Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-209/2026 03.03.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): əsassız varlanma (əmlakda edilmiş yaxşılaşdırmalara çəkilmiş xərclərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2025-ci il tarixli 2(104)1072/2025 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş k assasiya şikayətlərinə 3 mart 2026-cı il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı 8 yanvar 2022-ci il tarixdə vəfat etmiş əri X2 miras qalmış əmlaka dair İddiaçı vərəsəlik işi açılmışdır.
2. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında HK-1/3293 nömrəli material üzrə 1 dekabr 2022-ci il tarixli qərarına əsasən, İddiaçı şikayət ərizəsi üzrə X10 barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 30000 manat, yol pulu üçün ödədiyi 80 manat, dövlət rüsumu kimi 180 ma nat pulun, ümumilikdə cəmi 30260 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum əri X1 rayon çay qırağı ərazisində yerləşən cavabdehlərin işlətdikləri obyektdə təmir üçün 30000 manat pul xərcləmişdir. Həmin çəkilən xərcin daşınmaz əmlakdan ayrılması mümkün deyildir. Əslində həmin xərc 30000 manatdan çoxdur. Oraya ustaların zəhmət haqqı da daxildir. Bu barədə Tovuz RPŞ-də müvafiq materiallar vardır. Cavabdehlərə bu barədə dəfələrlə müraciət edilsə də, onlar üzərinə düşən vəzifələri icra etməmişlər. Dedikləri barədə bir çox şahidləri və sübutları vardır. Cavabdehlərin hazırkı hərəkətləri əsassız varlanmadır.
5. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edərək bildirmişdir ki, mərhum əri ona məxsus qızılla rı, Dönük Qırıqlı kəndində yerləşən evlərini və torpaq sahələri satmışdır ki, çaykənarı deyilən ərazidə torpaq alıb obyekt inşa etsin. Bir müddət sonra mərhum əri ona bildirmişdir ki, almaq istədiyi ərazini almışdır. Qiymətindən isə 20000 manat verdiyini bildirmişdir. Lakin bu barədə hər hansı sənəd gətirməmişdir. Bundan sonra mərhum əri orada tikinti işləri aparmışdır. Çünki ərazi tamamilə bərbad halda olmuş, obyekt kimi istifadəsi mümkün olmamışdır. Buna görə də mərhum əri tərəfindən orada çoxsaylı yaxşılaşdırma abadlıq işləri aparılmışdır. Həmin vəsait ümumilikdə 30000 manatdan çox olmuşdur. Lakin əri 2022-ci ilin yanvar ayında vəfat etdikdən sonra cavabdehlərdən ərinin haqqını tələb etsə də, müsbət nəticə əldə etməmişdir. Ona indiyə kimi cəmi 100 manat pul vermişlər. Cavabdehlər ona mə rhum ərinin hər hansı tikinti işləri aparmadığını, oranı yalnız icarəyə götürdüyünü, hətta icarə haqqını belə vermədiyini bildirmişdir. Hansı ki, bunlar hamısı yalandır. Bu barədə müvafiq şahidləri vardır və onlar məhkəmə iclasına dəvət edilmişdir. Həmin şahidlər təsdiq edəcəklər ki, mərhum əri Rövşən tərəfindən oraya nə qədər xərc qoyulmuşdur. Mübahisəli obyektə çəkilmiş xərcin hansı məbləğdə olması üçün müvafiq ekspertiza keçirilməsinə ehtiyac vardır. Odur ki, ekspertiza keçirilməklə rəyə uyğun iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçını son vaxtlara kimi tanımamışdır. Lakin onun mərhum əri Rövşən Zeynalov ilə aralarında normal münasibətlər olmuşdur. Belə ki, mübahisəli obyekt onlara məxsus olmuş və iddiaçının mərhum ərinə aylıq 300 manat olmaqla icarəyə verilmişdir. Bu illər 2019-cu ilin martından 2022-ci ilin yanvar ayına olan müddəti təşkil etmişdir. Rövşən Zeynalovla onların arasında heç vaxt alqı-satqı müqaviləsi üzrə hüquq münasibətləri yaranmamışdır. Obyekti ona icarəyə verdikdən sonra ölkə ərazisində pandemiya şəraiti ilə əlaqədar obyekt məhdud fəaliyyət göstərmişdir. Bu səbəbdən Rövşən Zeynalov onlara cəmi icarə kimi 3 il ərzində 1000 manat pul vermişdir. Orada isə mərhum tərəfindən onların iradəsinə uyğun olaraq hər hansı tikinti işləri aparılmamışdır. Hətta əsaslı tikinti işləri aparmağa belə onlar razı olmamışdır. Çünki obyekt onlara məxsus olmuş və iddiaçının istəyi üzrə yenidənqurma işləri aparması onların mənafeyinə zidd olmuşd ur. Rövşən Zeynalov vəfat etdikdən sonra iddiaçı onlardan pul tələb etməyə başlamışdır. İddiaçıya mərhum ərinin mübahisəli obyekti almamasını, orada hər hansı onların razılığı ilə tikinti işləri görməməsini, hətta onlara icarə haqqı üzrə borclu olmasını bildirsələr də, iddiaçı onları məhkəməyə verəcəyini bildirmişdir. Bununla belə iddiaçı ona xəstə olmasını və pula ehtiyacı olmasını bildirdiyi üçün insanlıq naminə ona 100 manat vermişdir. Hazırda isə iddiaçı bunu ərinin çəkdiyi xərcin qarşılığının olmasını bildirmişdir. Həmin məbləğ tələb olunan məbləğ qarşılığında müqayisə olunmaz dərəcədə azdır. Bundan başqa iddiaçının təqdim etdiyi şahidlər hamısı özünün tanışları olmuş və iddiaçının xeyrinə ifadə vermək üçün gəlmişlər. Ümumiyyətlə cəmi 10-15 gün təmizlik işləri görən insanların bu qə dər məlumatlı olması inandırıcı deyildir.
7. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbi ilə bağlı digər cavabdehin dediklərini təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçının mərhum əri Rövşən Zeynalov ilə onlar arasında heç vaxt alqı-satqı münasibətləri olmamışdır. İddiaçının mərhum əri mübahisəli obyekti icarəyə götürmüşdür. Hətta icarə pulu aylıq 300 manat olmasına baxmayaraq, mərhum 3 il ərzində onlara cəmi 1000 manat pul vermişdir. Vəfat etdiyi üçün isə geri qalan pulu tələb etməmişlər. İddiaçını isə Rövşənin ölümündən sonra tanımışlar. Həmin şəxs onların hesabına əsassız varlanmaq istəyir. Eyni zamanda iddiaçının mərhum əri orada onların razılığı ilə hər hansı tikinti işləri aparmamışdır. Ümumiyyətlə iş görməmişdir ki, onların da razılığın alsın.
8. Məhkəmə iclasında şahid qis mində dindirilən X8 göstərmişdir ki, iddiaçının mərhum əri Rövşən Zeynalovu tanımışdır. Rövşən ona bir gün demişdir ki, kafe götürmüşdür və orada təmizlik işləri görmək lazımdır. Bu səbəbdən briqada rəhbəri kimi 45 nəfər götürüb kafeni təmizləməyə getmişlər. Orada təxminən 10 gün işləmişlər. Kafe çox çirkli olmuşdur. Kafeni təmizləmişlər. Rövşən orada besetkalar tikdirmiş, hətta oraya kubik tökdürmüşdür. Bildirmişdir ki, obyekti əsaslı düzəltdirmək istəyir. Həmin vaxt Rövşənə zəng gəlmişdir. Rövşən ona demişdir ki, pul istəyirlər. Səbəbin soruşduqda bildirmişdir ki, buranı 40000 manata almış, həmin puldan 20000 manatını vermişdir. Bildiyi qədər Rövşən ora ümumi 10000 manat dəyərində xərc çəkmişdir.
9. Şahid qismində dindirilən X7 digər şahid Əntiqə Mustafayeva ilə eyni məzmunlu ifadə vermi şdir.
10. Şahid qismində dindirilən zaman X11 ifadəsində göstərmişdir ki, mərhum Rövşən Zeynalov onun əmisi olmuşdur. Atası orada qaynaq işləri görmüşdür. O da, mütəmadi olaraq mübahisəli obyektə gedib-gəlmişdir. Mərhum əmisi tərəfindən orada sanitar qovşaq düzəltdirilmiş, habelə əşyalar alınmışdır. Nə qədər pul verildiyini bilməmişdir. Mərhum əmisi hətta ora mebel belə almışdır.
11. X4 ifadəsində göstərmişdir ki, mübahisəli obyektdə 2021-ci ilin may ayından 2022-ci ilə kimi işləmişdir. Orada beton tökmə işləri görmüş və bardürlər düzmüşdür. Zəhmət haqqı kimi 400 manat pul almışdır. Alınmış materialların qiymətini dəqiq bilməmişdir.
12. Tovuz Rayon Məhkəməsinin 4 sentyabr 2023-cü il tarixli 2(062)-1479/2023 nömrəli (hakim F.Əliyev) qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 q arşı pul tələbinə dair iddia ərizəsi rədd edilmişdir.
13. Məhkəmə iddianın qaldırılması ilə bağlı iddiaçının subyektv hüququnun olubolmamasına dair göstərmişdir ki, miras əmlak qanunla müəyyən edilmiş qaydada iddiaçı tərəfindən qəbul edilmiş və Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır və Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə iddiaçı subyektiv hüquqa malikdir.
14. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri icarə üzrə götürülmüş əmlaka dair çəkilmiş xərcin ödənilməsi üzrə yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına borcla bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.
15. İddiaçı iddiasının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı mərhum əri Rövşən Zeynalov tərəfindən mübahisəli obyektdə hansı işlərin görülməsi, bu işlərin nədən ibarət olması, habelə görülən işlərin istismar və qulluq xərclərinə aid olması barədə mötəbər sübutlar göstərməmişdir. Bundan başqa iddiaçı həm obyektin əri tərəfindən alqısatqı üzrə alınmasını, lakin sənədləşmənin aparılmamasını, həm də orada tikinti işlərinin aparılmasını göstərmişdir. Hansı ki, nə üçün özünün qeyd etdiyinə əsasən alqı-satqı üzrə verilmiş 20000 mana tın deyil də, yalnız xərc kimi çəkilmiş 30000 manat pulu tələb etməsini izah edə bilməmişdir. Nəzərə almaq lazımdır ki, normalda iddiaçı həmin vəsaiti də tələb etməli idi.
16. Digər tərəfdən iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi qərarda iddiaçı Nazim adlı şəxsdən şikayətçi olaraq etdiyi müraciətində mübahisəli obyektin yerləşdiyi torpaq sahəsinin mərhum əri tərəfindən həmin şəxsdən 5000 manatlıq mebel dəsti müqabilində alınmasını göstərmişdir. Bu zaman iddiaçı orada mərhum əri tərəfindən işlərin görülməsini və ya cavabdehlərin məsələyə aidiyyətini qeyd etməmişdir. Belə ki, iddiaçının iddia ərizəsində yazdıqları, verdiyi izahat, habelə polisə müraciəti zamanı göstərdikləri bir-biri ilə uzlaşmayan fikirlər olmuşdur. Bütün bunlar iddiaçının iddia tələbi üzrə səmim i olmamasına dəlalət edir. Məhz bu kimi amillər məhkəməyə iddiaçının izahatına tənqidi yanaşmağa əsas vermişdir.
17. Həmçinin iddiaçının təqdim etdiyi şahidlərin ifadələri də məhkəmə tərəfindən sübut kimi qəbul edilməmişdir. Çünki şahidlərdən iki nəfəri – Əntiqə və Rahilə orada təmizlik işləri görən şəxslər olmuşdur. Özləri də göstərmişdir ki, cəmi 10-15 gün ərzində orada işləmişlər. Həm onların gördükləri işin xüsusiyyəti baxımından, həm də qısa müddət ərzində bütün baş vermiş hadisələrdən iddia ərizəsində göstərilən formada məlumatlı olmalara məhkəməyə onların iddiaçının maraqlarından çıxış etməsinə şübhə yaratmış və bu şübhə digər sübutlarla aradan qaldırılmır. Dindirilmiş digər iki şahid – Zirəddin və Səbinə isə görülmüş işlərin məbləğləri barədə məhkəməyə dəqiq məlumat verə bilməmişlə r. Bir sözlə onların ifadələri bir-birini tamamlamamış, eyni zamanda onlar baş vermiş hadisəni müfəssəl şəkildə izah edə bilməmişlər.
18. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən mərhum Rövşən Zeynalovun etmiş olduğu təmir-bərpa işlərinin əvəzinin tələb edilməsi o halda mümkün ola bilər ki, kirayəyə verən tərəfindən sonradan bu hərəkətlər bəyənilsin. Məhkəmə iclasında cavabdehlərin hər ikisi iddiaçının mərhum əri Rövşən Zeynalov tərəfindən orada işlər aparılmadığını, əgər hər hansı işlər görülmüşsə belə onların iradəsinə uyğun həyata keçirilmədiyini bildirmişlər. Çünki obyekt onlara məxsus olmuş və kirayəçinin orada işlər görməsi onların mənafeyinə zidd olmuşdur.
19. Məhkəmə nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567, 646.1, 680.1, 700.1, 700.2, 700.3, 1087.1, 1087.2, 1151.1 və 1243.2-ci, Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.1, 14.2, 88, 119.1 və 216-220-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
20. İddiaçı apellyasiya şikayəti verərək Tovuz Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, mərhum əri Rövşən Tovuz rayon çay qırağı ərazisində yerləşən və cavabdehlərin işlətdikləri obyektdə təmir üçün 30000 manat pul xərcləmişdir. Çəkilən xərcin daşınmaz əmlakdan ayrılması mümkün deyildir. Dedikləri barədə bir çox şahidl əri və sübutları vardır. Cavabdehə pul vermələri barəsində şahidləri vardır və məhkəmə iclası zamanı təqdim olunmuşdur. Cavabdehlər pulu qaytarmamaqla özgənin əmlakını mənimsəyərək əsassız varlanmışlar.
22. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 sentyabr 2024-cü il tarixli 10/5040 nömrəli ekspert rəyinə əsasən, Tovuz rayonu “Çayqırağı” adlanan ərazidə yerləşən mübahisə predmeti olan qeyri-yaşayış sahəsi (kafe) üzrə yerinə yetirilmiş tikinti- təmir işlərinin ümumi dəyəri təqribən 21885 manat təşkil etmişdir və smeta rəyə əlavə olunmuşdur.
23. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, kafenin yerləşdiyi torpaq bələdiyyə mülkiyyətindədir. Üzərində olan yeməkxana isə onun sahibliyində və istifadəsindədir. Kafeni 2019-cu ilin mart ayında hər ay kirayə haqqı 300 manat olmaqla iddiaçının əri Rövşən Zeynalova icarəyə vermişdir. Pandemiya olduğuna görə kafe zəif işləmiş, ona görə də Rövşən üç ildə cəmi 1000 manat icarə haqqı ödəmişdir. Rövşən kafeni işlətdiyi müddətdə moykanı söküb yerində yeni mətbəxt tikmiş, əvvəlki mətbəxin yerində kabinet tikmiş, bir ədəd besedka tikdirmiş, eləcədə kafedə bir sıra təmir işləri aparmışdır. Həmçinin kafeyə bəzi stol-stul və mebel almışdır.Təmirlə bağlı Yaşar, Məcid və Nizami adlı şəxslərdən birlikdə 6920 manat malmaterial götürmüşdür. Belə ki, Yaşar adlı şəxsdən 3150 manat, Məciddən 3270 manat dəyərində material, Nizamidən isə 500 manat dəyərində stol-stul almışdır. Rövşən öldüyünə görə həmin şəxslər pulu onlardan tələb etmiş, ona görə də kürəkəni Yaşar onun tapşırığı əsasında Məcidə 1500 m anat, Yaşara 1050 manat, Nazimə isə 400 manat qaytarmışdır. Qalan pulun isə hissə-hissə qaytarılması barədə həmin şəxslərlə razılıq əldə etmişlər və bundan iddiaçının da xəbəri olmuşdur.
24. Cavabdeh2 izahatında bildirmişdir ki, Tovuz rayonunda yerləşən Çayqırağı kafe qaynanası Adilənin sahibliyində və istifadəsindədir. Qaynanası Adilə kafenin işlərini ona həvalə etmişdir. Kafeni 2019-cu ildə iddiaçının əri Rövşənə ayı 300 manata icarəyə vermişlər. Rövşən cəmi 1000 manat icarə haqqı ödəmişdir. Rövşən kafeni işlətdiyi müddətdə moykanı söküb yerində yeni mətbəxt tikmiş, əvvəlki mətbəxin yerində kabnet tikmiş, bir ədəd besedka tikdirmiş, eləcədə kafedə bir sıra xırda təmir işləri aparmışdır. Rövşən kafedə aparılan təmir işlərinə görə 6920 manat mal-materialı nisyə götürmüşdür. Onun ölümündən sonra həmin şəxslər nisyə verdikləri mal-materialın pulunu onlardan tələb etmişlər. Ona görə də onun tərəfindən Məcidə 1500 manat, Yaşara 1050 manat, Nazimə isə 400 manat qaytarılmışdır. Qalan pulun isə hissə-hissə qaytarılması barədə həmin şəxslərlə razılıq əldə etmişlər və bundan iddiaçının da xəbəri olmuşdur. Ekspertin verdiyi rəy işin hallarına uyğun deyildir.
25. Şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, cavabdehləri iddiaçı vaisitəsi ilə tanımış, iddiaçının ərini isə pandemiya dövründə tanımışdır. Belə ki, onun mebel mağazası var və Rövşən oradan kafe üçün 1500 manat dəyərində stol dəsti almışdır. Həmçinin Rövşənə pul lazım olduğu üçün ondan 2000 manat da borc almışdır. Rövşən yalnız aldığı mebelin pulundan 230 manat qaytarmış, qalan borc isə qaytarmamışdır. Hətta Rö vşən sağ olan zaman kafeyə getmiş, lakin satdığı mebellərin kafedə olmadığını görmüşdür. Borcu Rövşənin arvadı Gülcamaldan tələb etsə də, lakin sonuncu ona bildirmişdir ki, kafeni satdıqdan sonra mebelin qalan dəyərini və verdiyi borcu qaytaracaq. Hazırda isə Rövşənin nisyə aldığı mebelin qalıq borcu Adilə və kürəkəni tərəfindən hissə-hissə ona ödənilir.
26. Şahid qismində dindirilmiş X6 isə bildirmişdir ki, cavabdehlərin hər ikisini tanıyır, iddiaçını tanımır. Rövşəni isə Məcidə görə tanımışdır. Belə ki, 2019-cu ildə Rövşən birinin dəyəri 25-30 manat olan 30 ədəd oturacaq stolu (ümumi dəyəri 500 manata razılaşmaqla) ondan nisyə almışdır. Rövşən öldüyü üçün 500 manatın hazırkı iş üzrə cavabdehlər tərəfindən ona ödəniləcəyi barədə razılq əldə etmişlər və cavabdehlər tərəfindən ona 250 manat ödənilmiş, qalan məbləğ isə hissə-hissə ödəniləcək.
27. Məhkəmə kollegiyasının iclasında İddiaçı da nisyə alınmış malların pulunun hazırda razılaşmaya görə cavabdehlər tərəfindən ödənildiyini bildirmişdir.
28. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-221/2024 nömrəli, 4 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Rəhman Muradov-sədrlik edən və məruzəçi, İslam Həsənov və Fikrət Mehdiyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi qismən təmin edilmişdir. İddiaçı əri X5 tərəfindən Cavabdeh1 sahibliyində və istifadəsində olan Çayqırağı kafeyə çəkilmiş 21885 manat xərc Cavabdeh1 alınıb X3 birinci növbə vərəsəsi, yəni hazırkı iş üzrə İddiaçı Məhəmmədli qızına verilməsi, iddia tələbinin qalan hissədə rəd d olunması qət edilmişdir.
29. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əri Rövşən Zeynalov tərəfindən Cavabdeh1 sahibliyində və istifadəsində olan çayqırağı kafeyə iddiaçının dediyi kimi 30000 manat deyil, 21885 manat xərc çəkilmiş və işin bu halı apellyasiya icraatı zamanı təyin olunmuş ekspert rəyi ilə təsdiq olunmuşdur.
30. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 iş üzrə cavabdeh qismində göstərilsə də, mübahisəli əmlak Adilə Paşayevanın sahibliyində və istifadəsində olduğundan, həmçinin Cavabdeh2 sonuncunun kürəkəni olaraq onun tapşırığı əsasında kafedəki işləri həyata keçirir.
31. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 157.6, 157.7, 157.8, 1091.1, 1091.2, 1092 və 10 94-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
32. Cavabdeh1 (vəkil X16) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-221/2024 nömrəli 4 noyabr 2024 il tarixli qətnaməsinin ləğv edilib işin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində yazdıqları, verdiyi izahat, habelə polisə müraciəti zamanı göstərdikləri bir-biri ilə uzlaşmayan fikirlər olmuşdur. Bütün bunlar iddiaçının iddia tələbi üzrə səmimi olmamasına dəlalət edir və bu kimi amillər iddiaçının iddiasının əsassız olmasını sübut edir. Apellyasiya məhkəməsi işin bu halına qiymət verməmişdir.
34. Həmçinin ekspertiza tədqiqatı aparılan zaman ekspert onun qarşısında qoyulan sualı düzgün araşdırmamışdır. Belə ki, ekspert tərəfindən kafedə aparılmış təmirtikinti işləri tarixi müəyyən edilmədən qiymətləndirilməsi aparılmışdır. Bütün bunları nəzərə alaraq cavabdeh tərəfindən məhkəmə kollegiyasından təkrar məhkəmə-texniki tikinti və əmtəəşünaslıq ekspertizasının təyin edilməsinə dair müvafiq qərardad qəbul edilməsi, ekspert qarşısında mübahisə predmeti olan kafedə görülmüş təmir-tikinti işlərinin aparılmasının hansı tarixə, hansı vaxta, hansı ilə təsadüf etməsi barədə sual qoyulması, tikinti təmir işlərinin aparılmasında istifadə edilmiş mal-materilların, yəni tamet piltələrin, kafel metlaqların, tavana vurulmuş lambrinlərin, kafenin divarlarına vurulmuş divar kağızlarının, elektrik enerjisinin çəkilməsində istifadə edilmiş naqillərin, spetlərin, elektrik açarlarının, kafenin döşəməsinə vurulmuş ağac materiallarının, kafenin qapıpəncərələrinin düzəldilməsində istifadə edilmiş ağac materiallarının istehsal və emal edilməsinin hansı tarixə hansı vaxta, hansı ilə təsadüf etməsi barədə sual qoyulması və ekspertin məhkəmə kollegiyasının üzvləri ilə birlikdə tədqiqat obyektinə baxış keçirilməsini təmin edilməsi xahiş edilmişdir. Lakin, apelyasiya instansiya məhkəməsi vəsatəti təmin etməmişdir. Məhkəmə nəticəyə gələrkən bir halı nəzərdən qaçırmışdır ki, həmin nisyə alınmış mal-materiallar nədən ibarət olub və doğrudanmı iddiaçının qeyd etdiyi kimi kafenin təmirinə xərclənmişdir. Bu hal araşdırılmış olsaydı onda müəyyən olunardı ki, iddiaçının mərhum əri Rövşən tərəfindən kafedə yalnız kosmetik işlər görülüb və həmin təmir işlərinə qeyd edilən məbləğdə pul xərclənməsi mümkün deyildir. Bundan əlavə, məhkəmə tərəfindən iddiaçının mərhum əri Rövşənin 4920 manat mal-material götürdüyünü həmin məbləğin ekspertin müəyyən etdiyi 21885 manat daxilində olması müəyyən edilmiş və nisyə malların pulu, yəni 4920 manat Cavabdeh1 tərəfindən tam ödənildikdən sonra sonuncu hazırkı iş üzrə iddiaçıdan həmin məbləği tələb edə bilər kimi əsassız bir nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdeh Adilə Əsgərova tərəfindən nisyə alınmış mal-materialların pulunun özü tərəfindən 6920 manatın hissə-hissə ödənilməsi barədə həmin şəxslərlə razılığa gəlməsini və bundan iddiaçının xəbəri olmasını bildirmişdir. İddiaçı bu halı mübahisələndirməmişdir. Belə olan halda həmin məbləğin ekspertin müəyyən etdiyi 21885 manat daxili ndə olmasını müəyyən edən məhkəmə kollegiyası nədənsə düzgün nəticəyə gəlməmiş və həmin məbləği tam ödəniləcəyi halda cavabdehin hazırkı iş üzrə iddiaçıdan tələb etmək hüququnun yaranması qənaətinə gəlmişdir. Məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmiş ekspert rəyi özü-özlüyündə düzgün rəy olmadığını sübut etmişdir.
35. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)860/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə (hakimlər – Vüqar Həsənov (məruzəçi), İspəndiyar Şəfiyev və Əhməd Əhmədov) kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 noyabr 2024-cü il tarixli, 2(104)221/2024 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
36. Ali Məhkəmə öz mövqeyini o nunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi sübutetmə yükünü düzgün bölüşdürməmiş, qətnaməsini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.
37. Belə ki, nəzərə alınmalıdır ki, mübahisəli obyekt cavabdehin sahiblik və istifadəsində qalmaqdadır. İddiaçı ümumi olaraq ərinin əmlakı alqı-satqı ilə almasını göstərsə də, belə müqavilənin bağlanması, əmlakın onun ərinə bu əsaslara təhvil verilməsi, alğı-satqı dəyərinin ödənilməsi, əmlakın qanunsuz sahiblikdə olmasını təsdiq edən sübutların olmaması məhkəmələr tərəfindən müəyyən edilmişdir. İddiaçı alqı-satqı dəyərinin geri qaytarılmasına dair tələb irəli sürməmişdir. Lakin müəyyən müddət ərzində mübahisəli obyektin iddiaçının həyat yoldaşının sahibliyində olması və oradan istifadə etməsi işin müəyyən edilmiş halıdır.
38. Belə olan halda mübahisənin düzgün həlli üçün aşağıda göstərilən halların müəyyən edilməsi əsas şərt olmuşdur; obyektin iddiaçının həyat yoldaşına nə vaxtdan təhvil verilməsi, obyektdən istifadənin hansı müddətədək davam etməsi, təmir-bərpa işləri aparılmazdan əvvəl obyektin hansı vəziyyətdə olması, belə yaxşılaşdırmanın aparılmasına zərurətin olub-olmaması, təmir-bərpa işlərinin aparılıb-aparılmaması, çəkilmiş xərcin məbləği, təmir-bərpa işləri aparılmışdırsa buna cavabdeh tərəfin razılığının olubolmaması. Lakin apellyasiya məhkəməsi tərəfindən bu istiqamətdə tam araşdırma aparılmamış, obyektin iddiaçının əri tərəfindən əldə olunarkən mövcudluğu sübut olunduğu təqdirdə məhkəmənin müəyyən etdiyi məbləğin əmlakın tam dəyərini əks etdiribetdirməsi və ya məbləğ h esablanarkən artıq mövcud olmuş vəziyyətin nəzərə alınıbalınmamasının apellyasiya məhkəməsinin əsaslandırmasından müəyyən etmək mümkünsüzdür.
39. Apellyasiya məhkəməsi yalnız ekspertiza təyin edərək alınmış rəy əsasında araşdırmanı yekunlaşdırmış, həmin rəyi işdə olan digər sübutlarla birlikdə qiymətləndirmədən nəticəyə gəlmişdir. Hətta həmin rəylə razılaşmayan cavabdeh tərəf təkrar ekspertizanın keçirilməsinə dair vəsatət vermiş olsa da, həmin vəsatət (mübahisə predmeti olan kafedə görülmüş təmir-tikinti işlərinin aparılmasının hansı tarixə, hansı vaxta, hansı ilə təsadüf etməsi barədə sual qoyulması, tikinti təmir işlərinin aparılmasında istifadə edilmiş mal-materilların, yəni tamet piltələrin, kafel metlaqların, tavana vurulmuş lambrinlərin, kafenin divarlarına vurulmuş divar kağızların ın, elektrik enerjisinin çəkilməsində istifadə edilmiş naqillərin, spetlərin, elektrik açarlarının, kafenin döşəməsinə vurulmuş ağac materiallarının, kafenin qapı-pəncərələrinin düzəldilməsində istifadə edilmiş ağac materiallarının istehsal və emal edilməsinin hansı tarixə hansı vaxta, hansı ilə təsadüf etməsi) hər hansı əsaslandırma aparılmadan qiymətləndirmədən kənarda saxlanmışdır.
40. Sübutların düzgün qiymətləndirilməsi, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmə aktlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, eləcə də verilmiş vəsatətlərin təmin və ya rədd edilməsinin səbəbl əri və əsasları göstərilməli, gəlinən nəticə kifayət qədər əsaslandırılmalıdır.
41. Kassasiya kollegiyasının mövqeyinə görə, mübahisəli obyektdə hansı işlərin aparılması, hansı məbləğdə pul vəsaitinin xərclənməsi, aparılmış təmir bərpa işlərinin mübahisə edilən obyektdə, ona aid olan torpaq sahəsində və ya qonşu torpaq sahəsində aparılması iddiaçı tərəfin üzərinə düşür.
42. Göstərilənləri ümumiləşdirərək Ali Məhkəmə hesab etmişdir ki, bu qərarın 36 və 38-ci bəndlərində göstərilən halların əlavə olaraq cavabdeh tərəfin vəsatətində göstərilən hallar aydınlaşdırılmadan, tikinti bərpa işlərinin mübahisə edilən torpaq sahəsində yerləşən obyektdə və ya qonşu torpaq sahəsində aparılıb-aparılmaması aydınlaşdırılmadan cavabdehin Mülki Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanıb-varlanmamas ına və cavabdehin hüququndan sui-istifadəyə yol veribverməməsinə hüquqi qiymət verilməli olduğu halda, bununla bağlı hər hansı araşdırma aparmamışdır.
43. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı tərəfin iddia tələbində və müvafiq məhkəmə instansiyalarında verdiyi izahatları arasında ziddiyyət mövcuddur, bu ziddiyyətlərin aydınlaşdırılması üçün apellyasiya məhkəməsi heç bir təşəbbüs göstərməmişdir.
44. Bununla yanaşı apellyasiya məhkəməsində yeni sübutlar (şahid qismində cəlb edilmiş Məcid Yusifov, Nizami Abudllayevin ifadələri, işə cəlb edilməmiş Yaşar adlı şəxsə aid müəyyən dilən hallar) qəbul olunmuş, onların birinci instansiya məhkəməsinə təqdim edilməməsinin səbəbləri araşdırılmadan qəbul olunmuş və onların ifadələrində göstərilən halların iş üçün əhəmiyyətli olması müəyyən edilməmiş dir. Belə ki, apellyasiya məhkəməsi şahidlər qarşısında iddiaçının ərininin icra olunmamış öhdəliklərinin olmasını müəyyən edərək, həmin məbləğlərin ekspertiza rəyində göstərilən məbləğlə əhatə olunduğunu göstərməklə onları tutulmalı olan məbləğə aid etmiş və onların icra qaydasını müəyyən etmişdir.
45. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqi nə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, bununla bağlı tərəflərin vəsatətləri bir daha müzakirə olunmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
46. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1072/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Günay Cavadova və Rüfət Məcidov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 4 sentyabr 2023-cü il tarixli 2(062)-1479/2023 nömrəl i qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilmiş, İddiaçı əri X5 tərəfindən Cavabdeh1 sahibliyində və istifadəsində olan Çayqırağı kafeyə çəkilmiş 6547 manat xərcin Cavabdeh1 alınıb İddiaçı Məhəmmədli qızına verilməsi, ekspertiza tədqiqatının dəyəri 200 manatın Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 400 manatın Cavabdeh1 alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 39,28 manat hissəsinin Cavabdeh1 alınaraq İddiaçı Məhəmmədli qızına verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
47. Apellyasiya məhkəməsinin mövqeyinə görə, işin mübahisəsiz halı on dan ibarətdir ki, 6 fevral 2020-ci il tarixdə X5 ilə İddiaçı arasında nikah bağlanmışdır. Rövşən Zeynalov 8 yanvar 2022-ci il tarixdə ölmüş və Tovuz rayon “Asan Xidmət Mərkəzi” Notariat Ofisində 8 yanvar 2022-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka dair İddiaçı vərəsəlik işi açılmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdehlər iddiaçının əri Rövşən Zeynalov tərəfindən təmir işləri aparılmamasını, işlər görülmüşsə belə onların iradəsinə uyğun həyata keçirilməməsini qeyd etsələr də, apellyasiya icraatı zamanı iş üzrə hər iki cavabdeh izahatında bildirmişdir ki, Rövşən kafeni işlətdiyi müddətdə yenidənqurma işləri aparmaqla moykanı mətbəxə çevirmiş, əvvəlki mətbəxin yerində kabinet düzəlmiş, bir ədəd besedka tikdirmiş, eləcə də kafedə bir sıra təmir işləri aparmışd ır.
48. Həmin təmir işlərinə çəkilən xərci müəyyən etmək üçün iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşunaslıq ekspertizası təyin olunmuş, Məhkəmə Ekspertiza Mərkəzinin 16 sentyabr 2024-cü il tarixli 10/5040 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Tovuz rayonu “Çayqırağı” adlanan ərazidə yerləşən mübahisə predmeti olan qeyri-yaşayış sahəsi (kafe) üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 21885 manat təşkil etməsi qeyd edilmiş, həmin rəy ilə mübahisə predmeti olan kafedə görülmüş təmir-tikinti işlərinin aparılmasının hansı tarixə, hansı vaxta, hansı ilə təsadüf etməsi barədə sual qoyulması, tikinti təmir işlərinin aparılmasında istifadə edilmiş mal-materilların, yəni tamet piltələrin, kafel metlaqların, tavana vurulmuş lambrinlərin, kafenin divarlarına vurulmu ş divar kağızlarının, elektrik enerjisinin çəkilməsində istifadə edilmiş naqillərin, spotların, elektrik açarlarının, kafenin döşəməsinə vurulmuş ağac materiallarının, kafenin qapı-pəncərələrinin düzəldilməsində istifadə edilmiş ağac materiallarının istehsal və emal edilməsinin hansı tarixə hansı vaxta, hansı ilə təsadüf etməsi əsaslandırmadığıdan məhkəmə kollegiyası tərəfindən araşdırma aparılmış, təmirtikinti işlərinin 2020-2021-ci illərdə görülməsi müəyyən edilmişdir və bununla bağlı əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert rəyi ilə Tovuz rayonu “Çayqırağı” adlanan ərazidə yerləşən kafenin təmir işlərinə çəkilən xərcin (mal-materialın dəyəri,usta pulu və digər zəruri təmir xərlərinin 2020-2021-ci illər üzrə qiymətlər nəzər alınmaqla (amortizasiya nəzərə alınmaqla) məbləği 6547 manat təşkil etməsi müəyyən olunmuşdur.
49. Beləliklə də işin məhkəmə iclasında araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, Tovuz rayonu Çayqırağı ərazidə yerləşən və Cavabdeh1 sahibliyində və istifadəsində olan kafedə təmir-tikinti işləri sonuncunun iradəsinə zidd yox, onun razılığı ilə aparılmışdır. Belə ki, onlar hətta həmin kafenin sonradan alqı-satqısı ilə bağlı razılığa da gəlmiş, mərhum Rövşən Zeynalov tərəfindən həmin kafedə təmir-tikinti işlərinin görülməsinə Cavabdeh1 tərəfindən etiraz olunmamışdır. Kollegiya həmçinin qeyd edir ki, Cavabdeh2 iş üzrə cavabdeh qismində göstərilsə də, sonuncu hazırkı iş üzrə cavabdehlik daşımır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, Tovuz rayonu Çayqırağı kafe Cavabdeh1 sahibliyində və istifadəsindədir. Cavabdeh2 sonuncunun kürəkənidir və onu n tapşırığı əsasında kafedəki işləri həyata keçirir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
50. İddiaçı (Vəkil1 Tanrıverdi oğlu) kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1072/2025 nömrəli, xx.xx.2025-ci il il tarixli qətnaməsinin qismən ləğv edilməsini və işin təkrar apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
51. Kassasiya şikayəti apellyasiya şikayəti ilə analoji məmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi tərəfindən ali məhkəmənin məcburi göstərişləri istiqamətində tam araşdırma aparılmamış, obyektin iddiaçının əri tərəfindən əldə olunarkən mövcudluğu sübut olunduğu təqdirdə məhkəmənin müəyyən etdiyi məbləğin əmlakın tam dəyərini əks etdirib etdirməsi və ya məbləğ hesablanarkən artıq mövcud olmuş vəziyyətin nəzərə alınıb-alınmamasının apellyasiya məhkəməsinin əsaslandırmasından müəyyən etmək mümkünsüzdür. Apellyasiya instansiyası məhkəməsi yalnız ekspertiza təyin edərək alınmış rəy əsasında araşdırmanı yekunlaşdırmış, həmin rəyi işdə olan digər sübutlarla birlikdə qiymətləndirmədən nəticəyə gəlmişdir. Hətta həmin rəylə razılaşmayan cavabdeh tərəf təkrar ekspertizanın keçirilməsinə dair vəsatət vermiş olsa da, həmin vəsatət (mübahisə predmeti olan kafedə görülmüş təmir-tikinti işlərinin aparılmasının hansı tarixə, hansı vaxta, hansı ilə təsadüf etməsi barədə sual qoyulması, tikinti təmir işlərinin aparılmasında istifadə edilmiş malmaterilların, yəni tamet piltələrin, kafel metlaqların, tavana vurulmuş lambrinlərin, kafenin di varlarına vurulmuş divar kağızlarının, elektrik enerjisinin çəkilməsində istifadə kağızlarının, elektrik enerjisinin çəkilməsində istifadə edilmiş naqillərin, spetlərin, elektrik açarlarının, kafenin döşəməsinə vurulmuş ağac materiallarının, kafenin qapıpəncərələrinin düzəldilməsində istifadə edilmiş ağac materiallarının istehsal və emal edilməsinin hansı tarixə hansı vaxta, hansı ilə təsadüf etməsi) hər hansı əsaslandırma aparılmadan qiymətləndirmədən kənarda saxlanmışdır.
52. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 oktyabr 2025-ci il tarixli 2(104)-1072/2025 nömrəli qətnaməsinin tamamilə ləğv edilib, iddia tələbinin təmin edilməməsinə (rədd edilməsinə) dair qərar qəbul edilməsini, bu mümkün olmadıqda isə mülki işin yenidən baxıl ması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
53. Kassasiya şikayəti məhkəmə iclaslarında cavabdehin irəli sürdüyü arqumentlərlə oxşar məzmunda əsasladırılmışdır. b)
54. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
55. Maddə 135.1.1. Ümumi anlamda və ya əsas əşya mülkiyyətçisinin aydın iradəsinə əsasən təsərrüfatın daimi aparılması, əsas əşyanın istifadəsi və ya saxlanması üçün nəzərdə tutulan və ona uyğunlaşdırılan daşınar əşyalar əşyanın ləvazimatıdır. Əgər əşya ləvazimatdırsa, onun bu keyfiyyəti əsas əşyadan müvəqqəti ayrıldığı halda da saxlanılır. Əgər ayrı razılaşma yoxdursa, əşyaya sahiblik onun ləvazimatında da şam il edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
56. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
57. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərtilə, onu yaxşılaşdırmaq çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
58. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 5
9. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
60. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
61. Maddə 1092. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
62. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6 və 157.7. maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
63. Mad də 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
65. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
66. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməs i işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
68. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
69. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
70. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
71. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
72. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş ü zrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
73. İddiaçı və Cavabdeh1 Məhəmmədəli oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlilləri işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə Ali Məhkəmənin12 mart 2025-ci il tarixli qərarındakı göstərişlər nəzərə alınmaqla tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələ blərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
74. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasi ya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
75. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol v erilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2025-ci il tarixli 2(104)-1072/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.