Məhkəmə qərarları › İş №2(1-8)-184/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-184/2026

18.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-184/2026 18.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Sumqayıt şəhər 4 saylı Notariat Ofisinin xüsusi notariusu X1 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətini cəlb etməklə) iş üzrə QƏRARİ Açar sözlər: icra qeydinin ləğv edilməsi Hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Sumqayıt şəhər 4 saylı Notariat Ofisinin xüsusi notariusu X1 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətini cəlb etməklə) “icra qey dinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1296/2025 nömrəli, 4 noyabr 2025ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 18 fevral 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/4028 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 36 ay müddətinə, illik 32% olmaqla, 13000 manat məbləğində kredit vermişdir ki, həmin müqavilənin 3.1-ci bəndinə görə borc alan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 0,1 faizi qədər dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür.

2. Sumqayıt şəhər 4 saylı Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən icra qeydi verilmiş və hazırki iddiaçı həmin icra qeydini mübahisləndirir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətini cəlb etməklə cavabdeh Sumqayıt şəhər 4 saylı Notariat Ofisinin xüsusi notariusu X1 qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər 4 saylı Notariat Ofisinin 8İ1314 saylı, 27 yanvar 2024-cü il tarixli icra qeydinə əsasən Cavabdeh1 notariusu Cəmaləddin Rüstəmov “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında” Azər baycan Respulikası Qanununun 38.1-ci maddəsinə əsasən həmin sənədlər üzrə ipoteka saxlayan "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMCnin tələbi ilə ipoteka qoyan ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı məxsus ipoteka predmeti olan Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 26/11 ünvanında yerləşən 9 saylı mənzilə (Yeni qaydalarla: AZ5008, Sumqayıt şəhəri, Koroğlu prospekti, 295, M3, m.1) əmlaka tutma yönəldilmişdir. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə İddiaçı arasında bağlanmış 14 dekabr 2022-ci il tarixli, 2022/4028 saylı, xx.xx.2025 kredit müqaviləsinə əsasən "xxxx" BOKT MMC-nin İddiaçı illik 32% hesablanmaqla 36 ay müddətinə 13000 manat məbləğində kredit verilmişdir. MMC ilə İddiaçı arasında bağlanmış 14 dekabr 2022-ci il tarixli, № 2022/4028-İP yaşayış evinin ipoteka müqaviləsinə ə sasən Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 26/11 ünvanında 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 45,20 kv.m, ümumi 30,5 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 9 saylı mənzilin "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin qarşısında ipoteka ilə yüklü edilmiş və yüklülük Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********08-05101-093070 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. Lakin qanunvericiliyə əsasən notarius icra qeydi barədə iddiaçıya xəbərdarlıq etməmiş və icra qeydinin surəti göndərilməmişdir. Həmçinin, kredit borcu, faizlər həddən artıq şişirdilmiş və düzgün müəyyən edilməmişdir. Bank kredi t borcunun faiz hissəsini süni olaraq artırıb əlavə faiz hesablanmışdır. Göstərilənlərə əsasən, Sumqayıt şəhər 4 saylı Notariat Ofisinin 8İ-1314 saylı, 27 yanvar 2024-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Müstəqil tələb sürməyən üçüncü şəxs "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən iddia tələbinə qarşı etiraz verilərək etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş icra qeydinə əsasən, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan-Az1065, Bakı şəhəri Yasamal ray onu, X4, ev 177 ünvanında yerləşən "X5 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) tələbi ilə ipoteka qoyanünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı (AA*******, xx.xx.2021 - Asan-Sumqayıt; FİN: xxxxxxx; d/t: xx.xx.1986) məxsus ipoteka predmeti olan Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 26/11 ünvanında yerləşən 9 saylı mənzilə - (Yeni qaydalarla: AZ5008, Sumqayıt şəhəri, Koroğlu prospekti, 295, M3, m1) ünvanında yerləşən əmlaka tutma yönəldilməlidir. (Öhdəliyi müəyyən edən 3M-7002 müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 12780.46 AZN əsas borc, 2654.52 AZN faiz borcu, 4680.00 AZN dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 20114.98 AZN təşkil edir.) Bundan əlavə borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbl əğində dövlət rüsumu (haqq) olmaqla cəmi 20139 manat 98 qəpik (iyirmi min yüz otuz doqquz manat doxsan səkkiz qəpik) pul tutulmalıdır. Həmin icra qeydi xx.xx.2024 tarixdə aparılmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, notarius icra qeydi barədə iddiaçıya xəbərdarlıq etməmiş və icra qeydinin surətini iddiaçıya göndərməmişdir. Qanunvericilikdə notariusun icra qeydi barədə borcluya xəbərdarlıq etməsi və icra qeydinin surətini borcluya göndərməsi kimi norma yoxdur. "xxxx" Bokt MMC tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq iş üzrə İddiaçı qeydiyyatda olduğu, faktiki yaşadığı ipoteka predmetinin yerləşdiyi ünvan 1 ünvanına 19 dekabr 2023-cü il tarixdə 2868 saylı “ipoteka predmetinə məhkəmə qaydasında və ya icra qeydi əsasında tutmanın yönəldilməsinə dair” bildiriş, məktub v ə bağlamaların daşınması xidməti ilə məşğul olan Mega Post Service vasitəsilə göndərilmişdir. Bildiriş xx.xx.2023-cü il tarixdə ipoteka predmetinin yerləşdiyi ünvanında “Muradov” soyadlı şəxs tərəfindən qaiməyə imza edilməklə qəbul edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi əsassız mülahizələri nəzərə alınaraq icra qeydi ləğv edilə bilməz. İddiaçının icra qeydini məhkəmə qaydasında mübahisələndirməsinin səbəbi prosesual hüququndan sui-istifadə etməklə müqavilə öhdəliklərindən bu və ya digər formada yayınmaq və ya icra qeydinin icrasını müəyyən formada uzatmaqdan ibarətdir. Odur ki, iddia ərizəsi əsassız hesab edilərək rədd edilməlidir.

6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-3070/2025 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim Şəbnəm Həxiyeva).

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 8İ-1314 saylı notariat işinin materiallarına əsasən tələbkar (ipoteka saxlayan) tərəfindən borcluya bildiriş göndərilmiş, həmin bildirişin borcluya göndərilməsini təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmuş, həmçinin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmış, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirmişdir.

8. Qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab etmişdir ki, müvafiq icra qeydinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edilmədiyindən iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

9. Məhkəmə həmin nəticəyə gələrkən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 10.5, 36.1, 36.2, 36.3, 36.3-1, 36.4, 36.5, 37.1, 37.3, 38.1, 38.2-ci, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 169-1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellaysiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş etmişdir.

11. Apellyasiya şika yəti onunla əsaslandırılmışdır ki, qətnamədə göstərildiyi kimi iddiaçı tərəfindən təqdim olunmuş sübutlar – o cümlədən kredit müqaviləsinin surəti, ödəniş cədvəlləri, müştəri ilə təşkilat arasında baş vermiş yazışmalar, eləcə də xx.xx.2024-cü il tarixli icra qeydinin qeyri-qanuni tərtib edilməsi ilə bağlı iddialar lazımi dərəcədə araşdırılmamışdır. Məhkəmə bu sənədlərin hüquqi mahiyyətini qiymətləndirməmiş, nəticədə qərar yalnız cavabdeh tərəfin təqdim etdiyi faktlara söykənmişdir. “Notariat haqqında” Qanunun 63-cü maddəsinə əsasən icraya yönəldilən sənəd üzrə notarius yalnız qanunla müəyyən edilmiş hallarda və şərtlərlə icra qeydi apara bilər. Lakin iş materiallarından görünür ki, "xxxx" BOKT MMC tərəfindən təqdim edilmiş sənəd tələbin hüquqi qüvvəyə malik olduğunu sübut etmir. Belə ki, k redit müqaviləsinin ödəniş müddəti ilə bağlı əsas müddəaları aydın şəkildə göstərilməmiş, gecikmiş əsas borcun və faizlərin hesablanması ilə bağlı rəsmi bildirişin verilməsi faktı sübut olunmamışdır. Mübahisəli borc məbləğinə dair razılaşdırılmış cədvəl və ya akt yoxdur. Bu hallarda borcun mövcudluğu və məbləği aydın və mübahisəsiz sayılmadığından, notariat icra qeydi aparıla bilməzdi. Notarius tərəfindən “icra qeydi” aparılarkən tərəflər arasında mübahisənin olması faktı nəzərə alınmalı idi. Məhkəmə borcun mövcudluğuna dair iddiaçının etirazlarını və cavabdehlə yazışmalarını nəzərə almadan, kredit təşkilatının təqdim etdiyi hesablamaları əsas tutmuşdur. İddia ərizəsində xüsusi notariusun notariat icra hərəkəti zamanı qanunun pozulması faktı konkret əsaslarla göstərilmişdi. Lakin məhkəmə b u arqumentlərə hüquqi qiymət verməmiş, notariusun məsuliyyəti məsələsini tamamilə diqqətdən kənarda saxlamışdır. Notarius yalnız hüquqi əsas olduqda icra qeydini aparmalıdır. Əgər əsas etibarnamə mübahisəlidirsə və ya artıq hüquqi qüvvəsini itiribsə, icra qeydi də etibarsız hesab edilə bilər. Məhkəmə notariatın fəaliyyətini yalnız forma baxımından yoxlayıb, lakin material əsasları və etibarnamənin mötəbərliyi məsələsini kənarda qoyubsa maddələrin düzgün tətbiq olunmaması baş verib. İcra qeydinin əsaslandığı etibarnamə ya qeyriqanuni surətdə əldə edilibsə, yaxud etibarnamənin verilməsində iradə pozuntusu varsa, bu zaman həmin icra hərəkətləri etibarsız hesab olunmalıdır. Məhkəmə bu ehtimalı ciddi şəkildə araşdırmayıb, sübutlarla bağlı dərin təhlil aparmayıbsa, bu maddələrin tətbiqində yanlı şlığa yol verilmiş ola bilər. Məhkəmə icra qeydinin hüquqi əsaslarını və onun verilmə şərtlərini araşdırmamışdır. Xüsusilə, təqdim edilən kredit müqaviləsinin məcburi icraya yönəldilə bilən sənəd olub-olmaması, borcun tərəflər arasında mübahisəsiz olması məsələləri yoxlanılmamışdır. Bu səbəbdən məhkəmənin qərarında hüquqi səhv vardır. Ərizəçinin təqdim etdiyi ödəniş sənədləri, bank çıxarışları və digər sübutlar lazımi qaydada qiymətləndirilməmişdir. Borcun tam və ya qismən ödənilib-ödənilmədiyi mövzusu məhkəmədə kifayət qədər araşdırılmadan qərar qəbul olunmuşdur. Notariusun icra qeydi vermə zamanı müvafiq qanun və qaydalara uyğun hərəkət edib-etmədiyi məsələsi araşdırılmamışdır. Xüsusilə, mübahisəli sənədlər əsasında icra qeydi verilməsinin qadağan olması prinsipi pozulmuş ola bilər. Bu d a hüquqi nöqteyi-nəzərdən ciddi çatışmazlıqdır. Ərizəçinin kredit müqaviləsini bağlama prosesi zamanı iştirakına və onun iradəsinin uyğunluğuna dair məsələlər yoxlanılmayıb. Müqavilənin imzalanması zamanı saxtakarlıq və ya ərizəçinin iradəsinin əksikliyi barədə iddialar məhkəmədə araşdırılmayıb. Nəhayət, məhkəmə MPM-in 14 və 88-ci maddələrinə uyğun olaraq bütün tərəflərin təqdim etdiyi sübutları tam və obyektiv qiymətləndirməli idi. Lakin bu, həyata keçirilməmiş və yalnız cavabdehin təqdim etdiyi sənədlərə əsaslanaraq qərar verilmişdir. Məhkəmə tərəfindən iş üçün əhəmiyyəti olan bir sıra faktiki hallar müəyyən edilmişdir. Lakin həmin hallar üzrə kifayət qədər sübut təqdim edilməmiş və ya mövcud sübutlar qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməmişdir. Məsələn, məhkəmə qərarında q eyd olunan borcun miqdarı və onun yaranma əsası tam sübut olunmamışdır. Borcun konkret məbləği və yaranma səbəbi ilə bağlı tərəflər arasında mövcud mübahisələrə dair heç bir yazılı və ya digər etibarlı sənəd sübut kimi təqdim edilməmişdir. Həmçinin, məhkəmə tərəfindən qeyd olunan notariusun icra qeydi vermə prosedurunun qanuniliyinə dair sübutlar məhkəmə baxışı zamanı araşdırılmamışdır. İcra qeydi verilməzdən əvvəl notariusun təqdim olunan sənədlərin tamlığını və qanuniliyini yoxlaması tələb olunmasına baxmayaraq, bunun faktiki olaraq həyata keçirilməsi sübut olunmamışdır. Daha öncə ərizəçi tərəfindən iddia edilən ödənişlərin mövcudluğu və məbləği ilə bağlı sübutlar da tam təqdim olunmayıb və ya məhkəmə tərəfindən qiymətləndirilməyib. Ümumilikdə, birinci instansiya məhkəməsinin müəyyən e tdiyi, lakin sübut edilməyən faktiki hallar işin obyektiv və tam həllinə mane olmuşdur. Bu da məhkəmə qərarının qanunsuzluğuna və əsassızlığına gətirib çıxarmışdır. Məhkəmə borcun mövcudluğu və məbləği barədə qətnamədə qeyd etdiyi nəticəni əsaslandırmaq üçün təqdim olunmuş sübutları tam və obyektiv şəkildə araşdırmamışdır. İş üzrə təqdim edilmiş sənədlərin və ifadələrin təhlili göstərir ki, borcun məbləği ilə bağlı ciddi mübahisələr mövcuddur və bu mübahisələr məhkəmə tərəfindən nəzərə alınmamışdır. Həmçinin, məhkəmə qərarında iddia olunan istifadə hüququna dair şərtlər və faktiki vəziyyət arasında uyğunsuzluq vardır. Tərəflərin müqavilə və digər sənədlərində göstərilən hüquqlar və öhdəliklər məhkəmənin nəticələri ilə ziddiyyət təşkil edir. Qərarda həmçinin cavabdehin mövcud yaşayış şərait inə, ailə vəziyyətinə və digər sosial hallara düzgün qiymət verilməmiş, bu da məhkəmə qərarının ədalətli olmasına mane olmuşdur.

12. İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, apellyasiya şikayətində bütün hüquqi mövqeyi, arqumentləri və tələbi ətraflı şəkildə göstərilmişdir. Qeyd etmişdir ki, əsas borcun ödənilməsi öhdəliyinin saxlanılması, lakin tətbiq olunmuş faizlər həddən artıq çox olduğundan bu faizlərin azaldılmasını, Mülki Məcəllənin 439, 445-ci maddələrinə əsasən, borcun icrasının tərəflərin vəziyyətinə uyğun olaraq qrafikləşdirilməsi və hissə-hissə ödənilməsi imkanının təmin olunmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs "xxxx" BOKT MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildi rmişdir ki, şikayət formal xarakter daşıyır, təmin olunmamasını xahiş edir. Şikayətə münasibəti etirazda ətraflı qeyd etmişlər. Qanunvericiliyə əməl olunaraq, müddətlər gözlənilməklə icra qeydi üçün notariusa müraciət edilib. Həmin müddətlər ərzində heç bir şikayət daxil olmamışdır. İcra qeydi qanuni həyata keçirilib. Kredit müqaviləsinə əsasən faiz borcu hesablanıb. Cəriməni müqavilə müddətində hesablamışlar. Müqavilənin müddəti 2025-ci ilin dekabrında bitəcəkdir. Buna görə də şikayətin rədd edilməsini xahiş etmişdir.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1296/2025 nömrəli, 4 noyabr 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Afiq Hüseynzadə-sədrlik edən və məruzəçi, Ayaz Mahmudov və Lalə Rəhimli).

15. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, iş materiallarnda olan "xxxx" BOKT MMC-nin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 2868 saylı “ipoteka predmetinə məhkəmə qaydasında və ya icra qeydi əsasında tutmanın yönləndirilməsinə dair” bildirişdən görünür ki, borclu 4028/2022 saylı kredit müqaviləsi üzrə öhdəlikləri 21 gün ərzində tam icra etməsi ilə bağlı xəbərdar edilmiş, borcun 21 gün müddətində ödənilmədiyi halda “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 34-36-cı maddələrinə əsasən ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldiləcəyi bildirilmişdir. Həmin bildirişdə kredit müqaviləsi üzrə 20114,98 manat məbləğində (12780,46 manat əsas borc, 2654,52 manat faiz borcu, 4680 manat dəbbə borcu) borcun ödənilm əsi tələb olunmuşdur. Göndərilmiş bildiriş iddiaçıya məxsus ünvandan qəbul edilmiş, lakin iddiaçı bildirişdə tələb edilən borc məbləğinə və tələbin icra qeydi əsasında ipotekaya yönəldilməsinə dair etirazını bildirməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, yuxarıda göstərilən faktlar cavabdeh notariat ofisi üçün borcun mübahisəsiz olmasını və borclunun tələbkar qarşısında məsuliyyətini təsdiq etmişdir ki, buna müvafiq olaraq da notariat ofisi tərəfindən icra qeydinin verilməsi zamanı qanunvericiliyin tələbinin pozulmaması halları müəyyən edilməmişdir.

17. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, icra qeydi üzrə əsas borcun ödənilməsi öhdəliyi saxlanılması, lakin tətbiq olunmuş faizlərin həddən artıq çox olduğundan bu faizlərin azaldılmasını xahiş etmişdir ki, iddiaçının məhkəməyə bu müraciəti əsas borc məbləğinin mübahisəsiz olmasını təsdiq etmişdir.

18. Məhhkəmə kollegiyası iddiaçının tələbkar tərəfindən hesablanmış olan əsas borc məbləği, faiz və dəbbə pulunun həddindən artıq şişirdilməsi bağlı dəlillərini də əsassız hesab etmişdir.

19. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" BOKT MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/4028 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 36 ay müddətinə, illik 32% olmaqla, 13000 manat məbləğində kredit vermişdir ki, həmin müqavilənin 3.1-ci bəndinə görə borc alan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müq avilə məbləğinin 0,1 faizi qədər dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan sübutlara əsasən iddiaçının kredit müqaviləsi üzrə əsas borcu 12780,46 manat təşkil etmiş (qeyd edilən məbləğ iddiaçı tərəfindən mübahisələndirilməməkdədir), faiz və dəbbə pulu isə 24 yanvar 2024-cü il tarixinə kimi hesablanmışdır ki, bu da 1 il müddətini əhatə etmişdir. Kredit müqaviləsi üzrə əsas borcun 12780,46 manat olması, müqavilənin 3.1-ci bəndinə əsasən isə hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 0,1 faizi qədər dəbbə pulu hesablanmalı olması və gecikdirilmiş müddətin 1 il olması nəzərə alındıqda, (13000 x 0,1%=13 manat, 13 manat x 360 gün=4680 manat) hesablanmış 4680 manat dəbbə pulunun əsassız olmasını istisna etmişdir. Qeyd edilən hal illik 32% hesablanmalı olan faiz məbləği nə də aid olmuşdur.

20. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, icra qeydi verilməsi tələb edilən borc məbləği əsaslı olmaqla, iddiaçının faiz məbləğlərinin artıq hesablanması ilə bağlı dəlili əsassız olmaqla, borcun artıq hesablanmasına dair iddiaçı tərəfindən hər hansı bir əsaslandırılmış arqument də irəli sürülməmişdir.

21. Məhkəmə kollegiyası iddiaçının etibarnamənin hüquqi qüvvəsini itirdiyi halda icra qeydinin də etibarsız hesab edilə bilməsi, borcun mövcudluğuna dair etirazlarının və cavabdehlə yazışmalarının nəzərə alınmaması ilə bağlı apellyasiya şikayətinin dəlilərinə münasibətdə isə qeyd etmişdir ki, iddiaçının hansı etibarnamədən bəhs etməsi və bunun icra qeydinin verilməsi ilə bağlı hansı əlaqəsinin olmasını şikayətində açıqlamamqla yanaşı, buna dair, o cümlədən tə ləbkar tərəfindən borcun məbləği və hesablanmış faizlərə dair göndərilmiş bildirişə etiraz etməsinə dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının qeyd olunan və digər şikayətinin dəlilləri yalnız ümumi sözlərlə ifadə olunmaqla, hər hansı bir əsaslandırma və sübutla müşayiət olunmamışdır. Buna görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin qeyd olunan dəlillərini də əsassız hesab etmişdir.

22. Bundan başqa, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları da müəyyən edilməmişdir.

23. Məhkəmə öz mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa, “Notariat haqqında” Azərbaycan Respublikasının qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (Vəkil Ramiz oğlu) kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin olunaraq iş üzrə 8İ-1314 saylı icra qeydinin qanunsuz hesab edilib ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə bildirişin alındığını qəbul edərək 21 günlük müddətin ötürüldüyünü iddia edib, lakin iddiaçının bildirişi almadığına dair etirazlarını (ödəniş cədvəlləri v ə yazışmalar) qiymətləndirməyib. Qanuna görə, şikayət bildiriş alındıqdan sonra verilir, amma məhkəmə bildirişin qəbulunu "Muradov" tərəfindən sübut kimi qəbul edib, iddiaçının şəxsi qəbul etməməsini nəzərə almayıb.

26. Həmçinin iddiaçının məhkəmə hüququnu məhdudlaşdırıb, icra qeydinin (xx.xx.2024-cü il, 8İ-1314) qanunsuz saxlanılmasına gətirib çıxarıb və əmlaka tutmanın əsassız yönəldilməsi ilə nəticələnib. Məhkəmə icra qeydini qanuni hesab edib, lakin qanuna görə tutma yalnız şikayət edilmədikdə həyata keçirilir, burada borcun məbləği (12780.46 AZN əsas borc, 2654.52 AZN faiz, 4680 AZN dəbbə pulu) mübahisəli idi və faizlərin hesablanması süni, artıq göstərilib. Məhkəmə iddiaçının etirazlarını (faizlərin şişirdilməsi) araşdırmayıb. Bu, icra qeydinin etibarsız saxlanılmasına səbəb olub, id diaçının əmlak hüququnu pozub və borcun məcburi icrasına yol açıb.

27. Bundan başqa, notarius icra qeydini apararkən borcun mübahisəsizliyini yoxlamayıb, qanuna görə icra qeydi yalnız mübahisəsiz borclar üçün aparılır və bildiriş 20 gün əvvəl göndərilməlidir. Məhkəmə notariusun sənədlərin tamlığını (borcun hesablanması, ödəniş sübutları) yoxlamadığını nəzərə almayıb. Bu pozuntu icra qeydinin qanunsuz aparılmasına gətirib çıxarıb, iddiaçının prosessual hüquqlarını pozub və əmlakın qanunsuz tutulmasına səbəb olub.

28. Qətnamə yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalı idi, lakin məhkəmə iddiaçının sübutlarını (ödəniş sənədləri, faiz səhvləri) tədqiq etməyib, borcun hesablanmasını yoxlamayıb.

29. Məhkəmə eyni zamanda qərarı formal mülahizələrə görə ləğv etməyib, lakin maddi səhvlər mövcuddur, qanuna görə, qanuni qərar formal səbəblərə görə ləğv edilə bilməz, amma burada prosessual pozuntular var. Pozuntu qərarın saxlanılmasına gətirib çıxarıb və kassasiya üçün əsas yaradıb.

30. Məhkəmə sübutları obyektiv və tam qiymətləndirməyib, iddiaçının təqdim etdiyi ödəniş cədvəlləri, yazışmalar və faiz hesablamasının səhvi ilə bağlı sübutlar araşdırılmayıb, yalnız cavabdehin sübutları əsas tutub. Qanuna görə, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və qərəzsiz qiymətləndirməlidir.Bu, qərarın obyektivliyini pozub, iddiaçının hüquqlarının qorunmamasına və icra qeydinin əsassız saxlanılmasına səbəb olub, prosesin ədalətliliyini sual altına qoyub.

31. Mhkəmə qeyd edilənlərlə yanaşı, iddiaçının iştirakı olmadan baxıb, lakin şikayətdə göstərilən d əlilləri tam araşdırmayıb; qanuna görə, iclas tərəflərin iştirakı ilə keçirilməli və sübutlar yoxlanılmalıdır.

32. Məhkəmə tərəflərin sübut öhdəliyini nəzərə almayıb, iddiaçı borcun məbləğinə etiraz edib və sübutlar təqdim edib, lakin məhkəmə bunları qiymətləndirməyib, yalnız "xxxx" BOKT-nin hesablamalarını qəbul edib.

33. Kassator şikayətini "İpoteka haqqında"Azərbaycan Respublikası Qanununun 36.1, 37.1, 38.1-ci "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

35. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əs as verən hallar aşağıdakılardır: 36. 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi. 37. 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər.

38. Maddə 37.3. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır.

39. Maddə 38.1.Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsin ə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir.

40. Maddə 38.2. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozi t hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən öd ənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır. “Notariat haqqında” Azərbaycan Respublikasının qanunu

41. Maddə

76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat 42.

161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.

43. Maddə

162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. İcra qeydinin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin ic rasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısı

2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a)əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b)müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c)alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı; Bənd 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a)ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b)ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2- ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə al ınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübu tlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayəti ndə irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiy a instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlilləri əsasında araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

53. İddiaçının kassasiya şikayətinin dəlilləri onun tərəfindən verilmiş apellyasiya şikayətində və məhkəmə iclaslarında verdiyi izahatlarda irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübut ları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

54. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, sübutlara düzgün qiymət verilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kass asiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

55. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 noyabr 2025-ci il tarixli, 2(105)-1296/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvv qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar