Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-309/2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: Pul tələbi 26.02.2026 Hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5247/2025 nömrəli, 26 noyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 26 fevral 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hazırki iş üzrə Cavabdeh2 atası Hadı Məmmədov tərəfindən xx.xx.1994-cü ildə Hidayət Hüseynova etibarnamə verilmiş və bundan təxminən bir ay sonra xx.xx.1994-cü ildə Hadı Məmmədov vəfat etmişdir. Hadı Məmmədova məxsus mənzil Hidayət Hüseynov tərəfindən etibarnamə əsasında 29 iyul 1997-ci il tarixdə Hadi Məmmədovun adından İddiaçı satılmışdır. Sonradan mübahisəli mənzil Cavabdeh2 tərəfindən Cavabdeh1 satılmışdır.
2. Hazırda iddiaçı cavabdehlərin hərəkətləri nəticəsində ona dəymiş 150.000 (yüz əlli min) manat məbləğində zərərin ona ödənilməsini tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 150.000 manat və 440 manat dövlət rüsumunun tutularaq id diaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Ə.Qasımzadə küçəsindəki 72 saylı evin 54-cü mənzilini 29 iyul 1997-ci tarixdə alqı-satqı yolu ilə əldə etmişdir. Alqı-satqı müqaviləsini satıcının adından mənzilin mülkiyyətçisi olmuş X1 etibarnamə üzrə nümayəndəsi Hidayət Hüseynov imzalamışdır. Sonradan məlum olmuşdur ki, Hadi Məmmədov xx.xx.1994-cü ildə Hidayət Hüseynovun adına etibarnamə vermiş və bundan təxminən bir ay sonra xx.xx.1994-cü ildə vəfat etmişdir. Hidayət Hüseynov da həmin etibarnamədən istifadə edərək 29 iyul 1997-ci tarixdə mənzili mərhum Hadi Məmmədovun adından iddiaçıya satmışdır. Lakin 2015-ci ildə mərhum X2 Məmmədov bu alqı-satqı müqaviləsini məhkəmə qaydasında mübahisələndirmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə alqı-satqı müqaviləsi ləğv edilməklə mənzil üzərində qanun üzrə vərəsə kimi Cavabdeh2 Hadi oğlunun mülkiyyət hüququ tanınmışdır. Cavabdeh2, mənzil üzərində özünün mülkiyyət hüququnu dövlət qeydiyyatına aldıqdan sonra 16 aprel 2016-cı il tarixdə notariat qaydasında müqavilə bağlamaqla mənzili Cavabdeh1 satmışdır. Lakin Bakı Apellyasiya Məhkəməsinin 6 aprel 2017-ci il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, qətnamənin icrasına dönüş edilərək, mübahisəli mənzilə dair Cavabdeh2 Hadi oğlunun adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin bu qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsin in 02 avqust 2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli qətnaməsi ilə isə İddiaçı cavabdehlər Cavabdeh2 Hadi oğluna, Cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı "mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna dair qeydin və buna dair verilmiş çıxarışın ləğv edilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilərək, cavabdehlər arasında Bakı şəhəri, Ə.Qasımzadə küçəsi 72 nömrəli evin 54 nömrəli mənzilinin alqı-satqısı barə də Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontorunda bağlanılmış 16 aprel 2016-cı il tarixli 4Ə-130 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində Cavabdeh1 mülkiyyət hüququna dair qeydin və buna dair verilmiş çıxarışın ləğv edilməsi, həmin mənzildən Cavabdeh1 və həmin mənzildə yaşayan digər şəxslərin çıxarılması, İddiaçı həmin mənzilinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Nərimanov Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki K ollegiyasının 17 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Həmin qətnamədən İddiaçı verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi nin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra İddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı şikayəti üzrə konstitusiya işinin icraatına xitam verilmiş və ona dəymiş zərərin əvəzini tələb etmək hüququ izah olunmuşdur.
6. İddiaçı qeyd etmişdir ki, "Qiymətləndirmə və audit” MMC-nin xx.xx.2023-cü il tarixli 02Q/A saylı arayışına əsasən, mübahisəli mənzilin ərazisində yerləşən iki otaqlı ümumi sahəsi 61.1 kav.m. olan m ənzilin bazar dəyəri 150.000 (yüz əlli min) manat təşkil edir. Belə olan halda, cavabdehlərin hərəkətləri nəticəsində İddiaçı 150.000 (yüz əlli min) manat zərər dəymişdir.
7. Məhkəmə tərəfindən mübahisəli mənzilin müstəqil qiymətləndirilməsi üçün iş materialları mütəxəssisə təqdim edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatından müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Qasımzadə küçəsi, ev 72, mənzil 54 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin xx.xx.2025-ci il tarixə olan bazar dəyəri 148.000 manat məbləğində müəyyən edilmişdir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-119/2025 nömrəli, 19 mart 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 148.000 (yüz qırx səkki z min) manat məbləğində pul vəsaitinin və 435.60 (dörd yüz otuz beş manat altmış qəpik) manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi, dövlət rüsumunun qalan 4.40 (dörd manat qırx qəpik) manatının iddiaçının özünə aid edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh2 məhkəmə qətnamələri ilə mübahisəli əmlak üzərində hər hansı bir hüququ olmadan sərəncam vermiş və faktiki olaraq iddiaçıya məxsus əmlakı digər cavabdeh olan Cavabdeh1 satmışdır. Mənzili satmaqla Cavabdeh2 iddiaçıya maddi ziyan vurmuşdur. Tərəflər arasında uzun müddət davam edən məhkəmə çəkişmələrinin nəticəsi olaraq İddiaçı Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində dəymiş ziyanın əvəzinin tələb edilməsi hüququnun olması ona izah edilmişdir.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır. Lakin məhkəmə iddia tələbinin həcminə və digər Cavabdeh1 yönəlməsi hissəsinə qiymət verərək belə qənaətə gəlmişdir ki, Cavabdeh1 əmlakı vicdanlı alıcı olaraq əldə etməsi nəzərə alınaraq iddia ona münasibətdə təmin edilməməlidir.
11. Eyni zamanda əmlakın dəyərinə münasibətdə iddiaçı əmlakın hazırkı dəyərinin 150.000 manat olmasını qeyd etsə də, buna dəlalət edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən əldə edilmiş mütəxəssis hesabatından görünür ki, sözügedən mənzilin dəyəri 148.000 manat məbləğində müəyyən edilmişdir.
12. Məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab etmişdir ki, iddia bu həcmdə təmin edilməlidir.
13. Məhkəmə həmin nəticəyə gələrkən Mülki Məcəll ənin 4.1, 21.2, 1096.1, 1096.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edildiyi hissədə ləğv edilib, iddia tələbinin tam rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzil Hidayət Hüseynov tərəfindən qüvvədə olmayan etibarnamə əsasında 29 iyul 1997-ci il tarixdə Hadi Məmmədovun adından iddiaçıya satılmışdır. Lakin müqavilə üzrə öhdəlik icra edilib başa çatdırılmamış və mənzil iddiaçıya heç vaxt təhvil verilməmişdir. Hazırda mənzil üçüncü şəxsdə olduğu üçün mənzilin ona təhvil verilməsi mümkün deyil. Beləliklə iddiaçının tələb etdiyi zərər alqı-satqı müqaviləsi əsasında əldə etdiyi əmlakın ona təhvil verilməməsi nəticəsində ona vurulmuş zərərdir. Bu səbəbdən həmin münasibətlərə 1997-ci ildə qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları, o cümlədən iddia müddəti barədə tələblər tətbiq edilməlidir. Həmin dövrdə qüvvədə olan Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən iddia müddəti 3 il təşkil edirdi və iddiaçı tərəfindən bu müddəti çoxdan buraxılmışdır. Lakin məhkəmə, həmin dövrdə qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 73-cü maddəsini bu işdə tətbiq etməmişdir. Beləliklə, ehtimal etmək olar ki, belə halda İddiaçı zərər vurulmuşdur. Lakin mənzili təhvil vermək öhdəliyi heç vaxt Hadi Məmmədovun üzərinə qoyula bilməzdi, çünki öhdəlik yaranarkən o, 3 ilə yaxın idi ki, artıq ölmüşdü. Hadi Məmmədovun öhdəliyi yaranmadığı üçün də bu öhdəlik onun ölümü ilə əlaqədar onu n vərəsələrinə keçə bilməzdi. 29 iyul 1997-ci ildə bağlanmış alqı-satqı müqaviləsinin icra edilməməsinə görə məsuliyyət yaranmışdırsa da, bu məsuliyyət, müqaviləni bağlasa da, lakin müqavilədən doğan öhdəliyi icra etmək iqtidarında olmamış Hidayət Hüseynovun üzərinə düşməlidir. Çünki, 1997ci ildə o artıq sadəcə nümayəndə deyildi, çünki həmin vaxt onun etibarnaməsinin qüvvəsi yox idi. Qüvvədə olan etibarnamə əsasında çıxış etməyən şəxs nümayəndə sayıla bilməz. Hidayət Hüseynov faktiki olaraq mənzilin satıcısı olub və mənzilə görə pulu da Hadi Məmmədovun alması mümkün olmadığı üçün o özünə götürmüşdür. Beləliklə bu müqavilənin icra edilməməsinə görə məsuliyyət Hadi Məmmədovun üzərinə həm də ona görə qoyula bilməz ki, 1997-ci ildə və daha sonra, onun hər hansı təqsirli hərəkətindən söhbət ged ə bilməzdi. Beləliklə bu mübahisəyə Mülki Məcəllənin 442 və 443.1-ci maddələri, və ya köhnə Mülki Məcəllənin 202 və 209-cu maddələri tətbiq edilməli idi, lakin məhkəmə bu maddələri tətbiq etməmişdir. Hazırki, mübahisəyə tətbiq edilməli olan, lakin tətbiq edilməyən normalardan biri də Azərbaycan Respublikası Mülki Məcələnin 573.1-ci maddəsidir. Əvvəla, 29 iyul 1997-ci ildə mübahisəli mənzilə dair bağlanmış alqı-satqı müqaviləsi heç vaxt icra edilib başa çatdırılmamış və mənzil alıcıya (İddiaçı) təhvil verilməmişdir. Bu müddət ərzində də mənzil üçüncü şəxslərə keçmişdir. Belə halda sual yaranır mənzilin alıcısına dəyən zərərə görə kim məsuliyyət daşımalıdır. Əgər yaranmış bu vəziyyətə görə satıcı məsuliyyət daşıyırsa, 1997-ci ildə artıq ölmüş şəxs (Hadi Məmmədov) satıcı sayıla bilməzdi, onun adından qüvvədə olmayan etibarnamə əsasında çıxış edən Hidayət Hüseynov da nümayəndə sayıla bilmədiyi üçün, sonuncu faktiki olaraq mənzili satmış şəxsdir. Bu səbəbdən satıcı kimi alıcı İddiaçı qarşısında faktiki satıcı olmuş Hidayət Hüseynov məsuliyyət daşıyır. Nəzərə alınsa ki, 1997-ci ildə guya mənzili alsa da, İddiaçı heç vaxt mənzilə köçmək istəməməsi və mənzildə mənzilin əvvəlki sahibinin ailə üzvləri və vərəsələrinin yaşamağa davam etməsini bilməsi Mülki Məcəllənin 573.1-ci maddəsinin dispoziyasında qeyd olunduğu kimi “alıcının həmin əsasların mövcudluğunu bildiyini sübutu mənasına gəlir. Belə olan halda, alıcıya ümumiyyətlə zərər ödənməməlidir. Bundan başqa, məhkəmə qətnamə qeyd edir ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Lakin iş materiallarında Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunması barədə məlumat yoxdur. Əgər, məhkəmədə tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunması barədə məlumat yox idisə, MPM-in 185.2-ci maddəsinə əsasən məhkəmə iclası təxirə salınmalıdır. Lakin, məhkəmə pozuntuya yol verərək MPM-in 185.5-ci maddəsini tətbiq edib və cavabdehin iştirakın olmadan işə baxmışdır. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamışdır. Belə ki, Hidayət Hüseynovla İddiaçı arasında qohumluq münasibətini araşdırmamışdır. Bu fakt əslində 1997-ci ildə alqı-satqı müqaviləsinin formal olduğunu müəyyən etmək üçün zəruridir. B ununla yanaşı qeyd edilməlidir ki, Cavabdeh2 Hadi oğlunun atası X3 9 avqust 1994-cü ildə Hidayət Hüseynovun adına etibarnamə vermiş və bundan təxminən bir ay sonra 15 sentyabr 1994-cü ildə vəfat etmişdir. Mənzil Hidayət Hüseynov tərəfindən etibarnamə əsasında 29 iyul 1997-ci il tarixdə Hadi Məmmədovun adından iddiaçıya satılmışdır. Göründüyü kimi, iddiaçı mənzilə görə Cavabdeh2 atası Hadi Məmmədova mənzilə görə heç bir ödəniş etməmişdir. Nəzərə alınsa ki, Cavabdeh2 atası Hadi Məmmədov adından hərəkət edən Hidayət Hüseynov İddiaçı çox yaxın qohumu olmuş (qardaşı), üstəlik iddiaçı 1997-ci ildə mənzili əldə etsə də, bütün bu müddət ərzində əldə etdiyi mənzildə yaşamamış, mənzildə Hadi Məmmədovun ailəsi yaşamağa davam etmiş və yalnız 20 ildən sonra 2017-ci ildə ilk dəfə mənzillə bağlı iddialar (o cümlədən mənzildə yaşayanların çıxarılması və mənzilə köçürülməsi barədə iddialar) qaldırmışdır, 29 iyul 1997-ci ildə mənzilin Hidayət Hüseynov tərəfindən İddiaçı satılması formal olmuşdur və yaxud da İddiaçı mənzilə görə ödənişi səlahiyyəti olmayan Hidayət Hüseynova etmişdir. Beləliklə iddiaçının zərərin ödənilməsi tələbinin faktiki və hüquqi əsasını müqavilənin icra edilmədiyinə görə ona vurulmuş zərər təşkil edir. Bundan əlavə əvvəlki məhkəmələr 1997ci ildə mənzilə dair bağlanmış müqavilənin ölmüş adamın adından və qüvvədə olmayan etibarnamə əsasında bağlandığını təsdiq etmiş, lakin alıcı İddiaçı satıcının ölməsini bilmədiyi üçün müqaviləni etibarsız saymamışlar. Bu səbəbdən iddiaçıya vurulmuş zərərin ödənilməsinə görə məsuliyyət 1997-ci ildə müqavilə bağlanarkən adı mənzilin formal satıcısı kimi keçmiş Hadi Məmmədovun (həmin vaxt ölü olduğu üçün onun üzərinə belə məsuliyyət qoyula bilməz) deyil, həmin mənzili qanunsuz və faktiki satmış (bu hal əvvəlki qanuni qüvvəsini almış qətnamələrlə də müəyyən edilmişdir) Hidayət Hüseynovun üzərinə düşür. Belə olan halda, məhkəmə iddiaçıya zərərin dəyməsi, zərər dəymişdirsə də, zərərin kimin tərəfindən vurulması barədə işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5247/2025 nömrəli, 26 noyabr 2025-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər:Xumar Mərdanova-sədrlik edən və məruzəçi, Vahid Sadıqov və Sabit Bəhramzadə).
17. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, Bakı şəhəri, Ə.Qasımzadə küçəsindəki 72 saylı evin 54-cü mənzilin alqı-satqı müqaviləsini satıcının adından mənzilin mülkiyyətçisi olmuş Cavabdeh2 atası X1 etibarnamə üzrə nümayəndəsi Hidayət Hüseynov imzalamışdır. Hadi Məmmədov xx.xx.1994-cü ildə Hidayət Hüseynovun adına etibarnamə vermiş və bundan təxminən bir ay sonra xx.xx.1994-cü ildə vəfat etmişdir. Mənzil Hidayət Hüseynov tərəfindən etibarnamə əsasında 29 iyul 1997-ci il tarixdə Hadi Məmmədovun adından İddiaçı satılmışdır.
18. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli 2(006) 5128/2015 saylı qətnaməsi ilə 29 iyul 1997ci il tarixli alqı-satqı müqaviləsi ləğv edilməklə mənzil üzərində qanun üzrə vərəsə kimi Cavabdeh2 Hadi oğlunun mül kiyyət hüququ tanınmışdır. Cavabdeh2 Hadi oğlu mənzil üzərində özünün mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra 16 aprel 2016-cı il tarixdə onu notariat qaydasında müqavilə bağlamaqla digər Cavabdeh1 satmışdır.
19. Bakı Apellyasiya Məhkəməsinin 06 aprel 2017-ci il tarixli 2(103)-2785/2017 saylı qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, qətnamənin icrasına dönüş edilərək, mübahisəli mənzilə dair Cavabdeh2 Hadi oğlunun adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin bu qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 avqust 2017-ci il tarixli 2(102)-5180/2017 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
20. Daha sonra Bakı şəhəri Nərimanov Rayon Məhkə məsinin 29 yanvar 2018-ci il tarixli 2(005) 697/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 Hadi oğluna, Cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı "mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna dair qeydin və buna dair verilmiş çıxarışın ləğv edilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilərək, cavabdehlər Cavabdeh2 Hadi oğlu və Cavabdeh1 arasında mübahisəli mənzilinin alqı-satqısı barədə Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontorunda bağlanılmış 16 aprel 2016-cı il tarixli 4Ə130 reyestr nömrə li alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində Cavabdeh1 mülkiyyət hüququna dair qeydin və buna dair verilmiş çıxarışın ləğv edilməsi, mübahisəli mənzildən Cavabdeh1 və həmin mənzildə yaşayan digər şəxslərin çıxarılması, İddiaçı mübahisəli mənzilinə köçürülməsi qət edilmişdir.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli 2(103) 503/2019 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli 2(005)697/2018 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
22. Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 iyun 2019-c u il tarixli 2(102)-4058/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin 29 avqust 2019-cu il tarixli 2(103)-9759/2019 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli 2(005)-697/2018 saylı qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir.
24. Həmin qətnamədən İddiaçı verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2019-cu il tarixli 2(102) 8105/2019 saylı qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 29 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmı şdır. Daha sonra İddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 fevral 2021-ci il tarixli qərardadı ilə İddiaçı şikayəti üzrə konstitusiya işinin icraatına xitam verilmiş və ona dəymiş zərərin əvəzini Cavabdeh2 tələb etmək hüququ izah olunmuşdur.
25. Yuxarıda qeyd olunanlara əsalanaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə Cavabdeh2 məhkəmə qətnamələri ilə mübahisəli əmlak üzərində hər hansı bir hüququ olmadan sərəncam vermiş və faktiki olaraq iddiaçıya məxsus əmlakı digər cavabdeh o lan Cavabdeh1 satmışdır.
26. Məhkəmə kollegiyası Cavabdeh2 mənzili satmaqla iddiaçıya maddi ziyan vurmasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
27. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi baxışı zamanı mübahisəli mənzilin müstəqil qiymətləndirilməsi üçün iş materialları mütəxəssisə təqdim edilmişdir."xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Qasımzadə küçəsi, ev 72, mənzil 54 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin xx.xx.2025-ci il tarixə olan bazar dəyəri 148.000 manat məbləğində müəyyən edilmişdir.
28. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Cavabdeh2 148.000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 mübahisəli əmlak üzərində hər hansı bir hüququ olmadan sərəncam versə də, həmin proseslər məhz hazırki Mülki Məcəllənin qüvvədə olduğu vaxt baş vermişdir. Lakin hazırki mübahisənin kökü Bakı Apellyasiya Məhkəməsinin 06 aprel 2017-ci il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli qətnaməsinin ləğv edilməsi və bu qətnamənin Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 avqust 2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılması ilə bağlı olduğu üçün hazırki işə köhnə Mülki Məcəllənin normalarının tətbiq edi lməsi yol verilməzdir, çünki MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
30. Apellyasiya şikayətinin iddiaçıya vurulmuş zərərin ödənilməsinə görə məsuliyyət 1997-ci ildə müqavilə bağlanarkən adı mənzilin formal satıcısı kimi keçmiş Hadi Məmmədovun (həmin vaxt vəfat etmişdir) deyil, həmin mənzili qanunsuz və faktiki satmış (bu hal əvvəlki qanuni qüvvəsini almış qətnamələrlə də müəyyən edilmişdir) Hidayət Hüseynovun üzərinə düşməsinə dair dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya zərərin dəyməsi cavabdeh tərəfindən vurulması barədə işin hallarına uyğun olması Cavabdeh2 məhkəmə qətnamələri ilə mübahi səli əmlak üzərində hər hansı bir hüququ olmadan sərəncam verməsinə dair qanuni qüvvəsini almış məhkəmə aktları ilə öz təsdiqini tapmışdır.
31. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, mənzil Hidayət Hüseynov tərəfindən etibarnamə əsasında 29 iyul 1997-ci il tarixdə Hadi Məmmədovun adından İddiaçı satılarkən Hidayət Hüseynovun mülkiyyətçinin ölümündən xəbəri olub-olmamasından asılı olmayaraq aralarında bağlanmış alqı-satqı müqaviləsinin qanuni əsaslarla olmasına dair qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 06 aprel 2017-ci il tarixli qətnaməsi ilə yanaşı, həmçinin bu baxımdan tərəflər arasında uzun müddət davam edən məhkəmə çəkişmələrinin nəticəsi olaraq Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində dəymiş ziyanın əvəzinin tələb edilməsi hüququnun olması izah edilməsinə dai r İddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 fevral 2021-ci il tarixli qərardadının da mövcudluğunun nəzərə alınması mütləqdir.
32. Bundan başqa, cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlilinə gəlincə məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasları barədə bildirişlər kağız daşıyıcıda cavabdehə göndərilmiş, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə kollegiyası məhkəmə araşdırmasının tərəflərin çəkişmə prinsipinin pozulması ilə aparılması ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilini də əsassız hesab etmişdir.
33. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 4.1, 21.2, 1096.1, 1096.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona et irazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh iddiaçıya qarşı hər hansı delikt, hüquq pozuntusu törətməmişdir və bunun nəticəsində ona zərər vurmamışdır. Həmçinin cavabdeh iddiaçının hesabına əsassız varlanmamışdır. Cavabdeh öhdəliyi hər hansı qanunda nəzərdə tutulan digər əsaslarla da yaranmamışdır. Cavabdehin iddiaçı qarşısında öhdəliyi müqavilədən irəli gələ bilməzdi, çünki cavabdehlə iddiaçı arasında heç bir müqavilə olmamışdır. Müqavilə cavabdehin atasının adından iddiaçı ilə bağl ansa da, atasının adından bu müqaviləni iddiaçı ilə bağlayan şəxs elə iddiaçının qardaşı olmuşdur. Lakin məhkəmələr gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Cavabdehin atasının əvəzində iddiaçının qarşısında öhdəliyi yarana bilməzdi. Çünki bu belə öhdəlik yaranması ehtimal olunan dövrdə atası artıq ölmüşdü və heç bir hüquq qabiliyyəti yox idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirl ər.
38. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
39. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
40. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdı rmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan n əticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində Cavabdeh2 iddianın təmin olunan hissəsini mübahisələndirildiyindən, məhkəmə aktı məhz həmin hissədə yoxlanır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundam ental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
51. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır. Belə ki, iş üzrə Cavabdeh2 məhkəmə qətnamələri ilə müəyyən olunduğu kimi mübahisəli əmlak üzərində hər hansı bir hüququ olmadan sərəncam vermiş və faktiki olaraq iddiaçıya məxsus əmlakı digər cavabdeh olan Cavabdeh1 satmışdır ki, nəticədə iddiaçıya maddi ziyan vurulmuşdur.
52. Məhkəmə kollegiyası ümumilikdə qeyd edir ki, kassasiya şi kayətində göstərilən dəlillər formal mülahizələrdən ibarətdir.
53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, dəlillərə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
54. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququ n düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
56. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5247/2025 nömrəli, 26 noyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.