Məhkəmə qərarları › İş №2(3-1)-13/2026

Ali Məhkəmə Qətnamə — İş №2(3-1)-13/2026

17.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(3-1)-13/2026 17.03.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbi (Açar sözlər: qızıl-zinət əşyalarının ticarəti (birgə fəaliyyət), məhkəmə hüququ bilir prinsipi, Mülki Məcəllədə birbaşa nəzərdə tutulmayan müqavilə növü, gizli yazılmış səs yazısının şəxsi həyatın sirri hesab olunmaması) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh və onun vəkili-nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 05 noyab r 2025-ci il tarixli, 2(078)-757/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfin verdiyi apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat a) Məhkəməyə müraciət

1. İddiaçı “05” may 2025-ci ildə Naxçıvan Şəhər Məhkəməsinə pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 129.000 (bir yüz iyirmi doqquz min) manat borcun, gecikdirilmiş vaxt üçün 6.450 (altı min dörd yüz əlli) manat pulun, hüquqi yardıma görə ödədiyi 300 (üç yüz) manat məhkəmə xərcinin və 425,75 manat (dörd yüz iyirmi beş manat, yetmiş beş qəpik) dövlət rüsumunun, ümumilikdə isə 136175,75 (bir yüz otuz altı min bir yüz yetmiş beş manat, yetmiş beş qəpik) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsi ni məhkəmədən xahiş etmişdir (mülki iş İ cild, iş vərəqə 0107). b) İddia tələbinin əsaslandırılması

2. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə bir neçə il əvvəl tanış olmuş, əvvəlcə qohumu Eldar vasitəsilə, daha sonra isə birbaşa cavabdehlə qızıl-zinət əşyalarının alqı-satqısı üzrə birgə fəaliyyət göstərmişdir. İddiaçı tərəfindən müxtəlif vaxtlarda (2023-2024-cü illər ərzində) qızıl alışı üçün cavabdehə hissə-hissə pul vəsaitləri verilmişdir. Borc münasibətləri gedişatında cavabdehə verilən məbləğlərin cəmi 150.000 (bir yüz əlli min) manata çatmış, bu vəsaitin bir hissəsi (60.000 manat) qaynatası Malik tərəfindən təmin edilmişdir. Cavabdeh qeyd olunan borcun bir hissəsini qaytarsa da, qalıq məbləğ 125.000 (bir yüz iyirmi beş min) manat təşkil etdiyi vaxtda, 21 deka br 2024-cü il tarixdə yenidən 4.000 manat almış, lakin həmin vəsaiti və əvvəlki borclarını qaytarmaqdan imtina etmişdir.

3. İddiaçı qeyd edir ki, borcun qaytarılması ilə bağlı cavabdehin atası Azər Niftiyevlə görüşsələr də, qarşı tərəf borcun olmadığını iddia edərək ödənişdən yayınmışdır. Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə edilən müraciət əsasında aparılan araşdırma nəticəsində 16 yanvar 2025-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və mübahisənin mülki qaydada həlli tövsiyə edilmişdir. c) Tələb üzrə qəbul edilən məhkəmə aktı

4. Naxçıvan Şəhər Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli, 2(078)-757/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 129000 (bir yüz iyirmi doqquz min) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, Cavabdeh 419 (dörd yüz on doqquz) manat miqdarında dövlət rüsumunun əvəzi tutularaq İddiaçı qaytarılması, qalan hissədə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdi (mülki iş İ cild, iş vərəqə 183-203). İİ. Apellyasiya icraatı a) Məhkəmə aktından verilən apellyasiya şikayəti

5. Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə 08 dekabr 2025-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli, 2(078)-757/2025 nömrəli qətnaməsinin tamamilə ləğv olunmasını və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir (mülki iş İ cild, iş vərəqə 212-225). b) Apellyasiya şikayətini n əsaslandırılması

6. Cavabdeh tərəf apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçı ilk olaraq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmiş, ondan əvvəl də atası Azərə müraciət etmiş, atasına cavabdehin ona 20.000 (iyirmi min) manat borcu olduğunu, daha sonra nədənsə və “bilinməyən səbəblərdən” bu məbləğin birdən-birə 129.000 (bir yüz iyirmi doqquz min) manat olması bu iddianın tamamilə yalandan ibarət olduğunu bir daha təsdiq edir. İddiaçı iddia ərizəsində müxtəlif vaxtlarda ona pul verdiyini qeyd etsə də, bu pulların konkret olaraq hansı tarixdə verildiyini qeyd etməmiş, həmçinin bunlara dair mötəbər sübutları iddia ərizəsinə əlavə etməmişdir. İddiaçı iddia ərizəsində onun 125.000 (bir yüz iyirmi beş min) manat borcu qalanadək borcunu qaytardığın ı, yalnız bu məbləği isə qaytarmadığını qeyd etmişdir. Bu tamamilə yalandır. O, iddiaçı ilə ticarət münasibətlərdə olmuş, müxtəlif vaxtlarda qızıl alış-verişi ilə məşğul olmuşlar. Lakin o bütün ödəmələri, yəni iddiaçıya məxsus olan pulları vaxtı-vaxtında qaytarıb.

7. Belə ki, iddiaçı cavabdehə məxsus olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus **********008776; **********135030 nömrəli debit kartlarından müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə pullar çəkmiş, həmçinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus **********513022 debit kartından və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus **********821340 nömrəli debit kartlarından özü şəxsən “Bankomat” aparatlarından pullar çəkmiş, həmçinin o özünə məxsus olan bu kartlar vasitəsilə onun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus sonu 0314 olan kartı na müxtəlif məbləğlərdə pullar ödənilmişdir. Yəni aralarında olan bütün ticari münasibətlərə son qoyulmuş, aralarında olan bütün pul-borc münasibətləri sıfırlanmışdır.

8. Həmçinin bundan əlavə o, cavabdehə Şahid1 yanında və onun şahidliyi ilə 19.800 (on doqquz min səkkiz yüz) manat dəyərində qızıl və 14.200 (on dörd min iki yüz) manat məbləğində pulu, yəni ümumilikdə 34.000 (otuz dörd min) manat pulu ona qaytarmışdı.

9. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, aralarında borc müqaviləsi və ya hər hansısa bir müqavilə bağlanılmamış, gecikdirilmiş borca görə hər hansı faizin ödənilməsi nəzərdə tutulmamışdır. İddia ərizəsində istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normalarının və plenum qərarlarının hazırkı iddia tələbinə tətbiq edilməsi ilə bağlı hər hansı hüquqi əsas yoxdur.

10. Eyni zamanda tərəflərindən məhkəməyə müvafiq banklara sorğu göndərilməsi məqsədilə yazılı qaydada aşağıdakı məzmunda vəsatət verilmişdir: “Mülki mübahisənin həlli baxımından bir sıra sənədlərin bankdan (banklardan) məhkəmə tərəfindən alınıb mülki işin materiallarına əlavə edilməsi zərurəti vardır. Cavabdehin bir neçə bank kartı iddiaçıda olmuş və iddiaçıda həmin kartlardan bankomatlar vasitəsilə pulları çəkmiş və götürmüşdür. Həmin bankomatların qarşısında məlumdur ki, video çəkiliş gedir və pulların kim tərəfindən götürülməsi də açıq-aşkar görsənir. Həmin kartlar vasitəsilə hazırkı iş üzrə iddiaçı cavabdehə məxsus kartlardan (kartlarda iddiaçıda olub) pulları özü çəkmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı (**********821340 nömrəli kart) 1. xx.xx.2023-164 0 manat 2. xx.xx.2023-250 manat 3.xx.xx.2023-540 manat 4. xx.xx.2024-130 manat 5. xx.xx.2024-400 manat 6.xx.xx.2024-400 manat 7. xx.xx.2024-1000 manat 8.xx.xx.2024-700 manat 9. xx.xx.2024-1880 manat 10. xx.xx.2024-300 manat 11. xx.xx.2024-2000 manat 12.xx.xx.2024-990 manat 13. xx.xx.2024-2650 manat 14.xx.xx.2024-2970 manat 15. xx.xx.2024-1150 manat 16.xx.xx.2024-2000 manat 17.xx.xx.2024-1800 manat 18. xx.xx.2024-800 manat 19. xx.xx.2024-10.000 manat 20.xx.xx.2024-100 manat 21. xx.xx.2024-4000 manat 22. xx.xx.2024-5000 manat 23.xx.xx.2023-1550 manat xx.xx.20249900 manat "xxxx" ASC NAXÇİVAN FİLİALİ(**********513022) 1. xx.xx.2023-2000 manat 2. xx.xx.2023-3000 manat 3.xx.xx.2023- 400 manat 4. xx.xx.2023-2000 manat 5. xx.xx.20232600 manat 6.xx.xx.2023-900 manat 7. xx.xx.2023-2000 manat 8. xx.x x.2023-1278 manat 9.xx.xx.2023-170 manat 11. xx.xx.2023-1500 manat 12.xx.xx.2023-4500 manat 13.xx.xx.2023-400 manat 14. xx.xx.2023-1180 manat 15. xx.xx.2023-3100 manat 16.xx.xx.2023-3000 manat 17. xx.xx.2023-8150 manat 18. xx.xx.2023-1500 manat 19.xx.xx.2023-1010 manat 20.xx.xx.2023-3600 manat 21. xx.xx.2023-4000 manat 22.xx.xx.2023-4485 manat 23. xx.xx.2023-1400 manat 24. xx.xx.2023-6000 manat 25.xx.xx.2023-1000 manat 26. xx.xx.2023-1995 manat 27. xx.xx.2024-1000 manat 28. xx.xx.2024-1972 manat 29. xx.xx.2024-4860 manat 30. xx.xx.2024-10.000 manat 31.xx.xx.2024-120 manat 32.xx.xx.2024-1360 manat 33. xx.xx.2024-2500 manat 34.xx.xx.2024-887 manat 35. xx.xx.2024-1998 manat 36. xx.xx.2024-1000 manat 37.xx.xx.2024-2900 manat 38. xx.xx.2024-2500 manat 39. xx.xx.2024-3300 manat 40.xx.xx.2024-4 250 manat 41.xx.xx.2024-400 manat 42.xx.xx.2024-1740 manat 43.xx.xx.2024-2000 manat 44. xx.xx.2024-1600 manat "xxxx" Açıq Səhmdar Cəmiyyəti 43.xx.xx.2024-2000 manat 44. xx.xx.2024-1600 manat, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Naxçıvan Filialı (**********008776 və **********135030) 1. xx.xx.2024-10.000 manat 2. xx.xx.2024-4500 manat 3. xx.xx.2024-11900 manat 4. xx.xx.2023-1300 manat 5. xx.xx.2024-6000 manat. Qeyd edilən tarixlərdə müvafiq adları çəkilən bankların bankomatlarından kim tərəfindən hazırkı iş cavabdehə məxsus kartlardan pulların nağdlaşdırılması, bunlara dair müvafiq banklara ayrı ayrılıqda sorğuların göndərilməsi, bu barədə yazılı məlumatın və çəkilişə dair müvafiq görüntülərin məhkəməyə göndərilməsinin təmin edilməsinə dair müvafiq sorğuların banklara göndərilməsini xahiş edirəm”. Məhkəmə vəsatəti təmin etmiş, bununla bağlı müvafiq qərardad qəbul etmiş və müvafiq banklara sorğuların göndərilməsi qərara alınmışdır.

11. İşə baxan birinci instansiya məhkəməsi tərəflər arasında olan münasibətlərə düzgün hüquqi qiymət verməmiş və məhkəmə qətnaməsi ilə də bu münasibətlərə düzgün normalarla yanaşmamışdır. Belə ki, məhkəmə qətnamənin 12-ci səhifəsinin 3-cü abzasında tərəflər arasında olan münasibətləri borc münasibətləri hesab etmək olmaz deyə qeyd etmişdir. Hansı ki, bu yanaşmanı tərəflərindən iddiaya etiraz da nümayiş etdirmiş, borc münasibətlərinin olması üçün (əgər borc məbləği) 3000 (üç min) manatdan çoxdursa) münasibətlər mütləq şəkildə yazılı şəkildə və müqavilə ilə rəsmiləşdirilməli idi. İddiaçının özü də məhkəmədə izahat verərkən “borc münasibətlərinə” toxunmuş, hətta tələbin adı belə pul tələbi nə dair iddia olmuşdur. İddiaçı hətta gecikdirilmiş borca görə məhz müəyyən miqdarda (hansı ki məhkəmə həmin hissə də tələbi təmin etməmişdir) faizlər də tələb edirdi ki, bu da iddiaçının məhkəməyə təqdim etdiyi iddiada hüquqi əsasın məhz borc münasibətlərindən yaranmış borc məbləği olaraq qeyd etdiyini açıq-aşkar görsədir. Yəni yuxarıda istinad edilən hissədə məhkəmə münasibətin borc münasibəti olmamasını düzgün qiymətləndirsə də, sonradan qətnamənin 13-cü səhifəsinin 1-ci abzasında tərəflər arasında borc münasibətləri olmasa belə, müqavilə münasibətlərinin olmamasının istisna edilməməsini qeyd etmiş, həmin səhifənin 6-cı abzasında tərəflər arasında mövcud olmuş müqavilə növünün Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmasa belə, işin halla rına əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, “tərəflər arasında birgə fəaliyyət göstərməklə bağlı” müqavilə növü olduğunu qeyd etmişdir.Bu hüquqi münasibəti ümumiyyətlə qəbul etmirlər.

12. Məhkəmə tərəflərin özlərinin müəyyən etməli olduğu (əgər belə bir müqavilə münasibəti mövcud olsa idi, hansı ki, şifahi şəkildə bağlanılmış olan və ya bağlanılmalı olan) iddiaçı məhz məhkəməyə müraciət edən zaman iddiasının hüquqi əsasını məhz bu cür formalaşdırmalı və eyni zamanda iddiasının hüquqi əsası da məhz bu münasibətə uyğun yazılmalı və ya tərtib olunmalı idi. Məhkəmə “öz mülahizəsi əsasında” iddianın hüquqi əsasını formalaşdırmış və münasibətlərə hüquqi qiymət vermişdir. Hətta məhkəmə öz təşəbbüsü ilə “müqavilənin predmetini” müəyyən etmişdir. Həmin predmet üzərində məsələyə hüquqi qiymət ve rmişdir. İddiaçı isə iddia ərizəsində pul və ya borc münasibətləri üzərindən məsələyə yanaşmış, hətta gecikdirilmiş faiz belə cavabdehdən tələb edilmişdir. Odur ki, məhkəmə tərəflərin münasibətlərinə düzgün hüquqi qiymət verməmişdir. Tərəflər arasında şifahi formada qızılın alıb-verilməsi onlar arasında müqavilə münasibətlərinin olması anlamına gəlmir. Cavabdeh iddiaçı qarşısında yazılı və şifahi forma da hər-hansı formada öhdəliyi belə olmamışdır. Tərəflər arasındakı münasibətlərdə Cavabdeh iddiaçı ilə aralarında olan münasibətlərdə pulu tamamilə iddiaçıya qaytarmışdır.

13. Məhkəmə qətnamənin 14-cü səhifəsinin 4-cü abzasında cavabdehin izahatını iddianı qismən qəbul etmə kimi qiymətləndirmişdir. Hesab edir ki, bu da heç bir halda qəbul edilən deyildir. Cavabdeh iddiaçı ilə aralarında olan pul münasibətinin miqdarını bildirmiş, həmin pulun isə tamamilə iddiaçıya qaytarıldığını həm yazılı etiraz ərizəsində, həm də şifahi məhkəmə iclasında izahatı zamanı məhkəməyə bildirmişdir. Məhkəmənin isə həmin hissəni iddianı qismən qəbul etmə kimi qiymətləndirməsi işə baxan məhkəmənin obyektivliyini ciddi şübhə altına atır. Belə ki, cavabdeh olaraq Cavabdeh bütün sübutetmə vasitələri ilə iddianın əsasız olmasına dair sübutlar məhkəməyə təqdim etmiş və pulun qaytarıldığını sübut etməyə çalışmışdır.

14. Onu da qeyd etmək lazımdır ki, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası kimi əgər qanunda ayrı qayda nəzərdə tutulmamışdırsa, tərəflər arasında mütləq şəkildə müqavilənin olması vacib şərtdir. Yəni hər bir halda hazırkı mübahisədə iştirakçılar arasında mütləq şəkildə müqavilənin olm ası, xüsusilə də yazılı şəkildə olması mütləq şərtdir. Hansı ki, iddiaçı özünə məxsus olan borcu tələb edirdisə, bu borcun məbləği də məcəllədə qeyd olunandan çoxdursa, o zaman müqavilə (borc müqaviləsi) mütləq şəkildə yazılı olmalı idi. Bu pulun borc olması həm iddiaçının izahatı ilə, həmçinin məhkəmədə izahat verən şahid ifadələri ilə də öz təsdiqini tapmış olur.

15. Qeyd etmək lazımdır ki, məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iddianın təmin olunmasının əsasını məhz səs yazısı və həmin səs yazısında olan “bir cümlə” təşkil edir. Hansı ki, Cavabdeh həmin səs yazısında borcunun olduğunu etiraf etməmiş, iddia tələbində qeyd olunan borcunun olduğunu iddiaçıya bildirməmişdir. Həmçinin işin ən önəmli halı ondan ibarətdir ki, həmin səs yazısı gizlin yola, Cavab deh xəbəri olmadan yazılmışdır. Bu vəkil-Nümayəndə tərəfindən iddiaçıya verilən sualın cavabı ilə də öz təsdiqini tapmışdır. İddiaçı səs yazısını gizlin yazdığını etiraf etmişdir. Yəni Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin konkret olaraq imperativ olaraq göstərilən normasından da aydın olur ki, gizli yola əldə edilən səs yazısı sübut kimi qəbul oluna bilməz. Tərəflərindən bu məhkəmə çıxışı zamanı bildirilsə də, məhkəmə buna düzgün hüquqi qiymət verməmişdir. Əksinə iddianın təmini üçün bu səs yazısını sübut kimi qəbul etmişdir.

16. Eyni zamanda məhkəmə həmin səs yazısının hansı tarixdə qeydə alınmasını və yazılmasını da müəyyən etməmişdir. Hansı ki, bu mübahisənin düzgün həlli üçün olduqca vacib və əhəmiyyətlidir. Məhkəmə sadəcə iddiaçının dediyi ilə kifayətlənmiş, səs yazıs ının yazılma tarixini iddiaçının dediyi tarixlə götürmüş və digər sübutlara da məhz bu baxımdan hüquqi qiymət vermişdir.

17. Bundan əlavə tərəflərindən məhkəməyə bank hesabından (kartdan) çıxarışlar təqdim olunmuş, şahid ifadəsi ilə də Cavabdeh tərəfindən cavabdehə pulların qaytarılması öz təsdiqini tapmışdır. Məhkəmə çox təəssüf ki, tərəflərindən verilmiş sübutlara səs yazısının tarixinə münasibətdə hüquqi qiymət vermiş, halbuki səs yazısının hansı tarixdə yazılması məhkəmə tərəfindən müəyyən olunmamışdır. Lakin məhkəmə tərəflərindən təqdim edilmiş bütün sübutlara həmin səs yazısından əvvəlki tarix olduğu üçün iddianın rəddinə səbəb olacaq sübut kimi qiymət vermişdir. Yuxarıda qeyd olunduğu kimi tərəflərindən təqdim edilmiş şahid ifadəsi ilə iddiaçıya pulun qaytarılması təsdiq olunmuş, ka rt hesabından çıxarışlarla da pulların qaytarılması öz təsdiqini tapmışdır. Lakin nədənsə məhkəmə iddiaçının təqdim etdiyi sübutun tarixini araşdırmamış, tərəflərindən təqdim edilən sübutlara isə tarixi müəyyən olunmayan səs yazısına münasibətdə tarixə görə hüquqi qiymət vermişdir. Bu da hesab edirlər ki, ədalətli məhkəmə araşdırmasının pozulduğunu açıq aşkar ortaya qoyur.

18. Məhz buna görədir ki, məhkəmə qətnamənin 15-ci səhifəsinin 1-ci abzasında cavabdehin təqdim etdiyi sübutları 2024-cü ilin noyabr ayından sonraya aid olmayan sübut kimi qiymət vermişdir. Halbuki yuxarıda qeyd olunduğu kimi məhkəmə həmin gizlin yolla yazılmış səs yazısını nəinki sübut kimi qəbul etmiş, hətta onun yazılma tarixini müəyyən etmədən iddianın təmin üçün yetərli sübut kimi qəbul etmiş və tərəflərindən təqdim edilmiş sübutlara tarixə münasibətdə hüquqi qiymət vermişdir.

19. Onu da nəzərə almaz lazımdır ki, iddiaçı tərəfindən təqdim edilən şahid ifadəsi də (Malik adlı şahid) məhkəmə zalında verdiyi ifadəsində tarixi dəqiq bildirməmiş, eyni zamanda onun pulu iddiaçıya verdiyini (60.000 manat), Cavabdeh borc vermədiyini qeyd etmişdir. Yəni iddiaçının əgər tələb etdiyi pulu borc kimi qəbul etsələr, həmin pulun tələb olunması belə hazırki iş üzrə iddiaçının tələb edəcəyi bir pul deyildir. Həmçinin Cavabdeh bir dəfə Malik adlı şəxsin evində olması belə bu borc alınması və borc münasibətinin olması anlamına gəlmir.

20. İddiaçı bunu ona verilən sual zamanı inkar etməmiş, hətta banklardan alınan görüntülərin birində cavabdehə məxsus bank kartından pulun çəkilməsi açıq-aşkar görsənir. Hansı ki, həmin görüntüdə və sənədlərdə bir gündə bir neçə dəfə iddiaçının cavabdehin bank kartından pul çəkdiyi açıq-aşkar görünür. Lakin məhkəmə buna da düzgün hüquqi qiymət verməmişdir.

21. Şikayət edən tərəf işə baxan birinci instansiya məhkəməsinin maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1, 14.1, 14.2, 14.2.1, 389, 386-cı və 739-cu maddələrinə, prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsinin əsası kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9, 76-cı və 95-ci maddələrinə istinad etmişdi. c) Apellyasiya şikayətinin icraata qəbulu

22. Apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “08” yanvar 2026-cı ildə daxil olmuş və kollegiyanı n 13 yanvar 2026-cı il tarixli qərardadı ilə icraata qəbul edilmişdi. ç) Apellyasiya şikayətinə qarşı etiraz.

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İİİ. İzahatlar və prosesin gedişatı

24. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, verdiyi izahatında bildirmişdi ki, iddiaçı Malik adlı şəxs tərəfindən ona pul verildiyini iddia etsə də, əslində həmin vəsait birbaşa iddiaçının özünə verilmişdir və ona hər hansı pul ödənilməmişdir. Bank kartlarından vəsaitlərin nağdlaşdırılması və köçürülməsi ilə bağlı müvafiq sübutlar məhkəməyə təqdim edilmişdir. Onlar iddiaçı ilə bir il müddətində birlikdə işləmişlər və həmin dövr ərzində o, iddiaçıya “WhatsApp” tətbiqi vasitəsilə göndərilən müxtəlif bank kartlarına pul köçürmələri həyata keçirmişdir. Əgər iddiaçı tərəfindən “WhatsApp” yazışmaları silinməyibsə, qeyd olunan bütün köçürmələr həmin yazışmalarda öz əksini tapmışdır. İddiaçıya hər ay təxminən 7000-8000 manat aralığında pul ödəmişdi.

25. Cavabdeh verilmiş suallara cavab olaraq bildirmişdi ki, iddiaçıya ayda 7000-8000 manat aralığında pul ödədiyinə dair "WhatsApp" yazışmalarından başqa sübutu yoxdur, həmin yazışmalar isə silinmişdi. Mülki iş materiallarında olan səs yazılarındakı şəxs iddiaçının qohumudur, konkret olaraq hansı qohumu olduğunu dəqiq bilmir. Materiallarda əks olunan və Cəfər əminin yanında 19800 manatlıq qızılların və 4000 manat pulun göründükləri videonu iddiaçının "WhatsApp" nömrəsinə göndərmək üçün çəkib, görüntülərdəki Cəfər adlı şəxs isə öz qayına tasıdır. İddiaçı onun etibarından sui-istifadə edərək "WhatsApp" yazışmalarını telefonundan silmişdi. Bununla bağlı prokurorluğa müraciət etmək hüququnun olduğunu bilmədiyi üçün bu vaxta qədər şikayət etməmişdir. Cavabdeh cinayət işi ilə bağlı verdiyi ifadəsində qayınatasından 21000 manat aldığını deməsinə rəğmən, sonradan 4000 manat qeyd etməsinə aydınlıq gətirərək bildirmişdi ki, əslində qayınatası ona 21000 manat verməli olsa da, bu məbləği tam təmin edə bilməmiş, buna görə də həyat yoldaşının qızılları satılaraq üzərinə 4000 manat əlavə edilmiş və iddiaçıya verilmişdir. Atasının ona verdiyi 20000 manat nağd pulu və 7000 manatlıq qızılı qarşı tərəfə təqdim etməsi barədə əlində heç bir maddi sübut yoxdur. İddiaçı ilə münasibətləri 2024-cü ilin sentyabr ayından etibarən pozulub və həmin t arixdən sonra qazanc bölünməyib. Qarşı tərəf səhv etmirsə dekabrın 21-də polisə şikayət edib, özü isə dekabrın 22-23-də polisə dəvət olunub. Səs yazılarından xəbərsiz olub, normal münasibət olsaydı buna razılıq verəcəkdi, danışığın sonunda səsinin yazıldığını hiss etmişdi. Səs yazılarında iddiaçıya davamlı olaraq pul verdiyini deyib. Borcunu dekabrın 6-da tam ödəyib bitirmişdi. Hesab edir ki, iddiaçıdan sonuncu dəfə aldığı 4000 manatın geri tələb olunmaması üçün dekabrın sonunda şikayətçi olmuşdur. 22 dekabr tarixli yazışmalardakı ifadələrinin məhz həmin 4000 manatla bağlıdır, lakin iddiaçının "kart hərəkətliliyi diqqət çəkir" bəhanəsi ilə bütün yazışmaları onun telefonundan sildirmişdi. Son danışıqlarda qeyd olunan 131000 manatlıq borcun ödənilməsi ilə bağlı da "WhatsApp" yazışmalarında n başqa sübutu yoxdur.

26. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən cavabdehin vəkili-nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında bildirmişdi ki, məhkəməyə təqdim etdikləri vəsatətdə bütün hüquqi əsaslar ətraflı şəkildə qeyd olunmuşdur. O, məhkəmə araşdırması zamanı müəyyən mühüm məqamlara aydınlıq gətirildiyini vurğulamışdır. İş üzrə ən vacib dəlil səs yazılarının gizli şəkildə qeydə alınmasıdır və o, kollegiya tərəfindən bu hala hüquqi qiymət veriləcəyinə inandığını ifadə etmişdir. Qeyd etmişdir ki, qanunvericiliyə görə, gizli yolla əldə edilmiş materiallar sübut qismində qəbul edilə bilməz. Tərəflər arasında hər hansı rəsmi müqavilə münasibətlərinin mövcud olmayıb, birinci instansiya məhkəməsinin isə m üqavilənin predmetini özbaşına müəyyənləşdirmişdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə borc müqaviləsinin mütləq yazılı formada tərtib edilməlidir. Onlar üçün ən prinsipial məsələnin mülki işin materiallarında olan səs yazılarının dəqiq tarixinin ekspertiza vasitəsilə müəyyən edilməsi idi.

27. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək verdiyi izahatında bildirmişdi ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin təcrübəsində gizli səs yazılarının sübut kimi qəbuledilənliyinə dair qərarlar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 aprel 2020-ci il tarixli qərarında qeyd edilir ki, qanunla icazə verilən hallardan başqa gizli yolla əldə edilmiş səs və ya audioyazılardan sübut kimi istifadə edilə bilməz, lakin eyni zamanda qeyd etmək lazımdır ki, belə sübutların əldə edilmə məqsədi və məzmunu hökmən nəzərə alınmalıdır. Əgər sübut şəxsi həyata yönəlik deyildə hüququn müdafiəsinə yönəlibsə, bu zaman fərqli qiymətləndirmə aparılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 07 nömrəli qərarında da göstərilir ki, əgər səs yazısı şəxsi həyata deyil borc, müqavilə, alqı-satqı, öhdəlik münasibətlərinə aiddirsə və hüququn müdafiəsi məqsədilə əldə edilibsə, belə sübut yolverilən hesab edilir. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin də qərarı mövcuddur və orada qeyd edilib ki, səs yazısının məqsədi hüququn müdafiəsi olduğundan sübut kimi qiymətləndirilməsi mümkündür. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2020-ci il tarixli qərarında da vurğulanır ki, əgər şəxs tərəfin xəbəri olmadan yazını əldə edibsə, lakin həmin yazı şəxsi həyatın deyil, işgüzar münasibətin sübutuna yönəlibsə, bu halda həmin yazı dəlil kimi qiymətləndirilməlidir. Qarşı tərəfin nə qədər səmimi olduğunu deyə bilmir, lakin şəxs özünün səsinin yazıldığını bilsə belə etiraf etməz. Cavabdeh özünü müdafiə etmək üçün başqa yol tapa bilmədiyindən bu yola əl atır. Ona görə də mülki işin materiallarında olan səs yazıları qeyri-qanuni hesab edilməməlidir.

28. İddiaçının vəkili-nümayəndəsi ona verilmiş suallara cavab olaraq bildirmişdi ki, mülki iş materiallarında olan səs yazıları a vtomobilə əyləşərkən yazılmışdır, bunu həm iddiaçı qeyd etmişdir, həm də səs yazılarından aydın olur. Digər səslərin harada yazılması barədə məlumatı yoxdur. Birinci instansiya məhkəməsində də qeyd etmişlər ki, şəxs videodakı qızılları və pulu iddiaçıya vermək üçün aparmışdısa, o zaman nəyə görə onları özü ilə getmiş adamın yanında vermirdi və uzaqlaşaraq kənarda verirdi.

29. Apellyasiya şikayətinə baxılması ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iddiaçıya mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdi.

30. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi. İV. İşin halları:

31. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş: 32. - tərəflər arasında 22 dekabr 2024-cü il tarixdə aparılmış "WhatsApp" yazışmalarından Cavabdeh İddiaçı «bu günə qədər hissə-hissə də olsa verirdim, artıq verməyəcəm, dədəm gəlmir, kim gəlir gəlsin. Sən qorxaqsan» məzmunlu mesajlar yazması (mülki iş İ cild, iş vərəqə 33-kompakt diskdə); 33. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsinin 16 yanvar 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından İddiaçı X5 barəsində 129.000 (bir yüz iyirmi doqquz min) manat məbləğində pul tə ləbi ilə şikayət etməsi, araşdırma zamanı İddiaçı tərəflər arasında olan borc münasibətlərini sübut edən səs yazısını təqdim etməsi, Cavabdeh öz izahatında həmin səs yazısının ona məxsus olduğunu etiraf etməsi, habelə Toğrulun 2024-cü ilin sentyabr ayınadək Rəşiddən hissə-hissə cəmi 147.000 (bir yüz qırx yeddi min) manat məbləğində pul almasını, lakin həmin ayda Rəşidin onunla işləmək istəmədiyini bildirməsi, izahatında 30.000 manat məbləği tam qaytardığını və səs yazısından sonrakı dövrdə borcun qalan hissəsini də tam ödədiyini iddia etməsi, həmçinin bank əməkdaşı X6 ilə bankın işçisi kimi Cavabdeh arasında olan danışıqda (24 dekabr 2024-cü ildən sonra baş tutmuş danışıq) Toğrulun ona İddiaçı 125.000 manat məbləğində borcunun olmasını bildirməsi, yekunda isə İddiaçı müraciəti əsasında top lanmış material üzrə cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsinin qərara alınması (mülki iş İ cild, iş vərəqə 1315); 34. - Naxçıvan Şəhər Prokurorluğunun 07 fevral 2025-ci il tarixli, 3-4/190/3-000381/2025 nömrəli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından 11 yanvar 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası X1 sol qolunun kəsilmiş yarası diaqnozu ilə xəstəxanaya daxil olması faktı üzrə araşdırma aparılarkən, Azər Niftiyevin istifadəsində olan mobil telefona baxış zamanı 09 yanvar 2025-ci il tarixdə saat 19:36-da oğlu Toğrul Niftəliyev ona «WhatsApp» vasitəsilə: «Ata mən rəşidin pulun sənnən evdən Raufdan Həsənnən alıb bağlamışam o bizə şər atır mənim səsi mi yazanan sora üstünən bir ay keçmişdi təqribən dayoğludan 34000 manat alıb bağladım 9 mərtəbə tukanımızın qarşısında təqribən 15-20 gün keçmişdi sənin mənə verdiyin 20000 manatın üstünə evdə dəniz ucun yığdığım 10000 manatı və yoldaşımın atasından 21000 manatı düzəldib 31000 manat edib bolmart market tərfdə öz evləri yaxınlıqda verdim gördüm hər dəfə üstünə pul gətrir yerdə qalan 43000 manatı Həsədən alıb bizim ev yaxınlığında marketə yaxın geniş döngə var orda verdi ona (Rəşidə) verəcəymn hamısın ödəmişəm ustunə faiz gətirmişdi ona qədər ödəmişəm mən onu tanımamışam» (orfoqrafiya saxlanılıb) məzmunlu əlyazma mətninin fotoşəkilini göndərməsinin, həmçinin 22 dekabr 2024-cü il tarixdə saat 19:39-da İddiaçı Azər Niftiyevlə 59 saniyə, saat 19:46-da X12 Hüseynovla 12 saniyə, 23 dekabr 2024-cü il tarixdə isə saat 20:47-də Hicran Hüseynovun Azər Niftiyevlə 1 dəqiqə, saat 22:24-də 9 dəqiqə və saat 23:23-də Azər Niftiyevin Hicran Hüseynovla 16 dəqiqə ərzində telefon danışıqları baş tutmasının müəyyən edilməsi (mülki iş İ cild, iş vərəqə 17-29); 35. - Naxçıvan Şəhər Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, 2(078)-757/2025 nömrəli qərardadının mahiyyətindən cavabdehin vəkili-nümayəndəsi Nümayəndə verdiyi vəsatət əsasında məhkəmənin Cavabdeh istifadəsində olan kartlarından kimlərin pulu nağdlaşdırmasını müəyyən etmək məqsədi ilə video görüntülərin əldə edilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialına, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialına, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialına ayrı-ayrılıqda sorğuların verilməsinin qərara alınması (mülki i ş İ cild, iş vərəqə 109-113); 36. -"xxxx" Açıq Səhmdar Cəmiyyətinin 07 avqust 2025-ci il tarixli, 2025/204/19619 nömrəli məktubla Naxçıvan Şəhər Məhkəməsinə göndərdiyi kompakt diskdən “Az.Res. X8” adlı qovluqda “X13 oglu” adında alt qovluğun yerləşdirilməsi və həmin alt qovluqda 12 ədəd alt qovluğun mövcud olması, sözügedən alt qovluqlardan 18 yanvar 2024-cü il tarixli qovluğunda yaradılmış “-130” alt qovluğunda 12 ədəd fotoşəkillərin yerləşdirilməsi, sözügedən fotoşəkillərdə əks olunmuş şəxsin təsvirinin qeyri-dəqiq olması, ancaq 5 ədəd fotoşəkildə 4XXXXXXXXXXX1340 nömrəli kartdan istifadə olunduğunun müəyyən olması, 19 yanvar 2024-cü il tarixli qovluğunda yaradılmış” -400 AZN -400 AZN” alt qovluğunda 34-ədəd fotoşəkillərin yerləşdirilməsi, sözügedən fotoşəkillərdə əks olunmuş şəxsin tə svirinin qeyri-dəqiq olması, ancaq 10 ədəd fotoşəkildə 4XXXXXXXXXXX1340 nömrəli kartdan istifadə olunduğunun müəyyən olması; 24 yanvar 2024-cü il tarixli qovluğunda yaradılmış “-1000 AZN” alt qovluğunda 17-ədəd fotoşəkillərin yerləşdirilməsi, sözügedən fotoşəkillərdə əks olunmuş şəxsin təsvirinin qeyri-dəqiq olması, ancaq 5 ədəd fotoşəkildə 4XXXXXXXXXXX1340 nömrəli kartdan istifadə olunduğunun müəyyən olması; 08 fevral 2024-cü il tarixli qovluğunda yaradılmış “-700 AZN” alt qovluğunda 12 ədəd fotoşəkillərin yerləşdirilməsi, sözügedən fotoşəkillərdə əks olunmuş şəxsin İddiaçı olması, ancaq 5 ədəd fotoşəkildə 4XXXXXXXXXXX1340 nömrəli kartdan istifadə olunduğunun müəyyən olması, 07 may 2024-cü il tarixli qovluğunda yaradılmış” -1000 AZN -880 AZN” alt qovluğunda 56 ədəd fotoşəkillərin yerləşdi rilməsi, sözügedən fotoşəkillərin 26-da Cavabdeh aydın formada əks olunması və onun 4XXXXXXXXXXX1340 nömrəli kart hesabında əməliyyat aparması; 31 may 2024-cü il tarixli qovluğunda yaradılmış ”-300 AZN” alt qovluğunda 12 ədəd fotoşəkillərin yerləşdirilməsi sözügedən fotoşəkillərdə əks olunmuş şəxsin təsvirinin qeyridəqiq olması, ancaq 5 ədəd fotoşəkildə 4XXXXXXXXXXX1340 nömrəli kartdan istifadə olunduğunun müəyyən olması, 29 iyun 2024-cü il tarixli qovluğunda yaradılmış “-2000 AZN -990 AZN” alt qovluğunda 29-ədəd fotoşəkillərin yerləşdirilməsi, sözügedən fotoşəkillərdə əks olunmuş şəxslərin İddiaçı və Cavabdeh olması, 4XXXXXXXXXXX1340 nömrəli kart hesabından əməliyyat aparılması; 15 avqust 2024-cü il tarixli qovluğunda yaradılmış ”1000 AZN -1000 AZN -650 AZN” alt qovluğunda 39-ədəd fotoşək illərin yerləşdirilməsi sözügedən fotoşəkillərin 34-də Cavabdeh aydın formada əks olunması və onun 4XXXXXXXXXXX1340 nömrəli kart hesabında əməliyyat aparması; 19 avqust 2024-cü il tarixli qovluğunda yaradılmış ”-2000 AZN -2000 AZN -100 AZN -870 AZN” alt qovluğunda 126-ədəd fotoşəkillərin yerləşdirilməsi sözügedən fotoşəkillərin 61-də əks olunmuş şəxsin İddiaçı olması, onun 4XXXXXXXXXXX1340 nömrəli kart hesabından əməliyyat aparılması; 19 noyabr 2024-cü il tarixli qovluğunda yaradılmış "-1550 AZN” alt qovluğunda 12 ədəd fotoşəkillərin yerləşdirilməsi sözügedən fotoşəkillərin 8-də Cavabdeh aydın formada əks olunması və onun 4XXXXXXXXXXX1340 nömrəli kart hesabında əməliyyat aparması; 28 noyabr 2024-cü il tarixli qovluğunda yaradılmış ” -1800 AZN” alt qovluğunda 12 ədəd fotoşəkillərin yerləşdi rilməsi sözügedən fotoşəkillərin 9-da Cavabdeh aydın formada əks olunması və onun 4XXXXXXXXXXX1340 nömrəli kart hesabında əməliyyat aparması, 28 noyabr 2024-cü il tarixli qovluğunda yaradılmış ”-800 AZN” alt qovluğunda 12 ədəd fotoşəkillərin yerləşdirilməsi sözügedən fotoşəkillərin 9-da Cavabdeh aydın formada əks olunması və onun 4XXXXXXXXXXX1340 nömrəli kart hesabında əməliyyat aparması (mülki iş İ cild, iş vərəqə 122-123); 37. –"xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının Naxçıvan Şəhər Məhkəməsinə təqdim etdiyi 1 ədəd kompakt diskdən 18 alt qovluğun mövcud olması, sözügedən alt qovluqlardan 09 fevral 2024-cü il tarixli qovluqda 17 ədəd fotoşəkillərin yerləşdirilməsi, həmin fotoşəkillərin 11-də Cavabdeh aydın formada əks olunması və onun 547453XXXXXX3022 nömrəli kart hesabında əm əliyyat aparması, 03 aprel 2024-cü il tarixli qovluqda 36 ədəd fotoşəkillərin yerləşdirilməsi, sözügedən fotoşəkillərin 26-da Cavabdeh aydın formada əks olunması və onun 547453XXXXXX3022 nömrəli kart hesabında əməliyyat aparması, 09 aprel 2024-cü il tarixli qovluğunda 66 ədəd fotoşəkillərin yerləşdirilməsi, sözügedən fotoşəkillərdə əks olunan şəxsin 547453XXXXXX3022 nömrəli kart hesabında əməliyyat aparması, həmin şəxsin nə iddiaçı, nə də ki, cavabdeh olmadığı, lakin 20 ədəd fotoşəkildə iddiaçının fotoşəkillərdəki şəxsin arxasında dayandığı, 05 avqust 2024-cü il tarixli qovluğunda 65-ədəd fotoşəkillərin yerləşdirilməsi, sözügedən fotoşəkillərin 40-da Cavabdeh aydın formada əks olunması və onun 547453XXXXXX3022 nömrəli kart hesabında əməliyyat aparması, 22 avqust 2024-cü il tarixli, 23 avqu st 2024-cü il tarixli və 24 avqust 2024-cü il tarixli qovluqların hər birində 17-ədəd fotoşəkillərin yerləşdirilməsi, sözügedən fotoşəkillərin 11-də Cavabdeh aydın formada əks olunması və onun 547453XXXXXX3022 nömrəli kart hesabında əməliyyat aparması, 20 sentyabr 2024-cü il tarixli qovluqda 34 ədəd fotoşəkillərin yerləşdirilməsi, sözügedən fotoşəkillərin 23-də Cavabdeh aydın formada əks olunması və onun 547453XXXXXX3022 nömrəli kart hesabında əməliyyat aparması, 23 sentyabr 2024-cü il tarixli qovluqda 39-ədəd fotoşəkillərin yerləşdirilməsi, sözügedən fotoşəkillərin 16-da cavabdehin əks olunduğu, 12 ədəd fotoşəkildə əks olunmuş şəxsin iddiaçının olmadığı, lakin hər iki şəxsin 547453XXXXXX3022 nömrəli kart hesabında əməliyyat aparması, 24 sentyabr 2024-cü il tarixli qovluqda 17 ədəd fotoş əkillərin yerləşdirilməsi, sözügedən fotoşəkillərin 12-də Cavabdeh aydın formada əks olunması və onun 547453XXXXXX3022 nömrəli kart hesabında əməliyyat aparması, 30 sentyabr 2024-cü il tarixli qovluqda 17 ədəd fotoşəkillərin yerləşdirilməsi, sözügedən fotoşəkillərin 11-də Cavabdeh aydın formada əks olunması və onun 547453XXXXXX3022 nömrəli kart hesabında əməliyyat aparması, 03 oktyabr 2024-cü il tarixli qovluqda 34 ədəd fotoşəkillərin yerləşdirilməsi, sözügedən fotoşəkillərin 24-də Cavabdeh aydın formada əks olunması və onun 547453XXXXXX3022 nömrəli kart hesabında əməliyyat aparması, 10 oktyabr 2024-cü il tarixli qovluqda 34 ədəd fotoşəkillərin yerləşdirilməsi, sözügedən fotoşəkillərin 23-də Cavabdeh aydın formada əks olunması və onun 547453XXXXXX3022 nömrəli kart hesabında əməliyyat aparm ası; 03 noyabr 2024-cü il tarixli qovluqda 57 ədəd fotoşəkillərin yerləşdirilməsi, sözügedən fotoşəkillərin 42-də İddiaçı əks olunması və onun 547453XXXXXX3022 nömrəli kart hesabında əməliyyat aparması, 04 noyabr 2024-cü il tarixli qovluqda 51 ədəd fotoşəkillərin yerləşdirilməsi, sözügedən fotoşəkillərin 34-də İddiaçı əks olunması və onun 547453XXXXXX3022 nömrəli kart hesabında əməliyyat aparması, 07 noyabr 2024-cü il tarixli qovluqda 51 ədəd fotoşəkillərin yerləşdirilməsi, sözügedən fotoşəkillərdə 547453XXXXXX3022 nömrəli kart hesabı ilə qeyd olunmuş tarixdə günün ayrı-ayrı saatlarında üç dəfə əməliyyat aparılması, həmin əməliyyatların təqdim olunmuş fotoşəkillərin 23-də saat 12:10:18 və 17:42:07 iradələrində Cavabdeh tərəfindən fotoşəkillərin 11-də isə saat 19:17:08 iradələrində İddiaçı tərəfindən aparılması, 14 noyabr 2024-cü il tarixli qovluqda 17 ədəd fotoşəkillərin yerləşdirilməsi, sözügedən fotoşəkillərin 11-də Cavabdeh aydın formada əks olunması və onun 547453XXXXXX3022 nömrəli kart hesabında əməliyyat aparması, 25 noyabr 2024-cü il tarixli qovluqda 17-ədəd fotoşəkillərin yerləşdirilməsi, sözügedən fotoşəkillərin 11-də İddiaçı aydın formada əks olunması və onun 547453XXXXXX3022 nömrəli kart hesabında əməliyyat aparması (mülki iş İ cild, iş vərəqə 155); 38. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 27 avqust 2025-ci il tarixli, 6-3/xx/xx-9693 nömrəli məktubundan nağdlaşdırma əməliyyatı zamanı çəkilən foto və video görüntülərin saxlama müddətinin bitməsi və bu səbəbdən də onların təqdim edilməsinin mümkün olmamasının qeyd edilməsi aydın olur (mülki iş İ cild, iş vərəqə 130).

39. Bundan başqa birinci instansiya məhkəməsində şahidlər: 40. - Şahid1 ifadəsində kürəkəni Toğrulun ondan pul istədiyini, iş gördüyü adama pul verməli olduğunu dediyini, evdən maşını götürüb birlikdə getdiklərini, birlikdə gedib Toğrulun maşınını götürdüklərini sonra "Banu" marketdən aşağıda bir nəfərdən pul götürüb ondan da aldığı pulu üstünə qoyub aparıb pulu verdiyini, "Banu" marketdən aşağıda yolun sağında saxladıqlarıı, solunda da onların saxladığını, özünün maşının içində olduğunu, verdiyi pulu Toğrulun klokun içinə qoyub apardığını, aparıb iddiaçıya pul verdiyini, qızılları gördüyünü ancaq nə qədər qızıl olduğunu bilmədiyini, 2024-cü ilin bu aylarında (şahid 13 oktyabr 2025-ci ildə dindirilib) 4000 manat pulu verdiyini, lakin hansı ay olduğunu tam xatırlamadığını, Toğrulun özünün pulun üstünə nə qədər qoyduğunu və qızılın məbləğini bilmədiyini, verdiyi pulu Rəşidə aparıb verdiyini 10-15 dəqiqə Rəşidlə söhbət etdiyini, pulu verib əli boş maşına qayıtdığını, Toğrulun ona Rəşidin borcunu verməsini demədiyini, onunla iş gördüyünü dediyini; 41. - Şahid2 ifadəsində kürəkəni Rəşidin ona Toğrul adında şəxsin qızıl işinə baxdığını, zərgər olduğunu, qızılı qiymətləndirdiyini, qızıl alqı-satqısı ilə pul qazandığını, onunla ticarət işinə girmək istədiyini, qazanclı iş olduğunu, ona kömək etmək məqsədi ilə özünə müraciət etdiyini, zamanla yalan danışmağa başladığını, başlarda pulu vaxtında verildiyini, sonra 10 gün veriləcəyini deyildiyini, lakin 15 günə verildiyini, özünün ticarət adamı olduğunu, pul ehtiyac olduğunu, özünün işlərdə məsuliyyətli olduğunu, Rəşidin gəlib ona “ pulumuz görmür, bizə pul lazımdır, bizə bank pul vermir” dediyini, özünün "AccessBank" bankdan 100 000 manat pul götürdüyünü, özünə də lazım olduğundan həmin puldan onlara 40000 (qırx min) manat pul verdiyini, Toğrulun pulu verməməyə başladığını, iki dəfə Toğrulun onun həyətinə də gəldiyini, söhbət etdiklərini, Toğrulun qızılların satılmadığını dediyini, Türkiyəyə də göndərdiyini lakin satılmadığını, hətta Toğrula "gətir o qızılları mən alım, əgər satırsansa lap mən də alaram, nə qədər olsa pulunu verib alaram" dediyini, lakin Toğrulun vermədiyini, kürəkəni ilə Toğrulun konkret olaraq 120000-130000 manat arası hesabının, təxmini 127000 manat olduğunu, Toğrulun gəlməsində səbəb özünün onu tanıyıb kim olduğunu bilməsi üçün çağırdığını, onunla danışmaq istədiyini, xəbərdarlıq etdiyini, Toğrul un dediyinə görə pulların onda olmadığını, qızılların Türkiyədə olduğunu, qızılları sata bilmədiyini, vəziyyətin pis olduğunu, təkrar söhbət etdiklərini, sonra aralarında söz düşdüyünü, onların aralarının dəydiyini, kürəkənin ona səslər göndərdiyini, Toğrulun pulu verməyi gecikdirdiyini, səslərdə bugün-sabah deyib günü uzatdığını, özünün də kürəkəninə "haradasansa orada dur, artıq pul vermə, yavaş-yavaş yumuşaldaraq pulu istəyərik, zamanla şirinçiliklə düzəldərik" dediyini, sonra Rəşidin pulunun hamısını Toğrulun aldığını bildiyini, artıq pulun qalmadığını, bu günkü gün vəkilin pulunu belə ondan aldığını, kürəkəninin aldadıldığını, özünün əziyyət çəkərək də olsa qazandığının, imkanının yaxşı olduğunu, lakin onların pul qazana bilmədiklərini, Toğrulu ilk görəndə onun beyninə batmadığını Rəş idə dediyini, özünün 1996-cı ildən ticarət işində olduğunu, ticarəti dərindən bildiyini, işləri daima özünün razılıqla yola qoyduğunu, özünün Toğrula "əgər istəyirsənsə qızılları sata bilmirsənsə Türkiyədə deyim qızılı alsınlar səndən pulu nədirsə" lakin yenə razı olmadığını, kürəkəni haçan pul istəsə ona pul verdiyini, dəfələrlə pul verdiyini lakin sonradan pulunu qaytarmadıqlarını, dəfələrlə ikisinə də xəbərdarlıq etdiyini, Rəşidin özünə 60000 manat verəcəyinin olduğunu, Rəşidin də bəzən məsuliyyətsizliklər etdiyini, ona vaxtında pulunu al deyəndə 3 gün gecikdirdiyini, 129000 manat iddia tələbinin 60 mininin özünün pulu olduğunu, Rəşidə verdiyi pul olduğunu, bir dəfəyə yox, hissə-hissə pullar verərək ümumilikdə 60 000 manat borcunun yığıldığını, Rəşidin də həmin pulları Toğrula verdiyini, pulları kürəkəni ilə birgə və ya özləri təklikdə gəlib aldıqlarını, Toğrula özünün birbaşa pul vermədiyini, pulları kürəkəninə verdiyini, ödənişlərin 60000-70000 manat hesab olanda özünün Rəşidə "daha pul vermə" dediyini, xəbərdarlıq etdiyini, özünün şəxsən Toğrul olanda ona verməsi üçün Rəşidə 15 000, ya da 20 000 manat pul verdiyini, yəni Toğrulun yanında pulu Rəşidə verdiyini, onun da yanında Rəşid pulu sayıb Toğrula verdiyini, elə olurdu ki, səhəri gün gətirib qaytardıqlarını, dəfələrlə pul aldıqlarını, 7 000, 8 000 manat məbləğlər verdiyini, Toğrula zəng edib bir dəfə danışdığını, yüngülvari danışıq olduğunu, onlara da dəfələrlə pul verdiyini, qaytardıqları pul da olduğunu, lakin son vaxtlarda artıq pulların qayıtmadığını, özünün Rəşidə pul verməyi dayandırdığını, özünün Rəşidin ver diyi pullardan xeyir götürmədiyini, tutaq ki, 20000 manat veribdisə 20000 manat da geri aldığını, artıq pul götürmədiyi, qızı ilə Rəşid evli olduğu üçün qızına görə özünün təmənnasız pul verdiyini, qazancın Rəşidə qalmasını istədiyini, bankdan pul götürdükdə, özünün onlarla razılaşıb 100000 manatdan 40 000 nə qədər faiz yazılacaqsa onu siz ödəyərsiz dediyini, pulu çəkib verdikdən sonra təkcə bir ay faizin pulunu ödədiklərini ondan sonra ümumiyyətlə pul vermədiklərini, özünün bankdan 100000 manat götürdükdə Rəşidin ona 20000 manat verəcəyinin olduğunu, o zaman Rəşidin Toğrula 20000 manat verdiyini, o pulu hələ qaytarmadığını, Toğrulun onun həyətinə gələndə özü ilə xeyli söhbət etdiyini; 42. - Şahid3 ifadəsində Toğrulla 2022-ci ildə birlikdə işlədiyini, sonra "xxxx"nın açıldığını, Toğrulla b ankdakı qızılları satdıqlarını, pulları çatmayanda əmisioğlu Rəşiddən pullar aldıqlarını, əsgərliyə getdikdə özünün Rəşidlə bütün pul borclarını bağladığını, əsgərlikdən gəldikdən sonra üçünün oturub söhbət etdiklərini, bu məsələləri danışdıqlarını, bir müddət sonra Rəşidin onun telefonu ilə Toğrulla danışıb ona 4000 pul verdiyini, ən son avqust ayında oturanda söhbət etdiklərində 130000 manat borc olduğunu bildirdiklərini, sonra Rəşidin ona zəng etdikdə telefonları açmadığını, Rəşidin özünün telefonu ilə yığdığını, Toğrulun zəngi açıb telefonu eşitmədiyini dediyini, kənddə olduğunu dediyini, zəngdən sonra oktyabr ayında 4000 dollar verdiyini, özü əsgərlikdən gələndə artıq onların arasında pul haqq hesabının olduğunu, özü gələndən sonra 4000 pul verdiyini, özünün yanında Rəşidin Toğrula pul verilmədiyini bildirmişlər. V. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri

43. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı nı onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7-ci maddələr).

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Proses sual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

45. Kollegiya ve rilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Naxçıvan Şəhər Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli, 2(078)-757/2025 nömrəli qətnaməsini cavabdeh tərəf mübahisələndirir. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini məhkəmə aktının həmin tərəfin mübahisələndirdiyi hissəsi təşkil edir.

46. Cavabdeh tərəfin verdiyi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə və iddianın rədd edilməsinə yönəldiyindən, həmin qətnamə apellyasiya şikayətinin dəlillərinə münasibətdə mülki prosessual qanunvericiliyin tələbləri baxımından mübahisə edilən hissədə yoxlanılmalıdır. Vİ. Tətbiq edilən hüquqi aktlar. a) Azərbaycan Respublikası Konstitusiyasının: 47. - 32-ci maddəsinin İİ hissəs inə görə hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır; 48. - 148-ci maddəsinin İİ hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. b) "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun: 49. -3.6-cı maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində, 32-ci, 33-cü, 49-cu, 50-ci, 51-ci, 58 -ci maddələrində göstərilən hüquqlar və azadlıqlar və 47-ci maddəsində göstərilən söz azadlığı dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə; Konstitusiyanın 32-ci, 33-cü, 49-cu, 50-ci və 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar və 47-ci maddəsində göstərilən söz azadlığı həmçinin iğtişaşların qarşısının alınması üçün; Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində, 49-cu, 50-ci və 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar, 47-ci maddəsində göstərilən söz azadlığı və 48-ci maddəsinin İİ hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai təhlükəsizliyin qorunması üçün; Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində, 32-ci və 33-cü maddələrində göstərilən hüquqlar və azadlıqlar və 48-ci maddəsinin İİ hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai qaydanın təmin edilməsi üçün, Konstitusiyanın 32-ci və 33-cü maddələrində göstərilən hüquqlar və azadlıqlar həmçinin ölkənin iqtisadi rifahı mənafeləri üçün; Konstitusiyanın 47-ci maddəsində göstərilən söz azadlığı və 50-ci maddəsində göstərilən məlumat azadlığı həmçinin dövlətin ərazi bütövlüyü mənafelərinin təmin edilməsi məqsədi ilə, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, məxfi qaydada əldə edilmiş məlumatın açıqlanmasının qarşısının alınması və ya məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi üç ün; Konstitusiyanın 48-ci maddəsinin İİ hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədi ilə məhdudlaşdırıla bilər. c) Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 50. - 6.1, 6.1.2 və 6.1.5-ci maddələrinin mahiyyətindən görünür ki, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı mülki qanunvericiliyin prinsipləri sırasına daxildir; 51. -14.1-ci maddəsinin tələbinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmə lə gəlir; 52. -14.2 və 14.2.1-ci maddələrinin mahiyyətinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 53. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 54. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna o lmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 55. - 389.1-ci maddəsində göstərilir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 56. - 389.3-cü maddəsində qeyd edilir ki, bu fəslin qaydalarında və müqavilələrin ayrıayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir; 57. - 390.1 və 390.5-ci maddələrinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə şərtləri tərəflərin is təyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; 58. - 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin; 59. - 406.2-ci maddəsinin tələbindən görünür ki, əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır; 60. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 61. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 62. - 448.1-ci maddəsində qeyd edilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ç) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 63. - 2-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə m əhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir; 64. - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 65. - 9.1-ci maddəsinin tələbinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; 66. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 67. - 76.1-ci və 76.3-cü maddələri ilə müəyyən edilir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir; 68. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 69. - 80-ci maddəsinin tələbinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 70. - 82.4-cü maddəsində göstərilir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 71. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 72. - 392.2-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qət namənin dəyişdirildiyini göstərməyə borcludur. d) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları: 73. - N. Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında vurğulanmışdı ki, mülki mübahisə tərəflərinin bir-biri ilə olan danışıq və yazışmaları onlar üçün sirr hesab olunmadığından, bu cür səs yazılarının məhkəmədə sübut kimi istifadə edilməsi şəxsi toxunulmazlıq hüququna qəsd sayılmır və Mülki-Prosessual Məcəllənin 76.3cü maddəsi ilə qadağan olunmuş "qanunsuz əldə edilmiş sübut" anlayışına daxil edilə bilməz; 74. - “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında qeyd edilir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Vİİ. Apellyasiya instansiyası məhkəməsi nin qiymətləndirməsi və onun həllinə dair mövqeyi apellyasiya şikayətini

75. Kollegiya işin materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını və şikayətin dəlillərini dinləyərək hesab edir ki, hazırkı mübahisə mülki dövriyyə iştirakçıları arasında yaranmış və tərəflərin qarşılıqlı etimadına söykənən şifahi razılaşmadan irəli gələn pul öhdəliyinin icra edilməməsi ilə bağlıdır. Apellyasiya şikayətinin əsasını birinci instansiya məhkəməsi tərəfindən sübutların birtərəfli qiymətləndirilməsi, maddi hüquq normalarının yanlış təfsiri və tərəflər arasındakı münasibətlərin borc müqaviləsi kimi deyil, fərqli müqavilə növü kimi tövsif edilməsi barədə dəlillər təşkil edir. Kollegiya qeyd edir ki, mülki hüquq münasibətlərində tərəflərin iradə sərbəstliyi prioritet təşkil etsə də, yaranmış öhdəliklərin icrası mütləq surətdə vicdanlılıq və obyektiv sübutlar əsasında təsdiq olunmalıdır.

76. Apellyasiya şikayətində göstərilən dəlillərin hüquqi həlli üçün kollegiya hesab edir ki, ilkin olaraq işin mübahisəsiz halları müəyyən edilməlidir. Çünki bu öz növbəsində tərəflər arasında mövcud olmuş hüquqi münasibətlərin xarakterinin və tətbiq edilməli olan maddi hüquq normalarının dəqiq müəyyən edilməsinə zəmin yaradacaqdır. Bu baxımdan, kollegiya hesab edir ki, iş üzrə aşağıdakı faktiki hallar tərəflərin izahatları və iş materialları ilə tam təsdiq olunduğundan mübahisəsiz hesab edilməlidir: 77. - Cavabdeh "xxxx" ASC-də qiymətləndirici mütəxəssis vəzifəsində çalışdığı dövrdə ilkin olaraq iddiaçının qohumu Şahid3la birgə işləmişdir. Şahid3 həqiqi hərbi xidmətə yola düşməsindən sonra, cavabdeh eyni xarakterli fəaliyyəti bilavasitə İddiaçılə davam etdirmişdir; 78. -Tərəflər arasında şifahi razılaşdırılmış fəaliyyətin mahiyyəti ondan ibarət olmuşdur ki, iddiaçı qızıl-zinət əşyalarının alışı üçün tələb olunan maliyyə vəsaitini (kapitalı) təmin etmiş, cavabdeh isə həmin əşyaların bankdan çıxarılması, qiymətləndirilməsi və satışını həyata keçirmək öhdəliyi götürmüşdür. Bu razılaşmaya əsasən, realizə edilən hər bir əşyadan sonra iddiaçı tərəfindən qoyulmuş ilkin vəsaitin (mayanın) tam qaytarılması, əldə edilən xalis gəlirin isə tərəflər arasında bölünməsi nəzərdə tutulmuşdur. Hərçənd gəlirin konkret hansı nisbətdə bölünməsinə dair yazılı şərt müəyyən edilməsə də, tərəflər arasında məhz ilkin kapitalın geri qaytarılması və mənfəətin bölüşdürülməsinə söykənən davamlı t icarət dövriyyəsi və qarşılıqlı pul münasibətləri mövcud olmuşdur; 79. - 2024-cü ilin sentyabr ayınadək münasibətlər normal davam etsə də, sonradan vəsaitlərin qaytarılmasında ləngimələr yaranmışdır. 22 dekabr 2024-cü il tarixdə tərəflər arasında aparılmış "WhatsApp" yazışmasında cavabdeh borcun ödənilməsi ilə bağlı "bu günə qədər hissə-hissə də olsa verirdim, artıq verməyəcəm" məzmunlu mesaj göndərməklə öhdəliyin mövcudluğunu faktiki etiraf etmişdir; 80. - 23 dekabr 2024-cü il tarixdə iddiaçı və onun atası cavabdehin atası ilə görüşərək mübahisəni qarşılıqlı razılıq yolu ilə həll etməyə çalışmışlar. Lakin bu cəhd nəticəsiz qaldığından, iddiaçı 24 dekabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Aparılan araşdırma nəticəsində 16 yanvar 2025 -ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və tərəflərə mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur; 81. - Cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində verdiyi izahatında 2024-cü ilin sentyabr ayınadək iddiaçıdan hissə-hissə ümumilikdə 147.000 (yüz qırx yeddi min) manat pul vəsaiti almasını inkar etməmiş, lakin bu məbləğin tamamilə qaytarıldığını iddia etmişdir.

82. Yuxarıda sadalanan mübahisəsiz halların hüquqi tövsifi məqsədilə kollegiya qeyd edir ki, hazırkı mübahisənin düzgün hüquqi həlli üçün tərəflər arasında yaranmış münasibətlərin mülki-hüquqi təbiəti dəqiq müəyyən edilməlidir. İddiaçı tərəf bu münasibətləri borc öhdəliyi (Mülki Məcəllənin 739-cu maddəsi) kimi təqdim etsə də, birinci instansiya məhkəməsi b unu birgə fəaliyyət və ya Mülki Məcəllədə birbaşa nəzərdə tutulmayan "adsız" müqavilə kimi qiymətləndirmişdi.

83. İşin mübahisəsiz hallarından göründüyü kimi, tərəflərin məqsədi sadəcə pulun bir şəxsdən digərinə faizlə və ya faizsiz istifadəyə verilməsi (borc) deyil, konkret bir fəaliyyətin nəticəsinin əldə edilməsi - qızıl-zinət əşyalarının realizə edilməsindən mənfəət götürülməsi olmuşdur. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.

84. Cavabdeh tərəf apellyasiya şikayətində müqavilənin yazılı formanın mütləq olduğunu iddia edərək, şifahi razılaşmanı hüquqi əhəmiyyətsiz hesab etsə də kollegiya qeyd edir ki, tərəflər arasındakı münasibətlər mürəkkəb xarakter daşıyır və burada həm tapşırı q, həm də birgə fəaliyyət elementləri mövcuddur. Mülki Məcəllənin 14.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələr qanunvericilikdə nəzərdə tutulmasa da, onun prinsiplərinə zidd olmayan hərəkətlərdən də yarana bilər. Şifahi formanın seçilməsi tərəflərin qarşılıqlı etimadına əsaslanmışdır və cavabdehin vəsaiti qəbul etməsi, onun müəyyən hissəsini qaytarması faktiki olaraq bu öhdəliyin qəbul edilməsini təsdiq edir.

85. Beləliklə, kollegiya hesab edir ki, tərəflər arasında yaranmış münasibət iddiaçının maliyyə vəsaiti qoyması, cavabdehin isə bu vəsaitlə ticarət dövriyyəsi yaradaraq yekunda vəsaiti qaytarmaq və gəliri bölmək öhdəliyi götürməsi ilə bağlı şifahi qaydada bağlanmış mülki-hüquqi müqavilədir.

86. Cavabdeh tərəf apellyasiya şikayətində iddiaçının ilkin olaraq "borc müqaviləsi"nə isti nad etdiyini, birinci instansiya məhkəməsinin isə münasibətləri "birgə fəaliyyət" kimi qiymətləndirməklə öz səlahiyyət hədlərini aşdığını və iddianın əsasını dəyişdirdiyini iddia edir. Lakin kollegiya qeyd edir ki, mülki hüquqda qəbul edilmiş "iura novit curia" (məhkəmə hüququ bilir) prinsipinə əsasən, işin hallarına hüquqi qiymət verilməsi, tərəflər arasındakı münasibətlərin hüquqi təbiətinin müəyyən edilməsi və tətbiq edilməli olan maddi hüquq normasının seçilməsi məhkəmənin vəzifəsi və müstəsna səlahiyyətidir.

87. Bu prinsipə görə, tərəflər işin faktiki hallarını (nə baş verdiyini) təqdim etməli və sübut etməlidirlər, həmin faktların hansı qanun norması ilə tənzimlənməsi isə məhkəmə tərəfindən müəyyən edilir. İddiaçının iddia ərizəsində münasibətləri "borc" adlandırması məhkəmə üçün m ütləq xarakter daşımır. Əsas olan odur ki, tərəflər arasında bir şəxsin digərinə pul vəsaiti verməsi və qarşı tərəfin həmin vəsaiti (və ya ondan gələn mənfəəti) qaytarmaq öhdəliyi faktiki olaraq mövcud olsun. Maddi hüquq normasının düzgün seçilməsi tərəflərin subyektiv rəyindən və ya işə verdikləri hüquqi addan asılı olmayaraq, məhkəmənin qanunçuluğu təmin etmək funksiyasından irəli gəlir.

88. Beləliklə, birinci instansiya məhkəməsinin tərəflər arasındakı şifahi razılaşmanı (maliyyə qoyuluşu və ticarət dövriyyəsi) "borc" deyil, mahiyyəti üzrə "birgə fəaliyyət - xüsusi növ müqavilə" kimi tövsif etməsi prosessual pozuntu deyil, əksinə, maddi hüquq normalarının işin real hallarına uyğunlaşdırılması və düzgün tətbiqi kimi qiymətləndirilməlidir. Münasibətlərin hüquqi təbiəti bu qaydada müəyyən edildikdən sonra, həmin münasibətlər çərçivəsində yaranmış öhdəliklərin icra edilib-edilməməsi vəziyyəti araşdırılmalıdır. Bu baxımdan kollegiya qeyd edir ki, hazırkı iş üzrə cavabdeh tərəf borcun (vəsaitin) alındığını inkar etmir, lakin onun tamamilə qaytarıldığını iddia edərək sübut kimi bank kartlarından pulun çıxarılmasına dair foto-videogörüntüləri, ödəniş qəbzlərini və şahid ifadələrini təqdim etmişdi. Bu dəlillərin obyektivliyini yoxlamaq üçün kollegiya onları işdə olan digər mötəbər sübutlarla, xüsusilə səs yazıları, videogörüntü və "WhatsApp" yazışmaları ilə qarşılıqlı əlaqədə təhlil edir.

89. Səs yazılarının tədqiqinə keçməzdən öncə cavabdeh tərəfin həmin yazıların gizli yolla əldə edilməsinin qanunsuz olması ilə bağlı dəlilinə hüquqi münasibət bildirən kollegiya qeyd edir ki, İn san Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə (Lopez Ribalda və digərləri İspaniyaya qarşı işdə (2019) məhkəmə göstərmişdi ki, əgər səs yazısı şəxsin özəl, ailə həyatının sirrini ifşa etmək üçün deyil, tərəflər arasındakı işgüzar və ya mülkihüquqi öhdəliyi sübut etmək üçün istifadə edilirsə, bu, 8-ci maddənin (şəxsi həyata hörmət) pozulması sayılmaya bilər) görə səs yazıları şəxsi həyatın sirrini ifşa etmək məqsədi daşımadıqda və tərəflər arasındakı mülki-hüquqi öhdəliyi sübut etmək üçün istifadə edildikdə, sübut kimi qəbul edilə bilər.

90. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarı ilə müəyyən edilmiş hüquqi mövqeyə əsasən, mülki mübahisə tərəflərinin bir-biri ilə olan danışıqları onlar üçün "şəxsi və ailə həyatının sirri" h esab olunmur. Kollegiya hesab edir ki, mülki mübahisə tərəflərinin öz hüquqlarının müdafiəsi üçün istifadə etdikləri səs yazısı cavabdehin şəxsi həyatına müdaxilə yox, məhz öhdəlik münasibətlərinin sübuta yetirilməsi məqsədini daşıyır. Bu səbəbdən, həmin səs yazısı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.3-cü maddəsində nəzərdə tutulmuş "qanunsuz əldə edilmiş sübut" anlayışına daxil edilə bilməz.

91. Buna əsasən, kollegiya cavabdeh tərəfin həmin səs yazılarının sübutlar siyahısından çıxarılması barədə dəlillərini əsassız hesab edərək, onları işin faktiki hallarının müəyyən edilməsi üçün mötəbər və yol verilən sübut kimi qəbul edir. Bu hüquqi yanaşmadan çıxış edərək, kollegiya tərəflər arasındakı öhdəliyin qalıq məbləğini və onun qaytarılma vəziyyətini müəyyən etmək üçün iş də olan həmin səs yazılarını, digər video görüntülər və şahid ifadələri ilə birlikdə xronoloji ardıcıllıqla təhlil etməyi zəruri hesab edir.

92. Kollegiya cavabdeh tərəfindən təqdim edilmiş və cavabdehlə iddiaçının qohumu arasında baş tutmuş telefon danışığını əks etdirən səs yazısını tədqiq edərək bildirir ki, həmin səs yazısı hazırkı iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarı ilə müəyyən edilmiş hüquqi mövqe məhz mülki mübahisə tərəflərinin (iddiaçı və cavabdeh) bir-biri ilə olan danışıqlarının sirr hesab olunmamasını və sübut kimi istifadəsinin mümkünlüyünü təsbit edir. Mübahisənin tərəfi olmayan kənar şəxslə (iddiaçının qohumu ilə) aparılan danışığın gizli yazılması və məhkəməyə tə qdim edilməsi isə Konstitusiyanın 32-ci maddəsində nəzərdə tutulmuş şəxsi toxunulmazlıq hüququnun pozulması kimi qiymətləndirilməli və qanunsuz yolla əldə edilmiş sübut hesab olunmalıdır.

93. Digər tərəfdən, Mülki-Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə ancaq o sübutları qəbul edir ki, onlar tərəflərin tələb və etirazlarını müəyyən edən faktlarla əlaqədar olsun. İddiaçının iştirakı olmadan, onun qohumu ilə aparılan danışıqlar iddiaçının iradəsini əks etdirə bilməz və həmin şəxsin hər hansı ifadəsi iddiaçı üçün maddi-hüquqi öhdəlik yaratmır. Cavabdehin üçüncü şəxslərlə subyektiv söhbətləri tərəflər arasında mövcud olan 129.000 manatlıq real borc öhdəliyinin icra edilməsini sübut edən birbaşa və mötəbər fakt hesab olunmadığından, kollegiya həmin səs yazısının sübutlar siyahıs ından çıxarılmasını və hüquqi qiymətləndirmə zamanı nəzərə alınmamasını qərara alır.

94. İş materiallarında olan və iddiaçı tərəfin təqdim etdi kompakt diskdə olan 31 oktyabr 2024-cü il tarixli səs yazısından (Səs 002) aydın olur ki, cavabdeh iddiaçı qarşısında 137.500 - 138.000 manat məbləğində borcunun olduğunu birbaşa etiraf etmişdir (mülki iş İ cild, iş vərəqə 33).

95. Kollegiya iş materiallarına əlavə edilmiş "Səs 003" adlı səs yazısını tədqiq edərək müəyyən edir ki, hərçənd sözügedən audio faylın elektron daşıyıcıdakı texniki xüsusiyyətlərində yazılma tarixi 11 yanvar 2025-ci il kimi əks olunsa da, bu göstərici real faktiki hallarla və danışığın məzmunu ilə tam ziddiyyət təşkil edir. Belə ki, apellyasiya instansiyası məhkəməsində vəsatətin araşdırılması mərhələsində iddiaçıya məxsus və səs yazısının ilkin mənbəyi olan mobil telefona baxış keçirilmiş, cihazın yaddaşındakı faylın yaradılma tarixinin 05 noyabr 2024-cü il olduğu vizual və texniki qaydada təsbit edilmişdir.

96. Eyni zamanda, səs yazısının daxili məzmunu da məhz bu tarixi (05 noyabr 2024-cü il) birmənalı şəkildə təsdiqləyir. Dialoq zamanı cavabdeh gələcək zaman formasında "noyabr ayının sonunda mənə pul gələcək" ifadəsini işlədir ki, bu da danışığın faktiki olaraq noyabr ayının sonundan əvvəl, yəni telefonda qeyd olunan 05 noyabr 2024-cü il tarixində baş tutduğunu sübut edir. Əks halda, əgər yazı texniki göstəricidə (CD-də) qeyd olunan 11 yanvar 2025-ci ildə yazılsaydı, cavabdehin keçmişdə qalmış noyabr ayı barədə gələcək zaman formasında danışması məntiqsiz olardı. Beləliklə, kollegiya hesab edir ki, CD-də ki 11 yanvar 2025-ci il tarixi səs yazısının ilkin qeydə alınma vaxtını deyil, onun bir daşıyıcıdan digərinə (kompüterə və ya diskə) köçürülmə və ya kopyalanma vaxtını əks etdirən texniki göstəricidir. Bu isə cavabdeh tərəfin səs yazısının vaxtı ilə bağlı şübhələrini tamamilə təkzib edir və ekspertiza təyin edilməsi üçün irəli sürülən arqumenti əsassız edir

97. Həmin səs yazısında cavabdeh borc münasibətlərinin başlanğıcında məbləğin 150.000 (bir yüz əlli min) manatdan artıq olduğunu və onu hissə-hissə qaytardığını özü etiraf edir. Bu etiraf iddiaçının ilkin borc məbləği barədə verdiyi izahatlarla tam üst-üstə düşür və borcun mövcudluğunu bir daha təsdiqləyir. Danışıq zamanı yaranmış gərginlik fonunda cavabdehin iddiaçıya ünvanladığı "get qayınatan Malikə de məni versin polisə, pulu danara m, bir qəpik də vermərəm, gedib yataram" ifadələri onun öhdəliyi icra etmək imkanının olmasına baxmayaraq, ondan qəsdən yayınmaq və iddiaçıya psixoloji təzyiq göstərmək niyyətini nümayiş etdirir. Kollegiya onu da mühüm hal kimi qeyd edir ki, cavabdehin bu səs yazısındakı üslubu və iddiaçını "qorxaq" adlandırması, 22 dekabr 2024-cü il tarixli "WhatsApp" yazışmasındakı ifadələrlə tam eynilik təşkil edir. Bu üslub oxşarlığı səs yazısının həqiqiliyini və tərəflər arasındakı mübahisənin real xarakterini sübut edən əlavə bir detaldır. Bundan əlavə, iddiaçının borcun əvəzində cavabdehə məxsus üç evdən birinin onun adına keçirilməsini təklif etməsi, tərəflər arasında həmin dövrdə borcun məbləğinin daşınmaz əmlak dəyəri ilə müqayisə ediləcək dərəcədə böyük (yəni 129.000 131.000 manat civarında) old uğunu göstərən dolayı sübutdur. 98. 06 noyabr 2024-cü il tarixli səs yazısı (Səs 004) tərəflər arasında borcun bir hissəsinin ödənilməsi barədə dialoqu əks etdirir. Həmin danışıqdan aydın olur ki, cavabdeh iddiaçıya 4.000 ABŞ dolları (6.800 manat ekvivalentində) vəsait vermiş və tərəflər qarşılıqlı olaraq qalıq borcun 131.000 (bir yüz otuz bir) manat təşkil etdiyini təsbit etmişlər (mülki iş İ cild, iş vərəqə 33).

99. Cavabdeh tərəfindən təqdim olunan və borcun bağlandığını sübut etməyə yönəlmiş video görüntülər (30 sentyabr 2024-cü ildə qızılların təklif edilməsi və 30 oktyabr 2024-cü ildə qayınatası Həsənlə qızıl aparılması) kollegiya tərəfindən öhdəliyi xitam edən sübut kimi qəbul edilə bilməz. Çünki bu hadisələrdən sonra, yəni 31 oktyabr və 06 noyabr tarixlərində baş tutmuş səs yazılar ında cavabdeh hələ də 130 min manatdan çox borcu olduğunu şəxsən etiraf etmişdir (mülki iş İ cild, iş vərəqə 87). 100.Kollegiya cavabdeh tərəfin apellyasiya şikayətindəki "bank kartlarım iddiaçıda olub və o, bankomatlar vasitəsilə pulları çəkərək borcun əvəzini götürüb, beləliklə borcum qalmayıb" arqumentini araşdıraraq müəyyən edir ki, bu iddia işin xronoloji faktları ilə tam ziddiyyət təşkil edir.

101. Belə ki, tərəflər arasında borcun 131.000 manat olduğu sonuncu dəfə 06 noyabr 2024-cü il tarixində (Səs 004) təsbit edilmişdir. Əgər cavabdehin iddia etdiyi kimi, kartlardan pul çəkilməsi borcun qaytarılmasına xidmət edirdisə, bu proses 06 noyabrdan sonrakı dövrü əhatə etməli idi. Lakin banklardan alınan rəsmi cavablar və foto-video görüntülər təhlil edilərkən məlum olur ki, 06 noyabr ta rixindən sonra İddiaçı cavabdehə məxsus kartdan pul çəkməsi faktı cəmi bir dəfə - 25 noyabr 2024-cü il tarixdə qeydə alınmışdır. Həmin tarixdə əldə edilən pulun miqdarı barədə sübut təqdim edilmədiyindən kollegiya bildirir ki, bunu cavabdeh tərəfin banklara sorğu göndərilməsi barədə vəsatətində göstərdiyi tarixlər və məbləğlər təhlil edildikdə, noyabrın sonuna aid olan ən yaxın əməliyyatın 27 noyabr 2024-cü il tarixində icra edildiyi və məbləğin 1.600 manat olduğu görünür. 102.Kollegiya onu da vurğulayır ki, cavabdehin istinad etdiyi digər bütün pulçəkmə görüntüləri və təqdim edilmiş iddiaçının kart hesabına pul köçürmə qəbzləri 06 noyabrdakı "131.000 manat borcum var" etirafından əvvəlki tarixlərə aiddir. Məntiq baxımından bir şəxs borcun bağlandığını iddia etdiyi hərəkətlərdən sonra (noy abrın 6-da) təkrarən böyük məbləğdə borclu olduğunu etiraf edirsə, deməli ondan əvvəlki kart hərəkətləri borcun qaytarılmasına deyil, tərəflərin birgə ticarət dövriyyəsinə aid olmuşdur. 103.Beləliklə, 06 noyabrdan sonra iddiaçı tərəfindən kartdan cəmi bir dəfə pul çəkilməsi faktı, iddiaçının tələb etdiyi 129.000 manatın hələ də ödənilməmiş qalıq borc olduğu barədə qənaəti tam təsdiq edir.

104. Məntiqi və hüquqi nəticə ondan ibarətdir ki, əgər cavabdehin iddia etdiyi "qızıl qaytarma" və ya "kartla ödəmə" əməliyyatları borcun tam bağlanmasına xidmət etsəydi, bu hadisələrdən sonrakı tarixlərdə (noyabr ayında) o, özünü borclu hesab etməz və böyük məbləğdə qalıq borcu olduğunu təsdiqləməzdi.

105. Kollegiya qeyd edir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 16 yanvar 2025-ci il tarixli və Naxçıvan Şəhər Prokurorluğunun 07 fevral 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarında əks olunmuş faktlar, habelə 22 dekabr 2024-cü il tarixli "WhatsApp" yazışmaları mübahisənin real mənzərəsini müəyyən edir.

106. Belə ki, 22 dekabr 2024-cü il tarixdə cavabdeh "artıq verməyəcəm" mesajını yazdıqdan dərhal sonra tərəflər və onların valideynləri arasında intensiv ünsiyyət (25 dəqiqəlik telefon danışıqları) başlamışdır. Bu fakt sübut edir ki, məhz həmin tarixdə cavabdeh öhdəliyi icra etməkdən birtərəfli qaydada imtina etmiş və münaqişə mülki müstəvidən ailələr arası gərginlik müstəvisinə keçmişdir. 23 dekabr 2024-cü il tarixdə iddiaçı və atasının cavabdehin mağazasına gedərək onun atası Azər Niftiyevlə görüşməsi faktı, tərəflər arasında həll o lunmamış maliyyə məsələsinin (borcun) olduğunu hər iki tərəfin valideynlərinin bildiyini və qəbul etdiyini göstərir.

107. Cavabdehin 09 yanvar 2025-ci il tarixdə atasına göndərdiyi "borcu müxtəlif yerlərdən pul düzəldib bağladım" məzmunlu əlyazma fotosu kollegiya tərəfindən "post-faktum" (geriyə dönük) yaradılmış sübut (yəni bir hadisə baş verdikdən sonra, həmin hadisənin nəticələrini bir tərəfin xeyrinə dəyişmək məqsədilə hazırlanan sənəd, yazı və ya hərəkət başa düşülür) kimi qiymətləndirilir. Belə ki, cavabdeh hələ 22 dekabr 2024-cü il tarixli yazışmada borcu ödəməkdən birmənalı imtina etdiyini bildirmiş, məhz bu imtinadan sonra mübahisə rəsmi müstəviyə keçmiş və müvafiq hüquq-mühafizə orqanlarına müraciət edilmişdir. Bu xronologiya fonunda, borcun həqiqətən dekabrın sonunda (dayıoğlu, dost və qayınatadan alınan vəsaitlərlə) bağlandığı iddiası həm məntiqə, həm də işin real gedişatına ziddir. Əgər borc həmin vaxt ödənilsəydi, 10 yanvar 2025-ci il tarixdə Azər Niftiyevin intihara cəhd dərəcəsində özünə ağır xəsarət yetirməsi kimi kəskin gərginlik faktı üçün hər hansı real zəmin qalmazdı.

108. Prokurorluq qərarından aydın olur ki, cavabdeh borcun bağlandığını iddia etsə də, bu ödənişlərin harada və hansı şəraitdə ("Bolmart" marketin yaxınlığı, döngə və s.) edildiyinə dair verdiyi təsvirlər iddiaçı tərəfindən qəti təkzib edilir. Heç bir rəsmi qəbz, bank sənədi və ya kənar şahid ifadəsi ilə möhkəmləndirilməyən, yalnız cavabdehin öz atasını sakitləşdirmək üçün yazdığı əlyazma mətni 129.000 (bir yüz iyirmi doqquz min) manat kimi böyük bir öhdəliyin xitam olunması üçün mötəbər sübut hesab oluna bilməz.

109. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsindən görünür ki, mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Normaya əsasən iddiaçı tələbinin əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. 110. "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikası Kons titusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.

111. Həmçinin kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, cinayət təqibi üzrə qüvvəyə minmiş qərar mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu baxımdan, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 16 yanvar 2025-ci il tarixli və Naxçıvan Şəhər Prokurorluğunun 07 fevral 2025-ci il tarixli qərarları ilə Cavabdeh iddiaçıdan müxt əlif vaxtlarda ümumilikdə 147.000 (yüz qırx yeddi min) manat pul vəsaitini alması hadisəsinin və həmin vəsaitin müəyyən hissəsinin ödənilməməsi faktının təsbit edilməsi hazırkı mülki mübahisənin həlli üçün mühüm hüquqi əhəmiyyət kəsb edir və təkrar sübutetmə tələb etmir.

112. Beləliklə, toplanmış sənədlər və hadisələrin xronologiyası birmənalı sübut edir ki, 2024-cü ilin dekabr ayının sonuna olan vəziyyətə görə cavabdehin iddiaçıya 129.000 (bir yüz iyirmi doqquz min) manat borcu ödənilməmiş qalmışdır.

113. İşin halları və toplanmış sübutlar göstərir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətləri düzgün qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını mahiyyəti üzrə tətbiq etmişdir. Cavabdeh tərəfin apellyasiya şikayətində irəli sürdüyü dəlillər işin faktiki gedişa tı və xronologiyası ilə təkzib olunur. Bu səbəbdən də kollegiya hesab edir ki, Naxçıvan Şəhər Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli qətnaməsi qanuni və əsaslıdır, ləğv edilməsi üçün hər hansı hüquqi əsas yoxdur.

114. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə bax ıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər.

115. Məhkəmə xərclərinə münasibətdə kollegiya qeyd edir ki, Mülki-Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

116. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

117. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir: 118. - Naxçıvan Şəhər Məhkəməsinin 05 n oyabr 2025-ci il tarixli, 2(078)-757/2025 nömrəli qətnaməsindən Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli; 119. - Naxçıvan Şəhər Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli, 2(078)-757/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə (tam mübahisələndirmə) dəyişdirilmədən saxlanılmalı; 120. - məhkəmə aktından apellyasiya şikayəti verilməsi ilə bağlı Cavabdeh tərəfindən ödənilmiş 210 (iki yüz on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir.

121. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakter li iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Vİİİ. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti üzrə gəldiyi nəticə Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 382, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq qətetdi: Naxçıvan Şəhər Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli, 2(078)-757/2025 nömrəli qətnaməsindən Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkə məsinin 05 noyabr 2025-ci il tarixli, 2(078)-757/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə (tam mübahisələndirmə) dəyişdirilmədən saxlanılsın. Məhkəmə aktından apellyasiya şikayəti verilməsi ilə bağlı Cavabdeh tərəfindən ödənilmiş 210 (iki yüz on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehma

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar