Məhkəmə qərarları › İş №2(1-8)-1832/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1832/2026

23.07.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1832/2026 23.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı birinci iş üzrə iddiası, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı birləşdirilmiş ikinci iş üzrə iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması, dövlət rüsumunun lazımi qaydada ödənilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası ilə bağlı birinci iş, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiası ilə bağlı birləşdirilmiş ikinci mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadından cavabdeh (birləşdirilmiş ikinci iş üzrə iddiaçı) Cavabdeh (vəkil vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu, Zığ şosesi, ev 39, mənzil 25-dən cavabdeh Cavabdeh istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Həmçinin iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri Xətai rayonu, Zığ şosesi, ev 39, ** nömrəli mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə hər iki iş eyni icraatda birləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) hər iki iddia təmin edilməmiş, qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh Bakı şəhəri Xətai Rayonu Zığ Şosesi ** saylı evin ** saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması qeyd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

5. Qətnamədən cavabdeh (birləşdirilmiş ikinci iş üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkil vəkil3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək onun iddia tələbinin təmin edilməsi, İddiaçı iddiasının rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov, (sədrlik edən və məruzəçi) İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi barədə” iddiasının təmin olunmaması, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə” iddiasının təmin olunaraq, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev № **-da yerləşən ** nömrəli mənzilə istifadə hüququnun tanınması və onun həmin mənzilə köçürülməsi qət edilmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:

7. Qətnamədən iddiaçı (birləşdirilmiş ikinci iş üzrə cavabdeh) Zamirə Əlixanova (vəkil vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı ilə (hakimlər Rəşad Həsənov, (sədrlik edən və məruzəçi) Əhməd Nurməmmədov və Aqil Abbasov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev, (sədrlik edən və məruzəçi) Cəmilə Musayeva və Fuad Abdıyev) apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 39-da yerləşən ** nömrəli mənzildən cavabdeh Cavabdeh istifadə hüququnun itirilmiş hesab edilməsi, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

10. Həmin qətnamədən cavabdeh (birləşdirilmiş ikinci iş üzrə iddiaçı) Cavabdeh (vəkil vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı ilə (hakimlər Fuad Babayev, (sədrlik edən və məruzəçi) Cəmilə Musayeva və Fuad Abdıyev) apellyasiya instansiyası məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh (birləşdirilmiş ikinci iş üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Cavabdeh tərəfindən kassasiya şikayəti verilərkən dövlət rüsumu məbləği qanunvericiliyin tələblərinə uyğun şəkildə ödənilməmiş, yəni müəyyən olunmuş məbləğdən az ödənilmişdir.

13. İş materiallarından görünür ki, kassasiya şikayətində məhkəmə qətnaməsi tam mübahisələndirildiyindən, dövlət rüsumu həm ilk, həm də birləşdirilmiş iddialara uyğun ödənilməlidir.

14. Bu baxımdan hazırki işdə ilkin və birləşdirilmiş iddia ərizələri qiymətləndirilməyən olduğundan, Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ödəməli olduğu dövlət rüsumunun məbləği “Dövlət rüsumu haqqında” Qanunun 8.2 və 8.6-cı maddələrinin tələblərinə əsasən 100 manat təşkil etdiyi halda, o, cəmi 50 manat məbləğində dövlət rüsumu ödəmişdir.

15. Beləliklə, adıçəkilən tərəfin kassasiya şikayətinə qanunla nəzərdə tutulmuş məbləğdə və qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədən verildiyindən geri qaytarılmalıdır.

16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini “Dövlət rüsumu haqqında” Qanunun 8.2 və 8.6-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.4, 408.1.3, 112.1.10, 112.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

17. Qərardaddan cavabdeh (birləşdirilmiş ikinci iş üzrə iddiaçı) Cavabdeh (vəkil vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, işin sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

18. Kassasiya şikayətində qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsində ödənilən rüsumun (100 manat) yarısı (50 manat) ödənilməklə kassasiya şikayəti verilə bilər. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.6-cı maddəsinə görə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.2-ci maddəsində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Başqa sözlə, birinci instansiya məhkəməsində ödənilən rüsumun (100 manat) yarısı (50 manat) ödənilməlidir. Qarşı tərəf də bu iş üzrə birinci dəfə kassasiya şikayəti verərkən 50 manat rüsum ödəmişdir və həmin şikayətə Ali məhkəmədə baxılmışdır (əlavə olunur). Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

19. Maddə 108.1.7. Mülki məhkəmə icraatında dövlət rüsumu apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə ödənilir.

20. Maddə 112.1.10. İddianın qiyməti bir neçə müstəqil tələbdən ibarət olan iddialardabütün tələblərin ümumi məbləği ilə müəyyən edilir.

21. Maddə 112.3. Qarşılıqlı iddia da əsas iddia qaydasında ödənilir.

22. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

23. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.

24. Maddə 408.1.3. Kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

25. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

26. Maddə 409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

28. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

29. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu:

30. Maddə 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat rüsum ödənilməlidir.

31. Maddə 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu qanunun müvafiq olaraq 8.1 və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi həcmində rüsum ödənilməlidir. Kassasiya baxışının hədləri:

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdeh (birləşdirilmiş ikinci iş üzrə iddiaçı) Cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Cavabdeh (birləşdirilmiş ikinci iş üzrə iddiaçı) Cavabdeh kassasiya şikayətinin, kassasiya şikayətinin verilməsi üçün birinci instansiya məhkəməsində ödənilən rüsumun (100 manat) yarısı (50 manat) ödənilməli olması barədə dəlili əsassızdır.

36. Belə ki, iş materiallarından müəyyən edilir ki, cavabdeh (birləşdirilmiş ikinci iş üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunsa da, ödənilmiş məbləğ qanunvericiliyin tələblərinə uyğun şəkildə ödənilməmiş, yəni müəyyən olunmuş məbləğdən az ödənilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi “Dövlət rüsumu haqqınada” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat, həmin qanunun 8.6-cı maddəsinə əsasən isə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu qanunun müvafiq olaraq 8.1 və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi həcmində rüsum ödənilməlidir. Qanunun qeyd olunan normasında bəhs olunan “iddianın qiyməti” anlayışı MPM-in 112-ci maddəsində izah edilmiş, habelə müxtəlif tələblər üzrə iddianın qiymətinin müəyyən olunmasının meyarları müəyyən edilmişdir. MPM-in 112.1.10-cu maddəsinə görə, iddianın qiyməti bir neçə müstəqil tələbdən ibarət olan iddialarda, bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. Həmçinin 112.3-cü maddəyə əsasən qarşılıqlı iddia da əsas iddia qaydasında ödənilir.

38. İş materialları öyrənildikdə görünür ki, kassasiya şikayətində məhkəmə qətnaməsi tam mübahisələndirildiyindən, dövlət rüsumu həm birinci iddiaya, həm də birləşdirilmiş ikinci iddiaya uyğun ödənilməlidir.

39. Bu baxımdan hazırda baxılan işdə birinci iddia və birləşdirilmiş ikinci iddia ərizələri qiymətləndirilməyən olduğundan, cavabdeh (birləşdirilmiş ikinci iş üzrə iddiaçı) Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ödəməli olduğu dövlət rüsumunun məbləği, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2 və 8.6-cı maddələrinin tələblərinə əsasən 100 manat təşkil etdiyi halda o, cəmi 50 manat məbləğində dövlət rüsumu ödəmişdir.

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq kassasiya şikayətinin geri qaytarılması barədə qənaətə gəlmişdir.

41. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

42. Beləliklə, kassasiya şikayətinin geri qaytarılması barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (birləşdirilmiş ikinci iş üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar