sədrlik edən və məruzəçi), A.Mahmudov və A.Hüseynzadə) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin cavabdeh Zülfüqarova Tamilə Vaqif qızına aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin mahiyyətindən görünür ki, tələb cavabdehlərin mübahisəli evindən və həyətindən çıxarılması barədə olmaqla, iddiaçı Iddiaçı Şamaxı Rayon Şəhriyar Bələdiyyəsi tərəfindən ## ###### 2005-ci il tarixində satılmış fərdi evin inşa etməsi üçün Şamaxı rayonu, Şəhriyar qəsəbəsində 0,06 ha torpaq sahəsindən və həmin ünvanda yerləşən evdən çıxarılması barədədir. Iddiaçının sözügedən daşınmaz əmlakdan çıxarılmasını istədiyi şəxslər iddiaçının oğlu və gəlinidir.

30. Əvvəla kollegiya qeyd etmişdir ki, hazırkı iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır.

31. Qeyd olunmalıdır ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

32. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

33. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

34. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

35. Işin müəyyən edilmiş hallarına görə vahid mülkiyyət qaydasına uyğun olaraq, mübahisəli ev onun yerləşdiyi torpaq sahəsinin tərkib hissəsidir, dolayısı ilə də onlar vahid daşınmaz əşya hesab edilir Şamaxı Rayon Şəhriyar Bələdiyyəsinin torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Şamaxı Rayon Şəhriyar Bələdiyyəsinin ərazisində 0,06 ha torpaq sahəsinin Iddiaçı satılması barədə ## ###### 2005-ci il tarixli, ** saylı qərar qəbul edilmişdir. Iş materiallarında olan Şamaxı Rayon Şəhriyar Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, ** saylı qərarının surətindən görünür ki, vətəndaş Iddiaçı fərdi mənzil inşa etmək üçün torpaq sahəsinin satılması barədə qərar qəbul edilmişdir.

36. Apellyasiya şikayəti vermiş cavabdeh isə iş üzrə sözügedən “həyət və yaşayış sahəsinə” dair hər hansı hüquqlarının olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir.

37. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, qeyd etmişdir ki, appellyator öz şikayətində vurğuladığı “etibarnamə” alqı-satqı müqaviləsini təsdiq edən rəsmi sənəd kimi hesab oluna bilməz. Belə ki, alqı-satqının həyata keçirilməsi mütləq şərt olaraq, alqısatqını həyata keçirən şəxslər arasında həmin əqdin bağlanmasının rəsmi qayda da notariat orqanında təsdiq edilməklə və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirildikdə etibarlı əqd olaraq hesab olunur. Belə ki, subyekt bir hərəkəti etdikdə onun qaydasına uyğun həyata keçirməlidir. Yəni alqı-satqı müqaviləsinin rəsmişləşdirilməsi mülki qanunvericilikdə təsbit olunduğundan “alqı-satqı” inama əsaslanan “etibarnamədə” qüvvəyə malik ola bilməz.

38. Kollegiya apellyasiya şikayətinin “torpağın əvəzi kimi verilən 9000 manat pul vəsaiti və evin tikilməsinə xərcin çəkilməsi” bağlı dəlillərlə bağlı qeyd etmişdir ki, hazırki iddianın təmin edilməsi gələcəkdə cavabdehin həmin pul vəsaitinin iddiaçıdan məhkəmə qaydasında sübut olunduğu halda tələb edilməsini istisna etmir.

39. Azərbaycan Respublikası Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası belə hesab etmişdir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Qanuni sahib olan iddiaçı özgəsinin yəni cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edir.

40. Göstərilən maddi hüquq normasında mülkiyyətçinin (qanuni sahibin) öz əmlakının özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı üç dispozitiv şərtin olması nəzərdə tutulmuşdur: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması; 3) başqa şəxsin sahibliyinin qanunsuz olmalıdır. Göstərilən üç şərt və iddianın elementləri mövcud olduqda, vindikasiya iddiası verilir.

41. Məhkəmə kollegiyası hesab etmişdir ki, Mülki Məcəllənin 157-ci maddəsinin tələblərinə əsasən, iddiaçı mübahisəli daşınmaz əmlakın cavabdehin qeyri-qanuni sahibliyində olmasını sübuta yetirə bilmişdir. Cavabdeh isə fərdi yaşayış evi üzərində mülkiyyət, istifadə və ya digər hüquqlarını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

43. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.8-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1, 84.1-ci, MPM-in 14.2, 77.1, 217.3, 217.4, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

44. Cavabdeh cavabdeh1 (vəkil Vəkil/Nümayəndə) kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək Sumqayıt Apellyasiya Məhkəməsinin *(*-*)-**/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsinin tamamilə ləğv edilərək iş üzrə iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

45. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəllənin 5.3, 14.1, 14.2.1, 23.4, 23.5-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 220.5-ci, MPM-in 14.2, 217.1, 217.3, 218.1, 88, 407 və 414-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəf olaraq apellyasiya məhkəməsinin bu mövqeyi ilə razı deyil. Belə ki, məhkəmənin

48. qəbul etdiyi qətnamə işin hallarına uyğun deyil. Iş materiallarına baxanda görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsini həyat yoldaşı cavabdeh2 özü öz əziyyətləri ilə alaraq ev tikdirmişlər. Onların min zülm əziyyətlərilə ərsəyə gətirdikləri evdən hal-hazırda iddiaçı onları çıxarmaq istəyir, bu tamamilə qanunsuz və ədalətsizdir. Iddiaçının iddia etdiyi torpaq sahəsi Bələdiyyə sənədi ilə onun adına olmuşdur. Həmin torpaq sahəsini onun həyat yoldaşı, atasına pulunu yəni 9000 manat pul ödəməklə əldə edib. Maddi imkanları olmadığından və yoldaşı atası və qaynatasının onlara gələcəkdə sənədlə bağlı problem yaratmayacağına əmin olduqlarından torpağı öz adlarıma rəsmiləşdirməmişlər. Torpaq sahəsini Elşən atasından aldıqdan sonra öz adına həmin torpaq sahəsinə dair atasından ##.##.2014-cü il tarixdə verilmiş 7E-**** reyestr nömrəli etibarnamə almışdır.

46. Həmin etibarnamədə Iddiaçı tərəfindən cavabdeh2 Şamaxı rayon Şəhriyar Bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarına əsasən ona məxsus olan Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yerləşən 0.06 hektar torpaq sahəsini idarə etməyi, mülkiyyət hüququnu təsdiq edən çıxarışı və ** saylı arayışı aldıqdan sonra onun üzərində sərəncam verməyi buna müvafiq olaraq öz mülahizəsinə görə məbləği və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş əqdləri o cümlədən, satmağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, adından ərizə verməyi, miras əmlakı qəbul etməyi və ya ondan imtina etməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar edir. Alqı-satqı bağlanmış və onlar torpağın dəyərini ödəmişlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman Mülki Məcəllənin qüvvədə olmuş 335.2-ci maddəsinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Bu hal özü onu etiraf edir ki, iddiaçı o torpaq sahəsini onlara, yəni Elşənə satmışdır. Sual olunur ki, “Əgər satmasa idi həmin torpaqla bağlı niyə etibarnamə verirdi ki? Əlbəttə ki, bu onların arasında olan alqı-satqının rəsmiləşdirilməsi üçün olunan hərəkətlərdir.

47. Birinci instansiya məhkəməsinin qətnaməsində iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmiş və yalnız formal mülahizələrə görə tələbini əsaslandırmış, apellyasiya məhkəməsi tərəfindən də bu əsaslı hesab edilmişdir. Lakin təqdim etdiyim sübutu nəzərə almayan və buna heç bir qiymət verməyən məhkəmənin qətnaməsi formal mülahizələrə əsaslanır, yoxsa cavabdehin etirazı və həmin etirazın əsasları? Apelyasiya instansiya məhkəməsinin ümumiyyətlə, bu qənaətə bu barədə heç bir sübut təqdim olunmadığı halda, nəyin əsasında gəldiyi məlum deyildir. Əgər məhkəmə kollegiyası iddiaçının izahatı ilə işin bu hallarını müəyyən edirsə, niyə bu halı iş üzrə məcmu halında digər sübutlarla bərabər qiymətləndirməmişdir. Əgər araşdırma bu cür səthi aparılsa, istənilən bir işdə yalandan bu formada özündən nağıllar uydurmaqla məsuliyyətdən yayınmaq mümkün olacaqdır. Aydın şəkildə iddiaçının mənafeyinə xidmət edən və sırf onun bildirdiklərini mötəbərliyini yoxlamadan qətnamənin əsaslandırıcı hissəsinə daxil edən məhkəmə əslində bu cür əsaslandırma ilə qanunvericiliyin və ədalət mühakiməsinə dair bütün tələbləri də pozmuşdur. Halbuki, Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar ## ### 2006-cı il tarixli Qərar).

49. Aydın şəkildə görünür ki, məhkəmə kollegiyası tərəfindən səthi araşdırma aparılaraq və qanunvericiliyin tələblərinə əməl edilməyərək hazırkı işin yuxarıda qeyd olunan hallarına düzgün hüquqi qiymət verilməmiş və bu azmış kimi Mülki Məcəllənin yuxarıda qeyd olunan göstərişləri də pozmuşdur. Halbuki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göründüyü kimi bu şəkildə işə səthi baxılaraq qəbul edilən qətnamə yalnız adamda bir təəssürat doğurur, sadəcə sübutların birtərəfli araşdırılması və iddiaçı tərəfin maraqlarına xidmət edən qətnamə qəbul edilməsi. Məhkəmə qeyd etdiyi hər bir hala və sübuta nəzərə alıbalmamasından

50. asılı olmayaraq qiymət verməli olduğu halda, qeyd etdiyi hallara dair sadəcə bir bədii cümlə yazmaqla guya işin hallarına qiymət vermək vəzifəsini bitmiş hesab etmişdir. Məhkəmə qətnaməsinin bəsit hala salınıb bu vəziyyətə gətirilməsi isə MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələrinin tələblərinin kobud şəkildə pozulmasıdır.

51. Işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası mübahisəni hərtərəfli, tam və obyektiv tədqiq etməmiş və iş üzrə təqdim etdikləri dəlillərə heç bir qiymət verməmişdir. Belə ki, qətnamədə onlara aid sübutlara istinad olunsa da, hər hansı formada münasibət bildirilməmiş və onların nəyə görə qəbul edilməməsinə qiymət verilməmişdir. Məhkəmə kollegiyası aydınlaşdırmamışdır ki, ekspert rəyində qeyd olunan “təsdiqini taparsa işgüzar nüfuzun alçaldılması sayılır” ifadəsi üzrə həmin halın hansı əsaslarla sübuta yetirilməsi əsaslı dəlillərinin olub-olmaması məsələsinə qiymət verilməmişdir.

52. Məhkəmə kollegiyası heç bir sübuta baxmamış və qiymət verməmişdir. Işə baxan məhkəmə qətnamədə toplanmış sübutları tədqiq etdiyini qeyd etsə də, lakin hansı sübutu tədqiq edib və ona hansı maddi hüquq normasını tətbiq etməklə necə qiymət verdiyini göstərməmişdir.

53. Hazırkı işlə bağlı məhkəmə kollegiyası tərəfindən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Çünki, işin həqiqi hallarını özündə əks etdirən sübutlar tərəfimizdən məhkəməyə təqdim olunsa da, lakin heç bir qiymət verilməmişdir. cavabdehin maraqlarının pozulmasına gətirib çıxaran qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

54. Işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyasının hansı sübutları qiymətləndirdiyi qəbul edilmiş qətnamədə göstərilməmişdir. Bununla yanaşı məhkəmə mübahisə üzrə iş üzrə əhəmiyyəti olan nə kimi halın müəyyən edildiyini və eyni zamanda cavabdehə dair nə kimi halın müəyyən edilmədiyini müəyyənləşdirməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

55. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

56. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

57. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

58. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

59. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

60. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

61. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

62. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

63. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır:

560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

64. Maddə 49.1 Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.

65. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

66. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

67. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

68. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

69. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

70. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

71. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

72. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

73. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

74. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

75. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

76. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

77. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

78. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh cavabdeh1 tərəfindən ona aid hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

79. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd edir.

80. Belə ki, apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, vahid mülkiyyət qaydasına uyğun olaraq, mübahisəli ev onun yerləşdiyi torpaq sahəsinin tərkib hissəsidir, dolayısı ilə də onlar vahid daşınmaz əşya hesab edilir Şamaxı Rayon Şəhriyar Bələdiyyəsinin torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Şamaxı Rayon Şəhriyar Bələdiyyəsinin ərazisində 0,06 ha torpaq sahəsinin Iddiaçı satılması barədə ## ###### 2005-ci il tarixli, ** saylı qərar qəbul edilmişdir. Cavabdeh isə iş üzrə sözügedən “həyət və yaşayış sahəsinə” dair hər hansı hüquqlarının olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir.

81. Kassasiya kollegiyası hesab edir ki, yuxarıdakı əsaslandırma yetərli deyil. Belə ki, cavabdeh tərəf mübahisə predmeti olan torpaq sahəsini iddiaçıdan aldıqlarını, həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evini öz vəsaitləri hesabına inşa etdiklərini bildirmişlər.

82. Əvvəla iş materiallarında olan ## ###### 2014-cü il tarixli Iddiaçı tərəfindən cavabdeh2 Şamaxı rayon Şəhriyar Bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarına əsasən ona məxsus olan Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yerləşən 0.06 hektar torpaq sahəsini idarə etməyi, mülkiyyət hüququnu təsdiq edən çıxarışı və ** saylı arayışı aldıqdan sonra onun üzərində sərəncam verməyi buna müvafiq olaraq öz mülahizəsinə görə məbləği və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş əqdləri o cümlədən, satmağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, adımdan ərizə verməyi, miras əmlakı qəbul etməyi və ya ondan imtina etməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etməsi barədə 99 il müddətinə verilmiş etibarnamə var. Iş materialları ilə həmin etibarnamənin ## ###### 2019-cu ildə Iddiaçı tərəfindən ləğv edildiyi təsdiq edilsə də cavabdeh cavabdeh2 etibarnamənin ləğvindən 2025-ci ildə məlumatı olduğunu bildirmişdir.

83. Apellyasiya instansiyası məhkəməsi iş üzrə tərəflər arasındakı şəxsi münasibətlərin vəziyyətini nəzərə almaqla, konkret olaraq mübahisəli torpaq sahəsinə dair sərəncam hüquqları da nəzərdə tutulmuş 99 il müddətə verilmiş etibarnamənin iddiaçı tərəfindən cavabdeh cavabdeh2 verilməsinin səbəbinin əslində faktiki olaraq həyata keçirilmiş alqı-satqı ilə əlaqədar deyil, adi mənada təmsilçilik üçün verildiyini də kifayət qədər araşdırıb hüquqi qiymət verməmişdir.

84. Eləcə də iş materiallarında abonent cavabdeh2 abonent kodunun 245617500102568 olduğu, sayğacın (qaz sayğacı) Şamaxı rayonu, Şəhriyar qəsəbəsindəki yaşayış yerində yerləşdirildiyi barədə sənəd, müvafiq fərdi yaşayış evinin inşası prosesini əks etdirən cavabdeh tərəfin təqdim etdiyi fotoşəkillər var.Həmçinin cavabdeh cavabdeh2 müvafiq peyk görüntülərini apellyasiya instansiyası məhkəməsinə təqdim etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd edilən sübutlara mülki prosessual hüquq normalarının tələbinə uyğun hüquqi qiymət verməmişdir.

85. Iş üzrə iddiaçı birinci instansiya məhkəməsində evi 2007-2008-ci ildə tikdiyini, apellyasiya instansiyası məhkəməsində isə 2015-ci ildən sonra tikdiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının ziddiyyətli izahatlarına da mülki prosessual hüquq normalarının tələbinə uyğun hüquqi qiymət verməmişdir.

86. Apellyasiya instansiyası məhkəməsi işin düzgün həlli üçün 80-81-ci bəndlərdə qeyd edilən və iş materiallarında olan digər sübutlara hüquqi qiymət verməklə mübahisəli torpaq sahəsindəki fərdi yaşayış evinin cavabdehlər tərəfindən iddiaçının razılığı (bəyənməsi) ilə inşa edilib-edilmədiyini müəyyən etməli, cavabdehlər tərəfindən iddiaçının razılığı(bəyənməsi) ilə inşa edildiyi müəyyən edildiyi halda isə iddiaçının hazırkı iddia ilə müraciət etməklə hüquqdan suiistifadə halına yol verib-vermədiyinə hüquqi qiymət verməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi göstərilən istiqamətdə hüquqi dəyərləndirmə aparmamışdır.

87. Məhkəmə kollegiyası, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların araşdırılması və qiymətləndirilməsi ilə əlaqədar mülki prosessual hüquq normalarını pozmuş və bu, düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. Prosessual hüquq normalarının qeyd edilən qaydada pozulması maddi hüquq normalarının da düzgün tətbiq edildiyi qənaətinə gəlmnəyə imkan vermir.

88. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

89. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» ## ###### 2005-ci il tarixli * saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

90. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarı). Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin

91. səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2006-cı il tarixli qərarı).

92. Ona görə də cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)- **/**** nömrəli qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Işə apellyasiya instansiyası məhkəməsi tərəfindən yenidən baxılarkən yuxarıda şərh edilən nöqsanlar aradan qaldırılmaqla maddi və prosessual hüquq normalarının tələbinə uyğun, qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.

93. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)- **/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş yenidən baxılmaq üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar