Məhkəmə qərarları › İş №2(1-8)-1828/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1828/2026

15.07.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1828/2026 15.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh cavabdeh3 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ### 2026-cı il tarixli, 2(107)-1073/2025ci il nömrəli qərardadından cavabdeh cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan Ucar şəhəri, Nəsimi küçəsindəki * nömrəli fərdi yaşayış evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ucar Rayon Məhkəməsinin # #### 2025-ci il tarixli, 2(063)- ***/**** saylı qətnaməsi ilə (hakim Xəyal Bədəlov) iddia təmin edilərək, cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1nın iddiaçı İddiaçı mülkiyyətində olan Ucar şəhəri, Nəsimi küçəsindəki * nömrəli evdən çıxarılmaları qət edilmişdir.

3. Daha sonra cavabdeh cavabdeh3 Ucar Rayon Məhkəməsinin 0# #### 2025- ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

4. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli, 2(107)- ****/**** saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Ucar Rayon Məhkəməsinin # #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

5. ## ###### 2026-cı il tarixdə, saat 22:10-da cavabdeh cavabdeh3 və onun vəkili İbrahimov Xəyal Rahim oğlu tərəfindən verilmiş kassasiya şikayəti Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron Kabinet vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur.

6. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli, 2(107)- ****/**** saylı qərardadı ilə həmin məhkəmənin # ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh3 və onun vəkili İbrahimov Xəyal Rahim oğlu tərəfindən verilmiş kassasiya şikayəti AR MPM-nin tələblərinə uyğun olmadığından geri qaytarılmışdır.

7. Bundan sonra cavabdeh cavabdeh3 Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından kassasiya şikayəti vermişdir.

8. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, 2(107)- ****/**** saylı qərardadı ilə cavabdeh cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti AR MPM-nin tələblərinə uyğun olmadığından geri qaytarılmışdır.

9. Bundan sonra cavabdeh cavabdeh3 və onun vəkili İbrahimov X1 Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından kassasiya şikayəti vermişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Bundan sonra, ## ### 2026-cı il tarixdə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 0# ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh3 və onun vəkili İbrahimov Xəyal Rahim oğlu tərəfindən verilmiş kassasiya şikayəti və “kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair” ərizəsi Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron Kabinet vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur.

12. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ### 2026-cı il tarixli, 2(107)- ****/**** saylı qərardadı ilə həmin Məhkəmənin # ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh3 və onun vəkili İbrahimov Xəyal Rahim oğlu tərəfindən verilmiş “kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası”na dair ərizəsi təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.

13. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 0# ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi cavabdeh cavabdeh3 Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdə ## ###### 2025-ci il tarixdə, saat 10:01-də yerləşdirilmişdir. Bununla da qətnamə ## ###### 2025-ci il il tarixdə cavabdeh cavabdeh3 rəsmi qaydada verilmişdir.

14. Məhkəmə kollegiyası onuda qeyd etmişdir ki, cavabdeh cavabdeh3 qətnamədən kassasiya şikayəti verə biləcəyi son tarix ## ###### 2026-cı il tarixi olmuş, lakin kassasiya şikayəti qanunla müəyyən edilmiş müddət 10 gün ötürüldükdən sonra, yəni ## ###### 2026-cı il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinet vasitəsi ilə verilmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 0# ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi cavabdeh cavabdeh3 ## ###### 2025-ci il tarixdə rəsmi qaydada verilmiş hesab olunur. Qətnamədən kassasiya şikayəti verə biləcəyi son tarix isə ## ###### 2026-cı il olmuş, lakin kassasiya şikayəti qanunla müəyyən edilmiş müddət 10 gün ötürüldükdən sonra verilmişdir. Bununla da, kassasiya şikayəti AR MPMin 405.0.1-ci maddəsi ilə müəyyən olunmuş müddət pozulmaqla verilmişdir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh cavabdeh3 tərəfindən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə təsdiq olunmuşdur. Buna baxmayaraq, kassasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair ərizədə dolayısı ilə müddətin ötürülmədiyi qeyd edilmiş, eyni zamanda müddətin ötürülməsinin üzrlü olması barədə əsaslı və ağlabatan səbəb göstərilməmişdir.

17. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh cavabdeh3 və onun vəkili İbrahimov Xəyal Rahim oğlu tərəfindən verilmiş ərizə təmin edilməməli, kassasiya şikayəti isə geri qaytarılmalıdır.

18. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR MPM-nin 130.1,133.1,135.6, 405.0.1, 408.1.4-cü maddələrinə istinad etməklə əsaslanmışdır.

Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh cavabdeh3 (vəkil İbrahimov Xəyal Rahim oğlu ) kassasiya şikayəti verərək, iş üzrə Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının ## ### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadının ləğv edilməsinə barədə qərar qəbul etməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti verilməmişdən əvvəl maddi imkanı olmadığından, ## ###### 2026-cı il tarixdə kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin vəsatətə baxılması ## ###### 2026-cı il tarixə təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin tarixdə vəsatətə baxılmış, lakin vəsatət təmin edilməmişdir. Buna görə də qohumlarından borc alaraq vəkillə müqavilə bağlamış və kassasiya şikayəti vermişdir. Göründüyü kimi, kassasiya şikayəti müddət ötürülmədən, vaxtında verilmişdir. Əgər apellyasiya instansiyası məhkəməsi ## ###### 2026-cı il tarixdə onun tərəfindən verilmiş kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin edilməsi barədə vəsatəti təmin etsəydi, kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət keçməmiş olacaqdı. Deməli, həmin qərardadın çıxarıldığı gün onun tərəfindən kassasiya şikayəti verildiyindən, kassasiya şikayəti verilməsi müddəti ötürülməmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi onun tərəfindən verilmiş “kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair” ərizəni təmin etməməklə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququnu kobud şəkildə pozmuşdur.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

26. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

27. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.

28. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

29. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

30. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

31. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

32. Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

33. Maddə 405.0.1-ci maddəsinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər..

34. Maddə 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Apellyasiya məhkəməsinin aktı cavabdeh cavabdeh3 kassasiya şikayəti əsasında tam yoxlanıldı.

Kassasiya məhkəməsinin hüquqi mövqeyi

40. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq etmiş və işdə, cavabdeh cavabdeh3 kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

41. Cavabdeh cavabdeh3 kassasiya şikayətində apellyasiya məhkəməsinin işə baxarkən prosessual hüquq normalarının tələblərini pozuduğunu, iş üzrə düzgün olmayan qərardad çıxardığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dililləri ilə razılaşmır.

42. Belə ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 0# ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi cavabdeh cavabdeh3 Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdə ## ###### 2025-ci il tarixdə, saat 10:01-də yerləşdirilmişdir. Bununla da qətnamə ## ###### 2025-ci il il tarixdə cavabdeh cavabdeh3 rəsmi qaydada verilmişdir.

43. Apellyasiya məhkəməsi onu da qeyd etmişdir ki, cavabdeh cavabdeh3 qətnamədən kassasiya şikayəti verə biləcəyi son tarix ## ###### 2026-cı il olmuş, lakin kassasiya şikayəti qanunla müəyyən edilmiş 10 günlük müddət ötürüldükdən sonra, yəni ## ###### 2026-cı il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinet vasitəsi ilə verilmişdir.

44. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 0# ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi cavabdeh cavabdeh3 ## ###### 2025-ci il tarixdə rəsmi qaydada verilmiş hesab olunur və qətnamədən kassasiya şikayəti verilə biləcək son tarix ## ###### 2026-cı il olmuş, lakin kassasiya şikayəti qanunla müəyyən edilmiş 10 günlük müddət ötürüldükdən sonra verilmişdir. Bununla da, kassasiya şikayəti AR MPM-in 405.0.1-ci maddəsi ilə müəyyən olunmuş müddət pozulmaqla verilmişdir.

45. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh cavabdeh3 tərəfindən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə təsdiq olunmuşdur. Buna baxmayaraq, kassasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair ərizədə dolayısı ilə müddətin ötürülmədiyi qeyd edilmiş, eyni zamanda müddətin ötürülməsinin üzrlü olması barədə əsaslı və ağlabatan səbəb göstərilməmişdir.

46. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi, cavabdeh cavabdeh3 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş və prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Q ə r a r a aldı: Cavabdeh cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar