Məhkəmə qərarları › İş №2(3-1)-41/2026

Ali Məhkəmə Qərardad — İş №2(3-1)-41/2026

10.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(3-1)-41/2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borc pulun qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: baxılmamış saxlama) 10.03.2026 Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc pulun qaytarılması tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, 2(089)-364/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: I. İşin halları 1. 06 iyul 2025-ci il tar ixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmiş, vətəndaş İddiaçı gələcəkdə mülki mühakimə qaydasında məhkəmə orqanlarına müraciət etmək hüquqlarının olmasının izah edilməsi qərara alınmışdır.

2. İddia ərizəsinə əlavə olunmuş qəbzlərlə iddia olunur ki, İddiaçı tərəfindən 523915****2909 nömrəli kart hesabına 03 noyabr 2024-cü il tarixdə 1000 manat, 05 oktyabr 2024-cü il tarixdə 500 manat, 30 sentyabr 2024-cü il tarixdə 100 manat və 200 manat, 10 sentyabr 2024-cü il tarixdə 50 manat, 04 sentyabr 2024-cü il tarixdə 500 manat, 30 avqust 2024-cü il tarixdə 400 manat və 100 manat, 27 avqust 2024-cü il tarixdə 5 manat və 200 manat, 17 avqust 2024-cü il ta rixdə 100 manat, 03 yanvar 2025-ci il tarixdə 85 manat, 23 dekabr 2024-cü il tarixdə 101 manat, 400.21 manat, 500 manat, 1000 manat, 14 dekabr 2024-cü il tarixdə 100 manat, 06 dekabr 2024-cü il tarixdə 20.50 manat, 30 noyabr 2024-cü il tarixdə 10.10 manat, 1000.58 manat, 17 noyabr 2024-cü il tarixdə 8 manat, 02 mart 2025-ci il tarixdə 900 manat, 26 fevral 2025-ci il tarixdə 20 manat, 14 fevral 2025-ci il tarixdə 100 manat, 03 fevral 2025-ci il tarixdə 1000 manat, 28 yanvar 2025-ci il tarixdə 101 manat, 10.10 manat, 23 yanvar 2025-ci il tarixdə 1000.97 manat, 12 yanvar 2025-ci il tarixdə 1000 manat, 10 yanvar 2025-ci il tarixdə 5.50 manat, 08 yanvar 2025-ci il tarixdə 6 manat, 23 aprel 2025-ci il tarixdə 24 manat, 18 aprel 2025-ci il tarixdə 5 manat, 13 aprel 2025-ci il tarixdə 800 manat, 2 9 mart 2025-ci il tarixdə 80 manat, 16 mart 2025-ci il tarixdə 10 manat, 07 mart 2025-ci il tarixdə 300 manat, 06 mart 2025-ci il tarixdə 31 manat olmaqla, ümumilikdə 11773.96 manat məbləğində pul köçürülmüşdür. II. Birinci instansiya məhkəməsində icraat, məhkəmə aktı və şikayət

3. İddiaçı iddia ərizəsi ilə məhkməyə müraciət etmiş, Cavabdeh 15440 manat məbləğində borcun və ödənilmiş 136.32 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Qadir oğlunu təxminən 10 aydır ki, tanıyır. Belə ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Ərəblinski küçəsində yerləşən meyvə-tərəvəz satışı ilə məşğul olan mağazanı idarə edir, iddiaçı olaraq o isə həmin mağazada satıcı işləmişdir. Cavabdeh ona işlədiyi hər gün üçün 20 manat əmək haqqı ödəmişdir. Birlikdə işlədikləri 10 ay müddətində Cavabdeh hər gün meyvə-tərəvəz almaq üçün ondan 200, 300, 500 manat və sair məbləğdə pul almış, günün sonunda isə aldığı pulun bir hissəsini qaytarmışdır. Məhz buna görə də hazırda Cavabdeh ona 15.440 manat borcu yaranmışdır. Həmin məbləğdən 11.773 manat pulu cavabdehin plastik kart hesabına göndərmişdir. Pulunun cavabdehdən alınıb ona qaytarılmasından ötrü Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə müraciət etmiş və bununla bağlı orada araşdırılma aparılmışdır. Lakin, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Orxan Məmmədov tərəfindən qəbul edilmiş "Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərar qəbul edilmiş, qəra rın təsviri hissədə göstərilənlərə əsasən, HK1-538 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmiş, ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmə hüququ izah edilmişdir. Belə ki, istintaq zamanı müəyyən edilmişdir ki, yaranmış mübahisə mülki xarakterlidir. Material üzrə polisin qərarından şikayət verilməmişdir. Hazırda Cavabdeh Qadir oğlunun ona 15.440 manat məbləğində borcu vardır.

5. Culfa Rayon Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, 2(089)-364/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 11773.96 manat məbləğində borc pulun alınıb İddiaçı verilməsi, ödənilmiş 136 manat məbləğində dövlət rüsumunun 103.7 manat hissəsinin Cavabdeh alınaraq İddiaçı verilməsi, 32.3 manat hissəsinin İddiaçı özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. III. Apellyasiya şikayəti və ona etirazın dəlilləri a) Şikayətinin dəlilləri

6. Qətnamədən narazı qalan iş üzrə Cavabdeh sözügedən qətnamədən apellyasiya şikayəti verərək Culfa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(089)364/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Cavabdeh şikayətini əsaslandıraraq qeyd etmişdir ki, qətnamə ilə razı deyil ona görə ki, İddiaçı ondan tələb etdiyi 11773.96 manat məbləğində borc pul əsassızdır. Qeyd edir ki, İddiaçı 2024-cü ilin iyun ayından təxminən 10 ay müddətində ona məxsus meyvətərəvəz dükanında satıcı - kassir vəzifəsində işləmişdir. Ona gündəlik olaraq 20 manat əmək haqqı, 3 manat isə taksi pulu vermişdir. Sonradan iddiaçının müxtəlif şəxslərə fai zi ilə birlikdə qaytarılması şərti ilə borca pul verdiyini bildiyindən onu 28 aprel 2025-ci il tarixdə işdən uzaqlaşdırmışdır. İddiaçı ona məxsus mağazada işlədiyi müddətdə bir neçə dəfə müraciət edərək xaricdən ona pul göndərildiyini, bank kartında müəyyən olunmuş limiti keçdiyini bildirərək pulun ona məxsus karta göndərilməsini xahiş etmişdir. Bu məsələ ilə bağlı şahid X3 iş üzrə araşdırma zamanı izahat vermişdir. Məhkəmədə şahid qismində həmin şəxsin və X4 dindirilməsinə şərait yaradılmasını istəyir. Həmin vaxt iddiaçının pis niyyəti olduğu ağlına gəlmədiyindən, gündəlik yanında işlədiyindən pis vəziyyətdə qalmasın deyə razılıq vermiş və müxtəlif vaxtlarda onun kart hesabına pullar göndərilmişdir. Həmin pulları o, dərhal nağdlaşdıraraq iddiaçıya təqdim etmişdir. Bütün bunlardan yuxarıda adlarını göstərdiyi şəxslər məlumatlı olmuşdurlar və təsdiq edə bilərlər. Qeyd edir ki, 2025-ci ilin fevral ayı o, Naxçıvan şəhərinə gəlməli olmuş, həmin vaxt iddiaçı ona zəng vurmuşdur ki, 5800 manata “Renov Meqan” markal 2010-ci il buraxılışlı avtomobil satırlar. Onu da qeyd edir ki, iddiaçı ilə bundan əvvəl də maşın alqı-satqısı edərək qazancı və ya ziyanı yarı-yarıya bölmüşdürlər. Bu səbəbdən də həmin avtomobili almaq qərarına gəlmişdirlər. Həmin vaxt iddiaçı avtomobili satan şəxsə 400 manat beh vermiş, qalan pulu isə o, Bakı şəhərinə getdikdən sonra ödəyəcəkdi. Bakı şəhərinə qayıtdıqdan sonra maşının pulunu hissə-hissə ödəmişlər. İddiaçı ona 5800 manat avtomobil üçün, 1000 manat isə avtomobilin təmiri üçün vermişdir. Yekun olaraq ona 6800 manat pul vermişdir. Daha sonra iddaçını işdə n çıxardıqdan 20 gün sonra o, avtomobili 5500 manata ziyana satıb həmin pulu iddiaçının oğlunun kart hesabına göndərmişdir (qəbz əlavə olunur). Daha əvvəldən də aralarındakı razılığa əsasən qazanc da, ziyan da yarı-yarıya bölünəcəkdi. Həmin avtomobilin satışında onlara 1300 manat ziyan dəymişdir. Həmin ziyan da aralarında yarı yarıya bölünmüşdür. Eyni zamanda, iddiaçı bildirmişdir ki, güya o, iddiaçıdan meyvə-tərəvəz almaq üçün borc istəmişdir. Bu tamamilə yalandır. O, bu biznesi 15 ildir ki, idarə edir. Əgər onun biznesi iddaçının pulu ilə idarə olunurdusa iddiaçının işlədiyi tarixdən əvvəlki 14 ili necə idarə etmişdir? Həmçinin əgər iddiaçının qeyd etdiyi kimi hər gün qaytarmaq adına borc almışdırsa, iddiaçı kassir olaraq biznesinin kassasına nəzarət edə-edə niyə borc adlandırdığı pulunu götürməmişdir? Hər hansısa bir insan borcunun qaytarılmadığını görə-görə növbəti gün borc verərmi? Onu da qeyd edir ki, iddiaçının Rusiya vətəndaşlığı olduğundan onun adına kreditə heç bir şey verilmirdi. İddiaçının xahişi ilə xx.xx.2024-cü il tarixdə o, öz adına kreditlə kondisioner almışdır. İddiaçı kondisionerin aylıq ödənişini hər ay kartına yükləyirdi. Yekun olaraq iddiaçı 850 manat həmin kondisonerə ödəniş etməyi üçün ona ödəmiş, o da kondisionerin kreditini bağlamışdır. Əlavə olaraq iddiaçının xahişi ilə o, tanışından onun oğluna 2631.50 manat dəyərində kompyuter və avadanlıqlar almışdır. İddiaçı yenə də həmin pulu hissə-hissə onun kart hesabına ödəmiş, o da kompyuteri götürdüyü mağazanın ödənişini bağlamışdır. Əlavə olaraq, iddiaçı Sabunçu Rayon Polis idarəsinə də bu məsələ ilə əlaqədar şikayət etmişdir. Şikayətin araşdırmasını həyata keçirən polis orqanı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Sözügedən bu araşdırmada əlavə şahidlərin də izahatları alınmış və şikayətin əsassız olması qərara alınmışdır. İddiaçı gündəlik olaraq evinə meyvə alan zaman bəzi vaxtlarda nağd pulu olmadıqda aldığı meyvənin dəyəri olan pulu onun kart hesabına göndərmişdir. Həmçinin mağazasının yanında ət mağazası var. Oraya da borcu olan zaman pulu onun kart hesabına ataraq nağdlaşdıraraq ət mağazasının sahibinə borcunu ödəyirdi. Yekun olaraq bildirir ki, iddiaçının guya ona borc kimi verdiyini iddia etdiyi məbləği onun şəxsi borclarının ödənilməsi məqsədilə vermişdir. Hazırda iddiaçıya heç bir borcu yoxdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlil ləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətlə oxşar məzmunda ifadə vermiş və Culfa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(089)-364/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İİİ. Tətbiq edilən hüquq a) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

11. Maddə 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: Maddə 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; Maddə 150.1.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla);

12. Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: Maddə 259.0.12. Ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda.

13. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxıl arkən yarandığı halda tətbiq edilir. İV. Məhkəmə kollegiyasının mövqeyi

14. Kollegiya iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin qanuniliyini və əsaslılığını yoxlayaraq belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə qəbul edildiyindən ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

15. Belə ki, iş materiallarına nəzər salan zaman aydın olmuşdur ki, iddiaçı tərəfindən iddia qaldırılması ilə bağlı 136 manat məbləğində dövlət rüsumu ödənilmişdir (iş mat. səh 9). Lakin “Elektron məhkəmə” informasiya sistemində birinci instansiya məhkəməsi üzrə dövlət rüsumunun ödənilməsi barədə müvafiq qrafada ödənilmiş rüsum barədə məlumat ək s olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən e-mehkeme.gov.az informasiya sistemi vasitəsilə qəbzin nömrəsinə əsasən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ödənilmiş 136 manat məbləğində dövlət rüsumu dövlət xidmətləri növündə Sabunçu Rayon Məhkəməsinin hesabına köçürülmüşdür (Qəbzin təyinatıSabunçu rayon Məhkəməsi - iş materiallarına əlavə olunur).

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Kollegiya bununla bağlı qeyd edir ki, dövlət rüsumu iddianın verildiyi məhkəmənin adına ödənilməlidir. Dövlət rüsumunun başqa məhkəmənin hesabına ödənilməsi məhkəməyə müraciət edilməsini təsdiq edə bilər, lakin qanunun tələb etdiyi prosessual şər tin yerinə yetirilməsi hesab edilə bilməz.

17. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia ərizəsi onun nümayəndəsi – vəkil X2 tərəfindən imzalanaraq birinci instansiya məhkəməsinə təqdim edilmişdir.

18. Lakin iş materiallarında olan vəkil orderindən görünür ki, vəkilə verilmiş tapşırıqda tapşırığın yerinə yetirilməsi nəzərdə tutulan orqan kimi Sabunçu Rayon Məhkəməsi göstərilmişdir. Halbuki hazırkı iddia ərizəsi Culfa Rayon Məhkəməsinə təqdim edilmişdir. Bu hal onu göstərir ki, vəkilə verilmiş orderdə konkret olaraq Culfa Rayon Məhkəməsində iddia qaldırmaq və həmin məhkəmədə iddiaçını təmsil etmək səlahiyyəti nəzərdə tutulmamışdır.

19. Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsinin 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd əlavə edilməlidir. Qanunun bu tələbi imperativ xarakter daşıyır və iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin zəruri şərtlərindən biridir. İddia ərizəsini imzalamış şəxsin konkret həmin məhkəmədə iddia qaldırmaq səlahiyyətinin olması mübahisəsiz qaydada təsdiq edilməlidir. Mövcud halda isə təqdim edilmiş orderdə başqa məhkəmə – Sabunçu Rayon Məhkəməsi göstərildiyindən, iddia ərizəsinin Culfa Rayon Məhkəməsinə səlahiyyətli şəxs tərəfindən imzalanması təsdiq olunmamışdır.

20. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddia ərizəsi verilərkən həm Mülki Prosessual Məcəllənin 150.1.3-cü maddəsinin (iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd), həm də 150.1.2-ci maddəsinin (dövlət rüsumunun müvafiq qaydada ödənilməsini təsdiq edən sənəd) tələbləri pozulmuşdur.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli, 3 saylı “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” qərarında göstərilmişdir ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qay tarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur.

22. Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə və iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır.

23. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən qeyd olunan prosessual çatışmazlıqlara hüquqi qiymət verilməmiş, iddia ərizəsinin qəbul edilməsinin prosessual şərtlərinə əməl olunub-olunmaması yoxlanılmamış və nəticədə iş mahiyyəti üzrə baxılaraq qətnamə qəbul edilmişdir. Halbuki göstərilən nöqsanlar işin mahiyyət i üzrə baxılmasına mane olan və aradan qaldırılmadığı təqdirdə iddianın baxılmamış saxlanılmasına səbəb olan hallardır.

24. Kollegiya hesab edir ki, mövcud halda prosessual hüquq normalarının pozuntusu işə mahiyyəti üzrə baxılmasına imkan vermədiyindən və həmin nöqsanlar birinci instansiya mərhələsində aradan qaldırılmadığından, birinci instansiya məhkəməsinin 26 dekabr 2025-ci il tarixli qətnaməsi tamamilə ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

25. Kollegiya hesab edir ki, Culfa Rayon Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, 2(089)-364/2025 nömrəli qətnaməsi tamamilə ləğv olunaraq, iddia ərizəsi baxılmamış saxlanıldığından apellyasiya şikayətində göstərilən dəlillərə ayrıca münasibət bildirməyə zərurət qalmır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3 84.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 384.0.5, 400, 401 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Culfa Rayon Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, 2(089)-364/2025 nömrəli qətnaməsi tamamilə ləğv olunsun. İddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra müvafiq tələb ilə yenidən məhkəməyə müraciət edə bilər. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar