Məhkəmə qərarları › İş №2(1-8)-827/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-827/2026

09.04.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-827/2026 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Əliyeva Həcər Məhərrəm qızının və digərlərinin cavabdeh X3 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin geri qaytarlılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev Ispəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-**/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadından iddiaçı Əliyeva Həcər Məhərrəm qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə # ##### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçılar Əliyeva Həcər Məhərrəm qızı, X7 və X8 cavabdehlər X3, Zaqatala rayonu, * saylı Notariat Ofisinin xüsusi notariusuna, cavabdeh3, üçüncü şəxslər X4, cavabdeh2 Əfsələddin oğlu və Reyestr Xidmətinin ** saylı Zaqatala Ərazi Idarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindəki 1/3 payına dair iş üzrə X3 tam pay ilə qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı iş üzrə cavabdeh Zaqatala Rayon * saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən verilmiş ## ###### 2019-cu il tarixli, 2V-**** reyestr saylı, ***/**** saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi və mərhum X2 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,23 ha həyətyanı və 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindəki 1/3 payına iddiaçılar Əliyeva Həcər Məhərrəm qızı, X7 və iddiaçı2 hər birinin payının 1/3 hassıdı olmaqla qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. Iddiaçıların nümayəndəsi və vəkili X1 ## ###### 2022-ci il tarixdə AR MPM-nin 53-cü maddəsinə əsasən “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X2 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindəki 1/3 payına dair iş üzrə üçüncü şəxs X3 tam pay ilə qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı iş üzrə cavabdeh * saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən verilmiş ## ###### 2019-cu il tarixli, 2V-**** reyestr nömrəli, ***/**** saylı “Qanun üzrə vərəsəlik hüququ haqqmda” Şəhadətnamənin etibarsız hesab edilməsi, ## ###### 2019-cu il tarixli, 2V-**** reyestr nömrəli, ***/**** nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə”yə əsasən, Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X3 2/3 payı üzərində ## ###### 2020-ci il tarixdə hüquqların dövlət qeydiyyatı ilə bağlı hissədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və iş üzrə üçüncü şəxs X3 və digər mülkiyyətçi X5 ilə cavabdeh3 arasında bağlanmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair 16 oktybar 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması, 16 oktybar 2021-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində cavabdeh3 ## ####### 2021-ci il tarixdə aparılmış qevdiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışın ləğv edilməsi, mərhum X2 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,23 ha həyətyanı və 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindəki 1/3 payına iddiaçıların hər birinin payının 1/3 hissədə olmaqla qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Zaqatala Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*(***)-**/**** saylı qətnaməsi ilə (hakim V.Məmmədov) iddianın rədd olunması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Iddiaçılar Əliyeva Həcər Məhərrəm qızı, X7 və X8 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş olunmuşdur.

5. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2024-cü il tarixli, *(***)-**/**** saylı qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Zaqatala Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*(***)-**/**** saylı qətnaməsi- qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi hissəsində ləğv edilmiş, iddia tələbinin Əliyeva Həcər Məhərrəm qızı, X7 və iddiaçı2 qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi hissəsində mülki işin icraatına xitam verilmişdir.

6. Həmçinin, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Zaqatala Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*(***)-**/**** saylı qətnaməsi “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin, “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız sayılması, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların və həmin qeydiyyatların rəsmiləşdirilməsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ların ləğv edilməsi, miras qalmış torpaq sahələrində payın müəyyən edilməsi hissələrində ləğv edilmiş, həmin hissələr üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçıların cavabdehlərə qarşı ## ###### 2019-cu il tarixli, 2V-**** reyestr nömrəli və ***/**** nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, ## ###### 2019-cu il tarixli, 2V-**** reyestr nömrəli, ***/**** nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən ## ###### 2020-ci il tarixdə hüquqların dövlət qeydiyyatı ilə bağlı hissədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi, X3, X5 ilə cavabdeh3 arasında bağlanmış 16 oktybar 2021-ci il tarixli “Daşınmaz əmlakın alqısatqı müqaviləsi”nin etibarsız sayılması, həmin alqı-satqı müqaviləsinə əsasən cavabdeh3 ## ####### 2021-ci il tarixdə hüquqlarının dövlət qeydiyyatı ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qevdiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi, mərhum X2 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,23 ha həyətyanı və 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrində 1/3 paya iddiaçılar Əliyeva Həcər Məhərrəm qızı, X7 və iddiaçı2 hər birinin payı 1/3 olmaqla müəyyən edilməsi tələbinə dair iddiaları qismən təmin edilmiş, mərhum X2 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki 1/3 payına dair iş üzrə cavabdeh X3 tam pay ilə qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı iş üzrə Zaqatala Rayon * saylı Notariat Ofisi tərəfindən verilmiş ## ###### 2019-cu il tarixli, 2V-**** reyestr nömrəli, ***/**** nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqmda şəhadətnamə” etibarsız hesab edilmiş, mərhum X2 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,2270 ha həyətyanı torpaq sahəsindəki 1/3 payına iddiaçılar Əliyeva Həcər Məhərrəm qızı, X7 və iddiaçı2 hər birinin ¼ miras payı müəyyən edilmiş, iddianın qalan hissəsi təmin edilməmiş, mərhum X2 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,2270 ha həyətyanı torpaq sahəsində 1/3 paya cavabdeh X3 da ¼ miras payının müəyyən edilməsi qət edilmişdir.

7. Iddiaçı Əliyeva Həcər Məhərrəm qızı (nümayəndə və vəkili vəkil1 Akif oğlu) apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

8. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı qərardadı ilə (hakimlər Elçin Mehdiyev (sədrlik edən, məruzəçi), Elman Isayev və Taleh Musayev) həmin məhkəmənin ## ###### 2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsindən iddiaçı Əliyeva Həcər Məhərrəm qızı (nümayəndəsi və vəkili vəkil1 Akif oğlu) tərəfindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş, kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

9. Qərardad onunla əsaslandırılmışdır ki, mübahisəli qətnamə ## ###### 2024-cü il tarixdə iddiaçı Əliyeva Həcər Məhərrəm qızının nümayəndəsi və vəkili X1 şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Iddiaçı Əliyeva Həcər Məhərrəm qızı qətnamədən kassasiya şikayətini ## ###### 2026-cı il tarixdə verməklə qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti buraxmışdır.

10. Məhkəmə kollegiyası iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkar olunmaz səbəblər müəyyən etməmişdir.

11. Iddiaçı Əliyeva Həcər Məhərrəm qızı (nümayəndəsi və vəkili vəkil1 Akif oğlu) prosessual müddətin bərpası haqqında ərizədə qətnamədən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsini xahiş etsə də, müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizənin təmin edilməsinə əsas verəcək hər hansı bir sübutları məhkəməyə təqdim etməmişdir.

12. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 128.3-cü, habelə MPM-nin 130.1, 133.1, 135.5, 135.6, 405.0.1, 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

13. Iddiaçı Əliyeva Həcər Məhərrəm qızı kassasiya şikayəti verərək, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpa olunması və kassasiya şikayətinin icraata qəbul edilməsi barərə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, müddətin hesablanması və təqdimetmə prosesi ilə bağlı bir sıra hüquqi və faktiki məsələlər lazımı dərəcədə araşdırılmamışdır. Nümayəndənin statusu, faktiki məlumatlarıma və texniki çatdırılma məsələləri açıq qalmışdır. Bu, məhkəməyə çıxış hüququnun qeyri-proporsional məhdudlaşdırılmasına gətirib çıxara bilər. Əgər məhkəmə aktı tərəfə düzgün və vaxtında təqdim edilməyibsə və ya tərəfin faktiki məlumatlanması təmin edilməyibsə, müddətin başlanması şəxsin hüquqlarının pozulmasına səbəb olur. Bu isə Konstitusiyanın 60-cı maddəsinin məqsəd və məzmununa ziddir. Beynəlxalq hüquq və Avropa Insan Hüquqları Məhkəməsinin presedentləri də təsdiq edir ki, məhkəməyə çıxış hüququnun məhdudlaşdırılması yalnız legitim məqsədlərlə və proporsional şəkildə olmalıdır. Əks halda, bu məhdudiyyətlər şəxsin hüquqlarını səmərəli şəkildə müdafiə etmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bu işdə təqdimetmə və müddətin hesablanması ilə bağlı qeyri-şəffaflıq, şəxsin məhkəməyə real çıxış imkanını zəiflətmişdir. Belə hallarda, məhkəmələr prosessual müddətlərin bərpası və məhdudiyyətlərin aradan qaldırılması üçün əlavə hüquqi tədbirlər görməlidir. Nəticə etibarilə, məhkəməyə çıxış hüququnun qeyriproporsional məhdudlaşdırılması həm milli hüquq, həm də beynəlxalq standartlara görə, hüquqi dövlət prinsiplərinə və Konstitusiyanın əsas müddəalarına ziddir. Bu səbəbdən, məhkəməyə çıxış imkanının səmərəli və effektiv təminatı üçün prosessual müddətlərin və təqdimetmə qaydalarının şəffaf və ədalətli şəkildə tətbiq olunması vacibdir. ##.##.2024-cü il qətnaməsi (qərardadda xatırladıldığı kimi) notariat şəhadətnaməsini etibarsız saysa da, iddianın qalan hissəsini təmin etməmiş və bununla daşınmaz əmlak reyestrinin ləğvi eləcə də sonrakı alqı-satqı əqdlərinin hüquqi taleyi barədə real hüquqi vəziyyəti qeyri-müəyyən buraxmışdır. Bu maddi hüquq normalarının qüsurlu tətbiqinin kassasiya instansiyasında araşdırılması zəruridir. Kassasiya müddətinin bərpasından imtina ilə məhkəməyə çıxışın kəsilməsi, hüquqların səmərəli bərpası mexanizmini faktiki işləməz hala gətirir. AP MPM 133.1ci maddəsində “üzürlü səbəb” anlayışı məhkəmənin qiymətləndirmə səlahiyyəti daxilində olsa da, həmin qiymətləndirmə əsaslandırılmış olmalıdır. Ədalətli məhkəmə araşdırması prinsipi baxımından məhkəmənin qərarlarında yalnız nəticə deyil, eyni zamanda həmin nəticəyə gətirən əsaslandırmalar da tam və aydın şəkildə göstərilməlidir. Qərardadda ərizəçinin gecikməni yaradan səbəbləri geniş təsvir edilmir yəni, ərizəçinin təqdim etdiyi izahatlar və mümkün sübutlar ayrıca təhlil edilmir, onların yetərli və ya yetərsizliyi əsaslandırılmadan sadəcə “təsdiqedici sübut təqdim edilməyib” kimi ümumi ifadə ilə yekunlaşdırılır. Halbuki, məhkəmə həmin sübutların hansı səbəblərdən yetərli hesab edilmədiyini, konkret hansı hüquqi və faktiki əsaslara görə ərizəçinin mövqeyinin qəbul edilmədiyini izah etməli idi. Bu cür əsaslandırmanın olmaması, tərəflərin hüquqlarının müdafiəsi baxımından da ciddi problem yaradır və məhkəmə qərarlarının şəffaflığına, tərəflərin qərarları anlama və onlara etibar etmə imkanına zərər vurur. Qərardadın MPM-in 263-264 maddələrinin tələblərinə istinad edilsə də, bu tələblərin konkret işə necə tətbiq olunduğu, faktiki halların həmin normalarla necə əlaqələndirildiyi göstərilmir. Nəticə etibarilə, məhkəmənin üzərinə düşən əsaslandırma yükü tam yerinə yetirilmir və bu da qərarın həm hüquqi, həm də məntiqi baxımdan yetərsiz olmasına səbəb olur. Belə yanaşma hüquqi mübahisələrin obyektiv və ədalətli həllinə maneə yaradır. Qərardadın ##.##.2024 tarixdə elektron kabinetə yerləşdirmə ilə rəsmi təqdimetmə kimi qəbul etməsi və AR MPM-nin 135.6-nın ümumi qaydasına əsaslanması, hüquqi baxımdan yalnız texniki prosedurun tamamlanmasına istinad edir. Lakin bu qaydanın tətbiq edilməsi xüsusi iş şəraitində, yəni elektron kabinet sahibi olan nümayəndənin həmin tarixdə səlahiyyətinin qüvvədə olub-olmaması, nümayəndəlik münasibətinin xitamı, elektron sistemin bildiriş mexanizminin faktiki işləməsi (SMS/e-mail çatdırılma logları) kimi iş üçün həlledici faktların ayrıca və detallı yoxlanılmasını tələb edir. Qərardadda bu faktların ayrıca araşdırılıbyoxlanılmadığı tam görünmür və müəyyən edilməyib. Məhkəmənin “işdə olan elektron sistem çıxarışına istinad etməsi isə bu boşluğu tam aradan qaldırmır. Çünki çıxarışın məzmunu, dairəsi və tərəflərə təqdim qaydası barədə qərardadda ətraflı və konkret izahat verilmir. Bu hallar rəsmi təqdimetmə faktının tətbiqinin yalnız formal prosedurla məhdudlaşmaması və işin xüsusiyyətləri nəzərə alınaraq, real təqdimetmə və bildirişin baş verməsi ilə bağlı əsaslı faktların ayrıca araşdırılmasının vacibliyini göstərir. Beləliklə, AR MPM 135.6-nın tətbiqinin xüsusi iş şəraitində yoxlanılmaması, hüquqi nəticələrin düzgün və ədalətli müəyyən edilməsinə mane olur və bu, qərardadın əsaslandırılmasının zəifliyi kimi qiymətləndirilə bilər.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

16. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

20. Maddə 128.3. Illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

21. Maddə 129.1. Illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.

22. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

23. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

24. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

25. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir.

26. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

27. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. MAddə 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

32. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçı Əliyeva Həcər Məhərrəm qızı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı.

Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

35. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq etmiş və işdə, iddiaçı Əliyeva Həcər Məhərrəm qızının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

36. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən qətnamə ## ###### 2024-cü il tarixdə iddiaçı Əliyeva Həcər Məhərrəm qızının nümayəndəsi və vəkili X1 şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Iddiaçı Əliyeva Həcər Məhərrəm qızı isə qətnamədən kassasiya şikayətini ## ###### 2026-cı il tarixdə verməklə qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürmüşdür.

37. Apellyasiya instansiyası məhkəməsi, iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkar olunmaz səbəblər müəyyən etməmişdir. Belə ki, iddiaçı Əliyeva Həcər Məhərrəm qızı (nümayəndəsi və vəkili vəkil1 Akif oğlu) prosessual müddətin bərpası haqqında ərizədə qətnamədən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsini xahiş etsə də, müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizənin təmin edilməsinə əsas verəcək hər hansı bir sübutları məhkəməyə təqdim etməmişdir.

38. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçı Əliyeva Həcər Məhərrəm qızının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş və prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Q ə r a r a aldı: Iddiaçı Əliyeva Həcər Məhərrəm qızının kassasiya şikayəti təmin edilməsin. Iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- **/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar